Müəssisə ərazisindən kənarda müəssisə ilə bağlı görülən işlər zamanı baş verən bədbəxt hadisələr
Məişətdə baş verən bədbəxt hadisələr
22. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı xəsarətin ağırlığından asılı olaraq hansı komissiya tərəfindən aparılır? 1) yüngül bədən xəsarətləri, az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaranmış komissiya tərəfindən aparılır.
2) ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.
23.İstehsalat zərərçəkmələrinin səbəblərinin qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacibdir: 1) işçilərin mövcud qaydada təlimatlandırılması. (DÜİST 12.0.004-79)
2) işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.
3) maşın və mexanizmalarda yaranan təhlükəli yerlərin hasarlanmasının təşkili.
4) əyani təbliğat vasitəsi kimi plakatlardan istifadə etmək .
5) ayrı-ayrı istehsalat sahələrində maddi məhsul şəxslərin təhkim edilməsi.
6) fərdi mühafizə vasitələrindən və qoruyucu quruluşlardan istifadə etmək.
7) elektrik avadanlıqlarının gövdələrinin yerləbirləşdirmək və sıfırlamaq.
24. Xəsarət (zədə) nədir və yaranma səbəbləri? Hər hansı bir xarici faktorun təsirindən insan orqanizminin ani olaraq zədələnməsi toxumalarının və ya fizioloji funksiyasının pozulması
Texniki səbəb. Buraya maşınların konstruksiyasındakı çatışmazlıq, nəqliyyat vasitələrinin nasazlığı, texniki müdafıə vasitələrinin nöqsanları, nasaz maşın və avadanlıqlardan istifadə edilməsi və s. daxildir.Təşkilati səbəb. Buraya işin düzgün təşkil edilməməsi, əmək intizamının pozul- ması, işçilərə təlimatın aparılmaması, işçilərin fərdi mühafızə vasitələri ilə təmin olunmaması və s.Sanitar-gigiyenik səbəb. Buraya binalarda ventilyasiyanın, işıqlandırıcıların, qız- dırıcıların qüsurları, iş sahəsinin azlığı, iş yerlərinin anti sanitariya vəziyyətində olması və s.Psixo-fızioloji səbəb. Buraya əsəb sistemində yaranan qeyri normallıq, gözlənil- mədən alınan fızioloji hal, orqanizmdəki qüsur və ya çatışmazlıqlar və s.Yanğın səbəbi. Buraya yanğın təhlükəsizliyi qaydalarının pozulması, yanıcı mayelərin saxlanma qaydalarının pozulması, materialların öz-özünə yanması (alışması) texnoloji proseslərdə yanğın təhlükəsizliyi rejiminin pozulması və s.Maddi səbəb. Buraya təbii fəlakətlərin baş verməsi (sel, zəlzələ və s.) ildırım vurması, körpünün, qayanın uçması, buzun qırılması və s. daxildir.