Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci


Texnoloji prosesin düzgünlüyü nədən asılıdır?



Yüklə 337,45 Kb.
səhifə29/35
tarix13.12.2023
ölçüsü337,45 Kb.
#175489
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
Test-200-50Əməyin mühafizəsi və HFT-1

31. Texnoloji prosesin düzgünlüyü nədən asılıdır?
Hər hansı bir texnoloji prosesin təhlükəsizliyi həmin prosesdə istifadə olunan xammalın, yarımfabrikatların, hazır məhsulun xüsusiyyətlərindən, həmçinin yığılmış sxem üzrə avadanlıqların və apparatların istismarından, eyni zamanda texnoloji proseslərin avtomatik idarəetməsindən asılıdır. Texnoloji proseslərdə təhlükəsizliyin təmin edilməsində ən əsas rolu isə işçilər oynayırlar.
Sexin (istehsal sahəsinin) təhlükəsizliyi müxtəlif texnoloji xətlərin düzgün qurulmasından, əməliyyatları həyata keçirərkən təlimatlara riayət olunmasından, iş yerlərində təhlükəsizlik texnikasına düzgün əməl edilməsindən də asılıdır
İstehsalat təhlükəsizliyi - işçilərə təsir göstərən təhlükəli və zərərverici istehsal faktorlarıdır. İstehsal təhlükəlilik və zərərvericilik dairəsindən asılı olaraq müxtəlif dərəcəli istehsalat təhlükəsizliyi ilə xarakterizə olunur. Təhlükəli və zərərverici istehsal faktorları nə qədər az olsa, onda işçilər üçün daha az təhlükə daşıyır. İşçilərin təhlükəsizliyi avadanlıqların və istehsal proseslərinin təhlükəsizliyindən birbaşa asılıdır.
İstehsal avadanlıqlarının təhlükəsizliyi - müxtəlif funksiyaların ayrılmış vaxt ərzində təhlükəsiz yerinə yetirilməsi ilə ölçülür.
İstehsal proseslərinin təhlükəsizliyi - avadanlıqların tələb olunan parametrlər daxilində müəyyən olunmuş vaxt ərzində təhlükəsiz saxlanılmasıdır.
32. Təhlükəli və zərərli istehsalat amilləri hansılardır?
Əməyin təhlükəsizliyinin standartlar sisteminin (ƏTSS). DÜİST 12.0.003-74-ə müvafiq olaraq istehsalat proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər:
1. Fiziki amillər: Bura maşın və mexanizmaların mühafizə olunmayan hərəkət hissələri işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq temperatur, səs-küy və titrəyiş, ionlaşdırıcı elektromaqnit süaları, müxtəlif xarakterli işıqlanmala-rın yüksək və aşağı səviyyədə olması və s.
2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amillərinə aşağıdakıları göstərmək olar: ümumi toksikilik, dağıdıcı, mutagen (toxumaların çoxalmasına mənfi təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəfüz yollarına, dəri örtüyünə və s.) təsir göstərir.
3. Bioloji amillər: - Bioloji zərərli istehsalat amillərinə bakteriyalar, viruslar, göbələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə).
4. Psixofizoloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. İnsanın əsəbi yük-lənməsi zehni əmək gərginliyini əməyin monotonluğunu və s. göstərmək olar. İsteh-salat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləridə mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərləri, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır..


Yüklə 337,45 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin