Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci



Yüklə 337,45 Kb.
səhifə32/35
tarix13.12.2023
ölçüsü337,45 Kb.
#175489
1   ...   27   28   29   30   31   32   33   34   35
Test-200-50Əməyin mühafizəsi və HFT-1

Dördüncü xüsusiyyət –elektrik cərəyanının təsiri nəticəsində mexaniki zədə almaq olar. Ümumiyyətlə, canlı orqanizmdən keçən elektrik cərəyanı orqanizmə texniki, elektrofiziki və bioloji təsir göstərir. Texniki təsir özünü bədəndə yanıqların, isinmənin əmələ gəlməsində və qan damarlarının zədələnməsində, ürəyin, beynin və başqa orqanların həddindən artıq qızmasında büruzə verir ki, bunlar da həmin orqanlarda funksional pozuntuluqlara səbəb olur.
38. Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri hansılardır?
1)Gərginlik altında olan cərəyan aparan hissələrə toxunma. 2)İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyn keçirən hissələrinə toxunmaq. 3) Addım gərginliyinin təsiri altına düşmək. Cərəyan vurmasına elektrik alətləri ilə diqqətsiz davranmalar səbəb olur. Elektrik cərəyanı vurmasının digər səbəbləri:
1. Elektrik enerjisi haqqında az məlumata sahib olmaq.
2. Elektrik dövrəsinin torpağa bağlı olmaması.
3. Elektriklə təmasda olanların diqqətsizliyi.
4. Tələskənlik.
39. Cərəyandan zərər çəkmiş adama həkim gələnə qədər göstərilən ilk yardım.
Cərəyanvurma zamanı aşağıdakılara əməl etmək lazımdır:
- Elektriki ümumi cərəyandan kəsmək.
- Elektriki taxta alət və ya dəri kəmər vasitəsilə təmas nahiyəsindən ayırmaq.
- Elektrik axınını qarşısını almaq üçün quru bir taxta və ya rezinin üstünə çıxmaq.
- Xəstənin paltarlarından tutub həmin hissədən uzaqlaşdırmaq.
- Xəstənin huşu özündə deyilsə ayıltmağa çalışmaq.
- Cərəyan vuran şəxsin nəfəsi çıxmırsa ağızdan-ağıza nəfəs vermək.
Həkim gələnə kimi ilk tibbi yardım məqsədilə 1 xörək qaşığı yemək sodasını və ya 1 çay qaşığı duzu 1/3 litr suda həll edib, yarım saat içərisində xəstəyə içirtmək lazımdır.
40. İstehsalat sanitariyası hansı məsələləri həll edir?
İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir. Istehsalat sanitariyası aşağıdakı məsələləri həll edir.

  1. İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin təyin edilməsi.

  2. Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzəm nəzarət olunması.

  3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının təmin edilməsi.

  4. Elm və texnikanın müasir nailiyyətləri əsasında əməyin sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi.

  5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların təsirini azaltmaq üçün təşkilati-profiliktik tədbirlərin görülməsi.

  6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.


Yüklə 337,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin