Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 439,48 Kb.
səhifə1/3
tarix03.05.2023
ölçüsü439,48 Kb.
#106622
  1   2   3
elyanə



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Fakültə: Tikinti-iqtisad


İxtisas: İqtisadiyyat
Qrup: 740a2
Tələbə: Məmmədli Elyanə
Müəllim: dos Nəbiyev Aydın Xalıq
Kafedra: Sənayenin təşkili və idarə edilməsi
Fənn: Sənaye iqtisadiyyatı
Mövzu: Sənaye istehsalatında əsas və dövriyyə fondları, onlardan istifadənin yaxşılaşdırılması yolları

MÜNDƏRİCAT

GİRİŞ.................................................................................................. 3,4


Əsas fondların qiymətləndirilməsi...................................................... 5-9
Əsas fondlardan istifadə göstəriciləri................................................ 10-12
İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılma yolları............. 13
Firmada maddi resursların normallaşdırılması.................................. 14-16
Firmada bitməmiş istehsal və gələcək dövrün
xərclərinin normalaşdırılması.......................................................... 17-20
Firmada tədavül fondlarının idarə olunması..................................... 21-23
NƏTİCƏ............................................................................................ 24
ƏDƏBİYYAT.................................................................................... 25
GİRİŞ
Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi asasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürləridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və materialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yeni istehlak dəyərinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər.
Əmək vasitələri dəyər ifadəsində istehsal əsas fondları adlanır. Başqa sözlə, əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə bütün ünsürləri birlikdə - iştirak edən, öz natural formasını ömrü boyu saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə - köhnəlmə dərəcəsindən asılı olaraq hissə-hissə keçirən əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır.
İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fondların dəyərinə istehsal firmalarının, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün alınmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikinti balansında olan avadanlıqların dəyəri daxil edilmir.
Əgər istehsal vasitələri əmək vasitələri və əmək cisimlərindən ibarət olursa, istehsal fondları istehsal vasitələrinin dəyər daşıyıcıları isa əsas və dövriyyə fondlarına bölünürlər.
İstehsalın maddi ünsürlərindən biri olan əmək predmetləri (xammal, əsas və köməkçi materiallar, yanacaq və elektrik enerjisi, kənardan alınmış yarımfabrikatlar) əmək vasitələri ilə birlikdə məhsulun istehsalı prosesində bilavasitə iştirak edirlər. İstehsalın hər bir tsiklinin yenidən başlanması əvvəlki istehsal tsiklində istehlak edilmiş xammal və materialları əvvəlki natural-əşya formasında yenidən yaratmağı tələb edir.
Əmək predmetləri istehsal vasitələrinin tərkib hissəsindən biri olmaqla dəyər formasında dövriyyə fondları adlanır. Dövriyyə istehsal fondları istehsal vasitələrinin elə ünsürlərindən ibarətdir ki, onlar əmək prosesinə daxil olmaqla hər bir istehsal tskilində tamamilə istehlak olunur, həmin tsikldə öz dəyərlərini bütünlüklə yaradılan məhsulun üzərinə keçirir və özlərinin natural formalarını dəyişirlər.
Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq, istehsal olunan məhsul üzərinə öz dəyərlərini bir dəfəyə və tamamilə - yanacaq, enerji və köməkçi materialların bir qismi istisna olmaqla - özlərinin maddi-əşya formalarına xas olan fiziki-kimyəvi xüsusiyyətlərini də keçirirlər. Məsələn, xromlu-nikelli poladdan istehsal olunmuş hər hansı bir hissəsinin dəyəri dövriyyə fondu kimi poladın dəyərindən ibarət olmaqla bərabər, həm də, tam olmasa da, həmin marka poladın tabii-texniki və ya fiziki-kimyəvi əlamətləri də həmin hissənin substansiyasına daxil olur.

Əsas fondların qiymətləndirilməsi


İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi istehsal prosesinin texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal müəssisələrində əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyənləşdirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, avadanlıq balansı tərtib etmək, habelə investisiyanın və yeni maşın və avadanlıqların tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə olunur.
Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və müəssisələrin rentabelliyini müəyyən etmək məqsədilə aparılır. Müəssisənin böyük miqdarda və müxtəlif əmək vasitələrindən ibarət olan əsas fondlarının təkrar istehsalının planlaşdırılması ancaq dəyər ifadəsində aparıla bilər.
Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edildikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir.
İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dǝyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqla rından öz dəyərlərini tədricən itirirlər.
Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəsmiləşdirilmiş məsləhət və s. Aid edilir.
İstehsal firmasının sərəncamındakı əsas fondlar-iqtisadi məzmununa görə homeins olsalar da aşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq va habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istehsaldakı işinin xarakterinə (təyinatına) görə əsas fondların differensasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir.
İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir.
Qüvvədə olan təsnifata görə firma və ya müəssisənin əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qruplaşdırılır. «Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərindən qoruyan, işçilər üçün istehsal meydançası verən və habelə yaşayış və sosial-mədəni xidmət təyinatlı memarlıq-tikinti obyektləri aiddir. İstehsal binalarına isə istehsal və habelə köməkçi və xidmǝtedici sexlərin binaları daxildir. Həmin qrupa sadalananlardan başqa, laboratoriyalar, qazanxanalar, kompressor stansiyaları yerləşdirilən binalar və həmçinin müəssisə idarəsinin, anbarların binaları və habelə yanğından mühafizə binaları da aid edilir.
«Qurğular». Bu qrupa əmək predmetlarinin (xammal, material, yarimfabrikatlar va s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal prosesində müayyan funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri aiddirlər. Əsas fondların bu qrupuna suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, estakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir.
«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik va mexaniki enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik, buxar, neft, hava, turşu ve kanallar aid edilir.
Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar - onların hərəkətinə nəzarət məqsədilə - üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.
Əsas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşası), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə ǝlaqədar olan xərclərin məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fondlarının uçotu onların ilkin dəyəri ilə aparılır. Qiymətləndirmənin bu növündən amortizasiya ayırmalarının hesablanması, istehsal asas fondlarına əmlak vergisinin təyin edilməsi üçün istifadə olunur. Buna ham də əsas fondların balans dəyəri deyilir. Müxtəlif dövrlər üçün avadanlığın qiyməti və tikintinin dəyəri dəyişdiyinə görə, bu qiymətləndirmə metodu asas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edilə biləcək məlumat almağa imkan vermir. Bu çatışmazlığı aradan qaldırmaq üçün bərpa dəyəri adlanan dəyərdən istifadə olunur.
Bərpa dəyəri üzrə qiymətləndirmə yeni istehsal şəraitində (cari ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir. Yeni istehsal əsas fondlarının istifadəyə verilməsi anında onların ilkin dəyəri bərpa dəyəri ilə üst-üstə düşür. Lakin sonralar - mənəvi köhnəlmə və inflyasiya ilə əlaqədar olaraq - ilkin dəyər dəyişir, çünki istehsal şəraitinin özü dəyişir. Qiymətləndirmənin bu metodu ilkin dəyər üzrə qiymətləndirmədə - şəraitin dəyişməsi ilə əlaqədar - qeyd edilən çatışmazlığı aradan qaldırır. Lakin əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əmək tutumludur, vəsait və vaxt tələb edir. Ona görə də, əsas fondların bərpa dǝyərinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır.
Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir. Qalıq dəyəri əsas fondun ilkin və həm də bərpa dǝyǝrinə görə hesablana bilər.
Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndirilməsi müəyyən praktiki əhəmiyyətə malikdir. İlkin dəyər ilə qiymətləndirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müǝyyənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəyyən etməyin əsasıdır. Köhnəlmə nəzərə alınmaqla ilkin dəyər ilə qiymətləndirmə əsas fondların köhnəlmə dərəcəsini bilməyə və hələ məhsulun üzərinə keçirilməyən dəyərin kəmiyyətini müəyyən etməyə imkan verir. Bərpa dəyəri ilə qiymətləndirmə əsas fondların həcm dinamikasını və müasir şəraitdə onların təkrar istehsalının dəyərini səciyyələndirir. Nəhayət, köhnəlmə nəzərə alınmaqla bərpa dəyəri ilə qiymətləndirmə mövcud əsas fondların faktiki dəyərini müəyyənləşdirmək, habelə ayrı- ayrı müəssisələrin əsas fondlarının həcmlərini müqayisə etmək üçün çox əhəmiyyətli bir göstəricidir.
İstehsal ǝsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq onun köhnəlmə məbləğini istehsal olunmuş məhsul üzərinə keçirmiş olduğu dəyər kütləsini müəyyən edir. Bu fərqin, daha doğrusu, köhnəlmə məbləğinin istehsal əsas fondlarının tam ilkin dəyərinə nisbəti isə əsas fondun köhnəlmə əmsalını (dərəcəsini) müəyyən edir.
Əsas fondların təkrar istehsal prosesi istehsal fəaliyyətinin və onun səmərəliliyinin əsasını təşkil edir. Onların hərəkəti təsərrüfata rəhbərliyin bütün səviyyələrində tənzimlənir və bu prosesə nəzarət olunur. Əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.
Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan asas fondların dəyərinə nisbəti kimi müəyyən edilir. İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən olunur və bu əmsal yeni istifadaya verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbətini əks etdirir.

Əsas fondlardan istifadə göstəriciləri


İstehsal firması və ya müəssisənin iqtisadi inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə əsas fondların yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondlarından istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqtisadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür.
Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən iqtisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi va fondtutumu göstəriciləri aid olunur. Firma üzrə fondverimi həcm göstəricilərindən birinin əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal asas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına düşən məhsul buraxılışını özündə əks etdirir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar. Fondverimi (F.) göstəricisi aşağıdakı düsturla hesablanır:

Burada, V-il ərzində istehsal edilən məhsulun dəyəri, manatla; Fas-istehsal əsas fondlarının orta illik dəyəri, manatla.
İstehsal asas fondlarını orta illik dəyəri onların ilin əvvəlinə və axırına olan dəyərlərinin yarısı kimi müəyyən edilir. Lakin bu qaydada hesablama zamanı il ərzində istismara verilmiş əsas fondların hansı aylardan istifadə olunması nəzərə alınmır və əsas fondların orta illik dəyəri təhrif edilir. Buna görə də əsas fondların orta illik dəyərinin hər rübün əvvəlinə və axırına dəyərlərinin yarısını toplayıb ildəki rüblərin sayına, yəni 4 rəqəminə bölməklə hesablamaq daha düzgün olardı. Bu zaman müəssisələrin balansında olan, bütün istehsal əsas fondları (konservasiyada, eahahtiyatda, əsaslı təmirdə, modernləşdirmədə və s.) hesaba alınır.
Fondverimi göstəricisinin əksi olan göstərici fondtutumu adlanır və buraxılan məhsulun hər manatına düşən istehsal əsas fondlarının (dəyərə görə) miqdarından ibarətdir. Fondtutumu (F) aşağıdakı kimi hesablanır:

Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat mənbələrini aşkara çıxarmaq üçün müəssisənin texniki-texnoloji xüsusiyyətlərini nəzərə almaqla əlavə göstəricilərdən də istifadə olunur. Məsələn, çuqun, polad, prokat, neft, qaz, kömür, sement, elektrik enerjisi və s. kimi standart məhsulların istehsalında həmin məhsulların buraxılışı həcminin istehsal əsas fondlarının bir (100, 1000) manatına görə natural ifadədə müəyyən etmək olar. Fondverimi göstəricisi istehsal əsas fondlarının ən aktiv hissəsinə-texnoloji avadanlıqlara görə də müəyyən oluna bilər.
Bütövlükdə, firmada fondverimi göstəricisini tahlil edərkən onun (firmanın) aid olduğu sahənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, çünki ayrı-ayrı sahələr üzrə fondveriminin səviyyəsi geniş amplitudada tərəddüd edir. Məsələn, yüngül və yeyinti sənaye sahələrinin müəssisələrində orta illik istehsal asas fondlarının hər manatına məhsul buraxılışı öz məbləğinə görə, sənaye üzrə orta hesabla məhsul buraxılışından müvafiq surətda təqribən 2-4 dəfə çox, hasilat sahələrindəkinə, elektrik və istilik enerjisi istehsallarındakına nisbətən isə təqribən 2-3 dəfə az olur.
Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyəsini səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesablanırsa, bu halda fondverimi göstəricisi məhsul istehsalına çəkilən xərclərin nisbi qənaətini nəzərə almır. İstehsal xərclərində əsas fondların amortizasiyası sənaye müəssisələri üzrə orta hesabla təqribən 10 faizə qədər olur, lakin əsas fondlar istehsal prosesinin maddi əsası olduğuna görə xeyli dərəcədə əmək predmetlərinə və canlı amǝyǝ qənaəti müəyyən edir. Halbuki xammala, materiallara, yanacağa və elektrik enerjisinə, həmçinin əmək haqqına qanaat fondverimi göstəricisinin ancaq məhsul buraxılışının artmasına təsir edən hissəsində əks olunur. Bu qənaətin üstünlük təşkil edən qalan hissəsi isə fondveriminin səviyyəsində öz əksini tapmır. Halbuki real şəraitdə xammala va başqa əmək predmetlərinə qənaət etmək, əməyi mexanikləşdirmək, iş şəraitini yaxşılaşdırmaq və bunun nəticəsində əmək məhsuldarlığını yüksəltmək üçün əlavə avadanlıq istifadəyə vermək iqtisadi cəhətdən sərfəli olur.
Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hesablanması daha məqsədəuyğundur. Bundan başqa, fondverimi səviyyəsinin əməyin fondla silahlılığı (istehsal heyətinin hər nəfərinə düşən asas fondların dayari) və əmək məhsuldarlığının (istehsal heyətinin hər nəfərinə düşən məhsulun dəyəri) artması nisbəti, məhsulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, manfaatin və rentabelliyin artması ilə müşayiət olunmalıdır.



Yüklə 439,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin