Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ



Yüklə 54,77 Kb.
səhifə2/6
tarix07.12.2022
ölçüsü54,77 Kb.
#72990
1   2   3   4   5   6
adiak

Mövzu 2 : Üslub və üslubiyyat
Üslub termini ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır. Üslub hər şeyin öz «məni»dir. Yəni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməxsus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf mərhələsində üslubu ola bilməz. Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviyyəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq akademik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, poetik üslub — ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır.
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyində Aristotel insan nitqi və onun fəlsəfi problemlərindən danışarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub anlayışını nitqə tətbiq etdilər. Həm yunanları, həm də romalıları üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş mənada natiqlik sənəti kimi başa düşmələri idi. İnsan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. nsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üslubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamilləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmişdir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.
Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatın tarixi XX əsrin 20-ci illərindən başlayır. Dilçiliyin başqa şöbələri kimi, üslubiyyat da öz növbəsində: a) nəzəri və təcrübi; b) ümumi və xüsusi; c) təsviri, tarixi və müqayisəli olaraq üç sahəyə ayrılır. Üslubiyyat bir termin kimi XX əsrin I rübündə elmə daxil olmuş, əsasən, ədəbiyyatşünaslığa aid edilmişdir. Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin aparıcı funksional üslublarını, bədii, elmi və ictimai-siyasi terminlərə əsaslanaraq, üç növünü göstərir. Bu cəhətdən Xaqaninin bölgüsü üzrə «vaizanə» dini-didaktik üslub ədəbi dilin «ictimai-siyasi üslub» növü onun bir qoludur. Rəsmi — kargüzarlıq anlayışını bildirən üslub qolu da buraya daxildir».
Dilçilikdə üslubiyyat dedikdə, əsasən iki üslubiyyat növü nəzərdə tutulur. Bunlardan birincisi dil vahidlərinin üslubiyya-tıdır ki, onların özləri də müxtəlif yarımqruplara bölünür. Məsələn, fonetik üslubiyyat, leksik üslubiyyat, morfoloji üslubiyyat və sintaktik üslubiyyat. Üslubiyyatın bu bölmələri modallıqla sıx əlaqədardır. Hətta cümlənin aktual üzvlənməsində iştirak edən prosodik vasitələr də üslubi fonetikaya aiddir.Müasir Azərbaycan dilini mükəmməl bilən hər bir adam səslərin uzanması, qısaldılması, vurğu, intonasiya vəs.vasitəsi ilə fonetik üslub yarada bilər.Hər hansı bir samitin və ya saitin tez-tez təkrarlanması xüsusi üslubi məqam yaradır.
Leksik üslubiyyatda əsas məsələ sözlərin seçilməsidir. Burada da təkrarlar, paronimlər, sinonimlər və s. əsas rol oynayır. Hətta bəzən söz və ifadələrin qarşılaşdırılması da güclü üslubi məqam yaradır. Dil vahidləri məhz sintaktik səviyyədə geniş fəaliyyət imkanı qazanır. Sintaktik üslubiyyat da dil sturukturunun başqa səviyyə üslüblarına nisbətən daha geniş və əhatəlidir. Burada söz sırası, cümlənin məqsəd və avaza görə dəyişməsi, prosodik vasitələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sadələşdirilməsi və s. əsas rol oynayır.



Yüklə 54,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin