Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci


Süni işıqlanma hansı halda tətbiq edilir?



Yüklə 337,45 Kb.
səhifə34/35
tarix13.12.2023
ölçüsü337,45 Kb.
#175489
1   ...   27   28   29   30   31   32   33   34   35
Test-200-50Əməyin mühafizəsi və HFT-1

44. Süni işıqlanma hansı halda tətbiq edilir?
Təbii işıqlandırma kifayət etmədikdə süni işıqlandırma tətbiq edilir. Müəssisələrdə süni işıqlandırma müxtəlif ölçülü işıq lampaları ilə həyata keçirilir. Süni işıqlandırma ümumi və birgə işıqlandırma sistemlərinə bölünür.İstehsalat otagının bütün sahəsini müntəzəm işıqlandırmaq tələb olunduqda ümumi işıqlandırma sistemi tətbiq edilir.
İş səthlərində yüksək işıqlanma səviyyəsi yaratmaq lazım gəldikdə birgə işıqlandırma sistemindən istifadə olunur.
45. İşıqlandırmanın təşkilində əsas gigiyenik tələblər hansılardır?
-iş obyektinin tez və asan seçilməsi üçün işıqlanma kifayət qədər olmalıdır.
-işıqlandırma müntəzəm olmalı, kəskin kölgələnməyə yol verilməməlidir.
-baxılan obyektlə fon arasında müəyyən kontrast olmalıdır.
-işıq mənbəyi baxılan obyekdə ləkə əmələ gətirməməlidir
-işıq mənbəyi gözləri qamaşdırmamalıdır.
-işçi səthlərin işıqlandırılma səviyyəsi zaman ərzində dəyişməməlidir.
46. İstehsalat və heyvandarlıq binalarında hansı məqsədlər üçün ventilyasiya tətbiq edilir?

  1. Binadan tərkibi dəyişilmiş havanı xaric etmək və binanı təmiz hava ilə təmin etmək.

  2. Binadan artıq nəmliyi, zəhərli qazları və s. xaric etmək yəni nəmliyi nizamlamaq.

  3. Binada temperaturanı nizamlamaq.

İstehsalat binalarının ventilyasiyası əsasən iki üsulla icra edilir.

  1. Təbii ventilyasiya və ya temperaturalar fərqinə görə gedən ventilyasiya.

  2. Məcburi yaxud mexaniki ventilyasiya.


47. İsidici sistemlər əmək mühafizəsi cəhətdən hansı tələbləri ödəməlidir?
a) bütün mövsüm ərzində otaqların havası müntəzəm qızdırılmalı.
b) yanğın və partlayışa təhlükəsiz olmalı
ç) istiliyin miqdarı tənzimlənə bilməli
c) ventilyasiya sistemi ilə əlaqələndirilməli.
d) otaqların havasını zərərli ayrılmalarla və pis iylərlə çirkləməməli.
e) istismarı və təmiri asan olmalı

Yüklə 337,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin