Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti


Firmada maddi resursların normallaşdırılması



Yüklə 439,48 Kb.
səhifə3/3
tarix03.05.2023
ölçüsü439,48 Kb.
#106622
1   2   3
elyanə

Firmada maddi resursların normallaşdırılması
Firmada maddi resursların əsas növlərini texniki şöbənin (baş texnoloq şöbəsinin) tərkibindəki xüsusi büro, yaxud qrup normalaşdırır. Təmir-istismar ehtiyacları üçün materialın normalaşdırılması işi ilə baş mexanik şöbəsi (təmir təyinatlı materiallar) və baş energetik şöbəsi (yanacaq, enerji və s.) məşğul olurlar. Alət, tərtibatlar, ştamplar və habelə müxtəlif təsərrüfat inventarlarının istehsalı ilə əlaqədar olan materialların normalaşdırılması işi müəssisənin müvafiq şöbə və sexləri tərəfindən yerinə yetirilir.
Məsrəf norması nədir? Norma - məhsul vahidinin istehsalına materialdan maksimum yol verilə bilən, yaxud minimum məsrəfdir.
Firma və müəssisənin təchizat orqanları həmin şöbələrdən məsrəf normalarını alıb, onları əvvəlki illər qüvvədə olan məsrəf normaları ilə müqayisə edir, sistemləşdirir və bunun əsasında illik maddi-texniki təchizat planını işləyib hazırlayır.
Materialdan məsrəf norması olmadıqda müəssisənin bu və ya digər materiala tələbatını müəyyən etmək qeyri-mümkündür. Materialdan məsrəf normasını il ərzində istehsal ediləcək məhsulun miqdarına vurmaqla materiala illik tələbatın həcmini tapırlar və bunun əsasında müəssisənin maddi-texniki təminat planını tərtib edirlər. Maddi resurslardan məsrəf normaları mütərəqqi, texniki-iqtisadi cəhətdən əsaslandırılmış və materiallardan qənaət işində səfərbər- edici mahiyyətə malik olmalıdır.
Mütərəqqi material məsrəfi normaları qabaqcıl təcrübəni, elm və texnikanın son nailiyyətlərini özlərində təcəssüm etdirməli və materiala faktiki qənaət səviyyəsini ötüb keçməlidir. Maddi resurslardan məsrəf normaları həm texniki cəhətdən əsaslandırılmış və ham da real normalar olmalıdır. Real, texniki-iqtisadi cəhətdən əsaslandırılmış normaların işlənib hazırlanması istehsalın texniki səviyyəsi və onun plan ilində yüksəldilməsi imkanı, istehsalın təşkili səviyyəsi və plan ili üçün həyata keçirilməsi nəzərdə tutulan təşkilati-texniki tədbirlar, işçilərin ixtisas səviyyələrinin yüksəldilməsi və s. bu kimi tədbirlər nəzərə alındığı təqdirdə mümkündür.
Material resurslarının normalaşdırılması işini lazımi keyfiyyatda yerinə yetirmək və metodoloji cəhətdən səhvə yol verməmək məqsədilə məsrəf normalarının düzgün təsnifləşdirilməsinin elmi-nəzəri və praktik əhəmiyyəti vardır.
Material məsrəfi normaları fəaliyyət müddətinə, maddi resursları təfsilləşdirmə dərəcəsinə və nəhayət, tətbiq miqyasına və s. əlamətlərinə görə təsnifləşdirilir.
Normalar fəaliyyət müddətinə görə illik və perspektiv olurlar. Adından göründüyü kimi, fəaliyyət müddəti il üçün nəzərdə tutulmuş məsrəf normaları xammal, material, yanacaq və digər maddi resursların məhsul vahidinə orta illik məsrəfini səciyyələndirməklə cari planlaşdırmada tatbiq olunur. İllik məsrəf normaları il üçün istehsalı planlaşdırılmış məhsulların plan maya dəyərinin kalkulyasiyasında (məhsul vahidinin maya dəyərinin müəyyən edilməsində) istifadə olunur.
İstehsal ehtiyatları dövriyyə vəsaitlərinin mühüm tərkib hissasi kimi, onun normalaşdırılması mümkün olan ünsürüdür. İstehsal ehtiyatları üzrə normativlar günlük ehtiyatın həcmi ilə müəyyən olunur. İstehsal ehtiyatları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:
a) Xammal, asas material və satın alınmış yarımfabrikatlardan ehtiyatlar;
b) Köməkçi materiallardan ehtiyatlar;
c) anacaqdan ehtiyatlar;
d) Tara va tara materiallarından ehtiyatlar;
e) Ehtiyat hissələrindən ehtiyatlar;
f) Alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalardan ehtiyatlar. Qeyd etmək lazımdır ki, eyni bir material və ya məhsul ehtiyatı həm istehsal vasitələri ehtiyatına, həm də istehlak şeyləri ehtiyatına aid edilə bilər. Bu hər şeydən əvvəl onun iqtisadi təyinatı ilə, başqa sözlə, hansı sahədə istifadə olunması ilə müəyyən edilir. Məsələn, parça, şəxsi tələbatı ödəmək üçün istifadə edilərsə, onda o istehlak şeyləri ehtiyatına aid edilir. Əgər parça istehsal istehlakı üçün istifadə edilərsə, onda o, istehsal vasitələri ehtiyatı hesab olunur. İstehsal vasitələrindən iki növ ehtiyat yaradılır: əmtəəlik va istehsal.
Məcmu material ehtiyatı, ehtiyat şəklində olan vəsaitlərin dövranının bütün mərhələlərində, yəni hazır məhsul istehsalçı müəssisədə əmtəə forması qəbul etdiyi andan (anbarlaşdırıldığı andan) onun istehlakçıda istehsal istehlakına daxil olduğu ana qədər olan mərhələlərdə yaradılan əmtəə-material qiymətlərinin məcmusudur. İqtisadi adəbiyyatda bu, əmtəəlik va ya satış ehtiyatları adlandırılır.
Müəssisənin fasiləsiz va ahəngdar işini təmin etmək məqsədilə cari, hazırlıq, sığorta və mövsümi adlanan istehsal ehtiyatları yaradılır. Artıq əvvəllər qeyd olunduğu kimi, istehsal ehtiyatları müəssisədə yaradılmış, lakin hələ texnoloji prosesə daxil olmamış xammal, material, yanacaq və s.-dən ibarət olan ehtiyatlardır. Onların aşağıdakı növləri vardır:
Cari ehtiyat - istehsal ehtiyatının əsas hissəsi olmaqla iki məhsul- göndərmə arasındakı vaxt intervalında firmanın normal işləməsini təmin etmək üçün yaradılır. O, gətirildiyi vaxt özünün maksimum, növbəti material partiyasının alınması ərəfəsində minimum həddində olur. Hazırlıq ehtiyatı firmada materialın qəbulu, istehsal istehlakına hazırlanması və bilavasitə onun istehlak olunacağı yerə gətirilməsi ilə əlaqədar olan vaxt ərzində istehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə yaradılır.
Mövsümi ehtiyat naviqasiya ilə əlaqədar nəqliyyatın işləməsində uzunmüddətli fasilə, xammal və materialların istehsal və ya tǝdarükünün mövsümi olması, xammal va materialların mövsümi istehlakı ilə əlaqədar yaradılır.
Istehsal ehtiyatlarının idarə edilməsinin başlıca məqsədi onların elə həcmini müəyyən etməkdir ki, o, təkrar istehsal prosesinin fasiləsizliyini minimum ehtiyatlarla və xərclərlə təmin etsin. Buna ehtiyatların normalaşdırılması, yani ehtiyat normalarının müəyyən edilməsi, onların səviyyəsinə daim nəzarət edilməsi və mütəmadi olaraq onların faktiki həcminin müəyyən edilməsi, normaya uyğun gəlməsi üzrə tədbirlər həyata keçirmək sayəsində nail olmaq olar.
Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin normalaşdırılması
Bitməmiş istehsal və özünün hazırladığı yarımfabrikatlar müəssisə nin dövriyyə vəsaitlərinin çox mühüm hissəsini təşkil edir. Bitməmiş istehsal dövriyyə fondlarının quruluşunda istehsal ehtiyatlarına nisbǝtən az xüsusi çəkiyə malik olsa da, firma və müəssisənin iqtisadiyyatındə istehsalın təşkili baxımından çox əhəmiyyətlidir. Belə ki, bitməmiş istehsal zadel şəklində texnoloji prosesin bütün mərhələlərində, iş yerlərinin hamısında elə kəmiyyətdə olmalıdır ki, onlar arasındakı istehsal gücü üzrə proporsiyalar pozulmasın. Əgər belə olmazsa, istehsalın ahəngdarlığı pozulur, eyni vaxtdan bir eyni miqdarda məhsul istehsalı qeyri-mümkün olur. Bütün bunlara görə də dövriyyə fondlarının bitməmiş istehsalda olan hissəsi daimi nəzarət tələb edir: onun həcminin normativindan yuxan qalxmasına, nə də aşağı düşməsinə yol vermək olmaz-hər iki hal müəssisənin iqtisadiyyatına ziyan gətirə bilər.
Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi dörd amildən: istehsal olunan məhsulun həcmi və tərkibindən, istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən asılıdır.
Məhsul istehsalının həcmi bitməmiş istehsalın kəmiyyətinə birbaşa təsir göstərir: digər şartlar dəyişməz olduqda, mohsul istehsalı na qədər çoxdursa, bitməmiş istehsalın da həcmi bir o qədər böyük olur. İstehsal olunan məhsulların həcmi bitməmiş istehsalın həcminə müxtəlif formalarda təsir göstərir. İstehsal tsikli kiçik olan məhsulların xüsusi çəkisi artdıqda bitməmiş istehsalın həcmi azalır və əksinə.
Məhsulun maya dəyəri də bitməmiş istehsalın həcminə birbaşa təsir göstərir. İstehsal xərcləri nə qədər aşağıdırsa, dəyər ifadəsində bitməmiş istehsalın həcmi də bir o qədər az olur. Maya dəyərinin artması bitməmiş istehsalın həcmini çoxaldır.
Bitməmiş istehsalın həcmi istehsal tsiklinin uzunluğundan da bilavasitə asılı olur. İstehsal tsiklinin azaldılması bitməmiş istehsalında həcminin azalması ilə nəticələnir.
Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normasını müǝyyən etmək üçün məhsulun hazırlıq dərəcəsini də bilmək lazımdır. Bunu xərclərin çoxalma əmsalı əks etdirir. İstehsal prosesində xərclər birdəfəlik və çoxalan xərclərə bölünürlər. Birdəfəlik xərclərə istehsal tsiklinin əvvəlində sərf edilən xərclər (xammalın, əsas materialların va kənardan alınmış yarımfabrikatların sərfi), çoxalan xərclərə isə qalan digər xərclər (amortizasiya ayırmaları, elektrik enerjisi məsrəfləri, əmək haqqı və s.) aiddir. Xərclərin çoxalma əmsalı xərclərin bərabər və qeyri-bərabər artımı üçün müəyyən olunur. Bərabər artım üçün xərclərin çoxalma əmsalı aşağıdakı kimi düsturun köməyi ilə hesablanır.

Burada, K-xərclərin çoxalma əmsalı;
Find-birdəfəlik xərclər;
Far-artan xərclər.
Xərclərin qeyri-bərabər artımı üçün istehsal tsiklinin müddəti üzrə xərclərin çoxalma əmsalı aşağıdakı kimi hesablanır:

Burada, OMD-bitməmiş istehsaldakı məmulatların orta dǝyǝri; İMD- məmulatların istehsal maya dəyəri.
Bitməmiş istehsalda dövriyyə vəsaitlərinin normativi (N) aşağıdakı düsturun köməyilə hesablanır:

Burada,
X- məhsul istehsalına çəkilən birgünlük xərclər;
T-istehsal tsiklinin günlərlə uzunluğu;
K-xərclərin çoxalma əmsalı.
Müəssisənin illik fəaliyyəti planlaşdırılarkən, yəni istehsal proqramı tərtib edilərkən bitməmiş istehsal üçün müəyyənləşdirilmiş normativlər nəzərə alınır.
Bitməmiş istehsalın normativlərdən artıq olması dövriyyə vəsaitlərinin dövriyyə sürətinin aşağı düşməsinə, istehsal meydançalarından səmərəsiz istifadə olunmasına və saxlanma rejiminin pozulmasına görə yarımfabrikatların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bitməmiş istehsalın normativlərdən az olması, yəni çatışmazlığı, işçilərin və avadanlıqların boşdayanma hallarının artmasına, istehsal gücündən səmərəsiz istifadəyə, həm də boşdayanma hallarının ödənilməsi ilə əlaqədar lüzumsuz xərclərin çoxalması ilə nəticələnir. Bitməmiş istehsalın kəskin çatışmazlığı isə, ümumiyyətlə texnoloji prosesin pozulmasına gətirib çıxara bilər. Bütün bunlara görə də bitməmiş istehsal texnoloji prosesin hər bir keçidi üzrə çox ciddi və dəqiq hesablanmalıdır.
Sexdə bitməmiş istehsalın ümumi miqdarı (həcmi) bütün qruplar üzrə bitməmiş istehsalların cami kimi müəyyən edilir. Bitməmiş istehsalın ümumi həcmi sexin normal işini təmin etməlidir. Lakin istehsalda müxtəlif gözlənilməz hallar (məsələn, bu və ya digər avadanlığın sıradan çıxması kimi) baş verə bilər. Buna görə də istehsalın ayrı-ayrı mərhələləri üçün müəyyən miqdarda yarımfabrikatlardan sığorta ehtiyatı yaradılır. Onun həcminin avvəlcədən hesablanması təsadüflərlə əlaqədar olduğundan - mümkün deyildir. Sığorta ehtiyatının miqdarı (həcmi) istehsalın təşkilindən və texniki səviyyəsindən asılıdır.
İl ərzində dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmini tapmaq üçün aşağıdakı düsturdan istifadə edilir:

Burada,
Nы-dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi;
M-natural ölçülərdə məhsul buraxılışının həcmi;
Md-məhsul vahidinin maya dəyəri;
Tm- məhsulun istehsalı müddəti;
Əd-məmulatın bitməmiş istehsalda hazırolma səviyyəsi (bu, bitməmiş istehsalda maya dəyərinin hazır məhsulun maya dəyərinə nisbəti kimi hesablanır).
Qeyd etmək lazımdır ki, bitməmiş istehsalın normalaşdırılması müəssisənin işinin fasiləsizliyini təmin etməyə və səmərəliliyini artırmağa, istehsal güclərindən tam və dolğun istifadəyə xidmət edir. Bu normativlərin dəqiq hesablanması və onlara əməl edilməsi istehsal güclərinin müəyyən dövr (il, yarım il və s.) ərzində tam yükləndiyi şəraitdə mümkündür.

Firmada tədavül fondlarının idarə olunması


Firmada tədavül fondlarının düzgün idarə olunması dövriyyə vəsaitlərindən səmərəli istifadənin əsas istiqamətlərindən biridir. Xüsusilə, bazar münasibətləri şəraitində maliyyə münasibətlərinin əhəmiyyətinin artdığı bir dövrdə, pul vəsaitlərinin hərəkətində vaxt amilinin nəzərə alınması, inflyasiya və valyuta kurslarının dəyişməsi tədavül fondlarının idarə olunması və onların üzərində mütəmadi nəzarət tələb edir və onun əhəmiyyətini artırır.
Tədavül fondlarının mühüm tərkib hissəsi hazır məhsul qalığıdır. Hazır məhsul ehtiyatının yaradılması firmaya istehsal planının tərtibində və marketinq tadbirlarinin həyata keçirilməsində sərbəstlik verir. Firmada məhsul istehsalı ciddi şəkildə satışa istiqamətlənməməlidir. Hazır məhsuldan böyük həcmdə ehtiyatların yaradılması istehlak tələbini səmərəli şəkildə ödəməyə imkan verir. Əgər müəssisədə müəyyən növ məhsuldan müvəqqəti olaraq ehtiyat yaradılmayıbsa, onda bu, həm indiki, həm də gələcəkdəki satışları (sifarişləri) itirməklə nəticələnə bilər.
Hazır məhsul ehtiyatının yaradılması müəyyən xərclərlə əlaqədardır. Həmin xərclərə bu ehtiyatların saxlanması, nəql edilmasi xərcləri va habelə bu ehtiyatlanın yaradılmasına sərf olunmuş investisiyaya hesablanan mənfəət daxildir.
Hazır məhsul ehtiyatlarının həcmi o həddə qədər artırıla bilər ki, əldə olunan qənaət, əlavə ehtiyatın yaradılması ilə əlaqədar xərclərdən çox olsun. Hazır məhsul ehtiyatının normativi (tədavül fondlarının bu ünsürü normalaşdırılır) faktiki qənaətin həcmindən, əlavə ehtiyatların yaradılmasına çəkilən xərclərdən və bu ehtiyatlar üzərində samarali nəzarətdən asılıdır. Aydındır ki, bu ehtiyatların həcmi istehsal, marketinq və maliyyə xidmətləri ilə razılaşdırılmalıdır.
Hazır məhsul ehtiyatlarının idarə olunması zamanı, ilk növbədə, məhsul növləri üzrə sifarişin səmərəli ölçüsü müəyyən olunmalıdır. Sifarişin səmərəli ölçüsünün müəyyən olunması nəinki hazır məhsul qalığının qorunub saxlanması ilə, həm də sifarişin yerinə yetirilməsi ila əlaqədar xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Praktikada hazır məhsula tələbi kifayət dərəcədə dəqiq müəyyən etmək o qədər də asan məsələ deyildir. Adətən, hazır məhsula tələb müəyyən müddət ərzində statik vəziyyətdə olmur, mütəhərrik olur, tez-tez dəyişir. Tələbdən başqa, sifarişin alınmasından sonra hazır məhsulun istehsalı üçün zəruri olan vaxt da müəyyən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər müəssisədə hazır məhsullardan, istehsal ehtiyatı kimi, sığorta ehtiyatlarını da yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, bu ehtiyatların da - mövcud şəraitdən asılı olaraq - optimal həcmi müəyyən olunmalıdır. Hazır məhsuldan sığorta ehtiyatının optimal həcminin müəyyən olunması, məhsulun çatışmayan həcmi ilə bunu doğuran səbəbin neytrallaşdırılmasına kifayət edən sığorta ehtiyatının yaradılması ilə əlaqədar xərclər arasında tarazlığın tapılması ilə bağlıdır. Beləliklə, müəssisədə hazır məhsul ehtiyatının yaradılması müəyyən xərclərlə bağlıdır. Elə buna görə də, hazır məhsul ehtiyatımın yaradılmaması müəyyən risklərlə əlaqədardır və ciddi itkilərə səbəb ola bilar. Bu baxımdan, qeyd edilən itkilərin aradan qaldırılması üçün hazır məhsulun hər bir növündən optimal ehtiyat yaradılmalıdır.
Firmada hazır məhsuldan ehtiyatın optimal həcmdən çox yaradılmasına da yol vermək olmaz, çünki bu, dövriyyə vəsaitlərindən istifadənin səmərəlilik səviyyəsinə mənfi istiqamətdə təsir göstərə bilər.
Firmanın istehsal etdiyi hazır məhsul dövriyyə vəsaitlərinin istehsal sferasından tədavül sferasına keçdiyini xarakterizə edir. Bu, artıq qeyd olunduğu kimi, tədavül fondlarının yeganə normalaşdırılan ünsürüdür. Hazır məhsula dövriyyə vəsaitlərinin normativi (Nm) aşağıdakı düsturla müəyyən olunur:

Burada,
R-istehsal maya dəyəri ilə əmtəəlik məhsulun bir günlük buraxılış
D-hazır məhsuldan günlük ehtiyat norması.
Anbarda hazır məhsul ehtiyatı üzrə müəyyən edilmiş norma mǝhsulun zəruri olan həcmdə dəstləşdirilməsi və yığılmasına, məhsulun qablaşdırılmasına, markalanmasına və yüklənib yola salınmasına qədər anbarda saxlanmasına, yola salınma stansiyasına çatdırılması və boşaldılmasına çəkilən müddətlə müəyyən olunur.
Dövriyyə vəsaitlərinin xüsusi normativləri hesablama toplanılaraq normalaşdırılan dövriyyə vəsaitlərinin məcmu normativi tapılır.
Müəssisədə pul vəsaitlərinin saxlanması sövdələşmə, xəbərdarlıq, möhtəkirlik motivləri ilə əlaqədardır. Sövdələşmə motivi müəssisənin fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərin yerinə yetirilməsi üçün nağd pula olan talabatından irəli gəlir. Belə ki, müəssisə müxtəlif təyinatlı məhsulların alınması, omak haqqının, vergi va dividendlərin ödənməsi və s. üçün müəyyən məbləğdə pul vəsaitlərinə malik olmalıdır.
Xəbərdarlıq motivi gözlənilmaz hallarda yaranan öhdəlikləri yerinə yetirmək məqsədilə pul vəsaitlərinin saxlanması ilə əlaqədarır. Müəssisaya nağd pul vəsaitlərinin axını qabaqcadan no qədər dəqiq qiymətləndirilərsə və ya gözlənilməz nağd pul məsrəflərini həyata keçirmək üçün kreditin əldə olunması imkanları nə qədər yüksəkdirsə, pul ehtiyatına olan tələbat bir o qədər azalır. Qeyd etmək lazımdır ki, müəssisənin pul vəsaitlərinin hamısını öz təyinatına görə nağd şəkildə saxlamaq məqsədəuyğun deyil, onun müəyyən hissəsini təqribən pula bərabər aktivlərdə - qiymətli kağızlarda saxlamaq olar.


NƏTİCƏ
Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndirilməsi müəyyən praktiki əhəmiyyətə malikdir. İlkin dəyər ilə qiymətləndirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müəyyənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəyən etməyin əsasıdır.
İstehsal əsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq onun köhnəlmə məbləğini - istehsal olunmuş məhsul üzərinə keçirmiş olduğu dǝyǝr kütləsini müəyyən edir. Bu fərqin, daha doğrusu, köhnəlmə məbləğinin istehsal əsas fondlarının tam ilkin dəyərinə nisbəti isə əsas fondun köhnəlmə əmsalını (dərəcəsini) müəyyən edir.
Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər. Lakin hər iki halda, qüvvədə olan qaydaya görə, əsas fondların dəyəri amortizasiya normasına müvafiq olaraq yaradılan məhsulun üzərinə keçirilir. Buna görə də, əsas fondlardan məhsuldar istifadə (istismar) zamanı onların fiziki köhnəlməsi həm də iqtisadi köhnəlmədir.
Bazar münasibətləri şəraitində inflyasiyanın səviyyəsinin və valyuta kurslarının dəyişməsi iqtisadiyyat üçün mümkün olan hallardır. Bu baxımdan müəssisə yüksək inflyasiya şəraitində debitor borclarını minimuma endirməyə, kreditor borclarını isə nisbətən artırmağa çalışmalıdır.
Beləliklə, müəssisədə tədavül fondlarından səmərəli istifadə olunmasına məhsulun satışının səmərəli təşkili, hesablaşmaların səmərəli formalarının tətbiqi, sənədləşmənin vaxtında həyata keçirilməsi, müqavilə və ödəmə intizamına əməl olunması və s. bu kimi amillər həlledici təsir göstərir.
Tədavül fondlarının düzgün idarə olunması, başqa sözlə, onlardan istifadənin yaxşılaşdırılması, nəticə etibarilə, dövriyyə vəsaitlərinin səmərəlilik səviyyəsini yüksəldir, müəssisənin iqtisadi inkişafına müsbət planda ciddi şəkildə təkan verir.

ƏDƏBİYYAT

Telman Əlihüseyn oğlu Hüseynov


Firmanın iqtisadiyyatı (dərslik). Bakı “Səda” 2009. Səh.590



Yüklə 439,48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin