Plan 1 : Radioaktivlik anlayışı Bəzi elementlərin atomları davamlı olmadığı üçün daha yüngül atomlar əmələ gətirməklə parçalanırlar. Bu zaman nüvə parçalanır, onu təşkil edən proton və neytronlardan iki yeni nüvə əmələ gəlir. İlkin atomu təşkil edən elektronlar isə həmin iki nüvə arasında uyğun say nisbətində paylanırlar. Bəzi hallarda parçalanan nüvədən proton, neytron və ya elektron ayrılır. Bu prosesə radioaktiv parçalanma deyilir. Belə parçalanmaya məruz qalan element isə radioaktiv element adlanır. Radioaktivlik 2 cür ola bilər : təbii və süni.
1896 – cı ildə fransız fiziki Bekkerel uranın flüorosesiya xassəli duzları ilə təcrübələr apararkən maraqlı bir hadisənin şahidi oldu. O, tünd kağızla örtülmüş fotolenti uranın duzları olan çəkməcəyə qoymuşdu. Bir müddət sonra fotolentin yuyulması zamanı o aşkar etdi ki, lent işıqlanıb (və ya belə demək mümkünsə, yanıb). Bir halda ki, fotolent ortülü idi, və işıq ora nüfuz edə bilməzdi, Bekkerel belə bir nəticəyə gəldi ki, işıqlanmaya səbəb, uran duzlarının buraxdığı yeni növ şüalardır. Çünki, həmin dövrdə elmə məlum olan heç bir şüa növü belə bir xüsusiyyətə malik deyildi.
Fransız alimləri Mariya və Pyer Kürilər bu yeni növ şüalanmanı tədqiq etməyə başladılar. Mariya Küri uranın mineralından 2 yeni elementi ayıra bildi. Bu yeni elementlər də Bekkerelin müşahidə etdiyi yeni növ şüalanmaya səbəb olurdular. Küri aşkar etdiyi elementləri polonium (Po) və radium (Ra) adlandırdı.
Radioaktiv maddələr 3 növ şüa buraxır. Bu şüaların hər biri bəzi maddələrin (məs. ZnS kimi) işıqlanmasına səbəb ola bilir, eyni zamanda hər hansı qazın içərisindən keçdikdə onu ionlaşdırır. Amma bu şüalar elektrik sahəsində özlərini müxtəlif cür aparırlar. Yükü olmayan γ – şüalar rentgen şüalarına bənzəyir : onlar güclü nüfuzedici xassəyə malikdirlər və qalınlığı 0,1 m olan metaldan keçə bilirlər. e/m nisbətinin ölçülməsi hesabına müəyyən edildi ki, α – şüalar helium atomunun nüvələridir, β – şüalar isə elektronlardır. β – şüalar qalınlığı 0,01 m, α – şüalar isə 0,01 mm – dən çox olmayan metaldan keçə bilir.