Amil Şahbazov - istehsal amilləri və ona olan tələb
2. Maddi resurslar - insanın yaratdığı, yə'ni istehsalın nəticəsi olan istehsal vasitələri.
3. Əmək resursları - əmək qabiliyyətli yaşda olan əhali. Bu adətən resurs baxımından üç parametrinə: sosial-demoqrafik, peşə-ixtisas və mədəni-təhsil əlamətlərinə görə qiymətləndirilir.
4.Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul vəsaitləri.
Ayrı-ayrı resurs növlərinin istehsal prosesində əhəmiyyəti əvvəlki dövrlərdən sənaye dövrünə, ondan da yüksək sənaye texnologiyasına keçirilməsilə dəyişmişdir. Belə ki, üstünlük sənayeləşmədən əvvəlki cəmiyyətdə təbii və əmək resurslarına, sənayeləşdirmə dövründə isə maddi resurslara xas olduğu halda, yüksək sənayeləşmə dövründə intelektual və informasiya resurslarına xasdır. Təbii ki, maddi və əmək resursları istənilən istehsala məxsusdur.
Ona görə bunlar «baza» resursları, bazar mərhələsində yaranan maliyyə resursları isə «törəmə» resurslar adlanır.
«İstehsal resursları» anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə «istehsal amilləri» anlayışı da işlədilir. Belə isə onların fərqi nədədir?
Resursları xarakterizə edəndə gostərdik ki,bunlar istehsala cəlb oluna bilən təbii və sosial qüvvələrdir. Bu halda «istehsal amilləri» istehsal prosesinə artıq real surətdə cəlb olunan resursları ifadə edən iqtisadi kateqoriyadır.
Beləliklə, «istehsal resursları» anlayışı «istehsal amilləri» anlayışından daha genişdir. Başqa sözlə, istehsal amilləri törəmə resurslardır. Resurslardan fərqli olaraq, istehsal amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də istehsal həmişə onun amillərinin qarşılıqlı fəaliyyət birliyidir. Odur ki, maddi ne'mətlərin hazırlanmasında hansı amillərin iştirak etməsi məsələsini aydınlaşdırmaq çox vacibdir. İqtisadi nəzəriyyədə istehsal amilləri deyimində istehsalın ilkin nəticələrinə həlledici tə'sir göstərən hər bir mühüm ünsür və ya obyekt başa düşülür. Belə ki, müəyyən məhsulun istehsalı üçün öz amillər dəsti vardır. Ona görə onların təsnifatına - böyük qruplarda birləşdirilməsinə tələbat vardır.İstehsal amillərinin öyrənilməsinə və onların ayrıca qruplarda təsnifatına müxtəlifyanaşmamöqeləri vardır.
Marksizm nəzəriyyəsi iş qüvvəsi, əmək cisimləri və əmək vasitələri kimi istehsal amillərini iki böyük qrupa ayırır:
İstehsalın şəxsi amili;
İstehsalın maddi amili.
İstehsalın şəxsi amilinə həmişə iş qüvvəsi, yə'ni insanm əməyə fiziki və əqli qabiliyyətlərinin məcmusu kimi baxılır. Bütün istehsal vasitələrinin məcmusu isə maddi amil kimi qəbul edilir.
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun da səmərəliliyi istehsalın texnologiyası və təşkili müəyyən olunur. Bununla texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı fəaliyyət ifadə edir. O müxtəlif emal üsullarından istifadə edilməsini, əməkcisimlərinin vəziyyətinin, forumu və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur.
İstehsalın təşkili isə bütün istehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini, onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək, kapital, sahibkarlıq fəaliyyəti.
Torpağa təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii
sərvətlər, mə'dən yataqları da aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və s. daxil edilir.
Torpaq istehsal amili kimi üçlü mə'na kəsb edir: geniş mə'nada o, istehsal prosesində istifadə olunan bütün təbii resursları təmsil edir. Belə ki, bir sıra sahələrdə, məsələn, aqrar, mə'dən sənayesində, balıq istehsalında «torpaq» təsərrüfatçılıq obyektidir. O, eyni zamanda həm «əmək cismi», həm də «əmək vasitəsi kimi özünü göstərir. İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir; bütün həyat, o cümlədən maddi ne'mətlər istehsalı onun üzərində qurulur.
Kapital istehsal amili kimi əmtəə və xidmətlər istehsalında istifadə edilən ne'mətlər məcmusu şəklində olur. Bu - alət, maşın, dəzgah, avadanlıq, anbar binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Elmi-texniki tərəqqi nəticəsində onların texniki vəziyyəti daim təkmilləşdirilir. Bu isə istehsal prosesinin ümumi nəticəsinə və onun əlverişli faydalılığına, istehsal prosesində əmək vasitələri şəklində olan kapital vasitəsilə əmək cisimlərinə həlledici tə'sir göstərir. Onlar istehlak dəyərlərinə çevrilir. Kapital haqqında müxtəlif mülahizələr vardır.