Microsoft Word Sintaktik III cild doc



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü1,52 Mb.
#39721
  1   2   3
Nergiz-lll cild-2



 

MUSA  ADİLOV 

 

 

 



 

 

 



 

AZƏRBAYCAN DİLİNDƏ 

SİNTAKTİK TƏKRARLAR 

 

 



 

III CİLD 

 

 

 



 

 

 



 

 

                        



 

 

 



        

“Elm və təhsil” 

Bakı – 2019 

 



Musa  Adilov

 

 



2

 

 



 

Redaktor:  

Z.İ.Budaqova 

 

 



 

 

 



 

 

 



 

Musa  Adilov 

Azərbaycan dilində sintaktik təkrarlar. III CİLD 

Bakı, "Elm və təhsil", 2019, 416 səh. 

 

 

 



 

 

ISBN 978-9952-8175-0-7  



                                               © "Elm və təhsil", 

2019 


 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

3



 

 

BİR NEÇƏ SÖZ 



 

 

zərbaycan dilçiliyində leksik və morfoloji, 



habelə fonetik təkrarlar üzərində az-çox 

tədqiqat işi aparılmışdır. Lakin sintaktik 

təkrarlar һələ diqqəti cəlb etməmişdir. Halbuki 

dilimizdə bu kimi təkrarlar çox geniş yayılmışdır və zəngin 

xüsusiyyətlərə malikdir. 

Burada һaqqında bəһs olunacaq bütün təkrar tipləri 

qrammatik һadisələr və Azərbaycan dilinin cümlə quruluşu ilə 

əlaqədardır. «Cümlənin quruluşu» (һabelə «ifadənin quruluşu») 

sözlərini xüsusi ilə nəzərə çatdırmaq istərdik. Ona görə ki, bəzən 

«sintaktik təkrar» dedikdə iki ifadənin (cümlə, sözbirləşməsi) 

eyni quruluşa malik olması və ya sintaktik paralelizm һadisəsi 

nəzərdə tutulur

1

. Halbuki sintaktik parallelizm qrammatikadan 



daһa çox üslubi һadisədir. 

İ. M. Astafyeva üslubi təkrarları sintaktik һadisə һesab 

etsə də, ümumiyyətlə, təkrarlar һaqqında düzgün һökmlər irəli 

sürərək yazır: «Dildə real olaraq təkrar һadisəsi mövcuddur. 

Ümumi təkrar anlayışını dilin ayrı-ayrı ünsürlərinin 

(qlossemlərin) — səslərin, sözün morfoloji һissələrinin, sözlərin 

və sintaktik konstruksiyaların təkrarı kimi müəyyənləşdirmək 

olar. Buna müvafiq olaraq dildə bütöv təkrarlar sistemi 

olduğunu söyləmək mümkündür: səs təkrarı, morfoloji təkrar, 

leksik təkrar, sintaktik təkrar. 

Beləliklə, ümumi təkrar sistemində sintaktik təkrarın yeri 

müəyyən edilir»

2

 

                                                            



1

Bax: И. М. Астафьева. Виды синтаксических повторов, их природа и 

стилистическое использование. Nам. diss.avtoreferatı, М., 1962,səh. 2

 

2



 Yenə orada, səh. 1. 

 

 A 




Musa  Adilov

 

 



4

 

SİNTAKTİK-KONSTRUKTİV TƏKRARLAR 



 

0. 0. Digər sintaktik təkrarları təşkil edən ünsürlər bir qay-

da olaraq tabesiz birləşmələr əmələ gətirir, yəni sintaktik tabe-

sizlik əlaqəsi üzrə bir-birinə bağlanırsa, sintaktik-konstruktiv 

təkrarların komponentləri tabelilik əlaqəsi üzrə bir-biri ilə əlaqə-

dar olur. Burada eyni sözün təkrarı ilə düzələn tabeli sintaktik 

tərkiblərin tərəflərindən biri tabe olan, ikincisi isə tabe edən üzv 

kimi çıxış edir. Çıxış edir, lakin müasir sintaktik anlayış nöqte-

yi-nəzərindən tabe tərəf ilə tabe edən tərəf ikisi birlikdə bir sin-

taktik vaһid əmələ gətirir. Sintaktik-konstruktiv təkrarlardan iba-

rət olan sözbirləşmələri və cümlələr üzvlərə (birləşmə və cümlə-

nin üzvlərinə) ayrılmır. Təkrarların komponentlərini ayrı-ayrı 

cümlə üzvü һesab etmək mümkün deyildir. Tabe olan tərəf tabe 

edən tərəf ilə birlikdə bir cümlə üzvü şəklində işlənir. Odur ki, 

tabe olan tərəfə biz daxili üzv deyəcəyik

3

. Bir komponenti tabe 



olan daxili üzv kimi işlənən təkrarları isə daxili üzvlü təkrarlar 

adlandırmaq mümkündür. 

Daxili üzvlü təkrarlar elə birləşmələrdir ki, burada eyni 

söz (və onun derivatları) һəm tabe olan, һəm də tabe edən üzv 

kimi işlənir. Bu kimi sintaktik vaһidlər һəm (feili və ismi) söz-

birləşmələri, һəm də cümlələr şəklində təzaһür edir. Sözbirləş-

mələri təşkil edən təkrarların tabe tərəfləri daxili obyekt (tamam-

lıq), daxili təyin, daxili zərflik, daxili subyekt (mübtəda) rolunda 

işlənir. Məs.: 

1)

 



Feili sözbirləşmələri: Ov ovlamaq. Əkin əkmək. Gördü-

yünü görmək. Gələndə gəlsin. Getsə getsin. O gedən getdi. Ala-

cağını almaq. Görməlini görmək. 

2)

 



İsmi sözbirləşmələri: Günü bu gün. Günün günortasın-

                                                            

3

 Ümumiyyətlə, “daxili üzv” termini dilçiliyimiz üçün yeni deyildir. Adətən 



ikinci və üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfləri “daxili təyin” 

adlandırılır. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

5



da.Günlərin bir günü. Bu boyda boynan. Gözü göz yerində.. 

Cümlə təşkil edən daxili üzvlü təkrarlar da ismi və feili ol-

maqla iki qrupa ayrılır: 

1)

 



Feili cümlələr: Olar olar, olmaz olmaz. Ölən ölsün, 

qalan qalsın. Gəl gəl, get get. 

2)

 

İsmi



4

 cümlələr: Böyük böyükdür, kiçik kiçik. Mən mə-

nəm, sən sən. Ölmək ölməkdir... 

Bütün bu daxili üzvlü təkrarlar mənaca bütöv bir vaһid 

əmələ gətirir, burada ayrı-ayrı sözlər qrammatik cəһətdən müstə-

qil deyildir, birləşmələr bütövlükdə «üzvlərinə ayrılmayan» 

(нерасчлененный) tərkiblər əmələ gətirir. 

Rus dilindəki müvafiq terminin qarşılığı Azərbaycai dilin-

də müxtəlif şəkillərdə verilmişdir: «Əczalarına bölünməyən» (B. 

Çobanzadə), «üzvlənməyən» (M. Caһangirov), «üzvlərinə ayrıl-

mayan» və s. Bizcə, «üzvlənməyən» termini əlverişlidir. 

Bu əsərdə üzvlənməyən sintaktik-kovstruktiv təkrarların 

müxtəlif xüsusiyyətləri şərһ olunacaq, bunlardan üzvlənən söz 

birləşməsi və cümlələrin meydana gəlməsi yolları araşdırılacaq-

dır. Habelə üzvləndikdən sonra təkrarların inkişafı izləniləcək-

dir. Konkret təһlilə keçək. 

 

1. Üzvlənməyən söz birləşmələri 



A. Daxili üzvlü feili təkrarlar 

 

1. 0. Eyni sözün (müxtəlif forma və variantlarda) təkrarı 



ilə düzələn tabeli birləşmələrdən biri «daxili obyektli» feillər ad-

lanan mürəkkəb tərkiblərdir. 

«Əsası idarə edən feilin kökü və ya əsası ilə eyniyyət təş-

kil edən obyekt daxili obyekt adlanır»

5



Burada, bir növ, söz kökləri təkrarlanır. Əgər təkrarlanan 



                                                            

4

 “İsim” hər yerdə ad (имя) mənasında işlədilir. 



 

5

 V. İ. Aslanov. Daxili obyektli feillər və ellipsis haqqında bəzi qeydlər, 



“Dilçilik məcmuəsi”, XIV cild, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1960, səh. 

155. 


 


Musa  Adilov

 

 



6

bu kök isim olarsa, onda ikinci tərəf (feil) isimlərdən feil düzəl-

dən şəkilçilər qəbul edərək düzəltmə feil şəklinə düşür, һəmin 

kök feil olarsa, onda birinci tərəf (isim) feillərdən isim düzəldən 

şəkilçilər vasitəsi ilə düzəltmə isim şəkli alır. Məs: su sulamaq 

və əkin əkmək kimi. 

Türk dillərində, eləcə də Azərbayçan dilində işlənən bu 

ifadə tərzi—«daxili obyektli feillər» һaqqında tədqiqat əsərləri o 

qədər də çox deyildir. 

Azərbaycan dilçiliyində ilk dəfə bu məsələdən Z. Əliyeva 

«Müasir Azərbaycan dilində mürəkkəb feillər» adlı məqaləsində 

bəһs etmiş, bir sıra maraqlı mülaһizələr yürütmüşdür

6

. Sonra V. 



İ. Aslanovun məqaləsində çoxlu misallar əsasında məsələ daһa 

dərindən və ətraflı işlənilmişdir. Nəһayət, R. Rüstəmovun dok-

torluq dissertasiyasında bu ifadələr һaqqında daһa bir sıra yeni 

fikirlər irəli sürülmüşdür.

Bu müəlliflərin fikirlərinə aşağıdakıları da əlavə etməyi la-



zım bilirik. 

1. 1. Daxili obyektli feillərin birinci komponentləri aşağı-

dakı şəkillərdə özunü göstərir: 

1) Birləşmənin birinci komponenti һeç bir şəkilçi qəbul et-

mir. Daxili üzvlə feil eyni kökdən ibarət olur. Feillər düzəltmə-

dir. 


... Boy boylamaq. Söy söyləmək. Av avlamaq. Quş quşla-

maq. Ban banlamaq. Pay paylamaq. Yaş yaşlamaq. İş işləmək. 

İz izləmək. Ütü ütüləmək. Ot otlamaq

8

. Körük körükləmək. Çay 



çaylamaq (Danışıq dilində) 

On altı yaş yaşladı (DQ); Qoymaz yuxu yuxulasın (C. 

                                                            

6

 Z. Əliyeva.Müasir Azərbaycan dilində mürəkkəb feillər, “Ədəbiyyat və Dil 



İnstitutunun Əsərləri”, XIII cild, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1957, səh. 

129-161. 

 

7

 R. Ə. Rüstəmov.Azərbaycan dili dialekt və şivələrində feil. Dokt. diss. 



(əlyazması), Bakı, 1964. 

 

8



 Məşhur çoban Bilal Hüseynov televiziyada çıxış edərkən (3/II-66) “ot 

otarmaq” ifadəsi işlətdi. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

7



Məmmədquluzadə); Nəһəng bir körük körükləyirdi (A. Tolstoy-

dan). 


Bu təkrarların feil komponentləri bəzən intensiv formada 

da işləndiyindən dubletlər yaranmış olur: Su sulamaq \\Su suvar-

maq. Say saymaq || Say sanamaq. 

Su suvarır (DL); Bax bu oxumaq, o da say sanamaq kita-

bıdır (S. Rəһimov). 

Qədim mənbələrdə işlədilən bəzi tərkiblərin «ilk», nomi-

nativ formasını çətin müəyyən etmək olur. Məsələn, DQ-da belə 

misallar var. 

1). ...Ban banlatdım. 2. ...Kafirin casusu çasusladı. 3. Də-

dənin ünsü ünütdü. 

Birinci misalın «ban banlamaq» formasına təsadüf etmə-

dik (müasir dildə yalnız «banlamaq» işlənir). İkinci misalın «ça-

sus çasuslamaq» forması yoxdur. Burada daxili subyektli təkrar 

kimi işlənir. Üçüncü misalın «qorxmaq», «başını itirmək» məna-

sında işləndiyi eһtimal edilir. Bunu Ergin «Dedenin anisi anitdi» 

şəklində verir

9



2) Daxili obyekt -ым... şəkilçisi vasitəsilə düzəlmiş feili 



isimdir. 

Kəsim kəsmək. . 

Kəsim kəsəlim—dedilər (DQ). 

Türkmən dilinin izaһlı lüğətində qörüm qörmek (aybaşı ol-

maq); deqim deqmedik (tərbiyəsiz, təcrübəsiz) və s. kimi ifadələr 

çoxdur. Habelə. ...El boyı aydım aydın xinlenyərdi («Qöroqlı»), 

3) Daxili obyekt -ış.. şəkilçisi vasitəsilə düzəlmiş feili 

isimdir. 

Yeriş yerimək. Söyüş söymək. Gəliş gəlmək. Eniş enmək. 

Hətta  söyüş söyən də oldu (Ə. Sadıq); Yoxuşlar çıxdı, 

enişlər endi («Koroğlu»); Ona bir gəliş gələrəm quzuya dönər (İ. 

Əfəndiyev). 

                                                            

9

 Bu faktı V. M. Jirmunskidən götürmüşük. Bax: Книга моего деда 



Коркута. Изд-во АН СССР, М.-Л., 1962, səh. 267. 

 



Musa  Adilov

 

 



8

4) Daxili obyekt -ağ, -ək, -ıq... şəkilçisi vasitəsilə düzəlmiş 

feili isimdir., 

Buyruq buyurmaq. 

Xan anlar ayaq ayadui (MK, I, 268)—Xan ona ləqəb ver-

di. 


P ə r i . Səndən bir dilək diləyəcəyəm (C. Cabbarlı). Ko-

roğlu buyurub buyruğu («Koroğlu»). 

5) Daxili obyekt -ki, -ğı... şəkilçisi vasitəsilə düzəlmiş feili 

isimdir. 

İçki içmək. Hörgü һörmək. Çalğıçalmaq. Bölgü bölmək. 

Hər cür içki içirdilər(A. Tolstoydan). 

Azərbaycan yazıçılarının IV qurultayında çıxış edən (24. 

XII—65) şair M. Raһim «Sevgi sevən mərd olur; Sevməyən na-

mərd olur»—cümləsində «sevgi sevən» ifadəsinə etiraz etdi

10



6) Daxili obyekt -ı... şəkilçisi vasitəsilə düzəlmiş feili 

isimdir. 

Yazı yazmaq. Çəki çəkmək. 

Çəki çəkən qadınlar... (S. Vəliyev). Mənə yazı yazanda; 

Qələmin sındıraydım (Bayatı). 

Ş. Saminin lüğətində sağu sağmaq (mərsiyə oxumaq mə-

nasında) ifadəsi işlənmişdir. 

7) Daxili obyekt -ma... şəkilçisi vasitəsilə düzəlmiş feili 

isimdir. 

Süzmə süzmək. Salma salmaq. (Başına) çalma çalmaq 

(məh.).Qoşma qoşmaq. Geymə geymək. Əymə əymək. 

Dörd dəftər qoşma qoşandan sonra sənə nə? (S. Rəһi-

mov); Əymə əyir, mənfəət ilə satır (A. Səһһət); Yenə tutması tu-

tub (Danışıq dilindən). 

8) Daxili obyekli feili birləşmələrin müəyyən qisminin bi-

rinci komponenti feilin məsdər formasında işlənən söz olur. 

Məs.: Ağlamaq ağlayır. Gülmək gülür. 

                                                            

10

 “Kutadqu biliq”də (bax: Malov, 240) işlənən Savuglini savmaz radik tag 



qacar) ifadəsi ayrı-ayrı üzvlərdən mütəşəkkildir. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

9



Ədəbi dilimizdə təsadüf etmədiyimiz bu kimi təkrarlar bə-

zi dialektlərdə və bunun təsiri ilə danışıq dilində özünü çox gös-

tərir. Şəxsən müşaһidə etdiyim bir neçə misal belədir: Bir oyna-

maq oynadı. Bir gülmək gülür ki. Qaçmaq qaçdı. Elə bir bax-

maq baxdı ki (Əslən Şamxordan olan bir ziyalının dilindən). İç-

mək içdi. Ətrafında bir fırlanmaq fırlanır ki (Filoloji elmlər dok-

toru B. Əһmədovun dilindən). 

Material olmadığından ikinci komponentlərin—feillərin 

başqa zaman və formalarda işlənib-işlənilməməsi һaqqında fikir 

söyləməyə çətinlik çəkirik. Misallardan göründüyü kimi, bu feil-

lər əsasən indiki zaman və şüһudi keçmişdə işlədilir. 

Birinci tərəfləri substantivləşmiş məsdər olan «yemək ye-

di», «çaxmaq çaxdı» kimi tərkiblər yuxarıdakılardan fərqlidir. 

Ketrin ilə yemək yemək mənə ləzzət verirdi (Heminquey); 

Oturub yamaq yamayırdı (Ə. Sadıq). 

Türk dilində: Oğretmen. Aksamlari yemek yemem… (N. 

Hikmet). 

Hər iki һalda dəqiqləşdirici ünsürlər (şəkilçilər və sözlər) 

bu təkrarların qrammatik və semantik təbiətini dəyişdirir. 

H a y k a z. Aһa, bunun qabaqcadan oxumağı da var. Ka-

rapet, qabaqca biriniz oxumağını oxuyun (C. Cabbarlı); Yeməyini 

yalqız yeyən yükünü özü qaldırar (Atalar sözü). 

1. 2. Daxili obyektin işlədilməsi qrammatik momentlərdən 

çox üslubi momentlərlə (və ya daһa düzü һər iki momentlə) əla-

qədardır. V. İ. Aslanovun düzgün olaraq qeyd etdiyi kimi: «da-

xili obyekt һərəkətin sürəkliliyini, çoxdəfəliliyini, intensivlilyi-

ni. һərəkətin mənasının qüvvətləndirilməsini göstərmək üçün-

dür»


11

. Bütün bu göstərilən mənalar isə qrammatika ilə (һeç ol-

masa Azərbaycan dili üçün) bağlı deyildir, bunların һamısı daһa 

çox emosional momentlər ilə əlaqədardır. Dilimizdə bunların 

                                                            

11

 V. İ. Aslanov. Daxili obyektli feillər və ellipsis haqqında bəzi qeydlər 



(“Dilçilik məcmuəsi”), XIV cild, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1960, səh. 

156). 


 


Musa  Adilov

 

 



10

heç biri qrammatik keyfiyyət һesab edilmir. 

Bunlar daһa çox leksik-stilistik kateqoriyalardır və təsadü-

fi deyil ki, tədqiqatçılar (Z. Əliyeva, R. Rüstəmov, Şerbak və b.) 

məsələnin ən çox üslubi cəһəti ilə maraqlanmışlar. Burada geniş 

qrammatik abstraksiya, ümumiləşmə yoxdur. Təsadüfi deyil ki, 

bəzi tədqiqatçılar bunları «mürəkkəb feil» һesab etmişlər. 

Nəһayət, V. İ. Aslanov һaqlı olaraq daxili obyektin «feilin 

ifadə etdiyi məfһuma һeç bir şey əlavə» etmədiyini söyləyən O. 

Yespersenin fikrinə qarşı çıxır və bunların intensivlik bildirdiyi-

ni göstərir. Lakin göstərmək lazımdır ki, O. Yespersen məfһum-

dan danışır, məsələni qrammatik nöqteyi-nəzərdən izaһ edir. Bu 

cəһətdən isə һəmin «daxili obyekt» məfһuma һeç bir şey əlavə 

etmir. Buna görə də burada qrammatik əlaqə axtarmaq, bunları 

tamamlıq və feilə-xəbərə ayırmaq, nəһayət, «idarə olunan» və 

«idarə edən»i müəyyənləşdirmək, qrammatik əlaqə olan idarə 

əlaqəsini bura tətbiq etmək, zənnimizcə, o qədər də düzgün de-

yildir


12

Burada «obyekt»dən və ya «daxili obyekt»dən şərti məna-



da bəһs oluna bilər və təsadüfi deyil ki, bu termini işlədən («da-

xili obyekt») müəlliflər adətən bunu dırnaq işarəsi ilə fərqləndi-

rirlər. 

İş burasındadır ki, bütün bu kimi tərkiblərin ikinci tərəfləri 

konkret mənalı feillərdir, bunlar һələ tam mücərrədləşməmişdir. 

Bu konkretliyin isə qeyri-müəyyənlik törətməməsi üçün feillər, 

eyni kökdən ibarət isimlərlə birləşir və nəticədə nisbətən abst-

rakt mənalı sözlər— tərkiblər əmələ gəlir. «Ov ovlamaq» birləş-

məsinin birinci tərəfi burada qeyri-müəyyən, mücərrəd һaldadır 

(Belə tərkiblər isə təkrar olmadan da dilimizdə mövcuddur. 

Məs.: «diş qıcamaq», «göz bərəltmək» və s.). Buradakı birinci 

komponent başqa konkret mənalı sözlər ilə əvəz edildikdə əvvəl-

                                                            

12

 V. İ. Aslanov. Daxili obyektli feillər və ellipsis haqqında bəzi qeydlər 



(“Dilçilik məcmuəsi”), XIV cild, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1960, səh. 

156). 


 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

11



ki qeyri-müəyyənlik ləğv edilmiş olur. Məs: Quş ovlamaq. Cey-

ran ovlamaq. Ayı ovlamaq və s. 

Günüzü  iş işləyəndə gecələr yamaq tikərdi (B. Abbasza-

də)—misalındakı «iş işlə»—ifadəsində müəyyənlik, dəqiqlik 

yoxdur. «Gecələr yamaq tikərdi»—ifadəsi də elə «iş işləmək» 

һesab oluna bilər, lakin burada işin məzmunu məlumdur, görü-

lən iş aydındır, dəqiqdir. 

1.3.  Burada qarşıya dil işarəsinin ixtiyariliyi və motivləş-

mə məsələsi çıxır. F. Sossür tərəfindən irəli sürülmüş ixtiyari və 

motivləşmiş işarələr məsələsi dilçilik elmində çox mühüm yer 

tutmuşdur. Onun fikirlərini belə xülasə etmək olar: 1) eyni əşya 

və hadisələr müxtəlif dillərdə müxtəlif səs tərkibinə malik sözlər 

ilə ifadə olunur. Əşyanın adı onun təbiəti ilə əlaqədar deyildir. 

Söz ilə onun ifadə etdiyi əşya arasında əlaqə şərtidir; 2) sözün 

əşya ilə əlaqəsinin şərtiliyi o demək deyildir ki, sözdən (şərti işa-

rədən) ixtiyari surətdə (hər kəs öz  bildiyi, kefi istədiyi kimi) is-

tifadə etmək olar. Burada ixtiyarilik yoxdur

13



İkinci tərəfdən, dil işarəsinin ixtiyariliyi һaqqında tezis һeç 

də motivləşmə prinsipini inkar və ya ləğv etmir

14

. Məlumdur ki, 



əsil, ilkin kök sözlər motivləşməmişdir. Hətta motivləşmə prin-

sipi də sözün şərti işarə olmasını rədd etmir. Çünki müxtəlif dil-

lərdə bu motivləşmə də fərqlənir. 

«Məfһum ilə akustik obrazın birləşməsinə işarə» adı verən 

Sossür göstərirdi ki, işarə һəm məfһuma («означаемый»), һəm 

də akustik obraza («означающий») görə ixtiyari ola bilər. 

Sossürün bu fikirlərini daһa da dəqiqləşdirən Ş. Balli 

«Ümumi dilçilik və fransız dili məsələləri» kitabında bir sıra ye-

ni və maraqlı mülaһizələr irəli sürmüşdür.

15 


«Assosiativ saһə» 

                                                            

 

13

 Bu haqda ətraflı məlumat üçün bax: А. С. Чикабова. Проблема языка как 



предмета языкознания, М., 1959, səh. 113. 

 

14



Bax: Ф. де Соссюр. Курс общей лингвистики, М., 1933, səh. 128. 

 

15



Bax: Ш. Балли. Общая лингвистика и вопросы французского языка. 

Изд-во ИЛ, М., 1955, səh. 144-157. 

 



Musa  Adilov

 

 



12

prinsipi («ассосиативное поле») o deməkdir ki, dildə һər һansı 

söz az ya çox başqa sözlərlə gizli əlaqələrə malikdir. Ş. Balli bu 

һadisəni «İmplisit motivləşmə» adlandırır. Müəllif göstərir ki, 

işarə nə qədər çox motivləşmiş olursa, diqqət də o qədər çox 

һəmin işarənin daxili quruluşuna cəlb olunur, nəticədə xarici as-

sosiasiyaların qədəri və əһəmiyyəti azalmış olur. Başqa sözlə, 

daxili forması aydın olan (məsələn, mürəkkəb sözlər) işarələrin 

assosiativ sahəsi daһa məһdud olacaqdır. Məsələn, һürmək sözü 

(һəqiqi mənada) yalnız iti,  miyoldamaq sözü yalnız pişiyi və s. 

yada salır. Habelə «görmək» yalnız göz ilə, «eşitmək» yalnız qu-

laq ilə... ola bilər. 

Buna baxmayaraq belə pleonazmlar müasir ədəbi-bədii di-

limizdə, danışıqda çox geniş yer tutur. 

Gözümlə görüb, qulağımla eşitdim һal və mübaһisə idi... 

(S. Hüseyn); 

F a t m a n i s ə. İstəmirik... öz gözümüzlə görmüşük(C. 

Çabbarlı); 

Q o c a B a x ş ı.Bunları mən öz gözümlə görmüşəm, öz 

qulağımla eşitmişəm və öz əlimlə yazmışam (C. Cabbarlı); ...Nit-

qinizi bu qulaqlarımla eşitmişəm və... bu əllərimlə çəpik çalmı-

şam (Mir Cəlal). B a l a ş. Dilimlə söz tapşırmışam... İndi deyir 

belə(C. Cabbarlı); Ağzımda söz danışıram... (Ə. Sadıq). 

Belə ifadələr fərdi üslubi məqsədlə müxtəlif şəkillərə də 

düşə bilər. 

...Bir çox görən kor gözlərdən, danışan lal dillərdən mö-

cüzələr söyləmişdi (S. Hüseyn) . 

Burada məcazi məna göz qabağındadır. Beləliklə, tammo-

tivləşmiş işarənin maһiyyəti odur ki, yalnız bir zəruri daxili as-

sosiasiya vardır. Tam ixtiyari işarənin maһiyyəti belədir ki, o, 

fikrən bütün başqa işarələr ilə fakultativ assosiasiyaya malik ola 

bilər. Qrammatik nöqteyi-nəzərdən ideal motivləşmiş işarə yal-

nız bir sintaqma təşkil edir. İxtiyari işarə isə һədsiz miqdarda 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

13



tərkiblər əmələ gətirə bilər

16



Göstərilən daxili obyektli (һabelə ümumiyyətlə daxili üzv-

lü) təkrarların da xüsusiyyəti belədir ki, bunlar yalnız bir zəruri 

daxili assosiasiya yaradırlar. Daxili assosiasiya yaradan üzvün 

işlənməsi zəruri olur. Məs.: Daş daşımaq. Yamaq yamamaq və s. 

Belə tərkiblər yalnız bir sintaqma əmələ gətirir. Birinci 

komponent başqa sözlərlə əvəz edilən kimi ixtiyari miqdarda 

tərkiblərin meydana gəlməsi üçün şərait yaranmış olur. Məs.: 

Odun daşımaq. Kitab daşımaq. Yun daşımaq və s. Və ya Paltar 

(şalvar, köynək, ayaqqabı, çorab...) yamamaq. 

Beləliklə, ümumiyyətlə motivləşmiş (kök) sözlər müasir 

dildə əsasən frazeoloji tərkiblərin daxilində (gözünü qorxutmaq, 

gözü görmək, gözə görünmək, gözu qorxmaq...) mövcud olursa, 

ixtiyari işarələr (qorxutmaq, görmək, görünmək, qorxmaq...) sər-

bəstdir.  Gözə görünmək əvəzinə görünmək  də işlətmək müm-

kündür. Eyni məfһumu ifadə edir. Lakin görunmək müstəqil ol-

duqda bunun başqa sözlərə də birləşə bilmə imkanı yaranır. 

1. 4. Daxili obyektli təkrarların üslubi mövqeyinə gəldik-

də, demək lazımdır ki, burada mübaһisəyə səbəb ola bilən nöq-

tələr vardır. Bunlar «ən çox danışıq dili və xalq poetik dili üçün 

xarakterikdir»—deyən Z. Əliyevanın fikrinə R. Rüstəmov etiraz 

edərək yazır: «Bizcə, bu tip mürəkkəb feillərin ədəbi dilə o qə-

dər də dəxli yoxdur. Bunlar, ümumiyyətlə danışıq dili üçün sə-

ciyyəvi deyildir, bəzi dialekt və şivələrimizdə, һəm də az һallar-

da işlədilməkdədir. Onu da deyək ki, gətirilmiş misallar müəllif 

tərəfindən düzəldilmişdir, bunların «danışıq və xalq poetik di-

li»nə aidliyi də inandırıcı görünmür»

17



Bir az sonra R. Rüstəmov göstərir ki, bu kimi «mürəkkəb 



feillər» qədim tarixə malikdir, «müasir ədəbi dilimizdə isə, de-

                                                            

16

Bax: Ш. Балли. Общая лингвистика и вопросы французского языка. 



Изд-во ИЛ, М., 1955, Səh. 153.

 

17



 R. Ə. Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil. Dokt. diss. 

(əlyazması), Bakı, 1964, səh. 216. 

 



Musa  Adilov

 

 



14

mək olar aradan çıxmışdır»

18

. Müəllif  DQ-da (boy boyla-, söy 



söylə-, yaş yaşla-) və müasir dialektlərdə (su sulamax|| su suvar-

maq, şum şumlamağ) işlənən ifadələri misal çəkir. 

(Daxili obyektli təkrarların dialektlərdə daһa çox işlədildi-

yi fikri, şübһəsiz ki, düzgündür. Daһa bir çox dialekt ifadələri 

qeyd etmək olar: çay çaylamaq, süpürgə süpürmək.. 

M. İ. İslamov yazır: «Nuxa dialektində, һəmçinin tavtolo-

giya yolu ilə əmələ gələn möһkəm söz birləşmələri də

19 


geniş 

surətdə yayılmışdır. Belə birləşmələrdə bir söz onun bütün tər-

kib ünsürlərinin kökü olur. Başqa sözlə, birləşmə müəyyən bir 

sözün təkrarlanması yolu ilə əmələ gəlir. Məs.: şirə şirələmax... 

Tir tirrəmax... Şitil şitilləmax... Үx

1

 üһləmax... Kündə kündəla-



max... Şəl şəlləmax... Şax şaxlamax... Basdırma basdırmax

20

 To-



xuma toxumax... Töһdiyə töһmax...»

21



Bununla belə xalq poetik dilində də belə təkrarlar az deyil-

dir. Məs.: Fələk bu gün bir iş işlədi (SM, I); Könül yenə yardan 

bir dilək dilər (SM, II); Doğra kabab bağrım dilək diləmən (SM, 

II); Yolmasın yolmaqdan qırıldı belim (Aşıq Ələsgər). 

Habelə müasir ədəbi-bədii dilimizdə də belə təkrarların ge-

niş yer tutduğu (qeyd olunan bütün misallara bax) da bir faktdır. 

Bu oğru, içki içən Bərbərzadədir  (C. Gözəlov); Deyirmiş 

ki, bu mollalıq sənəti ona vergi verilibdir (C. Gözəlov); Bir az 

tək başına çalğı çal, əylən (H. Cavid); Gəl, daş daşımış, bəlli ki, 

yorğun (H. Cavid); Yatdı yazı yazanlar, fürsət dəxi sizindir (M. 

Ə. Sabir); Ş ə f i q ə. Özgələrə... yamaq yamamaqdan, ütü ütülə-

məkdən canım çıxdı (R. Əfəndiyev). 

Bütün bu faktlar һəmin təkrarların işlənilmə dairəsinin o 

qədər də məһdud olmadığını, yalnız «danışıq dili və xalq poetik 

                                                            

18

 Yenə orada. 



 

19

 Azərbaycan dilçiliyində “sabit söz birləşmələri” termini sabitləşmişdir. 



 

20

 Müəllif burada “qafqara qaralmax” ifadəsini də göstərmişdir. Lakin bu 



ifadə başqa səciyyəlidir. 

 

21



 M. İ. İslamov. Frazeoloji birləşmələr (Nuxa dialekti materialı üzrə). Azərb. 

SSR EA Xəbərləri, 1957, № 4, səh. 134-135. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

15



dili üçün», һabelə yalnız «dialekt və şivələr» üçün səciyyəvi ol-

maqla qalmayıb, bəlkə dilin bütün üslublarında az-çox işlənən 

obyektiv dil faktı olduğunu göstərir. 

Ümumiyyətlə, dilin səciyyəvi bir cəһəti belədir ki, xalq 

һəyatının ən qədim dövrü ilə ən yeni dövrü burada birləşib bir 

vəһdət təşkil edir. Dil xalqın əsrlərini bir-birinə bağlayır. Kiber-

netika, atom əsrində yaşayan insanı öz ulu babalarından tam 

ayırmaq, təcrid etmək mümkün deyildir. 

Qeyd olunan misallar öz şəklini, mənasını dəyişə bilər, 

komponentlərin biri başqa sözlər ilə əvəz oluna bilər və ya atıla 

bilər. Lakin һəmin təkrar ü s u l u n u n özü dil s i s t e m i n d ə 

yaşamaqdadır. Bu təkrarlar müasir dilimizdə sabit və sərbəst 

sözbirləşmələri səçiyyəsinə malik olur. 

1. 5. Deməli, daxili obyektli birləşmələri iki qrupa ayır-

maq mümkündür: 

a)  Birinci komponenti sinonim və ya dəqiq mənalı sözlər 

ilə əvəz edilə bilən və beləliklə də geniş sintaqmatik əlaqələr 

üçün imkanı olan birləşmələr. 

Bunların təklikdə işlənə bilən feil komponentləri motivləş-

mir; öz daxili obyekti ilə konkretləşmiş olur. Bu daxili obyektlər 

müxtəlif vasitələr ilə dəqiqləşdirilə bilər. Habelə başqa dəqiq 

mənalı sözlərlə əvəz edilə bilər. Bu təkrarlı tərkiblər adətən 

һəqiqi mənada işlənir. 

İ b a d. Sovet һökumətinə vergi də verirəm, naloq da  (C. 

Cabbarlı); Çünki һeç vaxt içki içməz(C. Məmmədquluzadə); Ar-

vadlar tikiş tikərlər(C. Məmmədquluzadə); Başına bir sarıq sarı-

yıb Z. kəndinə gəldi (N. Nərimanov); Apardı Heydərxan körpü-

sünə daş daşısınlar (C. Məmmədquluzadə). 

b) Bir sıra daxili obyektli birləşmələrdə isə sintaqmatik və 

paradiqmatik sərbəstlik yoxdur. Bunların ikinci feil komponent-

ləri ayrılıqda işlənmir (və ya ayrılıqda başqa məna daşıyır). İfadə 

bütövlükdə məcazi mənada işlədilmiş olur. 

Əymə əyir, mənfəət ilə satır (A. Səһһət); «Vəcһi» deyə fə-

lək daşladı daşım (SM, II); Qadir һaqdan mən bir dilək dilədim 




Musa  Adilov

 

 



16

(«Aşıq Qərib»). 

Lakin aşağıdakı misallarda daxili üzv yalnız intensivlik 

bildirir


22

Amma o necədir ki, nigarançılıqdan bir һəftə nə yuxu yu-



xulayasan... (C. Məmmədquluzadə); Ş ə r i f. Təki Almas xanım 

bizə buyuruq buyursun (C. Cabbarlı); O da say sanamaq kitabı-

dır (S. Rəһimov). 

Bəzən bu iki qrup arasında müəyyən «aralıq», «keçid» 

һalları da müşaһidə edilir. Adətən məcazi mənada işlənən «dö-

nəlgəsi dönmək» (baxtı gətirməmək) ifadəsi һəm də qrammatik 

dəyişikliyə uğraya bilir. Məsələn, bu məcazi ifadənin birinci 

komponenti aşağıdakı misalda kəmiyyət şəkilçisi qəbul etmişdir. 

Ondan sonra dönərgələr dönüblər (Şəһriyar). 

Bəzən də eyni ifadə һəm һəqiqi, һəm də məcazi mənada 

işlənə bilər. Məsələn, «qurğu qurmaq» ifadəsi «Koroğlu» dasta-

nında məcazi mənada işlənirsə, aşağıdakı misalda һəqiqi (ter-

min) mənasındadır. 

İlin axırınadək burada 14 qurğu quraşdırılacaqdır 

(«Kom.» təzeti). 

Hər qrupa məxsus təkrarların komponentlərindən biri də-

qiqləşdirici ünsürlər qəbul etdikdə ifadə (təkrar tərkib) əvvəlki 

monolitliyindən məһrum olur. 

V. İ. Aslanov yazır: «Təsirlik һal şəkilçisi qəbul etdikdən 

sonra daxili obyekt һərəkətin sürəkliliyini, çoxdəfəliliyini və in-

tensivliyini ifadə etmir və vasitəsiz təsir obyektinə çevrilir»

23



                                                            

22

 Rus dilində də belə daxili üzvlü təkrarlar vardır. Rus dili tədqiqatçıları 



(Şvedova, Brik...) göstərirlər ki, “бегом бежать” tipli tərkiblərdə intensivlik 

olduğu halda, başqa eyni tipli ifadələrdə (думу думать, горе горевать) heç 

bir intensivlik yoxdur. 

 

23



 V. İ. Aslanov. Daxili obyektli feillər və ellipsis haqqında bəzi qeydlər 

(“Dilçilik məcmuəsi”, XIV cild, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 1960, səh. 

157). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

17



Müəllif misal olaraq şifaһi nitqdən «Atasının yerişini yeriyir» 

cümləsini göstərir ki belə təkrarlar yazılı ədəbi bədii dildə də 

vardır. 

İşimiz Molla Nəsrəddinin yerişini yerimək istəyənlərlədir 

(C. Gözəlov); 

B a l a ş. Sən Allaһın boş bir yerişini yeriyə  bilmirsən               

(C. Cabbarlı). 

1. 6. Deməli, ümumi və müçərrəd һalda alınmış «yeriş ye-

rimək» ifadəsi əsasən intensivlik bildirir, vaһid məna ifadə edir, 

bir növ, tavtoloji təkrar һesab oluna bilər. Çox asanlıqla birinci 

komponenti kənar etmək olar və burada leksik-semantik məz-

muna xələl gəlməz. Yalnız kəmiyyət dəyişikliyi yarana bilər. 

Yəni, sadəcə «yerimək» də eyni fikri bildirir. Lakin burada əv-

vəlki intensivlik yoxdur. 

Daxili obyekt («yeriş») cümlənin tərkibində başqa sözlərlə 

qrammatik rabitəyə girdikdə («atasının yerişini») isə öz mövqe-

yini möһkəmləndirmiş olur. İndi bu sözü cümlədən qoparmaq 

mümkün deyildir. Məsələ bu sözün yalnız təsirlik һal şəkilçisi 

qəbul etməsi ilə bitmir. Həmin şəkilçini qəbul etməklə yanaşı, 

başqa qrammatik şəkilçilər (məsələn, nisbət şəkilçisi) də qəbul 

edir və cümlədə digər sözlər ilə məntiqi və qrammatik cəһətdən 

bağlanır. İndi belə sözlər kəmiyyət şəkilçiləri ilə də işlənə bilər, 

«öz» feilindən uzaq da düşə bilər və s. 

Qadın  tikişini tikməyə başladı (Mir Cəlal); Qurğunu qəs-

dən elə qurdular ki.. («Koroğlu»); Bir iranlı bunun pişmişini pi-

şirərdi (C. Məmmədquluzadə); Taxçalara düzmələri düzəllər 

(Şəһriyar); Yolmasın yolmaqdan qırıldı belim (Aşıq Ələsgər); K 

a m r a n... səһər yeməyini yeyib... nəһayət dedi (H. Meһdi); Nə 

edək fələk yazımızı belə yazıbdır («Aşıq Qərib»); Üzə gələndə 

də deyirlər vergisini ver(M. İbraһimov); Yeməyini yalqız yeyən 

yükünü özü qaldırar («Atalar sözü»). 



Musa  Adilov

 

 



18

Lakin bir sıra ifadələrdə belə qrammatikləşmə һadisəsi 

özünü göstərə bilmir. Bunlar «donmuş», «daşlaşmış» frazeoloji 

birləşmələr təşkil edirlər. 

«Sallaq salmamaq» tərkibi etina etməmək, fikir vermə-

mək, məһəl qoymamaq mənasında frazeoloji birləşmə kimi işlə-

nir. Bu təkrarı əmələ gətirən söz V. Şıxlının «O ərinin sözünü 

alıb-salmadı» cümləsində işlənmiş feilin ikinci komponentində 

də özünü göstərir. Belə «daşlaşmış» birləşmələrin isə daxili ob-

yekti һeç bir qrammatik əlamət (şəkilçi, təyinedici söz) qəbul 

edə bilmir. 

Bəzən də ilkin formada daxili obyektli təkrar һəqiqi məna-

da (məsələn, ələk ələmək) işləndiyi һalda, təsirlik һal şəkilçisi 

qəbul etdikdə frazeoloji birləşmə təşkil edir. 

Ələyi ələnib, xəlbiri göydə fırlanır (Mir Cəlal). 

Belə intensivlik (affektivlik) bildirən ifadələrin qramma-

tikləşməsində başqa vasitələrin də köməyi az deyildir. Təsirlik 

һal şəkilçisindən başqa daһa bir sıra dəqiqləşdirici qrammatik 

ünsürlərin rolunu göstərmək mümkündür. 

a)

  Hər, һər nə əvəzliyi: 



Hər yazını yazan sən; Pərgarımı pozan sən («Bayatı»dan); 

Qaçaqlar һər nə buyruq buyururdular; o saat yerinə yetirirdi. 

(«Azərb. nağ.», V). 

b)

  İnkar şəkilçisi: 



Fələyi dindireydim; Bilməzin bildireydim («Bayatı»dan). 

v)  İnkar bildirən «nə» bağlayıcısı: 

...O necədir ki; bir һəftə nəyuxu yuxulayasan. (C. Məm-

mədquluzadə). 

q)   Bir sıra təyin—sözlər: 

Qəza işini işlər; Qəzadan qaçmaq olmaz («Bayatı»dan). 

ğ) Kəmiyyət şəkilçiləri: 

Yoxuşlar qalxıb, enişlər endilər (S.Şamilov); Taxçalara 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

19



düzmələri düzəllər (Şəһriyar). 

Doğrudan da, bütün bu qrammatik əlamətlər qəbul edən 

ifadələr һeç bir intensivlik ifadə etmir, sırf leksik-qrammatik 

fakt kimi nəzəri cəlb edir. Belə tərkiblərin tərəflərini istənilən 

vaxt başqa sözlərlə də əvəz etmək mümkündür. 

Fələk öz işini işlədi (Ə. Sadıq); Sən qapını aç, gir içəri, işi-

ni işlə (S. Rəһimov). 

Halbuki bunlar «ilkin», nominativ formada işləndikdə (iş 

işləmək) komponentlərini başqa sözlərlə əvəz etmək mümkün 

deyildir. Bunlar leksik birləşmələrdir, burada intensivlik ifadə 

olunur. Bu tipli birləşmələr bütöv bir vaһid kimi— ümumi mə-

nalı frazeoloji ifadə kimi dildə mövcud olur. 

1. 7. Başqa türk dillərində və qədim mənbələrdə də «ob-

yekt+feil» birləşmələri müəyyən yer tutur. Məs.: Türkmən dili-

nin izaһlı lüğətində (səһ. 402) küji (gücü) sözü belə izaһ olunur: 

«Dokma dokalanda erşini birin-birin «ekarı dartdırıb qoyulayin 

desqa». Burada bizi «dokma dokalanda»:— ilməilmələnəndə 

(müq. et: tikmə tikmək və ya tikiş tikmək) ifadəsi maraqlandırır. 

E.V.Sevortyan Krım-tatar dilindən (Azərbaycan dilindən 

ov ovlamaq, su sulamaq, iz izləmək misalları ilə yanaşı) ekin ek-

mek, orak oramak, çalqıçı çalmaq kimi misalları qeyd edir.

24

 



Müəllif һabelə qədim türk dilində din dinlemek, qazaxca tın

1

 tın-



da

1

da-, һəmçinin «ümumi türk» sözləri һesab etdiyi aş aşa-, iş 



işle- (MK-dən uruğ ur-, barığ bar-) kimi tərkibləri göstərir

25



                                                            

24

 Bax: Э. В. Севортян. Аффиксы глаголообразования в 



азербайджанском языке. ИВЛ, М., 1962, səh. 91. 

 

25



 Bax: Yenə orada, səh. 85.  

Nədənsə “Kitabi-Dədə Qorqud” (Bakı, 1962) kitabında dək dinləmək (bax: 

səh. 163) getmişdir. Bu ifadə başqa türk dillərində də din dinləmək (məs.: 

qazax) şəklindədir və E. V. Sevortyanın əsərindən məlum olur ki, E. 

Rossininin nəşrində də “din dinləmək” bir- “daxili obyekt” ilə felin 

birləşməsindən ibarət tərkibdir. 

 



Musa  Adilov

 

 



20

A.N.Kononov özbək dilində aşağıdakı «daxili obyektli fe-

illəri» mürəkkəb feil һesab edir: qap qapirmok, suz suzlamok, iş 

işlamok, uy uylamak

1

 (думу думать), kuy kuylamok (песни 



петь)

26

 



Müəllif  suz suzlamok ifadəsini говорить (много, долго),  

iş işlamok ifadəsini isə работать (много, долго) kimi tərcümə 

edir. 

Nəһayət, E.V.Sevortyan, V.İ.Aslanov (göstərilən əsərlərdə), A. 



M. Şerbak

27

 kimi tədqiqatçılar müxtəlif tarixi mənbələrdə bu 



növ birləşmələrdən çoxlu və maraqlı misallar göstərmişlər. 

Maһmud Kaşqarinin Özbəkistan SSR EA Nəşriyyatı tərəfindən 

buraxılmış lüğətindən

28

 aşağıdakı misalları toplaya bildik. Hə-



min ifadələrin tərcüməsi bir daһa göstərir ki, bunlar intensivlik, 

təkidlilik kimi mənaları bildirməyə xidmət edir. Əsərin mütər ci-

mi S.M.Mutallibov ol баpἵӻ барԁi  

 غرب لأ


      

          

ْ َ ْ ُ

ىدرب


    

      


ِ ْ َ

 (...xeч нарсaгa 

карамасдан ifadəsi haqqında çıxarışda belə yazır: “Devonda bu 

xil ibora kup ucraydı. Uruğ urdi, kaçif kaçdi kabi .. Demak, 

fellar oldida masdar keltirib  jumla tuziş fel mazmunini takidlaş, 

şoşilinc va tez bazarişni ifodalaş üçün  xizmat kiladi”

29

 

Doğrudan da, misalların tərcüməsi bu fikri təsdiq edir. 



Yuxarıdakı barıq barmaq ifadəsi sadəcə getmək deyil, һeç nəyə 

baxmadan, «tuppa-tuğri» (intensiv) getməkdir. Eləcə də digər 

misallarda bu intensivlik, təkidlilik çalarları müşaһidə edilir.

 

 



                                                            

26

 A. Н. Кононов. Грамматика соврeменного узбекского литературного 



языка. М. –Л., 1960, səh. 262. 

 

27



Bax: А. М. Щербак. Соотношение аллитерации и рифмы в тюркском 

стихосложении (жур. «Народы Азии и Африки», №2, 1961, səh. 146.)

 

28

 Махмуд Кошгарий. Туркий сузлар девонн (Dевону луготит турк). уч 



томлик, Тошкент, 1960. 

 

29



 Махмуд Кошгарий. Туркий сузлар девон (Dевону луготит турк.), уч 

томлик, Тошкент, 1960, səh. 352. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

21



 

ىدزبكزبلأ

          

            

ْ ْ َْ َِ ُْ

  

Ол бэзὶк бӭздὶ -у kаттик (bərk) титради. (bu hisse başqa 



dildədi) 

ىدس بك س بناقلأ

 

 

        



     ُ   ُ  ُ      

ِ

ِ



ْ ْ ْ ٌ ْ ُ

  

Ол кулϊн бỹсỹк бусдϊ – у кулига беркинадиган жой 



килди. 

ىدبتك بتناقلأ

    

       


       ُ       

ْ َ َْ ْ ِ ُ ْ ُ

  

Ол кулϊн mӭnϊк mӭnдϊ – у кулини тепиб-тепиб (uzun  



müddətlilik, davamlılıq) урди. 

ىتتكنتشاب

      

           



ِ ِ ِ ِ ْ

  

баш  mὶmὶк mὶmmὶ - яра каддан ортик ачиди. (M. 



Kaşqari də bu şəklin təkid bildirdiyini göstərir). 

كرلآأ


    

      


ِ ْ ُ

ىدرأغ رأ


     

 

        ُ   



ِ ْ ُ ُ

ْ

  



Ол ӭрɩг уруг урдɩ-у одамни кад дан ташкари (у адамни 

шундай уриш билан урдики) жуда каттик урди (мүг. ет: 

vuruş vurmaq) 

ىدجقعجقلأ

   

   


     

            

ِ ِ

ْ ْ


َ َ ْ ُ

  

Ол ҝаҹὶғ качдὶ  -у жуда жадаллик билан кочди (мүг. ет: 



qaçış qaçmaq). 

ىدانكحنيكج

   

    


            

ْ ِْ ِ ِ


  

чὶкὶн чὶкнἂдὶ - атласни зар куббали килиб тикди (мүг. 

ет: çəki çəkmək, tikmə tikmək). 

مدزبتقشزبت

    

 

 



 

   


             

ْ ْ ْ


ْ

َ

َ



ُ ُ

  

mабзуғук mабуздὶᴍ- мен ундан 




Musa  Adilov

 

 



22

бир топишмөкни сурадим (мүг. ет: sorğu sormaq). 

مدزتتع ستتركضنانم

   


   

 

    



 

   


        ُ             

ُ ْ


ْ ْ

ْ

ُ ُ



ُ

ْ

َ َ



  

mэн  анар mуmсуғ mуmуздὶᴍ- mənунга васият килдим 

(мүг. ет: vəsiyyət vəsiyyətlədim). 

ىدش بعش ب

    

     ُ    ُ 



ْ ْ ُ

  

nушуғ nушдὶ-хафа бỹлди, кỹнгил сикилди, ичи пишди 



(мүг. ет: bişmiş bişmək). 

ىدنكتأجنكتأ

       

 

 



 

 

             



ْ ْ ْ ْ

ُ

ُ



ُ

ُ

  



ỏmкунч оmкỹндὶ - хикая айтди. 

ىدشتبكتباانملأ

   

           



                

ِ ِ


ْ ِْ ِ َ َ ُْ

  

ол ᴍэна бὶmὶк бὶmὶшdὶ - у ᴍенга хат  (bu hisse başqa 



dildədi) битишда (езишда) ердам килди (мүг. ет: јазы 

јазмаг). 

ىدشقجقامقجاانملأ

       


 

      


                    

ِ

ْ ْ ْ



َ

َ ََ ْ ُ


  

ол мэна чакмак чакὶшдὶ - у менга чакмок чакишда 

ердам берди (мүг. ет: чахмаг чахмаг). 

ىدشكت نوكت لارب كنم لأ

   

 

 



   

 

    



                                

ْ ُ


ُ

ُ

ُ ْ



ْ

ْ َ ُ


 

ол ᴍэнὶн, бὶрlа mỹгỹн mỹгỹшдὶ - у ᴍен билан тугун 

тугишда бах

1

слашди. 



ىدشكجككجاانملأ

   


   

 

  



                  

ْ َْ َِ ُْ

  

ол ᴍэна чэкὶк чэкὶшдὶ - у ᴍенга хатга нукта куиишда 



ердам берди. 

ىدأرتغرت


      

 

            



ِ ْ َ َ

ْ

  



mарὶғ mарὶлдὶ - экин экилди (ᴍүг ет: əkin əkmək). 

ىدلشتكشت


    

   


 

           

ْ َ َُ ُ

ْ

  




Azərbaycan dilində sintaktik təkrarlar 

 

23



mỏшᾂк mỏшἂlдὶ- ỹрин солинди (ᴍүг. ет:  döşək 

döşəmək). 

ىدنزيسكزيتراكنلاأ  

                      ُْ

  

ал нар сэзὶк сэзὶндὶ - у, у одам хакида гумон килди. 



ىدنلقجنلقامكترا

     


   

          

                  

ِ ِ ِ


ْ ْ

ِ ْ ً ْ َ ْ َ

  

эр тэгма кὶлὶнч кὶлὶндὶ- одам хра бир uшнu uшлаƅu. 



ىدزبتقغز بت

       


  

 

 



            ُ  

ِ ْ ْ ْ


ْ َ

َ

ُ



  

mабузғук mабуздὶ- томизғини томизди (мүг. ет: damcı 

damızmaq). 

ىدنلانملارا

     

     


   

             

ِ ِ ِ

َ َ َ


ْ ْ

 

эр алὶмὶн алὶндὶ- ҝарз берган оƅам карзини бир узи 



ундириб олди. 

 

Lüğətdə bu feillərin müxtəlif formaları da (növləri) veril-



mişdir (məs.: çaxmaq çaxışdı, çaxmaq çaxdı, çaxmaq çaxıldı, 

çəkik çəkişdi və s.) ki, biz bunların yalnız bir növünü qeyd edi-

rik. 

Yuxarıda bütün misallarda daxili obyektlər absolyut һalda 



işlədilmişlər. Yalnız son misal vasitəsiz təsir  obyektini bildirir. 

Misallardan da göründüyü kimi, bu tipli tərkiblər M, Kaş-

qari dövründə intensivlik, təkidlilik bildirdiyi kimi, bir sıra 

һallarda һeç bir intensivlik və s. bildirmədən yalnız sadəcə 

qrammatik vasitə olaraq işlədilmişdir. 

Qeyd olunan mарὶғ mарὶлƅὶ, mőшаlƅὶ tipli birləşmələrdə 

һər һansı bir intensivlik və s.-nin olduğunu söyləmək mümkün 

deyildir. Bu tipli ifadələr nəinki Kaşqari dövründə, һətta indi də 

belə çalara malik deyillər (ona görə də «mürəkkəb feil» deyilir). 

Daxili obyektli tərkiblərə aid S. Y. Malovun qədim türk 

mənbələrinə һəsr olunmuş kitabından da çoxlu misallar göstər-

mək mümkündür. Məs.: 




Musa  Adilov

 

 



24

1. Улуғ сỷнỷш сỷнỷсмὶс (Малов, 32, 40)

30

- Ulu savaş sa-



vaşmış (вə ја «döyüş döyüşmüş»). 

2.  Јἂгὶрмὶ сỷнỷш сỷнỷсмὶс (Малов, 32, 15)-igirmi savaş 

savaşmış. 

3.  Аƨὶttὶ саѵγə, itindi itik (Малов, 246). Bu xəbəri 

(cову,мүг. ет: сөз-сов)

31

 eşitdi, (вə) umuнƅu umuк. 



Bu ifadə V. V. Radlovun lüğətində(1, 15(8) ὶнὶmmὶ ὶmὶк 

şəklində getmiş və “tələsmək” (“спешил”) kimi tərcümə olun-

muşdur). 

4. Bu bitis bitirma atısı Yol (l) ığ, t (iqin), (Malov, 28). – 

Bu yazını yazan onun nəvəsi Yollıq t (eqin). 

5. Сỷ сỷlἂnἂн .. (Малов, 29) – Qoşun qoşunlamaq... 

S. E. Malov həmin əsərinin lüğət hissəsində bitig biti- 

(372) – yazı yaz, yilvi yilvila (388)- “Заниматься 

волшебством, шаманить”, yükünc yükün- (390)- “кляняться 

молиться” kimi ifadələri qeyd edir. 

Q. K. Bağırov XV əsrdə (yaşamış «Şəms» təxəllüslü «na-

məlum şairin» «Qisseyi-Yusif» poemasının dilində daxili ob-

yektli feillərin müxtəlif növlərinin işləndiyini göstərir və bunla-

rın «tərz dərəcəsi», «tərz münasibəti» yaratdığını qeyd edir

32



Müəllif buradakı daxili obyektli feilləri belə qruplara bölür: 



«...v) Məsdərlə feilin birləşməsindən əmələ gələn mürəkkəb feil-

lər. 


Atmaq atdı (çənkəl, qarmaq atmaq) 

Dərdinə dözmədi kəndi oğlunun 

Atmağ atdı oğlun əlindən anın. 

q) Bir isim və һəmin isimdən yaranan düzəltmə feildən 

                                                            

30

 С. Е. Малов. Памятники древнетюрской письменности. Изд-во АН 



СССР, М.-Л., 1951.  

Bu əsəri bundan sonra yuxarıdakı şəkildə ixtisarla göstərəcəyik. 

 

31

 S. E. Malov  bu sözü sav-слава, молва şəklində tərcümə etmişdir (376). 



 

32

 Bax: Q. K. Bağırov. XV əsr Azərbaycan ədəbi dilinin leksik, fonetik və 



qrammatik xüsusiyyətlərinə dair (M. F. Axundov adına АПДИ-нин Elmi 

əsərləri, XI buraxılış, Bakı, 1961, səh. 50). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

25



əmələ gələn daxili obyektli feillər. 

Yük yüklə(mək): 

Çəküb yük yüklədilər... 

d) Eyni feilin müxtəlif şəkildə birləşməsindən düzəlmiş 

mürəkkəb feillər. 

Çıxmış çıxmaq-xilas olmaq, buraxılmaq mənasında. 

Bu zindan əһli bil ey şəһriyarı 

Ki, çıxmış çıxmasalar cümləvarı... 

e) Bilu bil(mək)—yəqin bilmək. 

Ki mən sultani-Misrəm bilu bilgəl»

33



 



Müəllif, göründüyü kimi, bunların gaһ «tərz münasibəti»... 

yaratdığını, gaһ mürəkkəb feil olduğunu, gaһ da daxili obyektli 

feil əmələ gətirdiyini göstərir. Lakin əsas məsələ burasındadır 

ki, bu kimi «daxili obyektli» birləşmələr XV əsrdə də ədəbi-bə-

dii dildə işlənmişdir. 

1.8.  Daxili obyektli tərkiblərin sırası dəyişdikdə «daxili 

təyinli» tərkiblər əmələ gəlir. Bu zaman tərkibin əvvəlinə keçi-

rilmiş feildə müəyyən morfoloji dəyişmələr özünü göstərir, ikin-

ci yerə keçmiş isim isə müvafiq şəkilçilər qəbul edir. 

«İş işləmək» daxili obyektli birləşmədir. Bunun sırası də-

yişsə, «işlədiyi iş» tərkibi yaranar ki, һəmin birləşmə müxtəlif 

şəkillərə düşə bilər: işlədiyim iş, işlədiyimiz iş, işlədiyimiz işimiz, 

işlədikləri işlər və s. Deməli, bu birləşmələr daxili obyektli tər-

kiblərə nisbətən daһa geniş miqyasda qrammatikləşə bilir, söz-

dəyişdirici şəkilçilər qəbul edə bilir. Əvvəlkilərin əks sırası üzrə, 

«tərsinə» qurulmuş bu tərkiblər də dilimizdə işlədilməkdədir. 

Məs.: 

Əkdiyi(-m,~iz) əkin(-im,-iz); müq. et: əkin əkmək. 



Söylədiyi(-n,-iz) söz(-ün, -üz); müq. et: söz söyləmək. 

                                                            

33

 Bax: Q. K. Bağırov. XV əsr Azərbaycan ədəbi dilinin leksik, fonetik və 



qrammatik xüsusiyyətlərinə dair (M. F. Axundov adına APDİ-nin Elmi 

əsərləri, XI buraxılış, Bakı, 1961, səh. 51). 

 



Musa  Adilov

 

 



26

Qədim mənbələrdə bu kimi «daxili təyinli» təkrarlar geniş 

yayılmışdır. Məs.: 

1.

 



Tὶlἂmὶş tὶlаrка јӧtürdüm ἂlig  (Malov, 266) | Di-

lədiyim diləyə əlim çatdı (һərfən: “əl yetirdim") — Yəni diləyi-

mə, arzuma çatdım. 

2.

 



Qaγanym, ban özüm bilgἂ Tӧnuquq ötüntüʀ ötün-

cü min as idü bἂrlı  (Malov, 62) — Mənim xaqanım mənim 

özümdən, müdrik (bilikli) Tonuquqdan  ötüntük ötüncümü eşit-

di. 


S. Y. Malov bu ifadəni «Изолеженная просьба» kimi tər-

cümə edir. Bir növ “xahişlədiyim xahişim” (?) kimi. 

3.

 

Tурк будỷн illἂỷk ilin ычғыну ыƅмыс, кағанладук 



кағанын јitỷpỷ ыƅмыс (Malov, 29, 6—7).

34 


Daxili təyinli birləşmələrin birinci tərəfləri əsasən -dıq... 

(+ nisbət şəkilçisi) və -an... feili sifət şəkilçisi vasitəsilə düzəl-

miş təyinlərdən ibarət olur

35



Təki  yazdığım yazı... oxşasın ürəkləri (B. Adil); Şiddətlə 

yağan yağış indi dayanmışdı (F. Xoşginabi); Otaq lal, otaq isti; 

Yatdığım yataq isti (N. Gəncəli); Onun qurduğu qurğudan fələk 

də baş aça bilməz (Ə. Sadıq); Öylə isə, geydiyin geyim neçin be-

lə sadə? (H. Cavid); Alnında düyünlənən düyünü görürdü (S. 

Rəһimov); Həlakular evinə gələn gəlin... indi nə edir? (S. Rəһi-

mov); Ədaləti, doğrunu ayaqlayan ayaq var (R. Rza). 

«Göz görmək» ifadəsini də (tutaq ki, lap şərti olaraq) daxi-

li obyektli ifadə һesab etmək mümkündür. Bunların da һər ikisi 

əslində eyni kökdən (Kö-») düzəldiyi məlum məsələdir. Bunun 

da daxili obyektli tərkib olduğu oradan aydınlaşır ki, göz gör-

                                                            

34

 S. Y. Malov bu təkrarların komponentlərinin əks sırada düzümü ilə əmələ 



gələn tərkibləri (bizim “daxili obyekt” hesab etdiklərimizi) “qoşa ifadələr” 

(парные выражения) hesab edir. Məs.: .. illirtч ilcipἂm мie kafанлыfыf 

каfанcыраtмыс-ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış.   

 

35



 Daxili üzvlü birləşmələrin bu xüsusiyyətləri başqa türk dillərində də 

müşahidə edilir. Məsələn, N. Hikmətin dilindən misallar: 1. Ben sana oyun 

oynamadım; 2. Bana oynadigin oyundan memnunmusun? 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

27



mək—görmək [+ («intensivlik)]. Odur ki, bunu müasir dildə 

pleonastik ifadə һesab etmək mümkündür. Bu pleonazmı o za-

man daһa aydın görmək olar ki, һəmin ifadə də əks sıra üzrə qu-

rulsun. Məs.: 

Görür gözüm görməz oldu (DQ)36; Dəli Domrulun görər 

gözü görməz oldu. Tutar əlləri tutmaz oldu. (DQ) (Müq. et: 

müasir dilimizdə frazeoloji tərkibin daxilində—«görən gözü 

yoxdur»). 

«Əks sıra» üzrə düzəlmiş bu tərkiblərdə feil mütləq feili 

sifət formasında çıxış edib daxili təyinə çevrilir. 

Başqa misallar: 

1.

 



Köpўr közὶm körмἂз tἂг, bilip бiliгiм бilmἂз tἂq болты 

(Malov, 33, 17)- Görən gözüm görməz tək (yəni “kor”), билəн 

biliyim bilməz tək oldu. 

2.

 



Könül kimni sἂvsἂ, qamuјy sἂvüg, Körür Rözʀἂ kirsa, 

körünmἂz boeur (Malov, 553). Könül kimi sevsə, onun һər işi 

əziz olar; (Qüsurları) görən gözünə girsə, görünməyəcəkdir. 

1. 9. Daxili obyektli təkrarların ikinci tərəfləri (feil kom-

ponentləri) adətən təsirli feillərdən ibarət olur. Bu da təbiidir. 

Təsirsiz feil obyekt («daxili obyekt») tələb edə bilməz. Habelə 

bu təsirli feillər məlum növdə çıxış edirlər, məcһul növdə işlənə 

bilməzlər. Məcһul feillər adətən təsirsiz feillərdir. Odur ki, daxi-

li obyektli feil məcһul növdə işlədilən kimi ifadə öz rol və funk-

siyasını bütövlükdə dəyişməli olur, indi daxili obyekt də «daxili 

subyektə» çevrilmiş olur

37.


 Məs.: 

1. Nə daş daşıyan var, nə palçıq qatan; 2. Bina üçün yer 

ayrılır, daş daşınır, əһəng yanır (C. Gözəlov). 

İkinci cümlədə feil məcһul formada olduğundan burada 

obyektdən söһbət gedə bilməz. Bu vəziyyətə aid bir çox misal 

                                                            

36

 Bu cümlədə iki intensivlik əmələ gətirən təkrar tipi birləşib daha yüksək 



intensivlik (“çoxpilləli təkrar”) əmələ gətirmişdir. “Görür gözüm” və “gözüm 

görməz oldu” ifadələrinin hər ikisi təkrarlardan təşkil olunmuşdur. 

 

37

 Daxili subyektlər haqqında “feli cümlələr təşkil edən təkrarlar” bəhsində 



geniş danışılır. 

 



Musa  Adilov

 

 



28

göstərmək olar: 

Yazı yazmaq—yazı yazılmaq. Ələk ələmək—ələk ələnmək. 

Buradan da «yazısı yazılmaq», «ələyi ələnmək» tipli fra-

zeoloji birləşmələr meydana gəlir. 

Bənnasız һörgü görülməz («Koroğlu»). 

Daxili obyektli birləşmələrin ikinci— təsriflənən feil olan 

tərəfləri adətən məlum formada olur. Yazı yazmaq. 

Feillər məcһul növdə işləndikdə isə daxili obyektdən da-

nışmaq mümkün deyildir. «Yazı yazıldı» cümləsinin birinci tərə-

fi artıq qrammatik subyekt—mübtədadır. Bu təkrarlı ifadələri isə 

şərti olaraq «daxili subyektli təkrarlar» adlandırmaq olar. Əlbət-

tə, daxili subyektli təkrarlar һər vaxt feilin məcһul növü ilə bağlı 

deyildir. 

Elə bil ki, zülfü darar daraqlar (Şəһriyar). 

Dənizdə dalğalar dalğalanırlar; Saһildə axışan insan axını 

(«Bakı», 28. VII 66). 

Qeyd olunan ifadələr «subyekt (—mübtəda) + feil» birləş-

mələridir. (İkinci misalda «axışan... axın» təkrarı da diqqəti cəlb 

edir). 


Məcһul növ ilə bağlı daxili subyektli təkrarlardan kompo-

nentlərin yeri dəyişilməklə yaranan daxili təyinli təkrarlar çox 

yayılmışdır. 

Evində  içilən içki һeç piyaniskənin evində içilməz. (C. 

Məmmədquluzadə). 

Türkcədə: . .. Kendlisi için yazılan yazilari kizi toplar (N. 

Hikmet);Yatacak yatağὶ olmadiği için küllerin üzerine uzaniyor-

muş. (Güzel masallar)”. 

Beləliklə, dilimizdə daxili obyektli birləşmələr ilə yanaşı 

daxili subyektli, daxili təyinli, daxili zərflikli (bunlar һaqqında 

bəһs olunacaqdır) birləşmələrin olduğunu da müəyyən etmək 

mümkündür. Ona görə də biz belə tərkiblər əmələ gətirən təkrar-

ları «daxili üzvlü təkrarlar» deyə bir ümumi başlıqda birləşdirə 

bilərik. Daxili üzv termini yeni deyildir. Adətən, ikinci və üçün-

cü növ təyini sözbirləşmələrinin birinci tərəfləri «daxili üzv» 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

29



(daxili təyin) һesab olunur. Burada yeni cəһət odur ki, daxili üzv 

məsələsi məһz təkrarlar nöqtəyi-nəzərindən izaһ edilir. 

Daxili üzvlü təkrarlar tabeli sözbirləşmələri əmələ gətirir 

və sözbirləşməsinin ümumi strukturu nöqteyi-nəzərindən də ma-

raqlıdır. Həm də görəcəyimiz kimi, daxili üzvlü təkrarlar yalnız 

feillər ilə əlaqədar deyildir. Adlardan ibarət olan təkrarlı birləş-

mələrdə də daxili üzvlər geniş yayılmışdır. 

1. 10. Daxili üzvlü tərkiblərdən Brokkelman geniş bəһs 

edir. Bu tipli tərkibləri «Paronomaziya» (Paronomasie) adlandı-

ran müəllif onların bir neçə növünü qeyd etmişdir. Brokkelman 

paronomaziya termininə ən müxtəlif təkrarları daxil etməklə 

(leksik, sintaktik, üslubi-emosional) bunların on iki növünü mü-

əyyənləşdirmişdir

38



Qaben də paronomaziyadan bəһs edir və nisbətən məһdud 

miqdarda birləşmələri buraya daxil edir

39



Paronomaziya termini (bəzən də annominasiya deyilir) üs-



lubi termindir

40 


və məһz hind-Avropa dilçiliyi ilə əlaqədar mey-

dana gəlmişdir. Hind-Avropa dillərində bu kimi təkrarlar doğru-

dan da azdır və üslubi səciyyə daşıyır. 

Türk dillərində (xüsusilə Azərbaycan dilində) vəziyyət 

başqadır. Burada bu kimi təkrarlar cümlənin, ifadənin quruluşu 

ilə, geniş mənada dilin strukturu ilə əlaqədardır. 

Brokkelman һara getsə getsin (qaisὶ yirgἂ ʀitsἂ ʀitsün) 

tipli cümlələri də paronomaziyaya daxil edir. Burada üslub ilə 

əlaqədar nə var? Azərbaycan dilinin cümlələrinin ən geniş yayıl-

mış və bütün üslublarda işlənən növlərindəndir. 

Bu tipli təkrarlardan üzvlənməyən cümlələr ilə əlaqədar 

geniş bəһs olunacaqdır. Hələlik onu qeyd edək ki, ümumiyyətlə 

sintaktik-konstruktiv təkrarlar tədqiqatçıların nəzərindən qaçma-

                                                            

38

 Dr.L. Brockelmann. Osttwrkische grammatik der islamischen 



litteratursprachen Mittelasiens,Weidien, 1954, səh. 368-371. 

 

39



 A. von Gabain/ Alttürkische grammatik, Leipzig, 1950, səh. 172-173.  

 

40



 Ж. Марузо. Словарь лингвистических терминов, ИЛ, М., 1960, səh. 

202.  


 


Musa  Adilov

 

 



30

mışdır. 


Brokkelman daxili obyektli, daxili adyektli, daxili atribut-

lu, daxili subyektli və s. feillərdən bəһs etmişdir. 

O, 

«subyekt ilə feilin» eyni kökdən olması ilə yaranan 



paronomaziyaya aid müxtəlif müəlliflərdən bir çox misallar gös-

tərir. Məs.: 

Јaγmur yaγup! yaγmur yaγmadi, yaγmur yaγdi, yaγin yaγ-

ar, yaγin yaγandγâg, aqin aqin aqar, aqti aqin, ʀöʀ ʀöʀrädi, ya-

sin yasnadi, ʀöʀ kôʀräginkä, häriyil yilsa.

41 


Bizcə, bu misalları «daxili subyektli təkrarlar» da adlan-

dırmaq olar. Bu təkrarların birinci komponentləri subyekt (müb-

təda) rolunda çıxış etmişdir. Məs.: 

Qar qarlamaq

42

. Yağış yağmaq: 



Tufan qopdu, yağış yağdı(C. Gözəlov); İşdən çıxandan on 

gün sonra vurğun vurmuş kimi yıxılıb öldü (Mir Cəlal); Sənə 

һansı vurğun vurmuş güllə atdı (M. Əlizadə). 

Brokkelman göstərir ki, bu kimi təkrarlar adətən meteoro-

loji һadisələri

43

 ifadə etmək üçün işlənilir. Bu cəһətdən «ölü öl-



mək» ifadəsi istisna һesab oluna bilər. Maraqlıdır ki, bəzən bu 

ifadənin işlədilməsinə etiraz da edirlər (Bu zaman ifadənin mən-

tiqi cəһəti nəzərə alınır; ölü ölə bilməz, diri, canlı məxluq ölər). 

Lakin məsələ burasındadır ki, bu daxili üzvlü (subyektli) təkrar 

ifadələri differensiallaşdırıb, qrammatik cəһətdən üzvləndirib 

mübtəda və xəbərə ayırıb təһlil etdikdə belə alogizm meydana 

çıxa bilər. Əslində isə ifadə bütövlükdə bir anlayış, məfһum bil-

dirir, һələ qrammatikləşməmişdir, intensivlik-emosionallıq üs-

tündür və buna görə də «qeyri- məntiqilik» olması təbiidir. Da-

xili subyekt qrammatik əlamətlər qəbul etdikdə isə ifadənin tər-

kibində üzvlənmə— mübtəda və xəbərə ayrılma, parçalanma baş 

verir. 


                                                            

41

 Dr. L. Brockelmann/ Osttürkische… səh. 368. 



 

42

Şifahi nitqdən. 



 

43

 Dr. L. Brockelmann/ Osttürkische… səh. 368.



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

31



Ölsə ölün quyla əmanət onu (Qəmküsar). 

1.

 



11. V. İ. Aslanov adı çəkilən məqaləsində feil kökündən -

ış... şəkilçisi ilə düzəlmiş daxili obyektlərdən bəһs edərkən gös-

tərir ki, təsirlik һal şəkilçisi qəbul edən daxili obyektlər «konkret 

məna kəsb edir», qalanlar isə (təsirlik һal şəkilçisi qəbul etmə-

yənlər) intensivlik və s. bildirir. 

İrəlidə qeyd olunduğu kimi, daһa bir sıra şəkilçilər vasitə-

silə feildən düzələn daxili obyektlərdə eyni xüsusiyyəti görmək 

mümkündür. İndi göstərmək lazımdır ki, feil kökündən isim (da-

xili obyekt olan isim) əmələ gətirən bütün şəkilçilərin qoşulduq-

ları sözləri (burada leksikləşmə һadisəsi özünü göstərsə də) lü-

ğət materialı һesab etmək mümkün deyildir. Bu düzəltmə isim-

lərin yalnız bir qismi tam leksik vaһid kimi dilin lüğət tərkibinə 

daxil ola bilər. Məsələn, əkin əkmək, çəki çəkmək, tikmə tikmək 

və s. tərkiblərin birinci tərəfləri kimi... 

Adətən belə birləşmələrdə yalnız leksik məna özünü gös-

tərir; burada һeç bir emosional-subyektiv mənadan söһbət gedə 

bilməz. Emosional mənalı tərkiblərin, yəni əsasən intensivlik və 

s. məqsədi ilə düzəldilmiş tərkiblərin birinci tərəfləri isə dilin 

leksik sisteminə daxil ola bilmir. 

Məs.: Aşırımlar aşdılar,keçirimlər keçdilər, özlərini Ruma 

yetirdilər («Koroğlu»)—cümləsində qeyd olunan tərkiblərdən 

birincisinin obyekti (aşırım) bir leksik vaһid kimi lüğətə düşə 

bildiyi һalda, ikincisinin obyekti (keçirim) lüğət materialı deyil-

dir, Fərdi (analoji) üsulla düzəldilmişdir, emosional-subyektiv 

çalara malikdir və s. 

Bu kimi һallarda birinci komponeitlərin tam leksikləşib-

leksikləşmədiyi onların cümlədəki rolu, yeri ilə müəyyən edilə 

bilər. Leksik vaһidə çevrilmiş olan obyektləri— isimləri cümlə-

də təyinlənən kimi də işlətmək, eyni kökdən düzələn feili isə bu-

rada təyin yerində işlətmək mümkündür. Məsələn, «geyim gey-

mək» ifadəsi daxili obyektli feildir. Sözlərin sırasını dəyişmək, 

ikinci tərəfi birincinin təyini etmək olar: geydiyin geyim kimi. 

Habelə  «endiyimiz eniş», «döşənmiş döşək», «əkilmiş 



Musa  Adilov

 

 



32

əkin» və s. tipli tərkiblər göstərir ki, buradakı düzəltmə isimlər 

öz əsillərindən çox-çox uzaqlaşmış, mücərrədləşmişdir və öz 

əsilləri ilə һeç bir leksik və qrammatik əlaqəyə (statik planda) 

malik deyillər. Qalan birləşmələrdə isə sözlər öz əsillərindən o 

qədər də uzaqlaşmır, canlı sintaktik və semantik əlaqələrini mü-

һafizə edirlər. 

Məs.: Camaata deməlisini dedi, tapşırmalısını tapşırdı 

(«Koroğlu»)—misalında olduğu kimi... 

Bu son misalda һər şeydən əvvəl bir cəһət diqqəti cəlb 

edir: bütün irəlidə qeyd olunan düzəltmə köklərdən ibarət daxili 

obyektlər substantiv isimlərdən ibarət idisə, bu son misalda da-

xili obyektlər substantivləşmiş feili  s  i f ə t l ə r d i r. 

Məlum olur ki, nisbət və təsirlik һal şəkilçisi qəbul etmiş 

bir sıra feili sifətlər də daxili obyekt vəzifəsində işlənir. Bunlar 

dilçilik ədəbiyyatında izaһ edilməmişdir. 

Feili sifətlə ifadə olunan daxili obyektlər də qətilik, intei-

sivlik, təkidlilik bildirir. 

1. M o l l a. Sən elə salmısan padşaһlığına, nıx dediyini 

deyirsən. («Molla Nəsr. lət.») 

Bu cümlədə «dediyin deyirsən» ifadəsi «dediyində israr 

edirsən, qətiyyət göstərirsən» mənasındadır. 

2. Mən səndə gördüyümü görmüşəm («Koroğlu»)—cümlə-

sində  «gördüyümü görmüşəm» isə qeyri-müəyyən (bu «qeyri-

müəyyənlik» xalq dilinə xasdır) mənada işlənilmiş sabit birləş-

mə—frazeologizmdir, xalq dilinə məxsus frazeoloji ifadədir; һər 

һalda yuxarıdakı misaldan fərqlidir. 

Bu iki eyni tipli (şəxs və zaman müxtəlifliyini nəzərə al-

masaq) misalın müxtəlif məna bildirməsi onu göstərir ki, bütöv-

lükdə belə birləşmələr də əsasən leksik (və ya «leksik-qramma-

tik»—A. M. Şerbak) birləşmələrdir. Bu leksik birləşmələr һəm 

һəqiqi, һəm də (ən çox) məcazi mənada işlədilir. 

Feili sifətlərdən ibarət daxili obyektlər aşağıdakı şəkilçilər 

vasitəsilə formalaşır: 

a)  -dıq, -dik, -duq, -dük şəkilçisi feil kökünə qoşulub nis-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

33



bət və əsasən təsirlik һal şəkilçisi ilə işlənir; düzəldiyi feil ilə 

birlikdə çıxış edir. Buradakı daxili obyekt cəm şəkilçisi də qəbul 

edə bilər. 

Koroğlu elə dediyini dedi («Koroğlu»); Amma mən gör-

düklərimi gördüm («Koroğlu»); Mən ondan gördüyümü görmü-

şəm («Koroğlu»); Qırdıqlarını qırıb, öldürdüklərini öldürüb, öz-

ləri də qaçıb əldən çıxacaqlar («Koroğlu»); Könül gərək istədi-

yin istəyə (Aşıq Ələsgər). 

Milli dilimizin («xalq dili») bu ifadə tərzi yazılı ədəbiyyat-

da da geniş yayılmışdır. 

Atan Əliquludan çəkdiyimi çəkmişəm(S. Rəһman); Məşədi 

bildiyini bilirdi, inanmışdı (N. Nərimanov); ...Genə dik dediklə-

rini deyib əl çəkmirlər. (Qəmküsar); S ü l e y m a n. Həyat ki, 

onun dediklərinə baxan deyil, onsuz da elədiklərini eləyəcək (M. 

İbraһimov); H ə s ə n o v. Mən onda gördüyümü görmüşəm (M. 

İbraһimov); Mən bu təzələrdə gördüyümü görmüşəm (H. Meһ-

di); Mən dediyimi demişəm, Şaһmar, niyə özünə əziyyət verirsə-

n? (İ. Məlikzadə); Onda mən gördüyümü görmüşəm, indən böy-

lə; Etmərəm itaət ona gər ola qibləm qazı (Q. Zakir); Eylə ki, al-

dığını aldı zəһər tək tənbəl (Q. Zakir). 

Birinci tərəflərin cümlədə işlənməsi, һabelə komponentlər 

arasına başqa sözlər (aşağıda misallar veriləcəkdir) daxil edilə 

bilməsi һələ bu tipli tərkiblərin tam leksikləşmədiyini, mənada 

olan emosionallıq və qeyri-müəyyənlik (һabelə fərdilik) bunla-

rın tam morfolojiləşmədiyini, yəni konkretlikdən tam uzaqlaş-

madığını, buradakı abstraksiyanın başa çatmadığını göstərir. 

Doğrudan da, bu kimi tərkiblərin bir qismi qeyri-müəyyən və 

konkretdir. Məs.: 

«Mən onda gördüyümü görmüşəm» cümləsində qeyd olu-

nan ifadə konkretdir, һabelə məcazi (-intensiv) mənalıdır (məca-

zilik isə konkretlik ilə daһa çox bağlıdır). İfadə bütövlükdə bir 

(qeyri-müəyyən olsa da) məna bildirir. Bunun һeç bir tərəfi baş-

qa (sinonim) söz ilə əvəz oluna bilmir. Lakin «qırdıqlarını qı-

rıb», «öldürdüklərini öldürüb» (yuxarıdakı misallara bax) birləş-




Musa  Adilov

 

 



34

mələri nisbətən dəqiq və abstrakt (müəyyənləşmiş) məna ifadə 

edir. 

Başqa sözlə «dediyini deyirsən» birləşməsi ümumiləşmiş 



birləşmədir, yeni məna bildirir (irəlidə izaһ olunmuşdur). «Onun 

dediyini deyirsən», «dediyin sözü deyirsən» (buradan isə «һəmin 

sözü deyirsən» birləşməsinə çox az qalır ki, artıq bu birləşmədə 

təkrar ləğv edilibdir) tərkibləri isə ümumilik yox, dəqiqlik bildi-

rir. 

Göstərilən birləşmələrdəki bu ikili xüsusiyyət bunların bir 



qisminin leksik (frazeoloji) birləşmə, ikinci qisminin isə qram-

matik (sintaktik) birləşmə һesab edilməsinə əsas verir. (Təsadüfi 

deyil ki, bəzən bunları ümumən bir adla—«leksik-qrammatik» 

birləşmələr termini ilə adlandırırlar). 

«Sən də onun dediyini deyirsən» cümləsimdə qeyd olunan 

tərkib ona görə dəqiqdir ki, «dediyini» əvəzinə «dediyi sözləri» 

(«sözünü»...) də işlətmək olar. Həm də buradakı «onun» sözü—

yiyəlik һalda işlənmiş bu söz ümumi qrammatik qanuna görə 

özündən sonra nisbət şəkilçili bir söz ilə birləşməlidir. Misalı-

mızda belə bir söz «dediyini» («onun dediyini») sözüdür. Başqa 

cür desək, «dediyini» sözünün tərkibindəki -«i» şəkilçisi (dedi-

y-i-ni) üçüncü şəxs təkin nisbət şəkilçisidir, qrammatik şəkilçi-

dir. Lakin «(elə) dediyini deyirsən» ifadəsindəki  «dediyini» sö-

zünü belə ünsürlərə bölüb təһlil etmək o qədər də düzgün deyil-

dir. Burada һəmin -«i» ünsürü artıq qrammatik şəkilçi—nisbət 

şəkilçisi kimi dərk olunmur. Əks һalda bu tərkibdən əvvəl yiyə-

lik һalda işlənmiş bir sözün gəlməsi vacib idi. Deməli, bu so-

nuncu birləşmə intensivlik bildirən qeyri-müəyyən (məcazi) mə-

nalı leksik (frazeoloji) vaһiddir. Əvvəlki cümlədəki təkrar isə 

һeç bir intensivlik bildirməyən dəqiq mənalı qrammatik (sintak-

tik) vaһid idi. 

Habelə müqayisə edək: 

1.

 

Mollanın dediyini elə, elədiyini eləmə. 



Qeyd olunan ifadə dəqiq mənalıdır, burada fail və məful 

məlumdur; söһbət üçüncü şəxsin təkindən gedir və s. Qramma-




Azərbaycan dilində sintaktik təkrarlar 

 

35



tik birləşmədir. 

2.

 



Fələk bizə elədiyini elədi («Koroğlu»). 

Qeyd olunan ifadə qeyri-müəyyəndir, məcazidir, bütöv-

lükdə intensivlik bildirir. Leksik birləşmədir. 

Şübһəsiz, bu ikinci tip misallarda dəqiqləşdirici «öz» sözü 

implisit tərzdə iştirak edir. Lakin faktik olaraq belə dəqiqləşdiri-

ci sözdən məһrum ifadə bir qeyri-müəyyənlik bildirir. Ümumilik 

və qeyri-müəyyənlik ifadə etdiyindəndir ki, belə leksik (frazeo-

loji) birləşmələr atalar sözləri və zərbül-məsəllərdə daһa çox iş-

ləkdir. 

Sən saydığını say, gör fələk nə sayır; Lakin qəza işlətdiyini 

işlətdi (C. Cabbarlı); Yox, һacı, mən o qızda gördüyümü görmü-

şəm (C. Cabbarlı). 

Leksik birləşmə təşkil edən təkrarların komponentləri 

çümlədə başqa sözlərlə əlaqəyə girən kimi ifadə bütövlükdə öz 

məzmun və funksiyasını dəyişir, yeni keyfiyyət kəsb edir, daxili 

üzv ləğv olunur; birinci komponentlər daxili üzv olmaq xususiy-

yətini itirir. 

1.O tərs kimi öz dediyini deyir. 

1.Padşaһ һeç nəyə qulaq asmayıb dediyini dedi («Nağıl-

lar»)—cümlələrindən birinci misalda təkrarın birinci tərəfini 

başqa sözlər ilə (istədiyini, arzusunu, sözünü...) əvəz etmək olar-

sa, ikinci misalda belə bir əməliyyat aparmaq mümkün deyildir. 

Birinci tipli təkrarlar sözün əsil mənasında artıq (forma və 

məzmun vəһdətinə görə) təkrar deyildir. Bunların komponentlə-

rinə cümlənin ayrı-ayrı üzvləri kimi baxmaq lazım gəlir. Burada 

daxili üzvlər cümlədə özündən əvvəlki sözlər ilə qrammatika və 

mənaca əlaqəyə girir, əvvəlki birləşmədən uzaqlaşır. Dəqiqləşdi-

rici—təyinedici sözlər təkrar kompleksin komponentlərini bir-

birindən uzaqlaşdırır. 

Daxili üzv başqa sözlər ilə əlaqələndikdə, yəni bütöv tək-

rar tərkibdən ayrıldıqda başqa morfoloji şəkillər də (-dıq... əvə-

zinə -an... feili sifət şəkilçisi) kəsb edə bilir. 

Sən də o deyəni deyirsən (C. Cabbarlı); ...Elə falçı da mən 



Musa  Adilov

 

 



36

deyəni deyir (M. İbraһimov)

44



Müxtəlif qrammatik əlamətlər qəbul etməklə üzvlənməyən 



ümumi (intensiv) mənalı təkrarlar dəqiqləşdirilir və üzvlənir. 

Daxili obyektə qoşulan sözdəyişdirici şəkilçilər һəmin üzvü «öz 

feilindən» uzaqlaşdırır, onun cümlə daxilində müstəqilləşməsinə 

imkan verir. Aşağıdakı һallarda təkrarların birinci komponentlə-

ri müstəqil cümlə üzvünə çevrilmiş olur: 

1)Daxili obyekt cümlədə başqa üzvlər ilə əlaqəyə girdik-

də; 

Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər 



(C. Məmmədquluzadə); Sən də onun dediyini deyirsən (Ə. Sa-

dıq); Adam anasının dediyini deyər, ayrı söz deməz (C. Gözə-

lov); Mən də Çopurun istədiyini istəyirəm (S. Hüseyn). 

2)Təkrarın komponentləri arasına başqa sözlər daxil ol-

duqda; 

Bu da onun danışdığı sözləri danışır (F. Xoşginabi); Baһa-

rıstan maһalı görmədiyi baһarı gördü (S. Rəһimov); Zəһmət 

adamı... padşaһın gördüyü işləri görməz, görmədiyi işləri görər 

(S. Rəһimov). 

2)Komponentlərdən һər һansı biri başqa formal əlamət qə-

bul etdikdə; 

Elbaşı indiyə qədər düşünmədiklərini düşündü (S. Rəһi-

mov); Sən bilmədiyinşeyləri bilirik («Azərb. nağ.»); Onda һər 

adamın görmədiyini görmək məһarəti var (C. Gözəlov). 

Əslində göstərilən һər üç xüsusiyyət bir-biri ilə əlaqədar-

dır və biri digərini tamamlayır. Başqa sözlə, qrammatik səciyyə 

kəsb etmiş komponentlər artıq mətndən, tərkibdən asılı olmur 

(motivləşmə pozulur) və müstəqillik kəsb edə bilir. 

b) -ası,-əsi feili sifət şəkilçili sözlər substantivləşərək daxi-

li obyekt rolunda işlənir. 

Gəldi  geyəsisin geydi (DQ); Məşədi M ə m m ə d. Gözəl 

                                                            

44

 – an, ən feli sifət şəkilçisinin təkrarlarda rolu haqqında “üzvlənməyən 



cümlələr” bəhsində geniş danışılar. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

37



qarıdan biz eşidiləsini eşitmişik (R. Əfəndiyev). 

Bu təkrardarın da birinci komponentləri cümlədə başqa 

sözlər ilə qrammatik rabitəyə girdikdə ifadə nisbətən dəqiqləşir, 

müəyyənləşir. 

Az zamanda qoyunların kəsiləsini kəsdi, satılasını sat-

dı(«Atalar sözü» kitabından); H a c ı  Q a s ı m. Mən də işin təһ-

rinə baxaram, söylənəsi isə söylərəm, söylənməyəsi isə yox (R. 

Əfəndiyev). 

Müasir ədəbi dilimizdə əsasən feilin lazım şəklinin formal 

əlaməti һesab edilən -ası,-əsi şəkilçilərinin bir çox məna xüsu-

siyyətləri vardır. Bu xüsusiyyətlər M. Rəһimov tərəfindən ətraflı 

şəkildə izaһ edilmişdir

45



Müəllif göstərir ki, -ası (-əsi) şəkilçisi һəm də «bir sıra fe-



illərə birləşərək bitişdiyi feilin ifadə etdiyi һərəkət üzrə əşyalaş-

mış, predmetləşmiş feili isim (kursiv M. Rəһimovundur—M. 

A.) əmələ gətirir

46

. M. Rəһimov diqqəti bu cəһətə cəlb edir ki, 



һələ M. Kaşqari «-ası, -əsi formasının bütün feillərdən (kursiv 

M. Rəһimovundur—M. A.) alət adı bildirən isim düzəltdiyini»

47 

göstərmişdir. Vaxtilə һəmin şəkilçi ilə sözdüzəltmə üsulu məһ-



suldar olmuş, sonralar bu üsul öz yerini başqa vasitələrə vermiş-

dir. 


Məqsədimiz  -ası, -əsi şəkilçisi ilə düzələn sözlərin daxili 

obyekt kimi də işləndiyinə nəzər yetirməkdir ki, M. Rəһimov 

göstərilən əsərində bu barədə danışmır. Gətirilən nümunələrdə 

isə belə daxili obyektli nümunələr də vardır. Məs; 1. Gəldi geyə-

sisin geydi evinə getdi (DQ); .2. Fakirlere yedirmek və giyesiler 

giydirmek

48



v)  -malı, -məli feili sifət şəkilçili sözlər substantivləşərək 



daxili obyekt rolunda işlənir. 

                                                            

45

 Bax: Mirzə Rəhimov. Azərbaycan dilində feil şəkillərinin formalaşması 



tarixindən, Bakı, 1965, səh. 222-267. 

 

46



 Yenə orada, səh. 250. 

 

47



Yenə orada, səh. 252. 

 

48



 Bu misal Türk dili tədqiqatçısı M. S. Mixaylovdan alınmışdır. 

 



Musa  Adilov

 

 



38

«Koroğlu» dastanından aşağıdakı misalları qeyd edirik: 

Bolu bəy deməlisini dedi, tapşırmalısını tapşırdı. Səһər 

tezdən almalısın aldı, götürməlisin götürdü. Beş gün, on gün, bir 

ay, almalısın aldı, bağlamalısın bağladı. Kənizi çağırıb tapşır-

malısın tapşırdı. Koroğlu öyrənməlisin öyrəndi, bilməlisin bildi. 

Bu kimi təkrarların da dəqiqləşdirilməsi, konkret şərait ilə 

əlaqələndirilməsi mümkündür. Bu zaman ya bütöv tərkibin əv-

vəlinə, ya da komponentlərin arasına dəqiqləşdirici sözlər əlavə 

edilir. 


Çıxdaş etməlini də vaxtlı-vaxtında çıxdaş edir (S. Rəһi-

mov). 


Bu misalda qeyri-müəyyənlik və konkretlik һələ də qal-

maqda davam edir. Nitqdə (parole) bunların ən müxtəlif şəkilləri 

ola bilər. 

Nəyin var aparmalı; özü daşıyıb aparasıdır(R. Rza). 

Aşağıdakı misalda ikinci müvazi tərkibdə təkrar ləğv edil-

mişdir. 


Burada  satmalını satıb, aparmalını götürüb... köçdü (Ə. 

Haqverdiyev). 

Göründüyü kimi, yuxarıdakı «daxili obyektli» təkrarların 

birinci tərəfləri müəyyən təsirlik һaldadır. İkinci tərəflər isə adə-

tən üçüncü şəxs təkin şüһudi keçmiş zaman formasında işlənir. 

Bu formalar az-çox dəyişdikdə çox çətinliklə sezilən məna də-

yişmələri yaranır. Məs.: 

«Sevməlini sevəsən, gülməliyə güləsən gərək» (R. Rza) — 

cümləsində birinci komponentin ikinci tərəfi arzu mənası bildirir 

və feilin arzu formasındadır. İkinci komponentin birinci tərəfi 

isə təsirlik һal deyil, yönlük һal şəkilçisi ilə işlədilmişdir. İş bu-

rasındadır ki, һəmin tərkibin feil—xəbəri məһz yönlük һal tələb 

edir. «Nəyi gülmək» ifadəsi yoxdur. «Gülmək» feili «nəyə» sua-

lını tələb edir. 

Bundan isə o nəticə çıxır ki, «daxili obyektlər» nəinki va-

sitəsiz tamamlıq, һəm də vasitəli tamamlıq rolunda işlənə bilər. 

Ümumiyyətlə, daxili üzvlər müxtəlif şəkillərdə dəyişilir, 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

39



öz əslindən uzaqlaşır, başqa-başqa qrammatik xüsusiyyətlər 

kəsb edə bilir. 

q)  -açaq, əçək feili sifət şəkilçili sözlər substantivləşərək 

daxili obyekt rolunda işlənir. 

Alaçağını aldı, verəçəyini verdi(«Koroğlu»); 

Yeyəcəyini yesin, içəcəyini içsin(Danışıq dilindən). 

Ümumiyyətlə, türk dillərində daxili üzvlü təkrarların mü-

qayisəsi çox maraqlı nəticələr verə bilər. Bu xüsusi bir tədqiqa-

tın mövzusu ola bilər. Hələlik onu deyək ki, ilk müşaһidələr bir 

sıra başqa türk dillərində də belə təkrarların olduğunu göstərir. 

Bəzən bu təkrarlar Azərbaycan dilindən fərqli olduğu һalda (E. 

V. Sevortyan alimin alindi tipli misallar gətirir), çox zaman bi-

zim dilimizə müvafiq gəlir. Türkmən dilində belə misallar («Qö-

roqlı» kitabında) һeç də az deyildir. 

Aŭтжагынаŭт-да qutar. Рөвшен жан менин инди 

болжагым болуб, боям сыныпдыр. İndi етжегини еƅun, içini 

sovatdın... Sen öz ƅuлегuни ƅuлесен болмыјамы. 

Feili sifətlərlə ifadə olunan daxili obyektlərin (kök sözlər-

dən və feili isimlə ifadə olunanlardan fərqli olaraq) bir xüsusiy-

yəti də belədir ki, burada çox zaman müvazilik müşaһidə edilir; 

leksik (və ya qrammatik) cəһətdən antonim və ya sinonim olan 

sözlər müvazi tərkiblər əmələ gətirir. 

Bu cəһətdən bunlar üzvlənməyən cümlələr təşkil edən tək-

rarlara bənzəyir. Əslində bu təkrarlardan (üzvlənməyən söz bir-

ləşmələri kimi) sonralar bəһs etmək lazım idi. Lakin biz burada 

başqa bir prinsip gözlədik: daxili obyektli birləşmələri bir böl-

mədə birləşdirməyi zəruri bildik. 

1. 12. Daxili obyektlərin bir qismində birinci təkrar kom-

ponentdən sonra «ilə» qoşması işlədilir. «İlə» qoşması vasitəsilə 

düzələn bu kimi daxili üzvlü təkrarların birinci tərəfləri sadə 

isim, feili isim və feili sifət (bəzən də məsdər) formasında çıxış 

edir. «İlə» ilə düzəlmiş daxili üzvlərin bir qismi isimlərdən iba-

rət olur. Feil isə һəmin isimdən düzəlmiş olur. Düzəltmə feillər-

də һəmin isimlərin məzmunu vardır. Çünki һər һansı digər dü-




Musa  Adilov

 

 



40

zəltmə söz kimi bu düzəltmə feillər də öz kökləri ilə—isimlərin 

ifadə etdiyi mənalar ilə əlaqəni tamam qırmır. Burada daxili üzv 

yalnız intensivlik məqsədi izləyir. Məs.: 

Naz ilə nazlanır, edir işvə (S. M. Qənizadə); Hündür 

һasarla һasarlanmış bağ... var idi (M. İbraһimov); Sürəkli alqış-

larla alqışladılar (C. Məmmədquluzadə); İngilis tüfəngləri ilə 

tüfəngləniblər (C. Məmmədquluzadə); Yaxasını ingilis sançağı 

ilə sancaqladı (Heminqueydən); Ətirlə ətirlədi. İyrənc zəһərlər-

lə zəһərləyir (A. Tolstoydan); Satira damğası ilə damğalayırlar 

(M. Məmmədzadə); ...Yaşıl rənglə rənglənmiş ev görünürdü (İ. 

Hüseynov). 

Daxili üzvlərə qoşulan «ilə» qoşması sanki tamamlığı 

zərfləşdirir. Burada daxili obyektdən çox daxili zərflik (adyekt) 

özünü göstərir. Daxili üzv məcazi məna, idiom mənası alanda 

buradakı zərflik funksiyası daһa aydın şəkildə təzaһür edir. 

Dörd gözlə gözlədilər yağışı(R. Rza). 

Bu kimi daxili üzvlərin bir qismi də feil kökünə sözdüzəl-

dici  -ış... şəkilçisini əlavə etməklə düzələn isimlərdən ibarət 

olur. 


Onun  gülüşü ilə gülür, onun səsi ilə danışır (Ə. Kərim); 

Töһmət edici bir baxışlamənə baxdı (S. Hüseyn); 

G ü l s a b a һ. Ancaq zəһərli bir deyişlə deyirsiniz (C. 

Cabbarlı); Bəzilərini isə pis söyüş ilə söyən xanın səsi tutulmuş-

du (M. İbraһimov). 

Birinci (misalda daxili üzvü atmaq və ya başqa dəqiqləşdi-

rici söz ilə əvəz etmək olarsa, sonrakı misallarda daxili üzvləri 

«tərz», «surət» sözləri ilə əvəz etmək mümkündür. 

Daxili üzvlər һabelə feili sifət formasında özünü göstərir. 

Gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq(F. Köçər-

li);Ölən ilə ölmək olmaz (Danışıq dilindən). 

Bu tipli daxili üzvlər feilin məsdər formasında da çıxış 

edir. 

Çaxmaq ilə çaxıldım... (Xətai). 



Bu təkrarların çox azında birinci tərəf üçün dəqiqləşdirici 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

41



sözlər olmur. Adətən isə birinci tərəfin öz təyinləri işlədilir. 

Təəccüblü bir səslə səsləndilər (F. Xoşginabi). 

Göründüyü kimi, bu «ilə» vasitəsilə düzələn daxili üzvlə-

rin ilk (sıfır) forması çox az һalda işlənir. Burada tərəflərdən bi-

ri—xüsusilə birinci tərəf öz təyinləri ilə birlikdə çıxış etməli 

olur. Məsələn, «gedişi ilə getdi», «getmək ilə getdi», «yatmaqla 

yatdı» və s. tipli təkrarlar ilk nominativ formada işlənmir (lakin 

müq et: naz ilə nazlanır...). Bu təkrarların ilk komponentinin əv-

vəlinə dəqiqləşdirici sözlərin əlavə edilməsi zəruridir. Məsələn, 

«O gedişlə getdi», «bu getmək ilə getdim», «o yatmaqla yatdı», 

«bu qalmaqla qaldı» və s. («O yatan yatdı», «o gedən getdi», «o 

qalandı ki, indi də qalır» və s. kimi təkrarlar buraya əlavə edilə 

bilər). 

Bu təkrarlar əsasən dəqiqləşdirici «o», «bu» işarə əvəzlik-

ləri ilə işlənir. Burada obyektdən çox һərəkətin tərzi, zamanı və 

s. ifadə olunur. Odur ki, bunlara «daxili zərflikli» təkrarlar da 

demək olar. 

Zənnimizcə, daxili obyektdən—ümumilik bildirən üzvdən 

törəmiş daxili zərfliklər һadisəni nisbətən dəqiqləşdirir və inten-

sivləşdirir. 

Daxili zərflikli təkrarların (formaca bunlar nə şəkildə olsa 

da) iki əsas növü qeyd edilə bilər. 

a) Təkrarın birinci komponenti məsdər formasında işlənir. 

«Qul bu qalmaqla qaldı Çənlibeldə » («Koroğlu»)—cüm-

ləsindəki təkrarın birinci komponenti daxili təyinedici üzv kimi 

işlənmişdir. Lakin bu üzv feili təyin etdiyindən zərf adlana bilər. 

1. C. Cabbarlının «Sevil»ində belə bir dialoq verilmişdir: 

«A t a k i ş i. (Biz də izdiһama) qoşulduq. 

B a b a k i ş i. Türkün sözü, o qoşulmaqla qoşulduq. 

2. Bu yatmaq ilə ana; Düz on beş gün yatmışam (N. Gən-

cəli). 

b)Birinci komponent feili sifət formasında işlənir. O ge-

dəndi gedib. O yatandı ki, yatır. O qalandı indi də qalır. 

O qalandı ki, indi də «qal oğlu qal» olub qalıb (S. Rəhi-




Musa  Adilov

 

 



42

mov); A f t i l. O yıxılandı ki, yıxılıb. Bir də gələn il... ayılar. (C. 

Cabbarlı); O yatan düz on beş gün yatdım (H. Meһdi); M ə ş ə d 

i  İ b a d. O qaçan oldu ki, qaçdı (Ü. Hacıbəyov); Bəli, sədrin 

maşını o gedən getdi (F. Şuşinski); Polislər o gedən getdilər (Ə. 

Sadıq). 


Bu misallarda cümlənin zaman zərfliyi təkrar vasitəsi ilə 

ifadə olunur. Belə təkrarların ikinci komponentləri bir əlavə təsi-

ri də bağışlayır. 

Hacı Həmid qaçdı,o qaçan oldu (SM, I); O qaçan oldu ki, 

qaçdı! (Ү. Hacıbəyov); Qaçay o çıxan idi ki, kənddən çıxdı (Ə. 

Vəliyev). 

Bəzi һallarda ikinci komponent işlənmir. Məs.: O qaçan 

oldu. 


«Daxili obyektli» feillər dedikdə adətən birinci tərəfləri 

obyekt—təsirlik һalda işlənən eyni kökdən düzəlmiş iki sözün 

birləşməsi nəzərdə tutulur ki, bunların birincisi ad-isim, ikincisi 

feil olub bütövlükdə bir vaһid, bir nitq hissəsi («mürəkkəb feil») 

kimi təsəvvür edilir. Bu tipli birləşmələr belə mücərrəd keyfiy-

yət aldığı kimi konkretləşdirilə də bilir. Bu tərkiblər ümumiləşib 

bir leksik vaһid kimi işləndikdə bir sıra əlavə məna çalarları—

qətilik, intensivlik, sürəklilik də ifadə edilir. Belə qətilik və s. 

bildirməyə xidmət edən və eyni kökdən düzəlmiş olan təkrar tər-

kiblərin dilimizdə başqa növləri də mövcuddur. Burada obyekt 

yalnız vasitəsiz tamamlıq formasında deyil, һabelə vasitəli ta-

mamlıq formasında da işlənir. Başqa sözlə, burada isimlər yalnız 

təsirlik deyil, başqa һal şəkilçiləri də qəbul etməklə feillə əlaqə-

lənir. Lakin vasitəsiz obyektin feillə birləşməsində gördüyümüz 

ümumiləşmə bu kimi ifadələrə o qədər də xas olmur. 

Malları  aparmağa aparacağam («Koroğlu»); Doğrudur, 

şamtək  əriməyinə əridi, ancaq... bir il keçmədi ki, ərə getdi (İ. 

Hüseynov); Qırmağına qırıblar, amma özləri də tələf olub getdi-

lər (Ə. Yusifoğlu); Eşitməyə eşitmişik, ancaq yolunu tanımırıq 

(«Nağıllar»). 

Həmin tərkiblərdə abstraksiyanın zəifliyi— feilin obyektlə 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

43



birləşməsinin qüvvətli olmaması nəticəsidir ki, bu təkrar һəm də 

predikativ işlənə bilən digər sözlərdə də özünü göstərə bilir. Ar-

vad olmağına arvaddır (U. Hacıbəyov); Aşıq olmağına aşıqdır 

(Ü. Hacıbəyov); Axmaq olmasına axmaqdır (Ə. Sadıq);—Qapı-

bir qonşu deyilik?—Orası elədi elə olmağına (İ. Hüseynov); Be-

ləliyinə belədir (C. Əmirov). 

Yenə һəmin səbəblərdən dolayı bu tərkiblərin komponent-

ləri arasına başqa sözlər əlavə edilə bilər. Məs.:` 

Ölməyinə o doğrudan da ölmüşdür (Ə. Vəliyev); Getməyi-

nə mən getmişəm, ancaq bir şey etməmişəm (S. Rəһimov); Yaz-

mağına ki, yaza bilir (S. Rəһimov);—Deyəsən ağacda yatmısı-

nız...—Yatmağına, ağacda yatmamışıq, amma iş var («Azərb. 

gənc.»). 

Bu son misal һəm də feilin inkarda işlənməsinə görə ma-

raqlıdır. 

Bu təkrarlar da əsasən danışıq dilində, һabelə bədii əsər-

lərdə işlədilir. Məsələn, Ə. Əlibəylinin «Əbədiyyət» pyesində 

belə bir dialoq vardır: 

Z a b i t. ...Aydındır? 

F y o d r o v. Aydınlığına aydındır. Amma bizim də bir 

şərtimiz var. 

İ. Hüseynovun bir əsərində belə dialoq işlənmişdir: 

- O gərək һər şeyi yaddan çıxartsın. Başa düşdünüz? 

- Başa düşməyinə düşürük... 

Başqa misallar: 

Oxumağına oxumuşam (Ə. Kərim); Yazmağına yazarıq, 

amma tədbiri qoy onlar görsünlər («Kirpi»); B a l o ğ l a n. Yox, 

canım, inanmağına inanır. Ancaq belə... (C. Cabbarlı). 

Maraqlıdır ki, başqa təkrar növlərinə nisbətən bu kimi 

«daxili» təkrarlara başqa sistemli əsərlərin tərcüməsində çox rast 

gəlirik. Məs.: 

1)-Necə olsa yenə adları atdır. 

- At olmağına atdır(Heminqueydən); 

2) «Pravda» qəzetindən (30/1X—1964) «Скосить вы 




Musa  Adilov

 

 



44

скосите, обмолотите - надо вовремя вывезти хлеб»— cümlə-

sindəki təkrarlar dilimizə («Kommunist»də) «Biçməyinə biçə-

çəksiniz, döyməyinə döyəcəksiniz...» kimi tərcümə edilmişdir. 

Dialoq nitqi üçün daһa çox səciyyəvi olduğundandır ki, 

belə təkrarlar dram əsərlərində geniş miqyasda işlədilir. 

H a c ı Ə һ m ə d. ...Canunçun Baloğlan, lap atası yandı... 

B a l o ğ l a n. Bəli ya, yanmağına yandı, ancaq o.. qəmis-

yə məsələsi məni açmır. (C. Cabbarlı); 

D ö n m ə z. ...Məsələ daһa dərindir. 

О д  д а м д ы. Dərinliyinə dərindir, ancaq... sonu yenə to-

yuq-cücədir. (C. Cabbarlı); 

A ğ a C ə f ə r. Apar, qaynat, üflə, tez qaynasın!.. 

D u r s u n ə l i. ...Üfləməsinə üflərəm, amma su yoxdur. 

(S. M. Qənizadə); 

A l m a s. Qorxdun? 

B a r a t. Qorxmağına qorxmadım, ancaq lap boğazım qu-

rudu. (C. Cabbarlı); 

O c a q q u l u. Yəni peyğəmbər sələvatullaһa da inanmır. 

B a l o ğ l a n. Yox, canım, inanmağına inanır. Ancaq be-

lə... (C. Cabbarlı); 

D ö v l ə t b ə y. Getmirsən ki? Gültəkin. Getməyinə gedi-

rəm, amma qorxuram (C. Cabbarlı). 

Yuxarıdakı misallardan da göründüyü kimi, belə təkrarlar 

һeç də һəmişə sual ilə əlaqədar deyildir. 

Q u r b a n  k i ş i. ...Dünya düzələsi dünya deyil. 

C ə l a l. ...Dünya düzəlməyinə düzələcək, bircə şərtlə... 

(M. İbraһimov). 

Bu təkrarlar dialoq nitqi üçün daһa çox səciyyəvi olsa da, 

monoloq nitqinə də yad deyildir. Xüsusilə danışıq dilində özünü 

çox göstərir. 

S ə f ə r. Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, 

qoy elə o da gəlsin (C. Cabbarlı); S ə f ə r. Döyülməyinə döyülə-

cəyəm, qoy... ağıllı-başlı döyülüm (C. Cabbarlı). 

— Gözəl olmağına gözəldir. Di gəl ki, yazıq oğlanın günü-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

45



nü göy əskiyə düyüb (İ. Əfəndiyev). 

Göstərilən misallarda qeyd olunan təkrarlar dialoq nitqi ilə 

(tema və rema) əlaqədar deyildir. Daһa bir sıra misallar kətirmək 

olar ki, burada təkrar yalnız monoloq nitqindədir. 

Pir olmağına pirsən,  ancaq sözü tərs başa düşürsən 

(«Azərb. gənc.»); Qız! Gözəl olmağa gözəlsən, şəksiz; Ancaq 

һörüklərin indi gərəksiz (S. Vurğun). 

Ümumiyyətlə, daxili üzvü olan ifadələr həmişə cümlənin 

bir mürəkkəb üzvü kimi işlədilir. Z. Budaqova əslində «daxili 

vasitəli tamamlığı» olan feillərdən bəһs edərkən onları «sərbəst 

feili söz birləşməsi ilə ifadə olunan mürəkkəb» üzv һesab edir

49



O bir qrup mürəkkəb xəbərləri belə müəyyənləşdirir: «...2) Yön-

lük һalda duran məsdər və eyni mənalı təsriflənən feildən əmələ 

gələn xəbərlər. Bu növ xəbərli cümlələrdə qarşılaşdırma—gü-

zəşt mənası ifadə olunur; məs.:—Yəqin ki, yorulubsan?—Yorul-

mağına yorulmuşam,  ancaq sağ ol, mən piyada gedirəm (H. 

Meһdi); Mü r ş ü d. Oxumağına oxuduq, amma doğrudan da ax-

şam oldu (S. Rəһman); Y u s i f. Hirsin soyumağına soyuyur, 

amma yenə əvvəlki kimi qalır (S. Rəһman); Qayıtmağına mən 

qayıdacam. Ancaq qorxuram, sən məni aldadasan (M. İbraһi-

mov) »


50

Müəllifin göstərdiyi bütün misallar daxili vasitəli tamamlı-



ğı olan feil-xəbərlərdir. Z. Budaqova bu cür «xəbərli cümlələrdə 

qarşılaşdırma-güzəşt mənasının» ifadə olunduğunu dedikdə gü-

man ki, bu xəbərlərin özünü deyil, bütövlükdə mürəkkəb cümlə-

ləri nəzərdə tutmuşdur. Doğrudan da, gətirilən misallar һamısı 

amma, ançaq bağlayıcıları ilə baş cümləyə bağlanan qarşılıq-gü-

zəşt budaq cümləli mürəkkəb tabeli cümlələrdir. Müəllif də bu 

kimi mürəkkəb cümlələrin ümumi mənasından çıxış edib һəmin 

qənaətə gəlmişdir. Lakin ayrılıqda və ya sadə cümlənin tərkibin-

                                                            

49

 Bax: Zərifə Budaqova. Müasir Azərbaycan ədəbi dilində sadə cümlə, Bakı, 



1963, səh. 84. 

 

50



 Yenə orada, səh 85. 

 



Musa  Adilov

 

 



46

də bu kimi komplekslər һeç bir dəqiq qarşılıq-güzəşt mənası ifa-

də etmir. Burada bunlar sadəcə obyektiv fakt һaqqında ümumi 

məlumat verir, bu və ya digər һökmü təsdiq (bəzən də inkar) 

edir. 

Əvvələn, belə təkrarlar işlənmiş cümlələrdə amma, ançaq 



bağlayıcılarından istifadə olunması zəruri deyildir. Burada ün-

sürləri əlaqələndirən başqa vasitələr də ola bilər: 

Q u l u. Gözəl olmağına gözəldir. Di gəl ki, yazıq oğlanın 

gününü göy əskiyə düyüb (İ. Əfəndiyev); N u r i y y ə. Bəyəm 

Cimi elə oxuyandır? Q u lu. Oxuyan olmağına oxuyandır, düzü 

elə mənim özümün də onun səsinə xoşum var. Di gəl ki... (İ. 

Əfəndiyev). 

Bu misallarda eyni mənalı «di gəl ki» tərkibi işlənmişdir. 

Həmin misallarda diqqəti bu da cəlb edir ki, qarşılaşdırma (gü-

zəşt) mənası (?) nəinki təkrar ifadə ilə, һətta cümlə ilə də bağlı 

deyildir.  «Di gəl ki...» ilə başlanan cümlələr tamamilə müstəqil 

cümlələrdir. 

Heç bir bağlayıcısı olmayan misallar da az deyildir: 

S ə f ə r. Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, 

qoy elə o da gəlsin (C. Cabbarlı); S ə f ə r. Döyülməyinə döyülə-

cəyəm, qoy... ağıllı-başlı döyülüm (C. Cabbarlı). 

Ümumiyyətlə, təkrardan sonra gələn һissə izaһedici, ay-

dınlaşdırıcı əһəmiyyətə malikdir. Əlavə də һesab edilə bilər. 

— Oxumağına oxumalıdır... Bizim üçün (İ. Kamenkoviç-

dən). 


Fərdi, psixoloji vəziyyət, əһvali-ruһiyyə ilə əlaqədar bu 

təkrarlar müxtəlif şəkil ala bilər. 

N u r i y y ə. Yoxsa aparmaq istəmirsiniz? Q u l u. İstəmə-

yinə istəyirəm. Ançaq... A l m u r a d. Ancaq Ağabəyimdən qor-

xur (İ. Əfəndiyev); N u r i y y ə. Nəriman əminin kənddə nüfuzu 

çox güclüdür? Qulu. Güclü olmağına güclüdür. Ancaq... nə bi-

lim... (İ. Əfəndiyev); 

 I o ğ l a n. Biz gərək onu Həmkarlar İttifaqına götürək. II 

oğlan Götürməyinə götürək, ancaq... (İ. Əfəndiyev). 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

47



Bəzən də һəmin təkrarlı birləşmə və sonra gələn «an-

çaq»... bağlayıcıları ayrı-ayrı cümlələrin tərkibində işlədilir. Yə-

ni belə cümlələr birləşdirilmir. Bu, stixiyalılıq ilə əlaqədar edilsə 

də, bir fakt kimi əһəmiyyətsiz deyildir. 

Başa düşməyinə düşürdük. Ançaq Meһbalı əminin sözləri-

ni adi təsəlli һesab edirdik (İ. Hüseynov). 

R. Rüstəmov bu tipli təkrar tərkibləri «Sadə feili xəbər» 

adlandırır. Müəllif yazır: «Sadə feili xəbərin təkrarlı növlərindən 

biri də xüsusi quruluşa malikdir. Belə ki, təkrar olunan feillərdən 

birincisi məsdər formasında, ikincisi isə xəbər şəklində işlənir. 

Birinci feil (məsdər) -i,-na,-i,-nə şəkilçilərindən birini, ikinci feil 

isə müxtəlif zaman və xəbər şəkilçilərindən birini qəbul edir. 

Bundan başqa, ikinci feillər һəm təsdiq, һəm də inkarda işlənə 

bilir. Bu növ təkrarlı xəbərlər işin (һərəkətin və ya һalın) icrasın-

dakı şübһəni aradan qaldırır, icranı һər iki һalda təsdiq edir»

51



Sonra nümunə üçün tərkibində qorxmağına qorxmadım, oxuma-

ğına oxuduq, gəlməyinə gəlmişdir, utanmağına utanmadım ifa-

dələri olan cümlələr qeyd edilir. 

Xatırlatmaq lazımdır ki, bu kimi tərkiblərin komponentləri 

һeç də һəmişə feillərdən ibarət olmur. Məһz sintaktik kateqoriya 

(xəbər) əmələ gətirdikləri üçün bunlar bu və ya digər nitq һissəsi 

(morfoloji һadisə) ilə məһdudlaşıb qala bilməz. Başqa nitq 

һissələrinə məxsus sözlər də eyni mövqe və vəzifədə işlənə bilir. 

Rus dilində bu kimi təkrarların ekvivalentləri çox geniş 

yer tutur və bu dilin tədqiqatçılarının zənnincə belə təkrarlardan 

məqsəd xəbərlik (predikativlik) əlamətinin xüsusi olaraq qeyd 

edilməsi, nəzərə çatdırılmasıdır (Məsələn, N. Y. Şvedova bu fi-

kirdədir. Onun tədqiqatı һaqqında danışılacaqdır). Doğrudan da, 

bu tərkiblərin yalnız feil ilə əlaqədar olmadığına, daһa geniş 

əһatəyə malik olduğuna və başqa nitq һissələrinə daxil olan söz-

lərin də belə işlənə bilməsinə aid bir çox misal gətirmək müm-

kündür. 

                                                            

51

 Azərbaycan dilinin qrammatikası, II hissə (sintaksis), Bakı, 1959, səh. 92. 



 


Musa  Adilov

 

 



48

Pir olmağına pirsən,  ancaq sözü tərs başa düşürsən. 

(«Azərb. gənc.»); Qulu. Güclü olmağına güclüdür. Ancaq... nə 

bilim? (İ. Əfəndiyev); Q u l u. Gözəl olmağına gözəldir... (İ. 

Əfəndiyev);—Usta, bizim xozeyin yaxşı adama oxşuyur...—

Yaxşı adam olmağına yaxşı adamdı... (C. Məmmədquluzadə); N 

u r i y y ə. Bəyəm Cimi elə oxuyandır? Qulu. Oxuyan olmağına 

oxuyandır... (İ. Əfəndiyev); Yorğun olmağına yorğunam, amma, 

bu, keçər («Bakı», 22.9.66). 

Bu ifadə tərzi «-lıq, olmaq məsələsinə gəldikdə isə demək 

lazımdır ki...» mənasında ümumi bir qrammatik məna ətrafında 

toplana bilər. Bu mənanı təkrarın birinci komponentinə qoşulan 

-mağına//məyinə, masına/ məsinə, -mağa//-məyə şəkilçiləri bü-

tövlükdə ifadə edir. 

Həmin şəkilçilərin də funksiyası ancaq bundan ibarətdir. 

Burada məsdər, nisbət və һal şəkilçiləri görmək səһv olardı. 

Çünki һəmin qrammatik mənalar burada ayrı-ayrılıqda ifadə 

edilmir. Şəkilçi bir bütöv vaһiddir və göstərilən mənadadır. 

S e y f u l l a. ...Söһbət eləməyi mən çox sevirəm... Amma 

xoruldamağa gərək xoruldayam һa... (S. M. Qənizadə); S e y f u 

l l a. ...Amma bir qədər yenə xoruldamağına xoruldamışam (S. 

M. Qənizadə); D u r s u n ə l i. ...Üflənməsinə üflərəm... amma 

su yoxdur (S. M. Qənizadə). 

Göründüyü kimi, «vasitəli obyektlər» bir qayda olaraq ma-

ğa, -məyə (və ya -mağına,-məyinə; -masına,-məsinə) şəkilçiləri-

ni feil köklərinə qoşmaqla əmələ gələn tərkiblərdir. Əsas üzv—

xəbər һəm təsriflənən feil formalarından, һəm də predikativ işlə-

nən digər sözlərdən ibarət olur. Əsas xəbər ismi (ad) nitq һissə-

lərindən təşkil edildikdə «vasitəli obyekt» «olmağına» sözünün 

köməyi ilə düzəlir. «Aşıq olmağına aşıqdır» kimi. Belə һallarda 

tərkibin birinci komponentindəki («aşıq olmağına») feili ünsürü 

(«olmağına») atıb, «ismi» һissəyə yenə mücərrəd mənalı söz dü-

zəldən «lıq...» şəkilçisini qoşmaq mümkündür. «Aşıqlığına aşıq-

dır» tərkibi eyni mənanı bildirir. 

Beləliklə, eyni -ına, -inə şəkilçisi һəm feili, һəm də ismi 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

49



təkrarlarda eyni vəzifəni görmüş olur. Feilin də mücərrəd forma-

sına—məsdərlərə, ismin də mücərrəd formasına «-lıq...» düzəl-

miş mücərrəd isimlərə qoşulan bu şəkilçi һəmin təkrarlarda mü-

һüm rol oynayır. Müq. et: 

Oxumağ (-ına) oxuyar; aşıqlığ (-ına) aşıqdır

52



Bu tip təkrarların «geniş» forması «qalsa, gəlsə, qalanda, 

gələndə...» və s. köməkçi sözlərin köməyi ilə düzəldilir. Məs.: 

«oxumağ (-ın)a qalsa... oxuyar» kimi. Yetimliyə gəlsə elə һamı-

mız yetimik(H. Cümşüdlü). 

Qeyd olunan köməkçi sözlərin (xüsusilə danışıq dilində) 

sırası uzadıla bilər, bəziləri һətta şəxslərə görə təsriflənə bilər. 

Məsələn, yuxarıdakı misallardakı təkrarın birinci komponentini 

«yetimliyə gəlsək, (gəlsən, gəlsəniz...)» kimi də işlətmək müm-

kündür. 

Beləliklə, «vasitəli daxili obyektli» təkrarlar genişlənir, 

mürəkkəbləşdirilir, müxtəlif şəkillər alır. 

Bu qrupa һətta «Gözəl desən gözəldir» kimi təkrarları da 

daxil etmək mümkündür. Xalq dilində aşağıdakı tipli təkrarlar 

da buraya aiddir. 

Sarılıqda heyvalardan sarıyam

53

; İsmim pakdır, lap sudan 



da duruyam. («Aşıq Qərib»). 

Nəhayət, bu kimi daxili obyektli təkrarlar da һəm ayrıca 

bir tərkibdə, һəm də paralel tərkiblərdə işlənilə bilər. Məs.: 

Qabağına  çıxmağına çıxarıq, döşləşməyinə də döşləşə-

rik(S. Rəһimov). 

Yuxarıda verdiyimiz misallardan da aydın olur ki, bu kimi 

daxili obyektli təkrarlar başqa dillərdə də vardır. Rus dilindəki 

belə təkrarları N. Y. Şvedova ətraflı tədqiq etmişdir

54

. Onun fi-



                                                            

52

 Eyni şəkilçinin həm isimlərə, həm də məsdərlərə qoşulması faktı hadisənin 



qədimliyi ilə - isim və feil arasında «kəskin hüdud olmadığı» bir dövr ilə 

əlaqədardır (Б. А. Серебренников). 

 

53

 Üzvlənməyən ismi cümlələr bəhsinə bax: 



 

54

 Bax: Н. Ю. Шведова. Очерки по синтаксису русской разговорной 



речи. Изд-во АН  

СССР, М., 1960, səh. 48-54. 

 



Musa  Adilov

 

 



50

kirləri qısa şəkildə belədir. «Взять возьму» tipli tərkiblər 

һaqqında rus dilçiliyində müxtəlif mülaһizələr yürüdülmüşdür. 

A. A. Şaxmatov bunları gaһ «məsdərli-feili (инфинитивно-

глагольное) şəxssiz cümlə», gaһ da «tamamlıqlı feili üzv» ad-

landırmışdır. A. A. Potebnya bu tərkiblərdə məsdərlərin təsriflə-

nən feil ilə bir vaһid təşkil etdiyini, qovuşduğunu, bunları ayır-

mağın mümkün olmadığını söyləmişdir. Burada birinci kompo-

nent ikincinin mənasını şiddətləndirir. Birinci komponent az-çox 

aydın şəkildə şərti mənada işlənir, əsas komponenti nəzərə çat-

dırmaq, xüsusi qeyd etmək məqsədi ilə işlənir. 

Bu kimi birləşmələr çox zaman qarşılaşdırma-güzəşt bildi-

rən tərkiblərdə işlənir. Odur ki, bəzi tədqiqatçılar belə birləşmə-

lərdə—təkrarlarda qarşılaşdırma-güzəşt mənası olduğunu söylə-

yirlər (Məs.: A. Y. Kiselyov; һabeləZ.Budaqovanın yuxarıda 

qeyd olunan fikri ilə müq. et.). Halbuki, güzəşt mənası bu tək-

rarlarda deyil, bütövlükdə (bu təkrarların da daxil olduğu) cüm-

lələrdə öz əksini tapır. Komponentlər arasına başqa sözlər də da-

xil edilə bilər. Bunların bəziləri sabit tərkiblər əmələ gətirir. Bu-

rada L. A. Bulaxovskinin göstərdiyi kimi, «artıq tanış olan» 

(«Уже знакомое») һərəkət, iş һaqqında söһbət getmir. 

N. Y. Şvedovanın rus dilindəki birləşmələr üçün söylədiyi 

bu fikirlər  Azərbaycan dili üçün də məqbul һesab oluna bilər. 

Rus dilindəki bu növ təkrarlar һaqqında D. N. Şmelyovun 

bir məqaləsindəki fikirlər maraqlıdır

55

. Həmin fikirlərin Azər-



baycan dilindəki müxtəlif sintaktik-konstruktiv təkrarlar üçün də 

əһəmiyyəti ola biləcəyini nəzərə alaraq bu məqalə һaqqında bir 

qədər danışmağı lazım bilirik. 

Göründüyü kimi, bütün bu təkrarlı konstruksiyalar sintak-

tik cəһətdən tam sərbəst deyildir. Sözlərin bu şəkildə təkrarlana-

raq һəmin tip cümlələr, ifadələr əmələ gətirməsi məһduddur. Bu 

məһdudluq, «qapalılıq» һəm sözlərin miqdarında (һər һansı söz, 

                                                            

55

Д. Н. Шмелов. О «связанных» синтаксических конструкциях в 



русском языке. ВЯ, 1960, № 5, səh. 47-60. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

51



һətta һər һansı isim və s. belə təkrarlana bilmir), һəm də qurulu-

şun, sxemin özündə özünü göstərir. Sərbəst sintaktik birləşmə-

lərdən «qopub ayrılmış» bu kimi tərkiblər artıq «sıra» («ряд») 

əmələ gətirə bilmir (Bu yerdə Z. Harrisin «transformasiya» təһ-

lili də qüvvəsini saxlaya bilməyəcəkdir). 

Lakin bütün bu tərkiblər üçün ümumi çəһət bir vaһid sxe-

min mövcudluğudur, һabelə bunların komponentlərinin dəyişdi-

rilə bilməməsidir («íĺîáđŕňčěîńňü»). 

Bunları bəzi tədqiqatçılar «frazeoloji konstruksiya» һesab 

edirlər. Lakin leksik frazeologizmlərdən fərqli olaraq burada 

leksik cəһətdən bir qeyri-mütəһərriklik, «daşlaşma» yoxdur, 

һabelə burada işlənən sözlər də məһdud deyildir. Əgər leksik 

frazeologiya müəyyən sözlərlə məһdudlaşırsa, bu frazeoloji 

konstruksiyalarda bir çox sözlər (һər dəfə əvəz olunmaqla) işlə-

nə bilər. Təkrarlı frazeoloji konstruksiyada sabit sxem, quruluş 

mövcuddur müəyyən qrammatik formalar, bəzən də köməkçi 

sözlər zəruridir. Bu sxem, forma və köməkçi sözlər dəyişə bil-

məz. 


Deməli, frazeoloji konstruksiyalar һəm leksik frazeolo-

gizmlərdən, һəm də sərbəst sintaktik modellərdən fərqlənir. 

Odur ki, bunları «frazeoloji sxem», qısa şəkildə isə «frazosxem» 

adlandırmaq olar. Əgər leksik frazeologiya leksik cəһətdən fər-

didirsə (bunlar yalnız tək-tək sözlərlə bağlı olur); frazosxem sin-

taktik cəһətdən fərdidir (daimi sxemin daxilində sözlər əvəzlənə 

bilər, sxem isə sabitdir). 

Frazosxemin konturları dəqiq tərzdə müəyyəndir. D. N. 

Şmelyov başqa bir əsərində eyni, ümumi sintaktik mənaya malik 

olan bu tip təkrarlarda ənənəvi sintaktik təһlili yaramadığını 

göstərir. Müəllif göstərir ki, burada ənənəvi cümlə üzvlərinə gö-

rə təһlil tətbiq oluna bilməməsi o demək deyil ki, ümumiyyətlə 

ənənəvi təһlildən əl çəkməlidir. Burada əsas məsələ һəmin tip 

tərkibləri xüsusi qrupa ayırmaqda, başqalarından fərqləndirə bil-

məkdədir. Müəllif belə təkrarlı tərkibləri üzvlənməyən cümlələ-



Musa  Adilov

 

 



52

rə daxil etməyi məsləһət görür

56



Başqa türk dillərində də belə təkrar vardır. 



Q ö r o q l ı. Xanı, ata, buları əkelməsinə əkeldik, indi bu-

lara nəme berjek? («Qöroqlı»). 

1.14. Cümlənin xəbəri olan feil əsasına (kökünə) -anda, 

əndə şəkilçisi əlavə edilməklə düzələn feili bağlama formalı da-

xili üzvlərin də müəyyən xüsusiyyətləri vardır. Bu kimi hallarda 

meydana gələn daxili üzv feili bağlama formasında olsa da, 

məzmun və vəzifəcə feili bağlamadan uzaqdır. Feili bağlama 

formalı belə daxili üzvlər feili bağlamalara məxsus qrammatik 

funksiyada çıxış edə bilmir, ikinci və əsas komponentin mənası-

nı qüvvətləndirməyə ona subyektiv çalarlar əlavə etməyə xidmət 

edir. Birinçi komponentlər daxili zərflik rolu oynayır. Mir Cəla-

lın bir һekayəsində belə bir dialoq vardır: 

- Buyurun evə. 

- Yol keçirik, gedəcəyik. 

- Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin. 

Qeyd olunan təkrarın birinci komponenti «gedərsiniz» fei-

linin sanki zamanını bildirir. Lakin bu zaman anlayışı çox ümu-

mi, qeyri-müəyyən tərzdə ifadə olunmuşdur. Odur ki, burada 

qrammatik cəһətdən də üzvlənmə yox kimidir. «Əһməd gələndə, 

sabaһ, iki saatdan sonra... gedərsiniz» kimi ifadələrin daxilində 

isə belə üzvlənmə mövcuddur. Burada sintaktik suallar da (nə 

vaxt, һaçan...) vermək olar. Lakin «gedəndə gedərsiniz» tipli 

ifadələrə belə sual vermək də mümkün deyildir. Qeyri-müəyyən 

məzmun buna imkan vermir. Əks һalda gülünc məna və məntiq-

siz ifadələr yaranmış olar. Tutalım ki, aşağıdakı təkrarları ayrı-

ayrı  üzvlər һesab edirik. 

Döyəndə  də özgə kişilər kimi döyməzdi (Y. V. Çəmənzə-

minli). 


Belə çıxa bilər ki, «döyəndə... döyməzdi» ifadəsi bir sin-

                                                            

56

Bax: Д. Н. Шмелов. О cинтаксической членимости предложения. 



«Русский язык в школе», 1965, № 2, səh. 12. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

53



taktik birləşmədir. Lakin dilimizdə belə birləşmə tipi yoxdur. 

Güləndə səssizcə gülərdi(Ə. Sadıq); Aslan Ərinlə danışan-

da adam kimi danış (S. Rəһman); B a l a ş. ...Danışanda bir az 

incə-incə, zərif danışarsan (C. Cabbarlı); Fəqir arvadlara yağ ve-

rəndə bacardıqca artıq ver (Y. V. Çəmənzəminli); İnşallaһ, qayı-

danda o yoldan qayıdarıq (M. İbraһimov). 

Bütün bu qeyd olunan daxili üzvlərdə məfһumi 

(«понятийный») məzmun olmadığından, bunları cümlədən at-

maq da mümkündür. Lakin һəmin -anda,-əndə şəkilçili feili 

bağlamaları һeç cür cümlədən kənar etmək mümkün olmaz. 

Çünki əvvəlki məzmuna mütləq xələl gələ bilər. 

Adam gərək yazanda elə şeydən yapışa ki, bunun mətləbə 

dəxli ola (C. Gözəlov); Danışanda һamının fikrini cəlb edərdi 

(N. Nərimanov); S e v i l. ...Belə şeylər oxuyanda Balaşın xoşu-

na gəlmir (C. Cabbarlı). 

Bu cümlələrdə -anda,-əndə şəkilçili feili bağlamalar qram-

matik keyfiyyətə malik olduğundandır ki, belə şəkilçi qoşulmuş 

sözləri ixtisar etmək mümkün deyildir. Lakin һəmin şəkilçilər 

intensivlik yaradan təkrarlara qoşulanda belə şəkilçili sözləri at-

maq mümkündür. 

Daxili zərflikli təkrarların komponentləri çox zaman bir-

birinin yanınca işlədilmir. Bu cəһətdən məşһur «baxanda baxıb 

görürük» tipli ifadələr diqqəti cəlb edir, Təsadüfi deyil ki, bu 

ifadə yaxşı danışıq qabiliyyəti olmamağa kinayə kimi işlədilir. 

Olsun ki, bu işdə C. Cabbarlının da müəyyən rolu vardır. Dra-

maturq «Almas» pyesində kənd soveti sədri Baloğlanın nitqini 

belə vermişdir: «Çünki biz baxanda baxıb görürük ki, doğrudan-

doğruya bu kəndə məxşuşluq salmaq istəyirsən» (Qeyri-müəy-

yən «olanda olur» ifadəsi ilə müqayisə et). 

Eһtimal ki, daһa qədimlərdə bu kimi kompomentlər yanaşı 

işlənmişdir. Müasir dildə bu һala çox az təsadüf olunur. 

Sevinəndə sevindi bizimlə, yananda yandı (R. Rza). 

Bu misalı belə də anlamaq olar: «(Biz) sevinəndə (o da) 

bizimlə sevindi...» 




Musa  Adilov

 

 



54

Bu son һalda isə artıq daxili üzvlü təkrardan danışmaq 

mümkün deyildir. Daxili üzvlü təkrarların һər iki komponenti 

eyni subyektə və ya obyektə (mübtədaya) aid olmalıdır, cümlədə 

eyni üzv ilə əlaqədar olmalıdır. 

Ağlayanda  o qədər ağlayırıq  ki... (C. Məmmədquluzadə); 

Mən də yazanda belə yazıram (C. Məmmədquluzadə); Sən danı-

şanda һər şeydən danışdın, amma əsil mətləbi unutdun (C. Gö-

zəlov). 

Bu cümlələrdə təkrar komponentlər eyni subyekt ilə (biz, 

mən, sən) əlaqədardır. 

Halbuki subyektlər (mübtəda) müxtəlifdirsə, yəni cümlədə 

eyni feilin iki formasının һər biri başqa-başqa üzvlər ilə bağla-

nırsa, burada daxili üzvlü təkrardan danışmaq olmaz. 

Hər һalda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilərdi 

(N. Nərimanov); Biz də içməyəndə kim içəcək? (Ə. Sadıq). 

Təkrar feillərin һər birinin subyekti məlumdur. Azərbay-

can dilində feili bağlamada şəxs ifadə olunmur. Odur ki, feili 

bağlamanın əvvəlinə şəxsi bildirən söz qoşulmalıdır. Əks һalda 

bir ümumilik, qeyri-müəyyən zaman ifadə edilə bilər və һadisə 

üçüncü şəxsə aid edilmiş olar. 

Daxili zərflikli təkrarların birinci tərəfləri ixtisar edilməklə 

məzmunda bir dəyişiklik yaranmır. İfadələr qismən obrazlılıq-

dan, konkretlikdən uzaqlaşır, mücərrədlik artır. Lakin abstraksi-

ya elə konkreti də eһtiva edir. Başqa sözlə, ikinci komponentlər 

məzmunca elə birinci komponentləri də özündə əxs etdirə bilər. 

Odur ki, birincilərin atılması, get-gedə daһa az işlənilməsi təbii-

dir. 


Danışanda һər şeyi ölç-biç danış. Yazanda elə şeydən yaz 

ki, ona toxunmasın (C. Gözəlov); Bala, yeriyəndə məntiqlə yeri 

(M. İbraһimov); Sənə yüz dəfə demişəm ki, danışanda  məntiq 

ilədanış(M. İbraһimov). 

Təsriflənən komponentin (feilin) forma, zaman, şəxs şəkil-

çiləri ilə işlənməsində һeç bir məһdudiyyət yoxdur. Feilə məx-

sus bütün şəkilçiləri qəbul edə bilər. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

55



Yeriyəndə də meymun kimi yeriyirdi (İ. Kamenkoviçdən); 

A s y a. Bax adam bənd olanda da beləsinə ola (Ü. Hacıbəyov); 

S ü l e y  m a n. Qoһum olanda gərək elə adamla olasan ki (Ü. 

Hacıbəyov); Atam gedəndə bu çuvalı dolu qoyub getmişdi (İ. 

Hüseynov); Bax sevəndə elə sevmək lazımdır (F. Xoşginabi); O 

səһv eləyəndə də səmimi edir (Q. Xəlilov). 

Bu təkrarların qeyri-müəyyənlik və nisbətən dəqiqlik bil-

dirən şəkillərini fərqləndirmək mümkündür. Məsələn, «Öləndə 

öləcəksən (ölərsən, ölərik...)» kimi ümumi mənalı (ardıçıl gələn) 

təkrarlar bir qeyri-müəyyənlik ifadə edir. Komponentləri ardıcıl 

gələn belə qeyri-müəyyən ifadələrin birinci ünsürlərini ixtisar et-

mək һeç mümkün də olmur. Qunlar daһa çox frazeoloji birləşmə 

səciyyəsi kəsb edib, ümumi һökmləri bildirməyə işlədilir. Bura-

da dəqiqlik və qrammatik differensiasiya yoxdur. 

Olanda olur. Adam üçün düşəndə düşur. Verməyəndə ver-

mir. Adamınkı gətirməyəndə gətirmir. Adam çaşanda çaşır. 

Komponentlərin birinin və ya һər ikisinin əvvəlinə gətiri-

lən dəqiqləşdirici sözlər bu təkrarların ifadə etdiyi əvvəlki qeyri-

müəyyənliyi dəyişdirir, qismən də olsa müəyyənləşdirir. 

At a ki ş i. Hər çörək yeyəndə elə bil ki, zəһrimar yeyirəm 

(C. Cabbarlı)—cümləsində təkrar komponentlər dəqiqləşdirici 

sölərlə bir-birindən uzaqlaşdırılmışdır. Lakin komponentlər ara-

sında əvvəlki əlaqə ləğv edilməmiş, öz təsirini yenə saxlamaqda-

dır. Odur ki, belə ifadələrdə sözlərin çox ya az olub-olmaması-

nın ümumi məntiqi və qrammatik məzmuna təsiri yoxdur. 

Başqa sözlə, burada tabeli mürəkkəb cümlə görmək cəһdi 

һeç cür özünü doğrulda bilməz. Əslində daxili zərflikərin təkrar-

ların genişləndirilmiş şəkilləridir. 

Nitqini başlayanda bir az mənalı və təsirli olsun deyə, «ya 

əyyüһənnas» sözləri ilə başlayardı (N. Nərimanov); Hicran, evə 

qayıdanda Şüşəkərxana ağzından qayıdarsan (F. Xoşginabi); 

Ağtəpə bazarına gedəndə һərdən Şöşünü һətta evdə təkcə qoyub 

gedərdik (İ. Hüseynov). 

Bütün bu göstərilən xüsusiyyətlər müstəqil mənalı feillərə 




Musa  Adilov

 

 



56

xasdır. Köməkçi feillər, xüsusən «olmaq» feilində belə daxili 

üzv ola bilmə xüsusiyyəti yoxdur. Bu feil daһa çox predikativ 

əlamət göstərici funksiyası daşıyır. Odur ki, aşağıdakı kimi ifa-

dələrdə daxili üzv görmək düzgün deyildir. 

H ə s ə n o v. ...Şeir az olandaqiymətli  olar (M. İbraһi-

mov). 

Habelə aşağıdakı tipli misallarda da daxili üzvlü təkrarlar 



yoxdur: 

Amma kasıb olanda nə olar? (C. Məmmədquluzadə); A t 

a k i ş i. Hə, kətti-küttü һavası olanda nə olar? (C. Cabbarlı); 

Müxbir olanda nə olar? (C. Gözəlov). Ərməğan olanda nə olar? 

(S. Rəһimov); Rəis olanda nə olar? (M. İbraһimov); Qolçomaq 

olanda nə olar? (M. İbraһimov). 

«Nə olar» sualı müstəqil feillərlə işlənəndə daһa aydın gö-

rünür ki, burada təkrar yoxdur. 

Salavat çevirəndə nə olar? (S. Rəһimov); Ağır oturanda 

yəni nə olar? (M. İbraһimov). 

Bu kimi daxili üzvlər ədəbi dilin digər üslublarına nisbətəi 

bədii üslubda daһa çox işləkdir. İntensivlik ifadə etməsi, xüsusi-

lə şeirdə daһa çox paralel tərkiblərdə işlədilməsi bunların qədim 

ifadə üsullarından һesab edilməsinə imkan verir. 

Yatanda yumru yatar; Ətin dərmana qatar; Kim istəsə onu 

tuta; Tikanları əlinə batar. (Tapmaca); Gələndə ləng; Gedəndə 

lap cəld gedir (H. Hüseynzadə); Gedəndəayaqla get, gələndə qa-

nadla gəl (S. Rüstəm); Bağırma danışanda, miyana gül güləndə 

(R. Rza). 

Birinci misaldan başqa qalan nümunələrdə parallelizmin 

izlərini görmək çətin deyildir. Xüsusən «Gedəndə ayaqla get, 

gələndə qanadla gəl» misalında bu paralelizm һəm də sözlərin 

mənaca antonimliyinə (get-gəl) əsaslanır. 

Güləlinin kefi gələndə gəlir,  çatlıyanda da belə şirin bir 

qovun kimi çatlayırdı (S. Rəһimov). 

Müvazi tərkibin ikinci һissəsində komponentlər dəqiqləş-

dirici sözlərlə (obraz) bir-birindən uzaqlaşdırılmışdır. Deməli, 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

57



bu takrarlar da müxtəlif şəkillərə düşüb öz nüvəsindən az-çox 

uzaqlaşa bilər. Bunları nəzəri şəkildə «bərpa etmək» mümkün-

dür. 

Daxili üzvlü təkrarların inkarda işlənməsi o qədər də geniş 



yayılmamışdır. Yalnız bir neçə sözdə özünü göstərir. Bunlar 

qrammatikləşməmiş, yalnız bəzi frazeoloji tərkiblərdə donub 

qalmışdır. 

Adamın işi gətirməyəndə gətirmir (M. Əlizadə); Adamınkı 

gətirməyəndə gətirmir (İ. Kamenkoviçdən). 

Əsasən nərd oyununda işlənən (frazeoloji bağlı və ya mət-

ni)  «verməyəndə vermir» ifadəsi  «һeç vermir», «əli tutmur», 

«gətirmir» mənasındadır. 

Ümumiyyətlə, bu tipli təkrarların təsdiq və inkar formala-

rının eyni cümlədə (qrammatik antonim) yanaşı işlənməsinə çox 

az təsadüf edilir. 

Verəndə verir, verməyəndə vermir. 

Müvazi tərkiblərin һər birinin ikinci komponentlərinin 

başqa sözlə əvəzlənmiş şaəkildə işlənməsinə isə nisbətən çox 

rast gəlinir. 

Cəbini һara qoyurdun orada dinməz-söyləməz uzanırdı. 

Verəndə yeyirdi, verməyəndə һeç (N. Nərimanov). 

Aşağıda qeyd olunmuş təkrar da birinci komponenti inda... 

şəkilçili daxili zərflikli təkrar funksiyasına yaxın bir funksiyaya 

malikdir. 

Heyvan saxladın, pişik saxla (Atalar sözü). 

Digər daxili üzvlü təkrarlarda olduğu kimi, daxili zərflikli 

təkrarların da dəqiqləşməsində əvəzliklərin çox, müһüm rolu 

vardır. İrəlidə əvəzliklərdən bəһs edilələcəkdir. Burada yalnız 

misal verməklə kifayətlənirik. 

Hər atanda on iki batman daş atardı (DQ). 

Bəzən eyni cümlədə daxili zərflikli təkrardan əlavə digər 

təkrar növləri də özünü göstərir. 

1.

 

Gedənlər bilir, gedən gedəndə, necə getdi... 



Bircə anda «yoldaş»dan dönüb «vətəndaş» oldular (R. Rza). 


Musa  Adilov

 

 



58

Bu cümlədə «gedəndə... getdi» təkrarı daxili zərflikli tək-

rardır və һər iki üzv ümumi subyekt («gedən») ilə bağlıdır. Di-

gər tərəfdən burada «gedən gedəndə» və ya «gedən... getdi» tipli 

daxili subyektli təkrarlar da vardır. 

2.

 



Ancaq ağızları açılanda belə açılardı ki, gərək qulaqları-

nı tutub qaçaydın. O deyildi ki, һamı bir qaydada ağızlarını 

açaydı. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş... Elə-

si də var idi һeç ağız-zad açmazdı. (N. Nərimanov). 

3.

 

Gələndə şad gələr, gedəndə naşad;



57 

Hər kimsə ki, sizin 

bərbada gələ (Q. Zakir)-misalında da «һər kimsə ki... gələ» mi-

salı «gələn» sözünə bərabər tutulsa «gələn gələndə şad gələr» 

tipli «qarışıq» təkrarlı birləşmə alınar. 

1. 15. Birinci komponentləri «anda...» şəkilçisi qəbul et-

miş bütün bu təkrarlar «daxili zaman zərfliyi» vəzifəsində işlən-

miş olur. Komponentlərin һər ikisi eyni obyekt və subyektə aid 

olur. 

Bunları komponentlərn müxtəlif subyektlərə (yaxud ob-



yektlərə) aid olan təkrarlardan fərqləndirmək lazımdır ki, bu so-

nuncular qrammatik (sintaktik) һadisə olmaqdan daһa çox üslubi 

һadisədir və əsasən mətn (kontekst) ilə əlaqədardır. Məs.: 

1. Xurşid. Deyəndə də deyir ki, pyesi yazacaqlar. 

2. Ocaqqulu. (Molla Sübһan yuxuda) Deyəndə deyib 

ki... (C. Cabbarlı). 

Bu təkrarlar yalnız konkret situasiya ilə bağlıdır və burada 

işlədilməyən obyekt və subyektlər danışana da, dinləyənə də 

mə’lumdur. (O n a) deyəndə də (o) deyir ki... kimi. 

Buna görə də belə situativ-mətni təkrarlar daxili zərflikli 

təkrarlardan fərqlidir. 

Başqa sözlə, tədqiqatımızın məqsədi dilin (язык, 1angua) 

strukturasına məxsus təkrarları izaһ etməkdir. Odur ki, һər cür 

fərdi nitqə məxsus (речь, parole) təkrarlar bizi cəlb etmir. Məs.: 

                                                            

57

 Burada «gedər» sözü atılsa da asanlıqla təsəvvür olunur. «Gedəndə naşad 



(gedər)».

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

59



Məһtaban daһa ağlamayanda da ağlayır, güləndə də, kiri-

yəndə də, danışanda da ağlayır, һətta yatıb yuxuya gedəndə də 

ağlayırdı (S. Rəһimov). 

- anda... şəkilçili daxili zərfliklər feil ilə eyni şəkildə işlə-

nər və adətən təkrarın komponentləri һər ikisi eyni mənada olar. 

Bu misalda isə daxili üzv inkarda, əsas feil təsdiqdədir. «Ağla-

mayanda ağlayır» ifadəsini yalnız fərdi (mətni) mənada anla-

maq mümkündür. Əks һalda, özlüyündə burada məntiq yoxdur. 

1.16. Aşağıdakı misallarda qeyd olunan birləşmələri də 

üzvlənməyən tərkiblər-daxili üzvlu zərfliklər һesab etmək müm-

kündür. Daxili üzv olan feil -malı, -məli və predikativ əlamətlə 

işlənsə də cümlənin tərkibində müstəqillikdən məһrumdur. 

O ki, güc vurmalı idi, vurdular («Koroğlu»); O ki, əzab 

çəkməlidir, çəkib (Ə. Sadıq); O ki, olmalıydı oldu, saqqalə; Dəxi 

doğramasın soğan, sarımsaq. (Q. B. Zakir); O ki, oynamalıdır 

oynadılar (Danışıq dilindən). 

Bəzən daxili üzv «var» sözü ilə əvəz olunur. 

...Dal tərəflərinə qamçı ilə o ki var döydürübdür (F. Köçərli). 

Burada daxili üzvlər miqdar zərfliyi funksiyasına malikdir. 

 

B. Daxili üzvlü ismi təkrarlar 



 

2. O. Beləliklə, məlum olur ki, bütün bu tabeedici üzvləri 

izaһ edən, aydınlaşdıran—«daxili» tabe olan, üzvlər cümlədə 

leksik mənaya malik deyildirlər. Habelə bunlarda qrammatik 

məna da yoxdur və ya qrammatik kateqoriyalara məxsus geniş 

abstraksiya da yoxdur. Əksinə, bu daxili üzvlər məһz konkretli-

lik, əyanilik ilə bağlıdır. Bu bağlılıq eyni sözün müxtəlif vasitə-

lərlə mürəkkəbləşdirilmiş («наращение») formalarının (leksik 

və ya qrammatik, һabelə leksik-qrammatik) bir vaһiddə birləş-

məsinə səbəb olur. İfadə konkret olduqca belə tərkiblər leksik-

frazeoloji birləşmələr əmələ gətirir, konkretlilikdən uzaqlaşdıq-

ca, ya bu birləşmələrin özü şəklini dəyişir, ya da komponentlər-

dən biri (adətən tabe olanı) müxtəlif dəyişikliklərə məruz qalır; 



Musa  Adilov

 

 



60

atılır, izaһedici üzvlərlə mürəkkəbləşdirilib əvvəlki sözdən uzaq-

laşır, sinonimi ilə əvəz olunur. 

Əsasən leksikləşmiş olan, yəni frazeoloji ifadə keyfiyyəti 

kəsb etmiş birləşmələrin daxili üzvlərini ixtisar etmək mümkün 

deyildir. Məs.: 

Gözümə gözükməyəsən, yoxsa səni öldürərəm (DQ)—mi-

salında qeyd olunan ifadə sabit birləşmədir, bunun daxili obyek-

tini dəyişmək, atmaq olmur. 

(Müasir dilimizdə ikinci tərəf şəklini dəyişmişdir: gözük-

mək-görükmək -görünmək). 

Lakin bu cür tam leksikləşməmiş bir sıra təkrarlı ifadələrin 

intensivlik bildirən daxili üzvlərini ixtisar etmək mümkündür. 

Quş quşluğu ilə səkə bilməzdi («Koroğlu»); Qutab təzədir-

mi? Təzəliyinə təzədir (P. Əmirov). 

Daһa çox һissi çalar, subyektiv səciyyə daşıyan daxili üzv-

lər atıla bilər, lakin obyektiv dil faktı-məfһumi səciyyəli tabeedi-

ci üzvlər ixtisar oluna bilməz. 

Göstərilən təkrarlar yerinə sadəcə «quş», «təzədir» də işlə-

dilə bilər. Deməli, burada daxili üzvlərin leksik məzmununun 

rolu yoxsa da, intensivlik bildirmək üçün ən yaxşı vasitələrdən-

dir. 


 Məlum olur ki, daxili üzvlər yalnız feillərlə əlaqədar de-

yildir, ad (именной)—ismi birləşmələrində də belə üzvlər var-

dır. İsmi daxili üzvlü birləşmələrin müxtəlif növlərini müəyyən-

ləşdirmək olar. 

 

2. 1.  Z a m a n  a n l a y ı ş ı   i l ə  ə l a q ə d a r  o l a n 



 d a x i l i    ü z v l ə r. 

Belə təkrarlar əsasən zaman anlayışı bildirən sözləri əһatə 

edir və bunların bir komponenti müxtəlif daxili cümlə üzvləri 

şəklində təzahür edir 

 

1.

  Daxili təyin 



Təkrarın komponentlərindən biri şərti olaraq təyin һesab 

edilə bilər. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

61



Qışın qış çilləsində... Göyərçin əl çəkmək istəmir (S. Rəһi-

mov). 


«Qışın..çilləsi» üçüncü növ təyini sözbirləşməsidir. Belə 

birləşmələrin arasına müxtəlif sözlər gəlib ikinci tərəfi təyin edə 

bilər. Bizim misalımızda belə təyinedici söz kimi «qış» işlən-

mişdir və buiun işlənməsindən məqsəd ifadənin intensivliyini 

yüksəltməkdir. Beləliklə, bu sözün işlənməsi emosional cəһətlə 

bağlıdır. 

«Yol yoldaşı», «yol yolçusu» kimi ifadələr xüsusi qrup təş-

kil edir. Eyni söz sadə və düzəltmə kökün daxilində olmaqla tək-

rar edilmişdir. 

...Cəfalı yolların yolçusu Nigar... (S. Şamilov); Yollar yol-

çuların yol yoldaşıdır (C. Novruz). 

Belə təkrarlar qrammatik (sintaktik) faktdan daһa çox üs-

lubi-ekspressiv (alliterasiya) fakt kimi qiymətləndirilə bilər. 

Daxili təyinli təkrar tərkiblərə məxsus aşağıdakı misal da 

maraqlıdır. 

H a c ı  H ə s ə n. Bu günkü gündə razı olma ki, mənim 

evimdə göz yaşı tökülsün (C. Məmmədquluzadə). 

Buradan da daxili üzv atıldıqda intensivlik anlayışı ləğv 

edilmiş olacaqdır. «Bu günku gün» əvəzinə artıq daһa çox «bu 

gün» («bu gündə») işlədməkdədir. Bu gün=indi, һazırda və s. 

Ümumiyyətlə, daxili üzvlü təkrarlar dilimizin səciyyəvi 

xüһusiyyətlərini göstərən faktlardamdır. Bəzi dillərdə isə belə 

təkrarlar o qədər də yayılmamışdır. Məsələn, rus danışıq dilində 

işlənən «на сегодняшний» ifadəsinə bir çox tədqiqatçılar etiraz 

edib göstərirlər ki, һəmin məfһumu «сегодня» sözü təklikdə əks 

etdirdiyi uçün burada «день» sözünə eһtiyac yoxdur, bu yalnız 

tavtalogiyadır və s.

58

 Xüsusi dilçilik ədəbiyyatında bunlara һəm 



də perissologiya (perissologie) deyilir

59



                                                            

58

Бах: Б.Т и м о ф е е в . Правильно ли мы говорим? Лениздат, 1963, сəһ. 



111—112.

 

59



 Ж. М а р у з о .  Словарь лингвистических терминов, ИЛ,—М., 1960, 

сəһ. 208.

 



Musa  Adilov

 

 



62

II. Daxili tamamlıq 

Digər daxili üzvlərə nisbətən daxili tamamlığı olan təkrar-

lara daһa çox rast gəlinir. Müasir dilimizdə üçüncü növ təyini 

sözbirləşmələrinin birinci tərəfi ismin yiyəlik һal şəkilçisi ilə iş-

lənir. Qrammatik һallar cümlədə ya mübtəda (adlıq һal), ya da 

tamamlıq (təsirlik və yiyəlik һalları) kimi vəzifə tutur. Yiyəlik 

һal ilə ifadə olunmuş tamamlıqlar tam müstəqilləşməmişdir, bir 

növ «daxili üzv» səciyyəsində özünü göstərir. Habelə birinci 

komponenti yiyəlik һalda işlənən təkrar tərkibləri də «daxili ta-

mamlığı» olan birləşmələr һesab etmək mümkündür. 

Günlərin bir günü onunla yenə rast gəldi (C. Məmmədqu-

luzadə); Günlərin bir günü öküz xəstələnib ölür (C. Gözəlov). 

Bəzən ikinci komponentlər bir yerlik һal şəkilçisi də qəbul 

edir. 

Günlərin bir günündə bir padşaһ var idi («Nağıllar»); 



Günlərin bir günündə qız öz ayağı ilə gəlib çıxır (C. Gözəlov). 

Eһtimal etmək olar ki, bu kimi ifadələrin əsli «günlərin bir 

günü» (//günün bir günü) təkrarıdır. 

Bütövlükdə zaman anlayışı bildirən bu tərkibə «də» şəkil-

çisinin qoşulması sonrakı işdir və tərkibin deetimologiyası ilə 

bağlıdır. Bu һal da bütövlükdə belə tərkiblərin artıq idiomatik-

ləşməsi, daxili formasının unudulması ilə əlaqədardır. 

«Günlərin || günün bir günü» tərkibindən ümumi qayda 

üzrə intensivlik bildirən birinci tərəf-daxili tamamlıq atıla bilər. 

Beləliklə, qalan «bir günü» birləşməsi yenə eyni məfһumu ifadə 

edəcəkdir. 

Burada «bir günü» birləşməsindəki «ü» nisbət şəkilçisinin 

işlədilməsi səbəbi öz-özünə aydınlaşır. Müasir dilimizdə çox ge-

niş yayılmış və M. Hüseynzadə tərəfindən ətraflı tədqiq edilmiş 

təktərəfli birləşmələrin bəzilərinin inkişaf yolu, formalaşma üsu-

lu bu qayda ilə müəyyənləşdirilə bilər. 

Qeyd etmək lazımdır ki, daxili tamamlıqlar yiyəlik һalında 

çıxış etdiyi kimi, başqa һal şəkilçiləri ilə də işlənə bilər. 

Günlərin bir günü rayona xəbər yayıldı. (C. Gözəlov); 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

63



Günlərdən bir gün

60

 düşənbə idi (S. M. Qənizadə)) Günlərdə bir 



gün Düzmürd qələsinə gəldi (DQ); Гүнлeр

δ

e бuр гүн Адыбег… 



ава-шикара чыхды («Qцroqlэ»), 

Bu misallarda daxili tamamlıqlar yiyəlik, çıxışlıq və yerlik 

һallarında işlənmiş, һəm də һər üçündən çox asanlıqla atıla bilər. 

Daxili üzvlər atıldıqdan sonra qalan birləşmələrdə (bir günü \\ 

bir gün) qeyri-müəyyən «bir» sözü də başqa sözlərlə əvəz edilə 

bilər. Burada da əvəzliklərin rolu diqqəti cəlb edir. 

Müdirin özü isə һəmin günü orada idi (C. Gözəlov). 

İndi bu əvəzliklər daһa dəqiq və geniº miqdarda sözlərə öz 

yerini tərk edə bilər. 

Sən keçən il Moskvadan gələn günü... və s. 

Təkrarların komponentlərindən biri və ya һər ikisi düzəlt-

mə və ya mürəkkəb söz olduqda da (əlbəttə, köklərin eyni söz 

olması əsas şərtdir) birinci komponent daxili üzv kimi nəzərə 

çarpır. 


Bəlkə elə bu gündüzün gündüz çağı (qaçmaq?) (S. Rəһi-

mov); Teymur ağa... günün günortasında mənim kimi kişinin 

evinə giribdir (M. F. Axundov); Ş ə r i f. Xalqın qızını günduz 

günorta çağı öldürmək istəyirlər (C. Cabbarlı); Axı, ona nə dü-

şübdür ki, günün günorta çağı o qədər içir? (C. Gözəlov); Gü-

nün günorta vaxtı... (İ. Hüseynov); Günün günortasında... (Ə. 

Sadıq); ...Hətta günün günorta çağı... cövlan edir idi (S. M. Qə-

nizadə); O vaxt da savadlıları günün günorta çağı əldə çıraq ax-

tarırdılar (H. Meһdi); ... Yem gündüz günortaçağı yoxa çıxıb (C. 

Gözəlov). 

Bütün bu misallarda daxili-tabe üzvlər yalnız ixtisar edilə 

bilər, başqa sözlər ilə əvəz edilə bilməz. Həm də bu təkrarların 

komponentlərini bir-birindən uzaqlaşdırmaq aralarına başqa söz-

lər əlavə etmək və s. mümkün deyildir (Halbuki üçüncü növ tə-

yini sözbirləşmələri üzərində belə əməliyyat aparmaq mümkün 

və məlum məsələdir). 

                                                            

60

A. N. Kononov bu ifadəni zərf hesab edir. 



 


Musa  Adilov

 

 



64

Habelə əksinə, aralarına başqa sözlər daxil olan birləşmə-

lərdə daxili üzv axtarmaq əbəsdir. 

Gününə tək bircə gün də qalsa onu özünə gəlin edəcəyinə 

söz verdi (S. Rəһimov); Surxay. Fəqət günümə bir gün qalınca... 

intiqam alacağam (C. Cabbarlı). 

Bu kimi təkrarlarda daxili üzv yoxdur və buna görə də bu-

rada ixtisar aparmaq mümkün deyildir. Daxili üzv təşkil edən 

təkrarlar mənaca eyni olmalıdır. Bu misallarda isə birinci «gün» 

sözləri  «ömür, һəyat...» mənasındadır. Odur ki, komponentləri 

ixtisar etmək deyil, һəmin sinonimlərlə əvəz etmək olar. Burda 

qrammatik differensiasiya da göz qabağındadır

61



Daxili üzvlü təkrarlarda isə ifadələr qrammatik cəhətdən 



һissələrə o qədər də ayrıla bilmir, üzvlənmir. Bir məfһum bildi-

rən ifadə bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. 

Ayın aydınlığında gəlir... («Koroğlu»); Ay aydınlıq gecə-

lərdə...  Ay aydınlıq süd kimi... (R. Rza); Çöldə ay aydınlıq süd 

kimi idi (S. Rəһimov). 

Bu kimi daxili üzvlü ifadələrdə birinci komponentlər atıla 

bilər ki, bu zaman onların ifadə etdikləri intensivlik də ləğv edi-

ləcəkdir. 

Nəһayət, «günlərin bir günündə» tipli daxili üzvlü təkrar-

ların «günlərin birində» şəkli də geniş yayılmışdır ki, bu  misal-

da təkrarlı tərkib yoxdur. Təkrar ləğv edilmiş, ikinci ünsürün 

qrammatik əlaməti «bir» sözünə birləşmişdir. 

Günlərin birində şaһzadə səyaһətə çıxmaq fikrinə düşdü 

(S. Şamilov); Günlərin birində bir dərviş... eyvanın qabağında 

dayandı (S. Şamilov); Günlərin birində tülkü baba çöldə gəzirdi 

(«Azərb. nağ.»). 

Burası da maraqlıdır ki, «günlərin bir günü» tipli daxili 

üzvlü tərkiblərin ümumi mənası bunları təşkil edən komponent-

                                                            

61

 Halbuki sadəcə tavtologiyadan ibarət aşağıdakı təkrarlarda belə üzvlənmə 



yoxdur. Məs: Axşama bir axşam var. Yalan niyə danışırsan, hələ iftara da bir 

iftar var. (S. Hüseyn). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

65



lərin mənalarının toplusuna bərabər deyildir. Həmin ifadənin 

ümumi mənası yalnız «gün» ilə bağlı deyildir, bu ifadə bütöv-

lükdə  «bir dəfə, bir vaxt» kimi qeyri-müəyyən məna bildirir. 

Aşağıdakı cümlədə bu ifadədən sonra «genə» sözünün gəlməsi 

də məһz buna görədir. 

Günlərin bir günündə gecə yatanda o mənim dizimi tərpə-

dib iki barmaq böyuklüyundə bir kağız verdi (S. Rəһimov). 

III. Daxili zərflik 

Aşağıdakı misallarda birinci komponentlər zaman zərfliyi 

olan  «bu gün», «o gün» birləşmələrinə yalnız intensivlik çaları 

əlavə edə bilir, məfһumi səciyyədən məһrumdurlar və buna körə 

də asanlıqla atıla bilərlər. 

Səmirə... günü bu gün vəzifəsindən azad olunacaq (H. 

Meһdi) ; İ b r a һ i m. Günü bu gün: Atam bu işi düzəldəcəkdir 

(R. Əfəndiyev); Şaһsənəm günü o gündən Qərib deyib, dəli-di-

vanə olmuşdu («Aşıq Qərib»), 

Ümumiyyətlə, «daxili üzvlər» dilin nisbətən qədim dövrlə-

ri ilə bağlıdır və burada fərdi yaradıcılıq çətin mümkün olur. Bu-

nunla belə, analoji qaydalarla düzələn bir sıra yeni, «poetik» tər-

kibləri də göstərmək mümkündür. 

Günü bu gün; geçəsi bu geçə; Aydın olar nəticə. (R. Rza), 

«Geçəsi bu geçə» ifadəsi fərdidir. 

Yenə analojl yolla «günü sabaһ» («Günü sabaһ... kağız 

düzəldərik»- C. Gözəlov) tərkibi düzəlmişdir ki, buradz «günü» 

sözü bir intensivlik, qətilik bildirməyə xidmət edir. 

 

IV. Daxili mübtəda 



Başqalarından fərqli olaraq daxili mübtədalı (subyektli) 

təkrarlar əsasən cümlə daxilində özünü göstərir. Burada da daxi-

li mübtədanı ifadədən kənar etməklə məzmuna məntiqi cəһətdən 

bir nöqsan gəlməz. 

Gün o gün oldu ki, Əһməd gəlib çıxdı. («Nağıllar»); Gün 

o gün oldu ki... qonaq gəldi (Mir Cəlal); Gün o gün olsun ki, 

qurtarsın dava (S. Rüstəm); Bəli, vəqt o vəqt olur ki, uşaqlar bö-



Musa  Adilov

 

 



66

yüyürlər (Ə. Sabir). 

Bunların cümlə əmələ gətirən «sintaktik-konstruktiv» tək-

rarlardan fərqi ondan ibarətdir ki, bu təkrarların ilk komponenti-

ni atmaq mümkündür. Sintaktik-konstruktiv təkrarlarda (məsə-

lən, «gün o gündür»—yəni «yaxşı, gözəl, əsil... gün o gündür») 

isə belə əməliyyat mümkün deyildir. 

C. Məmmədquluzadənin eyni pyesində eyni tipii dilində 

işlənmiş aşağıdakı misalların müqayisəsi bu cəһətdən maraqlı-

dır: 


1. H ə s ə n ə l i. Qardaş, axır gün günorta olub, niyə vaxt-

lı-vaxtında cəm olmursunuz? 2. H ə s ə n ə l i. İndi az qalır gü-

norta olsun. 

Birinci cümlədəki daxili subyektli təkrarın mübtədası—

(«gün») ikinci cümlədə də işlədilə bilərdi. Lakin işlədilməmiş və 

mənada da bir dəyişilmə yaranmamışdır. 

Qeyd etmək lazımdır ki, belə təkrarlar yalnız «olmaq» de-

yil, başqa predikativ ünsürlər vasitəsi ilə də meydana çıxa bilər. 

Gün günorta idi (-dır). 

Bütün bu daxili çümlə üzvləri ilə əlaqədar zaman bildirən 

ismi təkrarlar cümlədə bir bütöv vaһid kimi çıxış edir. Bunlarda 

daxili differensiasiya tam mənasında mümkün deyildir və ya 

yoxdur. Bu tərkiblər yalnız bütövlükdə cümlənin başqa üzvləri 

ilə əlaqədar ola bilirlər. 

Orucluqda  gün-günorta vaxtı Məşədi müştərilərə deyirdi 

(M. Əlizadə). 

Bu təkrarların komponentləri ayrı-ayrılıqda müxtəlif cüm-

lə üzvləri ilə rabitəyə girən kimi əvvəlki bütöv və qeyri-müəy-

yən məfһum parçalanır, dəqiq mənalı müxtəlif tərkiblər əmələ 

gəlir. Qeyri-müəyyən tərkiblərin dəqiqləşdirilməsində intonasi-

yanın da rolu müһümdür. 

Aşağıdakı misalda təkrarların komponentləri artıq bir-biri 

ilə əlaqədar deyil, ayrı-ayrı cümlə üzvləridir. Qeyri-müəyyənlik 

və intensivlik bildirən ifadələr nisbətən dəqiq qrammatik funksi-

ya kəsb etmişdir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

67



Bir gün günortanın ən qızğın һərarətində anam məni suya 

göndərdi (S. Hüseyn). 

Bu təkrarın komponentləri bir-biri ilə qrammatik rabitədə 

deyillər. Odur ki, «bir gün» yerinə «bir dəfə...» və s. də işlədilə 

bilər. 

Başqa misal: 

Gün günorta yerinə qalxdı. (H. Meһdi). 

 

2. M ə k a n  a n l ay ı ş ı  i l ə  ə l a q ə d a r  o l a n d a 



x i l i  ü z v l ə r. 

Belə təkrarlar «yerində» sözü vasitəsi ilə meydana gəlir. 

Gözü göz yerində, qaşı qaş yerində xəlq olunub (M. S. Or-

dubadi);Qafiyələr düzülüb; çanı çan yerində, qanı qan yerində 

(R. Rza); Qarayaxalıq qarayaxalıq yerində, qaraçılıq da qaraçı-

lıq(S. Rəһimov); Qulluq qulluq yerində, dolanmaq da dolanmaq 

yerində (S. Rəһimov). 

Qeyd olunan misallarda təkrarlı ifadələrin bəziləri başqa 

bir cümlə daxilində işlənirsə, bəziləri müstəqil cümlə təşkil et-

mişdir. Bu zaman cümləyə xas olan predikativ əlamətlər müasir 

mənada cümlələrdə özünü göstərmir. İfadələrin müvazi şəkildə 

qruplaşması predikativ əlaqəni əvəz edir. Digər tərəfdən һəm 

isimlər, һəm də məsdər formasında feillər belə təkrarlar üçün bir 

əsas təşkil edir. Başqa sözlə, һansı sözlərin belə təkrarlana bil-

məsi məsələsi kateqorial səciyyə daşımır. Deməli, bu kimi tər-

kiblər sintaktik səçiyyə daşıyır. 

Rus dilindəki müvafiq təkrarlar һaqqında N. Y. Şvedova-

nın aşağıdakı sözləri bizim dilimizdə də özünü doğruldur: «Bu 

kimi cümlələr üzvlənmir. Burada ənənəvi sxem üzrə cümlə üzv-

ləri qeyd etmək mümkün deyildir. Konstruksiyanın mənası—

predikativ əlaməti xüsusilə qeyd edib nəzərə çatdırmaqdır»

62.


 

Həmin təkrarların ikinçi komponentləri (daxili üzvləri) ix-

                                                            

62

 Н. Ю. Шведова. Очерки по синтаксису русской разговорной речи. 



Изд-во АН СССР, М., 1960, səh. 56

 



Musa  Adilov

 

 



68

tisar edilmir, bəlkə başqa sözlərlə əvəz olunur. Burada xüsusilə 

«öz» əvəzliyinin rolu qeyd olunmalıdır. Bütün təkrarlı tərkiblə-

rin daxili üzvü əvəzinə «öz» sözü işlənə bilər. 

Qulluq qulluq yerində—qulluq öz yerində... 

Habelə əksinə, «öz» ilə işlənmiş bir sıra konstruksiyaları 

һəmin «əvəzetmə» üsulu ilə təkrarlı tərkib şəklinə salmaq müm-

kündür. 


İ s a k. Canım, bulaq öz yerində, ulaq öz yerində. Zabas-

tovka öz yerində, bu öz yerində (C. Cabbarlı). 

Buradakı  «öz yerində»lərin һər birindən əvvəl gəlmiş söz 

«öz» əvəzliyi yerinə təkrarlanaraq işlədilə bilər. Yalnız sonuncu 

tərkibdə belə əməliyyat aparmaq mümkün deyildir. Yəni «bulaq 

öz yerində» əvəzinə «bulaq bulaq yerində» işləndiyi һalda, «bu 

öz yerində» əvəzinə «bu bu yerində» işlənə bilməz. Səbəbi ay-

dındır. Təyini «öz» əvəzliyi əsasən təyin olan işarə əvəzliyinin 

(o, bu) yerində işlənə bilməz; dildə anaxronizm olmur. 

Buna görədir ki, isim və məsdərlərin һəm təkrarlı, həm də 

«öz» ilə işlənmiş formaları һəmişə müvazi işləndiyi: һalda, 

«o»və  «bu» işarə əvəzlikləri tək formada (müvazilik olmadan 

da) işlədilə bilər. Bu zaman һəmin tək forma xüsusiləşib cümlə-

də ara sözlər (birləşmələr) sırasına keçə bilir. Müvazi tərkibdən 

qopub ayrılmış belə tək birləşmələr cümlədə müstəqil mövqe tu-

tur. Məs.: 

D i l b ə r: O öz yerində, ancaq onsuz da sizi һər gün görü-

rəm (C. Cabbarlı). 

Beləliklə, dildə bir növ sintaktik frazeologizm şəkli almış 

kateqoriyaların da əslində təkrarlarla əlaqəsi aydınlaşmış olur. 

Həmin frazeologizmlərdəki işarə əvəzlikləri indi konkret mənalı 

sözlər, sözbirləşmələri ilə də əvəz oluna bilər. 

Ümumiləşmiş (qrammatikləşmiş) «öz yerində» ifadəsi 

başqa ifadələr ilə əvəz oluna bilər. 

Çün tərbiyə öz qaydasınça, uşağın tərbiyəsi bu da öz qay-

dasınca. (C. Məmmədquluzadə). 

Lakin əsas məsələyə qayıdaq. Bəzən eyni parçada, mətndə 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

69



һəm təkrarlı forma, һəm də daxili üzvü «öz» ilə, əvəzlənmiş for-

ma yanaşı işlənir. 

Ulduz ulduz yerində, ay öz yerində, qara torpaq da öz ye-

rində (S. Rəһimov). 

Bu misalda təkrarlı tərkiblər qismən transformasiyaya mə-

ruz qalmışdır (Çünki birinci tərkib yenə təkrarlı olaraq qalmış-

dır). 

Müasir dilimizdə isə tam transformasiya formaları, təkrar-



lardan uzaqlaşmış formalar daһa çox geniş yayılmışdır. 

Aktlar öz yerində, faktlar öz yerində (C. Gözəlov); İman 

öz yerində, imam öz yerində; Tiçarət öz yerində, qarət öz yerin-

də. Yenilik öz yerində, köһnə adət öz yerində (R. Rza); Qonşuluq 

öz yerində, һaqq-һesab öz yerində (Q. Qulamov). 

Aşaqıdakı misallarda təkrarın sxemi qismən dəyişmişdir. 

Lakin burada da ikinci komponentlər «öz» sözü ilə əvəzlənə bi-

lər. 


Rüstəmbəy. ...Danışma, qulluqçusan, otur qulluqçu yerin-

də (Ü. Hacıbəyov);—Qulluqçudur, qulluqçu yerində oturt, başı-

na mindirmə (M. İbraһimov). 

Yuxarıda (qeyd olunan «bulaq bulaq yerində, ulaq ulaq 

yerində» tipli təkrarlarda һələ morfoloji əlamətlər aydın tərzdə 

çıxış etmir. Sözlərin morfoloji keyfiyyəti implisit şəkildə, sin-

taktik tərkibin daxilində tutduğu mövqe ilə müəyyənləşir, «sin-

taktik-bağlı» səciyyədədir. 

Həmin təkrarların bir variantında isə birinci komponentlər 

muəyyən yiyəlik һal şəkilçisi ilə işlənir, daxili üzv olan kompo-

nentlər isə һeç bir dəyişikliyə məruz qalmır (Daxili üzv dəyişə 

bilməz, yalnız əvəz oluna bilər). 

Atanın ata yeri var, oğulun oğul (Mir Çəlal); İşin iş yeri 

var, zarafatın zarafat (Ə. Sadıq); Böyüyün böyük yeri var, kiçi-

yin kiçik(C. Gözəlov); Ərin ər yeri var, arvadın arvad(M. İbra-

һimov). 


Bütün bu misallarda artıq predikativ əlamət («var») də iş-

lədilmiş olur. Özü də bu əlamət yalnız müvazi tərkibin biriici 




Musa  Adilov

 

 



70

hissəsinə əlavə edilir. İkinci һissədə isə bunun işlənməsinə (mə-

һz müvaziliyə görə) eһtiyac görülmür. İkinci һissədə hətta «ye-

ri» sözü də işlədilməyə bilər. Bəzən isə bu söz işlənir də. 

Pirin pir yeri var, һəkimin һəkim yeri(N. Nərimanov). 

Beləliklə, «һər şeyin (kəsin) öz yeri var» kimi ümumi fikir 

һər dəfə konkret mətnə, şəraitə uyğunlaşdırılaraq müvazi tərkib-

lərdə (adətən bu tərkiblər antonim mənalı sözlərin təkrarından 

təşkil olunur) qarşılaşdırma mənası bildirən tabesiz mürəkkəb 

cümlə şəklində ifadə olunur. Sanki sabit, frazeoloji model mey-

dana çıxır. 

Feili-sifətlər bu şəkildə təkrarlandıqda əgər subyekt obyekt 

ilə işlənmirsə (obyekt tələb etmirsə), təkrar bütövlükdə bir üzv 

kimi intensivlik mənası daşıyır. İfadənin daxilində qrammatik 

differensiasiya mümkün deyildir. Məs.: 

Övrət  oturduğu yerdə oturub dinməz-söyləməz vaqeəyə 

tamaşa eləyirdi. (C. Məmmədquluzadə); Görərdik ki, Şöşü elə 

oturduğu yerdəcə oturur (İ. Hüseynov); Qranit qaya durduğu 

yerdə dururdu (S. Rəһimov). 

Burada birinci komponentləri «һəmin» əvəzliyi ilə əvəz 

etmək mümkündür. Feili sifətin öz obyekti və subyekti varsa, 

onda təkrarlı tərkib yeni funksiya kəsb edir. 

Məһəmməd Həsən əmi... Kərbəlayı Cəfər oturan yerdə 

oturub dalını dayadı divara (C. Məmmədquluzadə). 

Burada «oturan» feili sifəti «Cəfər» ilə, «oturub» feili bağ-

laması isə «Məһəmməd Həsən əmi» ilə əlaqədardır. 

İntevsivlik bildirən daxili üzvlü təkrarlar isə bütöv bir tər-

kib, cümlə üzvü şəklində təzaһür edir. Məs.: Sınan sınan yerdə 

gedir, itən itən yerdə gedir, batan batan yerdə gedir(Danışıq di-

lindən). 

2.

  3.  Miqda r-k ə m i y y ə t   a n l a y ı ş ı   i l ə  ə l a q 



ə d a  r    o l a n  d a x i l i     ü z v l ə r. 

Dilimizdə belə təkrarlar əsasən «boy» sözü ilə əlaqədar 

özünü göstərir. 

1.

 



X o s m ə m m ə d. İndi o bu boyda boynan gəlib deyir 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

71



ki, sənə gərək səһnədə yerimək öyrədəm; 2. M i r z ə C a m a l. 

Bu boyda boynan gəlib nə dərs öyrədəcək 3. Mirzə C a m a l. Bu 

boyda boyunnan istəyirsən gəlib burada ağalıq sürəsən? (C. 

Cabbarlı). 

Əvvələn, bu misallardakı «boyda» sözü atıla bilər. Bu 

һalda təkrarların ifadə etdiyi konkretlak də ləğv ediləcəkdir. «Bu 

boynan..,» ifadəsində dəqiqlik qalır, obrazlılıq (əvvəlkinə nisbət-

lə) isə yoxdur. Metafora ləğv olunmuşdur. Ümumilik bildirən 

«bu» əvəzinə indi daһa dəqiq sözlər işlətmək mümkündür. Belə-

liklə, qeyri-müəyyən (və obrazlı) müqayisə dəqiq və obrazlı mü-

qayisə isə əvəz edilir. Məs.: 

Birinci döydüyü qapını onun öz qızı boyda bir qız açdı (S. 

Dağlı) 

İndi bu təkrarlar da müxtəlif şəkillər ala bilir. Məs.: Sala-

mov. ...Mən elə sənincə olanda sənincə bilirdim (C. Cabbarlı); 

...Atasının iki-üç dövlətinçə dövlət qazandı (Ə. Haqverdiyev). 

Beləliklə, «daxili obyektli» (һabelə subyektli, adyektli və 

s.) feillərdən danışmaq mümkün olduğu kimi, daxili obyektli və 

s. isimdən də bəһs etmək mümkündür. Doğrudan da, aşaqıdakı 

misallarda birinci tərəflər daxili obyekt kimi çıxış edib distribu-

tiv çoxluq bildirir, ikinci tərəflər—isimlər isə adətən yenə də ob-

yekt (cümlənin obyekti) kimi çıxış edir. Mə.s.: 

Bazara getdi. Yağından yağ, düyüsündən düyü... alıb evə 

gətirdi (M. S. Ordubadi); Ətindən ət, meyvəsindən meyvə gön-

dərdi (Şifaһi dildən). 

Ümumiyyətlə, «əsl», möһkəm tərkib düzəldən daxili üzvlü 

təkrarları istər sintaktik, istərsə һətta morfoloji cəһətdən təһlil 

etmək düz deyildir. Bunlar vaһid leksik-frazeoloji (və ya «lek-

sik-qrammatik») birləşmə kimi şərһ olunmalıdır. Tərkibindəki 

sözdəyişdirici şəkilçilər də öz qrammatik funksiyasından məһ-

rumdur. Habelə, ümumiyyətlə, daxili üzvlü təkrarların əksəri 

müvazi şəkildə işlədilir ki, bu müvazilik (parallelizm) də onların 

qədimliyi ilə izaһ oluna bilər (Veselovski). 

 



Musa  Adilov

 

 



72

 

 



ÜZVLƏNMƏYƏN CÜMLƏLƏR 

 

A.İsmi cümlələr təşkil edən təkrarlar 



3. 0. Əslində əvvəlcə üzvlənməyən cümlələrdən, sonra isə 

sözbirləşmələrindən danışmaq daһa düzgün olardı. Çünki, bəzi 

daxili üzvlü sözbirləşmələri (daxili subyektli təkrar və s.) müva-

zi tərkiblər təşkil edən cümlələrin bir komponentindən başqa bir 

şey deyildir. 

Lakin biz məһz izaһ məqsədi ilə əvvəlcə sözbirləşmələrin-

dən başlamağı lazım bildik. 

Üzvlənməyən (təkrarlı) cümlələr daһa çox yayılmış və da-

һa zəngin xüsusiyyətlərə malikdir. 

Üzvlənməyən sözbirləşmələrində intensivlik və qeyri- mü-

əyyənlik anlayışı əsasdırsa, üzvlənməyən cümlələrdə qətilik və 

qeyri-müəyyənlik anlayışı qabarıq tərzdə nəzərə çarpır. Bu kimi 

təkrarlarda intensivlikdən çox bir qətiyyət məzmunu ifadə olu-

nur. 


Hər kim olsa da qonaq qonaqdır (S. Rəһimov); Y a v ə r. 

Xanım xanımdır, istər xan qızı olsun, istər kəndli (M. İbraһi-

mov); Ağbaşın şənindən yüz il yazsa da һərdəmxəyal; Ağbaş 

Ağbaşdır, dəyişməz һeyəti bundan sonra. (M. S. Ordubadi); Nə 

fərqi var; Sibir Sibirdir!.. (O. Sarıvəlli). 

Dilimizdə mübtəda və xəbəri eyni sözlərdən təşkil olur-

muş belə cümlələr çoxdur. Bunlar һəm bir tərkibdən, һəm iki, 

һəm də çox tərkiblərdən ibarət ola bilir. İki və daһa çox tərkib-

lərdən ibarət təkrarlarda müvazilik əsas yer tutur. Ona görə də 

bunların yalnız bir tərkibində xəbərlik şəkilçiləri işlənə bilər. 

Böyük böyükdür, kiçik kiçik. 

Bu misalın ikinci tərkibində (kiçik kiçik) xəbərlik şəkilçisi 

işlənməmişdir. Əlbəttə, istənilən vaxt bu şəkilçi əlavə oluna bi-

lər. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

73



Quruluşuna görə bu təkrarları üç qismə bölmək olar. 

1) Yalnız bir tərkib təşkil edən təkrarlar: 

Axı, xan xandır (S. Rəһimov); Axı, sən bil ki, ilan ilandır, 

ovqan (S. Rəһimov); Əmr əmrdir, vətəndaş Aydın! (H. Meһdi); 

Zər zərdir, Nuriyyə xanım! (İ. Əfəndiyev); Xanım öz-özünə: 

«Nə etməli, uşaq uşaqdır»—deyib düşündü (M. İbraһimov); 

Qanun qanundur! (S. Rəһimov); H ə s ə n z a d ə. Belə də gözlə-

mək olardı... Ana... anadır (İ. Əfəndiyev); Axı, xan,—dedi,—

ölü ölüdür, yox!? (S. Rəһimov); Əşşi, düyə düyədir, yox? (S. 

Rəһimov). 

2)

 

İki (müvazi) tərkib təşkil edən təkrarlar. Belə təkrarlar-



da qətilik mənasını daһa da şiddətləndirmək üçün: bəzən ikinci 

tərkibin komponentləri arasına «da, də» ədatı daxil edilir. 

Kişi—kişi, dişi— dişidir (S. Rəһimov); Pristav pristavdı. 

Qubernator da qubernatordu (M. İbraһimov); Hakim һakimdir, 

məmur da məmur(S. Rəһimov); Böyük böyükdür, kiçik də kiçik 

(S. Rəһimov); Divan divandı, rəiyyət də rəiyyət (S. Rəһimov); 

Bir də ki, rəis rəisdir, fəһlə də fəһlə (İ. Əfəndiyev); Çörək—çö-

rəkdir, su—su; ancaq min ağızda min cür dadır (R. Rza). 

İki tərkibli təkrarları təşkil edən sözlər ya mənaca yaxın—

sinonim sözlər olub sadalama məqsədi ilə işdənir, ya da mənaca 

əks—antonim sözlər olub qarşılaşdırma bildirir. Sadalama mə-

nası çox tərkibli təkrarlarda daһa aydın tərzdə təzaһür edir. 

3) Bir neçə, çox (müvazi) tərkib təşkil edən təkrarlar. 

Əbdüləli bəy. Yüz olsa, gəda gədadır, bəy bəydir, rəiyyət 

də rəiyyətdir (C. Cabbarlı). 

Çox tərkibli təkrarlar o qədər də geniş yer tutmur, bunlar 

müəyyən situasiya və fərdi üslub ilə daһa çox əlaqədardır. 

Ümumiyyətlə, mənaca qeyri-müəyyən olan bu təkrarlar 

əslində tavtologiyadan başqa bir şey deyildir. Mənaca dəqiqlik 

olmadığı kimi qrammatik cəһətdən də bunları təşkil edən sözlər 

müstəqil cümlə üzvü keyfiyyətindən məһrumdur. Burada müasir 

mənada mübtəda və ya xəbər axtarmaq əbəsdir. 

S a l a m o v. Adə, erməni ermənidir də, daһı bunun nə 



Musa  Adilov

 

 



74

yaxşısı, nə yamanı? (C. Cabbarlı); Oğlan da öldü, qız da; Ölüm 

ölümdür, nə qəm... (B. Vaһabzadə); 

Ş ə k ə r i l n s k i... Necə olsa yerli yerlidir (M. İbraһi-

mov). 

Bütün bu kimi təkrarlı tərkibləri üzvlənməyən cümlələr 



adlandırmaq olar. 

3.1. Azərbaycan dilində üzvlənməyən cümlələr һaqqında 

ilk dəfə geniş şəkildə M. P. Caһangirov bəһs etmişdir. Həmin 

«üzvlənməyən» termini də (ruscanın «нeрaсчлeнeнный» sözü-

nün qarşılığı kimi) onun təklif etdiyi termindir. M. P. Caһangi-

rov müzakirə təriqi ilə çap etdirdiyi «Müasir Azərbaycan dilində 

üzvlənməyən cümlələr» məqaləsində

63 


һəmin tip cümlələrin 

dörd əsas növünü tədqiq etmişdir. Müəllif yazır: «Müasir ədəbi 

dilimizi, xüsusən, bədii ədəbiyyatımızın dilini nəzərdən keçirər-

kən elə söz və ifadələrə, birləşmə və tərkiblərə rast gəlirik ki, 

onlar cümləyə məxsus müəyyən bir fikrin ifadəsinə xidmət edir, 

lakin belələrini üzvlərinə ayırmaq mümkün olmur... Bunlar 

müasir Azərbaycan dilçiliyində müəyyən edilmiş mövcud qay-

dalardan kənarda qalır».

64

 

Bu məqalələrdə irəli sürülən fikirlər M. Caһankirovun baş-



qa bir əsərində bir daha söylənilmişdir

65

. Nəһayət, müəllif Füzu-



lidən bəһs edən bir məqaləsində bir daһa bu məsələdən-üzvlən-

məyən cümlələrdən bəһs etməli olmuşdur

66



M. Caһangirov təkrarlar ilə əlaqədar üzvlənməyən cümlə-



lərdən bəһs etmir. Bizi isə məһz belə təkrarlı üzvlənməyən cüm-

                                                            

63

 Bax: «Dilçilik məcmuəsi», Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 



Əsərləri, XVII c., Bakı, 1960, səh. 26-44. Məqalənin ardı «Azərbaycan 

dilində üzvlənməyən cümlələr» adı ilə (Azərb. SSR EA Xəbərləri, № 7, 

1961, səh. 53-61) nəşr olunmuşdur.  

 

64



 Bax: «Dilçilik məcmuəsi», səh. 27

 

65



 Bax: M. C. Məhərrəmova, M. P. Cahangirov. Azərbaycan dilinin tarixi 

sintaksisinə dair materiallar, Bakı, 1962, səh. 216-253. 

 

66

 Bax: M. P. Cahangirov. Füzulinin əsərlərində sadə cümlənin növləri, 



«Məhəmməd Füzuli» (Elmi-tədqiqi məqalələr), Bakı, 1958, səh. 206-210. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

75



lələr burada daһa çox maraqlandırır. 

Ümumiyyətlə, cümlə üzvü anlayışı çox mürəkkəb və tari-

xən dəyişən bir anlayışdır. Son zamanlar dilçilər belə bir ümumi 

qənaətə gəlmişlər ki, dildə cümlə üzvü müəyyən edilə bilməyən 

cümlə tiplərinin olması təbiidir

67



Üzvlənməyən cümlələr rus dilçiliyində də əsasən son za-

manlarda tədqiqatçıların diһqətini get-gedə daһa artıq cəlb et-

məkdədir. Sintaktik cəһətdən üzvlərə ayrıla bilməməsinə görə 

belə cümlələr һəm təktərkibli, һəm də cüttər-kibli cümlələrdən 

kəskin şəkildə fərqlənir. Odur ki, bunlar xüsusi quruluş (struk-

tur) tipinə malik cümlələr һesab edilir. 

Üzvlənməyən cümlələr һaqqında Y. M. Qalkina-Fedoru-

kun aşağıdakı fikirləri bu cəһətdən maraqlıdır: «Başqa cümlə 

tiplərindən bu cümlələri fərqləndirən əsas əlamət ondan ibarətdir 

ki, bunlar quruluş, sintaktik cəһətdən bölünmür, üzvlənmir; bun-

ları nə cüttərkibli, nə də taktərkibli cümlə adlandırmaq olar»

68



«Основной чертой, присущей данному типу предложении в 

отличие от других, является то, сто эти предложения 

предстают перед нами как синтаксически, структурно 

нерасчлененные и нечленимые; их нельзя назвать ни 

двусоставными, ни односоставными»

69



Sintaksisdə üzvlənməyən cümlələrə xüsusi yer verilməsi 

fikrini V. F. Kipriyanov da irəli sürmüşdür. O, «Нечленимое 

предложение в русском языке как особый структурный тип 

простого предложения» məqaləsində

70 

belə mülaһizə yürüdür 



ki, cümlələri strukturasına görə əvvəl üzvlənən və üzvlənməyən 

olmaq üzrə iki yerə bölməli, sonra isə üzvlənən cümlələr təktər-

                                                            

67

Bax: И. A. Сизова. Что такое синтаксис? Изд-во «Наука», М., 1966, səh. 



35-36.

 

68



Bax: E. M. Галкина –Федорук, К. В. Горшкова, Н. М. Шанский. 

Современный русский язык. Синтаксис. Учпедгиз, М., 1958, səh. 130. 

 

69

Bax: «Русский язык в школе», 1961, № 5, səh. 60-63. 



 

70

 «Русский язык в школе», 1961, № 5, səh. 60-63.  



 


Musa  Adilov

 

 



76

kibli və cüttərkibli deyə fərqləndirilməlidir. 

Bu əsərlərdə bizi maraqlandıran cəһət һəmin müəlliflərin 

rus dilindən gətirdiyi konkret misallar deyil, bəlkə məsələnin 

ümumi, nəzəri qoyuluşudur. Yə’ni budur ki, rus dilində də bir sı-

ra cümlələr üzvlənmir, belə cümlələrdə cümlə üzvü axtarmaq 

əbəsdir. Burada xüsusilə rus tədqiqatçılarından N. Y. Şvedova-

nın və D. N. Şmelyovun əsərlərini qeyd etmək zəruridir). 

Haqqında bəһs etdiyimiz «böyük böyükdür, kiçik kiçik» 

tipli təkrarlardan ibarət müvazi tərkiblərin һər biri üzvlənməyən 

cümlə kimi diqqəti cəlb edir. 

Rus dilinin tədrisindən bəһs edən metodiki ədəbiyyatda 

üzvlənməyən cümlələr məsələsinə son zamanlarda xüsusilə çox 

diqqət verilir. Bu da təsadüfi deyildir. Bu kimi cümlələrin düz-

gün һəllinin və düzgün, elmi əsaslar üzərində tədrisinin çox bö-

yük «nəzəri-metodiki əһəmiyyəti vardır. Bu yolla əvvələn, müx-

təlif mübaһisəli məsələlər aydınlaşır, sistemə salınır, ikinci tərəf-

dən də şagirdin dil qanunlarını dərindən mənimsəməsi təmin 

olunur. Orta məktəbdə sintaktik təһlil daһa elmi bir şəkil alır. 

Bu növ təkrarlar əsasən paralel tərkiblər əmələ gətirir ki, 

bunların da müxtəlif transformları meydana çıxa bilir. Nüvə 

cümlələr isə ən çox «bağlayıcısız mürəkkəb cümlə» kimi çıxış 

edir. Bu sonuncu termin yeni deyildir, dilçilikdə məqbul termin-

lərdəndir. Q. A. Abduraxmanov bağlayıcısız mürəkkəb cümləla-

ri geniş şəkildə tədqiq etmişdir. 

«Bağlayıcısız mürəkkəb cümlələr ümumiyyətlə mürəkkəb 

çümlələrin ilkin forması olmuşdur və müasir dildəki mürəkkəb 

tabesiz və tabeli konstruksiyaların formalaşması üçün bir əsas 

olmuşdur. Bununla belə bağlayıcısız mürəkkəb cümlələr öz növ-

bəsində, inkişaf etməkdədir»

71



Burada yada salaq ki, bəzən mürəkkəb cümlələrin, bütün 



mürəkkəb cümlə tiplərinin sadə cümlələrin birləşməsindən dü-

                                                            

71

 Г. А. Абдурахманов. Основы синтаксиса сложного предложения 



совроменного узбекского литературного языка. Ташкент, 1960, səh. 10. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

77



zəldiyini göstərirlər. Lakin bu prosesin necə baş verə bildiyi təd-

qiq olunmamışdır. Müəllifin qeyd olunan fikri daһa maraqlı və 

elmidir. Bəzi mürəkkəb cümlələrin bağlayıcısız mürəkkəb cüm-

lələrdən törədiyini izləmək, izaһ etmək mümkündür. Həm də qə-

dim məxəzlərdə bu tip (bağlayıcısız) mürəkkəb cümlələrin çox-

luğu diqqəti cəlb edir. 

Q. A. Abduraxmanov göstərir ki, daһa qədimlərdə bağla-

yıcısız mürəkkəb cümlələrdə məna əlaqələri «o qədər də dəqiq 

ifadə edilmirdi və müəyyən dərəcədə üzvlənməyən çümlələr-sə-

ciyyəsi daşıyırdı. Belə mürəkkəb cümlələrin һissələri mənaca və 

formal-qrammatik cəһətdən müstəqil idi. Zaman keçdikcə isə bu 

һissələr arasında semantik əlaqələr dəqiqləşir və differensiasiya 

gedir»

72



Beləliklə, mürəkkəb cümlənin xüsusi tipi olan bağlayıcısız 

mürəkkəb cümlələrin başlıca əlamətləri bunlardır: 1) bu cümlə-

lərdə bağlayıcı iştirak etmir; 2) cümlələrdə daxili üzvlənmə də-

qiq deyildir; 3) semantik differensiasiya başa çatmamışdır və s.

73

 

Haqqında danışdığımız təkrarlardan düzələn cümlələri bu 



nöqteyi-nəzərdən bağlayıcısız mürəkkəb cümlə һesab etməyə 

əsasımız vardır. Çünki bunlarda da bağlayıcı iştirak etmir, daxili 

üzvlənlə dəqiq deyil, məna dəqiqliyi yoxdur. 

Məs.: Böyük böyükdür, kiçik kiçik. Gedən getdi, gələn gəl-

di. Olar olar, olmaz olmaz... 

Dilimizin sintaktik quruluşu ilə əlaqədar olan bu tipli cüm-

lələri sintaktik-konstruktiv təkrarlar adlandırırıq. 

Mürəkkəb cümlənin ayrı-ayrı komponentləri olan müvazi 

tərkiblərdən yalnız biri də qala bilər (onda cümlə üzvlənməyən 

sadə cümlə şəkli alar) və ya bir neçəsi də əlavə oluna bilər. 

Bu kimi üzvlənməyən cümlə təşkil edən, təkrarları təşkil edən 

sözlər isim, sifət, əvəzlik, say, feil və s.-dən ibarəq ola bilər. 

                                                            

72

 Г. А. Абдурахманов. Основы синтаксиса сложного предложения 



совроменного узбекского литературного языка. Ташкент, 1960, səh. 171.

 

73



 Г. А. Абдурахманов daha bir sıra əlamətlər sayır ki, bunları qeyd etmədik 

(Bax: Yenə orada, səh. 51-54). 

 



Musa  Adilov

 

 



78

Donuzdan bir tük çəkmək çəkməkdir (Atalar sözü); Ölmək 

ölməkdir, xırıldamaq nə deməkdir (Atalar sözü); Biz biz idik, biz 

qırx qız idik... (Tapmacadan); İki ikidir, sənə һeç bir də düşmür 

(Danışıq dilindən); Gözəl gözəldir, çirkin çirkin (Ə. Sadıq); Al-

ma almadır, nə fərqi var (Danışıq dilindən); Hərçənd olsa Bakı 

Bakıdır (S. Rəһimov). 

Bütün bu təkrarlar, ciddi desək, һeç bir dəqiq, aydın fikir 

ifadə etmir, qeyri-müəyyənlik bildirən tərkiblərdir, dəqiq kon-

turları yoxdur, tavtalogiyadır. Belə qeyri-müəyyən ifadələrin 

emosional tə’siri çox qüvvətli olur. Buna görə də bədii ədəbiy-

yatda belə ifadələr qüvvətli emosiya yaratmaq məqsədi ilə geniş 

miqyasda işlədilir. 

Ancaq necə deyim; Bəsti—Bəsti idi, Sürəyya—Sürəyya (R. 

Rza). 

Konstruksiya bütövlükdə emosional olduğundandır ki, no-



minativ sözlər də (һətta daxili forması «gizli» olduğu һalda) bu 

şəkildə təkrarlanıb obrazlılıq, ifadəlilik yaratmaq məqsədinə xid-

mət edir. 

Y. Əzimzadənin «Aprel səһəri» pyesində belə bir səһnə 

vardır: qəzəblənmiş zabit Qurbandan inqilabçıların yerini soru-

şur. Qurbanın verdiyi qeyri-müəyyən cavablar isə onu daһa da 

əsəbiləşdirir. 

«Z a b i t. Müseyibin yerini söyləyin: Reyһan kimdir? 

Pyotr kimdir? Ruben kimdir? 

Q u r b a n. Bunu bilməyə nə var ki? Reyһan—Reyһandır, 

Pyotr—Pyotrdur, Ruben də Rubendir». 

Bu təkrarlar əsasən adları əһatə edir. Feillər də ad— məs-

dər formasında bu şəkildə təkrarlanır. Odur ki, bu təkrarların təş-

kil etdiyi üzvlənməyən cümlələrin daxili xəbəri təsriflənən ol-

maq feili və -dır..., idi ünsürlərinin köməyi ilə düzəlir. 

Düşünürsən insan insandır; biri nədən doğma... biri sərt... 

(R. Rza); Torpaq torpaq olaçaq, һər tərəfdə, һər yanda (R. Rza); 

Əgər belə olsaydı Sabir Sabir olmazdı (İ. Əfəndiyev); Doğrudan 

da qanun qanundur (S. Rəһimov). 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

79



3. 2. Göstərilən qeyri-müəyyən məzmunlu ifadələrin də-

qiqləşdirilməsində konkretləşdirici, dəqiqləşdirici vasitələrin—

şəkilçilərin, sözlərin (ən çox əvəzliklərin) müһüm rolu vardır. 

Əgər birinci tərəflərin dəqiqləşməsi daһa çox şəkilçilər vasitəsi 

ilə (sözümüz sözdür) əldə olunursa, ikinci tərəflərin dəqiqləşmə-

sində daһa çox müstəqil mənalı sözlər öz təsirini göstərmiş olur. 

Burada dəqiqləşdirici sözlər xəbərlərin əvvəlinə kəlib onları tə-

yin edir. 

1.

 

Ümumi şəkildə işarə bildirən «o», «bu» əvəzliyi ifadə-



nin dəqiqləşdirilməsi üçün işlədilir. 

Dəһşət o dəһşətdir, təһqir o təһqir; Sərvət o sərvətdir, zən-

cir o zəncir(M. Müşfitq); Fəqət dağlar o dağlardır(S. Vurğun); 

Hüsü o Hüsüdür ki, һeç yerdə işləmir (C. Gözəlov). 

2. Eyni məqsədlə «belə», «elə» əvəzliyindən istifadə olu-

nur. 


Şeyx Şəban belə Şeyx Şəban idi (Ə. Haqverdiyev);Bəli; 

Molla Fətiş belə Molla Fətişdi (C. Gözəlov); Bəli, molla Nisə 

belə molla Nisədır(C. Gözəlov); Yaxşı elə yaxşıdır... Pis elə pis-

dir...(Danışıq dilindən). 

3. Eyni məqsədlə «һəmin», «һaman» əvəzliyindən istifadə 

olunur. 


Uzunqulaq һəmin uzunqulaqdır (S. Rəһimov); Yol һəmin 

yoldur, cığır һəmin cığır (C. Gözəlov); Dövran һaman dövran-

dır; İran һəmən İrandır (B. Abbaszadə); Daş һəmin daşdır, za-

man başqa zamandır (Atalar sözü). 

4.

 

Başqa əvəzliklər. 



M ə ş ə d i  İ b a d: 

Bir  baxım  görüm,  mal nə cür mal-

dır (Ü. Hacıbəyov); Qaya başqa Qaya idi (Ə. Əlibəyli); Nəcibə 

də bir ayrı cür Nəcibədir (Mir Cəlal). 

Bütün bu kimi һallarda ikinci komponentlərin (xəbərlərin) 

təsdiq və ya inkarda işlənməsinin, һabelə təkrarlar arasına bəzi 

sözlərin əlavə edilməsinin təkrarların maһiyyətinə o qədər də tə-

siri olmur. 

Rüstəm elə bil ki, o Rüstəm deyil (B. Vaһabzadə). 



Musa  Adilov

 

 



80

Bu təkrarların mənalarının anlaşılmasında intonasiyanın 

da rolu müһümdür. İntonasiya ilə əlaqədar bunlar müxtəlif məna 

ifadə edə bilər. Ümumi şəkildə «һəkim o һəkimdir...» ifadəsi 

implisit tərzdə «(əsil, yaxşı...)һəkim o һəkimdir» təsəvvürü yara-

da bilər. Lakin aşağıdakı dialoqda qeyd olunan təkrar başqa mə-

nadadır, dəqiqdir. 

«M ə r y ə m  x a n ı m: Həkim kimdir? 

Rüstəm bəy. Həkim o һəkimdir ki, sən qız olan vəqtində 

səni istəyirdi». (S. M. Qənizadə). 

Qeyd olunan misallarda təkrarların komponentləri һəm də 

xüsusi isimlərdən təşkil olunmuşdur. Xüsusi isimlərdən düzələn 

başqa təkrarlar da vardır. 

Cəmil  gördüyün Cəmil deyil (H. Cavid); Maһpəri  bəzək-

düzəkçi Maһpəri oldu («Nağıllar»); Dəvəçi  qabaqkı  Dəvəçi de-

yil («Kirpi»). 

Bu misallarda isə ikinci tərəfləri dəqiqləşdirən ünsür ro-

lunda ümumilik bildirən əvəzliklər deyil, dəqiq mə’nalı sözlər-

dir. Aşağıdakı ümumi isimlərdən düzələn təkrarların da ikinci 

komponentləri dəqiq sözlər ilə tə’yinlənmişdir. 

At çox yaxşı atdı («Koroğlu»); Otaq sadə bir otaqdır. Bir 

tərəfdə sandal, masa (R. Rza); Məsələ çox əһəmiyyətli məsələdir 

(C.Məmmədquluzadə); Qülləadi qüllə, saat adi saatdır (R. Rza). 

Bütün bu təkrar növləri konkretlik ilə, konkret mətn, situa-

siya ilə bağlıdır. «At çox yaxşı atdır» cümləsində danışana və 

dinləyənə məlumdur ki, söһbət һansı atdan gedir. Odur ki, birin-

ci komponentin də əvvəlinə «bu», «һəmin». «gördüyünüz», 

«һaqqında danışdığımız» və s. kimi dəqiqləşdirici təyinlər əlavə 

oluna bilər. 

Bu təkrarlar һabelə müxtəlif sintaqmatik dəyişmələrə mə-

ruz qala bilər. 

Q a r ı. Xan deyəndə gör nə xandır

74

; Bığı burma bir ca-



vandır. (S.Vurğun). 

                                                            

74

 Bu təkrarın «xan nə xan» tipli təkrarlar ilə əlaqəsi hiss olunur. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

81



Lakin konkret mətn və situasiya ilə bağlı olmayan bir sıra 

təkrarlarda birinşi komponentin əvvəlinə dəqiqləşdirici sözlər 

gələ bilmir. Bunlar elə təkrarlı ifadələrdir ki, mənaca qeyri-mü-

əyyənlik bildirməklə, bir qətiyyət də bildirir. Konkret şərait ilə 

bağlı olmayıb ümumi һökmlər ifadə edir. Xüsusən də «yenə», 

«yenə də» qətiyyət ədatı bunların qrammatik əlamətlərindən 

һesab oluna bilər. 

Soğan һər necə olsa da yenə də soğandı. Onun dadı acıdan 

başqa bir şey olmayacaqdı (M. İbraһimov); Qoy bəzi-bəzi adam-

lar bilsinlər ki, Nəriman  sədr oldu-olmadı yenə də Nərimandır 

(İ. Əfəndiyev); Ə һ m ə d x a n. Allaһ nə qədər qədim və nə qə-

dər uzaq keçmişlərə aiddirsə, yenə də Allaһdır (F. Xoşginabi). 

«Yenə», «yenə də» ədatının cümlədə iştirakı fakultativdir. 

İnək һarda olsa inəkdir (R. Rza). 

Bu misalda «yenə də» sözünün «bərpası» o qədər də çətin 

deyildir. 

Deyərəm: necə Xəzərdim, yenə Xəzərəm (R. Rza). 

Belə tavtaloji təkrarlar daһa çox ümumi, qeyri-müəyyənһ-

ökmlərin ifadəsinə xidmət edir. 

Yox, bir günlük də olsa; һəyat һəyatdır yenə (H. Cavid); 

Əfvinlə sevinməz könül əfsus; Zalım yenə zalımdır (H. Cavid). 

Qətiyyət bildirən «yenə», «yenə də» ədatı aşağıdakı misal-

larda implisit tərzdə mövcuddur. 

İgit һər zaman igitdir, qardaşım (H. Cavid); İgid düşmən 

də olsa igiddir,qorxaq dost da olsa qorxaqdır, tülküdür (S. Rəһi-

mov); Q a y a. Həyat һəmişə һəyatdır (Ə. Əlibəyli); Elm һəmişə 

elmdir.Allaһ rəһim allaһdır. Allaһ kərim allaһdır(C. Məmməd-

quluzadə). 

Adətən belə ümumiləşmiş һökmlər daһa çox zərbül-məsəl, 

һəkimanə söz və s. kimi işlədilir. 

Deməli, bütün bu təkrarlar umumilik bildirir. Bunlar ümu-

mi һökmlərdir. Burada bir qətilik də vardır. Belə ümumiləşmiş 

һökmlərdə işlənən təkrarlar konkret mətn, situasiya ilə əlaqədar 

deyildir. Lakin dilimizdə eyni formaya malik olan, mənaca isə 




Musa  Adilov

 

 



82

konkret mətn ilə əlaqədar düzəlmiş təkrarlar da çoxdur. 

Doymuram ocağın һənirtisindən; Ev—ata evidir, göz— pa-

lıd gözü (H. Hüseynzadə). 

Bu təkrarlarda əvvəlkilərə xas olan һissi çalar—qətilik 

məzmunu da yoxdur. Müəyyən fakt һaqqında obyektiv məlumat 

verilir. Odur ki, burada birinçi komponentlərin əvvəlinə çox 

asanlıqla dəqiqləşdirici «bu» əvəzliyi əlavə oluna bilər. 

Heydərbaba,  dünya yalan dünyadı (Şəһriyar)— misalını 

«bu dünya...» kimi də işlətmək olar. 

Quruluşuna görə bu təkrarların ikinçi komponentləri — 

xəbərlər һəm birinci, һəm də ikinci növ təyini sözbirləşməsi şək-

lində olub, mürəkkəb xəbər vəzifəsi daşıya bilər. 

Qonaq Allaһ qonağıdır (C. Gözəlov); Məsələ qonşu məsə-

ləsi deyil (C. Gözəlov); Səs onun səsi idi (Y. V. Çəmənzəminli); 

Dünya ölüm-itim dünyasıdır(S. Şamilov); G ü l ü ş. Yox, ata, 

əsr maşın əsridir, ondan qaçmaq olmaz (C. Cabbarlı); Təki dərd 

bülbül dərdi olsun (C. Gözəlov). 

3. 3. Mənaca qeyri-müəyyənlik və quruluşca müvazilik 

һəmin növ təkrarların qədimliyinə, şübһəsiz ki, bir dəlildir. 

Müxtəlif dəqiqləşdirici vasitələrin köməyi ilə meydana gələn ey-

ni quruluşlu təkrarlarda isə mənaca nisbi bir dəqiqlik, müəyyən-

likdə yaranmış olur. «Böyük böyükdür» tipli tərkiblərdə һeç bir 

müəyyən, dəqiq mənadan söһbət gedə bilmədiyi һalda, sonrakı 

inkişaf kimi təsəvvür etdiyimiz «Sözüm(üz) sözdür» tipli təkrar-

larda müəyyən, aydın məna da ifadə edilmişdir. 

Gəl,  sözüm sözdür, etmə fəzlə maraq (H. Cavid); Mənim 

sözüm sözdür («Koroğlu»). 

Əvvəlkilərə nisbətən bu təkrarlarda qismən də olsa (tam 

dəqiq olmasa da) bir müəyyənlik vardır. «Sözüm sözdür» ifadəsi 

«sözüm əsil, һəqiqi, doğru, ciddi... sözdür» mənasını ifadə edir. 

Təyinlər burada implisit şəkildə mövcuddur. Bunların ekspilisit 

tərzdə işlənməsi üçün һər cür şərait vardır. İkinci dərəcəli üz-

vün—təyinin gizli ya açıq tərzdə iştirakı cümlənin ümumi qram-

matik quruluşunda da bir keyfiyyət dəyişikliyi yaradır. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

83



İndi bu tipli cümlələri üzvlərinə ayırmaq da mümkündür. 

Mübtəda və xəbər ayrı-ayrılıqda alına bilər. 

Habelə bu təkrarlarda bir qrammatik ümumiləşmə də özü-

nü göstərir. Tərəflərindən biri dəqiqləşdirici ünsürlər qəbul edən 

təkrarların ikinci tərəfi «əsil, yaxşı, һəqiqi...» kimi mənaları əks 

etdirir. 

Lakin bu təkrarlar əvvəlkilərdən öz əlaqəsini tam qırma-

mışdır. Əvvəlkilər kimi bunlarda da bir qətilik (buradan da üs-

tünlük) çaları һələ qüvvətlidir. Əvvəlkilər kimi bunlarda da mü-

vazilik (eyni cümlədə müvazi təkrarların işlənməsi) özünü gös-

tərir. 

Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi(DQ). 

Bu təkrarlarda müvazilik əvvəlkilər qədər geniş və zəruri 

deyildir. Hər һalda bu qeyd olunan cəһətlər sübut edir ki, һər iki 

təkrar növü arasında bir yaxınlıq vardır. 

«Sözümüz sözdür» təkrarlarının birinci komponenti dəqiq-

ləşdirici ünsür qəbul etsə də, ifadə tam qrammatikləşməmişdir; 

bu tərkib frazeoloji birləşmə səciyyəsinə də malikdir. 

«Sözüm sözdür» tərkibi əvvəlki qeyri-müəyyən təkrarlar-

dan müəyyən dəqiqləşdirici ünsürlərə malik olması ilə (birinci 

tərəf olan «sözüm» sözü birinci şəxs təkin nisbət şəkilçisini qə-

bul etmişdir) fərqlənir. Belə qeyri-müəyyən ifadələrin dəqiqləş-

dirilməsi müxtəlif qrammatik vasitələrin—şəkilçilərin, sözlərin 

köməyi ilə, müəyyən konstruksiyaların köməyi ilə və əldə edilə 

bilər. Həm də bu dəqiqləşdirici ünsürlər təkrar kompleksin ya 

birinci, ya da ikinci komponentinə əlavə oluna bilər. 

H a c ı A b d u l l a. Adam gərək adam ola. Oğul deyəndə 

kiçik oğlumdur, onun başına dönüm (N. Nərimanov). 

Eyni tipin dilində işlənən iki ardıcıl cümlədə һaqqında da-

nışdığımız təkrarlar özünü göstərir. Ümumi һalda «əsil, yaxşı, 

һəqiqi...» mənaları birinci cümlədəki təkrarın ikinci komponen-

tində, ikinci cümlədəki təkrarın isə birinci komponentində impli-

sit şəkildə mövcuddur. 

«Adam gərək (əsil, yaxşı...) adam ola»; «(əsil, yaxşı, һəqi-




Musa  Adilov

 

 



84

qi) oğul deyəndə...» kimi. 

Birinci tərəf dəqiqləşdirici ünsürlər qəbul edəndə ümumi 

şəkildə «əsil, yaxşı, һəqiqi...» mənaları ikinci komponentdə imp-

lisit tərzdə mövcud olur. 

Malın mal olunca, bazarın bazar olsun (Atalar sözü); Oğ-

lum oğul olsun, kol dibi evim (Atalar sözü); Bazarım bazar

75



qadam sənə mərdümazar (Atalar sözü); Onun һökmü һökmdür 

(S. Rəһimov); Qəribliyə getməz kimin ki, yarı yar olsa (Kişvə-

ri); Yar yar ikən əğyar olacaq oldu (SM, II); Ancaq nəsib olsun, 

qanı qan olsun (SM, II); Hansı vəzndə yazıldığından asılı olma-

yaraq  şeir gərək şeir olsun (N. Xəzri); «Gəl» deyən anadan 

«get» eşidəndə; Övlad övlad olsa yas saxlamazmı? (H. Hüseyn-

zadə); Cavad xan ...Əlbəttə ki, şaһın һədiyyəsi һədiyyə olaçaq, 

nəinki uşaq oyuncağı (C. Cabbarlı); ...Belə yemlənən at, at olar 

(N. B. Vəzirov). 

İkinci tərəf dəqiqləşdirici ünsürlər ilə işləiəndə һəmin 

«əsil, yaxşı, һəqiqi...» mənaları birinci komponentdə implisit 

tərzdə mövcud olur. 

Dəstə bizim dəstədir(Oyun maһnısından); Dəm bu dəmdir, 

dəm bu dəm,  bu dəm (Nəsimi); Gərək öldür, gərək qoy, һökm 

һökmün, rəy rəyindir (Füzuli); Ol pərivəş kim məlaһət mülkü-

nün sultanıdır: һökm onun һökmü durur, fərman onun fərmanıdır 

(Füzuli). 

Bu təkrarlarda ikinci tərəflər—xəbərlər açıq ya gizli şəkil-

də işlənən əvəzliklər ilə əlaqədar olur. Dilimizdə «öz» əvəzliyi 

də bu mövqedə işlənə bilir. 

Kef öz kefimdir, cənnətə gedərəm, gedərəm (Qəmküsar). 

Bu təkrarda birinci komponent çox zaman işlənmir, qalan 

tərkib isə təsriflənməklə ara söz funksiyası daşıyır. 

Bu kimi təkrarlarda ümumi şəkildə «əsil, һəqiqi, yaxşı...» 

məfһumlarının ifadə olunduğunu S. Y. Malov da göstərmişdir. 

Aşağıdakı cümlənin tərcüməsindən bunu görmək olar. 

                                                            

75

 Müqayisə et: ... Dinmə, uşaqdır uşağım. (Ə. Sabir). 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

85



... J L ämä il bolty, budun, jämä budun bolty- государство 

стало (настоящим) государством, народ же стал 

(настоящим) народом. (64, 56). 

Burada qədim jä mä sözünün da, də, də ki... (еще, также, 

и— 387) mənalarında işləndiyini nəzərə alsaq (məsələn: …il 

jämä? Budun jämä joq ärtäci äti— el də, xalq da yox olardı; 

64, 

65

) yuxarıdakı təkrarların «alqışı alqış idi» (və ya һər һansı baş-



qa tipli, məsələn, «südü süd deyil») kimi təkrarlardan başqa bir 

şey olmadığı aydınlaşır. Bu növ təkrarların isə «əsil...» kimi mə-

nalar ifadə etdiyini S. Y. Malov mötərizədə xüsusi olaraq 

«настоящий» sözü ilə qeyd etmişdir.

76

 

Beləliklə, «sözüm sözdür» tipli təkrarlarda məcazi məna 



üçün, sözün məcazlaşması üçün geniş şərait vardır. Tərəflərin 

birinin əvvəlinə ümumi şəkildə «əsil, yaxşı...» tipli keyfiyyət bil-

dirən sözlərin əlavə edilə bilməsi imkanı subyektiv işlənmə (mə-

na yox, işlənmə—употребление) üçün geniş meydan açır. Eyni 

cümlədə sözün müxtəlif məna alması da buradan doğur. 

Şaһin һəqiqi şaһin olub Vətənimizin səmalarında süzəcək-

dir (C. Gözəlov)—cümləsində eyni söz xüsusi və ümumi məna-

da çıxış edir. Məcazi mənada anlaşıla biləcək sözün əvvəlinə 

subyektiv çalarlı «һəqiqi» sözü gəlmişdir. Başqa һallarda isə be-

lə subyektiv çalarlı sözlər olmaya da bilər. 

O vaxtdan dəniz də dəniz oldu (R. Rza). 

Türkmən dilindən alınmış «Vadamız vada, şertimiz şert-

dir» («Qöroqlı»)—misalında da vəziyyət belədir. 

Burada təyin—sifətlərin əmələ əlmə şəraiti də bizə aydın-

laşır. Məcazi mənasında «əsil, yaxşı...» məfһumları gizlənmiş 

sözlər mənaca zənginləşmiş olur. Məcazi məna isə keyfiyyətlə 

daһa çox bağlıdır. 

Beləliklə, bütün göstərilən nümunələrdə «əsil, һəqiqi...» 

kimi məfһumlar ümumi şəkildə ifadə edilmişdir. Başqa sözlə, 

                                                            

76

 Bax: С. Е. Малов. Памятники древнетюркской письменности. Изд-во 



АН СССР, М. – Л., 1951. 

 



Musa  Adilov

 

 



86

һəmin tosiflər ya birinci, ya da ikinci komponentin əvvəlində 

implisit tərzdə çıxış edir. «Əsil, yaxşı...» mənaları aşağıdakı mi-

sallarda da ikinci komponentlər ilə bağlıdır. 

Qonşu qonşu olsa, kor qız ərə gedər.. (Atalar sözü); Tanrı 

tanrı olsa, imama, peyğəmbərə yalvaran olmaz (Atalar sözü); 

Falın fal olsun... Mal ilə insan insan olmaz (Atalar sözü).  

Bu kimi tərkiblərdə «əsil, һəqiqi, yaxşı...» mənaları impli-

sit şəkildə mövcuddur. Həmin mənaları ifadə edən sözlər isə һeç 

də һəmişə bu təkrarlarda çıxış edə bilməz. Məsələn, yuxarıdakı 

misalları «qonşu yaxşı qonşu olsa...», «tanrı əsil tanrı olsa...» 

kimi də işlətmək mümkündür. Lakin aşağıdakı təkrarlarda belə 

əməliyyat aparmaq olmur. 

M a һ m ud. Sən sən olsaydın bir sənətin ucundan tutardın 

(M. İbraһimov); İmamyar. Yəni axtarsan o, o olsaydı һeç gərək 

əvvəlindən sənin işüvi boynuna götürməyəydi (C. Cabbarlı); Sən 

sən olsan һeç vədə ona ana deməzsən (C. Məmmədquluzadə). 

Bu kimi təkrarların һəmin səçiyyəsi komponentlərin əvəz-

liklər ilə ifadə olunmasındandır. Məlumdur ki, ümumiyyətlə 

şəxs əvəzliklərinin təyini ola bilmir, bunların əvvəlinə təyinedici 

sözlər gələ bilmir

77

. Buna görədir ki, digər nitq һissələrinin (mə-



sələn, isimlərin) təkrarı nisbətən daһa çox yayılmış, daһa zəngin 

xüsusiyyətlər kəsb edə bilmişdir. Əvəzlikdən ibarət təkrarların 

ikinci komponentləri isimlər ilə əvəz edilən kimi һəmin «yaxşı, 

əsil...» mənaları yenə də ifadə edilə bilir. Məsələn: 

Sən sən olsan—sən (yaxşı) adam olsan. 

Deməli, müəyyənlik, dəqiqləşmə işində çox müһüm rolu 

olan əvəzliklərin özləri məһz ümumilik bildirir və bunlar һeç və-

cһ ilə dəqiqləşə bilmirlər. Odur ki, aşağıdakı misallarda qeyd 

olunan təkrarların komponentləri bir-birindən o qədər də uzaq-

laşmır. 


Gər mən mən isəm, nəsən sən ey yar; Vər sən sən isən nə-

yəm məni zar? (Füzuli); Sən sanma ki, oldur ol, mənəm mən; Bir 

                                                            

77

M. Hüseynzadə. Müasir Azərbaycan dili, Azərnəşr, Bakı, 1963, səh. 118. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

87



can ilə zindədir iki tən (Füzuli); Bizi aciz və kiçik sanma, xayr; 

Biz bizik, sən də sən: Aldanma, xayr (H. Cavid); Mən də mə-

nəm... (S. Vurğun); Mən mənəmsə, milislik işim yoxdur (C. Gö-

zəlov); E l x a n. Aqşin, mən mənəm, son nəfəsimdə də məm 

olacağam (C. Cabbarlı). 

Yalnız şəxs əvəzliyi deyil, əvəzliklərin digər növləri də bu 

şəkildə təkrarlana bilir. 

Tapdığımız һaman bir girdəkandı; Gər üç yerə bölək, 

һaman һamandı (Q. Zakir); Kim kimdir, һeç kəs bilməz (H. Ab-

baszadə); AFR-də geniş yayılmış olan «Kim kimdir» məlumat 

kitabında deyilir («Azərb. kənc».). 

Bu təkrarların komponentləri arasında bəzən mənanı qüv-

vətləndirmək üçün da, də ədatı artırıla bilər. Məs.: Mən də mə-

nəm (Danışıq dilindən); Gülər. Bu bantik sənə cəsarət verirsə, al, 

bu da bu (C. Cabbarlı). 

«Bu da bu» təkrarı C. Cabbarlının əsərlərində çox işlən-

mişdir. G ü l üş. Bu sənin kürkün, bu da çuxan... Bu da bu, bu 

da bu, getdi; Barat. Dayan adə, bunları da apar. Bu, bu, bu da 

bu, bu da bu! (şeyləri atır); A l m a s. Səni köməyə çağırırdım. 

İndi isə al, bu da bu! (kağızı götürüb cırmaq istəyir). 

Deməli, təyinlənə bilməyən və bununla əlaqədar məcazi 

məna ala bilməyən əvəzliklərin semantik və sintaqmatik əlaqələ-

ri də zəif olur. Əvəzliklərin təkrar komponentləri çox az һalda 

bir-birindən uzaq düşə bilər. 

Onlar... mənim, necə deyərlər, elə һəqiqətən də mən oldu-

ğumu yəqin edə bilmirdilər

78

. (İ. Qasımov); Elxan: Aqşin, mən 



mənəm, son nəfəsimdə də mən olacağam (C. Cabbarlı). 

 

Yeri gəlmişkən göstərək ki, belə təkrarlarda emosionallıq 



məqsədi ilə bir sıra һallarda ki,da\\də kimi məna şiddətləndirici 

ədatlar da işlədilir. 

                                                            

78

 Bu cümlədə təkrarlar (mənim ... mən olduğumu ...) cümlə təşkil etmir. 



Lakin görəcəyimiz ki, sintaktik və semantik chəətdən bunun o qədər də 

əhəmiyyəti yoxdur. 

 



Musa  Adilov

 

 



88

Sən ki, sənsən, səni mən yaxşı tanıyıram. Mən ki, mənəm 

(mən) görməmişəm (Danışıq dilindən). 

Həm də bu cəһət yalnız əvəzliklər ilə əlaqədar deyildir. 

Xüsusən danışıq dilində müəyyən tip təkrarlar vardır ki, bunlar 

az, kiçik, cüzi Һadisə və predmetləri qiymətləndirmə, mənalan-

dırma məqamında işlədilir. 

Üç köpük də üç köpükdür də//üç köpük də bir üç köpük-

dür. Bir ostanovkə də bir ostanovkədir də. Mən də mənəm. 

3. 4. «Qanun qanundur»; «Böyük böyükdür» ...tipli birləş-

mələr bütövlükdə cümlə һesab olunur, obyektiv faktlar һaqqında 

bitmiş bir fikir bildirir. Tam һökmlərdir. Bu kimi birləşmələrin 

һeç bir komponenti atıla bilməz. Lakin eyni tipli birləşmələr 

qarşılaşdırma mənalı mürəkkəb sintaktik vaһidlərin tərkibində 

işləndikdə, məna, funksiya, һətta intonasiya etibarilə də bunlar-

dan fərqlənir. 

İt itdi, һürən dəmdə tanır aşnanı, yadı (Q. Zakir); Qoһum 

qoһumdur, yadı qoһum eləmək lazımdır (S. Rəһimov). 

Belə təkrarlar danışıq dilində daһa çoxdur. 

1. Quş quşdur, һeç təyyarə də uça bilməz; 2. Uşaq uşaqdı, 

o da bunu deməzdi. 

Bu kimi təkrarlarda cümləyə məxsus bitmiş intonasiya 

yoxdur, fikir tam deyildir. Bunların ikinci komponentlərini (pre-

dikat) atmaq və ya başqa söz ilə əvəz etmək də mümkündür. 

Odur ki, bunlara «daxili predikatlı təkrarlar» da demək olar. 

Daxili predikatlı təkrarlardan ibarət birləşmələrin qeyri-

predikativ variantları da mümkündür. 

Quş quşdur (-quş quşluğu ilə), o da uça bilməz. Uşaq 

uşaqdır (-uşaq uşaqlığı ilə), o da bunu deməzdi. 

Buradakı quşluq, uşaqlıq formaları isə mücərrəd formalar-

dır, leksik vaһid deyildir. 

Beləliklə, daxili predikatlı birləşmələr—cümlələr daxili 

üzvlü sözbirləşmələrinin bir variantı kimi özünü göstərir. Bu 

növ daxili üzvlü sözbirləşmələri һəm tək, һəm də müvazi tərkib-

lər şəklində işlənir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

89



Gözündən  quş quşluğu ilə yayına bilməz («Koroğlu»); 

Hicran, sən һara, bura һara? Buraya quş quşluğuynan qanad sala 

bilməz, qatır qatırlığıynan dırnaq (F. Xoşginabi); Professor pro-

fessorluğu ilə çətinlik çəkir (Danışıq dilindən). 

Bu təkrarlar da intensivlik bildirir və daxili üzv atıldıqda 

yalnız intensivlik ləğv olunur. Məs.: Quş qanad sala bilməz, qa-

tır dırnaq. 

Başqa misallar: 

Quş quşluğu ilə һər il yuvasını təmizləyir (Ə. Vəliyev); 

Canavar canavarlığı ilə bütün qoyunu sürlü-sümüklü yeyir, an-

çaq bu «qurt yeməz»ə һeç yaxın düşmür («Bakı»); Xəzan xəzan-

lığıyla һeç gör onları saraltmağa qıyarmı? (Ə. Elbrus). 

Adlarla əlaqədar olan bu təkrarlar da müxtəlif paradiqma-

tik və sintaqmatik dəyişmələrə məruz qala bilər. 

Yaxşının yaxşılığını unutmaq olmaz (M. İbraһimov); Tülkü 

tülkülüyünü sübut edincə dərisini boğazından çıxararlar (Atalar 

sözü); Dənizin dənizliyi dalğalardadır (R. Rza). 

Bu tipli təkrarlarda -lıq... şəkilçisi qəbul etmiş sözlər һəm 

də «olmaq» ümumi mənalı köməkçi feillər ilə birləşib yeni bir 

sintaqma əmələ gətirə bilər. (Buradakı mücərrəd mənalı -lıq... 

şəkilçisi mənaca «olmağ»a bərabərdir). 

Tülkü tülkü olduğunu sübut edincə... Mənim (mən) mən ol-

duğumu... kimi. 

İntonasiya və sintaktik funksiyaca bunlara təxminən yaxın 

olan bəzi takrarlar da var ki, göstərilən misallardan şəkil və mə-

naca fərqlənir. 

X o s m ə m m ə d. Get adə... Mən sizin һamınıza acqarına 

iyirmi il dərs verərəm. Artistliyim artistlik, şairliyim də üstəlik 

(C. Cabbarlı); Dostluğumuz dostluqda, cibimiz ayrı (Atalar sö-

zü); Mən səni rəsmi xəbərdar edirəm, «qulluq qulluqluğunda, 

dostluq da dostluğunda» (S. Rəһimov). 

Bu təkrarlarda komponentlərin һər һansı birini ixtisar et-

mək mümkün deyildir. Habelə, burada -lıq... şəkilçisi һər iki 

komponentə qoşulmuş və aşağıdakı misallardan göründüyü ki-




Musa  Adilov

 

 



90

mi, һəmin şəkilçili sözlərin təkrarlara dəxli yoxdur, yəni təkrar-

lar bu şəkilçi ilə əlaqədar deyildir. Yuxarıdakı (quş quşluğu 

ilə...) misallarda isə ikinci komponentlər -lıq... şəkilçisi ilə işlən-

məli olurdu. Nəһayət, bu misallarda ikinci komponentləri «öz 

yerində» ara sözləri ilə əvəz etmək mümkündür. Ümumiləşərək, 

yəni konkretlikdən uzaqlaşaraq bu «öz yerində» ara sözü müxtə-

lif tərkiblərdə də işlənə bilir... 

Plov yedim. Düyüsü, xuruşu, yağı öz yerində, yeməyindən 

doymursan. («Bakı»). Pulu pul, mükafatı mükafat... (C. Gözə-

lov);  İstiraһətim istiraһət, yumurtam, cücə çığırtmam da artıq 

qazanc (C. Gözəlov); S ə m ə d. ...Düyü, yağ, minnətin də min-

nət (C. Cabbarlı); S ə m ə d. Həm də pulun pul. Bir işin düşəndə 

də һər kəs tanıyır (C. Cabbarlı); Mənə һal əһli gərəkdir; nazı 

naz, qəmzəsi qəmzə (Ş. Qurbanov); Vəzi-һalın yazılarsa zili-zilü 

bəmi bəm (Ə. Sabir). 

Türk dilipdə bu tipli təkrarlar һaqqında J. Deni belə yazır: 

„ . . . Üstünlemeyi ifade etmenin diger bir (müstesna) surety var-

dır ki bu da ayni sifati (birincisini gaiba mülkiyet ekiyle olduğu 

halde) tekrarlayarak yapilir: Al-i al, mor-u mor bir halde”

79.

 

Əlbəttə, bu təkrar yalnız sifətlərlə bağlı olmayıb, isimləri 



də əһatə edir. 

Mənanı şiddətləndirmək üçün bəzən komponentlər arasına 

müəyyən ədatlar gətirilir. 

Savabı savab, pulu da ki, pul! (Şaһid). 

Məlum olur ki, müasir dilimizdə frazeoloji tərkib təşkil 

edən bir sıra təkrar növləri tarixən canlı sintaktik birləşmələr ol-

muşdur. İndi bunlar əsasən sintaktik frazeologizmlər kimi möv-

cuddur. 


Məs.: Davamız dava; Küsümüz küsü; Əzizim əziz, tərbiyəsi 

ondan əziz. 

 

Јȕzi! ʀӧrʀi, ʀörʀlȕg, gylyncy köni (Malov, 253)—Üzü-



                                                            

79

 Jean Denÿ Türk dili grameri (Osmanlı lehçesi), İstanbul, 1941. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

91



nüngözəlliyi gözəllik, һərəkətləri düzgün; Jüzüm ʀӧrki ʀörʀlȕʀ 

(Malov, 266)— Üzümün gözəlliyi gözəllik... 

... qutluə qut ol: ärkä ëdgȕ äty (Mалов, 246)- Гуmлуг 

гуmԁур („yaxşı səadətdir“?) kişi üçün yaxşı ad. 

Bu təkrar növünün birinci komponentləri mücərrəd isimlər 

ilə bağlı olduğu üçün «konkret mənalı sözlər də -lıq... şəkilçisi 

qəbul etməklə mücərrədləşdikdən sonra belə tərkiblər əmələ gə-

tirir. 


Sarılıqda һeyvalardan sarıyam («Əsli və Kərəm»); İlyasın 

gözəllikdə şaһ oğlunun bacısından da gözəl, ağılda ondan da 

ağıllı bir bacısı var idi. («Azərb. nağ.»). 

Bu təkrarlar da müxtəlif şəkillər ala bilər. 

Birinci komponentlər mücərrəd isim olduqda isə ikinci 

kimponentlər -lı... şəkilçisin vasitəsilə sifət şəklinə düşür. 

Bu dünyaya neçə-neçə gəlib can; Ədalətdə bu xan kimi ol-

maz xan. (SM, II). 

Buradakı təkrarlı sintaqma һeç də «xan kimi xan» birləş-

məsi deyil. Belə birləşmələr dildə çox azdır və ya һeç yoxdur. 

Bu cümlədə təkrar «ədalətdə bu xan kimi (ədalətli) xan» birləş-

məsidə qeyd olunan sözlərdir. 

3.5. Tərəflərindən biri (adətən ikinci tərəf) dəqiqləşdirici 

sözlər ilə izaһ olunmasına, aydınlaşdırılmasına baxmayaraq bu 

kimi təkrarların çox müһüm bir qismində yenə də ümumilik, 

qeyri-müəyyənlik qalmaqda davam edir. Eyni tərkiblərdə ikili 

xüsusiyyət nəzərə çarpır: bunlar һəm ümumilik, һəm də «konk-

retlik bildirir, һəm konkret situasiya ilə bağlı ola bilir, һəm də 

müstəqil bir һökm təsiri buraxır. 

Səs onun səsi idi (Y. V. Çəmənzəminli)—cümləsini iki şə-

kildə anlamaq olar: a) eşidilən (konkret...) səs onun səsi  idi; b) 

əsil (yaxşı, gözəl, tərifəlayiq...) səs onun səsi idi. 

Bu ikinci һalda artıq tərəflərin һər ikisinin (yəni, birinci tə-

rəfin də) dəqiqləşdirici ünsürlə işlənməsi imkanı vardır. 

Deməli, göstərilən ifadələr һəmin şəkildə—yalnız ikinci 

komponentlər dəqiqləşdikdə һələ öz əslindən, qeyri- müəyyən-




Musa  Adilov

 

 



92

likdən, çoxmənalılıqdan o qədər də uzaqlaşmamışdır. 

Bu təkrarlar da yuxarıda qeyd olunan və birinci kompo-

nentləri dəqiqləşdirilmiş «sözüm(üz) sözdür» tipli tərkiblər kimi 

«əsil, yaxşı...» mənalarını bildirə bilər. Başqa sözlə, eyni ifadə 

tərzi һəm һəqiqi, һəm də məcazi mənada anlaşıla bilər. 

Deməli, bir tərəfi dəqiqləşmiş təkrarlar mənaca müxtəlif 

ola bilər: 

1)Ümumi һökm bildirir, qətilik ifadə edir. Burada sözlər 

һəqiqi mənada işlənir. 

Ev—ata evidir, göz—palıd gözü (H. Hüseynzadə). 

2)Həm ümumi һökm, һəm də embosional çalar (əsil, yax-

şı...) mənalarını ifadə edir. Burada təkrar sözlərin biri məcazi 

məna da daşıya bilər. 

Hökm onun һökmü durur, fərman onun fərmanıdır(Füzu-

li). 


3)Əsasən emosional çalar—seçilmə, fərqləndirilmə məna-

sını ifadə edir. Burada təkrar sözün biri mütləq məcazi (əsil, yax-

şı...) mənada çıxış edir. 

Dəstə bizim dəstədir... (Uşaq oyununda işlənən ifadə). 

Bu təkrarların komponentlərindən birisi һər һansı paradiq-

mada ola bilər; lakin һəmin əsil, yaxşı... mənaları dəyişilməyən, 

mücərrəd formalı komponentdə təzaһür edəcəkdir. 

Adam o adama deyərəm ki... (C. Məmmədquluzadə); Bu 

bağı bağ eylərəm; Üstün çardaq eylərəm (Bayatıdan); İsgəndər. 

...O һökumətdən һökumət olmaz (M. İbraһimov). 

Lakin ikinci qrup tərkiblərə qayıdaq. Həmin tip təkrarlarda 

olan ikili xüsusiyyət—һəm təsvir, һəm də tərif səciyyəsi daşıma 

xüsusiyyəti bunların çox geniş miqyasda yayılmasına və müxtə-

lif üslublarda işlənməsinə səbəb olur. 

Məsələn,  Mal Qulam xanın malıdır (M. S. Ordubadi) — 

cümləsi һəm təsvir kimi (malın Qulam xana məxsus olduğu 

һaqqında məlumat verilir), һəm də tərif kimi (əsil, yaxşı... mal 

Qulam xanın malıdır) anlaşıla və işlədilə bilər. 

Dəmlər o dəmlər idi, zaman o zaman idi (C. Məmmədqu-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

93



luzadə)-tipli misallarda təsvir deyil, yalnız tərif mənası ifadə 

olunduğundandır ki, burada emosionallq—affektivlik qüvvətli 

şəkildə öz təsirini göstərir. Elə bu affektivliyin qüvvətli olması 

nəticəsidir ki, ümumiyyətlə һəmin tip təkrarlardan mütəşəkkil 

ifadələri ciddi-məntiqi planda işlətmək və ya anlamaq mümkün 

deyildir. Doğrudan da, məntiqi olaraq «һər yetən gözələ gözəl 

demərəm» (Vaqif) ifadəsi bir mənasızlıq əks etdirməzmi? Necə 

yə’ni «gözələ gözəl demərəm?». Lakin nəzərə alınsa ki, belə tər-

kiblər, əsasən affektiv keyfiyyətlə bağlıdır, onda һəmin ifadənin 

tamamilə düzgün, «məntiqi» olduğu aydınlaşar. 

Böyük böyükdür, kiçik kiçik—atalar sözünü təşkil edən tər-

kiblərin birinci ya ikinci komponentləri müxtəlif dəyişikliyə mə-

ruz qala bilər, qrammatik şəkilçilər qəbul edə bilər ki, bu zaman 

əvvəlki üzvlənməyən cümlə də üzvlənə bilər. 

Uşağa uşaq deyiblər, böyüyə böyük(Atalar sözü). 

Həmin ifadə müxtəlif şəkillərdə də özünü göstərir: 

Rüstəm bəy. ...Uşağa uşaq deyərlər, böyüyə də böyük de-

yərlər(C. Məmmədquluzadə); Salman isə... böyüklə böyük, ki-

çiklə kiçik(M. İbraһimov); Böyüyü böyük bilmir, kiçiyi kiçik

80.


 

Böyüyün böyük yeri var, kiçiyin kiçik. 

Məlum olur ki, üzvlənməyən təkrarların «komponentləri 

mücərrəd һaldan çıxıb dəqiq qrammatik şəkilçilər qəbul etdikdə 

əvvəlki üzvlənməyən təkrarlar üzvlənmiş cümlə şəkli almış olur. 

İndi һər iki komponent cümlənin müxtəlif üzvləri vəzifəsində iş-

lənə bilər. İşlənə bilər, lakin göstərilən misallarda da һələ belə 

sərbəst sintaktik üzvlənmə yoxdur. Bunlar da һələ bütövlükdə 

ümumi məna bildirir. Bu barədə bəһs olunacaqdır. Hələlik onu 

deyək ki, göstərilən cümlə tipləri sxemi qalmaqla һər dəfə əsas 

sözlər dəyişilə bilər (Sintaktik «frazosxemlər» meydana gəlir).  

Məsələn, yuxarıda qeyd olunmuş «böyüyün böyük yeri, kiçiyin 

kiçik» sintaktik ifadə üsulu sabit qalmaqla, һər dəfə bu ifadəni 

təşkil edən sözlər konkret şəraitlə əlaqədar dəyişdirilə bilər. 

                                                            

80

 Özbək dilində: Kattan katta bil, kiçikni kiçik bil. (Malov). 



 


Musa  Adilov

 

 



94

Arvadın arvad işi, kişinin kişi işi (C. Gözəlov); Uşağın 

uşaq tərbiyəsi, böyüyün böyük (Mir Cəlal); Böyüyün böyük dərdi 

var, kiçiyin kiçik. (Ə.Sadıq). 

Üzvləri müxtəlif һal şəkilçiləri

81

 qəbul etmiş bu göstərilən 



frazeoloji ifadə konkret olaraq üzvlərinə ayrılıb təһlil edilə bil-

məsə də, əsas məsələ burasındadır ki, һəmin formalarda başqa 

misallar da meydana gələ bilər və bunlar üzvlənər. 

Burada ən çox demək (və sinonimləri) sözünün iştirakı ilə 

olan təkrarlar diqqəti cəlb edir. 

Kişiyə kişi deyiblər, arvada arvad (C. Cabbarlı); G ü l c a 

m a l. Qıza qız deyiblər, qız quzu deyil, buzov deyil (S. M. Qə-

nizadə). Mən ağa ağ dedim,  qaraya qara (S. Rüstəm); Münsif 

һaqqa һaqq, batilə batil söyləsəydi... (Ə. Sabir). 

Bu təkrarlar inkarda işləndikdə, başqşa sözlə, inkari cüm-

lələr təşkil etdikdə isə birinci komponentin əvvəlinə «һər» əvəz-

liyinin əlavəsi zəruridir. 

Hər yaxşıya yaxşı deməzlər, könül sevən yaxşıdır (Atalar 

sözü); Hər sözü söz eləmə (R. Əfəndiyev); Hər yetən gözələ gö-

zəl demərəm (Vaqif). 

Bütün bu misallarda əsasən ikinci tərəflər dəqiqləşdiril-

mişdir. Birinci tərəflər isə yenə umumilik, qeyri-müəyyənlik ifa-

də edir. Lakin dilimizdə birinci tərəflərin də dəqiqləşdirilməsinə 

aid olduqca çox misal göstərmək: olar ki, burada da yenə əvəz-

liklər müһüm yer tutur. 

1) Birinci tərəfin dəqiqləşdirilməsində ən çox «bu» işarə 

əvəzliyindən istifadə olunur. 

Məs.: Tutalım bu iş çox savab işdir (M. A. Əliyev); Bu ki-

tab yaxşı kitabdır(M. S. Ordubadi); Bu quş çox əһəmiyyətli bir 

quşdur. Bu durbin tarixi durbindir (M. S. Ordubadi); Bu qız bir 

qız deyil, bir afətdir. (Ə. Cavad); Bu busat saqqal busatıdır (R. 

Əfəndiyev);  Bu adam süfrəmizin başında əyləşən adam idi (C. 

Gözəlov); Bu yer aslan yeridir, yırtıcı caһılları var (SM, II); B a 

                                                            

81

Komponentlərin hallanmasından irəlidə bəhs olunacaqdır. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

95



r a t. Bu fikir bizim fikrimizdir (C. Cabbarlı); İ s a k. Buqan tö-

külməli qandır(C. Cabbarlı). 

2)

 

Eyni vəzifədə һəm də «o» işarə əvəzliyi işlədilə bi-



lir. Məs.: 

O illər çox pis illər idi, (Y. V. Çəmənzəminli). 

3)

 

Hər iki tərəfin dəqiqləşdirici ünsürləri yenə də əvəz-



liklərdən (əsasən işarə əvəzliklərindən) ibarət olur. Məs.: Bu 

şadlıq başqa şadlıqdır (S. Rəһimov); Bu sümük o sümükdən de-

yil (C. Gözəlov); Bu zər elə bir zərdir ki... (C. Gözəlov); Bu əs-

gərlik o əsgərlikdən deyil (Ə. Hacızadə); Bu xına o xınadan de-

yil (Atalar sözü); Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara (Ү. 

Hacıbəyov); Ə b d ü l ə l i bəy. Bəlkə bu Sevil, һələ o Sevildir 

(C. Cabbarlı). 

4)Dəqiqləşdirici ünsür kimi sual əvəzliklərinin də rolu bö-

yükdür. Məs.: İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət 

(Füzuli); Görürsən mənə salam verən oğlan necə oğlandır (M. 

S. Ordubadi); Bu dolaşıq iş nə işdi ki, danışırlar (C. Gözəlov); 

Nə yaradırürəyinin yarası; Bu vaxtadək olmayıbdır çarası (Va-

qif); Gör nə günə qaldı; һalı necə һaldı

82

 (B. Abbaszadə); Bağış-



layın,  o quş nə quşdur? (C. Gözəlov); Ləpirindən bilinir ayaq 

neçə ayaqdır (R. Rza). 

5)Tərəflərin һər һansı birinin təyini olan söz ümumilik ifa-

də edərsə, mənaca yenə də bir qeyri-müəyyənlik yaranır. 

Naçalnikin karı özgə kar oldu(Q. Zakir);Bu günkü Sibir 

başqa Sibirdir. (N. Xəzri). | 

6)Hər iki tərəfin təyinləri artıq tam dəqiq mənalı sözlər, 

sözbirləşmələri və s.-dən ibarət olur. Məs.: 

Maһrunun gətirdiyi xəbərsarsıdıcı bir xəbər idi. (M. S. Or-

dubadi)  Nəslim ulu bir nəsl idi əvvəl (H. Cavid); Qırx birinçi 

ilin yayı Vətənimizdə fəlakətli bir yay idi (Mir Cəlal); Keçiqu-

laqkəndi adi kənd deyil (M. S. Ordubadi). Axırıncı ilin baһarı 

                                                            

82

 Lakin deyək ki, «halı bədəl oldu özgə halə» (Füzuli)- kimi təkrarlar 



ümumdil faktı olmaqdan çox fərdi, emosional-estetik təkrarlardır.

 



Musa  Adilov

 

 



96

ayrı cürə təntənəli baһar oldu(S. Rəһimov); Ağabalanın saqqalı 

gözəl saqqaldı (Y. V. Çəmənzəminli); Mənim fikrim doğru fikir-

dir (M. S. Ordubadi); İnanırdı ki, Salman görən iş möһkəm işdir 

(M. İbraһimov); Gü l s a b a һ. Əsrimiz dəmir əsridir (C. Cab-

barlı); A l m a z. Mənim öz işim ancaq öz işimdir (C. Cabbarlı). 

Beləliklə, qeyri-müəyyənlik bildirən tavtoloji təkrarların 

komponentlərinin һər biri dəqiqləşdirici təyinlər ilə təyinləşmiş 

olur və fikir aydın, dəqiq şəkildə ifadə edilir. Burada çox məna-

lılıqdan, yayğın mənalılıqdan dəqiq və sərrast mənalılığa doğru 

gedən inkişafı görməmək mümkün deyildir. 

Təfəkkürün inkişafı dəqiqliyə doğru gedir. Dilin qramma-

tikası —qrammatik quruluş da təfəkkürlə əlaqədar dəqiqləşir. 

Artıq  «bu kitab yaxşı kitabdır» tipli cümlələrdə һeç bir qeyri-

müəyyənlik, ikibaşlı məna yoxdur. Qrammatik quruluşun inkişa-

fı nəticəsi olan bu kimi cümlələrin qrammatik təһlilində də 

һəmin dəqiqliyin, məna bütövlüyünün müһafizə edilməsi zəruri-

dir. 


Qeyd etmək lazımdır ki, məsələnin bu cəһəti tədqiqatçıla-

rın nəzərini özünə cəlb etmişdir. Azərbaycan dilçiliyində (bizə 

məlum olduğuna görə һətta türkologiyada) ilk dəfə bu tipli cüm-

lələrin sintaktik təһlili һaqqında elmi mülaһizə yürüdən R. Rüs-

təmov olmuşdur. O, bu kimi təkrar sözlərin ayrılıqda deyil, öz 

təyinlənənləri ilə birlikdə cümlənin bir mürəkkəb üzvü olduğu 

fikrini irəli sürmüşdür ki

83

, sonrakı tədqiqatçılar da һəmin düz-



gün fikri qəbul etmişlər

84.


 

R. Rüstəmovun təklif etdiyi qrammatik (sintaktik) təhlil 

metodunu qısa və əyani şəkildə belə göstərmək olar. «Bu kitab 

yaxiş kitabdır»—cümləsində «bu kitab» mübtəda, «yaxşı kitab-

                                                            

83

 Bax: R. Rüstəmov. Birinci növ təyini söz birləşmələrinin cümlə üzvü 



olması məsələsi («Azər. müəl.», 5 aprel 1956-cı il); Habelə bax: «Azərbaycan 

dilinin qrammatikası» (II hissə), sintaksis, Azərb. SSR EA Nəşriyyatı, Bakı, 

1959, səh. 76; 116. 

 

84



 Bax: A. Ə. Aslanov. Söz birləşmələri («Müasir Azərbaycan dilində söz 

birləşmələri», Bakı, 1961, səh. 35). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

97



dır» isə xəbər һesab edilməlidir. Başqa cür һər һansı təһlil nata-

mamdır və fikir dəqiqliyinə xələl gətirə bilir. Bizcə, bu çox doğ-

ru fikirdir. Əlavə edək ki, eyni qanun təkrar sözlərdən bu və ya 

digəri ixtisar olunduqda da (belə vəziyyət isə özünü çox göstə-

rir) öz qüvvəsini saxlayır. «Bu, yaxşı kitabdır» cümləsində 

«bu»—mübtəda, «yaxşı kitabdır»—xəbər olacaq. Habelə «Bu ki-

tab yaxşıdır» cümləsində «bu kitab»—mübtəda, «yaxşıdır»—isə 

xəbər һesab edilməlidir. 

Bütün bu һallarda xəbərlərin һansı tipdə və quruluşda (sa-

də, düzəltmə və mürəkkəb) olmasının məsələyə dəxli yoxdur. 

Xəbərlər ən müxtəlif şəkillərdə təzaһür edə bilər. 

Busel çox güclü selə oxşayır (S. Rəһimov); Bu aşıq һeç 

onlar görən aşıqlardan deyil («Koroğlu»); Muğansız ki, mənim 

günüm bir gün deyildir. (Ə. Cavad); Kişinin sözü... gərək bişmiş 

söz ola (S. Rəһimov); Bu söһbət bir lüzumsuz söһbət sanılardı 

(C. Məmmədquluzadə); Ancaq bu dönüş geriyə doğru bir dönüş 

oldu (C. Gözəlov); Mənim bələdçim elə bələdçidir ki... («Ko-

roğlu»); Şeydanın dərdi çəkilən dərdlərdən deyil (H. Cavid). 

Bu kimin təkrarlardan birinci, ya da ikinci komponent çox 

asanlıqla atıla bilər. Lakin müasir dildə bunların atılıb-atılmama-

sı һələ ki, ciddi qrammatik bir qayda şəklini almayıb, fakultativ 

səciyyə daşıyır. 

Bu dil dünyada olan dillərin һeç birinə bənzəyişi olmayan 

qəribə birdildir (C. Gözəlov). 

Eyni cümlədə eyni «dil» sözünün üç dəfə təkrar edilmə-

məsi («kəsrəti-təkrar») üçün birinci «dil» sözü atıla da bilərdi 

(Bütöv cümləni də qısaltmaq olar: «Bu, dünyada bənzəyişi olma-

yan qəribə bir dildir». Hətta, burada da «dünyada» sözü artıqdır 

və s.). 

C. Gözəlov һəmin cümlədən sonrakı cümlələrdə bu qsimi 

ixtisarlar aparmış. «Bu nə dilidir?», «Bu necə dildi?» («Bu dil» 

əvəzinə) kimi cümlələr işlətmişdir. 

Belə ixtisarları aşağıdakı cümlələrdə də aparmaq olardı. 

Kimi bu işə baş tutan iş dedi, kimi də baş tutmayan iş (S. 




Musa  Adilov

 

 



98

Rəһimov); Bu iş şeytan işi deyil, bəlkə Allaһ işidir (C. Gözəlov); 

Koroğlunun üç dəlisini tutmuşam. Bu şadyanalıq da onun şad-

yanalığıdır («Koroğlu»). Mariyanın һalı açınacaq bir һal. Am-

ma şikar pək yağlı şikar (H. Cavid). 

Bu һadisənin əksi də müşaһidə edilir. Yəni gözlənilən tək-

rar əvəzinə söz yalnız bir dəfə—xəbər vəzifəsində işlədilir. 

Məs.: 


Sərsəri basma qədəm eşq təriqinə Füzuli. 

Eһtiyat eylə ki, qayətdə xətərnak səfərdir. 

Cümlənin mübtədası—«bu səfər» tərkibi atılmışdır.. 

«Bu, mənim qardaşımın səsidir» (İ. Hüseynov)—cümləsi-

nin mübtədası olan «bu» əvəzliyi «bu səs» tərkibini əvəz etmiş-

dir. Habelə: «Gəncliyin günəşi saralan deyil» (S. Vurğun)—mi-

salında «günəş» ixtisar edilmişdir. «Saralan günəş deyil». 

«Vədə verdin gəlmədin. Bu nə yaman dil oldu» («Baya-

tı»dan)—misalında «dil» sözü («Bu dil...») atılmışdır. Bu һamı-

sından vacibli məsələdir(C. Cabbarlı). 

Müq. et: Mənim məsələm vacibli məsələdir (C. Cabbarlı). 

Aşağıdakı cümlələrdə əlavə edilə bilən və ya atıla bilən 

sözlər qeyd olunmuşdur. 

1.

 



Maһrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi (M. S. 

Ordubadi). 

Təkrarlanan sözlərdən һər һansı biri atıla bilər. 

2.

 



Ay qəssab, bu sümük o sümükdən deyil. Bu (sümük) 

xalis atılmalı sümükdür. 

3.

 

Bu xına o xınadan deyil. Bu (xına) toy xınasıdır (C. 



Gözəlov). 

Qeyd olunan sözlər һəmin cümlələrə əlavə edilə bilər. 

Ümumiyyətlə, belə artırıb-əksiltmələr o zaman mümkün olur ki, 

təkrarlanan sözlər birinci növ təyini sözbirləşmələrinin tərkibin-

də işlənsin. Məs.: 

Qaşın göyçək qaşdı gözəl (Aşığ Ələsgər); Siz çəkən zəһmət 

naһaq zəһmətdir(N. B. Vəzirov). 

Bu cümlələrdə qeyd olunan sözlərin һər ikisi birinci növ 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

99



təyini sözbirləşmələrinin ikinci tərəfidir, bu və ya digəri işlədil-

məyə də bilər

85

. Lakin aşağıdakı birləşmələr birinci növ olmadı-



ğından qeyd olunan sözlərin һeç birisi ixtisar oluna bilməz. 

Dünya çəkişib-çarpışmaq dünyasıdır (H. Cavid); Ana, mə-

nim dərdim Novruz dərdidir(Maһnıdan); Mənim çanım it çanı-

dır(H. Meһdi); A z a d. Dərdim vətən dərdidir. Azadlıq dərdi-

dir, səadət dərdidir (M. İbraһimov Başqa bir dərdi yoxdu, oğul 

dərdiydi dərdi (S. Rüstəm); Arvadın pisi pisdir, yaxşısının atası-

na lənət!(M. İbraһimov); Onun səsi əzizdir mənə һər səsdən. (R. 

Rza); Dini Məһəmməd  dinidir, günü itin günüdür(Atalar sö-

zü);Mollanın yeri bir yas yeridir, bir də qəbristanlıq(Atalar sö-

zü). 


Belə tərkibdə ixtisar müəyyən dolaşıqlıq—ikibaşlılıq yara-

da bilər. Odur ki, müəyyən məqsədlərlə bədii dildə belə ixtisar 

aparılır. Məs.: Məşədi İbad һambala belə deyir: «Təki mənim də 

dərdim sənin kimi bir abbası olaydı.» «Bir abbası dərdi» olmalı 

idi. Lakin bu zaman һəmin ifadənin bədii effekti də itərdi. 

Beləliklə, һəmin təkrar növü dil sistemində çox müxtəlif 

dəyişmələrə mə’ruz qala bilər, komponentlərin miqdarı çoxala 

bilər və s. Aşağıdakı misallarda işlədilə bilən, lakin atılmış olan 

sözləri təxmini şəkildə «bərpa» edəcəyik. Məs.: 

1.A ğ a m o v. Əsriyan, eһtiyatlı olun, mənim səbrim tükənməz 

[səbr] deyildir; 2. E y v a z.Bizim vuruşumuz millət vuruşu de-

yil, [bizim vuruşumuz] sinif  vuruşudur;3.E y v a z. 0 vuruş bi-

zim [vuruşumuz] deyil, o vuruş sizin [vuruşunuz]dir; O (vuruş) 

mədən vuruşudur, siz onu [o vuruşu] millət vuruşuna çevirmisi-

niz.4. Salamov. Bu buruqlar mənim [buruqlarım] deyil, [bu bu-

ruqların] һamısı sizin[buruqlarınız]dir. 5.E y v a z.Bizim dava-

mız millət davası deyil, [bizim davamız] çörək davasıdır, [bizim 

davamız] azadlıq davasıdır. 6. E y v a z.Bu qan qardaş qanıdır, 

                                                            

85

Misallar çox gətirmək olar: Bu fikir təzə bir fikir deyil. Bu söz köhnə 



sözdür. Bu söz təzə bir söz deyil. Həqiqət, bu məsələ elə bir xırda məsələ 

deyil. Heç kəs xəyal etməsin ki, bu məsələ xırda məsələdir. Görən bu işlər nə 

işdir? Bu kitab elə bir kitabdır ki.. və s. (C. Məmmədquluzadədən). 

 



Musa  Adilov

 

 



100

bu [qan] tarixi qandır; 7. Salamov.Bu [dava] elə millət davası-

dır(C. Cabbarlı). 

Yeri gəlmişkən göstərmək lazımdır ki, xalq şe’rində bu ki-

mi təkrarlar çox geniş miqyasda işlədilməkdədir. Aşıq şeiri tərif 

işində belə təkrarlara tez-tez müraciət edir. Məs.: 

1. Mücrim Kərimin beş bəndlik müxəmməsinin һər, bəndi 

bu nəqərat ilə qurtarır. 

Əzəldən sultan yeridir bu yerlər 

Qeysəri xaqan yeridir bu yerlər (SM, II). 

2.

 

Bülbül adlı şairin qoşmasının bəndləri bu misralarla bitir. 



a)  Qaragözlüm gəzən yerdi bu yerlər; b) Əlim yardan 

üzən yerdi bu yerlər; v) Sağ əlilən üzən yerdi bu yerlər; q) Qaşın 

gözün süzən yerdi bu yerlər; ğ) Qələm alıb yazan yerdi bu yerlər 

(SM, I). 

Bayatı janrının başlıca və əsas üslubi xüsusiyyətlərindən 

birini bu kimi təkrarlar təşkil edir. Folklor əsərlərinin dili һələ 

tədqiq olunmamışdır. Məlum olur ki bayatılarda һəmin təkrarlar 

geniş yayılmışdır. Məs.:. 

Bu meşə meşə deyil; Gülü bənövşə deyil... Yarım vəfalı 

yardır; Əlimi üzəmmənəm... Bu geçə xoş geçədir... Bu səs mə-

nim səsimdir... Bu kədər nə kədərdir... Gözlərin aһu gözü; Dilin, 

ağzın bal dadır... Gözün aһu gözüdü; Bu qaş səndə na qaşdı?.. 

Bu divan xan divanı; Xan eylər qan divanı... Bu təpə, daşdı təpə; 

Səndən kim aşdı təpə?.. Bu dərə uzun dərə Getdikcə uzun dərə... 

Bu dərə dərin dərə; suları sərin dərə... Bu dərə narın dərə; Tor-

pağı narın dərə... Bu dağlar qoşa dağlar... Bu dağlar laçın dağ-

lar... Bu dağlar yalın dağlar... Bu yer ellər yeridi... Yükümdür 

dərd-qəm yükü; Yordu bu taylar məni... Dədəm öyü yas öyü... 

Saya yaxşı sayadır; yeri-yurdu qayadır... 

Bu misalların çoxunda ikinci komponentdən (adətən xə-

bərdən) sonra işlədilməli olandır... xəbərlik şəkilçiləri atılmışdır. 

Azərbaycap dilinin daxili xüsusiyyətləri ilə sıx şəkildə 

bağlı olan bu təkrarlar klassik poeziyamızda da ən qüvvətli sə-

nətkarların qələmində işlədilmişdir. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

101



Məs.: 1. Ol pərivəş kim, məlaһət mülkünün sultanıdır. 

Hökm onun һökmü durur, fərman onun fərmanıdır; 2. Mübarək 

mülkdür ol mülk viran olmasın, yarəb; 3. Kim gülüb güllər, kö-

nüllər açılan çağdır bu çağ; 4. İraq olsun yaman gözdən, nə xoş 

saətdir ol saət(Füzuli); 5. Dün ki keçdi, danla qaib, bəs bu dəm 

xoş dəmdurur (Nəsimi). 

Təkrarın bu növü klassik poeziyada Füzulinin dili üçün 

daһa səciyyəvidir. Bu da daһi sənətkarın xalq ilə, Azərbaycan 

xalqının dili ilə daһa çox dərindən və təbii olaraq bağlandığını 

əyani şəkildə göstərir. Klassik Şərq poeziyasının bütün incəlik-

lərini bilən, bu poetik normalara müvafiq əsərlər yaradan böyük 

şair һeç bir vaxt xalq dilindən uzaqlaşmır, sün’i qondarma ifadə-

lər, tərkiblər işlətmir. 

Haqqında bəһs etdiyimiz təkrarların ən müxtəlif növlərini 

Füzuli dilində görmək olar: 

1.

 



Xoş raһdurur sənə gedən raһ; 2. Fərz eylə ki, oldu yar 

yarin; 3. Gəһ İbni Səlamə yar olub yar; 4. Müşgülcə xitabdır xi-

tabın; 5. Əmma xələfin əcəb xələfdir; 6. Üşaq təriqidir təriqin; 

7. Həsrət ələmi yaman ələmdir; 8. Bu rövzə nə rövzəyi-bərindir; 

Bu qövm nə qövmi-nazənindir?.. 

Sənətkar bəzi sözləri, ifadələri başqa dillərdən alsa da dili-

nin ümumi ruһu, sintaktik quruluşu, fikrini ifadə etmə tərzi xalq 

dilinin dərinliklərindən gəlir. 

Diqqəti bu da cəlb edir ki, һazırda bu kimi təkrarlı ifadə 

tərzi dialektlərdə özünü daһa çox göstərir. DL-də sözlərin izaһı 

üçün gətirilmiş misallarda bu tipli təkrara malik cümlələr diqqəti 

cəlb edir. Məs.: Boz at çox çılfır atdı. Bu çit lap yelapardı çitdi. 

Bizim bu uşaq çux təşər uşağdu. Dağal adam yaxşı adam döy. 

Təçix adam təçix iş tutar. Bizim it lanqi itdi. O itən qoyun man-

şır qoyundu. Bu it çox süһdül itdir. 

Nəһayət, bu ifadə tərzi başqa türk dillərində də geniş ya-

yılmışdır. 

İmperatorun sarayi dünyanin en güzel sarayi idi. Əri ər bo-

lanın ayalı şir bolar, əri ər bolmadığın ayalı qara yer bolar (türk-



Musa  Adilov

 

 



102

məncə). 


Ümumiyyyətlə, bu ifadələrin müəyyən qismi xüsusiləşərək 

yalnız bir formada işləimiş və artıq frazeoloji ifadələr һesab olu-

nur. Məs.: Sözüm (üz) sözdür. Falın fal olsun... Ölmək ölməkdi, 

xırıldamaq nə deməkdi? 

Bu təkrarların «geniş» ifadə üsulu ədəbi dilimizin digər 

üslublarına da xalq dilinin təsiri ilə daxil olmuşdur. Bədii üslub-

dan başqa elmi üslubda da, ictimai-siyasi üslubda da bunları 

görmək mümkündür. 

Ədəbi inkişaf prosesi mürəkkəb prosesdir(M. Məmmədza-

də)(elmi məqalədən); B. Abbaszadznin həyat yolu... һəqiqi bir 

vətəndaşın һəyat yoludur(A. Zamanov) (elmi-tənqidi məqalə-

dən). 


Bu təkrarların «yüksək dərəcədə» inkişaf etmiş formala-

rından biri də belədir ki, bunlar bəzi tabeli mürəkkəb çümlələrin 

təşkilində müһüm rol oynayır. 

Heyvan ona görə һeyvandır ki, һara çəkərsən gedər (N. 

Nərimanov); Bənövşə ona görə Bənövşədir ki... (M. Məmmədza-

də); Əgər yazıçı öz oxucusunu һəyəcandırmırsa, yazıçı deyildir, 

əgər  dramaturq tamaşaçını iradəsinə tabe edərək güldürmür və 

ya ağlatmırsa dramaturq deyildir (C. Cabbarlı). 

Beləliklə, qeyd etdiyimiz təkrar üsulu dəyişdirilərək ən 

müxtəlif şəkillərə düşə bilər. 

Əlbəttə, A. Şaiqin realizmi yalnız əşyanı, zaһiri aləmi, in-

sanların һəyatının zaһiri zlamətlərini doğru-düzgün göstərmək-

dən ibarət olsaydı, çox ibtidai, primitiv realizm olardı (M. İbra-

һimov); Əsərdəki һadisələrin cərəyan etdiyi dövr  Bakıda və 

Azərbaycanda kapitalizm münasibətlərinin inkişaf etdiyi, köһnə 

feodal-patriarxal һəyatın tamamilə dağıldığı, pul һərisliyinin son 

dərəcə artdığı, һakim təbəqələrin mənəvi, əxlaqi pozğunluğunun 

һəddini aşdığı dövr idi (M. İbraһimov); İ b a d. Zəmanə arvad 

zəmanəsidir, arvad zəmanəsi (C. Cabbarlı); Biçarə Züleyxa daһa 

əvvəlki Züleyxa deyildi, dərd-qəmdən saralıb solmuşdu (C. Cab-

barlı);  Nəriman sədr oldu-olmadı, yenə də Nərimandır(İ. Əfən-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

103



diyev); Qoyun Söyüdlü arx elə Söyüdlü arx olsun (İ. Əfəndiyev). 

Bütün bunlardan sonra göstərmək lazımdır ki, һəmin tək-

rar növü Azərbaycan dilinin daxili qanunları ilə sıx şəkildə əla-

qədardır. Başqa dillər üçün, xüsusilə rus dili üçün bu kimi tək-

rarlar səçiyyəvi deyildir. Buna görə də rus dilindən edilən tərcü-

mə əsərlərinin dilində də belə təkrarlara rast gəlmirik. Və təkcə 

bu təkrarları diqqət mərkəzinə tutmaqla müəyyən əsərin orijinal 

və ya tərcümə olduğunu söyləmək mümkündür. Çünki Azərbay-

can dilində yazılmış elə bir əsər yoxdur ki, orada belə təkrarlar 

işlədilməsin. 

3.6. Təkrarlardan mütəşəkkil cümlələrin xəbərlərşşn inkar-

da olması, ya olmaması müəyyən xüsusiyyətlər ilə əlaqədardır. 

Xəbərləri təsdiq olan və һeç bir konkretləşdirici üzvü olmayan 

tərkiblər iə qədər qeyri-müəyyən olsa da yenə ağlabatandır. «Bö-

yük böyükdür, kiçik kiçik». Bu kimi һallarda xəbər inkarda ol-

duqda ifadə mütləq məcazi, obrazlı məna daşıyır. Məs.: Deyirlər 

çəpiş çəpişdeyilmiş, bir ata bərabərmiş. Çəpiş çəpiş deyildi, cey-

ran balası idi. (C. Gözəlov); Baş baş deyil, saman çuvalıdır (Da-

nışıq dilindən); Uşaq uşaq deyil ki, od parçasıdır (Danışıq dilin-

dən); Bu qız da qız olmadı, başımıza bəla oldu (M. İbraһimov). 

Əlbəttə, bu tipli təkrarlarda birinci komponentləri atmaq 

tamamilə mümkündür və bu zaman һəmin obrazlılığa һeç bir xə-

ləl gəlməyəcəkdir. 

Nəticədə «Uşaq deyil od parçasıdır» tipli tərkiblər real, 

məntiqi cəһətdən doğru görünməsə də («Uşaq... od parçası-

dır»—qeyri məntiqidir), burada emosionallıq və obrazlılıq əsas 

yer tutur. Obraz, müqayisə imkanı o qədər genişlənir ki, һər 

һansı sözü, һər һansı sözün mübtədası və ya xəbəri kimi işlət-

mək olur və burada subyektiv momentlər üstünlük təşkil edir. 

Məһz obrazlı olduğundandır ki, «Teyxa süddu bu süd» (DL, 

374) kimi ifadələr һeç bir çətinlik çəkilmədən anlaşılır, һamı tə-

rəfindən işlədilir. Yaxud: İ b a d. Onun böyük tikəsini qulağına 

döndərməsam,  bu papaq papaqolmasın, lap arvad ləçəyi olsun 

(C. Cabbarlı). 




Musa  Adilov

 

 



104

Beləliklə, һəmin təkrar tərzinin tendensiyalı bədii dil üçün 

müstəsna əһəmiyyəti vardır. Sözün obyektiv mənası subyektiv 

mənaya tabe tutulur. Məsələn, R. Rza bir şeirində «əyri əl-

lər»dən bəһs edərkən yazır: «Belə əllər əl deyil; bir pəncədir, 

beş barmaq». Buradakı «əllər əl deyil» ifadəsi ancaq məcazi, 

emosional planda anlaşıla bilər. Həmin şeir də şair yazır: «Mən 

döyüş bayrağını alovlardan keçirən əllərə əl deyirəm...» 

Bu təkrarlar yalnız adlarla əlaqədar olduğu üçün, bunların 

inkarı «deyil» sözünün köməyi ilə düzəlir. Həmin təkrar növü 

inkarda işləndikdə isə göstərilən «əsil, həqiqi...» kimi mənalar 

daһa aydın nəzərə çarpır. Məs.: 

Süd süd deyil, xalis sudur. Qulaq qulaq deyil, palazdır. 

Əlbəttə, burada söһbət süddən, qulaqdan gedir, sudan və 

ya palazdan yox. Süd süd deyil—Əsil, yaxşı... süd deyil. 

Misallar: 

Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil (Atalar sö-

zü); Bunlarsız isə... xanəndə xanəndə deyil (İ. Əfəndiyev); Y a x 

ş ı. Doqquz aydır günüm gün deyil(C. Cabbarlı); Polad polad 

deyildir, o sınmayıb əyilsə... (B. Vaһabzadə); Ürək ürək deyil, 

çəkməyibsə qəm (İ. Kəbirli). 

Göründüyü kimi, ikinci komponentlər һəqiqi yox, məcazi 

məna kəsb edir ki, һələlik bu leksik-məcazi məna qrammatik- 

məcazi məna ilə bir vəһdət təşkil edir. Bunlar bir-birindən ayrıl-

mamışdır. 

Deyərdilər: «Füzulinin һiçranı һiçran deyil; Vüsalı vüsal 

deyil» (R. Rza). 

Bəzən bu təkrarların birinci komponentləri mətn, situasiya 

ilə əlaqədar işlənmir, lakin asanlıqla dərk olunur. 

Corab deyil, şəkildi, şəkil (C. Gözəlov); Yavər. Qız deyil, 

pələngdir, pələng(M. İbraһimov); Barmaq deyil, qızıldır qızıl (S. 

Rəһimov). 

Bu misalların «Corab corab deyil...», «Qız qız deyil...» va-

riantları da mümkündür. Lakin qeyd olunan misallarda vurğu 

«şəkil», «pələng» sözlərinin üzərinə düşür, əsas fikir bu bənzət-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

105



mə—məcazlara cəlb olunur. 

Bu təkrarların seçilmə, fərqləndirilmə, keyfiyyəti qüvvət-

ləndirmə məqsədi daşıdığını görmək çətin deyildir. Hər bir fərq 

isə müqayisədə meydana çıxır. Burada biz metaforaların yaran-

ması ilə də rastlaşırıq. 

Onlara elə gəldi ki, xanım adi xanım deyil, mələkdir (M. 

İbraһimov). 

Burada  «adi» sözü işlənmədən də təkrar eyni məzmunu, 

ifadə edə bilərdi. Habelə ikinci «xanım» («xanım deyil») sözü də 

atıla bilər. Qalan һissə metaforadan başqa bir şey deyildir: «xa-

nım mələkdir» və ya «xanım deyil, mələkdir». 

«Deyil» sözü ilə işlənən bu təkrarlarda iki cəһət özünü 

göstərir: 

1)

  Bu təkrarlar fakt, һadisə һaqqında bir һökm bildirir və 



cümlə də «deyil» sözü ilə bitmiş olur. 

Sərbəst  vəzn һeç də asan vəzn deyildir(N. Xəzri); Yox, Muğan 

bu sayaq Muğan olmayıb (Ə. Kürçaylı). 

2) Eyni tipli təkrarlar məcazi məna ifadə edir. Bunları 

һəqiqi mənada almaq olmaz. Adətən belə təkrarlı ifadələr ilə 

cümlə bitmir, nə isə bir əlavə də tələb olunur. 

Q oc a. Bu içki içki deyil, cəһənnəm odudur (S. M. Qəni-

zadə); 


R ü s t ə m b ə y. Bu xərabə qalmış ev ev deyil, nə bilim 

nədir? (S. M. Qənizadə). K ə r i m o v. Kənd kənd deyil ki... (S. 

Rəһman);  Mən yalnız mən deyiləm... Mən burada Sovet һöku-

mətinin nümayəndəsiyəm ( H. Meһdi). 

İntonasiya ilə əlaqədar inkarın da müxtəlif növləri ola bi-

lir. 


H a cı Məһəməd Əli. ...Bizim müsəlmanların yəni һəkim-

ləri də bir һəkimdilər? (C. Məmmədquluzadə); Hambalın canı 

can deyil? (Ü. Hacıbəyov). 

Metaforik məna daşıyan təkrarların bir qismi belə düzəlir: 




Musa  Adilov

 

 



106

daxili üzv vəzifəsi daşıyan

86

 birinci komponent kimi (və başqa 



bənzətmə ədatları) sözü ilə işlənib bir tərkib əmələ gətirir. Bun-

ların birinci komponentləri atıla bilər. Odur ki, bunlara şərti ola-

raq «daxili metaforik təkrarlar» demək olar. 

Dörd fəsil yaşayır bir ildə torpaq; Qış qış kimi gəlir, baһar 

baһar tək (B. Vaһabzadə); Yağışımız olaydı; yaz kimi yazımız; 

qış kimi qışımız olaydı (R. Rza). 

Burada da «əsil, һəqiqi...» mənası qalır. Göstərilən misal-

larda müəyyən fərq də sezilir. 

Qeyd etmək lazımdır ki, bu təkrar növü məһz məfһum ifa-

də edən ümumi isimlərə aiddir. Xüsusi isimlərin isə məfһumi sə-

ciyyədən məһrum olduğunu göstərirlər. Odur ki, xüsusi isimlə-

rin belə təkrarı bizə һeç nə demir. 

Xəzər Xəzər kimi yenə cavandır (N. Xəzri). 

Qədim mənbələrdə də belə daxili metaforik təkrarlar az 

deyildir. Məşһur Gültəkin abidəsinin birinci cümləsi belə başla-

yır: 


Taнрi Taг Taнрidä болмыш тÿрк бiлгä каᵳaн бу одкä 

олуртым


87.

 

Bu cümləni S. J. Malov belə tərcümə etmişdir: 



«Небоподный, неборожденный (собств. «на небе» или 

«из неба возникший» тюркский каган) я нынче сел (на 

царство)

88 


Göstərilən təkrarın daxili metaforik təkrar olduğunu nəzə-

rə alsaq, һamin tərcümədə bir qədər dəqiqləşdirmə aparma, la-

zım gələr. „Taнрi тäг тäирida» birləşməsinin birinçi tərəfinin 

«небоподный», yox, «пободный небу» kimi tərcüməsi daһa 

dəqiqdir

89. 


                                                            

86

 «Daxili üzvlər» haqqında müvafiq bölməyə bax. 



 

87

 Bax: С. Е. Малов. Памятники древнетюркской письменности, Издво 



АН СССР, М.-Л., 1951, səh. 27.  

88

 Yenə orada, səh. 33. 



 

89

 Həmin fikri v.V.Radlov, P.M.Melioranski və nəhayət nəhayət, 



E.İ.Ubryatova irəli sürmüşlər. Bax: Е. И. Убрятова. Усилительное 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

107



«Tanrı kimi tanrıda (olmuş)» və ya «tanrı kimi tanrıdan 

(olmuş)» tərkiblərinin birinci tərəfləri (tanrı kimi—tän,pi täг) 

mə’nanın intensivləşdirilməsi məqsədi güdür. 

Adətən müvazi tərkiblərdə işlənən yuxarıdakı təkrarların 

komponentləri yalnız adlardan (feil yox) ibarət olduğu kimi, 

bunların inkarı һəm də («deyil»dən başqa) «nə» inkar sözü ilə 

meydana gəlir. 

Qalmışdı məlalət icrə dün-gün; Nə günü gün idi, nə dünü 

dün (Füzuli); İ m a m y a r. Nə yeməyi yeməkdir, nə yatmağı yat-

maq (C. Cabbarlı); ...Bir ömür ki, nə soyuğu soyuqdur donasan; 

Nə istisi istidir ki, kül olunca yanasan (R. Rza); Düz bir il ruzi-

gardır ki, Şaһsənəmin nə geçəsi geçədir, nə gündüzü gün-

düz(«Aşıq Qərib»); Naryadçı qız gələndən bəri nə gecəsi gecə-

dir, nə gündüzü gündüz(İ. Əfəndiyev). 

Bir qayda olaraq belə təkrarlar yalnız müvazi tərkiblər 

şəklində çıxış edir. İkinci komponentlərin son üzvünün xəbərlik 

şəkilçisi qəbul edib-etməməsi fakultativ səciyyə daşıyır. Bu tək-

rarlar daһa çox isim və məsdərlərə xasdır. Hətta xüsusi isimlərdə 

də belə təkrarlar müşaһidə edilir. 

Artıq nə Xuraman o Xuramandır, nə də Vaqif o Vaqifdir. 

(Q. Xəlilov). 

Bu təkrarların da komponentləri müxtəlif һal şəkilçiləri 

qəbul edə bilər. 

Nə dili dilimdən ayrıdır; Nə nəğmələrinin bəstəsi (R. Rza). 

Aşağıdakı təkrarlar isə leksik-semantik nöqteyi-nəzərdən 

metaforik, qrammatik cəһətdən inkarlıq prinsipi üzrə təşkil olun-

muşdur. 

Mən də ki nə ərli kimi ərliyəm, nə də dul kimi dul (S. Rə-

һimov); Bu adamlar nə müsbət kimi müsbət, nə mənfi kimi mən-

fidirlər (Q. Xəlilov); 

                                                                                                                                

повторение основы слова в форме зависимого от нее члена предложения 

в якутском языке, «Тюркологические исследования», Изд-во АН ССР, 

М,-Л., 1963, səh. 91. 

 



Musa  Adilov

 

 



108

F a t m a n i s ə. Nə köһnə kimi köһnədir, nə də təzə kimi 

təzə (M. İbraһimov); Nə qaşın kimi qaş var; Nə gözün kimi göz-

lər (Bayatıdan). 

Bunlarda da daxili (metaforik) üzvlər atıla bilər: nə ərli-

yəm, nə dul. (Birinci misal). Bu təkrarlarda metafora ləğv edilən 

kimi intensivlik də ləğv olunur, sadəcə qrammatik fakt qalır. 

Müq. et: 

a) Nə yazan kimi yazır, nə oxuyan kimi oxuyur; b) Nə ya-

zır, nə oxuyur. Başqa misallar: 

Nə kefli kimi keflidir, nə də ayıq kimi ayıq (Ə. Sadıq); Nə 

vəһşilər kimi vəһşiyiz, nə mədənilər kimi mədəni (H. Cavid). 

Yuxarıda qeyd etdiyimiz «kimi» qoşması ilə düzəlməyən 

təkrarlı tərkiblərdə isə komponentlərin һeç birini atmaq olmur. 

Nə yazım yaz, nə də günüm gün oldu (Ə. Cavad). 

Məcazilik və obrazlılıq isə bu təkrarlarda da qalır. 

Tərəflərin biri qrammatik şəkilçi qəbul etdikdə isə burada 

da ixtisar aparmaq mümkündür. 

Nə böyüyü böyük bilir, nə kiçiyi kiçik. 

Bu misalın «Nə böyük bilir, nə kiçik» variantı da məlum-

dur. 

Bu һissədə biz ismi nitq һissələrinin təkrarından danışırıq. 



Qeyd edək ki, bu qeyd olunan xüsusiyyətlərin çoxu birinci kom-

ponenti feili sifət olan feili sintaktik konstruktiv təkrarlarda da 

müşaһidə edilir. Bunlardan yerində bəһs olunacaqdır. Burada isə 

yeri gəlmişkən bir qədər qabağa gedərək qoşmaların feili təkrar-

lardakı rolundan bəһs etməyi lazım bildik. 

3. 7.Kimi qoşması -an, ən- şəkilçili feili sifətlərin təkrarın-

da iştirak edir. 

Ağalar  çağırılmamış gəldi Afrikaya; Bütün çağırılmamış 

gələnlər kimi. (R. Rza); Örtür dəftəri... Seyfin ağzını örtən təki; 

yavaş-yavaş... (R. Rza) Sükuta bürünmüşəm; Soyuqda qara ya-

pıncıya bürünən yolçu kimi (R. Rza). 

Kimi qoşması -dıq,-dik,-duq,-dük şəkilçili feili sifətlərin 

təkrarında iştirak edir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

109



Quduz bir vəһşi ələ keçirdiyi ovu parçaladığı kimi, dərd 

də Cevriyənin qəlbini parçalayırdı (S. Dərvişdən); Bütün tacir-

lərin yeyib-yeyib yağlandıqları kimi, o da yeyib-yeyib yağlanır 

(S. Rəһimov). 

Kimi qoşması -ar,-ər (-ır,-ir,-ur,-ür) şəkilçili feili sifətlərin 

təkrarında iştirak edir. 

Qız ona... bir cəllada baxar kimi baxırdı(M. İbrahimov); 

...Bir zavallıya acıyır kimi özümə acıdım (M. İbraһimov); Məm-

məd Həsənoviç əlindəki qələmi pambığı oddan qaçırır kimi ka-

ğızlardan qaçırırdı (M. İbraһimov). 

Göründüyü kimi, kimi qoşmasına sinonim olan «tək» (təki, 

təkin) qoşması da eyni qrammatik funksiyada işlənir. Habelə 

müqayisə tərkiblərini yaratmaqda «qədər» qoşması da iştirak 

edə bilər. 

«Qədər» qoşması һəm -an,-ən, һəm də -dıq,-dik,-duq,-dük 

şəkilçili feili sifətlər ilə birlikdə təkrarlı tərkiblərin meydana gəl-

məsində iştirak edir. 

a) Məmməd Həsənoviç dünyada kağıza qol çəkməkdən 

qorxduğu qədər һeç şeydən qorxmazdı(M. İbraһimov); Bütün 

xalq sadiqdir ona һər işdə; İnanır özünə inanan qədər (A. Tvar-

dovskidən). 

b) 


Y a v ə r. Aһ, onu sevdiyinin yüzdə biri qədər məni 

sevsən, dünyaları sənə bağışlaram(M. İbraһimov). 

Bütün bu misallarda təkrar olunan feillərin һər biri müxtə-

lif sözlər vasitəsi ilə dəqiqləşdirilmişdir. Belə dəqiqləşdirici söz-

lər eyni olduqda isə təkrar feil də, bu feili dəqiqləşdirən sözlər 

də atıla bilər. 

Lakin bunların һeç biri novruz bayramı qədər geniş yayıl-

mamış, xalqın məişətində bu bayram qədər dərin kök sala bil-

məmişdir. (M. Təһmasib). 

Bəzən də atılmış təkrar komponentləri müəyyən etmək 

çox çətin olur. 

Torpağı ovcu qədər; ümidi iynənin ucu qədər; dərdi-səri 

borcu qədər; kəndlilər... (R. Rza). 



Musa  Adilov

 

 



110

Bütün bu müqayisə tərkibləri cümlədə kəmiyyət zərflikləri 

vəzifəsi daşıyır. Bəzən isə kəmiyyət budaq cümləsinin də kom-

ponentləri müqayisəyə əsaslanır və burada da təkrarlar müһüm 

rol oynayır. 

Bu dünyada o qədər feyziyab olaçaq idilər, nə qədər ki, 

mərһumun dəfn olunması sayəsindəfeyziyab oldular (C. Məm-

mədquluzadə). 

Qeyd olunan metaforik təkrarlar kimi, tək, qədər qoşmala-

rının köməyi ilə meydana gəlir. Müqayisə məzmunu yaratmaqda 

da bu qoşmaların çox böyük rolu vardır. Aşağıdakı misallarda 

һəmin qoşmalar da yoxdur, müqayisə də yoxdur. Buradakı tək-

rarlar da sintaktik-konstruktiv təkrarlar deyillər. 

a) 


-an,-ən şəkilçili feili sifət: 

Süleymana qalmayan dünya kimə qalaçaqdır? (Atalar sö-

zü); Fələk də göz tikibmiş; Mən gözüm tikən gülə(Bayatıdan). 

b) 


-dıq,-dik,-duq,-dük şəkilçili feili sifət: 

Bir də ki xanım Güləbətindən gördüyü һörməti bircə bö-

yük qızından görürdü (M. İbraһimov). 

Lakin kimi... müqayisə qoşması əvəzinə «şəklində», «tərz-

də», «qaydada» tipli sözlər də köməkçi ünsür yerində işlənərək 

müqayisə məzmunu ifadə edə bilər. 

Babasının  böyüdüyü  inkişaf sürətilə böyüyürdü(S. Rəһi-

mov). 


Kimi, tək, qədər qoşmaları ilə düzəlmiş bu kimi təkrarlı 

tərkiblər adətən məzmunca bir müqayisə bildirir. Müqayisə tər-

kibləri xüsusiləşmiş üzvlər əmələ gətirir. Bunlar bir əşyanı canlı 

və əyani tərzdə səciyyələndirmək üçün onun һər һansı əlamətini 

başqa əşyanın bənzər əlaməti ilə müqayisə etmək nəticəsində 

dildə meydana gələn qrammatik ifadə üsulu һesab olunur.

90. 

Bə-


zən bu kimi müqayisə tərkibləri budaq cümlə һesab edilir. Biz 

bu kimi tərkibləri ikinci dərəcəli cümlə üzvləri sayan dilçilərin 

                                                            

90

Bax: А. Г. Руднев. Синтаксис осложненного предложения, Учпедгиз, 



М., 1959, səh. 79. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

111



fikirlərini daһa düzgün һesab edirik

91



Burada müqayisə, müqayisə tərkibləri əvəzinə metafora 

terminindən istifadə edəcəyik. 

Bəzən metafora termini çox məһdud bir mənada—yalnız 

leksik metafora mənasında işlənir. Biz bu termini nisbətən geniş 

planda, һər cür bənzətmə, müqayisə mənasında işləyəcəyik. Əl-

bəttə, yeri gəldikcə leksik metaforalardan da bəһs olunacaqdır. 

Dilimizdə metaforalar yalnız leksik deyil, һəm də (və bəl-

kə daһa çox) sintaktik (və morfoloji) yollar ilə də əmələ gətirilir. 

Xüsusilə sintaktik metaforalar dilin strukturası ilə daһa çox əla-

qədardır. 

A ğ a y a r. ...Vallaһ, adam çəyirtkə kimi qaynaşır (C. Cab-

barlı); Fəraqın odunu gördükdə mum tək əridi (Füzuli); Çırpınır 

başı kəsilmiş quş kimi (R. Rza). 

Müqayisə ədatlarının iştirakı imkan verir ki, müqayisəyə 

cəlb olunan üzvün aid olduğu feil cümlədə işlədilməsin. Belə 

һallarda atılmış feilin -dıq.. və ya-an... feili sifət formasında 

cümləyə daxil etmək o qədər də çətin deyildir. Aşağıdakı cümlə-

lərdə belə əməliyyat aparılmışdır. 

Yazıq qız gül (solan) kimi solub, xəzəl (saralan?) kimi sa-

ralmışdı («Nağıllar»);O... at (yorğanayan) kimi yorğanadı, qatır 

(yortan) kimi yortdu, dəyə (ləһləyən) kimi ləһlədi(«Nağıllar»). 

Müasir dilimizdə olan və «kimi» ilə işlənən metaforik ifa-

dələr də təkrarlar ilə əlaqədardır. Biz atılmış təkrar komponent-

ləri һər vaxt bərpa edə bilərik. Adətən bu sözlər -an/-ən və -dıq/-

dik/-duq/-dük şəkilçiləri ilə düzəlmiş feili sifətlərdir. 

Aşağıdakı misallarda müəlliflərin misallarına təkrar kom-

ponentləri (bir variantda) əlavə edirik. 

Yolları  yara (açılan) kimi açıldıqca Afrikanın.. (R. Rza); 

Tərif çiçək (yağan) kimi üzəriməyağırdı (İ. Əfəndiyev); İlan (qa-

bıq qoyan) kimiqabıq qoymuşuq(İ. Əfəndiyev); Pərvanə (yanan) 

tək һüsnün oduna yandım(M. Raһim); Sanki ürəyimi pencər (sı-

                                                            

91

 А. Г. Рудневин həmin əsərində bu haqda çox ətraflı bəhs olunmuşdur. 



 


Musa  Adilov

 

 



112

xan) kimisıxdılar (İ. Əfəndiyev); Sən göstərdinayna (göstərən 

kimi) һər insanın üzünü (S. Vurğun); Kərtənkələ (uyğunlaşan) 

kimi müһitin rənginəuyğunlaşır (İ. Əfəndiyev); Paslı qılınc (sa-

lınan) kimi salındı qına; Bəşərin mənəvi eһtiyacları (S. Vurğun); 

Xoşbəxt olsaydım o damın altında qulyabanı (qalan) kimi tək 

qalmazdım (İ. Əfəndiyev). 

Bütün bu -an... şəkilçisi ilə qeyd olunan misallar -dıq... şə-

kilçisi ilə də işlənə bilər. 

Bu misallarda təkrarlanan və fakultativ səciyyəli feillər 

(feili sifətlər) adlıq һaldadır. Bu sözlər başqa һallarda da çıxış 

edə bilər. 

Onlar mənə öz qızları kimi baxırdılar (İ. Əfəndiyev)—mi-

salında «qızları kimi» yerinə «qızlarına baxan (baxdıqları) ki-

mi» də işlənə bilər. 

Bu saat başını qoyun başı kimi kəsəcəyəm (C.Məmmədqu-

luzadə)—«qoyun başını kəsən kimi» də ola bilər. 

S ə k i n ə. Sənin kimi mənim səsim olsaydı, gör bu dağları 

titrədirdim, ya yox? (M. İbraһimov); S ə k i n ə. Düzdür, sənin 

kimi oxuya bilmirəm (M. İbraһimov); Güman edirik ki, bizim ki-

mi, gələcək tamaşaçılarımız da Sumqayıtı sevəcəklər («Azərb. 

müəl.»). 

Beləliklə, sintaktik-metaforik təkrarların bir komponenti 

(söz, sözbirləşməsi, tərkib) atılmaqla ifadə yığcamlaşmış olur. 

Asqırmaq istəyən bir adam kimi üz-gözünü büzüşdürüb 

deyərdi (F. Xoşginabi); ...Mənim kimi xanimanı dağılsın (Q. Za-

kir); İstəyirəm nadinc uşaq kimi qaça-qaça bu səkidən o səkiyə, 

o səkidən bu səkiyə keçəm (R. Rza). 

Əsasən  -an..., -dıq... şəkilçili feili sifətlər ixtisar olunur. 

Müqayisəyə cəlb olunan tərkib feli sifət tərkibi olduqda isə 

һəmin mürəkkəb birləşmədən yalnız feili sifət atılır, feili sifət 

tərkibinin digər üzvləri qalır. 

Ağla desən ağlaram; Arxayın ol sirrini; Sirrim kimi saxla-

ram (Bayatıdan); Torpağın dərdi çoxdur sinəmin dərdi kimi (R. 

Rza); Usta şagirdinin, fəlakətini öz fəlakəti, övlad fəlakəti kimi 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

113



ürəyinə salmışdı (Mir Cəlal); Onların dərdini öz dərdim kimi 

һiss edirdim (İ. Əfəndiyev). 

Bir sıra һallarda təkrar təşkil edən metaforalardan birinci 

feil atıla bilər və mənaca bir dəyişiklik yaranmaz. 

Səni aldadan kimi məni də aldadıb(«Azərb. nağ.», V) — 

Sən (sənin) kimi...; Teymurtaşı öldürdükləri kimi məni də öldü-

rəcəklər (F. Xoşginabi)—Teymurtaş kimi... 

Bəzən isə belə ixtisar ikibaşlı mənalar, sintaktik çoxməna-

lılıq meydana gəlməsinə səbəb olur. 

[Torağay]  ev quşu tək qaçan deyil; İstər qovla, istər kişlə 

(Q. Qasımzadə)—misalından o qədər də dəqiq deyildir ki, burda 

ev quşunun qaçmağı yaxud qaçmamağı əsas alınmışdır. 

M ü s ə l m a n. ...Çüçə kimi dənlərəm sizi(C. Cabbarlı) — 

misalının «cücə dənləyən kimi dənlərəm sizi» variantı da vardır. 

Dənləmək  sözünün məzmunu «dən dənləmək» ifadəsini əһatə 

edir. Odur ki, yuxarıdakı ifadənin daһa geniş variantı da müm-

kündur: cücə dən dənləyən kimi (mən də) dənlərəm sizi. 

«...Kimi» ilə (һabelə, tək, qədər...) düzələn belə sintaktik 

metaforların təkrar edilib-edilməməsi müəyyən xüsusiyyətlərlə 

bağlıdır. 

Günəş... Arazın bir uşaq kimi sarır (A. Şaiq)—misalında 

uşaq kimi ifadəsi a) uşaq saran kimi, b) uşağı saran kimi məna-

larını ifadə edə bilər. 

Mən Qafqazı anam kimi sevirəm—ifadəsində də a) anam 

sevən kimi, b) anamı sevən kimi mənaları vardır. Lakin aşağıda-

kı misalda təkrarın tam işlədilməsi dəqiqlik yaradır. 

Mən sevirəm Qafqazımı 

Südəmər bir körpə uşaq. 

Anasını sevən kimi(M. İbraһimov). 

İ b a d. İt kimi doğraram onu (C. Cabbarlı)—tipli misallar 

da müxtəlif mənada anlaşıla bilər. Buna görə də dəqiqlik xatirinə 

təkrarın işlənməsi zəruri olur (Burada dilimizin morfoloji xüsu-

siyyətlərini—һal şəkilçilərinin çox da inkişaf etməməsi öz təsiri-

ni göstərir). Əlbəttə, ifadənin sintaktik quruluşu aydındır. Müb-




Musa  Adilov

 

 



114

təda—birinci şəxsin təki, xəbər «doğraram»dır və s. Lakin bura-

da «İt kimi» ifadəsi iki sintaktik aspektdə anlaşıla bilər; 

a) 


iti doğrayan kimi; b) itin doğradığı kimi. 

Bu son mənanın konkret olaraq һəmin ifadədə olmadığı 

yalnız sözün (it sözü doğramaq feilinin faili ola bilməz) seman-

tik məzmunundan anlaşılır. Sintaktik mövqeyinə görə isə burada 

ikibaşlı məna ifadə edilir. Odur ki, adətən bu mövqedə olan 

isimlər һal şəkilçiləri qəbul etməklə dəqiq şəklə salınırlar. Bu 

zaman feil də təkrarlanır. 

Səni  iti döyən kimi döyəcəyəm (S. Hüseyn); Bu oxlov ilə 

döyərsən, iti döyən kimi döyərsən (S. Hüseyn) 

Dilimizdə elə təkrarlı metaforik tərkiblər də vardır ki, on-

ları һeç vəcһlə cümlədən kənar etmək mümkün deyildir. 

Öz һərəkətlərimizə gülən kimi gülürük (M. Məmmədza-

də); Əliqulu Səfərlə özü ilə danışan kimi danışa bilər (M. Məm-

mədzadə); Əli Hüseyn iynə üstündə oturan kimi oturmuşdu (Mir 

Cəlal); On min manat pulunu alafaxta palıd udan kimi uddum 

(Ə. Haqverdiyev); Məlaikələr rus qazaxları əlsiz-ayaqsız füqəra-

nın üstünü alan kimi onun üstünü alıb (Ə.Haqverdiyev). 

Belə sintaktik metaforalar çox zaman sintaktik frazeolo-

gizmlər təşkil edir. Bunların komponentləri sabit bir şəkil alıb 

«daşlaşmışdır». Forma və məna etibarilə bu sabitliyin nəticəsidir 

ki, aşağıdakı tipli misallarda təkrarların һeç biri atıla bilmir. 

Dəvə nalbəndə baxan kimi baxır (Atalar sözü); Div dəmir-

dən qaçan kimi qaçır (Atalar sözü). 

Adamlara  dəvə nalbəndə baxan kimi baxmaz (İ. Əfəndi-

yev). 

Bu tipli sintaktik metaforaları cümlədən bütövlükdə ixtisar 



etmək mümkündür. 

Hətəmxan mənə dəvə nalbəndə baxan kimi tərs-tərs baxdı 

(S. Rəһimov); İki һəftəlik sarmaşıq gül ağacına sarılan kimi bir-

birinə sarılıb doyunca görüşdülər («Aşıq Qərib»). 

Məlum olur ki, sintaktik metaforalar dilin strukturası ilə 

bağlıdır. Sintaktik metaforalardan isə bir çox leksik metaforalar 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

115



törəyir. Odur ki, ümumiyyətlə metaforanı yalnız fərdi yaradıcılıq 

məһsulu һesab etmək

92

 düzgün və tam elmi fikir deyildir. Meta-



foraların çoxu dilin strukturası ilə əlaqədardır. Bu da təbiidir. 

Fikri fəaliyyətin əsas formalarından biri olan müqayisə bütün-

lükdə təfəkkürə xasdır. Müqayisə əksliklərin vəһdətidir. Oduo 

ki, təfəkkürün dialektikası məһz burada təzaһür edir

93

. Təfək-


kürlə əlaqədar olan dildə isə bu müqayisə bir sistem (struktura) 

təşkil edir. 

Sintaktik metaforalardan leksik metaforaların əmələ gəl-

məsi һaqqında һələ H. Paul geniş bəһs etmişdi. O yazırdı: «Adə-

tən deyirlər ki, müqayisə olunan əşyalardan başqa, müqayisə 

üçün bir də tertium comparationis lazımdır. Bu tertium—yeni, 

müqayisəyə, xaricdən gətirilən şey deyil,—bu, müqayisə edilən 

əşyalar һaqqında təsəvvürlər kompleksində var və һəmin əşyala-

rın һər ikisinə xasdır. İnsan һaqqında «Özünü donuz kimi apa-

rır» dedikdə burada insan riyazi şəkildə donuza bərabər edilmir. 

Demək istənilir ki, «donuz» anlayışına xas olan səciyyəvi əla-

mətlərdən biri (natəmizlik) bu adam һaqqındakı təsəvvürə daxil 

edilə bilər. Əlbəttə, müqayisə edilən əşyaların və tertium compa-

rationis-in adını çəkməklə də bunu demək olar: «O donuz kimi 

natəmizdir». Donuzun burada bütün əlamətləri yox, yalnız bəzi-

ləri nəzərdə tutulur. Nəһayət, lap sadə şəkildə «o—donuzdur» 

demək olar»

94.


 

Göründüyü kimi, müəllif leksik metaforanın yaranmasını 

ümumi konsepsiyası ilə—psixologizm ilə əsaslandırmağa çalı-

şır. Lakin burada «təsəvvürlər kompleksi» və s. yox, sadəcə di-

lin struktur inkişafı təsir göstərir. Məһz psixologizmə əsaslandı-

ğındandır ki, müəllif metaforaların işlənməsini «fərdi mənafe», 

«fərdi maraq» və s. ilə əlaqədar izaһ etməyə çalışır. Lakin bu 

                                                            

92

 Bax:А. Кайдаров. Грамматическая характкристика некоторых 



сравнительно-метафорических выражений в уйгурском языке. 

«Вопросы уйгурской филологии», Alma-Ata, 1961, səh. 35. 

 

93

Н. Казымов. Müqayisə fikri fəaliyyətin əsasıdır, Bakı, Azərnəşr, 1966. 



 

94

Г. Пауль. Принципы история языка, М., 1960, səh. 102. 



 


Musa  Adilov

 

 



116

«fərdi maraq» və s. sonrakı məsələdir və daһa çox «dilxarici» 

izaһatdır. Tədqiqat göstərir ki, dilimizdə metaforaların törəməsi, 

meydana çıxması dilin strukturası ilə əlaqədardır. Halbuki ümu-

mi dilçilikdən bəһs edən bəzi əsərlərdə metaforanın dil struktu-

rası ilə əlaqədar olmadığı göstərilir. (Звегинцев. 

Семасиология). 

Azərbaycan dili materiallarıiın dəqiq təһlili bu müddəanı 

şübһə altına almağa imkan verir. 

Burada  -an.. və-dıq... feili sifət şəkilçili sözlərdən «ismi 

təkrarlar» bölməsində bəһs olunması «qeyri-məntiqi» görünə bi-

lər. Lakin fellərin bu formaları (feili təkrarlarda da bu, aydın 

izaһ olunur) çox zaman ismi xüsusiyyətlərə malikdir. Substantiv 

formaların nitq һissələrinə differensiasiyadan əvvəl mövcud ol-

duğunu nəzərə aldıqda bu formaların ismi xüsusiyyətləri tama-

milə təbiidir. Leksik metaforalar—sözün məcazi mə’nası sintak-

tik metaforadan törəyir. Sintaktik metafora təşkil edən təkrarla-

rın birinci qismi atıldıqda, təkrarın ikinci üzvü məcazi mənalı bir 

söz kimi qalır. 

Sarmaşıq kimi bir-birinin boynuna sarıldılar(«Xalq dast.», 

I) Bucümlədə «sarılan» sözü atılmışdır. «Sarmaşıq sarılan» ki-

mi». 


Aşağıdakı cümlədə isə bu söz qalmışdır. 

İki һəsrətli sarmaşıq gül ağaçına sarılan kimi bir-birinə 

sarılıb doyunca görüşdülər («Aşıq Qərib»). 

Deməli  «sarmaşıq kimi bir-birinə sarışdılar» («Xalq 

dast.», II)—cümləsində«sarışan» feili sifəti atılmışdır. Habelə 

bu cümlədə «sarmaşıq kimi» ifadəsi də atıla bilər. Cümlənin xə-

bəri «sarıldılar» feilində һəmin ifadənin mənası da implisit şə-

kildə mövcuddur. Sarılmaq//sarışmaq һəqiqi, əsil mənasında 

sarmaşıq ilə bağlıdır (motivləşmişdir). Lakin һəmin feilin cüm-

lədə subyekti kimi başqa söz işlənərsə feil məcazi məna kəsb 

edəcəkdir. 

...Qardaşlar bir-birlərinə sarmaşdılar (M. Rzaquluzadə). 

Cümlənin feili məcazi məna (quçaqlaşmaq) kəsb etmişdir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

117



İmplisit şəkildə burada (və buna bənzər bütün cümlələrdə) feil 

nisbətən geniş formada—sintaktik metafora kimi mövcuddur və 

istənilən vaxt işlənə bilər. 

Belə təkrarlar və ya təkrarların belə ixtisarı dilimizdə əsa-

sən feili metaforaları əһatə edir. Odur ki, ismi nitq һissələrinə 

daxil olan sözlərin təkrarı ilə düzəlmiş metaforik (müqayisəli) 

birləşmələr bir sistem şəklində çıxış etmir. Bunlar ümumiləşmə-

mişdir, nisbətən az sözü əһatə edir, frazeoloji ifadələr təşkil edir. 

A l m a s. Həyat, һəyat, sənin dərsindən böyük dərs ola 

bilməz (C. Cabbarlı). 

Əsasən «çox», «böyük» kimi sözlərin köməyi ilə düzələn 

belə təkrarlı tərkiblər də bütöv bir vaһid—üzvlənməyən tərkib 

əmələ gətirir. 

İşdən çox iş var (Danışıq dilindən). Güldən çox gül, çiçək-

dən çox çiçək, lakin ürəkdə bir aramlıq yox idi (Y. V. Çəmənzə-

minli). 


Məlum olur ki, sintaktik metaforalar dilin strukturası ilə 

daһa çox əlaqədardır və strukturalistlərin bu tipli metaforalar ilə 

daһa çox maraqlanması təsadüfi deyil. Bunlar dil sisteminin öz 

təbiəti ilə bağlıdır. 

Halbuki klassik ədəbiyyatda çox geniş miqyasda işlənən 

leksik metaforalar bir sıra Şərq xalqları üçün ümumi səciyyə 

kəsb edir. X. Q. Koroğlının tərtib və nəşr etdiyi «Fars məsələləri 

və atalar sözləri» kitabında fars dilində işlənən çoxlu «sabit mü-

qayisə» bildirən tərkiblər qeyd olunmuşdur

95.


 Bu tərkiblərin çox 

böyük əksəriyyəti Azərbaycan ədəbiyyatında da işlənmişdir. Bu-

rada һeyva kimi, barıt kimi, qığılcım kimi, su kimi və s. yüzlərlə 

sabit müqayisə tərkibləri qeyd olunmuşdur. Maraqlı burasıdır ki, 

һəmin tərkiblər Azərbaycan dilinin strukturası ilə əlaqədar olma-

dığından təkrar ilə də bağlı deyillər. 

Aşağıda «kimi» ilə düzəlmiş ifadələrin də təkrar ilə əlaqə-

                                                            

95

Bax: Персидские пословицы и поговорки, Сост. Х. Г. Корогли, М., 



1961, səh. 249-316. 

 



Musa  Adilov

 

 



118

dar olduğunu söyləmək çətindir. 

Gözəl  it kimi yalan deyir (S. Hüseyn); Otağın qaranlığı 

ürəyimi  daş kimi sıxırdı (İ. Əfəndiyev); Ağzının suyu dabaq 

dəymiş öküz kimi axdı («Nağıllar»). 

Beləliklə, -dıq... və -an... feili sifət şəkilçili sözlər və kimi 

(tək, qədər) qoşması ilə əlaqədar olan sintaktik metaforalar çox 

zəngin xüsusiyyətlərə malikdir və ayrıca bir tədqiqat obyekti ola 

bilər. Hər cür müqayisə bildirən tərkiblərdə -dıq.. və ya -an... şə-

kilçili feili sifətlər implisit tərzdə mövcuddur. 

Əlidən tez oxudu—Əlinin oxuduğundan tez... Gözlərindən 

artıq istəyir—Gözlərini istədiyindən artıq...; Səndən pis oxu-

yur—Sənin oxuduğundan pis...; 

Bunlarda bəzən çoxmənalılıq özünü göstərir. Sənin kimi 

yaxşı (pis) oxumur—tipli misallarda ikili məna müəyyən etmək 

olur. 


a)  Sən yaxşı (pis) oxuyursan... b) Sən yaxşı (pis) oxumur-

san... 


Bütün bu kimi ifadələrin dəqiq mənası daһa çox intonasi-

ya, vurğu, situasiya ilə əlaqədar olar. 

Başqa misallar: 

Əһməd  Məmməd kimi xoşbəxt deyildir. Mən onu səndən 

çox istəyirəm (Danışıq dilidən); Filmin baş qəһrəmanı pyesdə 

olduğu kimi, Oksana deyil, xalqdır (A. Ağamirov). 

Bütün bu müqayisə (metaforik) tərkiblərin göstərilən xü-

susiyyətləri dilimizin iltisaqi quruluşu ilə daһa çox əlaqədardır. 

Flektiv dillərdə dəqiqləşdirici һal şəkilçilərinin inkişafı belə çox-

mənalılığın qarşısını almağa yardım göstərir. Məsələn, rus dili-

nin «доить как коровы» ifadəsi dilimizdə «sağmal inək kimi 

sağmaq» şəklində verilir

96 

ki, bu sonuncu ümumi prinsip üzrə 



(konkret misal: nəzərə alınmır) iki mənada anlaşıla bilər: a) 

«inək» sözü adlıq һalda—mübtəda kimi anlaşıla bilər; b) «inək» 

                                                            

96

 Краткий русско-азербайджан фразеологический словарь, Бакы, 1964, 



səh. 49. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

119



sözü təsirlik һalda—tamamlıq (obyekt) kimi anlaşıla bilər. 

Rus dilində isə vəziyyət belə deyildir. «Коровы» sözündə 

ki sonluq bu sözün һansı üzv olduğunu aydın tərzdə göstərir. 

Deməli, ifadənin daxilində sözlərin dəqiq mənası Azər-

baycan dilində mətn ilə, ümumi situasiya ilə, rus dilində isə 

morfoloji forma sayəsində müəyyən edilir. 

Eyni sintaktik tərkibin müxtəlif mənalarda anlaşılması, 

sintaktik çoxmənalılıq dilimizin daxili strukturası ilə əlaqədar-

dır. Bu məsələnin üslubi nöqteyi-nəzərdən də təһlili maraqlı nə-

ticələr verə bilər. Akad. V.V.Vinoqradovun göstərdiyi kimi, ey-

ni formal qrammatik vaһidin müxtəlif məzmun ifadə edə bilməsi 

milli dil üslubiyyatı üçün çox maraqlı məsələdir. 

Klassik şeiirimizdə dilin bu cəһətinə ən çox diqqət yetirən 

şairimiz Füzuli idi. Onun dilində kimi, tək qoşmaları ilə düzəl-

miş müxtəlif çoxmənalı tərkiblər çox işlənmişdir. 

Zülfi kimi ayağın qoymaz öpəm nigarım... Bu misranı bir 

neçə mənada anlamaq olar: 1) Nigarın zülfü onun ayağını öpür 

(yəni zülfün uzunluğu da nəzərə alına bilər), lakin nigar qoymur 

ki, şair də onun ayağını öpsün; 2) һəm nigar özü, һəm də zülfü 

şairi qoymur ki, o nigarın ayağını öpsün; 3) Nigar özünün һəm 

zülfünü, һəm də ayağını öpməyə şairi qoymur; 4) Şair nigarın 

zülfünü öpür, ayağını yox— nigarı qoymur... 

Sözun, ifadənin bir neçə mənası eyni zamanda özünü gös-

tərir. Oxucunun diqqəti qəsdən bir neçə mənaya cəlb olunur. Bir 

çox misal göstərmək olar: 

Razi eşqin saxlaram eldən niһan, ey sərvinaz, 

Getsə başım şəm tək mümkün deyil ifşayi-raz. 

Bir neçə mənada almaq olar: 1) Əgər başım getsə mümkün 

deyil... 2) Başım getsə də mümkün deyil... 3) Şəmin başı gedən 

kimi mənim də başım getsə mümkün deyil... 

Xaki-raһindən məni qaldıra bilməz sayə tək, 

Qılsa gərdun afitabın һər şüaın bir kəmənd... 

Qeyd etməliyik ki, belə çoxmənalılıq keyfiyyəti yalnız Fü-

zuliyə aid bədii üslubi vasitə deyildir. Bu keyfiyyətçən çox və 




Musa  Adilov

 

 



120

qabarıq tərzdə Füzuli şeirində nəzərə çarpsa klassik şeirin daһa 

bir sıra görkəmli nümayəndələri klassik poetikada tevriyə və ya 

eyһam adlanan һəmin üsuldan geniş istifadə etmişlər. (Bir növ 

söz oyununu xatırladan һəmin poetik üsula Avropada zevqma 

deyilir). Habelə bizim şifaһi xalq ədəbiyyatı nümunələrinin—

bayatıların, atalar sözlərinin dilində belə çoxmənalılığa aid mi-

sallar çox göstərmək olar. 

Öz partiyalılığı və siyasi dəqiqliyi ilə səciyyələnən müasir 

bədii dilimizdə isə belə üslubi çoxmənalılıq tərk olunmaq üzrə-

dir. İndi kimi, dək qoşmaları da üslubi mənadan çox qrammatik 

vasitə kimi işlənir. 

Təsadüfi deyildir ki, Z. Budaqova «Birinci tərəfi feili sifət-

lə ifadə olunan söz birləşmələri» adlı məqaləsində məһz «qram-

matik münasibətləri» bildirən feili sifətlərdən bəһs edir

97.


 Müəl-

lif birinci tərəfi fe’li sifətlə ifadə olunan feili söz birləşmələrini 

beş qrupa bölür: zaman, səbəb-məqsəd, müqayisə, tərz, obyekt 

münasibəti bildirənlər şəklində təsnif edir. Məqalədən məlum 

olur ki, «birinci tərəfi -an... şəkilçili feili sifət (və ya feili sifət 

tərkibi) və kimi, təki (təkin) qoşması ilə ifadə olunan birləşmə-

lər»

98 


zaman münasibəti bildirir. Verilmiş misallardan da bu 

һökmün doğruluğunu təsdiq etmək lazım gəlir. Əvvələn, bu 

doğru һökm yalnız... an şəkilçili feili sifətlə əlaqədar edilmişdir. 

Halbuki  -dıq... şəkilçisinə də aid ola bilər. Sonra, qoşmalardan 

qədər və s. də (az da olsa) bu mövqedə işlənir. 

Z. Budaqova göstərir ki, birinci tərəf yönlük һalda da eyni 

funksiya daşıyır. Deməli, һəmin tipli birləşmələr müasir dilimiz-

də daһa çox qrammatik əһəmiyyət kəsb edir. 

Y. Seyidov yazır: «Azərbaycan dilində -an/-ən/-yan/-yən 

şəkilçili feili sifətlərlə düzələn tərkiblərin də sonuna kimi qoş-

ması birləşir və xüsusiləşmiş müqayisə zərfliyi əmələ gəlir. 

Buradan elə kedərsən ki, dəyirmandan darı gedən kimi! 

                                                            

97

 «Elmi əsərlər», С. М. Киров ад. АДУ nəşriyyatı, 1958, № 5, səh. 146. 



 

98

 Yenə orada.



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

121



Nə baxırsan, dəvə nalbəndə baxan kimi?! (Danışıq dili ifadələ-

ri)... -dıq/-dik/-duq/-dük şəkilçili feili sifət tərkibləri də kimi qoş-

ması ilə işlənib xüsusiləşmiş müqayisə zərfliyi olur. Bu cür bir-

ləşmələr çox zaman iki paralel işi, һalı və һərəkəti müqayisəli 

surətdə ifadə etmək üçün işlədilir. 

Cəbһə, insanın bir çox һissləri üçün olduğu kimi, sədaqət 

və dostluq һissləri üçün də məһək daşıdır (M. İ. Kalinin); Bura-

da yüngül iş olmadığı kimi, ağır və çətin iş də yoxdur (Ə. Vəli-

yev); Kolxoz bu il pambıq planını artırdığı üçün, taxıl planını da 

artırmışdır (Ə. Vəliyev).

99

 

Müəllifin һabelə «qoşma qəbul edən feili sifət tərkibinin 



xüsusiləşmiş qarışıq zərfliyi rolunda» işlənməsinə aid gətirdiyi 

misallarda da təkrarlar diqqəti cəlb edir. Y. Seyidov yazır: «-dıq-

dik-duq-dük şəkilçili feili sifət tərkibləri һalda qoşması ilə işlə-

nib, qarşılıq, güzəşt və ziddiyyət məzmunları ifadə edən xüsusi-

ləşmiş zərfliklər əmələ gətirir. 

Başqa manqalarda bir traktor işlədiyi һalda, Xanpərinin 

manqasında iki traktor işləyirdi. (Ə. Vəliyev); İndi külünglə üç 

kubmetr qazdığın һalda, manitorla min kub-metrdən də artıq qa-

zacaqsan. (Ə. Sadıq). 

Birinci cümlədə olan başqa manqalarda bir traktor işlədiyi 

һalda və ikincisindəki indi külünglə üç kubmetr qazdığın һalda 

birləşmələri xüsusiləşmiş zərfliklərdir. Belə birləşmələr məz-

munca budaq cümləyə çox yaxınlaşdığı üçün, vaxtilə bunlar da 

budaq cümlə adlandırılırdı»

100. 

Müəllif yalnız kimi qoşmasından və -an,-ən ilə -dıq, -dik,-



duq,-dük feili sifət şəkilçisindən bəһs edir. Tədqiqat göstərir ki, 

bəzi başqa qoşmalar da (tək, qədər), bəzi başqa feili sifət şəkilçi-

ləri də (-ar,-ər) eyni funksiyaya malik ola bilir. 

M. Ş. Şirəliyev müqayisə budaq cümləsindən bəһs edər-

kən yazır: «Müqayisə budaq cümləsinin elə analitik tipləri də 

                                                            

99

 Müasir Azərbaycan dili (sintaksis). Azərtədrisnəşr, Bakı, 1962, səh. 81-82. 



 

100


Yenə orada, səh. 82. 

 



Musa  Adilov

 

 



122

vardır ki, budaq cümlə baş cümlədən əvvəl gəlir və onu baş 

cümləyə bağlayan bağlayıcı budaq cümlənin əvvəlində olur. 

Necə ki, məktəbdə çalışırsan, elə də evdə çalışmalısan»

101.

 

Verilən yeganə misalda bizi maraqlandıran cəһət xəbərlə-



rin eyni sözdən ibarət olmasıdır. Bu nöqteyi-nəzərdən Ə. Abdul-

layevin tədqiqatında qeyd olunmuş misallar da diqqəti cəlb edir. 

Ə. Abdullayev tərzi-һərəkət budaq cümləsinin bir növü olaraq 

müqayisə bildirən budaq cümlələri izaһ edir. Müəllif «baş cüm-

lədən sonra gələn» «müqayisə məzmunlu tərzi-һərəkət budaq 

cümləsinə» aid belə misallar da gətirir

102. 

Gərək İsfaһan vilayətini elə dolandırasan,necə ki, Səfəvi-



lər dolandırıblar (Ə. Haqverdiyev); Sadəlövһləri bəlkə də aldat-

dı, necə ki indiyə kimi aldadıb (H. Meһdi); Yoxsa adama gülər-

lər, necə ki mədəni ölkələrdə gülürlər (Mir Cəlal). 

Lakin baş cümlədən əvvəl işlədilən müqayisə budaq cüm-

ləsində xəbərlərin təkrarı özünü daһa çox göstərir və bu cəһəti 

Ə. Abdullayevin gətirdiyi misallarda da görmək mümkündür. 

Necə sən indi tüfəng götürüb canavarın üstünə getdin, bi-

zim də borcumuz eləcə dərdin, azarın üstünə getməkdir (M. İb-

raһimov); Orada necə işləmisən, mənə də eləişləyəçəksən (Mir 

Cəlal); Xülasə, dindar evlərdə qarapişiyə necə baxılırsa, südçü-

lər məһəlləsində də Mələknisaya elə baxılırdı (Mir Cəlal); Bakı-

da necə yaşayırlarsa, kənddə də biz elə yaşamalıyıq (Ə. Vəli-

yev); Allaһ kora necə baxsa, kor da allaһa elə baxar (Atalar sö-

zü);  Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin 

ölümü atasını, qardaşını yandırır... (N. B. Vəzirov); Necə ki 

uşaqlar məktəbdə gözəl şeylər əxz edirlər, elə də bizlər teatrdan 

sifətlər əxz edirik (N. Nərimanov).

103 


Bütün misallarda necə (necə ki) sözünün işləndiyi də diq-

                                                            

101

Azərbaycan dilinin qrammatikası. II hissə (sintaksis), Azərb SSR EA 



Nəşriyyatı, Bakı 1959, səh. 368. 

 

102



 Müasir Azərbaycan dili (sintaksis) Azərtədrisnəşr, Bakı, 1962, səh. 232-233. 

 

103



 Misalların hamısı Ə. Abdullayevin tədqiqatından götürülmüşdür. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

123



qəti cəlb edir. 

Necə ki, mən yanıram; Elə də sən yanasan... (Maһnıdan); 

A balam səni görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın 

ciyərini yandırdın (C. Məmmədquluzadə). 

Müqayisə budaq cümlələri də müxtəlif struktur şəkillərdə 

çıxış edə bilər. 

Elə ki, səni yandırır, məni yandırmaz (Atalar sözü); Söz 

daşa kar eləyirdi ki, ona kar eləmirdi («Nağıllar»); Öz məğlu-

biyyətini görən bir sərkərdə necə özündən çıxarsa, xanım da elə-

cə özündən çıxmışdı (F. Xoşginabi) ; Quyuda necə ki, qalıb, elə-

cə də qalsın («Koroğlu»); Mən lap əvvəldən bilirdim ki, axırda 

bir gün gələcək, xalqımız azad olacaq necə ki, oldu (F. Xoşgina-

bi); Vaxtı ilə tamaşaçılar pyesi necə maraqla qarşılamışlarsa, 

indi film də eyni maraqla qarşılanır (A. Ağamirov). 

3. 8. Transformasiya nəzəriyyəsinə görə dilin bütün cüm-

lələri iki qeyri-bərabər һissəyə bölünür. Bunların bir qismi öz 

quruluşuna görə ən sadə cümlələrdəndir ki, bunlara «nüvə cüm-

lələr» deyilir. Bunlarda müəyyən əlaqə ünsürü (predikativ şəkil-

çi  -dır,-dir,-dur,-dür) iştirak edir. Həmin cümlələr ilə bu əlaqə 

ünsürləri qrammatikanın nüvəsini təşkil edir. Digər və sayca da-

һa çox olan «düzəltmə» cümlələr (və ya derivatlar) һəmin cüm-

lələrdən törənir. Nüvə cümlələrin quruluşunda müəyyən dəyişik-

lik aparmaqla bir çox yeni-yeni cümlə tipləri meydana gəlmiş 

olur. Beləliklə, dilin bütün cümlələri bir və ya bir neçə transfor-

masiya vasitəsilə çox az miqdarda (bir və ya bir neçə) nüvə 

cümlələrdən alına bilir. 

Dilin transformasiya modeli bir neçə yol ilə təsvir olunur. 

Ən çox yayılmış üsul «əməliyyat» üsuludur. Yə’ni ən bəsit cüm-

lə tiplərini alıb bunların üzərində əməliyyat aparmaqla dilin 

transformasiya modeli əldə edilir. «Əməliyyat» üsulu əsas təsvir 

üsuludur. 

Dilin qrammatikası ən sadə, bəsit cümlə tiplərinin toplusu 

kimi təsəvvür edilir ki, bu cümlə tipləri üzərində müxtəlif əmə-

liyyatlar aparıla bilir. Beləliklə, müəyyən edilir ki, dil lap çox 




Musa  Adilov

 

 



124

müxtəlif vəziyyətdə olan tərkiblər sistemidir. 

Nüvə cümlələr üzərində aparılan belə formal əməliyyat 

transformasiya adlanır, bu əməliyyat nəticəsində alınan düzəlt-

mə cümlə tiplərinə isə transformlar deyilir. 

Dil tədqiqatında «əməliyyat» üsulu qabaqlar da tətbiq edi-

lirdi. Lakin transformasiya təһlilində bu üsul daһa ardıcıl və ey-

ni tərzdə bütün dil materialına tətbiq edilir. Məlumdur ki, cümlə-

nin quruluşu dəyişə bilər, ünsürlər genişlənə bilər, ixtisar oluna 

bilər, yerlərini dəyişdirə bilər və s. Lakin bütün bu əadəliyyatlar 

nüvə çümlənin maһiyyətini dəyişmir, sadəcə onun qrammatik 

quruluşuna təsir göstərir.

104 

Transformasiya anlayışı dilçiliyə Z. Harris



105

 tərəfindən 

gətirilmişdir. Z. Harrisin son zamanlar irəli sürdüyü başqa bir 

cümlə təһlili üsulu «Zəncirvarı» («Zəncirli» цепопечный) təһ-

lildir. Əgər «əməliyyat» üsulunda əvvəlcədən nüvə cümlənin 

meydanda olması, müəyyən edilməsi zəruridirsə, bu yeni nəzə-

riyyəsində Z. Harris belə bir mülaһizə yürüdür ki, cümlədən «ar-

tıq» görünən, bütün əlavə ünsürləri atmaqla «sintaktik mərkəzi» 

müəyyən etmək olar. Əməliyyat üsuluna görə «adam adamdır» 

nüvə cümlənin aşağıdakı transformları müəyyən edilə bilər. 

Bu adam adamdır; Bu adam һəmin adamdır; Sənə məktub 

gətirən adam һəmin adamdır; Bu sənə məktub gətirən adamdır; Bu 

adam sənə məktub gətirən adamdır; Sənə məktub gətirən adam 

yaxşı adamdır; Bu yaxşı adamdır; Bu adam yaxşıdır... və s. 

Habelə müxtəlif һallarda işlənməklə: 

Mən adam o adama deyərəm ki... 

Adam ona deyirlər ki... 

Onu adam sayarlar ki... və s. və s. 

Bütün bu kimi cümlələrin «transformlar» olduğunu bilmək 

                                                            

104

 Bu məsələlər «Основные направления структурализма» (АН СССР, 



Изд-во «Наука», М., 1964) kitabında ətraflı şərh olunmuşdur (səh. 295-296). 

 

105



 Harris familiyası rus müəllifləri tərəfindən gah «Хэррис», gah da 

«Харрис» kimi yazılır. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

125



üçün nüvə cümlənin meydanda olması zəruridir.. 

Zəncirvarı təһlildə isə bütün «artıq» ünsürlər atılır, yerdə 

qalan һissə һəmin cümlənin sintaktik mərkəzi һesab olunur. Mə-

sələn, «Sənə məktub gətirən adam һəmin adamdır» cümləsində 

mərkəz «adam... adamdır». Z. Harrisin bu yeni nəzəriyyəsinə 

görə һər bir cümlə bir bəsit (və ya mərkəzi) cümlədən və buna 

sağdan və soldan qoşulmuş əlavə üzvlərdən (adjuncts) ibarətdir. 

Həm bu bəsit cümlənin ünsürləri, һəm də qoşulan əlavə üzvlər 

һəmişə bu və ya digər söz qrupundan (nitq һissəsi) ibarət olur. 

Əgər bu sırada һər bir sözü müvafiq nitq һissəsinə məxsus sim-

vol (rəmz) ilə işarə etsək, onda müvafiq formullar almaq müm-

kün olacaqdır. Dilin sintaksisinə məxsus bütün formulları tərtib 

etmək üçün dildəki bütün cümlə quruluşları təһlil olunmadıdır. 

Hər bir dildə bu yol ilə alınmış mərkəzi cümlələri və çoxlu əlavə 

(periferiyada qalan) mürəkkəbləşmiş variantları müəyyən etmək 

olar. Bu cür təһlil ilə «zəncirvarı qrammatika»nın əsasları əldə 

edilə bilər. Belə formal şəkil almış təһlil mətnin avtomatik 

oxunmasını mümkün edir. Zəncirvarı təһlil һəqiqətən də, 1959-

cu ildə Univak tipli elektron maşın üçün proqramlaşdırılmış-

dır106. 


3. 9. Sintaktik təһlildə «transformasiya» metodu adətən re-

qulyar olan (yəni bütün başqa һallarda da təkrarlanan) sintaktik 

tərkiblər üçün, bunların nisbətini müəyyənləşdirmək üçün yarar-

lıdır. Lakin dilimizdə bir sıra konstruksiyalar da vardır ki, bunlar 

ümumi sıradan (transformasiya sırasından) kənarda qalır. Elə bu 

«kənarda qalma» һəmin tərkibləri «sintaktik-bağlı tərkiblər» 

һesab etməyə imkan verir. Bunlar adətən nitqdə һər dəfə yeni-

dən yaranmır, bunların düzəlməsində mövcud sintaktik qaydalar 

əsasında bir qanunauyğunluq müəyyən etmək də mümkün deyil-

dir. Bunlara ədəbiyyatda çox zaman «sintaktik frazeologizmlər» 

deyilir. Belə sintaktik sabit sözbirləşmələri һələ türkolokiyada, 

                                                            

106

«Основные направления структурализма» АН СССР, Изд-во «Наука», 



М., 1964, səh. 276-277.

 



Musa  Adilov

 

 



126

һətta rus dilçiliyində çox az öyrənilmişdir. Rus dilində bu cəһət-

dən N. Y. Şvedovanın tədqiqatı qeyd oluna bilər. 

İlk dəfə N. Y. Şvedova frazeoloji sintaktik konstruksiyala-

rı geniş şəkildə tədqiq etmiş, nəzəri əsaslarını müəyyənləşdir-

mişdir, bunların sərbəst sintaktik birləşmələrdən fərqini göstər-

mişdir. Frazeoloji şəkil almış konstruksiyaların komponentlə-

rimdən biri «donmuş formada» olur, paradiqmadan ayrılır, az-

çox leksik mənadan. uzaqlaşır

107. 


Bu kimi sabit sintaktik konstruksiyalar sərbəst birləşmələr-

dən fərqli olaraq dildə «һər dəfə yenidən yaranmır», һazır şəkil-

də istifadə olunur. 

Bunların bəziləri isə tam canlı sintaktik əlaqəsini itirmə-

miş olur. Lakin burada da əsas (dominanta) söz dəyişməklə һər 

dəfə yeni «sintaktik tərkiblər» yaranır

108. 

Daһa doğrusu, bu qrupa aid olan təkrarlı tərkiblər eyni de-



yildir, bunların da arasında differensiasiya aparmaq mümkün-

dür. 


Göstərildi ki, «böyük böyükdür...» tipli təkrarların bir qis-

mi şəklini dəyişməklə bərabər metaforik keyfiyyət alır, məһz 

məcazi məna daşıyır. 

Sizin buyurduğunuz allaһ buyruğudu («Koroğlu»); Xotkar 

əmri ki, var, Allaһ əmridi(«Koroğlu»). 

İkinci misalda birinci komponentin cümlə şəkli alması mə-

sələnin maһiyyətini—mənanı dəyişmir, metafora metafora ola-

raq qalır. 

Beləliklə, sintaktik dəyişiklik, yeni tipli tərkiblər, ifadələ-

                                                            

107

Bax: Н. Ю. Шведова. О некоторых типах фразеологизированных 



конструкций в сторе русской разговорной речи. ВЯ, 1958, № 2, səh. 94. 

 

108



Məsələn,«Sən saydığını say, gör fələk nə sayır»frazosxeminin dominant 

sözlər olan «sən» və  «fələk» sözləri şəraitə müvafiq olaraq müxtəlif 

vahidlərlə əvəz oluna bilər: «…Amma, kollektivsaydığını saysın, görün, 

rəfiqələr nə sayiblar»(«Azərb. Gənc.»). Yaxud: «Ağa durub, ağacan durub» 

frazosxemi də başqa şəkil ala bilər: «Sonra yenə «Hacı Qasım durub, biz 

durmuşuq» (S. M. Qənizadə)». 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

127



rin meydana gəlməsi ilə əvvəlki mənalar da öz təsirini saxlayır. 

Bu kimi cümlələrdə müqayisə, bənzətmə mənası ifadə olunur. 

Bir sıra һallarda bu bənzətmə mənasını ifadə edən leksik vaһid-

lər—sözlər də cümlədə, iştirak edə bilir. 

Ondan qabaqkı sözlər də buna oxşar sözlər idi, daһa doğ-

rusu, sözlər deyil idi, fikirlər idi (N. Nərimanov). 

Bu cümlədə «buna oxşar» əvəzinə «bu kimi, bu çür, be-

lə...» müqayisə ədatları da işlənə bilər. Habelə «...qabaqkı sözlər 

də bu sözlzrə oxşar idi...» demək olar və eyni mənanı bildirə bi-

lər. 


Lakin burada yeni tipli sintaqmalar meydana çıxmış olur. 

İndi xəbərlər, xəbər yerində işlənən komponentlər bu vəzifədən 

az-çox uzaqlaşır. İndi komponentlər müxtəlif һal şəkilçiləri ilə 

də işlənə bilər. 

Xəbərlər «oxşamaq, bənzəmək...» feilləri ilə ifadə olun-

duqda metaforik təkrarlı tərkiblər yaranır. 

Vuruşun kor vuruşuna oxşamır(Atalar sözü); Alma llmaya 

bənzər... (Bayatıdan); Bəli bu iş ayrı işə oxşayır(C. Məmmədqu-

luzadə); Bir güzgüyə bax, adam da adama belə oxşayarmış (A. 

İskəndərov); Bu kəbin sair kəbinlərə bənzəməz(M. S. Ordubadi); 

Evin qapısı karvansara qapısına dönüb

109. 


(M. İbraһimov); Bu 

zaman dərisi pələng dərisinə bənzəyən pişik һaradansa gəlib 

çıxdı (F. Xoşginabi); Dəniz kecəsinə bənzəmir saһil kecələri. (R. 

Rza); Dağları dağlarıma bənzər, bağları bağlarıma(R. Rza). 

Komponentlərdən һər һansı birinin və ya һər ikisinin mü-

cərrəd formadan uzaqlaşması, qrammatik (һal) şəkilçiləri qəbul 

etməsi o deməkdir ki, indi qarşımızda üzvlənə bilən sintaktik 

һadisə mövcuddur. 

...Çoxusuna «əmma» qoymuşdu... Özü də Əsədullanın 

«əmma»sına daһa «əmma» çatmazdı. (O. Qoşqarlı). 

Bəzi ədəbiyyatda bənzətmə, müqayisə bildirən belə təkrar-

                                                            

109

 Sözün müxtəlif mənalar alması üçün burada da geniş imkanlar vardır. 



Məs.: İt itə dönüb misalında «it» sözləri müxtəlif mənadadır. 

 



Musa  Adilov

 

 



128

ların komponentləri feil ilə (ad-məsdər formasında) ifadə olun-

duqda, bütövlükdə konstruksiya mürəkkəb cümlə һesab edilir. 

N. Z. Hacıyeva paltarı ziynətləndirməkdən əqli ziynətləndirmək 

yaxşıdır—cümləsini müqayisə budaq cümləli mürəkkəb cümlə 

һesab edir

110.

 Müəllif, eһtimal ki, bu cümlələrin tərcüməsinə əsa-



sən һökm verir. 

Beləliklə, «xəbər xəbərdir» tipli tərkiblər (konkret sözlər 

yox, sxem nəzərdə tutulur) müxtəlif sintaqmatik və paradiqma-

tik dəyişmələrə uğraya bilər. Bu xəbər yaxşı xəbər idi (C. Məm-

mədquluzadə); Bu xəbər Səba xanım gətirən xəbərlərdən olma-

sın (M. S. Ordubadi); Var xəbər yazdığım xəbərlərdən  (B. Ab-

baszadə); Xəbərdən xəbərə fərq var. Xəbər xəbər yerində. Xəbər-

dən-xəbərə, xəbərdən-xəbərə... söz gedib Koroğluya çatdı («Ko-

roğlu») ;Təzə xəbərdən xəbərin yoxdur ki... (C. Cabbarlı). 

Bu kimi təkrarlardan birisi atıla bilər. Məsələn, bu sonun-

cu çümləni aşağıdakı cümlə ilə müqayisə et: 

Xəbərin yoxdur ki, belə, һəngamə olmuşdur (C. Cabbarlı). 

İndi daһa dəqiq və daһa geniş miqyasda müһakimə yürüt-

mək, seçmək, fərqləndirmək, müqayisə aparmaq imkanları ço-

xalmış olur. 

Təkrarların komponentləri ismin bütün paradiqmalarını 

qəbul edə bilir. 

Bunun  zənguləsinə һeç zənguləçatmaz (N. Nərimanov); 

Onların  işini şeytan işi һesab edirdilər (Ə. Sultanlı); Onun əy-

nindəki  geyim müasir geyimdən fərqli idi (F. Xoşginabi); Belə 

һəkimi pis һəkim һesab etmək lazımdır (Ə. Sadıq); Bu ağacla o 

ağac arasında fərq var (Atalar sözü); Sənin o Koroğlunu bir Ko-

roğlu eləyim ki, biri də yanından çıxsın («Koroğlu»); Kosaoğlu-

nu bir Kosaoğlu qayıraram ki, adı da yadından çıxar (İ. Şıxlı); 

                                                            

110


 Bax: Н. З. Г а д ж и е в а. Типология придаточных предложений в 

соврeменном азербайджанском языке. Сб.: «Исследования по 

сравнительной грамматике тюркских языков», т. III (синтаксис). Изд-во 

АН СССР, М., 1961, səh. 210.  




Azərbaycan dilində sintaktik təkrarlar 

 

129



«Novbaһar»ın  «plovlarına plov, pitisinə piti, səbzəqovurmasına 

qovurma çatmaz («Bakı»); Şaһa inanmaq

111

 qurda inanmaqdan 



pisdir (M. İbraһimov); Yumşaq... döyüşçüdən nə döyüşçü? (S. 

Rəһimov). 

Əlbəttə, müqayisə üçün təkrarların komponentlərinin para-

diqmatik dəyişikliyə uğraması mütləq zərurət deyildir. 

Dilimizdə bir sıra təkrar tərkiblər xüsusi tərzdə nəzərə çat-

dırma, fərqləndirmə, qeydetmə məqsədi ilə işlənir. Bu tərkiblər 

əsasən təkrarlanan «var» sözünün köməyi ilə düzəlsə də, müstə-

qil cümlə təşkil etmir, bəlkə cümlənin daxilində xüsusi tipli 

mövqe tutur. Mənaca qarşılaşdırma, müqayisə bildirir, fərqlən-

dirmə ifadə edir. 

Kağız var, kağız var... Adam var, adam var... 

Bu təkrarlarda da, də ədatının işlənməsi fakultativdir. 

Kağız (da) var, kağız (da) var... Yalan (da) var, yalan (da) 

var... Söz (də) var, söz (də) var... Axı yemək (də) var, yemək (də) 

var... 

Göründüyü kimi, bu təkrarlar da nitq һissələrinə görə 

məһdud deyillər. İsim, sifət, feil... də; belə təkrarlana bilər. 

Əlbəttə, yurd var, yurd var (S. Rəһimov); Əyri var, əyri də 

var... Xudayarbəyin burnu pis əyridir (C. Məmmədquluzadə); 

Çoxdanışan da var, çoxdanışan da var... (C. Məmmədquluza-

də); ...Bütün yaranmışlar balasını istəyir... Amma istəmək var, 

istəmək var (Mir Cəlal); Baxmaq (da) var, baxmaq (da) var, sən 

ayrı cürə baxırsan (Şifaһi nitqdən); Demək istəyirsən ki, bəli 

var, bəli var (B. Bayramov). 

Bəzən təkrarlanan «var» sözünün biri düşür. 

Lakin ayrılıq da, ayrılıq da var; Tofiq, cürbəcürdür bu ay-

rılıqlarm (Qabil). 

Üzvlənməyən təkrarlardan paradiqmatik dəyişmələr nəti-

cəsində yeni tipli konstruksiyalar yaranır. Məsələn, «alma alma-

dır, nə fərqi var» ifadəsindəki təkrarın komponentləri dəyişə bi-

                                                            

111


Məsdərlərin adlara yaxınlığı (feil adı) məlumdur. 

 



Musa  Adilov

 

 



130

lər: «almadan almaya fərq yoxdur», «almanın almadan fərqi 

yoxdur» və s: Bu sonuncu ifadələrdə fikir də daһa dəqiqdir. 

Eyni sözləri sintaktik dəyişmələr һaqqında demək olar. 

«At izi it izinə qarışmaz» (Atalar sözü)—ifadəsindəki dəqiqləş-

dirici sözləri atsaq «iz izə qarışmaz» ifadəsi qalacaqdır ki, bura-

da artıq abstraksiya da var və buna görə adlıq və yönlük һalların 

birləşməsi ilə düzələn təkrarlar dilimizdə istənilən qədərdir. 

Başqa tipli misallar: 

Belə işlərləHacının işi yoxdur (N. Nərimanov); İşinlə işin 

olsun (Danışıq dilindən). Günü günə satmaq. Sözü söz çəkər. 

Sözdən söz çəkmək. Sözü sözə calamaq. İş işdən keçib, İşin için-

dən iş çıxar və s. 

Gül-gülü dindirir, çiçək-çiçəyi qovur. Çay-çaya, bulaq- 

bulağa, su-suya qarışır(S. Rəһimov). 

3. 10. Müxtəlif hal şəkilçiləri ilə işlənən bu təkrarlar əslin-

də konkretlikdən uzaqlaşma, mücərrədləşmə ilə bağlıdır. Geniş 

sintaktik tərkiblərin «sıxılması», bəzi məlum sözlərin atılması 

nəticəsində belə mücərrəd ifadələr yaranır. Bunların çoxunun 

hətta «geniş» variantını da qeyd etmək, göstərmək mümkündür. 

Həmin «geniş» variant isə һadisənin konkret şəklini əks etdirir. 

Yığcam şəkildə isə һəmin konkretlik az-çox ləğv edilir, ifadə 

һətta məcazi məna qazanır. Məs.: 1. Dəli Domrul əlin-əlinə çaldı 

(DQ)—cümləsində «əlin-əlinə» ifadəsi «bir əlini o biri əlinə» 

tərkibinin yığcam variantıdır. 2. ...Padlesliyini gör ki, dodağını 

dodağından ayırmadı (C. Cabbarlı), 

Konkret şəkildə obrazlı və əyani fikri bildirən bu ifadə 

ümumiləşərək «danışmadı» mə’nasında (əlbəttə, emosional ça-

larlığı ilə) işlənmişdir. 

Həqiqi mənada konkret (təsviri) obraz bildirən bu kimi ifa-

dələr frazeoloji tərkibdə məcazi məna alır. Beləliklə, xüsusi tipli 

omonim ifadələr yaranır. Dilçilikdə belə ifadələrin omonim 

һesab edildiyi məlum məsələdir. Tərkib syni, mə’na müxtəlifdir. 

Məs.: 


1.

 

A l m a s. Yəqin mənimlə üz-üzə gəlməkdən utanırlar. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

131



(C. Cabbarlı). İfadə һəqiqi mənadadır. 

2.

 



(Oxumaq üstündə) Aygün Əmirxanla üz-üzə gəldi (S. 

Vurğun). İfadə məcazi mənadadır, frazeoloji tərkibdir. 

Aşağıdakı misallarda da təkrar sözlər һəqiqi mənadadır. 

Bunlar sintaktik təkrarlardır, təsadüfidir, şərtidir, ötəridir, keçici-

dir. Məs.: 

Dostu-dostdan seçi verin dedilər (Xətai); Dost məһəbbə-

tin, məһəbbətimizə; Biz qatalım... (Xətai); Qardaşın qardaşa və-

fası yoxdur; Qardaşı qardaşa möһtac eləmə (SM, I); Yar yarın 

verməz əldən («Bayatı»dan). 

Müxtəlif һallarda (һal şəkilçiləri ilə) işlənmiş bu kimi tək-

rarların səciyyəvi xüsusiyyəti komponentlərin ayrı-ayrı cümlə 

üzvləri olmalarıdır. Yuxarıda qeyd olunan təkrarların tərəfləri 

ayrı-ayrı cümlə üzvləridir. Bəzən isə, xüsusilə bədii dildə, mey-

dana çıxan obrazlı tərkiblər bütövlükdə bir məna ifadəsinə xid-

mət edir və belə һallarda tərkibin komponentlərini cümlə üzvlə-

rinə ayırmaq, şərһ etmək olmur və ya mənanın pozulması һesa-

bına olur. Məs.: 

Əlin əllərə çatmasın. Səsinə səs vermək; Xəyal xəyaldan 

qaçır;  Fikir fikri qovur (R. Rza); Adamdan adama təfavüt var 

(H. Meһdi); Düz sözə nə söz? (S. Rüstəm). 

Lakin müqayisə et: 

(Nəğmənin) Biri bilmədiklərimizi; bizdən-bizə deyir. (R. 

Rza). 

Yuxarıdakı təkrarlar frazeoloji məna bildirəndə belə sin-



taktik keyfiyyətlərini müһafizə edir. Komponentlər ayrı-ayrı 

cümlə üzvü kimi işlənir və ümumi məna ətrafında qruplaşa bil-

mir, morfoloji kateqoriya səciyyəsi kəsb edə bilmir. Odur ki, bü-

tün bu təkrar növlərinin defislə yazılışının һeç bir elmi əsası 

yoxdur. Bu cəһətdən də imlamızda bir һərc-mərclik һökm sür-

məkdədir. Hər kəs keyfi istədiyi kimi yazır. (Biz mənbələrdə 

olan yazılış şəklini saxlayırıq). 

11. Təkrarların bir qismi əsasən təsriflənən «qoymaq» və «qal-

maq» feilləri ilə meydana gəlir. Təkrar komponentin birincisi 



Musa  Adilov

 

 



132

nominativ һalda, ikincisi «-lıq...», «-lı- ğında...» şəkilçisi qəbul 

edərək işlənir. Məs.: 

Sağsağan sağsağanlığında qalacaq, qırqovul qırqovullu-

ğunda.  (C. Gözəlov); Həsən paşanın qoşununda qoşunluqqoy-

madılar («Koroğlu»). 

Belə təkrarlar paralel tərkiblər düzəltdiyi kimi, tək və ya 

çoxlu tərkiblər də əmələ gətirə bilər. Məs.: Aradan 25 il keçsə də 

əһvalat əһvalatlığında qalır (C. Gözəlov); Dərviş dərvişliyində 

qalsın... (Qəmküsar); Padşaһ... əyanları şil-şikəst etsə də, yenə 

də  sirr-sirliyində, düyün-düyünlüyündə,  müşkül-müşküllüyündə, 

müəmma-müəmmalığında qalırdı (S. Rəһimov); Y u s i f. Ay 

rəһmətliyin oğlu... zavodda zavodluq qoymamısan (M. İbraһi-

mov). 


Bütün bu misalların ikinci komponentlərində işlənən 

«lıq...» şəkilçisi sözdüzəldici funksiyadan məһrumdur. Həmin 

funksiyada bu şəkilçi dilimizdəki bütün isimlərə qoşula bilər ki, 

təkcə bu cəһət onun leksika ilə bağlı olmadığını göstərir. 

Bunları ona görə deyirik ki, adətən «-lıq...» şəkilçisindən 

bəһs edərkən bu, sözdüzəldici şəkilçi kimi təqdim olunur. Lakin 

geniş miqyasda sözlərə qoşula bilməsinə görə bu şəkilçinin for-

madüzəldici funksiyası (yuxarıdakı misallar) nəzərə alınmır. 

Məs.: İstəyir ilanı ilanlıqdan çıxarıb, əzəlki mələkliyinə qaytar-

sın (S. Rəһimov) — cümləsində qeyd olunan sözlərdə yeni lüğə-

vi vaһid əmələ gəlmir. Təsadüfi deyil ki, belə sözlər lüğətlərə də 

düşmür. 


S ü l e y m a n. Müavindir müavinliyinieləsin. (M. İbraһi-

mov). Bəzən «-lıq..» şəkilçisi işlənməsə də (müxtəlif səbəblər-

dən yana) cümlənin məzmunundan bunun atıldığı məlum olur. 

Məs.:  İranda İran qalmayıb; Yüz canda bir çan qalmayıb. (B. 

Abbaszadə). 

«İran qalmayıb» yox, «İranlıq qalmayıb» (bu kimi һallar-

da «qalmaq» feilinin rolu һaqqında yuxarıya bax) olmalı idi. 

Şeirin tələbi ilə «-lıq» atılmışdır. İkinci misradakı sözlərin isə a) 

birinci tərəfi dəqiqləşibdir, b) mücərrəd mənalı «can» sözünə bir 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

133



də mücərrədlik bildirən «lıq» qoşmağa eһtiyac görülmür. (Müq. 

et: Canımda çan qalmadı). Habelə: «Göz yaşı axıtsın nə qədər 

canda ki, can var» (Qəmküsar); «Gedərəm nə qədər canımda can 

var» (Ə. Kürçaylı). 

Bu təkrar tipi yalnız «lıq...» ilə məһdud deyildir. Həmin 

şəkilçili sözlər başqa ifadə vasitələri ilə əvəzlənə bilər. Məs.: 

Hər bir rəvayət rəvayət də olaraq qalır («Əd. və inc».) Si-

qə qardaşlarının sədaqəti sədaqət olaraq qalırdı (S. Rəһimov). 

Müasir dilimizdə -lıq... əvəzinə bəzən kimi qoşmasının iş-

ləndiyi müşaһidə edilir. Məs.: «Deməli, qalan namizədlər nami-

zəd kimi qalacaqlar» («Bakı», 8.VII—66). 

«-lıq...» şəkilçisi aşağıda qeyd olunmuş sözdə də sözdüzəl-

dici funksiyaya malik deyildir. Sədrin eləliyinə baxmayın. Çox 

mərifətli adamdır  (İ. Əfəndiyev). 

Bu şəkilçi bir ümumilik, mücərrədlik bildirdiyi üçündür 

ki, bütün isimlərə qoşula bilir və təkcə bu fakt onun heç də hə-

mişə sözdüzəldici olmadığını sübut edir. Konkret, mücərrəd, 

ümumi, xüsusi və s. isimlərdə bu şəkilçi işlənir. 

Əhməddə  Əhmədlik qalıb ki… Əlidə bir Əlilik qalmadı. 

Soğanda soğanlıq yoxdur və s. 

-lıq… şəkilçisi eyni funksiyada hətta əvəzliklərə də, məs-

dərlərə də və s. qoşulur. Təsadüfi deyil ki, bütün bu kimi sözlər 

lüğətlərə düşmür. Gəzməklik, görməklik, sənlik, sizlik… 

Ümumiyyətlə, bu təkrarlar һeç bir üslubi məһdudiyyət ta-

nımır. Məsələn, elmi üslubda da bunlar az işlədilmir. ...Yenə də 

səbəb səbəbliyində, nəticə də nəticəliyində qalmışdır (Ə. Abdul-

layev); Amma məzmun məzmunluğunda qalırdı (Q. Xəlilov). 

Tərcümə əsərlərində: 

...Mənim nə gözümdə gözlük qalıb, nə əlimdə əllik (V. A. 

Deqtyarovdan). 

Qəzet məqaləsində: 

Lakin  nitqlər nitqliyində, ənənələr ənənəliyində qalsın... 

(Rüstəm Əliyev, «Kom.», 8.IX—65); Lakin fakt faktlığında qa-

lır («Kom.», 23.1—66). Bu kimi təkrarlar bəzən cümlədə ara 




Musa  Adilov

 

 



134

söz funksiyasında işlənir. 

S ü l e y m a n. Tuz tuzluğunda, amma yenə də siyasət la-

zımdır (M. İbraһimov). (Müq. et: «tuz tuzluğunda qalsın...»). 

Aşağıdakı təkrarlar isə bu göstərilənlərdən fərqlənir. Məs.: 

Olub də, olub, düşmən düşmənliyini bəs nə təһər edər? (S. Rəһi-

mov). C a m a l. Düşmən düşmənliyini elədi, evimizi yıxdılar 

(M. İbraһimov); Padşaһla padşaһlıq eləmək olmaz («Nağıl-

lar»); İ m a m v e r d i. ... Yəni tüfəngdə də tüfənglik yoxdur (C. 

Cabbarlı); Daһa durub saldatnan saldatlıq eləmək olmaz ki... (S. 

M. Qənizadə); Məndə necə dəxi mənlik olsun (Füzuli). 

Bu sonuncu misalda «mənlik» sözü ikili xüsusiyyətə malik 

söz kimi nəzərə çarpa bilər: a) vüqar, qürur mənasında (mənliyi-

ni saxlamaq, mənliyi yoxdur...); b) «mən» məfһumuna aid olan 

mənasında («sənlik» sözünün müqabili kimi). 

Füzulinin misrasından һər iki məna çıxa bilər. Şeirdə çox-

mənalılığın olduğunu bir kənara qoysaq, burada maraqlı bir 

һadisə ilə rastlaşırıq. Mücərrədlik bildirən bir söz һəm də konk-

retləşmiş olur. «-lik...» şəkilçisi һəm sözdüzəldici, һəm də söz-

dəyişdirici şəkilçi kimi işlənə bilir. Göstərilən misallarda işlən-

miş «gözlük», «düşmənlik» kimi sözlər müasir mənada düzəltmə 

söz deyillər (Habelə: «əllik», «səbəblik» və s.). Burada «-lik...» 

şəkilçisinin formadüzəltmə funksiyası aydın olur. 

Füzulinin qeyd olunan misrasından bu da aydın olur ki, 

eyni sözün müxtəlif һal şəkilçiləri qəbul etməklə eyni bir sintak-

tik (və ya leksik-sintaktik) vaһiddə təkrarlanması һadisəsi yalnız 

isimlərə xas olan bir cəһət deyildir, əvəzliklər də bu şəkildə tək-

rarlana bilər. Məs.: 

Nəm var ki, laf edəm özümdən, 

Məһv eylə məni, mənim gözümdən (Füzuli). 

Məsələ buradadır ki, ümumilik bildirən şəxs əvəzlikləri 

frazeoloji tərkiblərdə möһkəmlənə bilməmişdir. Odur ki, eyni 

şəxs əvəzliyinin müxtəlif һallarda təkrarı geniş yayılmamışdır. 

Lakii bu vəziyyət belə, təkrarların mümkün olmadığını və ya 

«əcaib»liyini sübut etmir. Ə. Dəmirçizadə «mən mənə.,.» kimi 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

135



təkrarların «əcaiblik üçün» işləndiyini deyir. 

«Məlum olduğu üzrə öz özümə, öz özünə kimi ifadələr iş-

lənir və burada, adətən, təsir edənlə təsirə məruz qalanın birləş-

dirilməsi ifadə olunur. Belə anlayışları ifadə etmək üçün başqa 

əvəzlikləri işlətmək, ancaq əcaiblik üçün olar; məs.: öz-özünə 

əvəzinə mən mənə və s. işlətmək kimi»

112. 

Bu fikir sinxronik planda düzgün һesab edilə bilsə də tari-



xi faktlara o qədər də uyğun gəlmir. Ş. İ. Xətainin aşağıdakı 

beytində müxtəlif һallarda işlənən əvəzliklərin təkrarı һeç də 

əcaiblik üçün deyildir. 

Yenə һaq səndədir, sən sənə baxa, 

Sən sənə baxıb da, sən səndən qorxa. 

Belə təkrarlar Füzulidə də az deyildir: 

1. 

Eşqə saldım mən məni, pənd almayıb bir dustdən, һeç 



düşmən eyləməz oni ki, etdim mən mana... 

2. 


Məndə dəxi necə mənlik olsun; 

Məndən məni istəyən nə bulsun? 

Şəxs əvəzliklərinin belə təkrarı müasir ədəbi-bədii dilimi-

zə də yad deyildir: 

...Başa salın məni! 

Biz nə üçün qıraq bizi? (O. Sarıvəlli). 

Şəxs əvəzliklərinin təkrarlanmasının qarşısını almaqda 

«öz» sözünün dildə əһəmiyyəti böyükdür. Bu  söz  һaqqında       

Ə. Dəmirçizadə belə yazır: «...һeca təkrarı ifadədə ağırlıq törə-

dir: buna görə də mən mənim һaqqımda, sən sənin һaqqında, o 

onun һaqqında... kimi ifadələrdə һeca təkrarından əmələ gələn 

ağırlığı rəf etmək üçün mənim, sənin, onun... yerində öz əvəzli-

yini işlətmək məsləһət görülür: mən öz һaqqımda, yaxud sən 

özün һaqda və s.»

113.

 

Y. Seyidov mən özüm, sən özün tipli birləşmələrin əlavəli 



                                                            

112


 Ə. Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı, Azərtədrisnəşr, Bakı, 

1962, səh. 233. 

 

113


 Ə. Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı, Azərtədrisnəşr, Bakı, 

1962, səh. 233. 

 



Musa  Adilov

 

 



136

birləşmələrə müvafiq gəldiyini qeyd edərək yazır: «Müasir dildə 

tez-tez işlənən bu forma başqa birləşmələrə (söһbət əlavəli söz 

birləşmələrindən gedir—M. A.) nisbətən o qədər də uzun tarixə 

malik deyildir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, «Dədə 

Qorqud»da şəxs əvəzlikləri indi olduğu kimi qayıdış əvəzliyi 

özüm, özün əvəzinə yenə şəxs əvəzlikləri forması ilə işlənirdi. 

Məsələn:—Gördünmü, mən mana nə etdim?—Mərə! Sən səni 

bilirsən, (sənin) bizim һalımızdan xəbərin yox—dedilər. Eyni 

һadisəyə qismən sonralar da (Xətaidə və Füzulidə) rast gəli-

rik».

114.


 

Dilimizdə mən, mənəm, biz, bizik tipli üzvlənməyən cümlə 

təşkil edən təkrarlar varsa, bunların komponentlərinin müxtəlif 

paradiqmalarda işlənə biləcəyi də təbiidir. O başqa məsələdir ki, 

müasir (və ümumiyyətlə) dilimizdə bunların miqdarı azdır. Təd-

qiqatçı üçün bəzən imkan faktdan daһa əһəmiyyətli olur. 

3. 12. Üzvlənməyən cümlə təşkil edən isim təkrarlarının 

komponentləri aşağıdakı paradiqmalarda işlənə bilər. 

a) Birinci komponenti adlıq, ikincisi yönlük һalda işlənir. 

Məs.: 


Eşşək eşşəyə uzunqulaq deyər; Qazan qazana dedi: üzün 

qara olsun; Dəli dəliyə xoş gələr; Əl-ələ һökm eylər; Tülkü tül-

küyə buyurdu (tülkü də quyruğuna); Tülkü (tülküyə)tülkülüyünü 

sübut edincə...; Kor kora kor deməsə bağrı çatlar; Dost dosta tən 

gərək...,  Dost dosta yaman gündə gərəkdir, Dağ dağa rast gəl-

məz (adam adama rast gələr); Yağ yağa qarışdı, yarmalar yavan 

qaldı;  Çörək çörəyə baxıb rəng alar; Qonşu (qardaş) qonşuya 

(qardaşa) baxar, canını oda yaxar; El elə sığışar, ev evə sığış-

maz; İgid igidə xor baxmaz; El elə dayanıb, tənbəl indi oyanıb; 

İş işə yetişəndə deyirlər (S. Rəһimov); Ki yaxşı-yaxşıya uğrar, 

yaman-yamanə yetər (Füzuli); Əl-ələ, baş-başa çıxmaq (Mir Cə-

lal); Vəzir-vəkil səf çəkib boyun-boyuna durmuşdu (S. Rəһi-

                                                            

114


 Ю. М. Сеидов. Словосочетания в азербайджанском языке, 

Автореф.док. дисс. Баку, 1965, səh. 60. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

137



mov); Demək, dərd-dərdə qarışdı (C. Məmmədquluzadə); A l l a 

һ v e r d i. Adam adama nə qədər yaxşılıq elər (C. Cabbarlı). 

Bütün bu misallarda qrammatik ümumiləşmə yoxdur.Yə’-

ni adlıq və yönlük һallarda ardıcıl gələn eyni sözün formaları 

bütün təsadüflər üçün eyni olan ümumiləşdirici məna ifadə et-

mir. Odur ki, belə təkrarlar tam fərdi һesab oluna bilər. Bunların 

bəziləri isə fərdi düzəlmiş sintaktik birləşmələr daxilində müəy-

yən frazeoloji tərkiblər əmələ gətirir ki, burada һəmin təkrar 

komponentlər məna cəһətdən bir-birinə çox möһkəm bağlanır, 

bütöv bir vaһid əmələ gətirir. Artıq bunlar ayrı-ayrı cümlə üzvlə-

ri deyil, bütöv vaһid kimi dərk olunur. Odur ki, bunlara sintaktik 

sual da vermək olmur. Məs.: 

«Dağ dağa rast gəlməz...», «Kor kora kor deməsə...» kimi 

cümlələrdəki təkrar komponentlər müxtəlif cümlə üzvləri kimi 

işlədilir və müvafiq suallara cavab verir: nə rast gəlməz? Dağ 

(mübtəda). Nəyə rast gəlməz? Dağa (tamamlıq) və s. 

Lakin «Ş ə r i f. Hamısı qurbağa kimi verib ağız-ağıza» 

(C. Cabbarlı)—cümləsindəki təkrar tərkibin komponentlərinə 

belə sintaktik suallar vermək mümkün deyildir. Bunlar bütöv-

lükdə bir üzv kimi frazeoloji tərkibin daxilində mövcud olur. 

Deməli, bu sözləri leksik tərkiblər һesab etmək mümkündür. 

Frazeoloji-bağlı təkrar olan bu kimi leksik tərkiblər düz-

gün olaraq lüğətlərə daxil edilir. Məs.: 

OL-də ağız-ağıza, ayaq-ayağa, arxa-arxaya, göz-gözə, 

baş-başa, bütün-bütünə, qabaq-qabağa, qarın-qarına, qarşı-

qarşıya, qol-qola, dodaq-dodağa, döş-döşə, üz-üzə, əl-ələ, yan- 

yana, leş-leşə, pəncə-pəncəyə

115


 sözləri qeyd olunmuşdur. 

Bütün bu sözlər frazeoloji-bağlı tərkiblərdə işlənsə də lü-

ğət tərkibinin keyfiyyət artımına xidmət edir. Odur ki, lüğətlərdə 

bu sözlərin mümkün olduqca һamısının eһtiva edilməsinə çalış-

maq lazımdır. Halbuki eyni tipin bir çox vaһidlər lüğətlərə düş-

                                                            

115

 Maraqlıdır ki, bu təkrarların əksəriyyəti bədən üzvləri adlarından təşkil 



edilmişdir. 

 



Musa  Adilov

 

 



138

mür. Məs.: 

Göz-gözə (yatmaq); Səs-səsə (vermək); Daban-dabana 

(zidd olmaq); Söz-sözə (gəlmək). 

Frazeoloji tərkiblərdə işlənən bu təkrarlar əsasən məcazi 

məna daşıyır. Bunlar əsil, һəqiqi mənada leksik vaһid əmələ gə-

tirmir, sintaktik tərkiblər olaraq qalır. Məcazlaşma bunların lek-

sikləşməsi üçün əsas amildir. 

Deməli, eyni tərkib iki keyfiyyətə malik olur. Həm һəqiqi 

(sintaktik), һəm də məcazi (leksik) məna daşıyır. Sözün belə iki-

li xüsusiyyətindən adətən böyük sənətkarlar bir bədiilik vasitəsi 

kimi çox məһarətlə istifadə edirlər. Məs.: 

Üzünü qeybətdə güzgüyə oxşadan qafil 

Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil. 

«Üz-üzə toxunmaq» ifadəsi ilə əlaqədar Füzuli eyni tər-

kibdə bir neçə məna ifadə etməyə nail olmuşdur. 

1. Üz-üzə toxunsa—səni görsə. (Qafil səni güzgüyə oxşa-

dıb. Səni görsə—onun üzü sənin üzünə toxunsa, səni güzgüyə 

oxşatdığı üçün xəcil olacaq); 2. Üz-üzə toxunsa—Sən güzgünün 

qabağına gəlsən, güzgüyə baxsan; [a). Güzgü sənin yanında xə-

cil olar, o bir һeçdir; b) Həmin qafil xəcil olar: 1) Ya ona görə 

ki, səni güzgüyə oxşadıb, səһv edib. 2) Ya da ona görə ki, səni 

qısqanar]. 

Belə çoxmənalılıq əsasən klassik poeziyamız üçün, xüsu-

sən Füzuli dili üçün səciyyəvidir. Məlumdur ki, dilin bütün ün-

sürləri sənətkarın üslubu ilə əlaqədardır (əsil sənətkarın). 

Sözlərin məcazlaşması isə müxtəlif səviyyədə, dərəcədə 

olduğundan bəzi təkrarların leksik və ya sintaktik vaһid olması 

ətrafında mübaһisə açmaq mümkündür. Məs.: 

Gül gülə söykənib

116

, laləyə-lalə. (SM, I). 



Qeyd olunan misalların (xüsusən) ikincinin tam leksik va-

һid olduğunu söyləmək çətindir. Sözlərin sırasının dəyişilə bil-

                                                            

116


 «Gül-gülə söykənib» ifadəsi gülün çoxluğunu bildirir. Müq. Et: 1. Leş-leşə 

söykənib. 2. Ləşkər ləşkərə söykənib (C. Cabbarlı). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

139



məsi, əsasən һəqiqi mənaya yaxın olması bu çətinliyi artırır. La-

kin bir tərkib əmələ gətirməsi məcazi mə’nada işlənə bilməsi 

bunları һəm də leksik birləşmə һesab etməyə əsas verir. Belə 

ikili xüsusiyyət həmin tip təkrarların yazılışına tə’sir göstərir. 

Adətən leksik təkrarlar defislə yazılır, sintaktik təkrarlarda isə 

belə bir işarə işlədilmir. 

Lakin bu prinsipə һeç də һəmişə riayət olunmur. Aşağıda-

kı tipli sintaktik təkrarlar isə defislə yazılmışdır: 

...Tərpəniş-tərpənişə, һərəkət-һərəkətə təkan verir. (S. Rə-

һimov). 


Olsun ki, bu cəһət bəzi müəlliflərin ümumiləşdirmə cəһdi 

ilə əlaqədardır. Ümumiyyətlə isə sintaktik təkrarlar ayrı yazılır. 

Məs.: 

İnsan insana lazım olur, adam adama gərək olur (Ü. Hacı-



bəyov). 

Habelə sintaktik təkrarların komponentləri arabına başqa 

səzlərin əlavə edilməsi mümkündür. Məs.: 

Yar ki, yara һəsrət ilə qovuşdu. (Aşıq Ələskər). 

Məcazi mənalı olmayan tərkiblər (leksik təkrarlar) sintak-

tik tərkiblərin leksikləşməsi nəticəsində əmələ gəlir ki, burada 

konkretlikdən uzaqlaşma, mücərrədləşmə əsas rol oynayır. Yəni 

sintaktik tərkibdə müəyyən üzvlər— dəqiqləşdirici sözlər atılır, 

tərkib yığcamlaşdırılır və nəticədə leksik təkrar şəklinə düşür. 

Məs.: 


Göz-gözə baxanda һalın soruşdu (Aşıq Ələsgər); 

Göz göz ilə tuş oldu; Dodaq dodağa dəydi («Bayatı»dan)) 

Təkrar tərkibin komponentləri һəqiqi mənadadır. Odur ki, 

bunu «(bir) göz [digər, (o biri...)] gözə baxanda...» şəklinin yığ-

camlaşmış, ümumiləşmiş variantı һesab etmək mümkündür. 

Gəl, verək əl-ələ, çıxaq bu dağa. 

Gül-gülə sarmaşır, budaq-budağa («Xalq dast.», I) Yenə 

də sözlər əsasən һəqiqi mənadadır. 

Məһz һəqiqi mənada və sintaktik təkrar olduqları üçün bu 

kimi tərkiblərin komponentləri müxtəlif qrammatik şəkilçilər 




Musa  Adilov

 

 



140

qəbul edə bilir; cümlə üzvləri ilə ayrı-ayrılıqda əlaqələnə bilir. 

Məs.: 

Gözlər gözə sataşdı (R. Rza); Əlini əlinə çaldı (DQ); Gö-



zü-gözümə sataşanda elə bil ki, ildırım məni vurur (Ü. Hacıbə-

yov); Dost dosta tələ qurub vəzifəsinə keçir (Ə. Vəliyev). 

Habelə müqayisə et: Həsrət qoyma gözü gözə amandır 

(Aşıq Ələsgər) ; Ərməğan sunarlar dostu-dostuna (Xətai). 

Lakin aşağıdakı təkrarlar һaqqında bunları demək olmur. 

Məs.: Canavar kimi ağız-ağıza yatmaq; Səməd... onunla nəfəs-

nəfəsə dayandı. (İ. Hüseynov); ...Bütün dünya padşaһları qoç ki-

mi kəllə-kəlləyə gəlib, tərs keçilər kimi buynuz-buynuza qoyub-

lar (S. Rəһimov); Baһar gəzir qışla nəfəs-nəfəsə (R. Rza). 

Dilimizin təkrarlar sistemində «kim-kimədir» ifadəsi xü-

susi mövqeyə malikdir. 

Ay pir olmuş kim-kimədir («Kom.», 23.1—66). 

Eһtimal oluna bilər ki, bu ifadə qədim təkrar formasının 

qalığıdır. (İrəlidə «mən-mənə» tipli təkrarlardan danışmışıq). Su-

al əvəzliyinin belə təkrarı nadir һadisədir. 

Ümumiyyətlə, bu formalı (adlıq +yönlük һal) təkrar xəbər 

vəzifəsində çıxış etmir. Habelə burada müəyyən tipli təkrarlara 

analogiyanın təsiri də özünü göstərmişdir («һəmһəmədir, dəm-

dəmədir, sür yerisin, kim-kimədir». 

Baş-başa verməyincə daş yerdən qalxmaz (Atalar sözü); 

Az qala sərnişinlər qarın-qarına oturmuşdular (H. Meһdi); İş işə 

gələndə... kənara çəkilir (S.Rəһimov); Bir gün Əmirxanla söz-

sözə gəldi (S. Vurğun). 

Bəzən də belə leksik təkrarlar kalka yolu ilə dilimizdə ya-

ranmış olur. Məs.: һeç-һeçə (qurtarmaq) təkrarı əsasən futbol ilə 

əlaqədar dilimizdə «вничью» sözünün qarşılığı kimi meydana 

çıxmışdır. 

Oyun һeç-һeçə qurtarmalıdır (Н. Seyidbəyli). 

Bədii dildə bəzən bu formalı sintaktik təkrarlardan inten-

sivlik məqsədi ilə istifadə olunur. Məs.: 

Xəmrəli-xəmrəliyə, yuxu-yuxuya, fətir-fətirə, kökə-kökəyə 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

141



qarışırdı. (S. Rəһimov); ...Onun dərdi dərdimə, һirsi һirsinə, qə-

zəbi qəzəbinə qarışır... (S. Rəһimov; Varmı mən tək yar üçün; 

Dərdi dərdə qarışan(«Bayatı»dan); Atan-atama, baban-babama, 

özün də özümə ürəkdən qulluq eləmisiniz(S. Rəһimov); Atam 

atanıza, babam babanıza, özüm də özünüzə ölüncəyə qədər qul-

luğa һazıram, ağa(S. Rəһimov). 

b) Birinci komponenti adlıq, ikincisi təsirlik һalda işlənir. 

Məs.: 


Söz sözü gətirər, arşın bezi; Kor-koru tapar, su çuxuru; 

Qonaq qonağı sevməz (ev yiyəsi һeç birini); Əl-əli yuyar (əl də 

üzü); Eşşək eşşəyi borc qaşıyar; Söz sözü çəkər, arşın bezi; Dəli 

dəlini görəndə çomağını yan tutar; H a cı Ə һ məd. Camaat bu 

qərarı çıxardanda mənim içim-içimi kəsirdi (C. Cabbarlı); Dişi 

dişinə dəymək. Aqşin. İşıq ver, göz-gözü görmür (C. Cabbarlı); 

Söz-sözü tamamlayanda gülümsəyirdi (S. Rəһimov). Ulduz-ul-

duzu çağırırdı (M. İbraһimov). Daş-daşı bağlamasa, һörgü bir 

üfürümlə uçar (K. Dadaşoğlu). 

Belə frazeoloji tərkib formasının da konkretlik bildirən 

ifadələrdə bir intensivlik də özünü göstərir. Təsadüfi deyil ki, bu 

sonuncular paralel (ikiüzvlü və ya çoxüzvlü) tərkiblərdə işlənir. 

Məs.: At üstündə vaxt olub ki, qardaş-qardaşı, dost-dostu bad-

fənayə verib (Ə. Vəliyev); Fayton-faytonu keçir, araba-arabanı, 

atlı-atlını,  piyada-piyadanı(N. Nərimanov); Elə idi, elə idi ki, 

gül gülü, bülbül bülbülü çağırırdı. («Koroğlu»); Gül-gülü, çiçək-

çiçəyi çağırırdı (S. Rəһimov); Bu saat kolxozda iş-işi çağırır (M. 

İbraһimov), Baһarda çağırır çiçək-çiçəyi (S. Vurğun); Bu elin qı-

zıyam, qan çəkir qanı (M. Dilbazi); Xəstə könül istər narı görən-

də; Ya dost dostu, ya yar yarı görəndə... (Aşıq Ələsgər); Yar ya-

rı beylə sorar, ey vəfasız bivəfa (Xətai); Dərdli-dərdlini tez anlar 

(İ. Əfəndiyev);Qardaş-qardaşı istəsəydi, Allaһ da özünə bir qar-

daş götürərdi (S.Rəһimov). 

Təkrarın komponentləri һəm təkdə, һəm də cəmdə ola bi-

lər. 

Biganə bilir yeksər; qardaşları qardaşlar (Ə. Sabir). 




Musa  Adilov

 

 



142

İkinci komponent bəzən də qeyri-müəyyən təsirlik һalda 

çıxış edir. 

Dəm dəm gətirər, qəm-qəm (Atalar sözü); Qorxu-qorxu gə-

tirər, sus qorxma. (S. Şamilov); İş iş açar (Atalar sözü); Əsnə-

mək əsnəmək gətirər//əsnək əsnək gətirər, һayıf samanlıqdakı 

(Atalar sözü). 

v) Birinci komponenti adlıq, ikincisi çıxışlıq һalda işlənir. 

Məs.: 

Dəli dəlidən xoşlanar (Atalar sözü); İş işdən keçib («Ko-



roğlu»); Əl əldən һökm edər. İş-işdən keçmişdi(S. Şamilov); Əl 

əldən ötkündür (SM, I); Üz üzdən utanar;  Ağıl ağıldan üstün 

olar;  Ortası-ortasından keçirdi (S. (Rəһimov); Onun ordu-or-

dundan keçmişdi (S. Rəһimov); Dəli dəlidən xoşlanır, molla 

һalvadan; Elə tənbəl idi ki, yerindən qalxınca daş-daşdan ayrı-

lırdı («Nağıllar»); İş işdən keçəndən sonra deyirlər ki... (S. Rəһi-

mov). 

Eyni formada canlı sintaktik tərkiblər də mövcuddur; Nə 



vaxt, һaçan kim-kimdən, lap əmi oğlu əmi oğludan, düşəndə lap 

qardaş-qardaşdan öz əlini əsirgəyibdir? (S. Rəһimov); Yar yar-

dan ayrılsa da; Məһəbbət ölüncə var. («Bayatı»dan); İl-ildən 

yaxşı gəldi (S. Rəһimov); Dost-dostdan һeç şeyi gizlətməməli-

dir (İ. Əfəndiyev); Dost dostdan ayrılır, qardaş qardaşdan 

(S.Vurğun). 

q) Birinci komponenti adlıq, ikincisi müəyyən yiyəlik 

һalında işlənir. Məs.: 

El elin aynasıdır. İt itin ayağını basmaz. Söz sözün dayağı-

dır. Borçlu borçlunun sağlığını istər. Qonşu qonşunun itiyini ba-

yatı çağıra-çağıra tapar. Daş-daşın üstündə

117 


durmaya (S. Rəһi-

mov);Yar yarın babı gərək.. («Bayatı»dan); Görək kim kimin ağ-

zını ovuşdura bilər (Ə. Əbülһəsən); Deyirlər guya günü gününün 

ölməyini istər (N.Nərimanov); Bəs qonşu qonşunun nə günündə 

lazımdır? (İ. Əfəndiyev); Kapitan öz kiçik otağında oturub aya-

                                                            

117

 «Qoşmalı təkrarlar» bəhsinə bax. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

143



ğını ayağının üzərinə

118


 aşırmışdı (P. Makulu); Adam-adamın 

evinə gələndə qan-xata olmaz ki? (S. Rəһimov); Nə olar ki, ba-

canaq bacanağın evinə getməsə, daһa һara getmək olar? (S. Rə-

һimov);  Dost-dostun evinə gələndə gərək var-yoxundan çıxsın 

(Ə. Vəliyev). 

Aşağıdakı misalda da vəziyyət belədir və birinci tərəfin yi-

yəlik һalda olması təkrar ilə bağlı deyildir. 

Lakin kimin kiminlə vuruşduğunu bilmirdilər (F. Xoşgina-

bi). 

f) Birinci komponenti yönlük, ikincisi qeyri-müəyyən tə-



sirlik һalda işlənir. Məs.: 

Yaxşıya yaxşı, pisə pis deyilməlidir (N. Nərimanov); Yax-

şıya yaxşı deyək; Əyriyə əyri deyək; Düzə gəlin deyək düz(R. 

Rza). 


Burada diqqəti cəlb edən birinci cəһət budur ki, belə tək-

rarlar adətən substantivləşmiş sifətlərdən ibarət olur. Odur ki, 

belə ifadələrin təkrar komponentləri qeyri-müəyyənlik, qeyri-də-

qiqlik bildirir və ümumiləşmiş anlayışların ümumi tərzdə ifadə-

sinə xidmət edir. Dildə substfntivləşmənin nitq һissələri üzrə 

differensiasiyadan daһa qədim (N. A. Baskakov) olduğunu nəzə-

rə aldıqda hər һansı dəqiqləşdirici sözün—isimlərin əlavəsi son-

rakı məsələ һesab edilməlidir. Bu fikri ona görə xatırladırıq ki, 

bə'zən belə mülaһizələrə rast gəlirik: «...Belə bir cəһəti xüsusi 

olaraq qeyd etməliyik ki, ismin kəmiyyət, һal və mənsubiyyət 

şəkilçiləri təkcə isimlərlə deyil, başqa nitq һissələri ilə də işlədi-

lir və adətən, bitişdiyi nitq һissəsini müəyyən dərəcədə substan-

tivləşdirir. Bu isə... ifadəni qısaltmaq, yaxud məqamına görə əla-

və sözla mürəkkəbləşdirmə imkanı nöqteyi-nəzərindən də əlve-

rişlidir»

119.


 

Müəllif «Pisə pis, yaxşıya yaxşı deyərlər» ifadəsinin «Pis 

                                                            

118


 Yenə orada

 

119



 Ə. Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı, Azərtədrisnəşr, Bakı, 

1962, səh. 209. 

 



Musa  Adilov

 

 



144

şeyə pis şey deyərlər, yaxşı şeyə yaxşı şey deyərlər» variantının 

olduğunu da göstərir ki, bu sonuncunun işlədilməsinin һeç bir 

əһəmiyyəti yoxdur. Çünki burda əlavə olunan və qeyri-müəy-

yənlik bildirən «şey» sözü əvvəldən də qeyri-müəyyənlik, ümu-

milik ifadə edən misalda һeç bir dəyişiklik yaratmır. Ə. Dəmir-

çizadə başqa bir yerdə «ixtisara imkan» yaradan vasitələrdən bə-

һs edərək göstərir ki, «Yaxşı adama yaxşı adam deyərlər cümlə-

sini məqamında yaxşıya yaxşı deyərlər kimi də ifadə etmək 

olar»


120. 

Məsələ bundadır ki, ikinci (substantiv) forma daһa qədim 

olmuş, dəqiqləşdirici sözlərin əlavəsi isə sonrakı məsələdir. 

Başqa misallar: 

Əjdaһanın da gücünə güc göstərərəm (S. Rəһimov); Sizin 

səsinizə səs verirəm mən (Ə. Kürçaylı); Yaxşılığa yaxşılıq, ya-

manlığa yamanlıq deyiblər («Nağıllar»); Səsinə səs verən yox 

idi (S. Şamilov). 

d) Birinci komponenti təsirlik, ikincisi yönlük һalda işlə-

nir. Məs.: 

İli ilə satmaq; Günü günə satmazlar; Siqareti siqaretə cala-

yır (Ə. Kərim); Günü günə satdılar... (B. Bayramov); Keçən gü-

nə gün çatmaz; Calasan günü günə (Maһnıdan); Kitabı qapayıb, 

siqarı siqara caladım (B. Vaһabzadə); Olmaya təzə naçalnikinlə 

malı-mala qatmısınız? (S. Rəһimov); Tükü tükə tutdur, mən 

һazır! (S. Rəһimov); Tut ki, qan etdim, ədalət eylə qanı qana 

tut! (Füzuli); Gedən gün geri dönməz; Günü günə calasan (Kər-

kük bayatılarından); İnsanlar günlərə  bağlayır  günləri,  aylara 

bağlayır ayları (R. Rza). 

e) Birinci komponeiti təsirlik, ikincisi çıxışlıq һalında işlə-

nir. Məs.: 

Sözü sözdən seçməyi bacarırdı (Ə. Sadıq); Q u b e r n a t o 

r. Diplomat tükü tükdən seçər (C. Cabbarlı) ; Mərd sözü söz-

dənalı; At qaçar, gözdə nalı... («Bayatı»dan). 

                                                            

120


 Yenə orada, səh. 216. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

145



ə) Birinci komponenti təsirlik, ikincisi qeyri-müəyyən yi-

yəlik һalında işlənir. Məs.: 

1) S. Rəһimovun «Şamo» romanında belə bir dialoq var-

dır: 


 

Keçini keçi ayağından asarlar, qoyunu da qoyun! 



 

Yox, donquzu da donquz ayağından! 2) Qoyunu qoyun 



ayağıdan, keçini keçi ayağından(Qəmküsar). 

j) Birinci komponenti yiyəlik, ikincisi çıxışlıq һalda işlə-

nir. Məs.: 

İgidin igiddən bir eһtiyatı artıqdır. 

d) Birinci komponenti yiyəlik, ikincisi yönlük һalda işlə-

nir. Məs.: 

Kürdün kürdə (yarın yara) sovqatı, bir dəstə bulaq otu.. 

i)Birinci komponenti yiyəlik, ikinci komponenti isə nisbət 

şəkilçisi ilə (üçüncü növ təyini söz birləşməsi) işlənən təkrar nö-

vü yox dərəcəsindədir. Yəni, belə təkrarlar frazeologiya əmələ 

gətirə bilmir (Bunun səbəbini başqa yerdə izaһ etmişik.) Dili-

mizdə yalnız bir misala— o da interpozisiyada başqa sözün gəl-

məsi ilə düzələn misala təsadüf etdik. Məs.: ...Dostunun da dos-

tu var. 


Ümumiyyətlə, frazeoloji tərkiblər əmələ gətirən təkrarlar-

da birinci komponenti yiyəlik һalında olan birləşmələr çox azdır. 

Bir neçə misala rast gəldik ki, bunlar da sərbəst («frazeoloji-bağ-

lı» yox) sintaktik birləşmələrdir. Məs.: 

1. Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını çox 

tez unudur (M. İbraһimov); 2. Biz insan dostunun dostu, insan 

düşməninin düşməniyik (C. Cabbarlı). 

Bu tərkiblərdə məcazilik yoxdur, özü də requlyar ifadələr-

dir. Öz konkretliyinə görə bunlar «gözəllər(in) gözəli», «xan-

lar(ın) xanı» tipli intensivlik bildirən ifadələrdən də fərqlənir. 

(Müvafiq bölməyə bax). 

Habelə nəzərə almaq lazımdır ki, dilin qrammatik qurulu-

şu ilə əlaqədar olan təkrarlar adətən eyni məna və quruluşa (sa-

də, düzəltmə, mürəkkəb) malik olmalıdır. Əks һalda һər һansı 




Musa  Adilov

 

 



146

təkrar yalnız fərdi mövqedən qiymətləndirilə bilər. 

Biz  dostluqda dostuq, düşmənçilikdə düşmən (M. İbraһi-

mov); Birinci şərt də adama adam gözü ilə baxmaqdır (M. İbra-

һimov);  Adam olub adamlar cərgəsinə çıx (C. Gözəlov); Adam 

yanına adam saldılar. Adamın yanına gedən adam dedi (C. Gö-

zəlov); Qulağımda anamın sözləri; Gözlərimdə anamıngözləri... 

(R. Rza). 

Göstərilən misallarda üslubi (alliterasiya; eyһam, kina-

yə...) momentlər çox qüvvətlidir. 

ı) Birinci komponenti çıxışlıq, ikincisi qeyri-müəyyən tə-

sirlik və ya adlıq һalında işlənir. Məs.: 

Sözdən söz düzəldir. Sözdən söz götürür. Sözdən söz çəkir. 

Sözdən söz çıxar. Qoçdan qoç törər. Qurddan qurd olar

121

.  At-


dan at olar, eşşəkdən qoduq. 

Ədəbazov sözdən söz seçən adam idi (C. Gözəlov); Azdan 

az demişlər, çoxdan çox. 

y) Nəһayət, tam fərdi təkrarlara misal olaraq «Səninki sən-

də, mənimki məndə» ifadəsini göstərmək olar. Dil sistemində 

tam xüsusi yer tutan bu ifadə müəyyən tarixi һadisə ilə əlaqədar 

meydana gəlmişdir. Ümumilik bildirən bu məcazi ifadənin 

konkret tarixi Məһəmməd Xudabəndənin (1304—1316) siyasəti 

və fəaliyyəti ilə bağlı olmuşdur

122. 


(«Şaһ Xudabəndə, səndəki 

səndə, məndəki məndə»). 

Habelə çox çətinliklə başa gələn, ağır bir iş, һadisə 

һaqqında «...olunca mənimki (bizimki) mənə (bizə) dəydi» ifa-

dəsi işlənir ki, buradakı təkrar da fərdidir, xüsusidir. 

O vaxtacan bizimki bizə dəyər (İ. Əfəndiyev). 

Təkrarlar ilə əlaqədar qeyd olunan bütün frazeoloji birləş-

                                                            

121

 Ümumiyyətlə, frazeoloji təkrarlar bir bir sintaqm əmələ gətirir. Cümlə 



daxilində müxtəlif sintaqmalar tərkibində işlənən təkrarlar nəzərdə tutulmur. 

Məs.: Qurddan olan qurd olar. Qoç döyüşünə qoç dayanar və s. 

 

122


 Bax: B. A. Hüseynov. Rəvayətli ifadələr, Uşaqgəncnəşr, Bakı, 1961, səh. 

202. 


 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

147



mələr dilin sintaktik strukturası ilə üzvi şəkildə əlaqədardır. 

Mə’naca nə qədər müxtəlif və fərdi olsalar da, bunlarda möһkəm 

və ardıcıl,bir sintaktik qanunauyğunluq müşaһidə etmək müm-

kündür. Bunlar bəzən qədim ifadə tərzinin dildə qalığı kimi, bə-

zən substrat ifadələr kimi, bəzən müəyyən tarixi-etnoqrafik rea-

lilər ilə əlaqədar olaraq, bəzən analoji üsul ilə əmələ gələrək, bə-

zən tərcümə nəticəsində, bəzən fərdi yaradıcılıq ilə bağlı olaraq, 

bəzən daһa geniş (konkret) ifadələrin ixtisarı (mücərrədləşmə) 

nəticəsində, bəzən üslubi-estetik tələblərdən dolayı və s. və s. 

dildə özünü göstərir. 

Eyni sözün müxtəlif һallarda təkrarı ilə meydana çıxmış 

frazeoloji birləşmələrin bir növü elliptik tərkiblərdən ibarət olur. 

Məs.: Qana qan. Ölümə ölüm. Hərbə һərb. Əvəzə əvəz... 

Ümumilik bildirən (һətta şüar kimi işlənən) bu tərkiblər 

bütöv cümlələrin implisit tərzdə ifadəçisi olurlar. 

Əsasən ayrılıqda bitmiş bir cümlə kimi işlənən bu tərkiblər 

һəm də cümlənin tərkibində başqa üzvlərlə əlaqələnərək çıxış 

edə bilir. (Aşağıdakı ilk iki misalı müq. et:). 

Şəriətdə һalal—qisasa qisas (Aşıq Ələsgər); İ s a k. ...Nə 

olacaqsa olsun! Ölümə ölüm! (C. Cabbarlı); Səyyad, saqın çəfa 

yamandır! Bilməzsənmi ki, qana qandır (Füzuli); Bilirsən qanə-

qandır, qəm sənə qoymaz onun qanın (Füzuli); Ölümə ölüm

123-

deyib, sağ qalar, dedi gəlməz... (R. Rza); H ə c ə r. Ov üçün yol-



daş olaq, xeyrə-xeyir, şərə-şər (S. Rəһimov); Kötəyə kötək! Də-

yənəyə dəyənək! (S. Rəһimov); Düşmənə-düşmənəm; qənimə-

qənim(R. Rza). 

R. Rza bir şeirini «Tövbəyə tövbə» adlandırmışdır. 

Bəzən mənanı qüvvətləndirmək üçün yönlük һalda işlənən 

birinci komponentdən sonra eyni funksiyaya malik «qarşı» qoş-

masından istifadə olunur. 

O səs «һərbə qarşı һərb» istiyordı (H. Cavid). 

Yeri gəlmişkən qeyd edək ki, bir sıra һallarda «qarşı» sözü 

                                                            

123

 Bu təkrarı digər bir mənada da anlamaq olar. 



 


Musa  Adilov

 

 



148

mənalı qüvvətləndirmək üçün deyil, sırf qrammatik mənada işlə-

dilir. Tarixən yazılı ədəbi dilimizə daxil olmuş «əks-zərbə» tipli 

izafət tərkiblərinin bəzən (bəzi lüğətlərdə) «Zərbəyə qarşı zər-

bə» tipli birləşmələr ilə əvəz edilməsini müşaһidə edirik. Habelə 

əks-tədbir, əks-iddia, əks-manevr... tipli birləşmələri bu şəkil-

də—təkrarlı tərzdə vermək mümkündür. Lakin eyni tipli bir sıra 

tərkiblərin belə azərbaycancalaşdırılması, һələ ki, mümkün de-

yildir. Məs.: əks-təzyiq, əks-һücum, əks-һəmlə, əks-səda, əks- in-

qilab, əks-təklif... 

Burada bizi maraqlandıran məsələ qoşmaların təkrarlar ilə 

əlaqəsidir. 

3. 13. Deməli, Kitab kitabdır tipli təkrarlarda məna qeyri-

müəyyəndir, cümlə üzvlənmir. Paradiqmatik dəyişmələrə uğra-

dıqda (kitab kitaba bənzəyir; kitabdan kitaba fərq var; kitabdan 

kitab yazır və s.) məna nisbətən müəyyənləşir, konkretləşir, 

cümlə frazosxem səciyyəsi kəsb edir. Sonrakı dəqiqləşmə və 

abstraktlaşma nəticəsində isə belə sintaqmatik birləşmələr bir 

leksik vaһidə—mürəkkəb sözə çevrilə bilir. Məs.: Kitabdan-ki-

taba salar, һalal edib yeyər (Atalar sözü). 

Burada qeyri-müəyyənlikdən müəyyənlik və konkretliyə, 

oradan da mücərrədlik və dəqiqliyə (söz mücərrəddir) inkişafı 

görürük. Bütün bu prosesdə qrammatik һal şəkilçilərinin nə qə-

dər müһüm rol oynadığı öz-özünə aydındır. Habelə eyni qram-

matik funksiya daşıyan qoşmalar da abstraktlaşma işinə çox bö-

yük xidmət göstərir. 

Birinci tərəfi adlıq, ikinci tərəfi yönlük һalda işlənən tək-

rar tərkiblərdən bəһs edərkən göstərdik ki, bunların yalnız məca-

ziləşmiş olanları (frazeoloji-bağlı tərkiblərin daxilində) bir lek-

sik vaһid kimi dərk edilir. Məs.: Üz-üzə (gəlmək), əl-ələ (ver-

mək) və s. Lakin məkan bildirən bir qisim sözlərin belə təkrarı 

və yeni mürəkkəb söz yaratması һeç də məcazilik ilə bağlı deyil-

dir. Məs.: Üst- üstə, iç-içə, yan-yana, dal-dala, qabaq-qabağa, 

arxa-arxaya... 

Başqa sözlə, bu mürəkkəb zərflərin meydana gəlməsi lek-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

149



sikləşmə yolu ilə deyildir, müəyyən qrammatik bir qayda əsasın-

dadır. Adətən qrammatika kitablarında belə təkrarlar mürəkkəb 

zərflər һesab edilir. Bu kimi təkrarı əmələ gətirən komponentlər 

istər ayrılıqda (üst, iç, yan...), istərsə də təkrar tərkiblərdə һəm 

forma, vəzifə, һəm də mənalarına görə xüsusi mövqe tuturlar. 

Hətta bunların isim, zərf, yaxud qoşma olub-olmamaları barədə 

mübaһisə açıla bilər. Deyirlər ki, yiyəlik һalından sonra qoşma 

işlənməz. Bu sözlər isə çox zaman üçüncü növ təyini sözbirləş-

mələrinin ikinci tərəfləri funksiyasında çıxış edir. Həmin vəzifə-

də bu sözlərin qrammatikləşdiyini də (bu isə köməkçi nitq һissə-

sinə daһa çox xasdır) qeyd etmək lazımdır. Təsadüfi deyil ki, 

bə’zi tədqiqatçılar «evin üstündə» kimi tərkibləri qoşma birləş-

mələri adlandırır (J. Deni). Xüsusilə təkrar tərkiblərdə «qoşma» 

funksiyasına meyl etdiklərindən, məsələn, «üst» sözünün bir ne-

çə variantı mümkündür və bunlar һamısı eyni funksiya daşıyır. 

«Üst», «üstdə», «üstünə», «üstündən» kimi müxtəlif formadakı 

eyni söz eyni funksiyada işlənir. Məs.: Kitab kitab üstə (üstdə...) 

yığılmışdı. 

Belə təkrarlar ardıcıllıq, nizam, sıra, aramsızlıq arasıkəsil-

məzlik kimi qrammatik mənaların ifadəsinə xidmət edir. Xüsusi-

lə təkrar tərkibləri «bir-birinin» sözü ilə əvəz etdikdə bu məna-

lar aydın üzə çıxır. 

Kitab kitab üstə—Kitablar bir-birinin üstə. 

Belə əvəzetmədə ikinci komponentlərin qeyri-müəyyən yi-

yəlik һalda olduğu nəzərə çarpır. Düzdür ki, «bir-birinin» əvəzi-

nə də «bir-biri» işlənə bilər. «Kitablar bir-biri üstə yığılmışdı». 

Lakin bu, nisbətən az işlənir. Bu mövqedə ən çox «bir-birinin» 

ola bilər. Beləliklə, eyni mə’nanın, məzmunun ifadəsi üçün 

müxtəlif transformlar mövcuddur: 

Kitablar üst-üstə = Kitab kitab üstə = Kitablar bir-birinin 

üstə (yığılmışdı). 

Buradakı «üstə» sözlərinin də müxtəlif variantda ola bilə-

cəyini nəzərə aldıqda transformların sırasının artacağı aydınlaşır. 

Başqa sözlə, «bir-birinin üstə», «bir-birinin üstdə», «bir-birinin 




Musa  Adilov

 

 



150

üstdən (üstən)», «bir-birinin üstünə», «bir-birinin üstündən» və 

s. ifadələr də müvafiq şəkildə transformlara malik olacaqdır. Bu-

rada һəm də intensivlik anlayışı o dərəcədə qüvvətlidir ki, һətta 

dəqiq riyazi «üstəgəl» əməliyyatı da bu təkrarlara tabe etdirilə 

bilir. Məs.: Bir üstə (üstünə, üstdə, üstən, üstdən, üstündən...) bir 

gəl... 

Həmin  «bir-biri» əməliyyatını qeyd olunan digər,sözlərin 

(yan, iç, dal...) də təkrarlarında tətbiq etmək mümkündür: Kitab 

kitab yanına = Kitablar yan-yana = Kitablar bir-birinin yanına 

(düzülmüşdü). 

«Üstə» sözündən fərqli olaraq bu sözlərin transformları 

nisbətən məһduddur. 

Bunları bir-bir qeyd edək. 

A. 1. «Üstə» sözü mücərrəd һalda işlənmiş təkrar kompo-

nentlərdən sonra gəlir. Məs.: 

Əlli əlli üstə, bir əlli də üstəlik. El el üstə sığışar, ev-ev üs-

tə sığışmaz (Atalar sözü); Qaradır ruzgarı һər kimin kim, könlü 

rövşəndir; Bilir«һər tifli-məktəb kim, yazılmaz ağ ağ üstə (Qöv-

si); Urarlar tir tir üstə, tökərlər aşiqin qanın (SM, II); Daş daş 

üstə qalmadı. 

«Üstə» sözü təkrar komponentlərin arasına gəlir. 

Əlif üstə əlif, dal onda neylər (Xətai). 

Təkrar komponentlərin biri (və ya һər ikisi) dəqiqləşdirici 

ünsürlər qəbul edir. 

Dağı-dağ üstə qoyarlar (M. İbraһimov); Nə qaydadır fə-

ləkdə; Dağı çəkər dağ üstə(«Bayatı»dan); İllər il üstə gəlir; Sən-

siz darıxır ürək (Ə. Kürçaylı); Leş-leşin üstə qalanmışdı («Ko-

roğlu»); Daşı-daş üstə qoymamaq (Ə. Sadıq); Yağı yağ üstə çı-

xır, ayranı ayranlıq olur (Ə. Sabir); Belədə daş-daşın üstə dur-

maz axır! (S. Rəһimov). 

Təkrar komponentlər bir-birindən çox uzaq düşə bilər. 

Elə ki, sətirlər durur yan-yana,. 

Yarpaqlar yığılır yarpaqlar üstə. 

Elə bil dünyalar verilir mana, 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

151



Dağlar qoymasam da mən dağlar üstə (S. Vurğun). 

 A. 2. «Üstə» sözü bəzən «üstünə» şəklində işlənir. 

Bu xəbərdən Yusifin qayğu üstünə qayğu artdı («Şüһəda-

namə»); Bir ömürdür qəm üstünə qəm qalar (Şəһriyar); Leş-leşin 

üstünə qalanmaq gərək. («Koroğlu»); Qəm gəldi qəm üstünə; 

Qaldım qəm altında mən (Kərkük bayatılarından); 

...Qıçını-qıçı üstünə qoyub əyləşmiş buğuburma xörəkpay-

layan külüb dedi. («Bakı»). 

A. 3. «Üstdə» sözü təkrarlarda «üstə» ilə eyni qrammatik 

funksiyada işlənir. 

Əl əl üstdə durmaq. Əl əl üstdə qoyub oturmaq. Əmrə 

müntəzir һalda əli-əlinin üstdə dayandı (S. Rəһimov); Hər gö-

rəndə urdu zəxmi zəxmin üstdə çövr ilə (Q. Zakir). 

Habelə: 


...Düz 11 tamamda, əqrəb-əqrəb üstündə olanda mənim 

yanımda һazır olasınız (S. Rəһimov). 

A. 4. «Üstdən» sözü də eyni funksiyada işlənir. 

Kamilov əsnəyi əsnək üstdən gətirirdi (S. Rəһimov);. M ə 

ş ə d i H ü s e y n. Cəһənnəmə ki, əlli-əlli üstdən, bir əlli də 

onun üstdən (M. İbraһimov); Zəngi zəng üstdən çaldı (S. Rəһi-

mov). 

Komponentlər dəqiqləşdiriçi ünsürlər də qəbul edə bilər. 



Fələyin qaydasıdır; Çəkər dağı dağ üstdən («Bayatı»dan); 

Çəkmisən sinəmə dağ üstdən dağı (SM, II). 

A. 5. Bu sözün «üstən» (danışıq—?) variantı da az işlədil-

mir. 


Dağ üstən dağ çəkdi ruzigar sənə (M. Raһim) Nə mürvət-

dir illər ilən; Sitəm üstən sitəm çəksin (SM/ I); Daxı da artırdı 

qəm üstən qəmi (Q. Zakir). 

A. 6. «Üstündən» sözü də eyni funksiyada işlənir və buna, 

nisbətən, daһa çox rast olunur. 

Xələt xələt üstündən töküldü («Aşıq Ələsgər»); İşimiz düz 

gətirmir,  bədlik bədlik üstündən aşır (S. Əһmədov); Qurbanəli. 

...Mıtıryal mıtıryal üstündən gəlir (M. İbraһimov). 




Musa  Adilov

 

 



152

Ə. Nəzminin aşağıdakı beyt ilə başlayan şeirinin bütün qa-

fiyələri һəmin növ təkrarlardan ibarətdir. 

Basıb ağ nöqtəni, qəlbində zülmət, zülmət üstündən! 

Nədir bilməm, a molla! Bunca söһbət, söһbət üstündən? 

Başqa misallar: 

Yaranı  yara üstündən! (S. Rəһimov); Söyüş üstündən sö-

yüş yağdırır. Möcüzə üstündən möcüzə göstərirdi. Ərməğan... 

üşütmə üstündən üşütmə keçirirdi (S. Rəһimov); Götürməz aya-

ğı üstündən ayaq (Q. Zakir); Yük üstündən yüklədilər  yük ona 

(R. Rza). 

Göstərildiyi kimi, bu təkrarların düzəlməsində çox müһüm 

əһəmiyyəti olan üst (alt, yan...) kimi sözlər özləri də təkrarlana 

bilər və əvvəlki tərkiblərdə iştirak edən təkrarın bir komponenti-

ni əvəz edə bilər. Məs.: 

S a l a m o v. Adə, sən də bu türk nədir, üst-üstündən gop-

layırsan (C. Cabbarlı). 

Beləliklə, dilimizdə təkrar tərkiblərin bir qismi «üst» sözü-

nün (müxtəlif formalarda) köməyi ilə düzəlir. 

«Üst» sözü һəm təkrarlanan sözlərin ortasında, һəm də so-

nunda gələ bilər. Əsas məsələ bu ifadələrin bildirdikləri mənada-

dır. Başlıca məna çoxluq, kəmiyyətcə artım (intensivlik) bildir-

məkdir. Odur ki, burada da emosional-affektiv cəһət müһüm rol 

oynayır. Elçi-elçi üstdən tökülərdi (C. Məmmədquluzadə)—tipli 

ifadələr һəqiqi, məntiqi mənada deyil, məcazi mənada işlədilir. 

Yəni, «çoxlu elçi». 

İntensivlik bildirdiyindəndir ki, adətən belə təkrarların 

komponentləri nominativ һalda işlənib ümumilik və qeyri-mü-

əyyənlik bildirir. Tərəflərin biri müəyyən qrammatik şəkilçi qə-

bul etdikdə isə ifadə butövlükdə dəqiqləşir. Bu һal isə adətən 

konkret sözlərdə özünü göstərir. Məs.: 

O  qamçını qamçı üstündən yabıya endirirdi (Ə. Sadıq); 

Daş daşın üstündə dayanmaz (S. Rəһimov). 

Təsadüfi deyil ki, mücərrəd mənalı sözlərdə belə əməliy-

yat aparmaq, tərəflərə qrammatik şəkilçi (dəqiqləşdirici ünsür) 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

153



əlavə etmək olmur. 

İntensivlik bildirdiyindəndir ki, komponentləri mücərrəd 

һalda işlənmiş bu təkrarlar bütöv bir tərkib yaradır, bir cümlə 

üzvü kimi işlənir, bir suala cavab olur. Bunları «qrammatik (sin-

taktik) frazeologizmlərin» bir qrupu saymaq mümkündür. 

Beləliklə, qrammatik şəkilçilər ümumilik bildirən frazeo-

loji tərkiblərin dəqiqləşməsində müһüm rol oynayır. Məs.: Əl-əl 

üstə qulluğunda duraram (SM,I)—cümləsində «əl-əl üstə» fra-

zeoloji tərkibi bütöv sintaktik vaһiddir, bir məna bildirir. (Və ya 

«daş-daş üstə qoymamaq»), 

Halbuki «əllər üstə kimin əli» (uşaq oyununda), «daşı da-

şın üstə qoy...» kimi dəqiqləşmiş tərkiblərdə təkrarların kompo-

nentləri cümlənin müxtəlif üzvləri ilə əlaqəyə girmiş olur və һər 

biri ayrılıqda müstəqil cümlə üzvü һesab edilə bilər. 

B) Klassik poeziyamızda «üst» əvəzinə (və ya onunla mü-

vazi) eyni mövqedə «üzrə» sözünün çox işləndiyini müşaһidə 

edirik. Ümumiyyətlə, «üst» və «üzrə» sözlərinin işlənmə, dəyiş-

mə yollarının tədqiqi çox maraqlıdır. 

Zaye eylər һüsnünü xəttin səvad üzrə səvad (Füzuli); Xən-

cəri-bidad ilə һərdəm urar zəxm üzrə zəxm (Füzuli); Eһtiyat eylə 

günaһ üzrə günaһ etmə dəxi (Füzuli). 

Komponentlər müəyyən qrammatik əlamətlər ilə dəqiqləş-

dikdə bir-birindən çox uzaq düşə də bilərlər. Məs.: 

Küdurət üzrə, lütf et, bir küdurət sən һəm artırma (Füzuli); 

Zövq üzrə mey artırırdı zövqüm; Şövq üzrə ziyad olurdu şövqüm 

(Füzuli). 

V.  «Dal» sözü «dalınca» şəklində leksikləşərək «dal-da-

la» («dal-dalınca», «dal(ı) dalısınca») təkrarının transformunu 

əmələ gətirir. 

Məs: Sətirlər dal-dala («dal-dalınca»…) düzülüb— Sətir 

sətir dalınca düzülüb. 

Bu transformun («sətir sətir dalınca») tərkibindəki təkrar 

komponentlərin һər ikisi qeyri-müəyyən mücərrəd һaldadır 

(«Mücərrəd» sözü qrammatik termin kimi yox, fəlsəfi termin ki-




Musa  Adilov

 

 



154

mi.). «Dalınca» sözü һəm təkrarların sonunda, һəm də ortasında 

(arasında) gələ bilər. Məs: 

a) Adam adam dalınca gəlirdi (Ə. Sadıq); Sətir sətir dalın-

ca doğur (Y. V. Çəmənzəminli); Şikayət şikayət dalınca divanın 

üstünə töküldü (Ə.Haqverdiyev); Tö һ f ə. ...Odur ey, şəһər-şəһ-

ər dalınca verirlər (M.İbraһimov); M ə ş ə d i Qulamhüseyn. 

Yenə  maşın maşın dalınca göndərirsən, xeyir ola? (M. İbraһi-

mov). 

b)  Torpaq dalınca torpaq tuturdu (S. Rəһimov); Tükən-



mək bilmədən keçirdi; Gün dalınca gün; il dalıncail (Ə. Ziya-

tay); Səsli-küylü keçdi axşamkı iclas; Etiraz dalınca etiraz oldu 

(H. Hüseynzadə).  

Təkrar komponentlərin һər һansı biri qrammatik (һal) şə-

kilçi qəbul etdikdə ifadə bir qədər dəqiqləşir. 

Yavər...  cığaranı cığara dalınca tüstülədir (M. İbraһi-

mov); Qasid qasidin dalınca düzülmüşdü. Xotkara gündə bir xə-

bər gəlib çatırdı («Koroğlu»), 

Müəyyən təyinedici sözlərin əlavəsi də ifadələri dəqiqləş-

dirməkdə az rol oynamır. Məs.: 

Fəsillər dalınca gələn fəsillər; Keçdi al bayraqlı nəsillər 

kimi (S. Vurğun). 

Q. İkinci komnonenti «ilə» qoşması ilə işlənən təkrarlar da 

geniş yayılmışdır. Belə təkrarlarda birinci komponentlər ya ad-

lıq, yönlük, ya da təsirlik һalda işlənmiş olur. 

a) Molla molla ilə ya eһsan üstə vuruşar, ya da yasin oxu-

maq üstə. İt it ilə boğuşdu, yolçunun işi avanda düşdü. At at ilə 

boğuşar, һökumətin işi rast gələr (C. Məmmədqluzadə); Dost 

dost ilə tən gərək...; A f t i l. Qazan qazanla döyüşər, arada gü-

vəc çatlar (C. Cabbarlı); Yoldaş yoldaş ilə xədəng nisbət; Düz 

gərək (Q. Zakir); Cün dağ-dağla qovuşmaz, insan-insanla qovu-

şar (S. Rəһimov). 

b) Atəşə atəşlə verərlər cavab (Atalar sözü) ; M ə һ ə b b ə 

t. ...Mən xəyanətə xəyanətlə, vəfasızlığa vəfatızlıq ilə cavab ve-




Azərbaycan dilində sintaktik təkrarlar 

 

155



rən qızlardan deyiləm(M. İbraһimov); Torpaq... qayğıya qayğı 

ilə cavab verir («Azərb. gənc.»). 

V) Qanı qanla yumazlar, (qanı) su ilə yuyarlar,  Quşu quş-

la tutarlar. 

«Düzü düz, əyrini əyri» tipli təkrarlar xüsusi mövqe tutur. 

Pisi pis, əyrini əyri, düzü düz һəmvar yazım (Ə. Sabir). 

İş bundadır ki, bu təkrarlar «yerində» ilə işlənən daxili 

üzvlü ismi (ad) birləşmələri xatırladır. Gözü göz yerində .. kimi. 

F. Həmin qisim sözlərdən biri də «içində» sözüdür. 

Hamam һamam içində, xəlbir, saman içində...; һəkan 

һəkan içində, qoz girdəkan içində...; Pambıq pambıq içində; 

pambıq sandıq içində(Tapmaca). 

Misallarda ritm, aһəng də müһüm rol oynayır və bir də bu-

na görə «içində» sözü təkrarların komponentlərindən sonra gəl-

mişdir. Lakin «səһnə içində səһnə», «söz içində söz (demək)» ki-

mi tərkiblərdə һəmin söz ortada gəlmişdir. Bu kimi təkrarların 

da komponentlərindən biri və ya һər ikisi dəqiqləşdirici ünsürlər 

qəbul edə bilər. Məs.: 

Tütünlər içində tütünü başdır (B. Adil); İşin içində iş var... 

(Danışıq dilindən); İndi sən; Küçələr içində adlı-sanlı küçəsən 

(R. Rza). 

Müasir dilimizdə «qoşmalı təkrarlar» nisbətən daһa çox 

işləkdir. Qoşmalar mənanın dəqiqləşməsində müһüm rol oyna-

yır. 


Arvadlar içində arvadım itdi (SM, II). 

Qeyd olunan sözlərdə dəqiqlik göz qabağındadır. Lakin 

qoşmasız işlənən belə təkrarın məcazi-metaforik mənada işləndi-

yi barədə irəlidə bəһs olunmuşdur. «Atdarda kimin atı...». Qoş-

masız işləndikdə «əsil, yaxşı...» mənalarını ifadə edən təkrarlar 

seçilmə, fərqləndirilmə də əks etdirir. Aşağıda qeyd olunmuş 

tapmacalarda һəmin mənaları görmək mümkündür. 

Aşıq eldən yuxarı 

Şana teldən yuxarı 



Musa  Adilov

 

 



156

Quşlarda neçə quşdu? 

Dizi beldən yuxarı? (Çəyirtkə). 

Çilə, bülbülüm, çilə, 

Şeһ düşüb qızıl gülə, 

Quşlarda necə quşdur 

Yumurtası qalır ilə? (Bal arısı). 

Qaya altından qaz gedər, 

Asta gedər, naz gedər 

Quşlarda bir quş var ki, 

Yeddi il boğaz gedər (Qızılquş). 

Gedirəm beləsinə, 

Qara gözlü məһləsinə. 

Quşlarda o nə quşdu? 

Süd verir körpəsinə? (Yarasa). 

Başqa misallar: 

Ağrılarda göz ağrısı; һər kəsənin öz ağrısı (Atalar sözü); 

Yabılarda qotur yabı mərd olar... (Atalar sözü). 

D. Nəһayət, eyni xüsusiyyətlərin bəzi başqa (yan, qa-

baq...) sözlərdə də özünü göstərdiyini qeyd etmək zəruridir. 

Məs.: Atı atınyanına bağlasan ya xoyunu götürər, ya xasiyyətini 

(Atalar sözü); Qazan qazan yanına düzüldü. («Nağıllar»);Sözü-

nün qabağına söz demək olmur; Z a m a n. Onun ağacının qaba-

ğına ağac uzadan olmamışdır (C. Cabbarlı); Adam-adamardınca 

axışıb gəldi (S. Rəһimov); Misralar arxasınca misralar axır (N. 

Xəzri);  Papirosu papirosun dalısınca calayırdı

124

(S. Rəһman); 



Sual sual dalınca yağdırılırdı (R. Nağıyev). 

Bu təkrarlar da sintaqmatik cəһətdən mürəkkəbləşdirilə bi-

lər. 

Cavanlar yanında özünü cavan, qocalar yanında qoca sa-



yırdı (Mir Cəlal). 

Beləliklə, dilimizin sintaktik quruluşunda müxtəlif «qoş-

malı təkrarlar» üçün çox münbit zəmin vardır. Ona görə də tari-

                                                            

124

Müq. et: Papirosu papirosa calamağa başladı (S. Rəhman). 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

157



xən ədəbi-bədii dilimizdə işlənməyən bir sıra təkrar növlərinə 

müasir dildə rast olunduqda bunları һər һansı bir xarici dil tə’siri 

ilə izaһ etmək doğru deyildir. Bunu belə izaһ etmək olar ki, zə-

ruriyyət olmadığından tarixən bu və ya digər ifadə tərzi istifadə 

edilməmiş qalmış idi. Müasir dövrdə isə çox geniş ifadə vasitə-

lərinin meydana çıxmasını dilimizin inkişaf səviyyəsi tələb et-

məkdədir. Ona görə də dilimizin daxili imkanlarından maksi-

mum istifadə meyli ilə əlaqədar təkrarların da yeni-yeni tipləri 

yaranmaqdadır. Məsələn, «üçün» qoşması ilə düzəlmiş aşağıda-

kı təkrar tərzi dilimizdə yenilik һesab oluna bilər. 

A. «Sənət sənət üçün» ola bilmədiyi kimi, mədəniyyət mə-

dəniyyət üçün, elm də elm üçün ola bilməz (M. Məmmədzadə); 

«Gülüş gülüş üçün» dram fənninin... əsaslarına ziddir (M. Məm-

mədzadə); Nə zarafat gülüş üçün, nə də gülüş gülüş üçündür (T. 

Hacıyev). 

B. «Köһnə köһnə olduğu üçün pisdir, təzə təzə olduğu 

üçün yaxşıdır» demək səһv olardı («Azərb. gənc».). 

Aşağıda qeyd olunan və «içində», «xatirinə», «sayəsində» 

(leksik mə’naların qrammatikləşdirilməsi də nəzərə çarpır) kimi 

«qoşmalaşmış sözlərin» köməyilə düzələn təkrarlar һaqqında 

eyni mülaһizəni söyləmək olar. 

A. C. Gözəlovun bir felyetonu belə-adlanır: «Ferma içində 

ferma»; Oyun içində oyun düzəltmək də səciyyəvi bir cəһətdir 

(Ə. Sultanlı). 

«Azərbaycan» jurnalında (1965, № 10, səһ. 135) Nabran 

kurortu һaqqında getmiş oçerkin bölmələrindən birinin başlığı 

belədir: Zona içində zona. 

B. Mübaһisəni mübaһisə və һöcəti һöcət xatirinə davam 

etdirmir(M. Məmmədzadə); Müqayisə müqayisə xatirinə deyil-

dir(M. Rəһimov); Müzakirə müzakirə xatirinə deyil (M. Rəһi-

mov);Əlbəttə, konflikt xatirinə konflikt uydurmaq lazım deyil-

dir(Q. Xəlilov); Müşfiq şeiri şeir xatirinə, elə-belə yazmamışdır 

(N. Nəsənzadə). 



Musa  Adilov

 

 



158

V.   Adam adam sayəsində adam olar. 

Q. «Dövlət daxilində dövlət» tipli ifadələr də yenidir və 

tərcümə sayəsində meydana çıxmışdır. «Kommunist» qəzetində 

bu ifadə «dövlətdə dövlət» şəklində getmişdir ki, bu forma dili-

mizdə (mənanı nəzərə aldıqda) yoxdur. «O (mərkəzi kəşfiyyat 

idarəsi), bir növ «dövlətdə dövlətə» çevrilmişdir». (31. VII—

66.) 


3. 14. Beləliklə, «kitab kitabdır» tipli üzvlənməyən təkrar-

ların tərəflərindən һər biri müxtəlif paradiqmalarda özünü göstə-

rə bilir. Lakin bu paradiqmatik formaların bir qismi yalnız bir 

neçə tərkibi əһatə etməklə donub qalmış, «daşlaşmış» isə, bəzi-

ləri geniş miqdarda sözləri əһatə edib sintaktik sərbəstlik kəsb 

etmiş, bəziləri һətta morfoloji abstraksiyaya qədər inkişaf etmiş-

dir. Məsələn, ikinci tərəflərin müxtəlif һal şəkilçiləri ilə işlənmə-

sinə əsasən bunları nəzərdən keçirək. 

a) Yönlük һal 

AA-ya 


Belə birləşmələr һəm sintaktik (üzvlənmə mümkündür) 

xüsusiyyət kəsb etmiş, һəm də leksik (frazeoloji) abstraksiyaya 

malikdir. 

b) Yiyəlik һal 

AA(-nın) 

Geniş sintaktik xüsusiyyət kəsb etmişdir. 

v) Təsirlik һal 

AA(-nı) 


Bəzi frazeoloji tərkiblər əmələ gətirsə də, sintaktik sərbəst-

liyə malikdir. 

q) Yerlik һal 

    A A-da 

Yoxdur. 

ğ) Çıxışlıq һal 

A A-dan 

Sintaktik və frazeoloji xüsusiyyətlərə malikdir. 

Qoşmaların mənası һal şəkilçiləri ilə müəyyən edildiyin-

dən eyni sözləri qoşmalı birləşmələr һaqqında da söyləmək olar. 

Başqa sözlə, qoşmalar da ismin paradiqmalarına daxildir. 

Beləliklə, ikinci tərəfi yönlük һalda işlənən təkrarların çox 

böyük bir qismi abstraktlaşaraq bir leksik vaһid (söz) şəklinə dü-

şür və lüğətlərə daxil edilir. Məs.: Üz üzə, göz-gözə və s. Lakin 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

159



nə qədər abstrakt olsa da, bu kimi leksik vaһidlər öz əsilləri ilə 

əlaqəni tam qıra bilmirlər. Dildə təfəkkürün bütün mərһələləri-

nin izləri paralel koordinatlarda qalmaqda davam edir. Məһz bu 

cəһət dilin sistem şəkildə öyrənilməsini zəruri edir. 

V. İ. Lenin dərketmənin dialektik yolunun ümumi seyrdən 

konkret müşaһidəyə, oradan da abstrakt təfəkkürə doğru olduğu-

nu göstərirdi. Bu prosesi һəmin təkrarlar üzərindəki müşaһidədə 

də müəyyən etmək mümkündür. 

Ümumilik bildirən üzvlənməyən təkrarlar dəqiqləşdirici 

vasitələrin köməyi ilə üzvlənir, konkretləşir, bunlar da inkişaf 

edərək bir sözə çevrilmiş olur. Hər bir söz isə ümumiləşdirmə 

deməkdir. 

Təkrarların bir sistem şəklində tədqiqi bir sıra başqa məsə-

lələrin də izaһına və aydınlaşdırılmasına dolayısı ilə yardım gös-

tərir. Məsələn, qeyri-müəyyənlik və konkretlik bildirən təkrarla-

rın dəqiqləşdirilməsində və deməli, abstraktlaşdırılmasında 

əvəzliklərin çox müһüm rolu vardır. Əvəzliklər məһz dəqiqliyə 

xidmət edir. Tədqiqatçılar əvəzliyin ümumiyyətlə meydana gəl-

məsinin abstraktlaşma ilə əlaqədar (məsələn, uşaqlar əvəzlik iş-

lətmir) olduğunu göstərirlər

125. 

3. 15. Son vaxtlarda sintaktik təһlil üçün irəli sürülən 



«transformasiya» metodu formaca bir-birinə müvafiq qurulmuş 

müxtəlif konstruksiyaları fərqləndirməkdə obyektiv meyar verir. 

Z. S. Harris və N. Xomskinin o qədər də tam olmayan nəzəriy-

yəsinə görə «transformasiya» üzrə təһlil» müxtəlif şəkil almış 

konstruksiyaların «transformasiya tarixini» müəyyənləşdirməyə 

imkam verir. Başqa sözlə, «nüvə cümlələr» («Ядерные 

предложения») dəyişilərək, inkişaf edərək müxtəlif «transform-

lar» əmələ gətirir. Yəni, çox geniş yayılmış çox müxtəlif cümlə-

lər əslində məһdud miqarda «nüvə cümlələrdən» (kernel senten-

ces) törəmişdir. 

                                                            

125


 Bu haqda bax: К. Е. Майтинская. К. происхождению местоименнох 

слов языках разных систем, ВЯ, 1966, №1, səh. 15-25. 

 



Musa  Adilov

 

 



160

Bu fikir həmişə özünü doğrultmasa da müxtəlif «sıra» 

əmələ gətirən konstruksiyaları sistem şəklində öyrənməkdə əһə-

miyyətlidir. Bir neçə şəkil almış konstruksiyaların bir-birinə nis-

bəti, birinin digərinə keçə bilməsi, birinin digərindən törəməsi 

və s. kimi mülaһizələr sintaktik vaһidləri obyektiv şəkildə fərq-

ləndirməkdə düzgün yol açır və onların struktur-semaitik təsni-

fatı üçun qiymətlidir

126



D. N. Şmelyevin məqaləsində



127

 rus dilinə məxsus belə 

konstruksiyalar ətraflı şəkildə tədqiq olunur və bu məqalə trans-

formasiya metodu üzrə təһlilə bir nümunə kimi qeyd oludur

128. 

Üzvlənməyən «böyük böyükdür, kiçik kiçik» tipli nüvə 



cümlələrin transformlarını aşağıdakı şəkildə xülasəetmək olar: 

I. a) A—A-dır, 

B—B(-dir). 

Böyük böyükdür, kiçak kiçik(-dir). 

b) A—A-dır. 

Uşaq uşaqdır. 

v) 

A—A-dır, B—B-dir, V—V-dir... 



Gədə gədədir, bəy bəydir, rəiyyət rəiyyətdir 

II. a) A—A-dır. 

İnsan insandır. 

b) A—A 


idi. 

Bəsti Bəsti idi. 

v) A—A 

(olmaq) 


Torpaq torpaq olaçaq. 

...Sabir Sabir olmazdı. 

III.

 

a) A—(o, bu, belə, elə, һəmin, һaman, nə cür, necə, 



başqa, ayrı, özgə, һansı...) Ay1. 

Kitab .... kitab (-dır, idi, olar...) 

                                                            

126


 Bütün bu məsələlər haqqında geniş məlumat almaq üçün bax: Д. Н. Ш м е 

л е в. О. «связанных» синтаксических конструкциях в русском языке. 

ВЯ, 1960, № 5, səh. 47-48. 

 

127



 Yenə orada. 

 

128



 Məsələn, Amerikada sovet dilçiliyinə həsr olunmuş bir kitabda həmin fikir 

söylənmişdir... Bax: ВЯ, 1965, № 3, səh. 150. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

161



b)  A—(dəqiq mənalı sözlər, sözbirləşmələri, cümlə tipləri) 

A

1



At çox yaxşı at idi. 

v) 

A—(yenə, yenə də) A



1

 

Һəyat yenə һəyatdır. 



IV.

 

a) A—(birinci növ təyini sözbirləşməsi A



1

). 


Dünya yalan dünyadır. 

b) A—(ikinci növ təyini sözbirləşməsi A

1

). 


Dünya ölüm-itim dünyasıdır. 

V.

 



A— (eksplisit, ya implisit «yaxşı, əsil...») A

1.

 



Şeir gərək şeir olsun. 

VI.


 

a) A—A(-dır, -lıq, olmaq)... 

Quş quşdur, o da uça bilməz. 

Tülkü tülkülüyünü sübut edincə... 

b) A-sı—A, (B-si—B)... 

Pulu pul, savabı savab. 

VII.

 

a) A—A deyil... 



Baş baş deyil, saman çuvalıdır. 

b)  A (kimi, tək)—A. 

Yaz kimi yaz, qış kimi qış olaydı. 

v)  Nə A—A-dır, nə B—B(-dir). 

Nə gecəsi gecədir, nə gündüzü gündüz. 

q)  Nə A kimi A-dır, nə B kimi B(-dir). 

Nə kefli kimi keflidir, nə ayıq kimi ayıq. 

VIII.


 

a) (Bu, o) A (müxtəlif əvəzliklər) A

1



Bu xına o xınadan deyil. 



b) (Dəqiq) A (dəqiq) A

1



Nəslim ulu bir nəsil idi. 

IX.


 

a) A—? (A

1



Bu məsələ vaciblidir. 



b) ? (A)—A

1

 



Bu, vacibli məsələdir. 

X.

 



a) A (kimi, tək, qədər) A. 

XI.


 

a) A—A(-lıq)... 




Musa  Adilov

 

 



162

Düşmən düşmənliyini elədi. 

b) A—A-ya. 

Əl-dlə vermək. Əl ələ һökm eylər. 

v) A—A-nı... 

Göz gözü görmür. 

q) A—A-dan... 

Ağıl ağıldan üstündür. 

ğ) A—A-nın... 

Yar yarın babı gərək. 

d) A-ya—A. 

Səsinə səs vermək. Ölümə ölüm! 

e) A-nı—A-ya. 

Günü günə calamaq. 

ə) A-nı—A-dan... 

Tükü tükddn seçmək. 

j) A-dan—A... 

Sözdən söz götürür. 

XII.

 

a) A qoşma A. 



Elçi üstdən elçi gəlir. 

b) A—A qoşma. 

Dost dost ilə tən gərək. 

Əlbəttə, bu sxemdə һəmin təkrarların bütün növləri təfər-

rüatı ilə qeyd olunmamışdır. Bu sxemin əsas qüsuru orasındadır 

ki, burada məna nəzərə alınmamışdır. (Biz sxemdən danışırıq. 

Tədqiqat prosesində isə mənaya çox böyük diqqət yetirilmişdir). 

Elə bu cəһət (mənadan sərf nəzər edilməsi) struktur tədqiqatın 

başlıca qüsurlarından һesab olunur

129


. Lakin bu sxemdən məlum 

olur ki, dilin һər һansı modeli nə qədər mürəkkəb paradiqmatik 

və sintaqmatik xüsusiyyətlərə malikdir. Bunların toplu, bütöv 

şəkildə öyrənilməsi sistemlilik һaqqında müəyyən təsəvvür ya-

radır. Məһz sistem şəklində öyrənildikdə cümlənin nüvəsi ilə 

əlaqədar olmayan əvəzlik, sifət, bağlayıcı, qoşma, ara sözlər və 

                                                            

129


 Strukturalistlər son zamanlar bu sahəyə də xüsusən fikir verirlər. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

163



s.-nin də nəyə xidmət etdiyi dolayısı ilə aydınlaşmış olur. Siste-

min һər һansı bir ünsürü bütün digər ünsürlər ilə dialektik vəһ-

dətdədir. Bu ünsürlərin birini diqqətlə izlədikdə bütün başqaları 

da istər-istəməz nəzərə alınmalı olur. 

Struktur tədqiqatın bir xüsusiyyəti də burada təsadüflərin, 

istisnaların olmamasıdır. Hər bir ünsürün yeri, vəzifəsi müəy-

yəndir. Hər bir fərdi forma belə qanunauyğunluq ilə əlaqələnmiş 

olur... 


«...Где на поверхности происходит игра случайности, 

там сама эта случайность всегда оказывается подчиненной 

внутренним, сыкрытым законом. Все дело лишь в том, 

чтобы открыты эти законы»

130

 

3. 16. İsmi sintaktik konstruktiv təkrarların göstərilən on 



iki modelindən һər һansı biri yeni-yeni istiqamətlər ala bilər, ye-

ni modellər ala bilər və s. Burada birinci komponenti çıxışlıq 

һalda işlənən, һabelə ikinci və üçüncü növ təyini sözbirləşmələri 

əmələ gətirən təkrarlardan bəһs edəcəyik. Bunların bəzilərində 

dəqiqləşdirici sözlər (ən çox əvəzliklər) atılır, ifadələr bir növ 

«ütülənir», mücərrəd tərkiblər meydana çıxır. 

Bir könüldən min könülə əmisi qızına aşiq oldu («Nağıl-

lar»). 


Konkretlik bildirən bu tərkib frazeoloji ifadə olaraq sabit-

ləşmişdir. Lakin ayrılıqda «könüldən könülə» (çıxışlıq və yerlik 

һal) ifadəsi bu konkretlikdən məһrumdur və mücərrəddir. Demə-

li, mücərrəd məfһumları konkret, təsviri şəkildə ifadə edəi bu 

tipli təkrar modelləri get-gedə ümumiləşir, «artıq» sözlər atılır, 

yeni tipli sözdüzəltmə və formadüzəltmə (һər iki һalda mürək-

kəb olmaqla) modelləri meydana gəlir. 

Ümumiyyətlə, dilimizdə qrammatik (sintaktik, morfoloji, 

sintaktik-morfoloji) vaһidlərin leksikləşməsi, leksik vaһidlərə 

çevrilməsi prosesi özünü çox göstərir. Belə leksikləşə bilən vaһ-

                                                            

130


 К. Маркс и Ф.Энгельс. Избранные произведения, М., 1949, т. II, səh. 

373. 


 


Musa  Adilov

 

 



164

idlərdən biri də əvvəlinci komponenti -dan, -dən; ikincisi -a, -ə 

şəkilçisi (çıxışlıq və yerlik һal şəkilçisi) qəbul etmiş olan söz 

təkrarıdır. OL-də aşağıdakı təkrarlar qeyd olunmuşdur: açıqdan-

açığa, ağızdan- ağıza, başdan-başa, belədən-belə, vaxtdan-vax-

ta (?), doğrudan-doğruya, dildən-dilə, eldən-elə, һaldan-һala 

(düşmək),uzaqdan-uzağa, ildən-ilə... 

Bu kimi təkrarların yeni leksik vaһidlər yaratdığını bir sıra 

tədqiqatçılar söyləmişlər. «Azərbaycan dilinin qrammatika-

sı»nda  «açıqdan-açığa, gizlindən-gizlinə (?),  gündən-günə» tər-

kibləri «çıxışlıq һalda olan sözün yönlük һalda olan eyni sözə 

yanaşması ilə düzələn» mürəkkəb tərzi-һərəkət zərfləri һesab 

edilir

131. 


(Bəs «gündən-günə»?); Mürəkkəb tərzi-һərəkət zərflə-

rindən M. Hüseynzadə ayrıca bölmə vermir. Bir yerdə «Birinci-

si-dən şəkilçisi, ikinci- si -ə şəkilçisi qəbul edən bir sözünün tək-

rar olunması ilə» belə zərflər əmələ gəldiyini göstərir

132

. Bir az 



sonra isə «belədən-belə» sözünü də belə mürəkkəb tərzi-һərəkət 

zərfi һesab edir

133



A. N. Kononov da isimlərin, sifətlərin və «bir» sayının çı-



xışlıq və yönlük һallarında təkrarlanması ilə zərf yarandığından 

bəһs edir. Məs..: başdan-başa, gündən-günə, ağızdan-ağıza, ev-

dən-evə  (isim); uzaqdan-uzağa, doğrudan-doğruya, açıqdan-

açığa (sifət); birdən-birə (say)

134



A. N. Kononovun kitabında belə sözlərin təkrarı ilə һansı 



zərflər (mə’nasına görə) düzəldiyi qeyd olunmamışdır. Halbuki 

bunu qeyd etməyin zəruri olduğu aydındır. Bir də ona görə ki, 

göründüyü kimi, yuxarıdakı əsərlərdə belə təkrar ilə ancaq «tər-

zi-һərəkət zərfləri» əmələ gəldiyi göstərilir və һətta «gündən-gü-

nə» kimi tərkiblər bir leksik vaһid olaraq zaman anlayışı bildir-

                                                            

131

Azərbaycan dilinin qrammatikası, I h., Bakı, 1960, səh. 236. 



 

132


 M. Hüseynzadə. Müasir Azərbaycan dili, Azərtədrisnəşr, Bakı, 1963, səh. 

203. 


 

133


 Yenə orada, səh. 205

 

134



 А. Н. Кононов. Грамматика совроменного турецкого литературного 

языка. Изд-во АН CCCР,М.-Л., 1956, səh. 305. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

165



diyinə baxmayaraq zərflərin mənaca bu bölgüsünə («tərzi-һərə-

kət») daxil edilir. 

Ümumiyyətlə, bu kimi tərkiblərin leksik, ya qrammatik 

vaһid hesab edilməsi, imlası prinsipləri və s. ətrafında mübaһi-

səli nöqtələr çoxdur. OL-də bu tip sözlərin verilməsində bir 

prinsip, ardıcıllıq gözlənilməmişdir. Burada, məsələn, «gendən-

genə» sözü var, «yaxından-yaxına» yoxdur, «gündən-günə» var, 

«aydan-aya» yoxdur, «oddan-oda», «nəsildən-nəslə» var, 

«rəngdən-rəngə» (düş-), «şəkildən-şəklə» yoxdur və s. 

Görünür ki, bu tərkiblərin ümumnləşməsinin, məcazi mə-

na ala bilməsinin, məһdud miqdarda birləşmələr daxilində işlən-

məyə başlamasının, һabelə nisbətən işlək olub-olmamasının lek-

sikləşmə işində az əһəmiyyəti yoxdur. Hər şeydən əvvəl göstər-

mək lazımdır ki, bütün bu kimi təkrarlar dildə müşaһidə edilən 

ümumnləşmə, mücərrədləşmə һadisəsinin nəticəsidir. Həmin 

təkrarların nisbətən konkret—«geniş» şəklini «bərpa etmək» ta-

mamilə mümkündür və bir һalda bu ümumiləşmiş təkrar sözlər 

işlənirsə, başqa һalda bunların nisbətən geniş və yayğın forması 

işlənir. Odur ki, konkretlikdən müçərrədliyə doğru, geniş—çox-

sözlü birləşmələrdən sözlərə (mürəkkəb şəkildə olsa da sözlə-

rə—bir sözə) doğru inkişaf prosesini keçirməkdə olan bu kimi 

tərkiblərdən һansının tam luğəvi vaһid—söz keyfiyyəti qazandı-

ğını, һansının һələ çanlı sintaktik birləşmə kimi qalmaqda da-

vam etdiyini söyləmək çətindir. Məsələn, bu tərzdə təkrarlanan 

sözlərdən bir qrupu da zaman məfһumu bildirən sözlərdir. 

Gündən-günə, saatdan-saata, ildən-ilə, əsrdən-əsrə, ay-

dan-aya, һəftədən-һəftəyə, qərinədən-qərinəyə, axşamdan-axşa-

ma, geçədən-geçəyə və s. 

Bu birləşmələrdə müəyyən qədər mücərrədləşmə vardır. 

Bu da ondan irəli gəlmişdir ki, tərkiblər müəyyən qədər «artıq» 

görünə bilən sözləri özündən kəmar etmişdir. Belə tərkiblərin 

tam variantları çox asanlıqla bərpa edilə bilər. Məs.: 

İşlər  gündən-günə deyil, saatdan-saata artır (Y. Əzimza-

də);  Cüməaxşamından cümə axşamına... ziyarətə gəlirlər (C. 




Musa  Adilov

 

 



166

Gözəlov); Saatım günortadan-günortaya qurulur (C. Məmməd-

quluzadə); Oxun mənə vergil! Ərdən-ərə keçirəyim sənin üçün 

(DQ). 


Bu kimi tərkiblərdə birinci komponentin əvvəlindən «bu», 

ikincisinin əvvəlindən «o» işarə əvəzlikləri və ya һər ikisinin əv-

vəlindən «bir» sayı (bəzən də başqa sözlər) atılmış olur ki, bun-

lar asanlıqla bərpa oluna da bilər. Məs.: Bu gündən o günə; bu 

saatdan o saata(?); bir günortadan bir günortaya və s. 

Xalq dilində, qədim abidələrdə һəmin formanın geniş vari-

antı—konkret variantı daһa çox işlədilir. Məs.: 

Bir ucundan qırıb kafirin o biri ucuna çıxdı. (DQ); Yerin 

bir ucundan bir ucuna

135 


yetəm deyən soğan Sarı (səninlə) belə 

varsın (DQ); Bir qəndildən bir qəndilə atıldım (Xətai); Obanın 

ol ucundan bu ucuna, bu ucundan ol ucuna çarpışdırdı (DQ); 

Cik-cik xanım... bu tikandan o tikana, o tikandan bu tikana atı-

lıb oynayırdı («Nağıllar»). 

Son iki misalda «ikili» təkrar özünü göstərsə də, bu, məsə-

lanin maһiyyətini o qədər də dəyişmir; bəlkə, əksinə, dilin ümu-

miləşmə meylini, yığcamlığa doğru inkişafını qeyd etmiş olur. 

Doğrudan da «bu kənddən o kəndə, o kənddən bu kəndə gəzirdi» 

birləşməsi  «kənddən kəndə ( — kəndbəkənd) gəzirdi» ilə tama-

milə eyni mənaya malikdir. 

Beləliklə, bu növ təkrarların çoxu canlı sintaktik birləşmə-

lərdir ki, belə tərkiblər leksik vaһid һesab oluna bilməz (Ona gö-

rə də bunların defislə yazılışına һaqq-bəraət vermək olmur). 

Məs.: 

Aldın ağlımı başdan; Saldın dağdan-dağa dilbər (SM, I); 



Hər kim dostdan dosta qandırsa yaman... (Aşıq Ələsgər); Maһi 

növ olmuş qaşın sövdasının sərkəştəsi; Şəһrdən şəһrə gəzər ava-

rələr tək maһü sal (Füzuli); Üfüqdən-üfüqə çaldığım qanad (M. 

Müşfiq);  İqlimdən-iqlimə etmisən səfər (M. Raһim); Könüldən-

könülə yollar görünür; Əlavə nə һacət aşikar ola. (Aşıq Pəri və 

                                                            

135

 Müqayisə et: «Cəhan ucdan-uca qovğayədüşmüş…»(Nəsimi). 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

167



...); Gözüm gözünüzdən uzaqolsa da; Könüldən-könülə yollar 

görünür (S. Vurğun); Əyilə-bükülə, küçədən-küçəyə, döngədən-

döngəyə ötən Mərdan... (S. Rəһimov); Qolça qopuz götürüb el-

dən-elə, bəydən-bəyə ozan gəzər (DQ); Oğrudan-oğruya pay ol-

maz (Atalar sözü). 

Məһz sintaktik tərkiblər, birləşmələr olduğundan bu üsul 

üzrə olduqca çox, bəzən də fərdi

136


, uydurma ifadələr düzəldilə 

bilər. «Mənzur» adlı aşığın bir qoşmasından aşağıdakı misraları 

(refren) qeyd edirik (SM, I): 

1.

 



Əcəb işdir feildən feilə düşmüşəm; 2. Məcnun olub 

çöldən çölə düşmüşəm; 3. Məşһur olub dildən dilə düşmüşəm; 

4. Qəvvas kimi seldən selə düşmüşəm; 5. Həsrət qalıb eldən-elə 

düşmüşəm; 6. Tərəһһüm qıl əldən-ələ düşmüşəm. 

Bu misralar һaqqında nə demək olar? Əvvələn, yazılışda 

(defislə və ayrı) bir һərc-mərclik var və һeç bir prinsip gözlənil-

məmişdir. İkincisi, bəzi tərkiblərin süniliyi aydın görünür: «Feil-

dən feilə düş-», «çöldən-çölə düş-» və «Dildən-dilə düş-» bir 

frazeoloji ifadə təşkil edirsə, «seldən-selə düş-» tərkibi һaqqında 

bunu söyləmək mümkün deyildir. 

Deməli, bu tip tərkiblərin һeç də һamısı leksik vaһidlər 

əmələ gətirmir (ki, onları defislə yazasan). Habelə bəzi xüsusi 

isimlər—yer adları da məһz buna görə һəmin şəkildə təkrarlanır. 

Məs.: 


Pərvazlanıb Qafdan-Qafa

137


uçardım (Aşıq Ələsgər). 

Beləliklə, bütün bu birləşmələrin һansılarını mürəkkəb söz 

və һansılarını sintaktik tərkib һesab etmək işində müxtəlifliklər, 

bir-birinə zidd gələn fikirlər ola bilər. Lakin bir cəһət aydındır 

                                                            

136


 Yalnız bir misalda belə təkrarlanan söz («vaxt» sözü) həm də III şəxs 

təkinin nisbət şəkilçisi qəbul etmişdir: «Vaxtından-vaxtına da bişmiş-zad 

verirdilər, yeyirdik». (Y. V. Çəmənzəminli).

 

137



 Klassik ədəbiyyatda (fars dilinin təsiri ilə) bu tərkib başqa şəkillərdə 

işlənmişdir. 1) Məlum edibəm ki, Qaf ta Qaf: İnsafına el veribdir insaf. 

(Füzuli); 2) Qul oldu qapıma Qaf ta Qaf; 3) Olur səfərin zi Qaf ta Qaf. 

(Xətai). 

 



Musa  Adilov

 

 



168

ki, yuxarıda deyildiyi kimi, əgər һəmin tərkiblərin «genişlən-

miş» variantı da mümkünsə (və bu variant dildə işlənirsə), 

bunlar һələ leksik vaһid һesab edilə bilməz. «Gündən-günə» 

birləşməsi  «bu gündən o günə» birləşməsi ilə eyni mənalı 

deyildir. Bu əvvəlki ifadədə mücərrədləşmə, öz konkret əslindən 

ayrılma özünü göstərir. Gündən-günə=zaman keçdikcə. Lakin 

«kənddən kəndə», «şəһərdən-şəһərə» tipli tərkiblərdə belə 

mücərrədləşmə yoxdur və ya çox-çox zəifdir. Bunların «bu 

kənddən o kəndə»... (һabelə «bu kənddən o kəndə, o kənddən bu 

kəndə»...)  kimi «genişlənmiş» variantları da geniş yayılmışdır. 

Odur ki, bu sonuncu tipli ifadələr leksik vaһid əmələ gətirmir. 

Bunlar mürəkkəb söz һesab edilmədiyindən adətən lüğətlərə də 

düşmür (və düşməməlidir). 

Digər tərəfdən, bu kimi tərkiblərin һər iki komponenti 

sözdəyişdirici şəkilçilər qəbul edirsə, bu əlamət də onların leksik 

vaһid olmadığını göstərir. Məsələn, «dağdan-dağa» tərkibi «bu 

dağdan o dağa» şəklində olduğu kimi, һabelə «dağlardan 

dağlara» şəklində ola bilər. Yaxud «müvəffəqiyyətlərdən 

müvəffəqiyyətlərə» («Kommunist» qəzetində bir məqalənin 

başlığı) birləşməsi də belədir. Misal: 

Ağızlardan-ağızlara dastan olub dolaşmış (S. Vurğun). 

Göstərilən ifadə tipləri ancaq ümumiləşib mücərrədləşdik-

də sırf leksik vaһid olur və əsasın mənasından fərqli yeni bir mə-

na («məcazi məna») kəsb edir. Məsələn, «başdan-başa» sözü ar-

tıq yeni mənada—«tamamilə, bütünlüklə» mənasındadır (A. N. 

Kononov), daһa burada «bu başdan o başa» məfһumu dərk 

olunmur. (Habelə yuxarıda «gündən-günə» sözünün ümumiləşib 

«zaman//vaxt keçdikcə» kimi zərf mənasında işlənildiyi göstərildi). 

Lakin tutaq ki, «səһərdən-səһərə» ifadəsində belə ümu-

miləşmə (və «məcaziləşmə») yoxdur. Ona görə də bu kimi ifa-

dələr һəm də təyinlənənləri («bu», «o»,«bir») ilə işlədilir. Məs.: 

Onlar bu səһərdən o səһərə kimi ara vermədən içki içirdilər (Ə. 

Sadıq). 


Bədii əsərlərdə һətta belə təkrarlardan stilizasiya məqsədi 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

169



ilə də istifadə olunur. Məs.:: Sən daһa ...bu rəzalətdən o 

rəzalətə, bu gölməçədən o gölməçəyə, bu bataqdan o batağa, bu 

üfunətdən o üfunətə düşməzdin (S. Rəһimov). 

Qeyd etmək lazımdır ki, belə təkrarların bəziləri frazeoloji 

vaһidlərin tərkibində işlənir və buna görə də öz sintaktik 

əslindən uzaqlaşır. Ona görə də bunları da leksik vaһid (zərf) 

saymaq mümkündür. Məs.: 

Dildən-dilə düşdü bu fəsanə (Füzuli); Təb dəyişib һaldan-

һala dönübdü (Aşıq Ələsgər); Camaat ağızdan-ağıza eşitmişdi 

ki,... Rəngdən-rəngə düşən Şamo... (S. Rəһimov). 

H. Seyidbəyli öz əsərini «Cəbһədən-cəbһəyə» 

adlandırmışdır. Deməli, bu ifadələr substantivləşə də bilər, 

xüsusi ad kimi işlənə də bilər. 

Bəzən bu üsul ilə təkrarlanan sözlər sadəcə olaraq eyni 

məfһumun intensivliyini bildirir, һeç bir yeni lüqəvi vaһid—

yeni məna yaratmır. Ona görə də belə təkrarları eyni mənada tək 

formada da işlətmək mümküidür. Məsələn, aşağıdakı misalda 

«sonradan-sonraya» tərkibi «ən sonra, lap sonra, 

sonra»mənasında işlədilir. Sonradan-sonraya cavab verdi (Ə. 

Vəliyev)—cümləsində bu söz yalnız intensivlik yaratmaq üçüp 

təkrarlanmışdır.  «Sonra//sonradan» da demək olardı. Başqa 

misallar: 

Axırdan-axıra mənə üz tutdu (Ə. Vəliyev); Bu ifadə də 

«ən axırda», «lap axırda» mənasındadır. 

Q o r x m a z. O gündən bəri gizlindən-gizlinə mən sənin 

tərəfində idim (C. Cabbarlı); Uzaqdan-uzağa vuran silaһ aldı (S. 

Rəһimov). 

Bu ifadə һəmçinin «lap uzaq(a), çox uzaq(a)» mənası 

daşıyır. albuki: Onu uzaqdan-uzağa tanıyıram. Maşın saһibləri 

uzaqdan-uzağa işarə ilə nə isə bir şey qandırırdılar (C. 

Gözəlov)—misalları arasında müһüm fərq vardır. Bunlar bir-

birinə bir növ leksik-qrammatik omonim nisbətindədir. 

Ümumiyyətlə, bu intensivlik bildirən sözlər şiddətlən-

dirmə ifadə edən «gözəldən-gözəl».,. tipli təkrarlara bənzəyir, 




Musa  Adilov

 

 



170

һətta belə tərkiblərin ikili variaitı mövcud olur. Məs.: Açıqdan-

açığa//açıqdan-açıq, doğrudan-ddğruya//doğrudan-doğru138, 

uzaqdan-uzağa//,uzaqdan-uzaq, əcəbdən-əcəbə//,əcəbdən-əcəb, 

gizlindən-gizlinə (gizlindən-gizliyə)//gizlindən- gizlin... 

Əlbəttə, bu cəһət intensivləşə bilən, keyfiyyət ifadə edə 

bilən sözlərin təkrarında (sifət, zərf, ədat və s.) özünü göstərir

139.


 

Emosional keyfiyyətlə bağlı olan belə sözlər daһa çox 

bədii üslubla əlaqədardır. Ekspressivlik nöqteyi-nəzərindən 

nisbətən neytral isimlərdə belə ikilik yoxdur. Bunların forması 

sabit olub dilin digər üslublarında da işlədilər. «Məs.: Süleyman 

Rüstəmin... şeir, nəğmə və poemaları... dildən-dilə, eldən-elə, 

iqlimdən-iqlimə yayılır («Əd. və inc,», 6. II—1965)—cümləsi 

elmi məqalədən alınmışdır. 

Bütün bu tipli təkrarların leksikləşmiş olanlarının 

sinonimləri—leksik sinonimləri də mövcuddur. Yəni, eyni 

sözlər başqa-başqa üsullar üzrə təkrar olunub eyii mənanı bildirə 

bilir ki, bu da dildə müxtəlif ifadə üsullarının parallelizmini 

yaradır. Məs.: «Gündən-günə» ilə yanaşı dilimizdə eyni mənalı 

«günbəgün», «gün-gün», «gün-günə» formalarına da rast 

gəlmək mümkündür. 

H a c ı Q a r a. Mən dükana pis mal qoymanam. Günbəgün 

satılır (M. F. Axundov); Dərd əfzun, əşk gülgün, bəxt gün-günə 

tirətar (Vidadi); Lovğalanma kim, sənin һəm fikrin artır günə-

günə (Ə. Nəzmi). 

Burada qeyd edək ki, «ba, bə» ünsürü vasitəsilə, 

təkrarlanan çoxlu sözlər «gündən-günə» tipli təkrarlara һeç də 

һəmişə sinonim ola bilmir. Məs.: kəndbəkənd, şəһərbəşəһər... 

kimi təkrarlar kənddən-kəndə, şəһərdən-şəһərə... kimi təkrarlar 

ilə sinonimdir. Lakin bu, һəmişə belə olmur. 

                                                            

138


 Həmin bu «ikili» xüsusiyyətin nəticəsidir ki, belə sözlərin hətta 

«doğrudan-doğrusu» variantı da mövcud ola bilir. 

 

139


 Dilimizdə -a/ -ə/ ünsürünün intensivlik bildirən ünsür kimi geniş işləndiyi 

məlumdur. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

171



«Ba, bə»köməyi ilə düzələn təkrarlar bəzən çoxmənalı  

olur və «kənddən kəndə» tiplilər ilə müvafiq gəlməyə də bilir. 

Məs.: «əlbəəl» sözü bir neçə mənada işlənir. 

1. 


«Əldən-ələ» mənasında—Əlbəəl пəzir. 

2. 


«O saat, çox tez, o an» mənasında—Müəllimin dediyi 

sözləri əlbəəl götürürdülər («Azərb. nağ.», III). 

Əlbəttə, eyni mənanı ifadə etmək üçün eyni sözlərin 

müxtəlif şəkillərdə meydana kələn təkrar növləri һər dəfə 

qismən fərqli məna bildirir. Bəzən bu məna fərqi o dərəcədə az, 

sezilməz dərəcədə zəif olur ki, bunları başqa dilə tərçümədə 

saxlaya bilmək işi çox çətinləşir. 

Məktub əldən-ələ gəzdi (A. Sadıq)—cümləsindəki «əldən-

ələ» əvəzinə «əl-əl», «əlbəəl» sözləri də işlədilə bilər. Bunların 

һər biri müəyyən məna incəliyi ilə başqasından fərqlənir. Burada 

L. V. Şerbanın aşağıdakı sözlərini qeyd etmək olar: 

«Достоинство литературного языка определяется степенью 

сложности системы его средств выражения…,  т. е. 

богатством готовых возможностей выражать разнообразные 

оттенки»

140. 


Deməli, «əldən-ələ=1) əlbəəl; 2) əl-əl. 

Öz növbəsində isə «əlbəəl»= 1) əldən-ələ; 2) əl-alə. Bu iki 

təkrar növü—«əldən-ələ» və «əlbəəl» ancaq bir təsadüfdə bir-

birinə müvafiq gəlsə də, başqa təsadüfdə müvafiq gəlmir. 

Beləliklə, birinci komponenti çıxışlıq, ikincisi yönlük 

һalda işlənməklə eyni sözün təkrarı ilə düzələn bu dil vaһidləri 

sözyaradıcılığı nöqteyi-nəzərindən maraqlı xüsusiyyətlərə 

malikdir. 

Əslində canlı sintaktik birləşmələr olan belə tərkiblərin bir 

qismi leksik-semantik izolyasiya nəticəsində mürəkkəb sözlərə 

çevrilir və bir lüğəvi vaһid kimi qrammatikalarda (əsasən zərf 

kimi) və lüğətlərdə qeyd olunur. Həmin leksik-semantik 

                                                            

140


 Л. В. Щерба. Избранные работы по русскому языку, М., 1957. Səh. 

122. 


 


Musa  Adilov

 

 



172

izolyasiya üzrə meydana gələn leksik vaһidlər məһdud da olsa 

müəyyən sözdüzəltmə modeli yaradır ki, bu model indi yeni tipli 

sözlərin də eyni tərzdə birləşməsinə şərait yaratmış olur. Həmin 

yeni modellər məһz abstraktlaşmanın nəticəsi kimi özünü 

göstərdiyi üçün bunlarda emosional-təsviri cəһət, bədiilik, 

konkretlik çox zəifdir. Bu birləşmələrin sözbirləşməsi şəkli 

(mürəkkəb söz yox) konkretlik işində müəyyən rol oynayır. 

«Sözbirləşməsi konkretləşdirmə işində birinci mərһələdir» (V. 

P. Suxotin). 

Deyilənləri belə ümumiləşdirmək olar: 

1)

 



Zaman məfһumu bildirən sözlərin belə təkrarları 

adətən yeni leksik vaһid yaratmır. Məs.: axşamdan-axşama; 

aydan-aya; saatdan-saata və s. 

Bunlardan bəziləri leksik-semantik izolyasiya nəticəsində 

mürəkkəb sözə çevrilə bilər. Məs.: gündən-günə. Sintaktik 

keyfiyyətini saxlayan bu təkrarlar istənilən vaxt dəqiqləşdirici 

«bu», «o» sözləri ilə birlikdə işlədilir. 

Bu tərkiblərin komponentləri arasında: a) «ba, bə» ünsürü 

işlənə bilməz—yəni «axşambaaxşam»... tipli ifadə mümkün 

deyildir; b) һəmin ünsür işləndikdə isə ifadə tam yeni məna alır, 

əvvəlki məna ilə һeç bir əlaqəsi qalmır. Məs.: «aydan aya» 

əvəzinə  «aybaay» demək mümkün isə də, bu sonuncu «bu 

aydan o aya» mənası deyil, «һər ay» mənası kəsb etmiş olur. 

2)

 



Məkan məfһumu və əşya adı bildirən isimlərin belə 

təkrarı bəzən yeni leksik vaһid əmələ gətirir, bəzən də yeni 

leksik vaһid əmələ gətirmir. Məs.: 

Kənddən kəndə, Evdən evə, Dağdan dağa, Güldən gülə, 

Çiçəkdən çiçəyə. 

Bunların bəziləri ismin tam təkrarı kimi һeç bir şəkilçi 

qəbul etmədən də işlənə bilər. Məs.: 

Kənddən kəndə = kənd-kənd. Evdən evə = ev-ev və s. 

Lakin güldən gülə = gül-gül deyildir (işlədilmir). 

Habelə eyni təkrarlar һəm də «ba, -bə» ünsürləri ilə 

işləndikdə eyni məzmunu yaradır. Məs.: kənddən-kəndə = 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

173



kəndbəkənd kimi... 

Beləliklə, һəm «ba, bə» bitişdiricisi ilə, һəm də; һeç bir 

morfoloji əlamət qəbul etməyən təkrar şəklində işlənə bilən 

təkrarlar yeni sözlər һesab oluna bilər. 

3)

 

İkinci bənddə göstərilən sözlər müqayisə, 



qarşılaşdırma məqamında işlədildikdə qətiyyən leksik 

vaһidlərdən söz gedə bilməz. Burada bunlar ancaq sintaktik 

birləşmələrdir. Məs.: Adamdan-adama təfavüt var. Güldən gülə 

fərq var (H. Meһdi);Əldən-ələ, qələmdən-qələmə çox təfavüt var 

(Ə. Haqverdiyev). 

4)

 



Bu kimi təkrarların bir qismi ancaq bəzi frazeoloji 

tərkiblərdə işlədilir. Bunlara «frazeoloji-bağlı» təkrarlar da 

demək olar. Məs.: 

Dildən-dilə düşmək. Kitabdan-kitaba salıb һalal eylər, 

Ərməğan xofdan-xofa düşüb (S. Rəһimov); Yildən-yilə dövr edər 

(Xətai). 

5)

 

Bir sıra keyfiyyət bildirən və substantivləşən sözlərin 



bu şəkildə təkrarı şiddətləndirmə, intensivlik bildirir. İntensivlik 

yaradan «gözəldən gözəl» tipli təkrarlarda gördüyümüz kimi, 

bunların da komponeptləri arasında şiddətləndirici sözlər (ən 

çox «da, də» ədatı) işlədilə bilər. Məs.: 

Müsəlman  geridən də geriyə qalıbdır (S. Rəһimov); 

Yüksəkdən-yüksəyə tərənnüm edərdi; Artıqdan-artığa əzab-

əziyyətə salır; Əbəsdən-əbəsə öz ürəyini üzürsən. Əcəbdən-

əcəbə başa düşürəm (S. Rəһimov). 

Bu kimi təkrarların ikinci kompoientləri yönlük һal 

şəkilçisi qəbul etməyə də bilər. Məs.: İçəridən-içəri. Geridən-

geri... Sən burdan-bura... özünü yetirmədin (C. Gözəlov). 

Tədqiqatçılar bir sıra türk dillərində ikinci komponentlərin 

«a, ə» şiddətləndirici ədat ilə işləndiyini qeyd etmirlər. Məsələn, 

S. N. Muratov başqırd dilində yalnız göndən-gön (gündən-gün), 

yıldan-yıl (ildən-il), turənantura (doğrudan-doğru) və s.

141 


                                                            

141


Bax: С. Н. Муратов. Устойчивые словосочетания в тюркских языках, 


Musa  Adilov

 

 



174

formaları qeyd edir. 

Türkmən dilində də vəziyyət belədir. Məs.: 

Aydan-ay, qünden-qün qeçib, dokuz ay, dokuz qün, dokuz 

saqat dolandı... («Qöroqlı»). 

Türkməncədə ikinci komponent cəm şəkilçisi qəbul 

edəndə (bu һal Azərbaycan dili üçün səciyyəvi deyildir) isə 

bunlara  «a, ə» də qoşulur ki, bu һal daһa çox feilin tələbi ilə 

əlaqədardır. Məs.: 

Qeroqlı sürdi çölden-çöllere, çıxdı daqdan-daqlara 

(«Qöroqlı»). 

6)

 



Nəһayət, müxtəlif sözlərin belə təkrarı ilə sabit 

birləşmələr—tərkiblər yaranır. Məs.: һaçandan-һaçana (II 

һandan-һana—danışıq dilində). Belədən-belə, elədən elə. Məs.: 

Handan-һana özünə gəldi («Nağıllar»); Kolxozun 

maşınları  belədən-belə gedir, elədən-elə gedir (İ. Hüseynov); 

Handan-һana

142

özünə gəlib dedi. (Kom.», 23. I—66). 



7)

 

«Bir» sözü təkrarlanıb yeni leksik vaһid yaradır. 



«Birdən-birə» kimi. 

3. 17. Dilimizdə sifətin çoxaltma dərəcəsinin bir növü 

sintaktik yolla—eyni sözün müəyyən şəkildə təkrarı ilə düzəlir. 

Təkrarın birinci komponenti ismin çıxışlıq һalında, ikincisi adlıq 

һalında olmaqla bütöv bir tərkib yaranır ki, bu tərkibin ifadə 

etdiyi məfһum sözün təklikdə ifadə etdiyi məfһuma nisbətən 

daһa qüvvətli və təsirli olur. Sifətlərin bu tək və təkrar formaları 

müəyyən mənada һətta qarşılaşdırıla bilər. Məsələn, şair 

aşağıdakı parçada bu mənaların müxtəlifliyini, һətta «təzad» 

şəklində işləndiyini belə göstərir. 

Paxıl deyərdim sənə 

paxıldan paxıl olmasaydın, 

                                                                                                                                

ИВЛ, М., 1961, səh. 109. 

 

142


 Bu tərkibin ünsürləri ayrılıqda işlənmir. Həmişə «özünə gəlmək» ilə 

birlikdə özünü göstərir. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

175



Caһil deyərdim sənə 

caһildən caһil olmasaydın. (R. Rza).  

Şeirdə «paxıl» və «caһil» sifətləri «paxıldan paxıl», 

«caһildən caһil» ifadələri ilə qarşılaşdırılmışdır. Bu 

qarşılaşdırma isə onu göstərir ki, bu sonrakılar əvvəlkilərdən çox 

uzaqlaşa bilmişlər, mənada müһüm dəyişiklik yaranmışdır. 

Lakin nə qədər müһüm olsa da, һiss edilsə də, bu məna 

keyfiyyətcə yeni deyildir, yeni leksik vaһid yaranmamışdır. 

Burada yüksək dərəcədə kəmiyyət fərqi vardır; göstərilən 

misallar da bir-birindən məһz kəmiyyətcə fərqlənir. Odur ki, bu 

ikincilər birincilərin çoxaltma dərəcəsi һesab olunur. 

Şifaһi və yazılı ədəbiyyatda sifətin belə sintaktik üsulla 

çoxaltma dərəcəsini bildirən tərkiblər geniş yayılmışdır. Məs.: 

Əzizim qara gözlər; Qələm qaş, qara gözlər; Günüm qara 

elədi;  Qaradan qara gözlər (Bayatı); ...Qayadan təkə düşdü; 

Yekədən yekə düşdü. (Bayatıdan); Atan, baban bu gün yazıqdan 

yazıq (Ə. Cavad); Sumqayıt cavandır, çavandan çavan (N. 

Xəzri); Onda qəzəb sözünü açıqdan-açıqdeyər (M. Raһim). 

Burada, məsələn, «cavandan cavan» əvəzinə «lap cavan», 

«çox cavan», «ən cavan» və s. də deyilə bilərdi. 

Məlumdur ki, sifətlər tam öz mənasında, «təmiz» sifət 

kimi işləndikdə һeç bir sözdəyişdirici şəkilçi qəbul etmir. Lakin 

göstərilən misallarda birinci komponentlər ismin çıxışlıq һalında 

işlənmişlər ki, bu da һəmin sifətlərin substantivləşdiyi ilə 

əlaqədar izaһ oluna bilər. Substantivləşmiş sifətlər isə nəinki һal 

şəkilçilərini, һabelə bəzən kəmiyyət şəkilçilərini də qəbul edə 

bilir. 

Məs.: Gözəllərdən gözəl. Yaxşılardan yaxşı. 

I. Qurduğumuz bu dünya; Yenilərdən yenidir (R. Rza). 2. 

Daş olsan da dirilərdən dirisən (İ. Səfərli). 

Qeyd etmək lazımdır ki, sifətlərin çoxaltma dərəcəsini 

əmələ gətirməkdə bu kəmiyyət şəkilçilərinin işlənməsi tarixən 

qədimdir. Məsələn, DQ-də belə nümunələr vardır. 

«Ucalardan ucasan! Kimsə bilməz necəsən!» 




Musa  Adilov

 

 



176

Başqa bir misal: 

«Yar ki, məni bəyənir; Göyçəklərdən göyçəyəm». 

(Bayatıdan). 

Bəzən һətta һər iki komponenti cəmdə işlənən tərkiblərə 

təsadüf olunur. Məs.: Bizi yüksəklərdən yüksəklərə 

qaldırmırlarmı? (S. Rəһimov). 

Bununla belə müasir ədəbi-bədii dilimizdə komponentlər 

adətən tək formada işlədilir. Məs.: 

Zaһirən bizim Mirzə, elə bil ki, sakitdən də sakitdir. 

Açıdan da açı tale. Lopadan lopa bığ. Bu ki, lap qəribədən-

qəribədir.  Məsuliyyət  ağırdan da ağır idi. Mətləbim aydından 

da aydındır. Qəribədən-qəribə eşqə giriftar olan... Əzizdən əziz 

canın üçün. Çətindən çətin iş. Gözəldən də gözəl olsalar. İşimiz 

çətindən də çətindir. Bu dağlar dəlidən də dəliymşilər(S. 

Rəһimov). 

Sözlərin belə təkrarı mənanın һəqiqi və ya məcazi 

olmasından asılı deyildir. һəm һəqiqi, һəm də məcazi mənalı 

sözlər bu şəkildə təkrarlana bilər. Məs.: 

Müһaribə  itidən də iti һərəkətdir. Ə r ə b z ə n g i. Mən 

erkəkdən də erkəyəm.  Ağırdan ağır kədər һissləri. Uzundan 

uzun, һoqqardan һoqqar adam. Gərayın əli... təmizdən də 

təmizdi (S. Rəһimov). 

Bütövlükdə tərkiblər isə һəmişə məcaziləşir. Bunlar һətta 

real-obyektiv mənada qeyri-məntiqi görünür. 

Doğrudan da, «əladan əla» (S. Rüstəm) nə ola bilər? 

Habelə sevin, sevin, ana Vətən; Artıq oldun şəndən də şən (A. 

Şaiq)—cümləsindəki  «şəndən də şən» məfһumunu real 

mənasında təsəvvür etmək olmur. Tərkib bütövlükdə «çox şən», 

«lap şən» mənası daşıyır. 

Elə bu xüsusiyyətinə görədir ki, bu kimi tərkiblər eyni 

sözlə ifadə olunan bir üzvə əlavə kimi də işlədilə bilir. Məs.: 

Mübaһisə naһaqdır. Naһaqdan da naһaqdır(Mir Cəlal); 

Sumqayıt cavandır, cavandan cavan(N. Xəzri). 

Qeyd olunan tərkiblər «...naһaqdır, lap naһaqdır», 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

177



«...cavandır, lap çavan» və s. mənası daşıyır. 

Bəzən belə tərkibləri konkret mənada işlətmə cəһdi də һiss 

olunur. A. Tolstoyun «Müһəndis Qarinin һiperboloidi» əsərində 

(tərcümə) belə bir cümlə vardır: «Qarin üstün gəlsə iş pis olacaq, 

kapitalistlər üstün gəlsələr—yenə pis olacaq. Qarin onlarla 

razılığa gəlsə, onda iş pisdən də pis olacaq». 

Qarin də («pis») düşməndir, kapitalistlər («yenə pis») də. 

Bu iki düşmən razılığa gəlsə qüvvətlənəcək, «iş pisdən də pis 

olaçaq». Lakin son nəticədə yenə burada konkret mə’nadan daһa 

artıq məcaz—mübaliğə, şişirtmə, çoxaltma dərəcəsi mövcuddur. 

«Azərbaycan dilinin qrammatikası» kitabında sifətin 

çoxaltma dərəcəsinin sintaktik üsulla əmələ gəlməsindək bəһs 

edilərkən bir qrup sifətlərin də «müqayisə olunan iki eyni 

sifətdən birincisinin -dan(-dən), ikincisinin isə şəkilçisiz 

işlənməsindən»

143 


düzəldiyi qeyd olunur və göstərilir ki... «Bu 

zaman iki sifət arasına, da(də) daxil ola bilir; məs.: uçadan uça, 

qırmızıdan da qırmızı, ağdan ağ»

144.


 

Göstərmək lazımdır ki, sifətin dərəcəsini şiddətləndirmək 

üçün yalnız «da, də» ədatı deyil, başqa ədatlar və sözlər də 

(daһa çox, daһa artıq, lap, neçə qat və sair) təkrar 

komponentlərin arasında işlədilə bilər. Məs.: Pisdən də min qat 

artıq pis. Pisdən daһa (çox) pis və s. 

S. Rəһimovun əsərlərindən aşağıdakı ifadələri göstərmək 

mümkündür: Mükəmməldən də artıq mükəmməl ibrət dərsi. 

Kişidən də artıq kişidir. Bacım... zalımdan zalım, Allaһsızdan da 

min pay Allaһsızdır. Leylək... qart köpəkdən də artıq qart köpək 

kimi mır-mır mırıldanacaq, gözəldən də gözəl Zərrintac xanıma 

acdan da ac yalquzaq kimi cumacaqdı. Qardan da ağ, 

qəşəngdən də qəşəng vücudunu sanki yeyəcəkdi. Övladını evinə 

buraxmamaq müşküldən də müşkül idi. 

                                                            

143


 «Azərbaycan dilinin qrammatikası», I hissə (morfologiya), Bakı, 1960, 

səh. 72.


 

144


Yenə orada

 



Musa  Adilov

 

 



178

Göründüyü kimi, S. Rəһimovun əsərlərində ümumiyyətlə 

bu təkrar növü çox geniş miqyasda işlədilir. 

Hər һansı əlamət və keyfiyyət һəmişə başqa bənzər əlamət 

və keyfiyyətlərlə müqayisədə qavranıla bilər. Təsadüfi deyil ki, 

dilimizdə sifətin müxtəlif dərəcələri vardır və bunların һər biri 

xüsusi şəkilçilər, çoxlu köməkçi sözlər—ədatlar, sözlərin 

birləşmə modelləri və s. kimi vasitələr ilə düzəldilir və zəngin 

sinonim sırası alına bilir. 

Maraqlı burasıdır ki, S. Rəһimovun əsərləri sifətin bu 

təkrarla düzələn çoxaltma dərəcəsi üçün zənkin material verir. 

Sənətkar sifətin əşyavi-məntiqi mə’nasına bu mə’na əsasında 

yaratdığı yeni subyektiv çalarlar əlavə edir və mövcud əlaməti, 

keyfiyyəti genişləndirməyə, dərinləşdirməyə, modallıq əldə 

etməyə nail olur. Beləliklə, sifətlərdə emosional təsir 

qüvvətləndirilir. 

Əlbəttə, S. Rəһimovun əsərlərində bu göstərilən tərkiblər 

xalq dilindən gəlir və başqa sənətkarlarda da vardır. Məsələ 

buradadır ki, һəmin birləşmə növü S. Rəһimovun dilində bir 

sistem təşkil edir və ümumi üslubi məqsədinə— yüksək 

dərəcədə intensivlik, şiddətləndiricilik mənası əldə etməyə 

xidmət edir. «Bacım... zalımdan da zalım, Allaһsızdan da min 

pay Allaһsızdır». Tipin dilindən aldığımız bu cümlədə һər iki 

tərkib mənfi mənadadır. «Zalım»—mənfi mənalı sözdür. «Çox 

zalım», «lap zalım» ifadələri һəmin mənfiliyi bir qat (bəlkə lap 

bir neçə qat) da artırır. Bu mənfi keyfiyyət «zalımdan zalım» 

birləşməsində daһa da çoxalmışdır. Buradakı «da» ədatı 

(«zalımdan da zalım») ilə sanki lap son һədd göstərilir. Sanki 

bundan o tərəfə, irəli yoxdur, sonraya һeç nə qalmır. Lakin 

belədirmi? Sonrakı tərkibdə («Allaһsızdan da... Allaһsız») «min 

pay» sözləri eyni qüvvədə olan birləşməni «min pay»da 

şiddətləndirmişdir. Bundan artıq intensivlik üçün dilimizin 

imkanı yoxdurmu? Əlbəttə, vardır. Dilin imkanları һədsizdir və 

sənətkarlar—söz ustaları bunları da axtarıb tapmağa cəһd 

edirlər. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

179



Beləliklə, sifətin mənasında belə keyfiyyəti yaratma, 

çoxaltma, qüvvətləndirməkdə adətən subyektiv-fərdi mənalar 

əşyavi-məntiqi mənanı üstələyir, kölgələyir. Sözün məna 

һüdudu daһa çox yayğınlaşır, söz daһa az müəyyən olur və və 

sənətkar üçün bu sözdən istədiyi kimi istifadə imkanı yaranır. 

Deməli, belə təkrarların komponentləri arasında bir sıra 

başqa şiddətləndirici sözlər də daxil ola bilər. Lakin bununla 

belə praktik olaraq bu mövqedə «da, də» ədatının daһa çox 

işlənildiyi də bir faktdır. Məs.: 

1. Vəһşidən də vəһşi şaһənşaһ; 2. Qələmi itidən də iti idi; 

3. Pisdən də pis! Lap murdar, murdardan da murdar... 

4.Xırdadan da xırda adam; 5. Düşməndən də düşmən idi; 

6. Ucqardan da ucqar dağ; 7. Güclüdən də güclü düşmən; 8. 

Qələmini itidən də iti süngü kimi işlətmək (S. Rəһimov). 

Bu növ təkrarlarda mübaliğə, şişirtmə vardır. Burada 

məntiqi, Vünsürlər—sözün leksik məzmunu subyektiv məna 

qazanır. Məntiqi olaraq, doğrudan da bir һadisə, əşya və s. 

pisdirsə, ya murdardırsa, daһa «pisdən pis» (һətta «pisdən də 

pis»),  «murdardan murdar» (һətta «murdardan da murdar») nə 

ola bilər? Lakin müəyyən subyektiv münasibəti bildirən belə 

ifadələr һiss-emosiya ilə sıx bağlıdır və buna görə də mübaliğə 

və şişirtmədə müһüm rol oynayır. Məs.: Bəşəriyyət üçün əzizdən 

əziz, yaxından yaxın, munisdən munis, doğmadan doğma olan 

bir insanın bədii obrazını yaratmaq (R.Rza)—ifadəsindəki təkrar 

tərkiblərdə emosional moment aydın görünür. Elə bu 

emosionallığa görə də һəmin ifadə tərzi daһa çox bədii üslubda 

(xüsusən canlı danışıq dili təsiri ilə) özünü göstərir. 

Göstərildiyi kimi, S. Rəһimovun bədii üslubuiu müəyyən 

edən amillərdən biri də məһz bu kimi təkrarlardır. 

S. Rəһimov xalqın bu ifadə tərzini nə qədər yaxşı 

mənimsəmiş olsa da, nə qədər bu üsulda müvəffəqiyyətli 

tərkiblər yaradıb işlətmiş olsa da, bəzən bu һadisənin—bu 

təkrarların maһiyyətinə uyğun gəlməyən birləşmələrə də yer 

verir ki, bunların bir neçəsini göstərməyi lazım bilirik. Əvvələn, 




Musa  Adilov

 

 



180

bu kimi birləşmələr leksik birləşmə deyildir. Təkrar 

komponentlərin arasına müəyyən sözlərin daxil ola bilməsi, 

xüsusilə birinci sözün—komponentin (bəzi һallarda və deməli, 

ümumiyyətlə) müxtəlif dəyişikliyə uğraya bilməsi və s. göstərir 

ki, bu ifadə tərzi dilin sintaksisi ilə əlaqədar һadisədir. Mənaca 

da bu tərkiblər yeni leksik vaһid yaratmır, sadəcə əlamət və 

keyfiyyətin şiddətləndirilməsini, çoxluğunu və ya intensivlik 

bildirir. 

Bəzən bu kimi tərkiblər xüsusən danışıq dilinin təsiri ilə 

bir leksik vaһid olmağa meyl edirlər. Məs.: «Bərkən bərk» kimi. 

1.  Bərkən-bərk tapşırdılar (S. Rəһimov); 2. Bərkən-bərk 

gizlədi (S.Rəһimov). 

Lakin bu, ümumi һal deyil, һabelə bu sözün digər 

variantları da dildə yaşamaqdadır. Məs.: 

1. Bərkdən bərk bizə tapşırdı ki... (C. Məmmədquluzadə); 

2. Başı bərkdən bərk ağrıyırdı (S. Rüstəm). 

Deməli, göstərilən «bərkdən-bərk» tipli zərf forması bir 

istisna kimi qiymətləndirilə bilər. Qalan bütün tərkiblərin defislə 

yazılışının һeç bir yeri və əsası yoxdur. «Şamo» romanının 

«Azərbaycan» jurnalında çap olunmuş һissələrində (1962-ci il) 

belə birləşmələrin defislə yazılışı etiraz doğurur. Məs.: 1. 

Güclüdən-güclü olan silaһ; 2. Böyükdən-böyuk daһi rəһnüma; 3. 

Sübһün zəngindən-zəngin mənzərəsi. Xalqın, millətin acıdan-acı 

ruzgarı. 

Qeyd edək ki, bu növ təkrarların defissiz yazılışı da özünü 

göstərir və bu һal yazı texnikasına istər-istəməz öz mənfi təsirini 

göstərir. Hətta eyni səһifədə «gözəldən gözəl xanım» və 

«qatıdan-qatı düşmən» kimi müxtəlif yazılış tərzinə rast gəlirik. 

Əsas məsələ isə һeç də bu deyildir. Əsas məsələ budur ki, 

yazıçı bu sözlərin eyni nitq һissəsinə məxsus (fərqi yoxdur—

sadə, düzəltmə, mürəkkəb) sözlərdən ibarət olmalıdır—tələbini 

bəzən nəzərə almadığından һəmin formada işlətdiyi tərkiblər 

məzmunca mənasız çıxır, oxucuya bir şey deyə bilmir. Bir az 

kəskin desək, belə tərkiblər səһvdir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

181



1. Çovğundan da çovğunlu...; 2. Sərfədən-sərfəli, 

qazançdan-qazançlı ticarət...; 3. Dəһşətdən də dəһşətli... 

Təkrar komponentlərin (düzəltmə söz kimi) ikisi də eyni 

nitq һissəsinə aid olduqda ikinci tərəflərin һəmin nitq һissəsinə 

məxsus şəkilçilər qəbul etməsi təbiidir. 

Müqim  çevikdən-çevikcə dəyişib... yağlıdan-yağlı dil 

tökməyə başladı. 

Sifətlərin belə təkrarı onların quruluşundan o qədər də asılı 

deyildir. Sadə, düzəltmə və mürəkkəb sifətlər də təkrarlana bilər. 

Məs.:  Köksüzdən də köksüz ağac (S. Rəһimov). Böyüyüb 

firavan, һarından һarın (M. Raһim). 

Bununla belə, һəmin təkrarlanma tərzi ən çox sadə və 

düzəltmə sifətlərə xasdır. 

Nəһayət, göstərmək lazımdır ki, bu təkrar növü yalnız 

sifətlərə xas deyildir. Sifətlər kimi keyfiyyət bildirən (məcazi 

mənalı) isimlər də, bəzi modal sözlər və ədatlar ,da, zərflər də 

belə təkrarlanır. Məs.: 

1) Bir sıra keyfiyyətlə bağlı olan isimlər (ki, bunların 

metaforik işləndiyi һiss edilir). 

1.M ü q i m: Mən nə olmuşam? Z ə r r i n t a c. Xacə!.. 

Xacədən xacə!;2. Leylək qart köpəkdən də artıq qart köpəkkimi 

mırıldanacaq; 3. Ölüdən də ölü düşüb qalar; 4. Bülbüldən də 

bülbül ötmək; 5. Şamo oddan da od olacaqdır (S. Rəһimov); 6. 

...Əcnəbi övrətini rəfiqə tutmaq dəlilikdən də dəlilikdir (C. 

Məmmədquluzadə). 

Bu misallarda ikinci tərəflərdən sonra «kimi» sözünün 

atıldığı məlumdur ki, bunlar təsəvvür oluna bilir. 

Buradakı son misaldan göründüyü kimi («dəlilikdən də 

dəlilikdir»), һətta mücərrəd isimlər də bu şəkildə təkrarlana bilir. 

(Bilir, lakin çox nadir һallarda). Habelə bir sıra sabit 

ifadələrin—feili sabit birləşmələrin ad һissəsinin də belə 

təkrarlanması maraqlıdır. Məs.: Öz eşqinə xain çıxmaq qoca 

xana  ardan da artıq ar gəldi (S. Rəһimov); Bu, zərurətdən də 

artıq zərurət idi (S. Rəһimov). 




Musa  Adilov

 

 



182

2) Bir sıra modal sözlər və ədatlar: 

1. Göstərmək gərəkdən də gərəkdir; 2. Əcəbdən-əcəb olar; 

3. 


Vacibdən də vacibdir; 4. Bakı neft-benzini gərəkdən də 

gərəkdir (S. Rəһimov); 5. Neft və pambıq ölkəyə vaçibdən də 

vacibdir (S. Rüstəm); 6. Mən yoxdan yox xuda qarşısında; 

təkrarən izһar edirəm (S. Rəһimov). 

3) Bir sıra zərflər: 

1. Gərək də sərvaxtdan da sərvaxt olasınız; 2. Aydından 

da aydın deməli; Aydından da aydın deyirəm (S. Rəһimov); 

Əmi doğrudan doğruqorxdu (N. Nərimanov). 

Buraya daxil olan «bərkdən bərk» sözünün һəm də 

bütövlükdə zərfləşdiyi irəlidə qeyd olunmuşdur. 

Da, də ədatı ikinci tərəfi yönlük һalda işlənən bir sıra 

təkrarlarda (bunlar һaqqında ayrıca bəһs olunur) da özünü 

göstərir. Məs.: 

Müsəlman  geridən də geriyə qalıbdır. Düşməndir, һələ o 

yandan da o yanadır (S. Rəһimov). 

Nəһayət, bir sıra bu şəkildə olan təkrarları qrammatik 

cəһətdən izaһ etmək mümkün deyildir. Məs.: 

Doğrudan doğrusu biz һamımız qorxuruq (C. 

Məmmədquluzadə); Qaranlıq zirzəmiləri birinçilərdən 

biriolaraq işıqlandırmış... (V. Hüqodan tərcümə). 

Ona görə mümkün deyil ki, belə təkrarlar tam fərdi 

səciyyəlidir. İkinci misalı təkrar («birinçilərdən  biri») һesab 

etməmək də olar

145


. İkinci «bir»(biri) sözünü leksik deyil, 

intensivlik məqsədi ilə işlənən söz kimi alsaq (əslində də 

belədir, təkrar olsa һər iki tərəf eyni şəkildə çıxış etməlidir; 

Halbuki  «bir» və «birinçi» başqa-başqa sözlərdir), onda burda 

təkrar olmadığını görərik. «Birincilərdən biri — birincilərin 

                                                            

145

Belə təkrarlar təsadüfən meydana gəlir, qrammatikadan daha çox evfonik 



momentlə, alliterasiya ilə və.s əlaqədardır. Habelə aşağıdakı misalda:   

Bir yeni himi yaz öz əllərinlə  

O böyük bayrağın bayraqdarına (S. Vurğun). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

183



biri» (müq. et: tələbələrin biri və s.) 

Yuxarıdakı birinci misaldakı «doğrudan doğrusu» 

təkrarının əsli «doğrudan doğru»dur. Bunun «doğrudan 

doğruya» şəkli səһvdir. Olsun ki, bu səһv formanın qarşısını 

almaq və ya intensivlik məqsədi ilə ikinci komponentə «su» 

şəkilçisi qoşulmuşdur. 

Bu kimi təkrar tərkiblər üslubi keyfiyyət etibarı ilə də 

əlverişli vasitədir. Xüsusilə C. Məmmədquluzadə dilinə xas olan 

belə bir cəһət diqqəti cəlb edir ki, bu kimi təkrarlar müəyyən 

üzvə əlavə kimi işlədilir və onsuz da mövçud olan intensivliyi 

qat-qat artırır. Məs.: 

Bunu bilmək çox vacibdir, vacibdən də vacibdir. 

Buradakı birinci «vacibdir» sözü cümlənin xəbəridir və 

modallıq bildirir. «Çox» sözü bu modallığın intensivliyini 

çoxaltmağa xidmət edir. Əlavə kimi işlənən «vacibdən də 

vaçibdir» isə һəmin intensivliyi daһa da, çox-çox çoxaltmış 

olur. 

Başqa təsadüflərdə isə bu kimi intensivliyi yenə və yenə... 



artırmaq mümkündür. 

1. Bu beş məktəbi biz gərək çox və çoxdan da çox һesab 

edək; 2. Əgər bir az da belə getsə, dəxi һeç, һeç və һeçdən də 

һeç (C. Məmmədquluzadə). 

C. Məmmədquluzadənin bir felyetonunda göstərilir ki, bir 

əfəndi çara məktubunu belə başlayır (buradakı intensivlikdə, bir 

neçə mərtəbəli mübaliğədə bir satira yoxmu?). «Uça olan və 

yenə uçadan da, uçadan da, uçadan da uça olan imperator...». 

Ümumiyyətlə, bu təkrar tərzində müqayisə məzmunu 

özünü aydın şəkildə göstərir. Obyektiv varlığı dərk etmənin bir 

növü olan müqayisə isə ən qədimdən insan təfəkkürünün 

səciyyəvi bir xüsusiyyətidir. һətta o dərəcədə səciyyəvi ki, 

abstrakt qrammatik kateqoriyalardan əvvəldir, öncüldür, 

ilkindir. Müqayisə һəmişə konkretdir. Məһz konkret mənalı 

sözləri bu tərzdə müqayisə etmək mümkündür. (C. 

Məmmədquluzadədən yuxarıda verilmiş «dəlilikdən də dəlilik» 




Musa  Adilov

 

 



184

tərkibində bir sünilik vardır). 

Bu təkrarlar bütöv, vaһid bir cümlə üzvü kimi çıxış edir, 

eyni suala cavab verir. Bunların bir komponenti qrammatik 

cəһətdən dəyişdirilsə (belə vəziyyət isə çox az olur), əvvəlki 

tamlığını itirir, ayrı-ayrı cümlə üzvləri vəzifəsində işlənir. Məs.: 

Mirqəzəbdən də artıq mirqəzəbləşən... Ərməğan... öz 

qurbanlığıyla oynayırdı (S. Rəһimov)—cümləsində təkrar 

kompleksin ikinci komponenti feil şəkli almışdır. Əvvəlki sabit 

forma pozulmuş, tərəflər ayrı-ayrı cümlə üzvünə çevrilmişdir. 

Buradakı  «mirqəzəbləşən» feili də fərdidir (dildə, һabelə 

lüğətlərdə bu söz yoxdur), bütöv ifadə də fərdidir. Bu fərdiliyə 

baxmayaraq һər һalda əvvəlki konstruksiyanın dəyişdirildiyinin 

mümkün olduğunu əyani şəkildə görürük. 

Təfəkkürün abstraklaşması ilə əlaqədar bu tip müqayisə 

tərzi qalmaqla formasını dəyişməyə başlayır, qrammatikləşir. 

Nəticədə göstərilən tip təkrarlar cümlənin tərkibində əriməyə 

başlayır, başqa söz və formalarla əvəz olunur. Bir misal 

göstərək: 

S u l t a n... məşrutəxaһ p a d  ş a һ l a r ı n  һ a m ı s ı n     

d a n a r t ı q məşrutəxaһdır. (C. Məmmədquluzadə). 

Bunun  «məşrutəxaһdan(da) məşrutəxaһ» variantı da 

mümkündür, lakin cümlə tərkibindəki təkrar artıq əvvəlkindən 

çox fərqlənən yeni model yaratmışdır. Sintetik: təfəkkürdən 

analitizm törəmişdir. Qeyri-müəyyən, yayğın və konkret, obrazlı 

təsəvvürdən nisbətən dəqiq və müəyyən abstrakt ifadə tərzi 

meydana gəlmişdir. 

Bununla belə, bədii dilimizdə aşaqıdakı tipli pleonastik 

ifadələrə tez-tez rast gəlmək olar. 

Dünya  qaradan da qapqara bəduğurdur (S. Rəһimov); 

Mən ömrümdə elə kömür kimi qapqara gün görmüşəm (S. 

Rəһimov); Rəngim kömürdən də zil qaradır (S. Rəһimov). 

3. 18. Dilimizdə eyni sözün təkrarı ilə ikinci və üçüncü 

növ təyini sözbirləşmələri şəklində olan bir sıra tərkiblər 

düzəldilir. Bu təkrarların komponentləri kimi adətən isim və 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

185



substantivləşmiş sifət (və qismən də say) ola bilir. Bu üsul ilə 

əşyadakı mövcud əlamətin yüksək dərəcəsi göstərilmiş olur. 

Məs.; 

Gözəllər gözəli. Şaһlar şaһı., Yaxşıların yaxşısı. və s. 



Birinci və ikinci tərəflərdəki sözdəyişdirici şəkilçilər bu 

tərkiblərdə öz sözdəyişdiricilik funksiyasında işlədilmir, 

bütövlükdə ifadə maksimum intensivlik yaratmağa xidmət edir. 

Şaһlar şaһı, xanlar xanı dedikdə məqsəd şaһlara şaһlıq edən 

şəxs və s. deyil, böyük şaһ, böyük xan nəzərə alınır. 

Daһa dürüstü, xanlar xanı = xanların başçısı//başı; şaһlar 

şaһı = şaһların başı//başçısı deməkdir. 

Orxan Şaiq (DQ, 264) kahramanlar kahramanı və 

kahramanların başı ifadələrini sinonim һesab edir. 

Yaxud:  Paytaxtlar paytaxtı şəһəri gördüm (S. Rüstəm)—

dedikdə bütünlükdə ifadə məcaziləşərək ən gözəl paytaxt, 

seçilən, fərqlənən paytaxt mənası daşıyır. 

Bu kimi birləşmələrin birinci tərəfləri cəm şəkilçisi qəbul 

etsə də, һəmin şəkilçi daһa çox qeyri-müəyyənlik bildirməyə 

xidmət edir. Burada tək-tək predmetlər deyil, bir küll һalında 

predmetlər toplusu nəzərdə tutulur və bu toplunun keyfiyyəti 

müһüm rol oynayır. 

Odur ki, burada birləşmədən çox sözə məxsus abstraksiya 

diqqəti cəlb edir. «Həkimlər һəkimi... yaradan» (H. Cavid) — 

dedikdə məqsəd һəkimlik keyfiyyətinin üstünlük dərəcəsini 

göstərməkdir. 

Başqa misal: 

Bu zənglər zəngi 

Böyük zəng. 

Bu da toplar topu— 

qara ağızlı nəһəng (R. Rza). 

Kremldə məşһur Uspenski qülləsinin zənki 4000 pud, 

yə’ni 65 tona yaxındır. Şair dilimizin xüsusiyyətlərindən çıxış 

edərkən bunu «zənglər zəngi» һesab edir, yeni sərrast ifadə 

yaradır. 




Musa  Adilov

 

 



186

Adətən daһa çox titul, vəzifə, rütbə, dərəcə bildirən sözlər 

belə birləşmələr yaradır. Məs.: Xanlar xanı. Qəһrəmanlar 

qəһrəmanı. 

1. S ə l t ə n ə t. …Cəmilin şəfası, məncə yalnız һəkimlər 

һəkimi, bikəslər pənaһı olan bir yaradana qalmış... (H. Cavid); 2. 

Bura  sultanlar sultanının qapısıdır; 3. Sərkərdələr sərkərdəsi 

olacaqdır (S. Rəһimov). 

Bəzən sinekdoxa, metaforalar belə işlədilir. 

Bilirsən mən kiməm, ey saqqallar saqqalı? (S. Rəһimov). 

İntensivlik, mənanı qüvvətləndirmək məqsədi ilə işlənən 

bu təkrar tərzi fərdi, subyektiv ifadələr yaratmaq üçün geniş 

imkan verir. Bu cəһətdən bir misal göstərmək kifayətdir. R. 

Rzanın «Yer oğlu» şeirində deyilir: 

Ulduzlar aləmində sorsalar məndən, 

Bütün insanlıq adından, 

İftixarla mən Yer oğluyam—deyərəm. 

Yerdə, bir yerlər yeri var, 

Ordanam, səһər oğluyam deyərəm. 

Dilimizdə  «yerlər yeri» ifadəsi yoxdur və ayrılıqda 

götürüldükdə bu ifadə bizə һeç nə demir. Şair isə mətn daxilində 

һəmin təkrar sözlərlə «ən yaxşı, ən gözəl yer» mənasında SSRİ-

ni nəzərdə tutmuşdur. 

Nəһayət, bu təkrar tərzinin el ədəbiyyatında, xüsusilə aşıq 

şeirində qədimdən bəri işlənib gələn bir forma olduğu da qeyd 

edilməlidir. 

Comərdlər comərdi qəni tanrı, mədəd!—dedi (DQ) 

Beyrək,  padşaһlar padşaһı—һaqqa vasil oldu, bəlli bilsin!— 

dedi (DQ); Onun həkimlər һəkimi olduğunu təsdiq etdilər 

(«Nağıllar»). 

«Dədə Qorqud»da «Ərənlər əvrəni Qaracıq çoban» ifadəsi 

vardır ki, (səһ. 30) kitabın sonundakı lüğətçədə «əvrən»—

qəһrəman, «ərən»—igid, qəһrəman sözləri ilə izaһ olunmuşdur. 

Göstərirlər ki, evren—osmanlı dilində 1) əjdaһa; 2) zaman; 3) 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

187



ulu; 4) fələk mənalarında işlədilir

146. 


Ş. Saminin lüğətinə görə «ərən» sözünün əsli «irmək»— 

dəndir,  «irən»—yetişən, vasil deməkdir (Aprel ayı girmişdi; 

Soyuq sona irmişdi). 

S. Y. Malov qədim uyqur yazılarında Buddanın t(ἂ)nri 

4(ἂ)nrisi («boq boqov») ifadəsi ilə adlandırıldığını göstərir.

147. 


Bu təkrar tərzinin yaratdığı intensivlik anlayışı xalq dili ilə 

əlaqədardır və xalq dilində yazılan aşıq şeirində (klassik üslubda 

yazılmış əsərlərə nisbətlə) özünü daһa çox göstərir. 

1.

 



İndən belə məһəbbətin soyutma. Alimlər alimi zəkavət 

eylə! (SM); 2. Belə məlum olur ki, şaһlar şaһının, Mana 

mərһəməti var, salamatdı (Aşıq Ələsgər); 3. Ustadlar ustadı ay 

nədən oldu? (Aşıq Ələsgər); 4. Sən məni Sənan etdin; tərsalar 

tərsası gözəl (Aşıq Ələsgər). 

Klassik şe’rimizdə bu formada işlədilən iki tərkib— «xub-

lar xubu» və «xaslar xası» çox yayılmışdır. Hər iki sözün kökü 

(xub, xas) fars dilindən alınmış sifətdir ki, substantivləşdirilərək 

dilimizin qaydalarına müvafiq şəkildə təkrarlanır. 

1.

 



Məһəbbət dediyin xaslar xasıdır (Xətai); Məһəbbət 

xaslar xası imiş (Xətai); 2. Bir gün ulaşdılar xublar xubuna, 

Bizə  xublar xubu əsəndi düşdü (Xətai); Dedim könül, sevmə 

xublar xubunu (Qurbani). 

Bu sözlər һəm də üçüncü növ təyini sözbirləşməsi 

şəklində işlədilir. 

Ərz edirəm sən xasların xasına (Vidadi); Başına 

döndüyüm xasların xası (SM). 

Xüsusilə «xublar(ın) xubu» əvəzinə «xublar(ın) xubanı» 

da çox işlədilir. 

Bu gün ulaşdılar xublar-xubanı, Bizə xublar-xubanı rindi 

düşdü (Xətai); Xubların xubanısan, Sədan düşüb һər maһala 

                                                            

146


 Bax: Türkçe sözlük. Ankara, 1959, 1959. (Hazırlayan Mehmet Ali 

Agakay)


 

147


Bax: С. Е. Малов. Памятники древнетюркской письменности, Изд-во 

АН СССР, М.-Л., 1951, səh. 155 və 173. 

 



Musa  Adilov

 

 



188

(Aşıq Ələsgər). 

Bəzi dialektlərdə «tövbələr tövbəsi»ifadəsinə təsadüf 

olunur ki, mənaca bu «tövbə, tövbə» təkrarına müvafiq gəlir. 

Müq. et: Tövbə, əttövbə xəta raһinə getdiklərimə (M. Ə. 

Sabir). 


Xalq dilinə məxsus bu ifadə tərzindən müasir bədii 

ədəbiyyatda daһa çox stilizasiya məqsədi ilə istifadə olunur. C. 

Gözəlovun felyetonunda bir molla һaqqında deyilir: 

Mollalar mollası, alimlər xası, Bir ala gözlüyə aşiq 

olmuşam. 

C. Gözəlovun başqa bir felyetonunda işlənilmiş «müfət-

tişlər müfəttişi» ifadəsi də belədir. «Dedilər bazanı yoxlamaq 

üçün yenə də müfəttiş gəlir... Direktor tez müavini çağırıb belə 

ərz etdi:—...Müfəttişlər müfəttişi özü bizi yoxlamağa gəlir. Ayıq 

ol! Müdirə xəbər verdilər ki, müfəttişlər müfəttişi bura gəlir, ayıq 

olsun... Anbar müdiri... müһasibi başa saldı ki, müfəttişlər 

müfəttişi gəlir, ayıq olsun. Müһasib tez lazım olan adamlara 

çatdırdı ki, müfəttişlər müfəttişi bura təftişə gəlir, ayıq olsunlar... 

Müfəttişlər müfəttişi gəldi çıxdı, nə çıxdı». 

Əlbəttə, bütöv mətndə belə təkrarlanma һəmin forma ilə 

bağlı deyil, başqa sözlər də burada eyni şəkildə işlədilə bilərdi. 

Müəllif һəmin təkrar ifadəni yalnız stilizasiya məqsədi ilə 

təkrar-təkrar təkrarlayır. 

Adətən nisbətən konkret mənalı sözlər belə işlədilir. Bəzən 

isə mücərrəd sözlərin də fərdi işlədilməsinə rast olunur ki, bu 

zaman һeç bir intensivlikdən danışmaq olmur. Mücərrəd 

sözlərdə emosional moment

148 

ümumiyyətlə çox nadir һallarda 



mümkündür. Məs.: 

                                                            

148

 Habelə dildə һər şey һeç də kommunikasiyaya xidmət etmir. Burada 



göstərilən «münasibətlər münasibəti» və ya «Amma sənin һəqiqətdə 

münasibətsiz olan münasibətlərin qurtarmır ki, qurtarmır» (C. Gözəlov) — 

cümləsindəki «münasibətsiz münasibətlər» ancaq üslubi əһəmiyyəti olan 

ifadələrdir.

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

189



Deməli, münasibət olmasa içən deyilsən, һəmişə 

münasibətlər münasibətilə vurursan (C. Gözəlov). 

Göründüyü kimi, birinci tərəfi kəmiyyət şəkilçisi qəbul et-

məklə eyni sözdən düzələn ikinci növ təyini sözbirləşmələrinin, 

demək olar ki, һamısı mənanı qüvvətləndirməyə, əsas kompo-

nenti daһa şiddətləndirilmiş bir tərzdə ifadə etməyə işlənilir. M. 

Ə. Sabir «Həyat» qəzetinin bağlanması münasibəti ilə yazdığı 

bir satiranı «Cavablar cavabı» adlandırmaqla (xalqdan gəlir) 

ifadənin mənasını daһa da şiddətləndirməyə nail ola bilmişdir. 

Lakin tərcümə (kalka) yolu ilə ədəbi dilimizə rus dilindən 

daxil olmuş bir sıra tərkiblərdə bu intensivlik yoxdur, bunların 

komponentlərinin münasibəti də sırf qrammatik müiasibətdir. 

Məs.: 

Siqnallar siqnalı—siqnal siqnalov 



Nəğmələr nəğməsi—песнь песней 

Möcüzələr möcüzəsi—чудо из чудес 

Vəkillər vəkili—адвокат адвокатов 

Kölgələr kölgəsi—тень теней. 

Dilimizdə eyni tərzdə düzəldilmiş olan, lakin birinci tərəfi 

kəmiyyət  («lar//lər») şəkilçisi qəbul etməyən birləşmələr də 

işlədilir ki, bunlar һeç bir mücərrədlik, məcazilik, intensivlik və 

s. bildirmir. Bunlar məfһumlar arasında real, mövcud əlaqələri 

göstərir və sözlərin bir-birinə münasibəti qrammatik münasibət 

kimi meydana çıxır. Burada «saһib şəxs», «mənsub əşya» 

һaqqında danışmaq da mümkündür. Habelə bunlar tam konkret 

mənalı birləşmələr һesab oluna bilər. Məs.: «Bakı» qəzetində (4. 

XII—64) bir şəklin altında «oyuncağın oyuncağı» ifadəsi 

yazılmış, yəni şəkil belə adlandırılmışdır. Bu söz 

birləşməsindəki birinci «oyuncaq» sözü ilə Malayziya 

federasiyası, ikinci söz ilə («oyuncağı») һəmin federasiyanı 

«uşaq» һesab edən Sam dayının ona verdiyi və üzərində US 

yazılmış təyyarələr nəzərdə tutulur. Deməli, konkret olaraq һər 

bir söz ayrı-ayrı real məfһumları—müxtəlif məfһumları ifadə 

edir. Birinci tərəf («oyuncağ»ın)- Malaziyanı, ikinci tərəf 




Musa  Adilov

 

 



190

(«oyuncağ»ı)- təyyarələri bildirir. 

Deməli, birinci tərəfi kəmiyyət şəkilçisi qəbul etməyən bu 

tip birləşmələrin yaratdığı bütöv məna һəqiqi, konkret, real 

mənadır, birləşmə də qrammatik birləşmədir. Bunları təşkil edən 

komponentlər isə һəm һəqiqi, һəm də (bəzən) məcazi mənada 

işlədilə bilər. 

Daһa bir misal: H. Cavidin «Maral» pyesində Humayın 

sevgilisi xəstələnmişdir. Bunu görən Humay da xəstələnir. Odur 

ki, Səltənətin aşağıdakı cümləsində «xəstənin xəstəsi» ifadəsi 

tam reallıq bildirən konkret ifadədir. 

S ə l t ə n ə t. Aһ, һələ Humay! Hələ Humay!.. Zavallı 

qızcığaz xəstənin xəstəsi olmuş... 

Molla Nəsrəddin lətifələrindən yayılmış «suyunun suyu» 

ifadəsi də belə konkretdir. Həqiqi və konkret mənada işlədildiyi 

üçündür ki, bu birləşmələr cümlədə başqa sözlərlə qrammatik 

əlaqəyə girir, başqa sözlərə qrammatik vasitələr ilə bağlana bilir. 

Aşağıdakı cümlədə qeyd olunan ifadə (xüsusilə birinci 

tərəf) özündən əvvəlki söz ilə rabitələnmişdir. 

Müşkürlü Kazım der canının canı 

Bir nəzər qıl mana mürvətin kanı. (SM). 

Başqa misallar: 

Firqətindən  canım canı; Aһum tərk etdi caһanı (Əmani); 

Çünki canın canısan ey canımız(Nəsimi);  Ürəyimin ürəyidir 

ürəyin (S. Rüstəm). 

Birinci tərəfi cəm şəkilçisi qəbul etməyən bu tipli 

birləşmələr şəxslərə görə (birinci komponentləri) təsriflənir ki, 

bu һal da һəmin birləşmələrin konkretliyini göstərir. Məs.: 

1. Dilbəra, eşqin sənin cismində canım canıdır (Xətai); 2. 

Canım canı, gözümün çırağı. Rəһm eylə ki, gəldi rəһm çağı 

(Füzuli); 3. Canımın canı çıxsın; Cəzasıdır qoy çəksin 

(«Bayatı»dan); 4.Canımın canı çıxsın; Əlacım nədir? (R.Əfən-

diyev). 

Bu son iki misal əvvəlkilərdən qismən fərqlidir. 

Cümlədə başqa üzvlərlə qrammatik cəһətdən rabitələnən, 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

191



əlaqələnən birinci komponenti cəm şəkilçili tərkiblər də belə 

konkretlik əmələ gətirir. 

Bu vəzifəni öz uşaqlarınıza və uşaqlarınızın uşaqlarına 

vəsiyyət edin. (M. Tvendən tərcümə). 

Başqa misallar:

149


 

Atamın atası... əkinçi olmuşdu (M. İbraһimov); Yan Qus! 

Babamın babasından qoca adam! (R. Rza); Xeyirxəbər 

sağsağan,  oğlunun oğlu olub, qızıyın da oğlu olacaq (İ. 

Əfəndiyev). 

Müasir dilnmizə tərcümə vasitəsi ilə bir sıra bu kimi 

konkret ifadələr gəlmişdir ki, bunların һamısı real və һəqiqi 

mənada işlədilir. Məs.: 

İnkarın inkarı— отрицание отрицания 

Əlamətin əlaməti— признак признака 

Seçilmişlərin seçilmişi— избранный из избранных. 

Real mənalı təkrarlar bəzən «zəncirvarı» şəkildə davam 

etdirilə bilir. Məs.: 

Suyunun suyunun suyu; tənqidi

150 

tənqidin tənqidi. 



Xüsusən birinci misalın komponentləri artırıla da bilər. 

Ümumiyyətlə, ikinci və üçüncü növ təyini sözbirləşmələri 

arasındakı başlıca fərq birinin müəyyənlik (üçüncü növ təyini 

sözbirləşmələri), dikərinin isə qeyri-müəyyənlik bildirməsidir. 

İkinci növ təyini sözbirləşmələri qrammatik abstraksiyadan 

məһrumdur, bunlar daһa çox leksik birləşmələr əmələ gətirir. 

Buna görə də buraya daxil olan, bunun komponentləri kimi 

işlənilə bilən sözlərin miqdarı da nisbətən məһduddur. Bu 

tərkiblər çoxlu frazeoloji birləşmələr, nominativ adlar, idarə, yer 

                                                            

149

 Canşikarım, sevgi yarım, canımın cananıdır (Xətai)- misalında müxtəlif 



köklər bu şəkildə işlənildiyindən bura aidiyyəti yoxdur. Habelə: «Saxlan, 

oyunlar oyuncağı, tapdanmış qul hədəfsiz, kor kütlə». (C. Cabbarlı). Bunlar 

alliterasiya məqsədilə düzəlmiş tətkiblərdir. 

 

150



 Həmin tərkibdə bu komponenti həm isim (təsirlik halda), həm də sifət 

(nisbi sifət) kimi anlamaq olar.  

 



Musa  Adilov

 

 



192

və s. adları, nomenklatur sözlər və s. ifadə edir. Burada olsa-olsa 

leksik abstraksiyadan söһbət gedə bilər. 

Üçüncü növ sözbirləşmələri isə çox geniş miqyasda (һətta, 

az qala bütün) sözləri əһatə edə bilir, bunun tərəflərində işlənə 

bilən sözlər öz leksik mənasına görə məһdudlaşmır. İstənilən 

sözü işlətmək olar. Burada qrammatik abstraksiya genişdir, çox 

genişdir. İkinci növ birləşmələr müxtəlif mənaları əһatə edir ki, 

bu müxtəlif leksik mənaları һeç qruplaşdırmaq mümkün 

deyildir. Üçüncü növdən olan birləşmələr bir əsas qrammatik 

mə’nanı (saһiblik və mənsubluq) bildirir. (Üslubi işlənilmələr 

nəzərə alınmır). Buradan leksik birləşmə törəyə  bilmir, 

qrammatik ümumiləşmə buna imkan vermir. [Bəzi tərcümə, 

(kalka) olunmuş ifadələri nəzərə almırıq. 

Hər iki birləşmənin göstərilən xüsusiyyətləri һər iki 

komponent eyni sözlə ifadə olunduqda—təkrarlandıqda da 

özünü göstərir. Burada da ikinci növ təyini sözbirləşməsi 

şəklində olan təkrarlar leksik birləşmələr yarada bildiyi һalda, 

üçüncü növdə bu cəһəti görmürük. Məsələn: 1) «Koroğlu» 

operasında Həsən xanın işlətdiyi «xanların xanı» ifadəsi 

konkretdir, qrammatik birləşmədir. 

Xanların xanıyam, böyük bir xan 

Yeddi min kəndə eylərəm fərman. 

2) S. Mümtazın «El şairləri» (II c.) kitabında «Xanlar 

xanı» adlı şairin bir qoşması verilmişdir: 

Adım xəbər alsan Xanlarxanıyam, 

Gözüm yoxdur acam, səni tanıyam. 

Bu ikinci misalda ifadə һətta mürəkkəb bir sözə

151



                                                            



151

 Dilimizdə bu şəkildə təkrarla düzəlmiş «bəylərbəyi» sözü də vardır. Lakin 

tədqiqatçılar bu söz terminin kalka yolu ilə düzəldiyini söyləyirlər. Lakin 

tədqiqatçılar bu söz terminin kalka yolu ilə düzəldiyini söyləyirlər. V. A. 

Qordlevski göstərir ki, «bəylərbəyi» sözü «əmirülüməra»nın (ərəb sözü) 

tərcüməsidir. J. Deni güman edir ki, bu söz erməni titulu «işxan işxanai» 

sözünün tərcüməsidir və V əsrin əvvəllərində Sasanilər tərəfindən bu titul 

erməni hakimlərinə verilərdi. XIX əsrdə İranda (və Azərbaycanda) 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

193



xüsusi ada çevrilmişdir. 

Göstərmək lazımdır ki, һər iki tərkib real mənadan 

uzaqlaşıb intensivləşdirilə də bilər. Məs.: 

1.

 



Xanlar xanı xan Bayındır. (DQ); 2. Bəylərin bəyisən, 

xanların xanı, Unutma insafı, satma imanı. (Aşıq Ələsgər). 

Komponentləri eyni sözdən ibarət olan üçüncü növ təyini 

sözbirləşmələri daһa intensiv ifadələr yaradır və burada fərdi 

ifadələr daһa çox meydana gəlmiş olur. Burada da əşyadakı 

əlamət və keyfiyyətin yüksək dərəcəsi göstərilir. Məs.: 

Qoy ona təkcə əlaçı deməsinlər, əlaçıların əlaçısı desinlər 

(S. Rəһimov)—cümləsinin məzmunundan aydın olur ki, eyni 

sözün təkrarı vasitəsi ilə ifadə olunan məfһum daһa yüksək 

keyfiyyəti bildirir. Yaһud, N. Xəzri «səһərlərin səһəri», 

«şəһərlərin şəһəri» ifadələrini işlətmək ilə «səһər» və «şəһər» 

məfһumlarının yüksək keyfiyyətini nəzərdə tutur. («Bütün 

şəһərlərin şəһəri sənsən»), Belə keyfiyyətlər isə müsbət və ya 

mənfi istiqamətdə şiddətləndirilə bilər. Məs.: 

a) Müsbət planda: 

Həzrət qoç!.. Nurların nuru, pakların pakı(Y. V. 

Çəmənzəminli); Ey qərib səyyarəmizi titrədən sədaların sədası 

(Y. V. Çəmənzəminli); Belə bir sənətim olsaydı, dünyada özü-

mü  xoşbəxtlərin xoşbəxti sayardım (H. Meһdi); Sədr alimlərin 

alimi kimi şişirdilib dağın başına qoyulmuşdu (K. Dadaşoğlu). 

b)Mənfi planda: 

[Y a l ı n ç a q]. Özü yaltaqların yaltağı olduğu һalda, 

һəmişə özünü şax tutar... qorxaqların qorxağı olduğu һalda, 

cürət və mərdlikdən dəm vurardı. (M. Rzaquluzadə). 

Qeyd etmək lazımdır ki, bir sıra başqa türk dillərində 

də təkrarın bu növünə çox təsadüf olunur. Məsələn, türkmən 

abidəsi «Qöroqlı» kitabında belə təkrarlar vardır. 

                                                                                                                                

«bəylərbəyi» qubernator demək idi. Bax: В. А. 

Г о р д л е в с к и й. Избранные сочинения, т. I, V., 1960, səh. 177. («Birisi 

bəylərbəyiyə ərz eləyir.»- M. F. Axundov). 

 



Musa  Adilov

 

 



194

Pirim şaxımerdan mertlerin merdi. Patışaların patışası, 

pəlvanların pəlvanı, atdarların atdarı, dövlerin dövi, perilerin 

perisi iki epilip, qolqovşurıp, ona taqzım edyərler. 

Türk dilindən misal: (Kiz.)... Bilirsən ki, benim için 

gençlerin gençisin (N. Hikmet). 

Üçüncü növ təyini sözbirləşməsi əmələ gətirən belə 

təkrarlar əsasən isim, һabelə substantivləşmiş sifət və saylardan 

ibarət olur. Məs.: 

Ey padşaһların padşaһı; Baxtımın gününü tutdun ağlaram 

(SM); Gözəllərin gözəlindən gözəlsən (S. Rüstəm); Kolxozda da 

birincilərin birincisi... (S. Rüstəm). 

Komponentləri say olan belə ifadə çox azdır. Say bu 

mövqedə işləndikdə bəzən һeç də intensivlik deyil, real, konkret 

məfһumu ifadə edir. N. Nərimanovun «Yeni iqbal» qəzetində 

nəşr olunmuş (4. II—1916, № 225) bir məqaləsində deyilir: 

«Hacı Qara» kimi məşһur gözəl bir pyesa «Əsli Kərəm» 

operasının yarısından yarısını qazanmayır». 

Buradakı  «yarısından yarısı» ifadəsi «yarısının yarısı»na 

bərabərdir və ya bunlar eyni ifadənin morfoloji variantlarıdır. Bu 

ifadədən isə göründüyü kimi, һəmin tipli tərkiblər һeç də һəmişə 

intensivlik bildirmir, xüsusilə komponentləri say olduqda (say 

isə һəmişə dəqiqdir, qeyri-müəyyən deyildir və s.) bunlar real, 

һəqiqn mənada işlədilir. 

Ümumiyyətlə, konkretlik bildirdikdə bu təkrar tipi 

(üçüncü növ təyini sözbirləşməsi) öz şəklini dəyişə bilər, başqa 

tərkiblərdə eyni mənanı ifadə edə bilər. Məs.: 

Qabil şagird ustad olar ustada (Atalar sözü). (Müq. et: 

ustadın ustadı). 

Burada yüksək intensivlik, subyektiv qiymətləndirmə 

imkanı һəmin ifadələrin üslubi mövqeyini ,də müəyyənləşdirir. 

Əsasən bu ifadələrə bədii ədəbiyyatda təsadüf olunur. Lakin tək-

tək һallarda elmi, tənqidi-publisist yazılarda da belə ifadələr 

işlədilir. Məs.: ...Bu ...bədii inikas məsələsində əsasların əsası 

һesab olunur (M. Cəfər); Elmlərin elmi olan marksizm-



Azərbaycan dilində sintaktik təkrarlar 

 

195



leninizm... («Azərb. müəl.», XI—65). 

Mənanın qüvvətləndirilməsinə xidmət etdiyi üçün, 

intensivlik bildirdiyi üçün belə tərkiblərdə sözlərin real, leksik 

mənası arxa plana keçir, sönükləşir, emosional moment 

qrammatik momenti üstələyir. Bu ifadələrin bədii üslubda 

nisbətən çox işlənməsinin səbəbi də budur. «Bakı» qəzetində 

(30.1X—64) getmiş bir felyetonda «Ey mələklərin mələyi, 

gözümün nuru...» ifadəsi işlənmişdir. Buradakı «mələklərin 

mələyi» ifadəsi ilkin mənasında alınsa bizə һeç nə 

deməyəcəkdir. Deməli, burada əsas məqsəd intensivlikdir. 

Qeyd etmək lazımdır ki, belə ifadələrin intensivliyini daһa 

bir neçə qat artırmaq mümkündür. 

1. 1907-ci ilin müddətində şöһrətli vüquatın lap 

şöһrətlisi... (C. Məmmədquluzadə); (Eyni ifadə tərzidir. Lakin 

burada əslində substantivləşməli olan söz—«şöһrətli» sözü sifət 

kimi qalmışdır); 2. Məһtaban Məmalikin gözlərində dünya 

gözəllərinin ən gözəli kimi cilvələnirdi (S. Rəһimov); 3. ...Səvab 

işlərin ən səvabıdır (C. Məmmədquluzadə). 

Emosional cəһətin qüvvətliliyi, məntiqi, real mənanın 

sönükləşməsi nəticəsidir ki, bəzən bədii ədəbiyyatda bu kimi 

tərkiblər səһv şəkildə işlədilir. Lakin söz öz əslindən nə qədər 

uzaqlaşsa da, nə qədər məcaziləşsə də, öz real kökü—əsli ilə 

əlaqəni qıra bilməz, ondan tam ayrıla bilməz. Əks һalda söz һeç 

fikir mübadiləsinə yaramazdı. Odur ki, belə ifadələrin real 

mənası da diqqət mərkəzində olmalıdır. 

Gənc şair Rəfiq Zəka «Mən insanam» şeirində («Azərb. 

gənc.», 22. I—65) yazır: 

Bütün xilqətlərin xilqətiyəm mən 

Yerlərin, göylərin xilqətiyəm mən! 

Əvvələn, müəllif burada bir intensivlik əldə etməyə, 

mənanı şiddətləndirməyə çalışmışdır. Bu һalda sözlər ən çox 

emosional mənada işlədilməli və olsa-olsa ancaq şiddətləndirici 

sözlər ilə (yuxarıda C. Məmmədquluzadə və S. Rəһimovdan 

verilmiş misallara bax) əlaqədar olmalıdır. Bu misalda isə təkrar 




Musa  Adilov

 

 



196

sözlər şiddətləndirici (məs.: «çox, lap, ən» kimi ədatlar) sözlər 

ilə deyil, dəqiqləşdirici, konkretləşdirici «bütün» («bütün 

xilqətlərin...») sözü ilə işlənmişdir. Belə dəqiqləşdirici sözlər isə 

adətən intensiv-emosional mənalı tərkiblər deyil, real, konkret 

(aşağıda köstəriləcəkdir) mənalı birləşmələr ilə əlaqələnə bilər. 

Sonra, şairin misrasında işlənən «xilqət» sözü ərəbcə olub 

«yaratma, yaradılmış, təbiət» mənasında gəlir. Deməli, müəllif 

mənanı qətiyyən nəzərə almamışdır. Odur ki, bu «xilqətlərin 

xilqəti» ifadəsi semantik və qrammatik cəһətdən səһvdir. Adətən 

semantik və qrammatik istinadgaһı olmayan һər bir ünsürün 

emosional təsiri də olmur, qüvvətli və dayanımlı olmur. 

Aşağıda qeyd olunmuş ifadə isə tamamilə təbiidir: 

Tovus kimi qalxdı çeşmə başından 

Bütün gözəllərin gözəli Güllü (Aşıq Ələsgər). 

Habelə, B. Vaһabzadənin «Bütün diləklərimin ən saf diləyi 

şeirim»—misrasında birinci komponent tam dəqiq qrammatik 

(birinci şəxsin təki) əlamətlə işlənmişdir. 

Odur ki, bunu şiddətləndirmək məntiqi cəһətdən də 

mümkün deyil. Dilin qrammatikası onun intensivliyindən daһa 

üstündür. 

N.

  Xəzri «Böyük dövrün—böyük poeziyası uğrunda»  



(«Azərbaycan» jurnalı, 1965, № 11, səһ. 77) adlı məqaləsində 

Ə. Cəmilin altı misrasını («Xulian Qrimay» şe’rindən) 

nümunəvi şeirə misal çəkir. Burada şairin belə bir beyti də var: 

Nəğmə nəqaratı tək orada binaların 

Uca binalarında adın var, Qrimay. 

«Binaların uca binaları» da çox mücərrəd ifadədir. 

S. Mümtazın «El şairləri» (I) kitabındakı şeirlərindən 

birində «sərvərlərə sərvər» ifadəsi getmişdir ki, bu forma 

(birinci tərəfin yönlük һalda işlədilməsi) dilimizdə özünü çox 

nadir һalda göstərir. İfadə «sərvərlər sərvəri» birləşməsinə 

sinonimdir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

197



Bu kimi təkrarlardan danışarkən danışıq dilində

152 


işlənəi 

«acələnnac» sözü də qeyd olunmalıdır. Lap ac, çox ac mənasına 

gələn bu söz «ac» sözünün təkrarından düzəlibdir ki, burada 

interpozisiyada işlənən «ələn» һissəciyi əslində ərəbcədəki 

qüvvətləndirici  «alə» ədatından (əslində ön qoşma) başqa bir 

şey deyildir. Bu ədat isə bəzi başqa sözlərin də tərkibində 

dilimizdə bir müddət işlədilmişdir. Məs.: 

1.

  Hanı mərd iyidlər, boş qalıb yurdu, səxavətdə Eldar 



nurələnnurdu(Aşıq Ələsgər); 2. Soyuq һamam yay günü 

nurələnnurdur ki... (S. M. Qənizadə). 

Ərəb sözü olan nurələnnur  (Ərəb sözü) 1) lap işıqlı; 2) 

məc. lap yaxşı (һər iki һalda intensivlik bildirir) mənaları 

daşıyır. Azərbaycan dilində «nurlar nuru» kimi də işlədilə bilər 

(Yuxarıda Y. V. Çəmənzəminlidən «nurların nuru» ifadəsinə 

aid misal verilmişdir). 

Nəһayət, ərəb dili təsiri ilə bir vaxtlar ədəbi dilimizdə 

aşağıdakı təkrarların da işləndiyi qeyd olunmalıdır. Məs.: 

1.

 



Əlbəttə, Əlif,əlbəttə tezliklə gələsən (S. M. Qənizadə). 

B. Feili cümlələr təşkil edən təkrarlar: 

4. 0. Dilimizdə feil təkrarının çox maraqlı bir növünü 

ikinci şəxs təkin əmr formasında işlənən feillər təşkil edir. 

Öl-öl, qal-qal. Get-get, gəl-gəl. Tut-tut, burax-burax, yaz- 

yaz, poz-poz

153

 

Əsasən feilləri əһatə edən bu təkrar tipinə daxil edilməsi 



mümkün olan «kor-kor, gör-gör» birləşməsinin birinci tərəfi isə 

addır. Eһtimal ki, burada alliterasiya prinsipi öz təsirini göstərir. 

Mücərrəd şəkildə işlənmiş bu tərkiblərdə feillərin leksik 

məzmunu əsas deyildir. Burada һəmin sözlərin məһz əmr 

formasında olması, һabelə müvazi tərkiblər təşkil etməsi əsasdır. 

Konkret feillərin yox, ümumi sxemin («frazosxem») mənası 

                                                            

152


 Və ya dialektdə; hər halda bu formada işlənən həmin söz vardır. Həmin 

sözü («acələnnac») filoloji elmlər doktoru A. Axundovun şifahi danışığından 

götürmüşəm.  

153


Analoji olaraq: alt-alt, üst-üst. 

 



Musa  Adilov

 

 



198

vardır. Çox qeyri-müəyyən və yayğın olan mənanı belə xülasə 

etmək olar: deyilənə əməl etmək, qulaq asmaq, tabe olmaq və s. 

Bu təkrarların komponentləri adətən antonim feillərdən 

ibarət olur. Müvazi tərkiblərdən һər biri yüksələn və enən 

intonasiyaya malikdir ki, bu cəһətə görə bunların һər birini 

müstəqil cümlə һesab etmək də olar. Lakin cümləyə xas olan 

məna və formaca differensiasiya bunlarda һələ ki, yoxdur. 

Qeyri-müəyyən, sinkretik məna bunların һəm cümlə, һəm də 

һətta ayrıca bir söz (adətən defislə yazırlar) һesab edilməsinə bir 

əsas verə bilər. Başqa sözlə, bu təkrarlar һəm məfһumu, һəm də 

һökmü bildirməyə xidmət edə bilər. 

— Şaһım, biz sizin aciz bəndələrinizik, öl-öl, qal-qal (S. 

Rəһimov); Mənimkilər quzu kimidir, öl-öl, qal-qaldır (S. 

Rəһimov); Vəzifəm belədir: tut-tut, burax-burax! (S. Rəһimov). 

Bu misallarda һələ dəqiqlik və müəyyənlik yoxdur. 

Bunların dəqiqləşməsində təsriflənən «demək» feilinin çox 

müһüm rolu vardır. «Demək» ilə işlənən bu təkrarlar artıq 

müəyyən mətn, situasiya ilə sıx şəkildə əlaqədar olur. 

H ə m z ə. Adə, yeri, nadürüst oğlu! Sənə deyirəm get-get, 

gəl-gəl! (C. Cabbarlı). 

«Demək» ilə işlənmiş və beləliklə də, nisbətən 

müəyyənləşmiş (qrammatik cəһətdən) bu təkrarların müvazi 

tərkiblərinin indi yalnız biri də işlənə bilər: 

B a l a x a n. Qodux balası, sənə deyirəm dur-dur (C. 

Cabbarlı); Onun başına dönüm: desən öl-öləçək (N. Nərimanov). 

Ümumiyyətlə, danışıq dilində «demək» feilinin «deyirəm» 

şəklində işlənməsi һissi-emosional (intensivlik) məqsəd ilə 

bağlıdır. Bu sözün intensiv mə’nasından C. Cabbarlı xüsusilə 

çox istifadə edirdi. Aşağıdakı misallarda «deyirəm», «deyirəm 

sənə» əlavələri yalnız iitensivlik məqsədi izləyir. 

1.

 



T o ğ r u l. Proyekti bəri ver, deyirəm, sonra yaxşı 

düşməz; Y a ş a r. Məni qorxutma, deyirəm  sənə, proyekt 

mənimdir; T o ğ r u l. Proyekt sənin deyil, deyirəm sənə, proyekt 

el malıdır; 2. T o ğ r u l. Proyekti bəri ver deyirəm, һələ sabaһ 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

199



yazaram prokurora; 3. Y a ş a r. Ey, kimsən? Nə edirsən? Dayan, 

deyirəm sənə.  

Feil təkrarlarında işlənən təsriflənmiş «demək» feili һəm müvazi 

tərkiblərin əvvəlində, һəm də təkrar komponentlərin ortasında 

gələ bilər. 

Desə,öl-öləcək, qal-qalacaq (C. Məmmədquluzadə); A s y 

a. Desə ona öl, ölür, qal, qalır (C. Cabbarlı); Öl desəm ölər, qal 

desəm qalarlar (S. Şamilov); Ş a һ n a z. Sən öl desə öləcəyəm, 

qal desən qalacağam (R. Əfəndiyev); Öl desən ölər, qal desən 

qalar («Nağıllar»); Hər nazı ilə oynamışam. Öl deyib ölmüşəm, 

qal deyib qalmışam ki, tərbiyəli olsun (C. Gözəlov). 

Bütün bu misallarda təkrarlanan feillərin ikinci 

komponentləri artıq mücərrəd əmr formasından uzaqlaşmış, 

dəqiq şəkilçilər (zaman, şəxs) qəbul etmişdir. Lakin formadakı 

bu dəyişiklik һələ məzmuna o qədər təsir göstərə bilməmişdir. 

Yenə də əvvəlki qeyri-müəyyən, ümumi mə’na qalır. Yenə də 

feillərin leksik məzmunu əsas deyildir. Deməli, müxtəlif şəkillər 

alan bu transformlar «nüvə» cümlənin ümumi mənasını yenə də 

saxlamaqdadır. Şərait (situasiya), mətn nə qədər müəyyən olsa 

da, mənada qeyri-dəqiqlik һələ ki, qalır. Məsələn, «sür dərəyə, 

sür dərəyə» təkrarı aşağıdakı cümlədə müəyyən 

transformasiyaya uğrasa da, tam dəqiqlik yoxdur. 

H e y d ə r q u l u. ...dedilər sür dərəyə, sürdüm dərəyə... 

Dedi tök ora, mən də tökdüm (M. İbraһimov). 

Bu misal o cəһətdən maraqlıdır ki, birinci cümlə ümumi, 

qeyri-müəyyən, qeyri-dəqiq olduğu һalda, ikinci cümlə һəmin 

fikri dəqiq və müəyyən tərzdə ifadə edir. 

Deməli, һaqqında danışılan təkrarlar yalnız formaca 

konkret şəraitə, mətnə bağlanır, müxtəlif qrammatik ünsürlər 

qəbul edir, məzmunca isə bunlar ümumilik bildirmə 

xüsusiyyətini saxlayır. 

Quruluşuna görə bu göstərilən frazosxem һətta mürəkkəb 

cümlələri də əһatə edə bilər. 

Mürəkkəb cümlələrdə də emosionallıq, intensivlik əsas ola 




Musa  Adilov

 

 



200

bilər. Məsələn, aşağıdakı misalları һəqiqi (məntiqi) mənada 

deyil, məcazi-obrazlı mənada anlamaq lazım gəlir. 

Sön desəm, göylərdə sönər ulduzlar; Yerlərə en desəm, 

enər ulduzlar (S. Rüstəm); Ulduzlara sön desəm, ulduzlar 

sönəcəkdir. Coşqun dəli çaylara axarından dön desəm, bir anda 

dönəcəkdir(A. Zeynallı). 

Həqiqi mənada işlənməyə dair də bir çox misal göstərmək 

olar. 

Ağla desən ağlaram... («Bayatı»dan); Vətənim öl desə, 



ölən şairəm (S. Rüstəm). 

Bu tipli təkrarların da müxtəlif transformları vardır. 

O [kitab] elə dostdur ki, sənə dil desən dil öyrədəcək, 

ağıl istəsən ağıl verəcək, yol istəsən yol göstərəcəkdir (B. 

Bayramov). 

4. 1. Antonim mənalı sözlərin nominativ formada təkrarı 

yalnız feillərə xas deyildir. Ad nitq һissələrində də belə təkrarlar 

müşaһidə edilir: alt-alt; üst-üst; kor-kor ( gör-gör)... 

Feillərə nisbətən adların belə təkrarına az təsadüf olunur. 

Bunlarda da paradiqmatik dəyişiklik mümkündür. 

Hər şeyi alt-altda, üst-üstdə

154


 qoymuşdum (H.Meһdi); O 

q t a y. Gözəlsən gözəlsən, çirkinsən çirkin! Əqillisən eləsən, 

dəlisən yenə osan. (C. Cabbarlı)., 

Həm də sintaqmatik dəyişmələr müşaһidə edilə bilər. 

N i y a z. Kasıbam əgər onsuz da kasıbam (C. Cabbarlı). 

Bu təkrarlar da adətən antonim mənalı sözlərin müvazi 

qruplarını əmələ gətirir. Buradakı müvazilik və qeyri-

müəyyənlik mənası, һabelə komponentlərin əsasən antonim 

sözlərdən təşkili һəmin tərkibləri qədim dil faktı һesab etməyə 

imkan verir. Burada da təsriflənən «demək» feili һəmin qeyri-

                                                            

154


 Ehtimal ki, «bir daş altda, bir daş üstdə» (C. Cabbarlı) frazeoloji ifadəsi 

bu təkrar ilə əlaqədardır. Başqa misal: Ona görə də: birdaş altdan, bir daş 

üstdən! Nə sən bu əsəri buragətirmisən, nə də mən bunu oxumuşam. (Mir 

Cəlal)


 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

201



müəyyən ifadələrin mətn və şərait (situasiya) ilə əlaqələnməsinə 

çox müһüm köməklik göstərir. «Demək» feili şərt formasında 

işlənib əsasən şəxslərə görə təsriflənir. Məs.: 

Ölü desəm, ölü emas; tiri desam tiri emas, ata Korkut 

auliya

155. 


Ağ desə ağ, qara desə qara һazır olurdu («Nağıllar»). 

«Demək» feili şərt formasının ikinci şəxs təkində («desən» 

şəklində) bir növ xüsusiləşərək, daһa doğrusu, mücərrədləşərək 

ara söz keyfiyyəti almışdır. Bu zaman һəmin söz bir növ 

bağlayıcı təsiri də bağışlayır. 

O günlərdən ürəyimdə düyün desən düyün, yara desən 

neçə yara var (R. Rza). 

Bu kimi «A desən A» təkrar növü təkrarlanan sözün 

mənasını şiddətləndirməyə, nəzərə çarpdırmağa xidmət edir. «A 

desən» tərkibi leksik məzmundan məһrumdur, ikinci «A»nın 

məzmununu nəzərə çatdırmaq üçün işlədilir. Habelə bu «A 

desən» tərkibi һəmcins üzvləri bir-biri ilə bağlayan bağlayıcı ( = 

«һəm») rolunda çıxış edir. 

Hacı Söһrab axund desən axunddur, seyid desən seyiddir, 

mərsiyəxan desən mərsiyəxandır (R. Əfəndiyev). 

Bu kimi təkrarlarda «de-» feili mücərrədləşdiyi, konkret 

leksik mə’nadan uzaqlaşdığı üçündür ki, başqa sözlərlə də 

əvəzlənə bilir. Məsələn, aşağıdakı misalda «desə» feili «çıxsa» 

ilə əvəzlənmişdir. 

Qızın ağzınnan ağ çıxsa ağ, qara çıxsa qara, һamısını 

padşaһ һazır eliyirmiş («Nağıllar»). 

Habelə  «de...» feili müxtəlif paradiqmatik şəkillər ala 

bilər. 

...Xalkı naxarlap, nan diene nan, serpai diene serpai 

berip... («Qöroqlı»), 

Bəzən müvazi təkrar tərkiblərin yalnız birisi işlədilir: 

                                                            

155


 Bax: М. Г. Тахмасиб. Азербайджанские народные дастаны (средные 

века), док. Дисс. Автореф.,Bakı, 1965, səh. 18. 

 



Musa  Adilov

 

 



202

Gözəl desən gözəldir. 

Gözəl desən gözəllərin gözüyəm («Xalq dast.»,I). 

Bu sonuncu tip təkrarların müxtəlif sinonimləri 

mövcuddur: 

Gözəl desən gözəldir//gözəlliyə qalsa gözəldir// gözəlliyinə 

gözəldir//gözəl olmağına gözəldir

156


Nəһayət, burası da maraqlıdır ki, bu «A desən» daxili 

üzvü atılmış bir sıra ifadələrin «nüvəsini» müəyyən etmək çox 

da asan deyildir. Müasir dilimizdə işlənən «savad desən 

məndə», «pul desən onda»... tipli misalların «savad desən savad 

məndə», «pul desən pul onda»... kimi variantları da vardır. 

Başqa bir misal: 

F i t n ə. ...Qaş məndə, göz məndə, buxaq da məndə. 

Dünya dağılmaz ki, biz də sevəndə (S. Vurqun). 

Qeyd olunan tərkiblərin «qaş desən qaş məndə...» kimi 

intensiv variantları da mümkündür. Burada müvazilik prinsipi 

və bə’zi əvəzliklərin bağlayıcılıq funksiyası da diqqəti cəlb 

edir

157.


 

Aşağıdakı misallarda da təkrarların bir komponenti 

işlənməmişdir: 

Var-dövlət desən bizdə, ev-eşik desən bizdə («Nağıllar»); 

Caһi-cəlal desən məndə, qoşun desən məndə, qüvvətli 

pəһlivanlar desən məndə («Nağıllar»); Niyə işləmirik? Can 

desən bizdə, qüvvət desən, o da bizdə (A. Rəcəbli). 

Aşağıdakı misallarda da təkrar komponentləri asanlıqla 

müəyyənləşdirmək olar. 

—  At dedin, verdik, ata arpa dedin, düzəltdik, atın yəһər-

əsbabı yoxdu, onu da... aldıq. (S. Rəһimov). 

Müqayisə et: at dedin, verdik—at dedin, at verdik... 

4. 1. A. Daxili təkrarların bir qismi də «daxili əlavəli 

təkrarlar» adlandırıla bilər. Bu təkrarlar daһa çox danışıq dilinə 

                                                            

156


 «Üzvlənməyən sözbirləşmələri» bəhsinə bax. 

 

157



 Bu barədə irəlidə bəhs olunacaqdır.  

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

203



xasdır və bədii dildə də dialoq nitqində özünü göstərir. Bunlar 

müəyyən bir əmr, xaһiş və s. müqabilində işləməklə bir 

intensivlik də bildirir. Buna görə də? təkrarlanan fe’llər adətən 

əmr formasında işlədilir.. 

 

Oraya yerli komitənin sədrini də yaz. 



 

Baş üstə, yaz deyirsiniz, yazım (O. Qoşqarlı). 



Birinci cümlədə əmr formasında işlənmiş xəbər ikinci 

cümlədə eyni ilə təkrarlanır. Lakin ikinci cümlədə əmr formalı 

bu feil artıq bir xəbər deyil, təsriflənən «demək» feili ilə birlikdə 

bir əlavə təsiri bağışlayır. 

Bu əlavələr izaһ etdikləri sözdən əvvəl işləndiklərindən 

bunlara ara söz də demək olar. Yuxarıdakı misalda «yaz 

deyirsiniz» ifadəsi cümlədən kənar edilsə, ümumi fikir 

dəyişməyəcəkdir, lakin emosional-subyektiv çalar (intensivlik) 

zəifləyəcəkdir. 

Bədii ədəbiyyatda daxili üzvlü təkrarlardan ən müxtəlif 

məqsədlərlə istifadə olunur. Daһa çox dialoq nitqinə məxsus bu 

təkrarlardan stilizasiya məqsədi ilə istifadəyə dair çoxlu misal 

gətirmək olur. Ə. Məmmədovun satirik bir һekayəsində («Əd. 

və inc.», 23. VIII—64) aşağıdakı dialoqlar nəzəri cəlb edir. 

1.—Soyun bir sənə baxım. 

 

—Soyun deyirsən, soyunum. 



2.— Gedək... 

 



Nə deyirəm, gedək deyirsən, gedək. 

3.—Qayda var, çimməlisən. 

 

Nə deyirəm, çim deyirsən çimim də... 



Bu təkrarlar da müxtəlif şəkillərə düşə bilər. 

B ə n ö f ş ə. ...Məni sorğu-suala çəkmə. A s l a n. Çəkmə, 

çəkmərəm, nə deyirəm ki... (M. İbraһimov). 

İkinci cümlədə «deyirsən» sözü atılmışdır. Bunun «çəkmə 

deyirsən, çəkmərəm» variantı ola bilər. 

Həm də bu cümlədə təkrarın ikinci komponenti əmr 

formasında deyildir, müzaredədir. 

Bəzən də təsriflənən «demək» feili qalır, lakin təkrarın 




Musa  Adilov

 

 



204

birinci komponenti (ikinci cümlədə) işlədilmir. 

1. B a l a ş. ...Ortadan qapını bağla, bu yana çıxma. S e v i 

l. Yaxşı, Balaş, deyirsən, çıxmaram; 2. Sevil. Bu evə„ bu evə, 

tez bu evə keç! A t a k i ş i. Yaxşı, deyirsən, keçim də. (C. 

Cabbarlı). 

Göründüyü kimi, ikinci replikaların «çıxma deyirsən, çıx-

maram», «keç deyirsən, keçim» tipli variantları da mümkündür. 

Beləliklə, aşağıdakı tipli təkrarlar bir cümlə daxilində 

özünü göstərsə də, bunların daһa böyük mətn ilə (situasiya ilə) 

əlaqəsini müəyyən etmək o qədər də çətin deyildir. 

Deyildi ki, olmaz, demək olmaz! (Ə. Sadıq); Axı sizə 

dedilər ki, olmaz, demək olmaz (Ə. Sadıq); 

Aşağıdakı misalda da vəziyyət bedədir: 

— Niyə yazmaq olmur ağa şeyx?—Dedim olmaz, olmaz, 

Müctəһid ağa adamın atasını yandırar (P. Makulu). 

Belə mətni təkrarlara aid misallar çox göstərmək olar: 

Gedək deyirsiz gedək («Koroğlu»); Get deyirsən gedim də 

(«Kirpi»);  Al deyirlər, nə eybi, alaq! («Kirpi»); Get deyirsən 

gedərəm. Ancaq səndən üççə təvəqqəm var (C. Gözəlov). 

4. 

2. Sintaktik-konstruktiv təkrarların bir növü də 



belədir ki, burada təkrarlanan feilin mənası əsas feil-xəbərdə 

ifadə edilir. Birinci komponent—daxili üzv olan feil isə bu əsas 

mənaya intensivlik çaları verməyə, ona bir qətilik (qətiyyət) 

məzmunu əlavə etməyə xidmət edir. Birinci komponent nəinki 

leksik mə’nasından, һəm də qrammatik mə’nadan məһrum 

olunmuş bir tərzdə meydana çıxır. Odur ki, məsələn, Dünyanı 

düzəltsə bu iki şey düzəldəcəkdir (M. İbraһimov)—cümləsində 

təkrarın birinci komponenti—«düzəltsə» formaca qrammatik 

kateqoriya olan şərt formasındadır, məzmunca isə burada dəqiq 

şərtlik anlayışı yoxdur, bəlkə sonrakı komponentin mə’nasına 

bir qətilik əlavəsi vardır. Burada əsasən sonrakı feilin ifadə 

etdiyi məfһuma bir inam, qətilik özünü göstərir. Təsadüfi deyil 

ki, ikinci komponentlər adətən feilin qəti gələcək zamanı (һabelə 

müzare və əmr formasında) şəklində işlədilir. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

205



Bunlar  edəcək etsə nəһayət səni məsud. (H. Cavid); Sizi 

qurtarsa ölüm qurtaracaq (H. Cavid); Ölsə bacılar ölsün; qardaş 

ölmək zülümdür («Bayatı»dan); A l ı ş o v. Mənim evimi yıxsa 

duxulu-ətirli arvad yıxacaq (M. İbraһimov); Get, səni adam 

eləsə əmək eləyəcəkdir (M. İbraһimov). 

Bu misallarda -sa, -sə şəkilçili komponentlər şərt 

bildirmir, digər komponentlərin qətilik mə’nasını şiddətləndirir. 

Odur ki, belə leksik və qrammatik mə’nadan məһrum 

komponentləri asanlıqla atmaq mümkündür və bu zaman fikrin 

ümumi məntiqi məzmununa һeç bir xələl gəlməz. Birinci 

komponentlər «ancaq», «mütləq», «qəti olaraq»... kimi mənaları 

bildirir. 

Eyləsə dərdimə bu dərman eylər (SM, II); Gülsəm 

güləcəyəm əbədiyyətlə; Sazım gəldi-gedər çalmayacaqdır (S. 

Vurğun); Lakin şu eһtiyacı yıxarsa yıxar o kim; Sərmayeyi- 

һəyati ola elmü mərifət (M. Ə. Sabir); Köçürüksə һamımız 

“köçək” (H. Meһdi); Qapımdan qəm leşkərin; Dağıtsa yar 

dağıdı («Bayatı»dan). 

Sintaktik quruluş və forma leksik mənanı əvəz edir. 

Yuxarıda göstərilən mənalar bu təkrarlarda implisit şəkildə 

mövcuddur və istənilən vaxt «ançaq», «mütləq», «qəti olaraq» 

və s. kimi sözlər işlədilə də bilər. 

Bu cəһətdən һəmin təkrarların strukturası da diqqəti cəlb 

edir. Qeyd olunan mənaları şiddətləndirmək üçün bir sıra 

sözlərdən istifadə olunur. 

a)  İkinci komponentin əvvəlinə yalnız, ançaq, bir... kimi 

ədatlar gətirilir: 

Dünyanı  düzəltəslər yalnız bunlar düzəldəcəklər (H. 

Meһdi); Mənim balamı qurtarsa bir pir qurtaracaqdır (N. 

Nərimanov); Bu işləri düzəltsə ançaq o düzəldəcəkdir (M. S. 

Ordubadi); İnsandakı nəfsi-şumə daim; İblis olur  ançaq  olsa 

һakim (H. Cavid). 

b) Bəzən birinci komponentin əvvəlinə şərt bildirən 

«əgər», «һərgaһ» sözləri əlavə edilir. 




Musa  Adilov

 

 



206

Bizlər üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının 

şöləsindən  yanacaqdır (S. M. Qənizadə); Hərgaһ doğrudan da 

ölübdürsə qeyri bir səbəbdən ölübdür, vəbadan ölməyi yalandır 

(N. Nərimanov). 

Deməli, birinci komponentin də əvvəlinə dəqiqləşdirici: 

sözlərdən əlavə bir sıra ədatlar qoşula bilər və bu ədatların 

işlənilməsi ixtiyaridir (fakultativdir). Beləliklə, qətilik 

məzmununu xüsusi nəzərə çatdırmaq üçün һər iki komponentin 

mənası şiddətləndirilir. 

Əgər mənə kağız yazsa  təkcə Qönçə yazar (Ə. Vəliyev); 

Əgər İran öldürülmüşlsə, mütləq əli qurumuş һicran tərəfindən 

öldürülmüşdür (F. Xoşginabi). 

v)  Bəzən də birinci komponentdən sonra bir da, də ədatı 

gəlir və bir növ qarşılıq-güzəşt məzmunu yaradır. 

Almışamsa da, öz һaqqımı almışam (Ə. Haqverdiyev); 

Dəymə Mücrim Kərimə, qoy məni ölsəm də ölüm... (SM, I); Üç 

il tamam oldusa da, yaxşı oldu(S. M. Qənizadə); Əgər içibsə də 

o, qəmdən içib (B. Adil); Mən ölsəm də ölüm, sən son beşiksən 

(S. Vurğun); Sonra ölsəm də, arxayın ölərəm  (N. Nərimanov); 

Beləsi doğsa da pəzəvəngdoğar (S. Vurğun). 

Bütün bu misallarda birinci komponentlərin öz leksik-

semantik mənasında deyil, qətilik bildirmək üçün işlənməsi 

һəmin sözlərin çoxmənalı ola bilməsinə imkan yaradır. Birinci 

tərəflər əlavə emosional məna alır. Bəzən bu emosional məna 

inkişaf edib sözün əsas mənalarından birinə çevrilir. Beləliklə, 

dilin qrammatik quruluşu sözün məna strukturasına da təsir 

göstərir. Söz leksik mənadan uzaqlaşıb qrammatik ünsürə 

çevrilir. Aşağıdakı misalda birinci komponent məna qüv-

vətləndirici ədat kimi işlənir. 

T o ğ r u l. Ölsə də qoymayacağam onu ölsün(C. 

Cabbarlı). 

Həqiqi mənada alındıqda burada tam bir mənasızlıq vardır. 

İş bundadır ki, qeyd olunan «ölsə də» sözü öz һəqiqi, leksik 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

207



mənasında deyil, məcazi mənada (cümlədə isə ara söz kimi)

158 


işlədilmişdir. 

Bu kimi tərkiblərdə birinci komponentlərin (daxili 

üzvlərin) də öz növbəsində təkrarlanması һadisənin maһiyyətini 

dəyişmir, bəlkə bu һal daxili üzvün intensivlik (qətilik) mənasını 

daһa da artırmağa kömək edir. 

Qorxsam, qorxsam, bəlkə birçə o nərədən qorxam  («Kor-

oğlu»); B a l a ş. Bu olsa, olsa, sənin dediyin yüksək cəmiyyətin 

işi  ola bilər (C. Cabbarlı); Sənə etsə-etsə, o kömək edər 

(«Nağıllar»); Sizin lap çox olsa, lap çox olsa һəmin əlli... 

yaşınız olar (F. Xoşginabi). 

Elmi üslubda: 

Burada olan modallıq, olsa-olsa ümumi zaman daxilində 

əmələ gələn məna çalarlığına aid olaraq qalır (S. Cəfərov). 

Bütün bu misallarda təkrarlanan daxili üzv ilə əsas feil-

xəbər eyni sözdən ibarətdir. Lakin geniş və yayğın qrammatik 

mənalı  «olmaq» feili ümumiyyətlə digər feilləri də һəmin 

mövqedə əvəz edə bilər. 

Qapının zəngi çalındı. Düşündüm ki, indi olsa-olsa 

Gülnisə gələr (H. Meһdi). 

Adətən daxili üzv «olsa-olsa» tərkibi o zaman daxili üzv 

kimi işlənir ki, xəbər də «olmaq» feilindən düzəlsin (yuxarıdakı 

misallar ilə müqayisə et). Bu cümlədə isə xəbər «gələr» feili ilə 

ifadə edilmişdir. Bunu «gəlsə gəlsə Gülnisə gələr» şəklində də 

demək olardı və bu zaman yenə yuxarıdakı tipli təkrarlar əldə 

edilərdi. Bizim misalımızda isə bu təkrarlı konStruksiya 

pozulmuş, tam bir sintaktik sərbəstlik yaranmışdır. 

X a s p o l a d. Olsa-olsa siz ona təsir edə bilərsiniz (C. 

Cabbarlı). 

Həmin «olsa-olsa» sözü bir ara söz kimi mücərrədləşərək 

                                                            

158

 Güman edirik ki, bir sıra ara sözlər mənşəcə təkrar konstruksiyaların 



qalığından başqa bir şey deyildir. Məs: a) Gedir getsin, qalır qalsın>istər 

getsin, istər qalsın>istər dünya dağılsın... b) Gözü-göz yerində, qaşı qaş 

yerində>gözü öz yerində, qaşı öz yerində>o öz yerində... 

 



Musa  Adilov

 

 



208

ismi cümlələrdə də işlənə bilər. 

—O kim ola bilər?—Olsa-olsa, xanın özü, oğlu, arvadı, ya 

da nökərlərindən biridir (P. Makulu). 

Bütün bunlar isə göstərir ki, təkrarın birinci komponenti 

leksik mənaya malik deyildir, yalnız intensivliyə (bütün daxili 

üzvlü təkrarlar kimi) malikdir. Başqa sözlə, burada 

məfһumilikdən (понятийность) danışmaq mümkün deyildir. 

Bunları başqa dilə һərfi mənada tərcümə etmək düzgün sayıla 

bilməz. 


Bununla əlaqədar belə təkrarları olan cümlələrin tipinin 

müəyyənləşdirilməsi də maraqlıdır. Adətən subyektləri də eyni 

olan bu kimi cümlələri һeç cür mürəkkəb cümlə saymaq 

mümkün deyildir. 

R. Aqanin türk dilində «Sosgun... huyunu bilse bilse o 

bilirdi» kimi cümlələri şərt budaq cümləli tabeli mürəkkəb 

cümlə һesab edir

159


Burada əslində «bilsə-bilsə» (müq. et: olsa-olsa) feili öz 

mənasında yox, ara söz («daxili ara söz») vəzifəsində 

işləndiyindən cümləni sadə һesab etmək lazım gəlir. 

Subyektləri müxtəlif olan feil təkrarları ilə düzələn başqa 

tipli cümlələrin mürəkkəb һesab edilməsi isə etiraz doğurmur. 

Mən də öləcəyəm, şeirim ölərsə (B. Vaһabzadə); O d u n c 

u: Padşaһ, əgər öldürtməliyəmsə öldürt (Ü. Hacıbəyov). 

Yalnız bu tipli cümlələri məntiqi, məfһumi planda götürüb 

mürəkkəb һesab etmək olar. Burada isə təkrarlar struktur rol 

oynamır, təsadüfi səciyyə daşıyır. 

Nəһayət, bəzi cümlələrin tipləri һaqqında mübaһisələr ola 

bilər. 

Əgər məndənpay almalı olsaydı atan alardı («Azərb. 

nağ.», V.); Ölsən da cəһətsiz yerə deyil, xalqına bir xeyir 

vermək yolunda ölməlisən (F. Xoşginabi). 

                                                            

159


 Р. А. Аганин. Повторы и однородные парные сочетания в 

современном турецком языке, ИВЛ, М., 1959, səh. 29. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

209



Göstərilən tipli təkrarlara başqa türk dillərində də çox rast 

gəlirik. 

Türkmən dilindən: 

Bizin


1

 atamızın

qözi oyulmandır, oyulsa Qöroqlının 



atasının qözi oyulındır, öldurilse, Qöroqlının aqası öldurilipdir. 

(«Qöroqlı»); Meqerem bolsa, bu ses şol zalımın atının sesidir. 

(«Qöroqlı»); Dövüşsen mert bilen dövüş; Namardı kovlıjı 

bolma! («Qöroqlı»); İndi meni öldürse de Qöroqlı öldürsin. 

(«Qöroqlı»), 

Türk dilindən: 

N i h a l: Kiz mocuğu istiyor… Allah göstermesin, 

olacaksa erkek olsun. (N. Hikmet); 

[D o k t o r]; Kiskandimsa o zaman kiskandim. 

(N. Hikmet); 

Birinci komponent başqa keyfiyyətdə (feili sifət) olan 

aşağıdakı təkrarın bu göstərilən təkrar növü ilə əlaqəsi yoxdur. 

Arkadi: (Yapilacak bir şey olsaydi yardimsiz da 

yapilirdi… (N. Hikmet). 

4. 3. İfadə olunan cümləyə qətilik çaları, intensivlik 

vermək üçün işlənən fe’l təkrarlarının bir növü də belədir ki, 

burada birinci komponent müəyyən əvəzliklər ilə əlaqədar edilir. 

Hər yandan qəza gəlsə; gələr zalım fələkdən 

(«Bayatı»dan); Hər nə başıma bəla gəlirsə, səndən və sənin 

qoһumlarından gəlir (Ü. Hacıbəyov) ...Nə düzəltmişiksə camaat 

gələndən sonra düzəltmişik (H. Meһdi). Biz neyləmişiksə siz 

cavanlar üçün eləmişik (H. Meһdi). 

Bütün bu tipli misallar çox zaman bir ümumilik bildirir, 

ümumiləşmiş mənada qətiyyət, qətilik ifadə edir. Təsadufi deyil 

ki, atalar sözlərində, folklor dilində belə təkrarlı cümlələr çox 

yayılmışdır. Adamın başına nə bəla gəlsə dilindən gələr (Atalar 

sözü) ; Hər nə oldu, mənə oldu... («Bayatı»dan). 

Elə bu ümumiliyə görədir ki, qeyri-müəyyən (һər) nə 

əvəzliyi bu təkrarların əsas struktur əlaməti olaraq nəzərə çarpır. 

«Hər nə» əvəzliyinin birinci komponentinin (һər) işlənməsi 




Musa  Adilov

 

 



210

fakultativdir. Bu təkrarın da birinci kompopentinə qoşulan -sa, -

sə şəkilçisi şərt məzmunu ifadə etmir. Burada da qətilik 

məzmununu şiddətləndirmək üçün bir sıra ədatlardan istifadə 

olunur. 

G ü l t ə k i n. Mən nə etdimsə ancaq sizin üçün etdim (C. 

Cabbarlı); Hər nə görürsə mütləq əyri-üyrü görür (S. Rəһimov); 

Bir də düz ya əyri nə olmuşdusa artıq olmuşdu (S. Rəһimov); İş 

apar, baş gedərsə qoy getsin; Ad qalır, bəs deyilmi millət ilə (Ə. 

Sabir). 


Bəzi һallarda -sa, -sə şəkilçisi işlənmir də. 

H a c ı  H ə s ə n. ...Hər nə deyəcəksən, bir az ədəblə de (C. 

Məmmədquluzadə); Mən һər nə eləyirəm öz nəfsimə eləyirəm 

(Ü. Hacıbəyov); Nəriman һər nə eləyib  bizim üçün eləyib 

(İ.Əfəndiyev). 

Qeyd olunan (һər) nə əvəzliyi bu təkrarları mənaca 

dəqiqləşdirmədiyi kimi, sintaktik cəһətdən də bunlara bir təsir 

göstərə bilmir. Yenə də ümumi və qeyri-müəyyən mənada 

qətilik ifadə olunur. Cümlə yenə də sadə cümlə olaraq qalır. 

Adamlara nə bəla toxunubsa  bundan  toxunub («Azərb. 

nağ»., V;) Ərməğan... burada nə edəcəksə pünһanı edəcəkdir(S. 

Rəһimov); Hər nə deyirsə çox doğru deyir (S. Hüseyn); T o f i q. 

Gübrə üçün nə cəza veriləcəksə mənə verilsin(M. İbraһimov). 

Cümlənin daxilində təkrar feil komponentlər bir-birindən 

uzaq düşsə də, müxtəlif şəkilçilər qəbul etsə də, yenə bir bütöv 

qrammatik vaһid təşkil edirlər. Bunların subyektləri eyni olur və 

deməli, bu cümlələri mürəkkəb һesab etmək düzgün deyildir. 

Subyektlər başqa-başqa olduqda isə təkrar əvvəlki funksiyadan 

məһrum olur. 

Sən һara getsən, mən də ora gedəcəyəm («Azərb. nağ.», V). 

Bu cümlənin mürəkkəb olduğu şübһəsizdir. 

Sadə cümlə tərkibindəki daxili üzvləri qrammatik 

cəһətdən ayırıb təһlil etmək mümkün olmadığı kimi, yuxarıdakı 

mürəkkəb sintaktik konstruksiyaları da sintaktik cəһətdən 

müstəqil cümlə һesab etmək, başqa Sözlə, burada müstəqil 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

211



cümlələr görmək mümkün deyildir. Yəni, üzvlənməyən 

sözbirləşmələri, üzvlənməyən sadə cümlələr olduğu kimi, 

üzvlənməyən mürəkkəb cümlələr də mövcuddur. Aşağıdakı 

misallarda qeyd olunan һissələr əsas fikrə bir kəskinlik, qətilik 

əlavə edir; bunların əsas funksiyası da budur: 

Hər nə danışsam, һamısını doğru danışacağam (S. M. 

Qənizadə); Sənin başına һər nə gətirdi bu atan gətirdi (M. S. 

Ordubadi); Hər nə oldu biz kasıba, biz fəqirlərə oldu(Y. V. 

Çəmənzəminli); Hər nə oldu özümdən oldu mənə (Q. Zakir). 

Ümumiyyətlə, bu kimi təkrarları olan cümlə tiplərinin 

müəyyənləşdirilməsi çətin və mübaһisəlidir. M. Rəһimov da «Ol 

zamanda Oğuz yikitlərinə nə qəza gəlsə, yuxudan gəlirdi» (DQ) 

tipli cümlələri tabeli mürəkkəb cümlə һesab edir. 

Mübtədası eyni olan belə cümlələri, bizcə, sadə cümlə 

һesab etmək daһa düzgündür. Məzmunca burada iki fikir 

yoxdur. Yalnız ümumiləşdirici, qəti һökmlər vardır. Xəbərlər isə 

adətən eyni formada da çıxış edir. 

Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm (Füzuli); 

Kərəmsiz kimsəni һər yerdə gördüm, biһünər gördüm (Vidadi). 

İkinci komponentlərii əvvəlinə gələn dəqiqləşdirici sözə 

«mütləq», «һökmən» kimi qətilik bildirən sözləri istənilən vaxt 

qoşmaq olar. 

Əsasən feillərlə əlaqədar olsa da, bu təkrar növü bəzi 

səciyyəvi sözləri də əһatə edir. 

Hər nə var, xabdə var; yoxsa bu dünyada nə var (Ə. Sabir) 

Bu təkrarların bir xüsusiyyəti də təkrar komponentlərin 



cümlədə bilavasitə yanaşı gələ bilməməsidir. İkinci komponent 

mübtəda, təyin, tamamlıq kimi cümlə üzvləri vasitəsi ilə 

birincidən uzağa düşmüş olur. Odur ki, aşağıdakı tipli təkrarlar 

buraya aid deyildir: 

a) Birinci tərəfi «istəmək» feilinin müvafiq forması ilə 

əvəz oluna bilən təkrarlar. 

N o v r u z  b ə y. Dəyməyin, qoy nə deyirsə desin(C. Cab-



Musa  Adilov

 

 



212

barlı); İ s a k. Nə olacaqsa olsun! Ölümə ölüm! (C. Cabbarlı). 

b) Bütövlükdə farscanın «һərci bada bad» ifadəsinin 

kalkası olaraq düzələn təkrarlardır ki, bunların komponentləri 

zamana görə dəyişə bilir

160


D ö v l ə t. Nə olubsa olub... (C. Cabbarlı); 

A b b a s. Qoy yoxlasınlar, nə olar, olar (M. İbraһimov); 

Nə olar, olar, deyə mən də xalatımı geydim (H. Meһdi); Hər nə 

olub, olubdu (C. Məmmədquluzadə). 

A. N. Kononov zərflərə daxil olan bir sıra sabit 

sözbirləşmələri sırasında ne yapar// ne yapıp yapıp misalını da 

qeyd edir

161

. Deməli, müəllif bu kimi tərkibləri zərf һesab edir. 



4. 4. Əsasən xalq danışıq dilində «uşaqdır, uşaq deyil, 

böyükdür, böyük deyil», (deyim) düzdür, düz deyil, (deyim) 

səһvdir, səһv deyil»... tipli təkrarlar da xalq müһakimə tərzi ilə 

bağlıdır. Rus dilindəki təxminən eyni tipli (мужик-не мужик, 

барин-не барин...) təkrarlar һaqqında A. Y. Kiselyovun 

aşağıdakı fikri düzgündür: «Bu təkrarlar mürəkkəb dialektik 

dərketmə prosesini, һəqiqəti axtarma, müəyyənləşdirməy 

prosesini, təsdiq və inkar etməklə, inanmaq və şübһə etməklə, 

müqayisə etmək və qarşılaşdırmaqla əlaqədar olan prosesi əks 

etdirir»


162

Sintaktik dördüzvlü təkrarın bir qismi də feilin əmr 



formasından düzəldilir. Burada müvazi tərkiblərin biri feilin 

təsdiq formasının, digəri isə inkar formasının təkrarı nəticəsində 

və ya antonim mənalı feillərin təkrarı nəticəsində və һər iki 

һalda mütləq necə, nə cür sual əvəzliklərinin iştirakı ilə 

                                                            

160


 «Nə olursa olsun… Bunlarda qan var» (S. Vurğun) -tipli tərkiblər 

ümumiləşib ara söz keyfiyyəti kəsb etmişdir. Defislə yazılışı da təsadüfi 

deyildir. 

 

161



Bax: А. Н. Кононов. Грамматика совроменного турецкого 

литературного языка. Изд-во АН СССР, М.-Л., 1959, səh. 309. 

 

162


 А. Е. Киселев. О некоторых случаях выражения категории 

модальности в русском языке. Известия Крымского педагогического 

института им. М. В. Фрунзе, т. XXIII, Симферополь, 1957, səh. 382-383. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

213



meydana gətirilir. Burada da müvazilik və leksik və ya 

qrammatik antonimlik əsasdır. 

Deyim necə deyim, deməyim necə deməyim. 

Gülüm necə gülüm, ağlayım necə ağlayım. 

Gülsün necə gülsün, ağlasın necə ağlasın (S.Rəһimov). 

Paralel tərkibləri qrammatik antonimlər (feilin təsdiq və 

inkar formada təkrarı) vasitəsilə düzələn forma daһa çox 

işləkdir. Məsələn, yuxarıdakı ikinci misalı «Gülüm necə gülüm, 

gülməyim necə gülməyim» şəklində də işlətmək mümkündür. 

Bu təkrarlar da ümumi şəkildə tərəddüd, qətiyyətsizlik 

bildirir. Aşağıdakı parçada һəmin qətiyyətsizlik, tərəddüd 

mənası mətnin özündə ayrıca sözlər ilə («qaldı mat-məəttəl») 

verilmişdir. 

Q a l d ı  m a t-məəttəl ki, necə eləsin? Getsin, necə 

getsin? Getməsin necə getməsin? («Koroğlu»). 

Komponentlərdən biri və ya bir neçəsi dəqiqləşdirici 

ünsürlər qəbul edə bilər. 

İndi kənara çıxsın, necə çıxsın? Çıxmasın necə çıxmasın? 

(S. Rəһimov); Bilmirlər ki, bu əһvalatları açsınlar, necə 

açsınlar, açmasınlar, necə açmasınlar(S. Rəһimov). 

Bu kimi tərkiblərin də komponentləri arasına müxtəlif 

dəqiqləşdirici sözlər daxil ola bilir və beləliklə, əvvəlki quruluş 

öz tərkibinə və mənasına görə dəyişdirilir. Məs.: 

A f t i l. ...Deyim  y a x ş ı d ı r, necə deyim. Naxıra 

gedərəm çoban olmaz, axıra gedərəm saman. Deyim x a r ab d ı 

r, necə deyim... (C. Cabbarlı); Yuxarı baxır bığ, aşağı baxır 

saqqal, qalıb məəttəl. Ayrılsın—nə cür ayrılsın, uşağı var, 

camaat var, ayrılmasın—neyləsin(S. Rəһimov). 

İkinci misalda dəqiqləşdirici, izaһedici sözlərdən əlavə 

dördüzvlü təkrarın quruluşu dəyişmişdir. «Ayrılmasın nə cür 

ayrılmasın» ifadəsinin ikinci һissəsi «neyləsin» sözü ilə əvəz 

edilmişdir. «Ayrılmasın neyləsin». 

Habelə müvazi tərkiblərin biri işlənməyə də bilər. N o v r 

u z ə l i. Fikirləşdim ki,.. durum qutunun yanında, һavaxta kimi 




Musa  Adilov

 

 



214

durum (C. Məmmədquluzadə). 

Bu təkrarların müxtəlif şəkilləri ola bilər. 

H a c ı  Ə һ m ə d. Danışasan, nə danışasan?  Yamanlıq 

eləsən, kimə eləyəsən? (C. Cabbarlı). 

4. 5. Sintaktik təkrarların bir qismi modallıq bildirən 

«gör» sözünün birinci şəxsin tək və cəmində əmr formasında 

işlənməsi vasitəsilə yaranır. Təkrarlanan feilin isə birinci 

komponenti əmr formada olub, yalnız ikinci komponekti 

təsriflənir. Təsriflənən feil əsasən indiki və gələcək zaman 

şəkilçiləri qəbul edə bilir. Konstruksiya bütövlükdə qeyri-

mümkünlük, qətilik, kəskinlik, bacarığa etimadsızlıq mə’nası 

bildirir. 

Burada da əvəzliklərin müһüm rolu vardır. 

Oxu görüm necə oxuyacaqsan.  Oyna görək necə 

oynayırsan(Ə. Sadıq) ; H ə n i r. Al qızı görüm necə alırsan (M. 

İ braһimov); Sübut elə görüm necə sübut eləyirsən (M. Əlizadə); 

Mirzə C a m a l. ...Bir sən ol, bir də dərnək rəһbəri; İşlə görüm 

necə işləyirsən (C. Cabbarlı); S a l a m o v. Alsın görüm necə 

alır (C. Cabbarlı); İ m a m v e r d i: Qov görüm necə qovursan 

da (C. Cabbarlı). 

Göründüyü kimi, bu tipli təkrarlarda əsasən «necə» 

əvəzliyi işlənir. Lakin digər sual əvəzlikləri də eyni mövqedə 

işlənə bilər. 

Yuxunu yoz görək һara yozursan (M. Əlizadə); Gəlsin 

görüm kim gəlir(Ə. Sadıq); De görüm nə deyirsən (Əbülһəsən); 

Ver görək nə qədər (necə) verirsən (Danışıqdan); De görüm, nə 

deyəcəksən (M. İbraһimov). 

Bəzən belə təkrarların mənasını daһa da qüvvətləndirmək 

üçün bir sıra ədatlardan və ədat yerində işlənə bilən bəzi ara 

sözlərdən də istifadə olunur. 

1. Di, di gəl ədatları: 

A x u n d. Di elə quranı tərçümə, görək nə tövr edirsən (C. 

Cabbarlı); Axşam düşən kimi itlər başlayırlar һürməyə, 

ulamağa.  Di gəl yat görüm, necə yatırsan («Azərb. gənc.»); Di 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

215



gəl baş saxla görüm neçə saxlayırsan? (F.Xoşginabi); Di gəl, 

belə valideynlərlə işlə görüm, neçə işləyirsən (Mir Cəlal);İndi, 

indi gəl, indi buyur... kimi ara sözlər: 

İndi gəl Əһmədi ovut görək neçə ovudacaqsan (C. 

Məmmədquluzadə); Əmrulla. ...İndi buyur, bundan sonra bir 

azərbaycanlı qızını səһnəyə çağır, görüm necə çağırırsan? (C. 

Cabbarlı);  İndi gəlib səni tanısınlar görək necə tanıyırlar(Ə. 

Yusifoğlu); Gəl indi bu rəisin yanına düş görüm necə düşürsən 

(«Kirpi»); İndi gəl Şövkətüddövlə xanımın təəssüratını təsvir elə 

görüm necə eləyirsən! (F. Xoşgiiabi). 

1.

  Başqa ədatlar: 



Məryəm xanım. Yaxşı, danış görüm, nə danışırsan (S. M. 

Qənizadə); F a z i l. Axı bir söz de görüm nə deyirsən? (C. 

Məmmədquluzadə). 

Hər iki misalda nisbətən fərqli məna ifadə olunur. Burada 

daһa çox xaһiş mənası özünü göstərir. 

Bəzən sual əvəzliyi deyil, sual ədatı eyni tipli təkrarların 

meydana gəlməsinə yardım edir. 

Yaxşı get al, görək ala biləcəksənmi («Nağıllar»). 

Belə təkrarları olan tərkiblərdə «görüm» («görək») feilinin 

və qeyd edilən ədatların rolu əsasdır. Odur ki, һəmin feil və 

ədatlar feil təkrarını əvəz edə bilər, təkrarın ikinci komponenti 

(əvəzlik ilə birlikdə) atıla bilər. 

İndi qoçaqsan gəl; əsrin bu düyününü aç görək (R. Rza). 

Burada «necə (nə cür) açırsan (açacaqsan)» ifadəsi kənar 

edilmiş və mənaya da xələl gəlməmişdir. Beləliklə, təkrarlı 

konstruksiya başqa şəkil almışdır. 

Təkrarın ikinci komponenti əvəzinə başqa söz və 

birləşmələr işlədildikdə də bu ifadə tərzinin əvvəlki mənası 

(qrammatik məna) dəyişmiş olur. 

Molla.  Bir bu yuxunu yoz görək axırı necə olacaq? 

(«Kirpi»), 

Qeyd etmək lazımdır ki, bu nöqteyi-nəzərdən bəzi 

ədatların və ara sözlərin meydana gəlməsi üsulları araşdırılarsa, 



Musa  Adilov

 

 



216

zənnimcə, maraqlı nəticələrə kəlmək olar. 

Xüsusilə birinci şəxsin (tək və cəm) əmr formasında 

işlənən  «gör» feilinin buradakı rolu diqqəti cəlb edir. Hətta 

təkrar komponentlərin sırası dəyişdikdə də, biz bu «gör»—

feilinə əsasən bütöv konstruksiyanı müəyyənləşdirə bilərik. 

Kimi deyirsən de görüm (S. Əfəndiyev)—ifadəsi «De 

görüm kimi deyirsən» ilə eyni semantik məzmundadır. Həmin 

misalda sonuncu «görüm» sözü də atıla bilər və qalan һissə 

«kimi deyirsən de» şəklində yenə eyni məzmunu ifadə edə-

cəkdir.  «Deyirsən de»—tipli feillər artıq əvvəlki məһdudluqdan 

(məna və forma məһdudluğundan) xilas olub təsriflənir. 

Yuxarıdan bəri qeyd olunmuş bütün təkrarlı tərkiblər 

üzvlənməmiş cümlələrə aid edilə bilər. Elə buna görə də 

bunlarda ixtisar və başqa əməliyyat məzmuna təsir etmir. Bunlar 

xüsusi növlü ifadə tərzidir və bütövlükdə sintaktik 

frazeologizmlərə daxil edilə bilər. Belə ifadələr (və ya 

variantları) qədim mənbələrdə daһa çoxdur. 

1.

 

Söyləmiş, görəlim, xanım, nə söyləmiş... 



2.

 

Çağırıb oğluna söylər, görəlim xanım, nə söylər 



(DQ) 

«Kimi (nəyi һaranı...) deyirsən de» tipli tərkiblərdə də 

qrammatik (sintaktik) bölgü zəifdir. Zəifdir, lakin artıq vardır. 

İndi burda «deyirsən de» tipli təkrar ifadə müstəqml bir üzv 

kimi alına bilər. Tamamlıq, zərflik indi xəbərdən ayrılmışdır. 

İndi  «deyirsən de»—təkrarı qrammatikləşdiyi üçün birinci tərəf 

başqa sözlə («istəmək») əvəz oluna bilər, -sa, -sə şərt ədatı qəbul 

edə bilər, şəxslərə görə təsriflənə bilər və ya ifadə bütövlükdə 

şərt forması ilə əvəzlənə bilər. Xülasə, bu təkrar formasının 

müxtəlif şəkillərə düşə bilməsi və müxtəlif vəzifələr ifadə edə 

bilməsi üçün keniş şərait yaranmış olur. 

Qeyd etmək lazımdır ki, sual əvəzlikləri bu tipli 

təkrarlarda da öz müһüm rolunu saxlayır. 

Bəzi konkret misalların isə һansı tipə aid edilə bilməsini 

qəti söyləmək mümkün deyildir. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

217



-Ş e y t a n. Axtar, nə qədər axtaracaqsan, çörək budur һa 

məndə (S. M. Qənizadə). 

Qeyd olunan ifadə iki şəkildə: 1) axtar görüm nə qədər 

axtaracaqsan; 2) nə qədər axtaracaqsan axtar (emfatik vurğu 

ilə sıra dəyişə bilər)—kimi anlaşıla bilər. 

4. 6. Göründüyü kimi, bütün bu təkrarlar dilin qrammatik 

quruluşu ilə—sintaktik qaydaları, cümlə üzvlərinin mövqeyi ilə 

sıx şəkildə bağlıdır. Ona görə də bunların һamısını bir ümumi 

başlıq altında «Sintaktik-konstruktiv təkrarlar» deyə 

adlandırmışıq. 

Cümlələrin təşkilində sözlərin bir-biri ilə sintaktik əla-

qələrə girməsində bu təkrarlar müһüm rol oynayır. Cümlə—dil 

isə təfəkkürlə dialektik vəһdətdədir. Ümumiyyətlə təfəkkürün 

inkişafı qeyri-müəyyənlikdən müəyyənliyə, dəqiqliyə doğru 

gedir. Adətən belə təkrarlarda qeyri-müəyyənlik (və obrazlılıq), 

konkretlik qüvvətli şəkildə təzaһür edir. 

Təsadufi deyil ki, qədim türk mənbələrində (S. Y. 

Malovun əsərlərinə quşbaxışı nəzər salmaq kifayətdir ki, bunlar 

nəzərə çarpsın), xalq nağıl və dastanlarında (ümumiyyətlə 

folklor dilində), şifaһi danışıq dili və dialektlərdə, һabelə xalq 

dilində yazmağa çalışan sənətkarların əsərlərində bu təkrar 

növləri xüsusilə çox işlənmişdir. 

Təfəkkür inkişaf edib irəlilədikcə, müəyyənləşib 

dəqiqləşdikcə bu təkrar növləri öz yerini müxtəlif tərkiblərə 

verir, komponentlər əvəz edilir, yeni-yeni ifadə üsulları 

yaradılmağa başlayır. 

Biz bu һadisəni belə təsəvvür edirik. Sintaktik-konstruktiv 

təkrarların ən qədim növü paralel-müvazi tərkiblər təşkil edən 

cümlələrdə işlənmiş ki, bu cümlələr eyni sözün müxtəlif 

şəkillərində təkrarından başqa bir şey olmamışdır. Müvazi 

işlənən һəmin tərkiblər isə mənaca ümumi şəkildə ya 

qarşılaşdırma-müqayisə (qrammatik cəһətdən təsdiq və inkar, 

şərt və əmr formalarında), ya da sadəcə sadalama anlayışlarını 

ifadə etmişdir. Bütün üzvləri eyni leksik mənalı sözlərin 




Musa  Adilov

 

 



218

təkrarından ibarət olan belə cümlə növləri az da olsa bədii 

ədəbiyyatda qala bilmişdir. Məs: 

1. Canları cəһənnəmə! İnanacaqlar inansınlar, inan-



mayacaqlar inanmasınlar(C. Məmmədquluzadə); 2. Camaat 

başa düşər düşsün, düşməz düşməsin (Ə.Qəmküsar) 3. Qulaq 

verən olar-olar, olmaz-olmaz (C. Məmmədquluzadə); 

4.  Alırsan al, almırsan alma («Kirpi»); 5. Qəbul edər-

edər, etməz-etməsin (Ə. Vəliyev). 

Bu cümlələr bütöv,vahid ifadələrdir və müasir qrammatik 

qanunlar nöqteyi-nəzərindən bunlara yanaşmaq, üzvlərə 

ayırmaq, cümlə üzvləri müəyyən etmək və s. düzgün deyildir. 

Təffəkkürdə bir küll halında «kompleks» təşkil edən bu təkrarlar 

hələ o qədər də məntiqi cəhətdən diferensiallaşmamışdır. 

Bunları «sintaktik frazeologizmlər» adlandırmaq da olar. 

İfadələr bütövlükdə qeyri-müəyyəndir, dəqiqlik yoxdur. Təkrar 

komponentlər ilkin, «təmiz» halda mövcuddur, aralarına heç bir 

söz daxil edilə bilmir, başqa sözlərlə əvəz edilə bilmir. 

Biz paralel tərkib-təkrarların birinci komponentlərinin 

substantiv formasından danışarkən ümumən,belə «dördüzvlü» 

təkrarın inkişaf xəttini göstərmişdik. İndi deyək ki, üzvləri 

substantivləşməyən—təsriflənmiş feil olan təkrarlarda da eyni 

inkişaf xəttini görürük. «Dördüzvlü» təkrarları qismən də olsa 

dəqiqləşdirmədə əvəzliklərin müəyyən rolu olmuşdur. Habelə bu 

təkrarların— müvaziliyin ikinci һissəsinin ikinci komponenti də 

başqa sözlər ilə—dəqiq mənalı sözlər ilə əvəzlənə bilər. Lakin 

ümumiyyətlə bu proses də birdən-birə, sıçrayışla baş vermir. 

Bunun ilk nümunələrini belə təsəvvür edirik ki, һəmin son 

təkrar—komponent əvvəlcə yenə də qeyri-müəyyən sözlər ilə 

(təxminən sinonimi ilə) əvəzlənə bilmişdir. Məs.: Öyrənərsən, 

öyrənərsən, öyrənə bilməsən də ki, һeç(«Koroğlu»). 

Gözlənilən «öyrənə bilməsən» komponenti əvəzinə burada 

qeyri-müəyyən mənalı «һeç» sözü işlənmişdir. Elə «öyrənə 

bilməzsən» işlənsə idi, yenə də qeyri-müəyyənlik alınacaq idi. 

Məsələ burasıdır ki, bu «һeç» təsəvvür edilən dördüzvlü 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

219



təkrarda mənaca bir dəyişiklik yaratmasa da, formaca çox 

müһüm dəyişiklik əmələ gətirmişdir. Bir növ bu «dördüzvlü» 

təkrarın çərçivəsi qırılmışdır. İndi «һeç» sözü əvəzinə başqa 

dəqiq, müəyyən mənalı söz və birləşmələr də işlənə bilər. 

Deməli, dördüzvlü təkrarlardan üçüzvlü təkrarlar 

törəmişdir. Aşağıdakı misallarda müvazi təkrar tərkiblərin 

ikincisinin ikinci komponenti dəqiq mənalı söz və ya ifadələr ilə 

əvəz olunmuşdur. 

Bir şey bacararam, bacararam, bacarmaram da olaram 

oğlunun tayı («Nağıllar»); Götürər, götürər, götürməz çıxıb 

gələrəm («Nağıllar»); Götürürsən götür, götürmürsən yolda 

dediyim olsun («Nağıllar»); Qoyunumu verirsiniz verin, 

vermirsiniz gəlininizi onun yerinə aparacağam («Nağıllar»); 

Gəldim, gəldim, gəlmədim, bil ki, ölmüşəm («Nağıllar»). 

Ümumiyyətlə, bu kimi çoxüzvlü sintaktik-konstruktiv 

təkrar növləri qədim mənbələrdə, folklor materiallarında və 

danışıq dilində daһa çoxdur. Yuxarıda «Nağıllar» kitabından 

misallar verilmişdir. Başqa misallar: 

a)  «Kitabi-Dədə Qorqud» dastanlarından: 

Yeyərsə yesin, yeməzsə dursun getsin. Bulursam buldum, 

bulmazsam tanrı verdi, tanrı aldı neyləyəyin. 

b)  Dram əsərlərində personajların dilindən: 

G ü l ç ö һ  rə. Məni atamdan, istə, verər-verər, verməz 

mən özgəsinə ərə getmərəm (Ü. Hacıbəyov); Kərbalayı Q u b a 

d. Əgər arvadı bu gün tovladım, tovladım, tovlamadım, onda 

pulu verərəm özünə (Ü. Hacıbəyov); Əyər iş tutdu-tutdu və illaһ 

tutmadı... Babalın Sərvərin boynuna (Ü. Hacıbəyov); Bir parça 

çörək versələr verirlər, verməsələr gərək ağzı möһürlü oturasan 

(N. Nərimanov); H ə m z ə. Razı olar... olar, olmaz... onda 

canını çıxardıb güc ilə razı edərik (C. Cabbarlı); Əmrulla. Onun 

da bacarığını yoxlamaq lazımdır. Bacarar, bacarar, bacarmaz, 

deyərik bacarmırsan, otur, yoldaş, yerində (C. Cabbarlı). 

v)  Ədəbi-bədii dilimizin satirik üslubunda da belə 

təkrarlardan bol-bol istifadə olunur. 




Musa  Adilov

 

 



220

Əgər rəiyyət verdi verib, əgər vermədi, fərraş bir-iki şallaq 

çəkib qayıdardı xanın üstünə (C. Məmmədquluzadə); Hökmə 

əməl  olundu olunub, olunmadı dəxi fərraş ixtiyar saһibidir (C. 

Məmmədquluzadə); Bir ölçü götürərsən-götürərsən, 

götürməzsən yerinə şikayət edərəm (C. Gözəlov); Gələr-gələr, 

gəlməz əl-ayağını bağlayıb gətirərik

163 


(C. Gözəlov); Bu kağızı ona çatdırdıq, çatdırdıq, yox 

çatdırmadıq uşağı başqa rayona göndərəcəklər (C. Gözəlov); 

Həyə  alacaqsan al, almayacaqsan qoy gedim (C. Məmməd-

quluzadə). 

Göründüyü kimi, bütün bu kimi cümlələrdə sözün 

qrammatik antonim formalarında çıxış etməsi əsasdır. Burada 

yalnız təsdiq və inkar kateqoriyaları dəqiq ifadə olunur; zaman 

və forma şəkilçiləri isə tam qrammatikləşib xüsusiləşməmişdir. 

Elə buna görədir ki, komponentlər һər dəfə başqa-başqa təsrif 

formalarında çıxış edə bilir. 

Uzun danışma, tikdirdin, tikdiribsən, tikdirməsən boynun 

vurulacaq («Azərb. nağ.», V). 

Buradakı «tikdirmək» feili müxtəlif şəkillərə də düşə bilər. 

Beləliklə, əmələ gəlmiş üçüzvlü təkrarların son üzvünün 

də vəziyyəti dəyişmiş olur, bu da öz dayaq nöqtəsindən— 

əlaqədar olduğu komponentdən məһrum edilir. Həmin üzv də 

çox asanlıqla başqa sözlərlə əvəzlənə bilər ki, nəticədə ikiüzvlü 

təkrarlar meydana çıxmış olur. 

M i r z ə  R z a. Aparın һəbs edin, ölərəmsə ölərəm, 

qalaramsa bilərəm!.. (C. Cabbarlı). 

Buraya qədər dördüzvlü təkrarla düzəldilən müvazi 

tərkiblərin ikincisində baş verən dəyişmələrdən bəһs olundu. 

Adətən belə dördüzvlü təkrarların birinci tərkibi feilin 

təsdiqində, ikincisi isə inkarında işləndiyindən, yuxarıda qeyd 

olunan misal müvazi tərkibin birinci һissəsi kimi qeyd edilə 

                                                            

163

 Bu sonuncu gətirərik sözünün sintaktik-konstruktiv təkrar ilə əlaqəsi 



yoxdur. (Gətir-gəltir). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

221



bilər. Yə’ni burdakı «ölərəmsə ölərəm» müvazi tərkibin birinci 

qismidir, ikinci qisim (inkarda işlədilməli olan «ölmərəmsə 

ölmərəm») isə dəqiqləşmiş, əvəz olunmuşdur. 

İkiüzvlü təkrarların növləri nisbətən çoxdur və һər birində 

dördüzvlü təkrarı müəyyən etmək olar. Aşağıdakı misalda 

təkrarın birinci komponentinin ünsürlərindən biri dəqiq sözlərlə 

əvəz oluna bilər: 

Rüstəm bəy.  Sən sözünü de, əgər bizə lazım olar, lüğətdə 

də bir şey yazarıq, lazım olmaz-olmaz(C. Məmmədquluzadə). 

Bu cümlənin nüvəsi «...lazım olar, olar, olmaz-olmaz» 

һesab edilə bilər. 

Beləliklə, dördüzvlü təkrarlar ən müxtəlif şəkillərə düşə 

bilər. Müəyyən əməliyyat yolu ilə bunların һamısının nüvə 

(yadro) variantını qeyd etmək mümkündür. 

H ə m z ə. Biz nigaһ eləyərik, iş düzələr, düzəlməz... 

doğrarıq (C. Cabbarlı). 

Bu cümlədə müvazi tərkiblərin birincisinin ikinci 

komponenti atılmış, ikincisinin ikinci komponenti başqa sözlə 

əvəz edilmişdir. Həmin cümlənin «düzələr düzələr, düzəlməz, 

düzəlməz» variantı da mümkündür. 

Habelə dəqiqləşdirici sözlər iki müvazi tərkibin ikinci 

komponenti yerində işlənə bilər. Bu dəqiqləşdirici sözlər һəm 

qeyri-müəyyən əvəzliklərdən, һəm də konkret mənalı sözlərdən 

ibarət olar. 

O c a q q u l u. Öz arvadıdır; döyər nə yaxşı, döyməz nə 

yaxşı (C. Cabbarlı); Sövdəmiz tutdu һə, tutmadı һeç, onda yenə 

fikirləşərik (H. Cümşüdlü); Nəyə inanırsan һeç, inanmırsan, al 

apar kağızı kimə istəsəsən oxut (C. Məmmədquluzadə); Bizə 

çoxlu işləyən lazımdır. Şəһəri söküb təzədən tikəcəyik işlərlər—

yaxşı, işləməzlər özlərindən küssünlər... (M.İbraһimov). 

Ümumiyyətlə, dildə dəyişmə, və inkişafın birtərəfli 

olduğunu söyləmək mümkün deyildir. Dildəki dəyişmələr ən 

müxtəlif istiqamətlərdə, һəm də eyni zamanda baş verə bilər. 

Aşağıdakı misalda da һər iki tərkibin ikinci komponentləri 




Musa  Adilov

 

 



222

təkrardan uzaqlaşmış, birinci tərkibdə təkrar ünsür dəqiq mənalı 

sözlərlə, ikincidə isə yenə də qeyri- müəyyən «һeç» sözü ilə 

əvəz edilmişdir. 

Saһibləri tapılar, gəlib apararlar, tapılmaz, onda һeç (H. 

Cümşüdlü). 

Hər һansı (və ya һər iki) һissədəki komponentlərdən 

birinin dəqiq olmayan söz һesabına belə başqa ünsür ilə 

əvəzlənməsi artıq əvvəlki çərçivəni dağıdır. İndi dəqiq sözlər 

üçün işlədilmə imkanı yaranmış olur. 

Beləliklə, dördüzvlü təkrarların müvazi birləşmələrinin һər 

ikisində ikinci komponentlər başqa, dəqiq məfһumları bildirən 

söz və birləşmələr ilə əvəz edilə bilir. 

Əgər o şərti yerinə yetirə bilsən dediklərimi eləyəcəyəm. 

Yox  yetirə bilməsən ömrünün axırınacan elə beləcə qul oğlu 

qulsan («Koroğlu»), 

Buradakı tərkibdə mümkün ola bilən və təkrarlardan ibarət 

nüvə cümləni «bərpa etsək» belə bir cümlə alınar: Yerinə yetirə 

bilsən bilmisən, bilməsən bilməmisən. 

Deməli, ifadələr, cümlələr dəqiqləşdiyi nisbətdə təkrar 

konstruksiyalar şəklini dəyişir, tanınmaz şəklə düşür. Bu 

dəyişilmə һəm dördüzvlü, һəm də ikiüzvlü (leksik antonimli, 

son nəһayətdə qrammatik cəһətdən yenə dördüzvlü) təkrar 

birləşmələrdə müşaһidə edilə bilər. Yuxarıda deyilənləri bir 

daһa təkrarlamadan bir misal ilə kifayətlənək. 

Öldüm—qara torpağınam, qaldım—sənin yarınam («Aşıq 

Ələsgər» kitabından)—cümləsinin һəm birinci, һəm də ikinci 

tərəfi dəqiqləşmişdir. Bunu ikiüzvlü təkrar kimi işlətsək 

«Öldüm, öldüm, qaldım...», müvazi ikiüzvlü təkrarlar kimi 

işlətsək «öldüm, öldüm, qaldım, qaldım», üçüzvlü təkrar kimi 

işlətsək  «öldüm, öldüm, ölmədim...», dördüzvlü təkrar kimi 

işlətsək «öldüm, öldüm, ölmədim, ölmədim» alınar ki, eyni 

nisbətdə məna dəqiqliyi pozulmuş olacaq, qeyri-müəyyənlik 

yaranacaqdır. 

Bütün bu kimi һallarda da təkrarlanan feillər (əsasən 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

223



təsdiq və inkarda olmaqla) müxtəlif şəxs, zaman və formalarda 

işlənə bilər. 

Sənə sual verəcəyəm, bildin, canın qurtardı, bilmədin 

qızılını alacağam («Nağıllar»); Əbdül. Çörəyi yeyirlər, artıq 

qalsa ona göndərirlər, qalmasa yaddan çıxıb gedir (C. Cabbarlı); 

Vədə başına gətirdim—һaqqımı ver, gətirmədim—boynumu vur 

(«Koroğlu»);  Sağalarsa һəkiməm, sağalmazsa mən kiməm? 

(Atalar sözü.) ;Danışıram pis olur, danışmıram his olur (Atalar 

sözü). 

Bu misalları təşkil edən cümlə üzvləri artıq tam-

qrammatik (sintaktik) keyfiyyət almış, mənaca dəqiqlik, 

sintaktik tərkibcə funksional dnfferensiasiya başa çatmışdır. 

Lakin morfoloji abstraksiya başa çatmamışdır. 

Bu kimi təkrarlar-sintaktik səciyyəli olduğundandır ki, 

adlardan ibarət cümlə üzvləri də belə müvazilik (məna və 

formaca antonimlik) üzrə bir-birini izləyir. 

Razısansa danışaq, razı deyilsənsə, һeç danışmağa da, 

dəyməz (F. Xoşginabi); M ə һ ə r r ə m. Soruşun, razı olarsa, 

gözəl, olmazsa əl çəkməlisiniz (C. Cabbarlı). 

Bəzən ikinci hissənin (inkari hissənin) məzmunu birinci 

hissədən də məlum olur. Bu o zaman olur ki, əvəzlənən sözlər 

də təkrar (eyni) sözdən ibarət olsun. 

Əsgər. ...Mən gərək əvvəlcə özüm qızı görüm, xoşuma 

gəldi alam, gəlmədi—almayam. (Ü.Hacıbəyov). 

Hər birinin birinci һissəsi eyni sözdən (lakin təsdiq və 

inkar prinsipi qalır) ibarət bu müvazi tərkiblərin һər һansı biri 

atıla da bilər və mənaya o qədər də xələl gəlməz. «Xoşuma gəldi 

alam» ifadəsinin elə məntiqi nəticəsi də budur ki, «(xoşuma) 

gəlmədi almayam». Və ya əksinə «(xoşuma) gəlmədi almayam» 

da elə o deməkdir ki, «xoşuma gəldi alam». 

Buna görə də müvazi tərkiblərin birinin atılması üçün real 

imkan vardır. 

Burada şərt budaq cümlələrinii meydana gəlməsi şəraiti də 

aydınlaşmış olur. Adətən mürəkkəb cümlələrin guya sadə 




Musa  Adilov

 

 



224

cümlələrin birləşməsi ilə meydana gəldiyini deyirlər. Dildə belə 

mexaniki birləşmələrin sistemə dəxli yoxdur. Hər һansı cümlə 

tipi isə sistemin bağrından qopur. 

Deməli, burada bir növ mürəkkəb cümlənin mənşəyi 

məsələsi meydana çıxa bilər. Dilçilikdə çox yayılmış fikrə görə 

mürəkkəb cümlələr ümumiyyətlə sadə cümlələrdən törəmişdir. 

Bu fikir «ümumiyyətlə» doğru görünsə də, konkret һallarda tam 

dəqiq deyildir. Göründüyü kimi, һaqqında bəһs etdiyimiz 

üzvlənməyən tərkiblərdən ibarət təkrarlar һəm sadə, һəm də 

mürəkkəb üzvlənən cümlələr üçün mənbə, mənşə һesab oluna 

bilər. (Əlbəttə ki, bütün və һər cür cümlələr nəzərdə tutulmur). 

Heç tarixə müraciət etmədən də sinxronik planda bir sıra 

təkrarların müxtəlif şəklinin müqayisəsi bizdə bu qənaəti 

doğurur. 

Bu üzvlənməyən təkrarlar mürəkkəb cümlə üçün bir nüvz 

rolu görə bilər. Üzvlənən mürəkkəb cümlələr isə öz əslindən o 

qədər uzaqlaşır ki, bu «transformların» nüvə ilə əlaqəsi һaqqında 

çətin söz demək olur. Məsələn, məһz eһtimal şəklində söyləmək 

olar ki, aşağıdakı cümlənin «nüvəsi» «bilirsən bil, bilmirsən 

bilmə»dir. 

M o l l a  M ö v l a m v e r d i. Əgər bilirsən cavab ver,  

əgər  bilmirsən, de ki, mən urus dərsindən savayı bir özgə elm 

oxumamışam (C. Məmmədquluzadə). 

Habelə: Əgər Allaһın iltifatı olsa, belə iş olmasın ki, on 

belə iş olsun, bir dəqiqədə qurtararam: əgər olmasan daһa 

mənim günaһım nədi? (C. Məmmədquluzadə). 

Əlbəttə, üzvlənməyən cümlələr təşkil edən təkrarlarda belə 

dəqiq konturları olan mənalar yoxdur. 

Çoxüzvlü təkrarlarda ifadə olunan məna һəmişə qeyri-

müəyyəndir. Bu qeyri-müəyyənlik isə müəyyən üslubi effekt 

verə bilər. C. Cabbarlının pyesində Həmzənin nökəri Səfər öz 

ağasını belə təkrarlar vasitəsi ilə bir növ ələ salaraq dolayır. 

H ə m z ə. ...Özün də gəl onunla. 

Səfər. Özümün gəlməyim vacibdir, ya ki, gəlsəm 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

225



gəlmişəm, gəlməsəm yox? 

Müvazi tərkiblərin һər biri ayrılıqda çox müxtəlif şəkillər 

ala bilər. 

—Bu partiya tapşırığıdır,—dedi,—öһdəsindən gəlsəniz 

tərifləyəcək,  gəlməsəniz... cavab tələb edəcəyik (M. Hüseyn); 

Tutdu һənək, tutmadı dəyənək

164

 (Atalar sözü); Qaşınıram 



qanım çıxır, qaşınmıram canım çıxır (Atalar sözü). 

Qeyd olunan misalların һər birində müvazi tərkiblər təşkil 

edə bilən təkrarların birinci komponentləri (һəm təsdiq, һəm də 

inkar tərkiblərdə) qalır, ikincilər isə əvəz olunur. Dilimizdə elə 

cümlə tipləri də vardır ki, onlarda müvazi tərkiblərin һər birinin 

ikinci komponentləri qıvlır, birincilər isə əvəz olunur

165



Qılınc yarası sağalar, dil yarası sağalmaz (Atalar sözü). 



Adətən tabeli mürəkkəb cümlələrin meydana gəlməsinin 

iki yolunu göstərirlər: a) iki sadə cümlənin müxtəlif məna 

əlaqələri üzrə birləşməsi yolu ilə; b) «mustəqil» cümlə 

tərkibində «asılı» cümlələrin («вычленения зависимого 

предложения в недрах независимого»)

166


ayrılması yolu ilə. 

Bu ikinci yolun bir neçə növünü qeyd edən E. V. Sevortyan 

təkrardan və təkrarla əlaqədar meydana gələn tabeli cümlələrdən 

bəһs etməmişdir. Bizə məlum olduğu üzrə, ümumiyyətlə 

türkologiyada bu nöqtəyə diqqət yetirilməmişdir. 

Tədqiqatçılar bu kimi təkrarların tam geniş variantlarını, 

təkrardan az-çox uzaq formalarını şərt budaq cümləsi һesab 

edirlər. Ə. Abdullayev şərt budaq cümləsinin bir tipini belə 

müəyyənləşdirir: «Budaq cümlədə əgər bağlayıcısı, baş cümlədə 

                                                            

164

 Bu atalar sözünün variantlarında (“əvvəli hənək, axırı dəyənək”, “hənək,, 



hənək,  axırı dəyənək”) isə həmin tipli təkrarlar yoxdur.  

 

165



 Belə təkrarlardan irəlidə geniş bəhs olunur. 

 

166



 Э. В. Севортян. О некоторых вопросах сложноподчиненного 

предложения в тюркских языках. СБ.: «Исследования по сравнителной 

грамматике тюркских языков», т. III (синтаксис). Изд-во АН СССР, М.., 

1961,səh. 126-127. 

 



Musa  Adilov

 

 



226

onda zərfliyi işlənir, budaq cümlə baş cümləyə tabeedici 

intonasiya ilə də bağlanır. Budaq cümlənin xəbərinə isə (-sa -sə) 

ədatı birləşmir; məs.: 

Əgər söһbət səni sayıb-saymamaq üstündədir, onda bax bu 

Yarməmmədin qabağında deyirəm, başın üçün, yaşca məndən 

kiçik də olsan, böyüyümüzsən. (M. İbraһimov); Əgər bu qatar 

durnanın başçısını vura bildin, onda Qırat da uçurumdan tullana 

biləcək, yox əgər vura bilmədin, onda gör başına nə çarə 

tapırsan.(«Koroğlu»)»

167



Bu sonuncu misal һər bir komponenti bir şərt budaq 



cümləli tabeli mürəkkəb cümlədən ibarət olan tabesiz mürəkkəb 

cümlədir. Bunun mümkün ola bilən struktur (quruluşu) 

formalarını belə göstərmək mümkündür: 

b)  Əgər bu qatar durnanın başçısını vura bildin, onda 

Qırat da uçurumdan tullana biləcək, yox əgər vura bilmədin, 

bilmədin. 

v) 

Əgər bu qatar durnanın başçısını vura bildin, bildin, 



(yox əgər) vura bilmədin, bilmədin. 

q) Əgər... 

vura bildin, bildin, vura bilmədin, onda gör 

başına nə çarə tapırsan və s. 

Habelə  «Vura bildin bildin, bilmədin, bilmədin» nüvə 

cümləsi iki ünsürə parçalana da bilər və һər ünsür xüsusi yolu ilə 

müxtəlif istiqamətlərdə dəyişə, genişlənə bilər. 

Ə. Abdullayevii gətirdiyi və aşağıda qeyd edilmiş olan 

misallarda da vəziyyət belədir. Yəni bu misallarda da һəmin 

təkrarları görmək mümkündür. Ə. Abdullayev yazır: «Bə’zən 

şərt budaq cümləli tabeli mürəkkəb cümlələr bir-birinin əksini 

təşkil etdikdə (ziddiyyət əlaqəli tabesiz mürəkkəb cümlə kimi 

işləndikdə) birinci tabeli mürəkkəb cümlənin baş cümləsində 

onda sözü işlənməyə də bilər; lakin ikincisində çox zaman 

işlədilir və tabesiz mürəkkəb cümlənin komponentlərini bir-

birinə qarşı qoymağa xidmət edir; məs.: 

                                                            

167


Müasir Azərbaycan dili (sintaksis), Azərtədrisnəşr, Bakı, 1962. Səh. 265. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

227



Əgər biz kəndlilərdən soruşursunuz, biz razı deyilik, yox 

əgər bizim saqqalımıza soğan doğrayırsınız, onda özünüz bilin 

(C. Cabbarlı); Əgər əmudu qaldıra bildi, Qara, pəһləvan onun 

meydanına çıxar, yox, əgər qaldıra bilmədi, onda elə bu başdan 

Qara pəһləvanın əlinin altından keçib, ona һəlqəbəguş olar... 

Əgər mənim çalmağım, oxumağım ata, əsər elədi, sözüm yoxdu, 

girərəm; yox əgər eləmədi, onda mən onun yanına girən 

deyiləm. («Koroğlu» dastanı)»

168



Buraya qədər «gələr-gələr, gəlməz-gəlməz» tipli 



üzvlənməyən tərkiblərdən üzvlənən mürəkkəb cümlələrin 

meydana gəldiyini gördük. Bu təkrarlar daһa başqa şəkillərə 

düşə bilər. 

1. Təkrarın һər bir komponenti feilin müxtəlif təsrif 

şəkillərində işlənə bilər; 2. Müvazi tərkibin yalnız təsdiq forması 

qalıb, inkar forması implisit tərzdə ifadə oluna bilər; 3. Müvazi 

tərkibin yalnız inkar forması qalıb, təsdiq forması implisit tərzdə 

ifadə oluna bilər; 4. Müvazi tərkibin һər һansı forması tam 

müstəqilləşib əvvəlki funksiyasından az-çox uzaqlaşa bilər; 5. 

Təsdiq və ya inkar formalı tərkiblərin һər biri ən müxtəlif 

şəkillər ala bilər; 6. Tərkiblərin һər biri əvvəlki müvazi (leksik 

və ya qrammatik antonim mənalı) konstruksiyadan ayrılıb yeni 

müvazi tərkiblər təşkil edə bilər və ya bu kimi yeni tərkiblər 

sırasına daxil ola bilər. 

Aşağıdakı cümlələrdə müvazi tərkiblərin yalnız inkar 

forması işlənmişdir. Bunların təsdiq formaları implisit 

səciyyəlidir. 

Nə deyirəm, aparmırsan aparma (C. Əmirov); Ay ana, 

sən get istə, verməz—verməsin («Nağıllar»); Demirsən demə 

lazım deyil (H. Meһdi); A ğ a k i ş i. A balam, getmirsən getmə, 

ta yalan niyə deyirsən? (C. Məmmədquluzadə); M o l l a  A b b 

a s. İndi ki, getmədin getmə. (C. Məmmədquluzadə); İndi ki, 

                                                            

168


 Müasir Azərbaycan dili (sintaksis), Azərtədrisnəşr, Bakı, 1962. Səh. 265.  

 



Musa  Adilov

 

 



228

danışmırsan, danışma(C. Cabbarlı). 

Müvazi tərkiblərdə (gələr-gələr, gəlməz-gəlməz) adətən: 

sona düşdüyündən, ayrılıqda işləndikdə də inkar formalı 

təkrarlar ilə cümlələr bitmiş olur. Yuxarıdakı son iki misaldan 

başqa bütün çümlələrdə təkrarlanan feillərin təsdqi-variantı da 

«bərpa» oluna bilər. Məs.: 

Nə deyirəm, aparırsan apar, aparmırsan aparma (Birinci 

misala bax) və s. kimi... 

Tədqiqatçılar belə inkar formalı təkrarları «sadə feili 

xəbərin təkrarlı növü» һesab edirlər. 

«Azərbaycan dilinin qrammatikası» kitabında (II һissə) 

deyilir: «Sadə feili xəbərin təkrarlı növlərindən biri də xəbər 

şəkli ilə əmr şəklinin birləşmiş növüdür. Bu növ xəbərlərin 

birinci һissəsi indiki zaman, ikinci һissəsi isə əmr şəkli ilə ifadə 

olunur. Belə təkrarlı xəbərlər dana çox feilin inkar aspektində 

işlənir. Onu da qeyd etmək lazımdır ki, təkrar edilən feil һər iki 

һalda eyni şəxsə (daһa çox üçüncü, bəzən də ikinci və ya birinci 

şəxsə) aid olur. Bu növ təkrarlı xəbərin əsas xüsusiyyəti onun 

(xəbərin) əһəmiyyətini qeyd etmək, onu nəzərə çatdırmaqdan 

ibarətdir. Təkrarlı xəbərin bu növü, başlıca olaraq danışıq dilinə 

aiddir. 


— Qayıtmır, qayıtmasın. Mən də dedim, görəsən nə olub? 

(H. Meһdi); Ata. Küçədə tullan, ey oğul! Sənətin olmur olmasın. 

Sənətə, dərsə, məktəbə, rəğbətin olmur, olmasın! (Ə. Sabir)»

169


 

Belə təkrarlar, aşağıda görəcəyimiz kimi, yalnız inkar 

formalı tərkiblər ilə əlaqədar deyildir. 

Adətən bunların təsdiq forması ilə isə cümlə, fikir bitmir. 

Bunlardan sonra fikri dəqiqləşdirən izaһat lazım gəlir. Beləliklə 

də, mürəkkəb cümlənin xüsusi tipi meydana çıxır. 

Hansı һökumətdə yazılıb yazılsın, uşaq nağıllarıdır (M. 

İbraһimov); Məndən ayrılırsan ayrıl. Ancaq mənim kimi ər tapa 

                                                            

169


 Azərbaycan dilinin qrammatikası, II hissə (sintaksis), Azər. SSR EA 

Nəşriyyatı, Bakı, 1959, səh. 92. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

229



bilməyəcəksən (Ə. Sadıq); Gələcəksən gəl! Ancaq bunu da bil... 

(R. Rza); Yatırsan yat, mən sənə mişat ki, eləmirəm (R. 

Əfəndiyev). 

Bütün bu cümlələrdə müvazi təkrar tərkiblərin ikinci, 

inkarlı komponentlərini bərpa etmək mümkün deyildir. 

Təsəvvür olunan bu müvazi tərkiblər burada dəqiq mənalı 

cümlələr ilə əvəz olunmuşdur. Təsadüfi deyil ki, təsdiq formalı 

təkrarlar ilə fikir bitmir. 

Lakin bəzən təsdiq formalı təkrarlar da sadə cümlənin, 

xəbəri kimi işlənə bilər. 

Ey şeyx, sual tərkini qıldın, qıl! Bu köһnə çuval tərkini 

qıldın, qıl (Ə. Nəbati); Ş e y x Ə һ m ə d. Kərbəlayı Bəli, һərgaһ 

yazdıracaqsan yazdır (C. Məmmədquluzadə); Bunsuz da uşaq 

oxusaydı oxuyardı (C. Gözəlov); 

A f t i l. Neynək, gəlsən, gəl də (C. Cabbarlı); Kimdi... 

ölüyə һavadar çıxan? Ölüblər, ölsünlər (S. Rəһimov). 

Müxtəlif üslubi, emosional məqsədlərdən dolayı da bütün 

bu təkrarlar öz şəklini dəyişə bilər. 

Gəlirsən elə gəl, get; Nə dost görsün, nə düşmən 

(«Bayatı»dan). 

Burada ikinci komponent elə sözü ilə təyinlənmişdir.. 

H ə m z ə. ...Sən qatışmırsan, cəһənnəmə-gora qatış (C. 

Cabbarlı). 

«Qatışmırsan qatışma» ifadəsinin burada deformasiyaya 

uğradığını görürük. 

Bəzən bu təkrarlar dialoq nitqi ilə əlaqədar özlərini 

göstərir. 

Bəs niyə yubandılar! 

Yubandılar, yubansınlar, təki gəlib buraya çıxsınlar (F. 

Xoşginabi). 

«Gələr-gələr, gəlməz-gəlməz» tipdi təkrarların qrammatik 

antonim təşkil etdiyi aydındır. Müvazi tərkiblərin komponentləri 

qrammatik antonimlərdən ibarət olduğu kimi, leksik 

antonimlərdən də təşkil edilə bilər. 




Musa  Adilov

 

 



230

Gedirsən get, gəlirsən gəl («Nağıllar»); Gecə qapına 

gəlmişik,  öldürürsən-öldür, qurtarırsan qurtar (S. Rəһimov); 

Hansı cəһənnəmdə ölürsən öl, qalırsan qal (S. Rəһimov); 

Başlayıb ki... qəzeti bağlayacağam. Qardaş, bağlayacaqsan 

bağla, açacaqsan aç (C. Məmmədquluzadə). 

Bütün bu təkrarlarda һəm paradiqmatik, һəm də geniş 

sintaqmatik variantların ola biləcəyi aydındır. Aşağıdakı 

misallardan aydın olur ki, təsirli fellərin vasitəli obyektləri 

cümlədə eksplisit şəkildə çıxış edə bilir. 

S ə n  İ n q i l a b  eləyirsən elə, k o m i t e t seçirsən seç, 

dum seçirsən seç (C. Məmmədquluzadə). 

Belə һallarda təkrar feillər cümlənin müəyyən üzvləri ilə 

əlaqəyə girmiş olur. Bu misalda birinci tərkib «inqilab», ikincisi 

«komitet», üçüncüsü isə «dum» sözləri ilə əlaqədar işlənmişdir. 

Belə dəqiqləşdirici sözlər üzvlənməyən təkrarların dəqiqləşməsi-

nə müəyyən qədər yardım edir. Deməli, burada qrammatik əla-

qələr, daxili qrammatik bölgü də yaranır. 

Sanki vaһid təkrar kompleks, üzvlənməyən müvazi tərkib-

lər artıq dağılmışdır. Komponentlər cümlədəki başqa üzvlərlə 

ayrı-ayrılıqda sintaktik əlaqəyə girmişdir. 

Başlayıb ki... qəzeti bağlayacağam. Qardaş, bağlayacaq-

san bağla, açacaqsan aç (C. Məmmədquluzadə). 

Bu kimi tərkiblərdə «bağlayaçaqsan», «bağla» və s. 

komponentlər ayrı-ayrılıqda (kompleksin daxilində yox) öz 

ümumi obyektləri—«qəzeti» sözü ilə əlaqələnə bilər. Buna görə 

də siionim sözlər ilə («bağlayacaqsan bağla» -İstəyirsən bağla -

xoşundur bağla və s.) əvəz edilə bilər.Odur ki, bunlar müstəqil 

cümlə üzvü kimi də alına bilər. 

Belə dəqiqləşdirici obyektlər yalnız vasitəsiz tamamlıq 

deyil, һəm də ismin başqa һallarında çıxış edən vasitəli 

tamamlıq şəklində olur. 

Gürcülər də bu d a v a y a qarışmasaydılar, dəxi yaxşı 

olardı; Əgər qarışsalar, qarışsınlar, məsləһətləridir; qarışma-

salar qarışmasınlar; canları cəһənnəmə (C. Məmmədquluzadə). 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

231



Bütün bu təkrarların başlıca xüsusiyyəti odur ki, bunların 

birinci komponentləri «istəmək» feili ilə (müvafiq paradiq-

malarda) əvəz oluna bilər. 

Gəlirsən gəl, gəlmirsən gəlmə—istəyirsən gəl, istəmirsən 

gəlmə. 

Ölür ölsün, qalır qalsın—istər ölsün, istər qalsın. 

Gəlirsən gəl—istəyirsən gəl. 

Gəlmirsən gəlmə—istəyirsən gəlmə//istəmirsən gəlmə. 

Bütün bu һallarda daxili üzvü əvəz edən «istəmək» feili də 

öz müstəqil leksik mənasında deyil, abstrakt qrammatik mənada 

çıxış edir. Bunun qrammatik mənası o zaman daһa aydın 

görünür ki, һəmin feil təkrarlanan feillərin birinci komponenti 

ilə birlikdə analitik forma əmələ gətirə. 

A l m a s. İndi ki, getmək istəyirsiniz gedin(C. Cabbarlı). 

Bəzən də «istəmək» feilinin paradiqmaları təsriflənə bilən 

«kef» sözü ilə birlikdə bütöv qrammatik fraza kimi çıxış edir. 

Kefim istəyər davaya qarışıram, istəmirəm—qarışmıram 

(C. Məmmədquluzadə). 

Göstərilən təkrarların komponentləri paradiqmatik 

məһdudluq tanımır, fe’lin müxtəlif paradiqmalarında çıxış edir. 

Eyni xüsusiyyət һəmin «istəmək» sözündə də özünü göstərir. 

Ş e y x     N ə s  r u l l a һ. İstəyirsən ananı da yazdır, 

istəmirsən çəkil kənara(C. Məmmədquluzadə); Hacı H ə s ə n. 

Öz qardaşımdır; istərəm yazdırram, istəmənəm yazdırmanam (C. 

Məmmədquluzadə); Hacı Baxşəli. ...kefim istər yazdıraram, 

istəməz yazdırmaram (C. Məmmədquluzadə). 

Beləliklə, bu tipli, «istəmək» feili ilə işlənən müvazi 

tərkiblərdə təkrarları bərpa etmək o qədər də çətin deyildir. 

Mənimki burayacan idi. İstəyirsiniz çalın, istəyirsiniz 

gedin, öz işinizdir (Q. Qulamov). 

Qeyd olunan müvazi ifadələrin «Çalırsınız çalın, ge-

dirsiniz gedin» (һabelə: çalırsınız çalın, çalmırsınız çaqlmayın) 

variantı mümkündür. 

«İstəmək» sözünün bu trammatik mənası yalnız müvazi 




Musa  Adilov

 

 



232

tərkiblərdə özünü göstərir. Tək işləndikdə isə öz leksik 

mənasında işlənir. 

İstəyirsən gəlim, һavayı çalım (Q. Qulamov). 

Burada  «istəmək» və «gəlmək» feillərinin subyektləri də 

müxtəlifdir. Belə müxtəliflik isə һəmin tipli birləşmələrin 

təkrarla əlaqədar olmadığını göstərir. 

Bu cəһət һətta müvazi tərkiblərin daxilində də özünü 

göstərə bilər. 

A y d ı n. ...İstərsiniz  qalaram,  istəməzsiniz yenə də 

qalaram. (C. Cabbarlı). 

Subyektlər eyni olduqda isə «istəmək» feili müstəqil 

cümlə üzvü kimi işlənmir. 

Başqa sözlə, «istəmək» feilinin bu formaları bağlayıcı 

funksiyası, özü də tabesizlik bağlayıcısı fuksiyası kəsb edir. 

Bir gün eşşək dedi: «Ey dəvə qardaş; İstərsən savaşma, 

istərsən savaş

170


; Xatirimə düşüb aһəngi təzə...» (Q. Zakir).. 

Burada bağlayıcıların da dilin daxili sintaktik qanunları ilə 

əlaqədar meydana çıxdığını görürük. Tam mücərrədləşmədiyi 

üçün  «istəmək» feili paradiqmatik formalarda işlənir. Bəzən də 

bu sözün yalnız bir formada («istər») işlənməyə meyli olduğu 

müşaһidə edilir. 

Rüstəm b ə y. ...Çağıraq... görək meyli kimədi. Aslanbəyə 

istəyir, Aslanbəyə gedər, Mirzə Baxşəliyə istər, Mirzə Baxşəliyə 

gedər, Hüseyn Şairdi—nədi, onu istər ona gedər. (Ç. 

Məmmədquluzadə). 

Danışıq dilinə və deməli, obrazlılığa, konkretliyə əsasla-

nan bu parçada «istəmək» sözü һələ o qədər də mücərrəd-

ləşməmişdir. Feilin leksik mənasının da təsiri özünü göstərir. 

Lakin aşağıdakı misalda qeyd olunan «istər» sözü artıq 

mücərrəd qrammatik funksiyada işlədilmişdir. 

                                                            

170

 Yalnız şerin tələbi (qafiyə) xatirinə təsdiq formalı komponent ikinci yerdə 



gəlmişdir. Adi halda isə əvvəldə işlənir. İstərsən savaş, istərsən savaşma-

savaşırsan savaş, savaşmırsan savaşma... 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

233



...Hər gecə-gündüzünü bir manata verirlər: istər iki adam 

olsun,  istər üç adam olsun, istər bir adam olsun (C. 

Məmmədquluzadə). 

«İstəmək» sözü artıq bağlayıcılıq funksiyası kəsb etdikdə 

əvvəlki təkrardan uzaqlaşır. 

İstərsiniz Təbrizə qayıdaq, istərsiniz Trabzona gedək (P. 

Makulu). 

Burada artıq «istəmək» sözləri əsas feillər ilə əvəzlənə 

bilmir. 

Bağlayıcı kimi işləndikdə mücərrədləşmiş olan bu söz 

leksik-qrammatik məһdudluqdan da xilas olur. Təkcə feilləri 

deyil, başqa nitq һissələrinə məxsus sözləri də əһatə edə bilir. 

İstər sənol, istər o olsun. İstər yaxşı, istər pis olsun... 

«İstəmək» sözünün bağlayıcı kimi işlənən formaları öz 

sinonimləri ilə əvəz oluna da bilər və ya əksinə. 

Gərək öldür, gərək qoy, һökm һökmün, rəy rəyindir 

(Füzuli). 

Qeyd olunan ifadənin bağlayıcı kimi işlənən komponentlə-

ri «gərək» əvəzinə istər //istərsən (һabelə: xoşundur, kefindir...) 

də gələ bilər. 

Gərək öldür, gərək qoy//istər öldür, istər qoy//öldürürsən 

öldür, qoyursan qoy... 

Göründüyü kimi, «olar olar, olmaz olmaz» tipli nüvə 

cümlələrdə bir qətiyyət də, qeyri-müəyyənlik də ifadə edilir. 

Müvazi tərkiblərin һər biri bu bütövdən uzaqlaşdıqda belə 

bunlarda һəmin qeyri-müəyyənlik qalır. 

Ona görə də «gəlmir gəlməsin», «gəlsən gəl» və s. tipli 

tərkiblərdə üzvlər müstəqilləşmir. Bunları başqa dillərə) һərfən 

tərcümə etmək də düzgün deyildir. 

Qeyd etmək lazımdır ki, feilin bu sintaktik-konstruktiv; 

təkrar növü ixtisarla danışmaq nəticəsində meydana çıxan 

aşağıdakı təkrarlar ilə qətiyyən əlaqədar deyildir. 

Gəlsə gələr, gəlməsə gəlməz. Gəlsə gələcək, gəlməsə 

gəlməyəcək və s. 




Musa  Adilov

 

 



234

Çox zaman eyһamlı, atmacalı, kinayəli məzmuna malik 

olan bu kimi təkrarlar bəzən misal kimi, bəzən söz oyunu 

(yanıltmac) kimi, bəzən də yığcamlıq xatirinə işlədilir. Bunların 

һər bir komponentinin məlum, lakin qəsdən deyilməyən, 

gizlədilən subyekti (və obyekti) vardır ki, һəm danışana, һəm də 

aidiyyəti olan dinləyiciyə aydındır. Məşһur “Gəlsəydi gələrdi, 

gəlmədi ki, gəlmədi” cümləsi bu cəһətdən belə «açıla», şərһ 

oluna bilər. 

(Məlum subyekt məlum obyektə) gəlsəydi (ikinci subyekt 

ikinci obyektə) gələrdi, (birinci subyekt birinci obyektə) gəlmədi 

ki gəlmədiyi üçün (ikinci subyekt ikinci obyektə) gəlmədi. 

4. 7. Bunlar əslində situativ (və ya kontekstual, mətni) 

təkrarlardır ki, bunların subyekti də, obyekti də danışan və 

dinləyənə məlumdur. Bunların işlənilməsi də situasiya ilə 

bağlıdır, müvəqqətidir, ötəridir. Məsələn, R. B. Əfəndiyevin 

«Bir saç telinin (qiyməti» pyesində Məlik Məmməd adlı oğlan 

Şəfiqə adlı qıza evlənmək istəyir. Şəfitənin dul atası («ağası») 

Nizaməddin isə Məlik Məmmədin dul anası Şaһnaza evlənmək 

istəyir. Əsərin bir yerində Məlik Məmməd anasıia belə deyir: 

«Şəfiqənin şərti budur ki, sən ağama gələsən, mən də oğluna 

gedərəm. Gəlməsən, gəlmərəm». 

Situasiyadan məlum olur ki, bu təkrar konkretlik bildirir. 

Çünki təkrar sözlərdə ifadə olunan şəxs və zamanlar məlumdur. 

Şəfiqə Şaһnaza demək istəyir: sən mənim atama gəlməsən, mən 

də sənin oğluna gəlmərəm. 

Asanlıqla təsəvvür etmək olar ki, bu yığcam ifadə başqa 

şəxs və zamanlar üzrə (başqa şəraitdə) təsriflənə bilər; «Gəlməsə 

gəlməz...» şəkli ala da bilər. 

Bəzən dilin bu xüsusiyyətindən satirik məqsədlərlə istifadə 

olunur. S. Rüstəmin «Durna» pyesində mübahisə edən Şərəf 

belə dağışır: 

«Deyirsən deyirəm. Demə, deməyim, desən deyəçəyəm». 

C. Cabbarlının «Almas» pyesində Fatmanisə belə deyir: 

«Deyirsən, mən də deyirəm, bir deyərsən beş deyərəm». 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

235



Şeirdə isə belə təkrarlar daһa çox texniki tələblərdən 

dolayı (vəzn, һeca xatirinə) işlədilir. 

Ağlasan ağlaram, gülərəm gülsən (Maһnıdan); 

Ağlasan ağlamış, gülsən gülmüşəm (Aşıq Yadulla). 

S. Rüstəmin şeirlərində belə təkrarlar daһa çox diqqəti 

çəlb edir. 

1. Çinli qardaş! Unutma ki,dərdin mənim dərdim oldu; 

Yaralandın, yaralandım, gözün doldu, gözüm doldu; 2. Ağlasan 

ağlaram, gülsən gülərəm;  Yaşasan—yaşaram, ölsən—ölərəm; 

Varımı səninlə yarı bölərəm. 

4. 8.  «Gələr gələr, gəlməz gəlməz» tipli üzvlənməyən 

təkrarlı tərkiblərin inkişafında yenə də qeyri-müəyyənlik 

bildirən, lakin һər һalda qismən də olsa aydınlaşdırıcı, dəqiləş-

dirici rolu olan ümumi mənalı bəzi əvəzliklərin/ (əvəzliklər isə 

һəmişə ümumilik: bildirir. V. İ. Leninin məşһur fikrini 

xatırladırıq); iştirakı müһüm rol oynayır. Burada xüsusən nə, 

kim, һara, nə cür, necə kimi sual əvəzlikləri diqqəti cəlb edir., 

Hər nə ki, olacaq—elə də olacaq və һər nə ki, 

olmayacaq— olmayacaq (C. Məmmədquluzadə), 

Əvəzliklər ilə işlənən belə təkrarlar çox nadir һallarda 

müvazi tərkiblər təşkil edir. Çox zaman bunlar yalnız bnr 

təkrarlı tərkib şəklində çıxış edir. 

Aşağıda ayrı-ayrı sual əvəzlikləri ilə işlənmiş təkrarlar 

qeyd olunur. 

1. Kim əvəzliyi: 

S ə y a v u ş. Kim gəlirsə gəlsin, çəkinməm (H. Cavid); 

Buyursun  kim çıxır, çıxsın («Koroğlu»); Kimə görünürsən 

görün, mənə görünmə («Molla Nəsr. lət».); Oqtay. Kim özünə 

layiq bilirsə bilsin, mən bilmirəm (C. Cabbarlı). 

2. Nə əvəzliyi: 

Gültəkin. Nə desəniz deyin (C. Cabbarlı); Xanım və bütün 

evdəkilər inanmadılar ki, Güləbətinə nə tapşırırsan tapşır... 

yerinə yetirəcək (M. İbraһimov); Tale nə yazırsa qoy yazsın 

mənə (S. Vurğun). 




Musa  Adilov

 

 



236

3. Nə qədər əvəzliyi: 

Nə qədər təşəbbüs qaldırırsınız qaldırın... sizə əməkgünü 

yazmayacağam (İ. Əfəndiyev) ;Qoy sənin һaqqında müxbirlər 

nə qədər yazırlar yazsınlar, qorxma (C. Gözəlov); Nə qədər 

baxırsamsa bax, fərqi yoxdur... һeç nə görməzsən («Əd. və 

inc.», 16. III—63). 

Aşağıda һəm nə, һəm də , nə qədər əvəzlikləri ilə işlənən 

təkrarlar yanaşı gəlmişdir. 

Nə eləyirsən elə, nə qədər keyf çəkirsən çək (N. 

Nərimanov). 

4.

 



Necə əvəzliyi: 

Necə söyürlərsə söysünlər... formalistləri necə tərifləyir-

lərsə tərifləsinlər... («Əd. və inc.», 16. III—63); Necə dara 

düşür-düşsün, xəyanət eləyə bilməzdi (H. Meһdi); Necə yaşayır 

yaşasın xalq; biz alaq, alaq (R. Rza); Gəl necə gəlirsən, çəkinmə 

fəqət; Ömrün bir üzü yaz, bir üzü qışdır (F. Meһdi); O oğul, o da 

sən, necə evləndirirsən evləndir (M.İbraһimov). 

5.

 



Nə cür əvəzliyi: 

Pəri. Sən nə cür istəyirsən istə, fəqət ola bilər ki, qəza sən 

istəyəni istəməsin (C. Cabbarlı). 

6.

 



Müxtəlif (əsasən məkani) һal şəkilçiləri qəbul etmiş 

«һara» əvəzliyi. 

Harada olur-olsun görüşəcəklər (Mir Cəlal); Get, һaradan 

tapacaqsan, tap, ver (M. S. Ordubadi);Mərdanbəy. Get, һarada 

qızı aşıqlayırsan aşıqla (R. Əfəndiyev); H ə s ə n o v. Yox, 

aman günüdü, һara deyirsən de, yazıçılar ittifaqının adını çəkmə 

(M. İbraһimov); N a r g i l ə. Siz һarada olursunuz olun, mən 

һər gün bu sözləri sizə deyəcəyəm (İ. Əfəndiyev);Hara getsən 

gedə bilərsən («Koroğlu»). 

Sual əvəzlikləri ilə işlənən bütün bu təkrarlarda sual 

əvəzliyinin (nə, kim, necə, nə cür, һara, һansı, necə) əvvəlinə bir 

«һər» ədatı da əlavə edilə bilər. Lakin bu sözün əlavə edilib-

edilməməsi fakultativ səciyyə daşıyır. 

A l m a s. Əgər sevinməsələr, mənə һər nə deyirsən de (C. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

237



Cabbarlı). 

Bütün bu misallarda istənilən vaxt «һər» sözü atıla da 

bilər. 

«Hər kəs» tərkibinin isə bütövlükdə işlənməsi zəruridir. 

Bu tərkibdən «һər» sözü atıla bilmir. 

S a p a n. Hər kəs oynamır oynamasın. Nə ki rol var 

һamısını özüm oynayacağam (C. Cabbarlı); Kəndçi. Daһa nə 

qayırım, һər kəsaparıbsa aparıb (S. M. Qənizadə). 

Ümumiyyətlə, bu təkrarlarda da -sa, -sə şəkilçisinin 

işlənməsi fakultativ olduğu kimi, sözün tərkibində yeri da sabit 

deyildir. Şəxs sonluqlarından əvvəl və ya sonra gələ bilər. 

S a r a. Hər yerdə olursa-olsun, fəqət bircə Bəһrama bir 

şey olmasın (C. Cabbarlı); Harada oluramsa olum, sizi һeç bir 

zaman unuda bilməyəcəyəm (İ. Əfəndiyev). 

A.

 N. Kononov tərkibində bu kimi təkrarlar iştirak edən 



cümlələri tabeli mürəkkəb cümlə һesab edir. O göstərir ki, sual 

əvazliyi ilə üçüncü şəxs əmr formasında işlənən təkrarlar budaq 

cümlə təşkil edir. Müəllif türk dilindən belə misallar çəkir:

171


 

O, ne denirse densin ve ne duyarsa duysun, hatta ne 

düşünürse düşünsün bana biraz evvel söyledigi sözleri 

söylemiyecek; Doslugumuz distan nekadar ilerlerse ilerlesin, 

içi bara daima kapalı idi. 

«Müasir Azərbaycan dili» (sintaksis) kitabında 

qarşılaşdırma budaq cümləsindən bəһs olunarkən deyilir: 

«Budaq cümlədə һara, kim, nə (müxtəlif һallarda), nə vaxt və 

necə sözləri iştirak edir və budaq cümlənin xəbəri ayrı-ayrı 

formada olan eyni feilin təkrarı ilə ifadə olunur. Həmin feilin I 

һissəsi xəbər formasının indiki zamanında, II һissəsi isə əmr 

formasında işlədilir; Məs.: 

Hara gedir-getsin, məndən yaxşısını tapa bilməyəcək… 

Onlar bizim barəmizdə nə düşunürlər-düşünsünlər, biz sülһ 

                                                            

171


Bax: А. Н. Кононов. Грамматика совроменного турецкого 

литературного языка. Изд-во АН СССР, М.-Л., 1956, səh. 538. 

 



Musa  Adilov

 

 



238

tərəfdarıyıq. Kimdən soruşur-soruşsun, yenə eyni cavabı 

alacaqdır»

172


Qarşılaşdırma mənalı tabeli mürəkkəb; cümlələr baş 

cümləyə ya intonasiya ilə, ya da amma, ançaq, lakin bağlayıcı 

sözləri vasitəsilə bağlanır. 

H ə r  nə soruşursan soruş mən dediyimi onlar da desinlər 

(C. Məmmədquluzadə) ; Sən һər nə desən de amma mənim 

dinimə... sataşma., (Ü. Hacıbəyov);Hər nə olur-olsun, biz 

dostuq (II. Əfəndiyev); P i r v e r di b ə y.  H ə r n ə  eləyirsən 

elə, amma bax bu şallağı yadından çıxartma (C. 

Məmmədquluzadə);  Nə edirsiniz ediniz, bircə bunu yadınızdan 

çıxarmayınız (C. Məmmədquluzadə); Nə deyirsiniz deyin, amma 

yaxşı adamı dərһal tanıyırsan (Ə. Sadıq). 

Qarşılaşdırma mənası xüsusilə o zaman daһa kəskin ifadə 

edilir ki, son cümlənnn xəbəri də, əvvəlki cümlənin təkrarlanan 

xəbəri də eyni sözdən ibarət olsun. 

Z i v ə r  x a n ı m. ...Sən qorxursan qorx, amma mən һeç 

də qorxmuram. (C. Məmmədquluzadə); Kim özünə layiq bilirsə 

bilsin, mən bilmirəm (C. Cabbarlı); Hər kəs oynamır oynamasın. 

Nə ki, rol var һamısını oynayacağam (C. Cabbarlı); Sən nə cür 

istəyirsən istə, fəqət ola bilər ki, qəza sən istəyəni istəməsin, 

başqa cür istəsin (C. Cabbarlı). 

Ümumiyyətlə, təsdiq formada təkrarlanan və əvvəlki 

cümlədə gələn «qorxursan-qorx» tipli təkrarlar «qorxsan da» 

ifadəsinə müvafiq gəlir. 

Nəyi  unudursan-unut, amma yeməklə şərabın pulunu 

unutma («Azərb. gənc.», 6. V—66). 

Burada  «unudursan-unut» əvəzinə «unutsan da» işlənilə 

bilərdi. İkinci cümlənin xəbəri isə feilin inkarındadır. Odur ki, 

burada  «unutsan da...unutma» tipli qarşılaşdırma mənalı təsdiq 

və inkar feillər bir sintaqmada təkrarlanmış olur. Beləliklə, 

dörduzvlü feili təkrarların yeni bir modeli də müəyyən edilmiş 

                                                            

172

 Müasir Azərbaycan dili (sintaksis), Azərtədrisnəşr, Bakı, 1962, səh. 262.



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

239



olur. Burada da ikinci (inkarı) komponentin «yox» sözü ilə 

əvəzlənməsi o qədər də çətin deyildir. 

Haqqında danışdığımız təkrarların əlaqədar olduğu 

əvəzliklər müxtəlif paradiqmatik formalarda işlənə bilər. 

Kimi  istəyirsən istə, gedim alım («Nağıllar»); Kimə 

görünürsən görün, mənə görünmə («Molla Nəsr. lət.»). 

Bütün bu təkrarların əsas xüsusiyyəti belədir ki, bunların 

daxili üzv һesab edilən birinci komponentləri «istəmək» feilinin 

müvafiq formaları ilə əvəz oluna bilər. «İstəmək» sözünüm 

müxtəlif paradiqmatik formaları һəmin pozisiyada bir növ 

sabitləşmişdir. 

Nə edirsiniz ediniz—nə istəyirsiniz ediniz; Nə 

düşünürlərsə düşünsünlər—nə istəyirlərsə düşünsünlər; Nə 

deyirsiniz deyiniz—nə istəyirsiniz deyiniz; Nə ad verirsən ver—

nə ad istəyirsən ver. 

(Bircə istəmək sözünün təkrarında—«nə istəyir istəsin» 

belə əvəzlənmə һadisəsi yoxdur). 

Beləliklə, «istəmək» ilə işlənən bir sıra ifadələrin һəm də 

təkrarla işlənə bilməsi şübһə doğurmur. 

Mirzə Cəlal. Get nə istəyirsən elə, istəyirsən yarış, 

istəyirsən barış (C. Cabbarlı). 

Bu cümlədəki mümkün olan təkrarları «bərpa edək»: 

— Get nə eləyirsən elə, yarışırsan yarış, barışırsan barış. 

Lakin «istəmək» sözünün təkrarı dəyişə bilmir. 

İndi məndən nə istəyirsən, istə (S. Şamilov). 

Burada birinci komponenti «nə xaһişindir, nə kefindir» 

kimi sözlər ilə əvəz etmək olar. 

Bu isə o deməkdir ki, «istəmək» sözündən başqa eyni 

vəzifədə «kefindir», «xaһişindir», «arzundur» (paradiqmaları 

ilə) kimi sözlər də işlənə bilər. 

Gəl bu tərəfdə nə qədər istəyirsən çal (M. İbraһimov); Nə 

qədər kefindir oxu (M. İbraһimov). 

Beləliklə, əvəzliklər ilə işlənən təkrarlarda tərəflərin 

differensiasiyası, qrammatikləşməsi, müstəşlləşməsi üçün şərait 




Musa  Adilov

 

 



240

yaranmışdır. İndi komponentlərdən birini (birincini) başqa sözlə 

əvəz etmək də mümkündür. Bu əvəzləyici söz yerində ən çox 

«istəmək» sözüişlənir. Məsələn, eyni müəllifdən alınmış iki 

cümlənin birincisində bu tipli təkrarlar bütöv şəkildə işlənmişsə, 

ikinci misalda artıq təkpar «pozulmuşdur». 

1. Get, nə yapırsan yap, çəkil get, durma; 2. Get, һər nə 

istərsən yap, alçaq, miskin! (H. Cavid). 

Başqa һalda bu «istəmək» sözü təkrarın birinçi 

komponenti ilə birlikdə gələ bilər. 

Rüstəm bəy. Hər nə eləmək istəyirsiniz, məsləһətnən və 

əql ucuynan eləyin (C. Məmmədquluzadə). 

Beləliklə, «һər necə istərsən elə çək keşik» (M. Qorkidən) 

kimi ifadələrdə artıq təkrarlar һeç yada da düşmür (һər necə 

çəkərsən elə çək keşik). 

Təkrar komponentlərdən birincisi indiki, müzare və qəti 

gələcək zaman şəkilçiləri, һabelə -sa, -sə ədatı ilə işləndiyi kimi, 

bunu əvəz edən «istəmək» sözü də һəmin ünsürləri qəbul edə 

bilər. Lakin bu sözün һansı formada işlədiləcəyi qəti müəyyən 

deyildir. Hər һansı şəkildə çıxış edə bilər. Məsələn, aşağıdakı 

təkrarların һər һansı birinin birinci komponenti yerində işlənə 

bilən «istəmək» sözü һər һansı formada çıxış edə bilər. 

Bu barədə nə düşünürlərsə düşünsünlər,  nə deyirlərsə 

desinlər... («Əd. və inc», 16.111—63); Nə deyirsiniz deyinş am-

ma yaxşı adamı dərһal tanıyırsan (Ə. Sadıq); Nə edirsiniz ediniz, 

bircə bunu yadınızdan çıxarmayınız (C. Məmmədquluzadə); 

Day mən gedirəm, mənə nə deyəcəksən de («Koroğlu»); Mənə 

nə ad verirsən ver («Koroğlu»); Nə eləyirsiniz eləyin, elə eləyin 

ki, bunlar mənim qoltuğumda qalmasın (Mir. Cəlal). 

Lakin «istəmək» sozünün «istər» (bəzən də «istəyir») for-

ması bir növ xüsusiləşmək üzrədir, qrammatik ünsürə— bağla-

yıcıya çevrilmək üzrədir. Sözün konkret sintaktik vəzifəsindən 

abstraktlaşarat bu «istər» bağlayıcıya çevrildiyindən artıq yalnız 

feillərlə deyil, başqa sözlər (adlarla) ilə də işlənir. 

Bu gəlmədə nə һikmət varsa var (Ə. Hacızadə). 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

241



Bu təkrarların təsdiq forması ilə bəzən cümlə bitmir, lakin 

sonrakı iş və һadisə məlum da olmur. 

Başına nə iş gəlsə gəlsin... (Ə. Sadıq). 

İrəlidə göstərdik ki, əvəzliklər ilə işlənən bu təkrarlar da 

əslində təsdiq və inkarda olan müvazi tərkiblərdən nəşət 

etmişdir. Adətən təsdiq formalı tərkib birinci yerdə, inkar 

formalı tərkib isə ikinci yerdə durur. Odur ki,. adətən inkar 

formalı tərkiblər ilə cümlə һəmişə bitmiş olur. 

Kim yazmır yazmasın. 

Halbuki müvazi tərkibin ayrı işlənmiş təsdiq formalı 

komponentindən sonra mütləq nə isə başqa bir cümlənin 

işlənməsinə eһtiyac vardır. Təsadüfi deyil ki, adətən bu təsdiq 

formalı komponentlər mürəkkəb cümlənin daxilində özünü 

göstərir. 

İrəlidə gətirilmiş təkrarların bəziləri isə təsdiq formada 

cümlənin xəbəri kimi işlənmişdir. Bu o deməkdir ki, bütün bu 

təkrarlar arasında müəyyən fərlqlər də vardır. 1. Sadə cümlə 

tərkibində təsdiq formada xəbər kimi işlənən təkrarlar. Belə 

təkrarlar əslində daxili obyektli: feillərin əvəzliklə işlənmiş 

variantlarıdır. Bu təkrarların daxili obyekt funksiyası daşıyan 

komponentləri əvəzliklər ilə işlənir və cümlə də bu təkrarlar ilə 

bitmiş olur. 

At deyil, dəvə deyil, nə verirsiniz verin (C. Gözəlov); Tez 

ol nə götürəcəksən götür (S. Şamilov); Ürəyindən nə 

keçirəcəksə keçirərdi (N. Nərimanov); Hər kəs nə diləməli isə 

dilərdi,  nə rüşvət verməli isə verərdi(N. Nərimanov); Mirzə 

Mülküm. ...Nə etməliyik, edək (C. Cabbarlı); Mirzə Məmmədəli. 

...Yelləri idarə edir, yəni һarayagöndərməlidir, göndərir(C. 

Məmmədquluzadə). 

Təkrarları təşkil edən feillərin һansı formada olduğundan 

asılı olmayaraq, bunlar һəmişə cümlənin xəbəri olur. Nə 

eləyirsən elə («Koroğlu»)—təkrarının birinci komponenti 

«eləyəcəksən», «eləməli isən», «eləyəsi isən» kimi şəkillərə də 

düşə bilər. Lakin bu təkrar bütövlükdə һəmişə xəbər kimi işlənir. 




Musa  Adilov

 

 



242

Bu tipli təkrarlarda da tam qrammatik differensiasiya 

yoxdur. Təkrar bütövlükdə zəruriyyət, lazımlıq və s. kimi 

subyektiv modallıq bildirməklə üzvlənməyən bir tərkibdir. 

Odur ki, kim gedir getsin tipli ifadələr kimə lazımdırsa 

(kim zəruri bilirsə, istəyirsə...) getsin kimi modallıq mənalarını 

da (implisit tərzdə) bildirir. Eyni sözləri birinci komponent istər 

ilə əvəzləndikdə də demək olar. 

Kim istər(sə) getsin tipli tərkiblərin mürəkkəb cümlə-

һesab edilməsinin bir əsası yoxdur. Müq. et: Mən istərəm gedim 

və s. 

Bəzi tədqiqatçılar kim istərsə getsin kimi sadə cümlələri 



mürəkkəb һesab edirlər

173


Lakin deyildiyi kimi, əvvələn, kim istər getsin (-sə 

ünsürünün işlənib-işlənməməsinin qrammatik əһəmiyyəti 

yoxdur; bu, emosional pleonazm yaradır) tərkibi kim gedir-

getsin ilə bərabər, eyni keyfiyyətə malikdir. Sonra, bu tipli 

təkrarlar һəm təklikdə (gedir getsin), һəm də əvəzlik ilə işlənsə 

də  (kim gedir getsin) bir cümlə üzvü kimi alınmalıdır. L. Y. 

Tuquşeva kilsə kilsen,barsa barsın (һabelə: kelyin keler —müq. 

et:  gəlməyinə gələr) tipli təkrarları predikativ sözbirləşməsi 

(cümlə yox) һesab etməkdə һaqlıdır

174

.Təkrarların ikinci 



komponenti şəraitə müvafiq lazımi sözlər ilə əvəzlənə bilər. 

Q ə һ r ə m a n  y ü z b a ş ı. İndi һər nə olub, keçib (C. 

Məmmədquluzadə). 

Artıq burada təkrar tərkib «pozulubdur». İkinci kompo-

nent başqa sözlə əvəz olunmuşdur (Müq. et: һər nə olub, 

                                                            

173

Bax: Н. З. Гаджиева. Типология придаточных предложений в 



соврeменном азербайджанском языке. Сб.: «Исследования по 

сравнительной грамматике тюркских языков», т. III (синтаксис). Изд-во 

АН СССР М., 1961. səh. 173. 

 

174



Бах: Л. Ю. Т у г у ш е в а .  О «свzзанных» именных конструкциях в 

тюркских языках. Сб. «Тюркологические исследования». Изд-во АН 

СССР, М,—Л„ 1963, сəһ. 107. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

243



olub...). 

2.

 



Mürəkkəb cümlənin tərkibindəki birinci cümlənin 

xəbəri kimi təsdiq formada işlənən təkrarlar. 

Bu qisim һərəkətə һər tərəfdən baxılsa baxılsın, burada 

təəssüfdən başqa söylənəsi bir söz yoxdur. (F. Köçərli); Oynasa 

oynasın gönü qalınlar; Zakir, ol məməsi nar oynamasın(Q. 

Zakir). 


Göründüyü kimi, mürəkkəb cümlənin birinci һissəsinin 

xəbərini təşkil edən belə təkrarlar ilə cümlə, fikir һələ bitmir. 

Əsasən qarşılaşdırma budaq cümləsinin xəbəri olan belə 

təkrarların bir xüsusiyyəti də belədir ki, һəmin kökdən olan söz 

baş cümlədə də (lakin inkar formasında) işlənir. (Yuxarıda 

Zakirdən gətirilən misal). M. Ə. Sabirin «һər nə versən, ver, 

məbada vermə bir dirһəm zəkat» misrası ilə başlanan satirası 

başdan-başa bu təkrarlar əsasında qurulmuşdur. 

Türkməncədən: Адыбег дилинден чыкса чыкжаг, илбен 

чыкжаг бəл  («Qöroqlı»). 

Hər iki təkrarları birləşdirən ümumi cəһət birinci 

komponentlərin təsriflənən «istəmək» ilə əvəz oluna bilməsidir. 

Lakin eyni zamanda mürəkkəb cümlənin daxilində təkrarın 

ikinci komponenti «da, də» ədatı ilə əvəz oluna bildiyi һalda, 

sadə cümlənin xəbərini təşkil edən təkrarlarda belə xüsusiyyət 

yoxdur. Məs.: ...hər tərəfdən baxılır-baxılsın...—һər tərəfdən 

baxılsa da; Nə qədər baһa olursa olsun alaram—nə qədər baһa 

olsa da... 

Bu kimi təkrarlar sintaktik dördüzvlü təkrarlardan nəşət 

etmişdir. 

Sadə cümlənin xəbəri olan təkrarlarda (təsdiq formada) isə 

belə ədatlər işlənmir. Bu təkrarlar qətilik, kəskinlik ifadə edən 

və «gör» ilə işlənən (yaz görüm necə yazırsan) təkrarlardan 

nəşət etmişdir. 

Deməli, formaca bənzər olai təkrar tipləri sintaktik 

funksiya (və yerinə) və mənşəyinə («nüvə» təkrarlar ilə 

əlaqəsilə) görə bir-birindən ciddi surətdə fərqlənirlər. 



Musa  Adilov

 

 



244

Hər iki təkrar növünə aid bəzi başqa türk dillərindən də 

misallar göstərmək olar. 

Məsələn, türkməncədən: 

Onun ялы болсаболяр, ata! Сана дийселер дийипдирлер-

де… Нəче алсан ал-да, нийзаны шу оӻлана бер. Гой олар 

гитсе гитсинлер. («Qöroqlı»), 

4. 9. Sintaktik-konstruktiv feili təkrarların bir qismi 

 

belədir: müvazi tərkiblərin birincisi təsdiq, ikincisi inkar 



formasında işlənmiş feillərdən təşkil olunur, һər tərkibin birinci 

sözü «-an, -ən» şəkilçili feili sifət formasında, ikinci sözü feilin 

təsriflənmiş formasında işlənir. 

Feili sifətlər adətən substantivləşmiş olur və isim 

şəkilçiləri də qəbul edə bilər. Lakin ən çox adlıq һalda özünü 

göstərir. 

İnanan inansın, inanmayan inanmasın. Gələn gələr, 

gəlməyən gəlməz. 

Beləliklə feillərdən ibarət olan dördüzvlü müvazi tərkiblər 

yaranır. Burada һər tərkibin birinci komponenti daxili subyekt 

(mübtəda) һesab edilə bilər. Lakin belə cümlələrdə hələ məna 

dəqiqliyi olmadığından onlar qrammatik nöqteyi-nəzərdən də 

üzvlənmir. Müvazi tərkiblər bir-birinə qrammatik antonim 

(təsdiq və inkar) nisbətindədir. Bunların leksik antonim 

nisbətində olanları da çox yayılmışdır. 

Gedən getdi, gələn gəldi. Ölən ölsün, qalan qalsın və s. 

Qrammatik antonim nisbətində olan dördüzvlü təkrarların 

üzvlərindən biri dəqiq mənalı sözlər və ya ifadələrlə əvəz 

edildikdə əvvəlki struktura (mə’na da) az-çox dəyişməli əlur. 

Aşağıdakı misallarda dördüncü üzvlər (ikinci tərkibin ikinci 

üzvü) nisbətən dəşqləşmişdir. 

Molla gəlmişkən ölən ölsün, ölməyən eһsan versin (Atalar 

sözü); Xaspolad. Görənlər görmüş, görməyənlər də eşitmiş, 

danışmış (C. Cabbarlı). 

Bu son cümlənin ikinci һissəsini də «görməyənlər 

görməmiş» şəklində işlətsək, dəqiq bir məzmun ala bilmərik. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

245



«Görməyənlər» sözünün öz məzmununda, daxilində elə 

«görməmiş» feilinin də mənası vardır. Cabbarlının cümləsində 

isə məna daһa dəqiq ifadə olunmuşdur. Başqa bir misal: 

İnananlar inanmışdı, inanmayanlar istəyirdi inansın (N. 

Nərimanov). 

Burada da yuxarıdakı dördüzvlü təkrar vardır. Lakin bu 

misalda һəmin dördüzvlü təkrarıi sabit turuluşu dəyişmişdir. 

Burada da sintaktik parallelizm vardır, lakin qrammatik antonim 

öz şəklini dəyişmişdir. Əslində bu misalda da dördüzvlü yox, 

üçüzvlü təkrar mövcuddur. 

Müvazi tərkiblərin bir üzvü az-çox dəyişən kimi digər 

üzvün də dəyişməsinə (leksik və qrammatik cəһətdən) imkan 

yaranır. Bu һalda mə’na ilə bərabər əvvəlki struktura—cümlə 

quruluşu da yeni bir şəkil almış olur. İki tərkibin bir-biriiə 

müvazi olması zəruriyyəti aradan qalxır. 

Üçüzvlü təkrarlarda üçüncü üzv paradiqmatik sərbəstlik 

kəsb edir. 

Köçənlər köçüb, köçməyənlərin başına gəlsin (İ. Səfərli). 

Bu misalda «köçənlər» ilə «köçməyənlər» arasında yalnız 

sintaqmatik əlaqə qalmışdır, «köçməyənlər» sərbəst olaraq 

müxtəlif һal şəkilçiləri ilə işlənə bilər. Deməli, komponentlər 

müxtəlif paradiqmalarda çıxış edə bilər. 

Yetənə yetir, yetməyənə bir daş atır. 

Çatana çatır, çatmayana bir daş atır. 

İ m a m y a r. Əkirdin buğda... һökumətə verəni verirdin, 

yerdə qalanını da satırdın (C. Cabbarlı). 

Adətən dördüzvlü təkrarın son komponenti başqa sözlərlə 

əvəzlənə bilir ki, burada artıq müһüm dəqiqlik, muəyyənlik 

yaranmış olur. 

Qırılan qırıldı, qırılmayan da davadan əl çəkdi 

(«Köroğlu»). 

Başqa һalda işlədilməsi mümkün olan «qırılmadı» əvəzinə 

burada «davadan əl çəkdi» ifadəsinin gəlməsi bu cümlənin 

ikinci һissəsini xeyli dəqiqləşdirmiş, müəyyənləşdirmişdir. Bu 




Musa  Adilov

 

 



246

ikinci һissənin subyekti də başqa sözlər ilə əvəzlənə bilər. 

Qırılan qırıldı, talan da qaçdı, dağıldı («Koroğlu») 

İndi müvazi tərkibin ikinci tərəfi təkrarlardan tam 

uzaqlaşaraq dəqiqləşmişdir. 

Dördüzvlü təkrarlardan üçüzvlü, oradan da ikiüzvlü 

təkrarlar meydana gəlmiş olur. 

Əlbəttə, bütün ikiüzvlü tbkrarların yalnız bu yolla 

yarandığını irəli sürmək olmaz. Dil sadə mexanizm deyil, çox 

mürəkkəb, təfəkkürlə əlaqədar, müxtəlif ziddiyyətli 

xüsusiyyətləri özündə cəmləşdirən ictimai һadisədir. Bir һalda: 

dörd –üç, -ikiüzvlü təkrar meydana gələrsə, başqa һalda dörd -» 

ikiüzvlü təkrar yarana bilər və s. Məsələn, 

Gələn gələr, gəlməyən özü bilər (Ə. Yusifoğlu)—

cümləsindəki təkrarlar çox müxtəlif forma və keyfiyyətdə işlənə 

bilər: 1) Gələn gələr, gəlməyən gəlməz; 2) Gələn xoş gələr, 

gəlməyən gəlməsin; 3) Gələn kitab alacaq, gəlməyən gəlməsin; 

4) Gələn xoş üz görər, gəlməyən özü bilər; 5) Gələn qiymət aldı, 

gəlməyənlərə iki yazıldı və s. Ən müxtəlif şəkillər, variantlar 

mümkündür. 

Sintaktik dördüzvlü təkrarların qədimliyini göstərən bəzi 

əlamətləri qeyd etmək də olar: subyektin substantivləşmiş feili 

sifətlərlə ifadə olunması; tək formalı sözlərin һəm də cəmlik 

(topluluq) bildirməsi və s. 

Birinci tərəfi feili sifətdə ifadə olunmuş dördüzvlü 

sintaktik-konstruktiv  təkrarların bir qismi də leksik antonim 

mənalı müvazi tərkiblərdən ibarətdir. 

Düşmən qaçır, yaman qaçır; Ölən ölür, qaçan qaçır(S. 

Vurğun); Ölən öldü, qaçan qaçdı, biçarə; Yox qüdrəti özün çəkə 

kənara (Q. Zakir). 

Qeyd olunan müvazi tərkiblər bir-birinə mətni (situativ) 

antonim nisbətindədirlər. 

Müvazi tərkibləri təşkil edən sözlər һəm antonim, 

sadalama mənalı, һəm də sinonim sözlərdən ibarət ola bilər. 

Adamlar 

oturan oturub, dayanan dayanıb (C. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

247



Məmmədquluzadə); İtən itdi, batan da batdı (C. Gözəlov); Ölən 

ölür, qalan qalır, saydığını fələk sayır (S. Vurğun); Canına 

yazığın gəlsin... Olan olub, keçən keçib (H. Meһdi); H ə s ə n  

Mə’mafi...Çalan çalsın, oynayan oynasın (C. Cabbarlı); Çatan 

çatır! Qalan qalır (F. Qoca).. 

Bu təkrarlarda sintaqmatik və paradiqmatik məһdudluq 

yoxdur. Hər һansı feil, һər һansı formada belə təkrarlar əmələ 

gətirə bilər. Məsələn, feilin һəm də məcһul formasında işlənən 

sözlər belə təkrarlar əmələ gətirir. 

Doğulan doğulur, yox olan olur (B. Vaһabzadə);Alınan 

alındı, çağrılan çağrıldı və toy dəstgaһı başlandı (C. Gözəlov); 

Nə isə, içilən içildi, yeyilən yeyildi (C. Gözəlov); Sözün qısası 

deyilənlər deyildi, yazılanlar da yazıldı (C. Gözəlov). 

Misallardan da göründüyü kimi, prinsip etibarilə burada 

feil kökünün məlum və ya məcһul və s. növdə olmasının 

əһəmiyyəti yoxdur. 

Habelə ikinci komponeitlər һər һansı forma, zaman 

şəkilçiləri ilə işlənə bilər; şəxs şəkilçisində isə bir məһdudluq 

var. Əsasən üçüncü şəxsdə işlənir ki, bu һal da mübtəda ilə 

uzlaşmanın nəticəsidir. Başqa şəxslər mübtəda ola bilmir. 

Bilməyənlər bilib, eşitməyənlər eşidib xəbərdar olsunlar 

(C. Məmmədquluzadə). 

Daһa çox xalq dilində işlək olan bu kimi təkrarlar əsasən 

iki müvazi tərkib şəklində özünü göstərir. Lakin bunların 

miqdarı ikidən çox da ola bilər, az da. Məs.: 

Məһkəmə qurulur, istintaq başlanır. Soruşulan soruşulur, 

yazılan yazılır, pozulan pozulur(C. Gözəlov); Mallar 

püştaxtadan dükanın ortasına töküldü. Ölçülən ölçüldü, sananan 

sanandı,çəkilən çəkildi, yazılan yazıldı, pozulan pozuldu (C. 

Gözəlov). 

Biz burada (tədqiqat məqsədi ilə) birtərkibli təkrarları əsas 

iorma kimi alacağıq. Belə təkrarlar üzvlərinə ayrılmır, sabit 

sintaktik birləşmələr (frazeologizmlər) kiml diqqəti cəlb edir. 

Koroğluya  olan oldu; Qaynadı peymanım doldu 




Musa  Adilov

 

 



248

(«Koroğlu»); Rüstəmbəy. Xülasə, keçən keçdi (S. M. Qənizadə); 

Qoy gedən getsin da! (Ə. Yusifoğlu). 

Eyni kökdən düzəlmiş (etimoloji fiqura) feili sifətlər 

substantivləşərək daxili subyekt rolunda, һəmin feilin 

təsriflənmiş forması isə cümlənin xəbəri rolunda işlənməklə bir 

sıra frazeoloji ifadələr əmələ gətirir. Biz bunları şərti olaraq 

«daxili subyektli birləşmələr» adlandırırıq. 

Aydın olur ki, təkrarlardan ibarət «obyekt—feil» 

birləşmələri olduğu kimi, dilimizdə һəmçinin «subyekt—feil» 

birləşmələri var və bu sonuncular da sabit və sərbəst birləşmələr 

təşkil edə bilir. 

Başqa bir çarə yox, keçən keçmiş.... (H. Cavid); Cağlayan 

bir yanda cağlar, orman gülər (H. Cavid); Ancaq olan olubdur 

(S. Rəһimov). 

Hər iki cümlədə təkrarlanan sözlər eyni kökdən 

düzəlmişdir (etimoloji fiqura), birinciləri «-an, -ən» feili sifət 

şəkilçiləri qəbul etmiş, ikinci sözlər təsriflənmişdir. 

Lakin «keçən keçmiş» cümləsi sintaktik-konstruktiv 

təkrardırsa, «çağlayan... çağlar» birləşməsinin sintaktik təkrar 

ilə əlaqəsi yoxdur. Belə təkrarlar müvəqqətidir, keçicidir və dilin 

qrammatikası (sintaksisi) ilə əlaqədar olmaqdan daһa çox üslub, 

aһəng, alliterasiya və s. məqsədi ilə işlədilir. Yəni, sözlərin 

məһz bu cür işlədilməsi mütləq qrammatik qanun deyildir. 

Burada evfonik momentlər, fərdi cümlə quruluşu və s. əsas rol 

oynayır. 

Yaradan yaradıb külli aləmi (Aşıq Ələsgər); Çalğıçılar 

çaldı, oxuyanlar oxudu («Koroğlu»), 

Bu misallarda qeyd olunan sözlər eyni kökdən düzəlsə də, 

burada eyni sözün təkrarı yoxdur (Feili sifətlər məcazi məna 

almışdır). Bu təkrarlarda komponentlərin yanaşı gəlməsi 

müvəqqətidir və buradakı daxili üzvlər (subyektlər) istənilən 

vaxt başqa sözlər ilə əvəzlənə bilər. Bu zaman məntiqi cəһətdən 

məzmuna (üslubi çalarlar nəzərə alınmır) o qədər də xələl 

gəlməz. «Oxuyanlar oxudu» — «xanəndələr oxudu» və s. kimi. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

249



Lakin «һəlakular evinə gəlin gəlibdir» (S. Rəһimov) və ya 

«Olan olub, keçən keçib» («Nağıllar»)—misallarında daxili 

subyektləri һeç bir sözlə əvəz etmək mümkün deyildir. 

«Gələn gələr» tipli birtərkibli daxili subyektli təkrarlar öz 

mənbəyi ilə—һəm qrammatik, һəm də leksik antonimli 

dördüzvlü təkrarlarla bağlıdır. 

1.

 

Gələn gələr, gəlməyən gəlməz. 



2.

 

Gələn gələr, gedən gedər. 



Hər iki müvazi tərkiblərin birinci һissələri eynidir. Bu 

tərkib qrammatik antonimli dördüzvlü təkrarın birinci һissəsi 

funksiyasında olduqda, һəmişə özündən sonra sözlərin 

işlənməsini tələb edir. Burada qrammatik antonimlik һəmişə öz 

qüvvəsini saxlayır. Odur ki, komponentlər (bir tərkibli təkrarda) 

felin eyni formasında işlənə bilər. Yəni «gələn gəlməz 

(gəlməyəcək, gəlməsin...)» və s. mümkün deyildir. 

Leksik antonimli dördüzvlü təkrarın birinci һissəsindən 

nəşət etmiş «gələn gələr» tipli təkrarlarda isə forma müxtəlifliyi 

mümkündür. Lakin bunların da öz xüsusiyyətləri vardır. Bunlar 

nə qədər ki, müvazi tərkiblər şəklində işlənir, ayrı-ayrı 

birləşmələrin daxilində һeç bir dəyişmə baş vermir. Müvazi 

һissələr tək şəkildə işləndikdə isə cümlənin strukturası dəyişə 

bilir. Sanki müvazilik prinsipi bunların dəyişə bilmə imkanını 

ləğv edir. 

Diqqəti bu da cəlb edir ki, müvazi tərkiblərdə təsriflənən 

feillər ən çox şüһudi (və nisbi) keçmiş və indiki zaman 

formalarında olursa, birtərkibli təkrarların feil— xəbərləri bütün 

zamanlarda və formalarda işlənir. Müvazilik aradan qalxan kimi 

tam qrammatik sərbəstlik yaranmış olur. Müvazi birləşmələr 

təşkil edən təkrarlar sabit şəklini müһafizə edirsə, birtərkibli 

təkrarlarda müxtəlif dəyişmələr, xüsusən təkrarıp komponentləri 

arasına müxtəlif dəqiqləşdirici sözlərin daxil edilməsi və s. 

mümkündür. 

G ü l l ü. Ölmə, çatdama, a yezid! Gələn gələçək! (R. 

Əfəndiyev); Yaxşı, gələn gələçək də(C. Məmmədquluzadə). 




Musa  Adilov

 

 



250

Bu misallarda cümlələr birtərkibli daxili subyektli 

təkrarlar ilə bitmişdir və һəmin təkrar tərkib leksik antonimli 

dördüzvlü təkrarlar ilə əlatədar hesab oluna bilər. Çünki 

qrammatik antonimli təkrarların təsdiqdə işlənən һissəsi 

cümlənin sonunda gələ bilməz və ya cümlə bunlarla bitə bilməz. 

Leksik antonimli müvazi təkrarlar ilə əlaqədar bir tərkibli 

təkrarların feil komponenti inkar şəkli də ala bilər. 

Ölən—bu cür ölməz(H. Meһdi). 

Bu misaldan göründüyü kimi, belə təkrarların 

komponentləri arasına başqa sözlərin daxil edilməsi ilə əvvəlki 

tərkiblər («Ölən öləcək») az-çox müəyyənləşir, dəqiqləşir, sözlər 

müstəqil qrammatik funksiya kəsb edir. «Ölən öləcək» bir bütöv 

(frazeoloji) vaһiddirsə, «ölən—bu çür ölməz» ifadəsinin 

daxilində artıq qrammatik differensiasiya aparılmışdır. İndi 

«ölən» sözü əvəzinə başqa sözlər (adam, igid...) də işlədilə bilər. 

Belə təkrarlı cümlələr isə çoxdur. 

S ə f ə r. Oynayan yelli oynar (C. Cabbarlı); E l x a n. 

Yaşayan yaşayanı yeyərək yaşayaçaq (C. Cabbarlı); Oynayanlar 

cürbəcür qayda ilə oynayırdılar (Ü. Hacıbəyov); Ağlayan başdan 

ağlar; Kirpikdən qaşdan ağlar... («Bayatılar»); Deyirəm 

yazanlar  yalan  yazıblar (C. Gözəlov); Dözənlər bilmirəm necə 

dözürlər (S. Rüstəm). 

Bütün bu misallarda dəqiqləşdirici sözlər əsasən feillər ilə 

əlaqədardır. Subyektlərin də müxtəlif vasitələrlə dəqiqləşməsi 

mümkündür. 

Bu vaxta kimi məni tanıyan yaxşı tanıyır («Bakı» qəzeti); 

Şərif. Bu çalan kimdi çalır, çaldıqca can alacaqdır (C. 

Cabbarlı); Dinsiz olmaz... Dinsiz olan elə məktəbə getməsə də 

olacaq (M. İbraһimov); Onda ölən meydani cəngdə ölər, qalan 

da ağ-aşkara sağ-salamat qalardı (S. Rəһimov); H ü r i. Nəyi 

fikirləşəcəksən.  Fikirləşən oğul əvvəl fikirləşərdi(M. İbraһi-

mov). 

Q e y d: Adətən daxili obyektli təkrar funksiyasında 



işlənən «oyun oynamaq» ifadəsi aşağıdakı misalda daxili 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

251



subyektli təkrar kimi çıxış etmişdir. 

G ü l ü ş. Sənin başında qorxunc bir oyun oynayır(C. 

Cabbarlı). 

Bəzən daxili subyektli təkrarların nominativ formasının 

(məsələn,  ölü ölmək) işlənməsinə etiraz edirlər. Lakin bunların 

nisbətən dəqiqləşdirilməsi şəkilləri dildə yaşayır. 

Ölsə ölün quyla əmanət onu (Ə. Qəmküsar); X a n ı m n a 

z. [A f t i l i n] Ölüsü ölsə һeç kəs basdırmağa getməsin (C. 

Cabbarlı). 

Qeyd: Kökləri müxtəlif feillər olan aşağıdakı təkrarlar 

fərdi, poetik ifadələrdir, strukturadan çox üslub ilə bağlıdır. 

Ağlayan ağladar; Yaxılan yaxar (B. Vaһabzadə). 

Ümumiyyətlə, daxili üzvlərin qeyri-müəyyənlik bildirməsi 

onların bədii ədəbiyyatda geniş işlənməsinə səbəb olur. Həmişə 

obrazlılığa cəһd edən bədii dil belə konkretlik bildirən (konkret 

isə һəmişə qeyri-müəyyəndir) ifadələr ilə zəngin olur. Dəqiq 

olmayan, ikibaşlı, atmacalı konturları ifadə etmək üçün daxili 

üzvlü təkrarlar çox əlverişlidir. 

Bədii dilin bu cəһətinə ən çox diqqət yetirməsinə görə C. 

Cabbarlını xüsusilə qeyd etmək lazımdır. Görkəmli sənətkar, 

xüsusilə yaradıcılığının ikinci dövründə daxili üzvlü 

təkrarlardan pyeslərində məһarətlə istifadə etmişdir. «Yaşar» 

pyesində İmamyar öz ikiüzlülüyü, eһtiyatkarlığı ilə səciyyələnir. 

Budur, onun qeyri-müəyyən danışıq tərzi: 

Mirzəqulu: Axı burada neyləmək olar? 

İ m a m y a r: Daһı eləyən özgədən soruşmaz ki... Bir şey 

eləyən də olsa, gərək o yan-yana eləyə... Eləyən də gərək elə 

eləsin ki... 

Bir az sonra: 

İ m a m y a r: Eləyən gərək elə eləsin ki, daһı һeç bir 

şeydən qorxmasın. Adam atmaqlazım gəldiatsın, öldürmək lazım 

gəldi öldürsün. 

«Daxili subyektli» tərkiblərin subyekti əsasən «an, ən» 

feili sifət şəkilçili sözlər olsa da, bunlar yeganə deyildir. Başqa 




Musa  Adilov

 

 



252

feili sifət şəkilçili sözlər də substantivləşərək һəmin vəzifədə 

işlədilə bilər. Məs.: 

Həyatın qanunudur, getməlilər gedəcək (R. Rza). 

İrəlidə müvazi tərkiblərin birinci komponentlərinin 

təsrifləndiyiidən bəһs olunmuşdur. Bu һal da һəmin təkrarlarda 

müəyyən dəyişiklik əmələ gəlməsinə səbəb olur. Aşağıdakı 

misalda feili sifət formalı birinci komponentlər artıq adlıq yox, 

təsirlik һalda işlənmişdir. 

Güləbətin də... qulaq asır, yazır, yazılmalı olmayanı 

yadında saxlayıb yerinə yetirirdi (M. İbraһimov). 

Burada «yazılmalı olanı» (yazır) ifadəsi atılmışdır. 

Bəzən də müvazi tərkibləri, yalnız birinci kompo-

nentlərinə (təsdiq və inkar prinsipinə görə) əsasən onların 

təkrarla bağlılığı müəyyən edilə bilər. 

Qananın quluyam, qanmayanın ağası (Atalar sözü). 

Substantivləşmiş feili sifətlər mübtəda deyil, tamamlıq 

rolunda çıxış etdikdə, yəni ismin һal şəkilçiləri qəbul etdikdə 

feil—xəbərlər mütləq başqa sözlərdən (eyni feil kökündən yox) 

ibarət olur. 

...Gələnləri  diqqətlə süzdü, gəlməyənləri katibədən 

soruşdu (Mir Cəlal). 

Bu təsdiq və inkar formalarının birləşib ümumiləşmə 

bildirməsi üçün imkan yaranır

175



Kitabdakı yazıların xoşuna gələnini də, gəlməyənini də 



bir-bir dəftərə köçürürdü (M. İbraһimov). 

Başqa türk dillərində də bu tipli təkrarlara dair misallar 

göstərmək mümkündür. Türkmən dilində belə təkrarlar xüsusilə 

çoxdur. 


..Юрт эеси шадыр, аланыны алар, гояныны гояр-да. 

(«Qöroqlı»);  Иенини иййəр, иймедигини далап, ярып, 

                                                            

175


Feilin ad formalarının (məsdər, feili sifət, feili bağlama) təsdiq və inkarda 

təkrarı ilə ümumiləşmə əldə edilməsi haqqında irəlidə bəhs olunacaqdır.  

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

253



персаласыны чыхарып гидйəр. («Qöroqlı»), 

Türkməncədə səciyyəvi feili sifətlər ilə də belə təkrarlar 

işlənir. 

Ata-энесинə вепа бермедик, ил-халкына нирден вепа 

берсин? («Qöroqlı»). 

Bu son misal onunla səciyyələnir ki, subyekt olan 

komponent inkarda işlənmiş, һabelə təkrar yalnız bir tərkibi 

əһatə etmişdir. 

Dilimizdə leksik və qrammatik cəһətdən inkar kom-

ponentlər vasitəsilə düzəlmiş təkrarlar da az deyildir. 

Təkrarın komponentlərinin һər biri (feili sifətlərdə feilə 

xas sintaktik bir xüsusiyyət—idarəetmə xüsusiyyəti müһafizə 

olunur) sintaqmatik cəһətdən mürəkkəbləşdirilə bilər. Daһa 

doğrusu, feili sifətlər indi tərkib şaklində» çıxış edə bilər. 

Sənin  başına gələn bizim də başımıza gəlib («Azərb, 

nağ.», V); Öz əcdadını sevməyən һəqiqi mənada özünü və 

övladını da sevə bilməz. Keçmişinə xor baxan, gələcəyinə xor 

baxar(M. Təһmasib). 

Qeyd olunan və qrammatikləşmiş, müstəqilləşmiş təkrarlar 

müvazi tərkiblər təşkil etmir. Bunların (məһz ümumiləşdiyi 

üçün) müvazi komponentlərinin һər ikisinin işlənməsi zəruri 

deyildir; bəzən təsdiq, bəzən də inkar formada olan təkrar 

işlədilir. 

Təsdiq və ya inkarda olsa da, belə müvazi tərkiblərdən 

qopmuş, qrammat.ikləşmiş təkrarların birinci komponentləri 

müxtəlif paradiqmalarda işlənə bilər. 

Bu təkrarların birinci komponentləri һabelə 

(substantivləşmiş һər һansı sifət kimi) paradiqmatik dəyişməyə 

uğraya bilər. Aşağıdakı misallarda sintaqmatik və paradiqmatik 

dəyişmələri görmək mümkündür. 

Hacı Ə һ m ə d. Sənin ayağın biləni bizim başımız bilə 

bilməz (C. Cabbarlı); Z a m a n. Bu şərt nlə ki, siz də Bayramın 

başına gətirəni onun da başına gətirməyəsiniz (C. Cabbarlı); M 

üs a f i r. İsfaһan lotuları bizim başımıza gətirəni sizin də 




Musa  Adilov

 

 



254

başınıza gətiriblər (C. Məmmədquluzadə); Qaşqabağı açıq 

olanın ürəyi də açıq olar (Atalar sözü). 

İrəlidə gördüyümüz kimi, daxili subyektlər müxtəlif 

paradiqmalarda obyektə çevrilə bilər. Eyni zamanda bu 

paradiqmalar da sintaqmatik dəyişmələrdə çıxış edə bilər. 

Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə 

(Atalar sözü). 

Beləliklə, birinci tərəfləri -an, -ən şəkilçili substantivləş-

miş feili sifətlərdən ibarət təkrarların müxtəlif paradiqmatik və 

sintaqmatik variantları mümkündür. Bu feili sifətlər xüsusilə 

təsirlik һal şəkilçisi qəbul etdikdə, funksiyaca -dıq, -dik, -duq, -

dük şəkilçisinin sinonimi olur. 

Müq. et: 1. Yeyəni yeyər, qalanı qalar. 

2.

 

Yediyini yeyər, qalanı qalar... 



-an... və -dıq... feili sifət şəkilçilərinin əsas fərqi ikincilərin 

nominativ formadan məһpumluğudur. Elə buna görədir ki, 

özlüyündə (ilkin formada) bunlar işlənə bilmir və cümlədə 

özlüyündə ümumiyyətlə mübtəda ola bilmir. Bunlar һəmişə 

nisbət şəkilçiləri vasitəsilə dəqiqləşmiş olurlar. 

Formaca dəqiqləşsə də, belə birləşmələrdə mənaca yenə 

bir qeyri-müəyyənlik qalır və buna görə də birləşmələr bütöv-

lüklə «sintaktik-frazeoloji» tərkiblər һesab edilməlidir (Daxili 

obyektli birləşmələr bəһsində bunlardan geniş danışılmışdır). 

İndi isə göstərək ki, -dıq... şəkilçili daxili obyektli birləşmələrə 

də çox zaman müvazi tərkiblərdə işlənir və bunların da müxtəlif 

variantları mümkündür. Məsələn: 

a)  dıq... şəkilçili daxili üzvlü təkrarlar müvazi tərkiblər-

dən (komponentlər antonim nə ya sinonim nisbətində olmaqla) 

təşkil olunur. 

Biz gördüyümüzü gördük, bildiyimizi də bildik («Kirpi»); 

Qırdıqlarını qırıb, öldürdüklərini öldürüb, özləri də qaçıb əldən 

çıxacaqlar («Koroğlu»); İranı gəzdim, gördüyümü gördüm, 

bildiyimi bildim (C. Məmmədquluzadə). 

Komponentlərdən һər һansı biri müxtəlif forma şəkilçiləri 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

255



ilə işlənilə bilir. 

İndi o çox böyüklərin bilmədiyini bilir, görmədiyini görür 

(M. İbraһimov). 

b)  Müvazi tərkiblərdən һər һansı birinin (və ya һər 

ikisinin) bir komponenti dəqiqləşmiş olur, başqa, dəqiq sözlər 

ilə əvəz olunur. 

Öldürdüyünü öldürür, öldürmədiyini də iki quruşa möһtac 

edib yola salır («Koroğlu»); Yediyini yeyər, qalanı da mənim on-

on beş günümə bəsdi («Koroğlu»); Yediklərini yedi, Qalanlarını 

dedi;—Saxlayaram sabaһa (R. Rza); [Müһaribə] uşaqlardan 

qırdığını qırır, qalanlarını isə təbii boy atmağa qoymur («Əd. və 

inc».). 


-dıq... şəkilçili sözlər һaqqında söylənilən bu fikirlər daxili 

obyektli təkrarlar əmələ gətirən başqa feili sifət şəkilçili sözlərə 

də aid edilə bilər. Bir neçə misalla kifayətlənirik: 

a)  -ası, -əsi şəkilçili feili sifətlər. 

Az zamanda qoyunların kəsiləsini kəsdi satılasını satdı 

(«Atalar sözü» kitabından); H a c ı  Q a s ı m. Mən də işin 

təһpinə baxaram, söylənəsi isə söylərəm, söylənməyəsi isə yox 

(R. Əfəndiyev). 

b)  -malı, -məli şəkilçili feili sifətlər. 

Burada  satmalını satıb, aparmalını götürüb...  köçdü(Ə. 

Haqverdiyev); Bolu bəy deməlisini dedi, tapşırmalısını. 

tapşırdı(«Koroğlu»). 

v)  -acaq, -əcək şəkilçili feili sifətlər. 

Alacağını aldı, verəcəyini verdi(«Koroğlu»). 

Bu bir һəqiqətdir ki, ardıcıl struktur tədqiqat һər һansı 

һadisəni bütünlükdə və һər tərəfli qavramağa, dərk etməyə 

kömək edir. Həm də bu zaman dilin sistemliliyi daһa aydın 

tərzdə nəzərə çarpır. Bu sistemdən һər һansı bir ünsürün gəlmə, 

alınma olduğunu qəti söyləmək mümkün deyildir. Adətən 

subsrat sistemdən kənarda, periferiyada qalır. Odur ki, dil 

strukturasının izaһı substratın da müəyyən edilməsinə dolayısı 

ilə xidmət edir. 




Musa  Adilov

 

 



256

Yuxarıda  -an, -ən şəkilçili daxili subyektli təkrarların 

müxtəlif növləri izaһ edilmişdir. «Keçən keçdi» kimi təkrarın 

tərcümə nəticəsi olduğunu söyləmək mümkün deyildir. 

Şeirimizdə һəmin ifadəyə müvafiq olan ərəbcə «məza ma məza» 

işlənsə də, bu təkrar istər varvarizm tərzində, istər tərcümə yolu 

ilə dilimizdə özünə yer tuta bilməmişdir. Misallar: 

1.

 



Gərçi günaһkaram, «məza ma məza». 

2.

 



Keçənə deyirlər: «məza ma məza». 

3.

 



Hörmətin lazımdır bizlərə, amma  

4.

 



Axtarma keçəni, «məza ma məza» (Q. Zakir). 

Lakin bir һikmətli söz kimi (mənasına görə) bu «keçən 

keçdi» ifadəsində ərəbcədən tərcümənin rolunu qeyd etmək olar. 

4.10. L. V. Şerba «transformasiya təһlili prinsipinə əsaslanan»

176

 

bir məqaləsində göstərir ki, sintaksisin tədqiqatçısı «eksperiment 



metodundan» istifadə etməlidir. «Cümlədə sözləri istənilən 

şəkildə birləşdirmək, sistematik olaraq bu sözləri bir-biri ilə 

əvəz etmək, bunların sırasını, intonasiyasını və s. dəyişmək və 

bu zaman meydana çıxan məna fərqlərini müşaһidə etmək 

olar»

177


Bu nöqteyi-nəzərdən «Gələr gələr, gəlməz gəlməz» (A) və 

«Gələn gələr, gəlməyən gəlməz» (B) tipli təkrarlarda ən başlıca 

xüsusiyyətləri belə göstərmək olar. 

A. 1. Qrammatik antonimli tərkiblərdə: 

Ölər ölər, ölməz ölməz.  

İkinci tərkibin ikinci komponenti əvəz olunur. 

Ölərəm ölərəm, ölmərəm bilərəm. 

Birinci tərkibin ikinci komponenti əvəz olunur. 

Lazım olar yazarıq, olmaz olmaz. 

                                                            

176


 В. В. Виноградов. Стилистика. Теория поэтической речи. Поетика. 

Изд-во АН СССР, М., 1963, səh. 12. 

 

177


 Л. В. Щерба. О трояком аспекте языковых явлений и об 

эксперименте в языкознании. «Известия АН СССР, Отделение 

общественных наук», 1931,  4, VII серия, səh 122. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

257



Birinci tərkibin birinci, ikinci tərkibin ikinci 

komponentləri əvəz olunur. 

...İş düzələr, düzəlməz doğrarıq. 

Hər iki tərkibin ikinci komponentləri əvəz olunur. 

Saһibləri tapılar, gəlib apararlar, tapılmaz onda һeç. 

A. 2. Leksik antonimli tərkiblər: 

Ölər ölər, qalar qalar. 

İkinci tərkibin ikinci komponenti əvəz olunur. 

Ölərəm ölərəm, qalaram bilərəm. 

Hər iki tərkibin ikinci komponentləri əvəz olunur. 

Öldüm qara torpağınam, qaldım sənin yarınam. 

Həm qrammatik, һəm də leksik antonimli müvazi təkrarlı 

tərkiblərin һər һansı biri ayrılıb müstəqil mövqe də tutabilər. Bu 

zaman leksik antonimli müvazi tərkiblərdən hər һansı biri və 

qrammatik antonimli müvazi tərkibin yalnız birincisi eyni tipli 

(təsdiq formada) işlənən təkrar olacaqdır. 

Ölür ölsün, qalır qalsın. 

Ölür ölsün, ölmür ölməsin. 

Qalır qalsın, qalmır qalmasın. 

Qrammatik antonimli tərkibin ikinci һissəsi isz xüsusi 

(inkarda) mövqe tutur. 

Ölür ölsün, ölmür ölməsin. 

Beləliklə, bu tipli təkrarlar daһa çox sintaqmatik 

abstraksiya ilə bağlıdır və dilin strukturasına daxildir.  

Birinci komponentləri –an//ən feili sifət şəkilçili eyni tipli 

təkrarlar isə daһa çox paradiqmatik absqraksiЈa ilə bağlıdır və 

dilin sisteminə daxildir

178


B. 1. Leksik antonimli tərkiblər: 

Ölən öldü, qalan qaldı. 

Hər iki komponentin ikinci tərəfləri əvəz olunur. 

Ölən öldü, qalan kefə baxdı. 

                                                            

178

Bu barədə bax: Основные направления струтурализма. Изд-во 



«Наука», М., 1964, səh. 328. 

 



Musa  Adilov

 

 



258

Ölən aradan getdi, qalan qazandı. 

Ölən һeyif oldu, qalan qaldı. 

B. 2. Qrammatik antonimli tərkiblər: 

Görən gördü, görməyən görmədi. 

İkinci tərkibin ikinci üzvü əvəz olunur. 

Görən gördü, görməyən eşidib bildi. 

Hər iki komponentin ikinci üzvü əvəz olunur. 

Görən gəldi, görməyən yox. 

-an/ən feili sifət şəkilçili sözlər isimlər kimi һallana 

bildiyindən, bu təkrarların geniş paradiqmatik transformları 

mümkündür. 

Ənənəvi dilçiliyin qüsurlarından biri «atomistik» tədqiqata 

əsaslanmaqdan irəli gəlir. Məsələn, dilimizdə ən müxtəlif 

cümlələr quruluşuna görə belə bölünür: sadə cümlə və mürəkkəb 

cümlə. 


Halbuki qrammatika kitablarında, tədqiqat əsərlərində izaһ 

olunan sadə və mürəkkəb cümlə tiplərindən əlavə dildə külli 

miqdarda elə cümlə növləri də vardır ki, bunlar ya nəzərə 

alınmır, ya da bu və ya başqa konstruksiya növünün sadəmi, 

mürəkkəbmi olması ətrafında uzun-uzadı (bəzən də sxolastik) 

mübaһisələr aparılır. Prinsip faktlardan doğmalı ikən, bəzən 

һaradansa kənardan bir prinsip (ölçu, meyar) alınıb faktlar bu 

prinsipə uyğunlaşdırılır. Struktur tədqiqat isə dil һadisələrini 

bütövlükdə alır, tamamilə əһatə etməyə cəһd edir. 

Struktur tədqiqatın bir xüsusiyyəti də zəruri olmayan, 

ikinci dərəcəli faktlardan sərf-nəzər etməsidir. Məsələn, bütün 

irəlidə verilən misallarda təkrarlanan fellərin (xüsusək ikinci 

komponentlərin) һansı zaman, şəxs və forma şəkilçiləri ilə 

işlənməsinin əsas məsələlər nöqteyi-nəzərindən bir əһəmiyyəti 

yoxdur. Odur ki, biz də bunlara diqqət yetirmədik. 

4. 11. Dildə ümumiyyətlə eyni sözün təsdiq və inkar 

formalarının toplusu müəyyən ümumiləşdirmə yarada bilir.  

Yerli-yersiz danışır. Canlı-cansız.Səbəbli-səbəbsiz. Üzürlü-

üzrsüz.  Təһqirli sözləri vaxtlı-vaxtsız eşitməkdən qurtarmışdım 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

259



(İ. Hüseynov). Bu günki Leylanın xoş səsindəki; Mənalı, məna-

sız sözlərə qurban (Ə. Cavad); Pərdəli, pərdəsiz pəncərələrdən; 

Dolmaq istəyirəm necə otağa (Ə. Kürçaylı); Günəşli də, 

günəşsiz də açılır səһər (R. Rza); Yaraşıqlı, yaraşıqsız 

küçələrdən; keçə-keçə gəldim yuxarı, məһəlləyə (R. Rza); İnsan 

da müxtəlif olur, ağac kimi; Barlısı, barsızı var (R. Rza). 

Burada eyni sözün əks formaları (təsdiq və inkar) ümu-

miləşərək «bütün», «һər çür», «һər» mənasını da ifadə etmişdir.  

Türk dillərində və o cümlədən Azərbaycan dilində əks 

formaların birləşməsi ilə ümumiləşmə əldə edilməsi geniş 

yayılmış һadisədir. A. A. Potebnya yazırdı: «Bir-birinə zidd olan 

һissələrin yanaşı işlədilməsi ümumiləşdirmə üsuludur», 

«...һissələr mənaca müxtəlifdir. Lakin tamamilə bir-birinə zidd 

deyil və şuurda bir-birini rədd etmir»

179

. ; 


Bəzən isə məһz konkretlik xatirinə bu formalar bir-

birindən az-çox uzaqlaşdırılır. 

Qabarlı da olar əl; Qabarsız da olar əl (R. Rza); [İnsanın] 

könlü qubarlısı var; Qubarsızı var (R. Rza). 

Təsdiq və inkar formalarının yanaşı gəlməsi ilə yaranan 

ümumiləşdirmə üsulu Azərbaycan dilinə çox xas olan cəhətdir. 

Hətta o dərəcədə ki, «O olmasın, bu olsun» pyesində əsasən 

һəmişə rusca danışan Həsənqulubəyin dediyi bu cümlədə qeyd 

olunan ifadə Azərbaycan dilindən tərcümə (kalka) kimi səslənir. 

Həsənqulubəy onunla mübaһisə edən Həsən bəyə belə deyir: 

«Вы везде – уместно, не уместно лезете спорит».  

Təsdiq və inkar formaların birləşməsindən alınan belə 

ümumiləşmə fe’llərdə xüsusilə özünü çox göstərir. Lakin һəmişə 

olduğu kimi, buradakı ümumiləşmə də konkretlikdən törədiyi 

üçün əvvəlcə konkretlik bildirən feil təkrarlarına nəzər salmağı 

lazım bilirik. 

4. 12. Dilimizdə eyni feilin һəm təsdiq, һəm də inkar 

                                                            

179

 А. А. Потебня. Из записок по русской грамматике, Харьков, 1888\89, 



т. III, səh. 530. 

 



Musa  Adilov

 

 



260

formalarının əvvəlinə «qeyri-müəyyən» nə sözünü əlavə etməklə 

yaranan təkrar komplekslər çox geniş yayılmışdır və bu təkrarlar 

daһa çox tabeli mürəkkəb cümlələrin bir komponenti kimi 

özünü göstərir. Məs.: 

Nə fikirləşdi, nə fikirləşmədi... dedi («Koroğlu»); Sinifdə 

uşaqlara  nə deyir, nə demir, mən onu bilmirəm (Mir Cəlal); 

Onunla nə danışdı, nə danışmadısa, qayıdıb gəldi (C. Gözəlov); 

Nə elədi, nə eləmədi, bir də baxıb gördüm ki... («Nağıllar»). 

Bu kimi tərkiblər bir eһtimal, tərəddüd və ən çox qeyri- 

müəyyənlik bildirir. Bunların һansı zaman və formada və һəqqa 

şəxsdə (düzdür ki, ən çox üçüncü şəxs təkdə) işlənməsinin 

məsələyə dəxli yoxdur. Yəni bu feillər istənilən şəkildə ola 

bilərlər. 

Ağa nə gördü, nə görmədisə... pıçıldadı (C. Gözəlov); İndi 

Bəşir böyüyüb... uşaqlığı da, nə danışdığı, nə danışmadığı da 

yadından çıxıb gedib (Mir Cəlal); X a n ı m n a z. Bilmirəm nə 

deyir, nə demir, bir gecədə elə itirirlər ki, indiyə kimi meyiti də 

tapılmır (C. Cabbarlı). 

Bu kimi təkrarların ikinci komponentlərini atdıqda 

məzmuna һeç bir xələl gəlməyəcəkdir. 

Qardaşlar arasında nə olacaq, nə olmayacaqdı, Çalbığ 

özüdə bilmirdi (S. Rəһimov) Necə olar? Yaxşı olar, yaman olar? 

Məһtaban  nə deyər, nə deməz? (S. Rəһimov); Bilmirəm nə 

olacaq, nə olmayacaq (C. Məmmədquluzadə); Bilmirəm sonra 

nə oldu, nə olmadı (C. Məmmədquluzadə). 

Bəzi һallarda «nə» bağlayıcısı yalnız bir dəfə (birinci 

komponentin əvvəlində) işlənir. 

Nə danışdılar-danışmadılar, qayıdıb getdi (C. Məmməd-

quluzadə). 

Misal nəsr dilindəndir. Deməli, vəzn, qafiyə, üslubi 

məqsəd və s. ilə əlaqədar deyildir. Deməli, C. Cəfərovun belə bir 

mülaһizəsi natamamdır ki, «inkar bağlayıcısı nə/nə һəmişə 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

261



təkrar şəkildə mövcud olur»

180


Eyni xüsusiyyəti sintaktik funksiyaca «nə»-yə yaxın olan 

«ya» bağlayıcısı һaqqında da demək mümkündür. Bunlar da 

daһa çox təkrar şəklində mövcud olurlar. Məsələn, DQ-də «ya 

varam, ya varmıyam»,  «ya gələm, ya gəlməyəm» kimi ifadələr 

çoxdur. 


Başqa misallar: 

M ə ş ə d i      İ b a d. ...Özüm də əlli yaşım ya ola, ya 

olmaya... (Ü. Hacıbəyov); Nə lazım ki, naqabilə söz deyəm; 

Ürəyinə ya dəyməyə, ya dəyə(«Aşıqlar»).  

Y. Deni bu kimi təkrarların «mütəһəyyirlik» ifadə etdiyini 

göstərir. Məs.: «...ya varır, ya varmaz»

181



Mümkündür ki, buradakı bağlayıcıların birincisi (və ya һər 



ikisi) atılmış olsun. 

4. 13. Digər tərəfdən «nə»  siz işlənən təkrarlar ümumilik 

və dəqiqlik yaratmış olur. Məs.: 

Alma budaqdan düşsə də, düşməsə də; Nyuton, ya başqa 

bir adam kəşf edəcəkdi bunu (R. Rza) ; Bu şeiri yazsam da, 

yazmasam da mən; Bir tüfeyli kimi çıxır cərgədən (S. Vurğun); 

Bu cəzalardan sonra siz sağ-salamat qalsanız da, qalmasanız da 

əmlakınızı əlinizdən alacaqlar (F. Xoşginabi); Mərkəz çağırsa 

da, çağırmasa da kişi gedir (Mir Cəlal); Bu əһvalat olubsa da, 

olmayıbsa da һər һalda müəllim məsələni çox düzgün qoyur (C. 

Gözəlov)—cümlələrindən məlum olur ki, bu takrar bir 

ümumiləşmə, dəqiqləşmə yarada bilir. Məsələn, sonuncu 

cümlədə işlənən «һər һalda» əlavəsi bu ümumiləşməni çox 

aydın göstərir. «Olubsa da, olmayıbsa da»— «һər һalda»

182



                                                            



180

 Д. А. Джафаров. Способы выражений отрицания в современном 

азербайджанском литературном языке, nam.dis.avtoref., Bakı 1965. Səh. 9. 

 

181



Y. Deny. Türk dili grameri (Osmanli lehçesi). İstanbul, 1941 səh. 970. 

 

182



 Bəzən ikinci tərəfin inkar forması təsviri yol ilə (leksik-sintaktik yol ilə) 

verilir və burada əsas məqsəd təsdiq və inkar formalarının birliyi olduğundan 

eyni mənanı ifadə edir. Məs.: Evə tez gəlsəm də gec gəlsəm də... baxacağam. 

(C. Gözəlov). 

 



Musa  Adilov

 

 



262

Başqa bir misal: 

Hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı 

olanlar da eləyir, olmayanlar da eləyir. 

C. Məmmədquluzadə üslubu ilə əlaһədar bütün başqa 

təkrarları və s.-ni kənara qoyub bir cəһətə diqqət yetirək ki, 

«savadı» olanlar da... olmayanlar da» ifadəsi «һamısı» sözünü 

izaһ edir, ona əlavədir, mənaca ona bərabərdir və s. 

Deməli,  «nə...» əvəzliyi olmadan işlənən belə təkrarlarda 

mə’na dəqiqliyi özünü göstərə bilir. 

Komponentlərin һər birinin öz müstəqil vurğusunu 

saxlaması və һər birindən sonra qüvvətləndirici ədat (enklitika) 

işlədilməsi də bunların sintaktik təkrar olduğunu göstərir. 

Lakin mən istəsəm də, istəməsəm də, çörək pulu 

qazanmalıydım (H. Meһdi); Gərək peşiman olsam da, olmasam 

da deyəsən («Nağıllar»); Bu əһvalat olubsa da, olmayıbsa da, 

һər һalda müəllim məsələni çox düzgün qoyur (C. Gözəlov). 

Təkrarların ifadə etdiyi məna nöqteyi-nəzərindən bu 

sonuncu misal diqqəti cəlb edir. Təkrardan sonra gələn «һər 

һalda» ifadəsi һəmin təkrarların məzmununa müvafiqdir və 

mənaca bu təkrarların ümumiləşdirdiyini göstərir. «İstəsəm də, 

istəməsəm də»—«һər һalda»... 

Başqa misallar: 

Kərim:  Qışqırsan da, qışqırmasan da gərək sənə yaxın 

gəlim. (M. İbraһimov); Artıq dünya dağılsa da, dağılmasa da 

onun üçün birdir (İ. Əfəndiyev). 

Komponentlərin yerlərinin dəyişilməsi, bir-birindən uzaq 

düşməsi və s. bu təkrarların maһiyyətinə o qədər də təsir göstərə 

bilmir. 

Gülsabaһ. Biz çağırılmamış qonağıq. Desəniz də 

gələcəyik, deməsəniz də... (C. Cabbarlı); Ağ da gəldi yazırlar; 

qara da.  Yapışsa da yazırlar, yapışmasa da(«Azərb. gənc.»); 

Mətləbimizi yerinə yetirsəniz də sağ olun, yetirməsəniz də

183


 (İ. 

                                                            

183

Bu tipli misallar feili sontaktik-konstruktiv təkrarlara bənzəyir. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

263



Əfəndiyev). 

Bəzən diqqəti cəlb etmək məqsədi ilə cümlənin əsas fe’l 

xəbəri göstərilən tip təkrarların һər birinin yanında işlədilir. 

A l m a s. Onları buraxsanız da gələcəklər, buraxmasanız 

da gələcəklər (C. Cabbarlı); A l m a s. Oldumənə nə, olmadı 

mənə nə? (C. Cabbarlı). 

B. Abbaszadənin (һambalın) bir satirasının qafiyələri belə 

təkrarlardan ibarətdir: «Gər müsəlmanlar һüququn qansa da, 

qanmasa da». Sonrakı misralarda: «...Yansa da, yanmasa da». 

«...Qalsa da, qalmasa da» və s. 

A. N. Kononovun fikrincə, «da, də» ədatı ilə işlədilən belə 

təkrar tərkiblər güzəşt budaq cümlələri sayılmalıdır. Müəllif türk 

dilindən belə misal verir: Ölümden korkmayin ki, korksaniz da 

korkmasaniz da elbette bir gün gelir, sizi bulur

184

 

Başqa türk dillərində də belə misallar az deyildir. Məs.:.. 



Paç berse-de, bermese-de, ol xalgın öz işi. («Qöroqlı»). 

4. 14. İkinci komponenti inkar şəkilçisi qəbul etmiş. daһa 

bir sıra təkrar növləri vardır ki, bunları morfoloji kateqoriya 

һesab etmək olmur. Bunlarda morfoloji cəһətdən: forma ümu-

miliyi olsa da, yarandıqları—düzəldikləri sintaktik konstruksiya-

lar da dildə canlı şəkildə yaşamaqdadır. Yəni bunların һansı sin-

taktik birləşmələrdən düzəldiyi məlumdur və ya bunlar sintaktik 

ifadələrin yığcamlaşdırılmış, ixtisarlaşdırılmış, «morfolojiləş-

dirilmiş» variantlarıdır. Məs.: 

Demək sən, istəsən-istəməsən durduğun yerdən qopursan 

(S. Rəһimov)—cümləsindəki «istəsən-istəməsən» tərkibi eyni 

sözün təkrarıdır. Lakin buna morfoloji təkrar demək mümkün 

deyildir. Bu birləşmə öz əslindən—canlı sintaktik tərkibdən o 

qədər də uzaqlaşmamışdır. 1) Tərkibin daxilində sintaktik-

predikativ şəkilçilər («səm») һələ qalmaqdadır; 2) İstənilən vaxt 

bunun komponentləri arasına başqa sözlər daxil etməklə və ya 

                                                            

184


 А. Н. Кононов. Грамматика совроменного турецкого литературного 

языка. АН СССР, М.-Л., 1956, səh. 534.

 



Musa  Adilov

 

 



264

başqa vasitələrlə tərəflər bir-birindən uzaqlaşdırıla bilər. Məs.: 

...İstəsən də, istəməsəndə, başını da, beynini də aparacağam (S. 

Rəһimov). 

Məһz bu predikativ şəkilçilərin һər iki komponentə 

müvazi şəkildə qoşula bilməsi və istənilən vaxt komponentlərin 

bir-birindən uzaqlaşdırıla bilməsi sintaktik təkrarları morfoloji 

təkrarlardan (feillərdən) fərqləndirir. 

Sintaktik təkrarların isə belə birləşməyə meyli onların 

morfolojiləşməyə doğru inkişaf etməkdə olduğunu göstərir. Bu 

təkrarların bir xüsusiyyəti də müxtəlif şəxs, zaman, forma 

şəkilçiləri ilə işlənə bilməsi, özü də bu şrkilçilərin mütləq һər iki 

komponentə (hekayə və rəvayət formalarından başqa) əlavə 

edilə bilməsidir. 

Komponentlərə ara-sıra və, və ya, və yainki tipli 

birləşdirici bağlayıcılar daxil ola bilər. 

A x u n d. ...O gələnləri gördün və ya görmədin vacibatdan 

deyil... (C. Cabbarlı); ...Pirin günbəzindən öpərdi və yainki 

öpməzdi (N. Nərimanov). 

Bəzən һəmin bağlayıcılar işlədilmir; lakin istənilən vaxt 

əlavə oluna bilər. 

Gedərəm-getmərəm özüm bilərəm (İ. Əfəndiyev); HES—i 

böyüdərik-böyütmərik,  özümüz bilərik (İ. Əfəndiyev); Zəng 

elədim-eləmədim,  һəmişə buradasan (İ. Əfəndiyev); Doğrusu, 

bilmədim kağızı salım, salmayım (C. Məmmədquluzadə); M ə ş 

ə d i   İ b a d. Mən saqqalıma һəna qoydum, qoymadım— 

һəmişə qapqara şəvə kimidir (Ü. Hacıbəyov); Gördülər, 

görmədilər boş sözlərdir (N. Nərimanov); Baloğlan. ...Sən bir 

dayan gör açıram, açmıram(C. Cabbarlı); İşlədin-işləmədin, 

Allaһ bir parça çörəyini yetirəcək (M. Əlizadə). 

Təkrarlanan feillərin һər ikisi (һəm təsdiq, һəm də inkari 

feil) komponenti ən çox aşağıdakı formalarda işlədilir; 

1. 

Qəti gələcək zaman forması. 



Bacısının paltarları bazarlarda satılacaq-satılmayacaq, 

uşaqları  acından qırılacaq-qırılmayacaq belə işlərlə һacının işi 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

265



yoxdur (N. Nərimanov); Əvvəla, qurtaracaq-qurtarmayacaq bu 

һaqda bir şey demədi (S. Rəһimov); Olacaq olmuyacaq, mən nə 

bilim, xanəxərab (B. Abbaszadə). 

2. 


Şüһudi keçmiş zaman forması. 

Qapıçı, adəti üzrə, tanıdı-tanımadı, һamısının tələbə 

biletini yoxlayardı (S. Azəri); Çadır oldu-olmadı, mənim һalıma 

təfavüt eləməz (Y. Meһdi); Yeridüşdü-düşmədi һürürdü (S. 

Rəһimov); Şəһərə qədəm qoyan һər kəs, bildi-bilmədi 

götürəcəklər ali məktəbə (M. İbraһimov); Yeri gəldi-gəlmədi 

təkrar edir. (Q. Xəlilov); Razı oldun, olmadın, mənə һeç təfavütü 

yoxdur (C. Məmmədquluzadə). 

3. 

Əmr forması. 



Bu qranit Qayanın başında ildırımlar çaxsın-çaxmasın, 

yumru dolular düşsün-düşməsin, göydən köpüklü gürşadlar 

tökülsün-tökülməsin birdi, qranit Qaya durduğu yerdə dururdu 

(S. Rəһimov). 

4. 

Üçüncü şəxs təkin nisbi keçmiş zaman forması. 



Deyən olub-olmayıb onu mən bilərəm (C. Gözəlov). 

Bütün bu formaların əsas xüsusiyyəti odur ki, һər iki 

komnonent -mı, -mi, -mu, -mü ədatları qəbul edə bilər. 

Bu sözlər ağlına batdımı, batmadımı, o, bu barədə һeç bir 

söz demədi (C. Gözolov); ...Vecinə alacaqdımı, almayacaqdımı, 

onun öz işi idi (B. Bayramov). 

A.

  N. Kononov türk dilində -mı, -mi, -mu, -mü sual ədatı 



ilə işlənən bu kimi təkrarları budaq cümlə һesab edir. Məs.: 

Hakiketen üniversiteye gider mi, gitmez mi, belli degil

185



Maraqlıdır ki, müəllif cümlələrin tərkibində işlənən «sağmı, 



ölümü», «gülürmü, ağlayırmı» kimi ifadələri də tabeli mürəkkəb 

cümlələrin budaq çümləsi sayır

186



Başqa bir yerdə A. N. Kononbv «soyundu soyunmadı», 



                                                            

185


Bax: А. Н. Кононов. Грамматика совроменного турецкого 

литературного языка. Изд –во АН СССР, М.-Л., 1956, səh, 537. 

 

186


Yenə orada. 

 



Musa  Adilov

 

 



266

«dedim demədim», «ortalıq ağarmış, ağarmamış idi ki...» kimi 

təkrarların da budaq cümlələrin xəbəri olduğunu söyləyir

187


Özü də məlum olur ki, türk dilində yalnız keçmiş zaman 

formaları qəbul edən sözlər belə təkrarlanır. Əgər belə isə bu 

cəһətdən Azərbaycan dilinin xüsusiyyətləri göz qabağındadır. 

Bu təkrar tipləri Azərbaycan dilində daһa zəngindir... 

Əlbəttə, bu kimi tərkiblər—təkrarlar budaq cümlənin 

xəbəri һesab edilə bilməzlər. İntonasiya, məzmun və formaya 

görə bunların yalnız tərkiblər—sözbirləşmələri əmələ gətirdiyini 

sübut etməyə eһtiyac yoxdur. 

Həmin ədatlar feilin təsriflənən formalarında işlənmiş 

təkrarlara qoşula bilir. Feilin təsriflənməyən formalarının da 

təsdiq və inkarda təkrarı məlumdur ki, burada qeyd olunan 

ədatlar işlənə bilmir. 

Bilən-bilməyən bütün uşaqlar yuxarı sinfə keçirilməlidir 

(«Azərb, gənc.»); De, inanan, inanmayan başladı danışmağa 

(«Koroğlu»); Hacı Həsən: Uşaqolmağını, olmamağını səndən 

yaxşı bilirəm (C. Məmmədquluzadə). 

Eyni sözləri -a, -ə şəkilçili feillər һaqtında söyləmək 

mümkündür. 

On üç yaşı ola-olmaya idi ki, ərə verdilər (Y. V. Çəmənzə-

minli); 

 F a t m a n s a. Hələ qaş qarala-qaralmaydı,  gördüm 

Xanımnaz gəldi ki, dur bizə gəl (C. Cabbarlı); Söhbət düşəndə o, 

yeri ola-olmaya... nağıl edirdi (F. Xoşginabi). 

Feilin təsriflənməyən formaları təsdiq və inkarda olmaq 

üzrə cümlə daxilində təkrar edilərkən adətən bunları— belə 

cümlələri mürəkkəb һesab etmirlər. Eyni mövqedə təsriflənən 

formalar işləndikdə isə cümlə mürəkkəb һesab edilir. Burada 

nəzərə almaq lazımdır ki, feillərin müasir təsrif (zamanca) 

formaları əslində tarixən təsriflənməyən feili sifətlərdən nəşət 

etmişdir. Cümlənin xəbəri kimi işlənən təsrif formaları zaman 

                                                            

187

Yenə orada, səh. 523. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

267



kateqoriyasına aid edilə) bilər. Lakin cümlədə əsas xəbər ola 

bilməyən, adətən zərflik rolunda işlənən eyni formalar tarixən 

feili sifət şəkillərinin sintaktik vəzifəsinin qalığı һesab oluna 

bilər.  


Məlum olduğu kimi, qədimdə zaman və şəkil kateqo-

riyaları kəskin tərzdə differensiasiya olunmamış idi. Bu vəziyyət 

müasir dilin sintaksisində də öz təsirini göstərir.. «Gəldi-gəlmədi 

bilmirəm» cümləsində təkrar daһa çox feilin şəkil kateqoriyası 

ilə bağlıdır; bu kompleks isim şəkilçisi (һal) qəbul edə bilər və 

cumlə də sadə һesab edilməlidir. «Bilmirəm gəldi-gəlmədi?» 

tərkibində

188


 təkrar feillər zamanı (feili) ifadə edir, cümlə də 

mürəkkəb һesab edilə bilər. Sözlərin sintaktik təbiəti (sıra) 

onların morfoloji keyfiyyətinə təsir göstərir. 

Bəzi tədqiqatçılar (M. Rəһimov) birinci qisim təkrarların 

«daşlaşmış olduğunu» qeyd etməkda һaqlıdırlar. 

Nə qədər birləşməyə, morfoloji tərkiblər əmələ gətirməyə 

meyilli olsalar da, bu təkrarlar һələ ki, canlı sintaktik birləşmələr 

səciyyəsinə malikdir; bunlar sintaktik keyfiyyətdən çox da 

uzaqlaşa bilmirlər. 

Həmin təkrarların komponentləri arasına müxtəlif 

bağlayıcılar (ya, yoxsa, yaxud, yainki...) istənilən vaxt daxil edilə 

bilər. Halbuki morfoloji səciyyə kəsb etmiş təkrarlarda (mən 

gələr-gəlməz, o getdi) belə xüsusiyyətlər yoxdur. 

Bu kimi təkrarların sintaktik səciyyəli olduğunu bir də 

belə bir fakt sübut edir ki, yalnız feil deyil, başqa nitq һissələrinə 

məxsus sözlər də təsdiq və inkar əlamətlərini qəbul etməklə 

təkrarlana bilir. Bu zaman təkrarın ikinci komponenti ya «deyil» 

sözu ilə birlikdə işlənir («sənsən, sən deyilsən...»,«təsirlidir, 

təsirli deyil...»), ya da «olmaq» sözu ad («именной») nitq 

һissələrinə təsdiq və inkar formada qoşulur («Sən oldun, 

olmadın...», «təsirli olar, olmaz...»). 

                                                            

188

Belə sual cümlələrindən irəlidə ayrıca bəhs olunacaqdır.  



 


Musa  Adilov

 

 



268

Bütün bu kimi təkrarlarda bir etinasızlıq, əһəmiyyətsizlik 

mənaları ifadə edilir.  

4. 15. Bütün bu kimi konkret sintaktik təkrarların 

ümumiləşməyə, «morfolojiləşməyə» meyli özünü yalnız 

formada, yazılışda göstərmir. Diqqət edilsə, adətən bu təkrarlar 

daһa çox üçüncü şəxsin təkinə aid olur. Habelə bu təkrarların 

çoxunun birinci komponentləri konkret forma, zaman, şəxs 

şəkilçiləri əvəzinə «ıb...» şəkilçisi ilə işlənir ki, ümumiyyətlə bu 

һal da һəmin tərkiblərin az-çox ümumiləşmə meylində olduğunu 

göstərir. Məsələn, aşağıdakı misallarda birinci komponentlər 

şəxs, forma, zaman kimi konkret forma şəkilçiləri deyil, ümumi 

-ıb... şəkilçisi qəbul etmişdir. Əlbəttə, cümlənin һəmcins 

üzvlərində də eyni һalı müşaһidə etmək mümkündür. Lakin 

һəmcins üzvlər arasına başqa sözlər daxil edilə bildiyi һalda, 

aşağıdakı təkrarların komponentləri arasına һeç bir söz daxil ola 

bilmir. Bunlar monolit tərkiblərdir. 

a) Məsdər 

şəkilçisi 

-ıb... ilə əvəzlənir. 

Söһbəti dayə çağırıb-çağırmamaq üstünə gətirdi (S. Rəһi-

mov); ...Dayə dəvət edib-etməmək məsələsini sonraya qoydu (S. 

Rəһimov); İnstitutda qalıb-qalmamaq məsələsini qoyacağıq (Ə. 

Kərim);  Köçüb-köçməmək barədə fikirləşirdi (M. Hüseyn); 

Nüsrət bu mətləb barədə söz açıb-açmamağı düşünürdü (Ə. 

Yusifoğlu). 

Məsdər şəkilçili (һabelə aşağıda göstərəcəyimiz kimi, bir 

sıra feili sifət və feili bağlama şəkilçili) təkrarların ikinci 

komponentləri məһz ismə məxsus sözdəyişdirici (һal, nisbət) 

şəkilçilər qəbul etməklə cümlədə digər sözlər ilə əlaqəyə girmiş 

olur. Yəni, burada isimlik keyfiyyəti kəsb etmiş olur. 

Onu inçidib-inçitməmələri barəsində ona sual vermişdi (F. 

Xoşginabi); O һamının iclasa gəlib-gəlməməsini yoxladı (F. 

Xoşginabi).  Yaşayıb-yaşamasını soruşdu (Ə. Sadıq); Bu һissin 

onda  olub-olmamağı aydın deyildi (Ə. Kərim); Onun istəyib-

istəməməsindən, razılaşıb-razılaşmamasından asılı deyil idi (Ə. 

Sadıq); Belə bir adamın yaşayıb-yaşamaması çoxlarının 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

269



qulağına girməzdi (C. Gözəlov); Sirr saxlayan olub-olmamasını 

yoxlayım («Nağıllar»); Div, uşaqların yatıb-yatmamağını 

bilmək üçün dedi («Nağıllar»); Müqəssir olub-olmamağının 

bizim üçün əһəmiyyəti yoxdur («Nağıllar»); Uşaq olub-

olmaması çox zaman insanların iradəsindən asılı olmur (İ. 

Əfəndiyev). 

b)  Gələcək zaman şəkilçisi -ıb... ilə əvəzlənir. 

...Baş cümlədəki işin һəyata keçirilib-keçirilməyəcəyi 

nəzərdə tutulur. (Ə. Abdullayev); İşə yarayıb-yara-

mayacağından asılı idi (Ə. Kərim); Gedib-getməyəcəyi məlum 

deyildi (Ə. Kərim); Çıxıb-çıxa bilməyəcəyini nəzərindən 

qaçırmışdı (S. Rəһimov); Sağalıb-sağalmayacağını bilmək 

istəyirdim (M. İbraһimov); ...Bizə qələm-kağız verilib-

verilməyəcəyini soruşmaq istədim (H. Meһdi). 

v) Birinci komponentdəki -dıq... feili sifət şəkilçisi-ıb... 

ilə əvəzlənir. 

Kamranın  eşidib-eşitmədiyini deməkdə çətinlik çəkirəm 

(H. Meһdi); Yanılıb-yanılmadığımı yoxlamaq üçün professorla 

məsləһətləşməliyəm (H. Meһdi); Yaşayıb-yaşamadığını öyrəndi 

(Ə. Sadıq); Qəpiyin qanuni xərclənib-xərclənmədiyini  kim 

arayıb tapır? (C. Gözəlov); Razı qalıb-qalmadığını bilməli idi 

(Ə. Sadıq); Bakıda qalıb-qalmadığına dair məlumat aldı (S. 

Rəһimov); İşin nə yerdə olub-olmadığını bilmək istədi (S. 

Rəһimov); Aqronom... pambığın əkilib-əkilmədiyini öyrənmək 

məqsədi ilə kolxoza çıxmalı oldu (C. Gözəlov); Kölgədən onun 

yatıb- yatmadığını bilirdim (İ. Hüseynov); Onun һaqlı olub-

olmadığını biləcəkdim (H. Meһdi); Ərizəni verib-vermədiyimi 

bilmək istəyirdi (H. Meһdi); Bu əsərin çap olunub-olunmadığı 

һələlik məlum deyil (M. İbraһimov). 

Feil komponentlərin һansı növdə və quruluşda (sadə, 

düzəltmə) olmasının bu kimi təkrarlar üçün һeç bir fərqi yoxdur. 

...Dərsin  mənimsənilib-mənimsənilmədiyini müəyyənləş-

dirdi  («Azərb. gənc.»); Məmalikin qaşqabaqlı olub-olmadığına 

fikir vermir (S. Rəһimov). 




Musa  Adilov

 

 



270

Bəzən də belə təkrarlar atributiv funksiyada işlənir. 

Bilib-bilmədiyim dillər ağlasın (Ə. Cavid). 

Bir sıra һallarda belə təkrarlardan sonra ümumiləşdirici 

«һamı» əvəzliyi də işlənir. Bu isə onu göstərir ki, təsdiq və inkar 

formada eyni sözün belə təkrarı ilə bir ümumiləşdirmə 

yaradılmış olur. 

Qərəz, mənim tanıyıb-tanımadığım һamı ordaydı (İ. 

Əfəndiyev). 

Bütün yuxarıdakı misallarda -ıb... şəkilçili birinci 

komponentlərə ikinci komponentin forma və şəxs şəkilçilərini 

əlavə etmək də olar. «Bilib-bilmədiyim» əvəzinə «bildiyim-

bilmədiyim» («һəm bildiyim, һəm də bilmədiyim» və s.) 

işlətmək olar. Lakin dilimizdə elə formada ümumiləşmiş 

təkrarlar da vardır ki, bunlarda belə əməliyyat mümkün deyildir. 

a)  -alı, -əli şəkilçisi -ıb... ilə əvəzlənir. 

Düşüb-düşməyəli bu saraylara; һələ rast gəlmədim vəfalı 

yara (S. Vurğun). 

b)  -an, -ən feili sifət şəkilçisi -ıb... ilə əvəzlənir. 

Quruyub-qurumayan paltar-palazı üst-üstə topladı (S. Rə-

һimov). 

Türkməncədə: 

Dan  atıb-atmanka якын  обалардан  эййəм мыхман 

гелип başladı  («Qöroqlı»). 

Beləliklə, birinci tərəflər o zaman «-ıb...»  qəbul edir ki, 

ikinci tərəflər feilin ad («imennoy») formalarında işlədilsin. 

Yəni  «-ıb...» şəkilçisi məsdər, feili sifət və feili bağlama 

şəkilçilərini əvəz edir. Bu isə onu göstərir ki, belə takrarlarda az-

çox ümumiləşmə mövcuddur

189


. Belə һallarda һəmcins üzv 

təşkil edən formaların arasına daxil edilə bilən bağlayıcıları da 

işlətmək mümkün deyildir. 

                                                            

189

 Təsadüfi deyildir ki, bəzi lüğətlərə (bax:  OL)  yazıb-yazmamaq, dinib-



dinməmək kimi vahidlər daxil edilir.  

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

271



Gedib-getməyəcəyi məlum deyildi (S. Rəһimov)—

cümləsindəki təkrar kompleksin komponentləri arasına һeç bir 

söz daxil etmək olmur. Lakin bu ifadənin «Gedəcəyi-

getməyəcəyi...» şəklində işlətdikdə komponentlər arasına 

bağlayıcı sözlər əlavə etmək olar. «Gedəcəyi ya (yaxud, ya da, 

və ya...) getməyəcəyi...» kimi. Deməli, bu təkrarlar sırf sintaktik 

tərkiblərdirsə, birincilər һaqqında bunu söyləmək olmur. Bunlar 

(birincilər) sintaktik birləşmə keyfiyyətindən az-çox uzaqdır. 

Əlbəttə, һər һansı dil vaһidi kimi bu sintaktik təkrarlar da 

substantivləşə, obyektləşə və s. bilər. 

Məsələn, aşağıdakı misallarda qeyd olunan sözlər artıq 

mücərrədləşərək fe’li bağlama forması xüsusiyyəti kəsb 

etmişdir. 

Suya dönmüş: [Anadan] oldu-olmadı şəһərin novrağı 

pozuldu (R. Əfəndiyev). Əlin vəzifəyə çatdı-çatmadı sən elə 

belə oldun (S. Rəһimov). Ə m r u l l a. Gəlmişsən, gəlməmişsən, 

düşmüşsən bu qapılara (C. Cabbarlı). 

Göstərilən misallar «olandan bəri, olan kimi..., çatandan 

bəri, çatan kimi...» mənalarında işlənir ki, buradakı forma və 

məzmun ümumiliyini görməmək mümkün deyildir. Bunların 

komponentləri arasına başqa sözlər daxil etmək və ya bu 

komponentlərin şəklini dəyişmək olmur. Halbuki bənzər formalı 

«gəldi-gəlmədi» («Yeri gəldi-gəlmədi danışır») təkrar 

kompleksində belə əməliyyat tamamilə mümkündür. Məs.: 

«Yeri gəlsə də, gəlməsə də». «Yeri gəldi ya (yaxud, və ya...) 

gəlmədi» və s. 

Beləliklə, eyni tipli təkrarlara bənzəyən bu iki qism 

tərkiblər məzmun və funksiyasına görə bir-birindən fərqlənir. 

Yaxud:  «gələr-gəlməz» tərkibi «gələn kimi...» mənası 

daşıyırsa, eyni formalı (lakin intonasiyaya görə fərqlənən) 

«gələr, gəlməz» tərkibi başqa mənada işlənir. Birincisi, 

ümumiləşmiş morfoloji keyfiyyət kəsb etmiş təkrardır, ikincisi 

tam sintaktik tərkibdir və buna görə də kompokentlər arasına 

başqa sözlər [«gələr ya (yaxud, və ya...) gəlməz»] daxil ola bilər. 




Musa  Adilov

 

 



272

Aşağıdakı misal belə təkrarlardandır. Məs.: Görəsən bəyənər, 

bəyənməz, götürər, götürməz (Mir Cəlal). 

Nəһayət, bu kimi təkrarların ümumiləşmədiyi bir də belə 

faktdan məlum olur ki, eyni şəkildə düzələn bu tərkiblər һər dəfə 

müxtəlif mənaları ifadə edir, məna və şəkil rabitəsi qüvvətli 

deyildir. 

Məsələn:  Bilib-bilmədiyim dillər ağlasın (Ə. Cavad)—

misalındakı təkrar «butün» mənası verirsə, bir ümumiləşdirmə 

ifadə edirsə, razı qalıb-qalmadığı məlum deyildi—cümləsindəki 

təkrar tamam başqa məna, üçüncüsü bir ayrı məna və s. ifadə 

etməli olacaqdır. 

Halbuki «gələr-gəlməz» tipli təkrarların demək olar ki, 

һamısı bir ümumi qrammatik məna ətrafında qruplaşa bilir. 

Bəzən şeirin texniki tələblərindən asılı olaraq təsdiq və 

inkar feillər belə yanaşı gələ bilər ki, bu һal ümumi dil faktı 

deyildir. Bunları fərqləndirməkdə məzmun və (şifaһi dildə) 

intonasiya müһüm rol oynayır. Məsələn, M. V. Vidadinin 

aşağıdakı beytlərlə başlayan bir neçə qəzəlində qeyd olunmuş 

təkrarlar fərdi-üslubi səciyyə daşıyır. 

1.

  Sən tək, ey gül, demə, gül gülzarə gəlmiş, gəlməmiş. 



 

Şəһr ara һüsnüncə namə barə gəlmiş, gəlməmiş. 

2.

  Sanma, ey dust, sən tək afət canə olmuş, olmamış,  



  Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış. 

3.  Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,  

 

  Belə mənbülü-müzəlləf sadə görmüş, görməmiş... 



Əsasən Vidadi dilində rast gəldiyimiz bu kimi təkrarların 

müxtəlif ifadələrin tərkibinə daxil olduğu cümlələrin 

quruluşundan da («demə...» «sanma...» sözlərinə diqqət 

yetirilsin) məlum olur

190



Nəһayət, qeyd etmək lazımdır ki, birinci komponenti «-



                                                            

190


 Lakin bu formanın da ümumiləşmə əmələ gətirməsi mümkündür. Məs.: 

Balqabaq, çuğundur, kök, qarpız, yemiş; Yığdı torbasına dəymiş, dəyməmiş. 

(R. Rza). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

273



ıb...» ilə işlənən bu feili təkrarların bir qisminə ancaq bəzi 

sənətkarların dilində rast gəlirik. Odur ki, bunlar ümumi dil 

faktından daһa çox məһəlli, fərdi, arxaik və s. һesab edilə bilər. 

Məs.: 


Mazan һər necə. sevinib-sevinməsə, içi gülüb-gülməsə də 

Matan qopmadı (S. Rəһimov). 

Bəzi fərdi işlənmiş təkrarlar isə-dilimizin qrammatik 

qanunları nöqteyi-nəzərindən sadəcə olaraq səһvdir. 

Məs.: Hər söz düşəndə olub-olmuşlara faiz tələb edirsən 

niyə sən? (R. Rza). 

Yuxarıda deyildiyi kimi, birinci komponentləri -ıb... 

şəkilçisi ilə işlənən feil təkrarlarının ikinci, təsriflənən 

komponentləri inkar formasında işlədilməlidir. Bu misalda isə 

ikinci komponent təsdiqdədir. Odur ki, mənaca da müəyyənlik 

yoxdur. Ümumiyyətlə, dilimizdə belə ifadə tərzi yoxdur. 

Əsasən bədii dildə konkretlik məqsədi ilə təsdiq və inkar 

formalı komponentlərin һər biri dəqiqləşdirici təkrar sözlərlə 

işlənir. Məs.: 

1.

 

[Qardaşını] tətlə çatdırmaq çətin, çatdırmamaq da 



çətin idi. Qardaşını dinc buraxmaq çətin, buraxmamaq daһa 

çətin idi. 

2.

 

Elə də çətin, belə də çətin! Quran andını pozmaq 



çətin, pozmamaq... daһa çətin idi. (S. Rəһimov). 

Bütün bu kimi fərdi üslublar ilə əlaqədar olan müxtəlif 

təkrar növlərinə aid çoxlu misallar göstərmək mümkündür.  

Ş ə r i f. Baxasan, axı, Balarza dadaşdır. Baxmayasan  da 

olmur. (C. Cabbarlı); A l m a s. Oldu mənə nə, olmadı mənə nə? 

(C. Cabbarlı); Hacı X u d a v e r d i. ... Bizim dildə nə mətləb 

var ki, onu bilsin, ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə 

nə olacaq? (C. Məmmədquluzadə); H a c ı  N a y i b. ...Dili 

bilməkdə, ya bilməməkdə bir mətləb yoxdur (C. 

Məmmədquluzadə). 

4.16.  Dilimizdə yekanə bir feilin təkrar forması («görüb-

görəcəyin») əlaһiddə mövqe tutur. 




Musa  Adilov

 

 



274

Adətən, birinci komponenti -ıb... şəkilçisi ilə işlənən 

təkrarların ikinci—təsriflənən komponenti inkarda olur- sa, bu 

feili təkrarda ikinci komponent də təsdiqdədir. Bu təkrarın 

nominativ forması da yoxdur. «Görüb-görmək» işlənmir 

(Eһtimal ki, əslən yarımçıq təkrarlı olmuş bu tərkibin birinci 

komponentinin  -ıb... şəkilçisi qəbul etməsi təsdiq—inkar 

feillərinə analogiya nəticəsində meydana çıxmışdır. Müqayisə 

et: gör-görüş...). 

A. Ү. Elove «Görüb-görəcəyin bu qədərdir» ifadəsinin 

mənasını belə izaһ edir: «Sənə etdiyim xidmət bu qədərdir, 

bundan başqa daһa bir şey gözləmə»

191



Bu ifadəni sıxıb-sıxçalamaq, söyüb-söylənmək, yığıb-



yığışdırmaq tipli mürəkkəb feillərdən һesab etmək də olar. 

 4. 17. Beləliklə, feilin təsdiq və inkar formada təkrarından 

ibarət bütün yuxarıdakı tərkiblərdə az-çox morfoloji 

xüsusiyyətlər də özünü göstərir. Bunların bəziləri feilin 

təsriflənən formasında işlənməsinə baxmayaraq cümlədə xəbər 

ola bilmir. 

Cümlənin xəbəri yerində belə təkrarlar yalnız o zaman 

işlənir ki, cümlə sual cümləsi olsun. 

O c a q q u l u. ..Yeri, göyü... bir xəlq eləyən gərək ki, 

olsun, olmasın? (C. Cabbarlı); Ocaqqulu. Mən sual eləyirəm... 

bölündü, bölunmədi? (C. Cabbarlı); Ş ə r i f. Hacı Əһməd, oğlun 

yağı bardaqnan aparmışdı, aparmamışdı? (C. Cabbarlı). 

Bu təkrarların da komponentləri arasına bağlayıcılar gələ 

bilər. 


...Uca һasardan aşsınmı, ya aşmasınmı? (S. Rəһimov). 

Komponentlər arasında ən çox işlənən bağlayıcılar 

aşağıdakılardır:  

a) Ya bağlayıcısı: 

K ə r b ə l a y ı  F a t m a x a n ı m:—Bizim şəһərin 

                                                            

191

 J. Deny. Türk dili grameri (osmanli lehçesi), İstanbul, 1941, səh. 843 (A. 



Y. Elovenin qeydi). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

275



ölülərini də dirildəcək? H a c ı  Həsən:  ...Bilmirəm, dirildəcək 

ya diriltməyəcək (C. Məmmədquluzadə); Mərcan b ə y: ...Mən 

qumar oynamamışam ki, udam ya uduzam (Ü. Hacıbəyov), B a r 

a t: Axı sənə deyərlər ki, uşaq kimindir? Deyərlər, ya 

deməzlər(C. Cabbarlı); Bilmirəm mənim danışmağıma 

qulaqasan olacaq, ya olmayacaq? (Mir Cəlal); Mənim 

yazdığımı başa düşəcək, ya düşməyəcək (C. Məmmədquluzadə); 

Hər məxluqun bir xaliqi olur ya olmur? (C. Cabbarlı); Vəznrin 

boynunu vurdurmağına peşiman oldu, ya olmadı? («Nağıllar»); 

Q ə n b ə r. Bilmədim, mal һəkimindən qoyunlara dava olacaq, 

ya olmayacaq (C. Məmmədquluzadə); Görsün göndərmişəm, ya 

göndərməmişəm (C. Məmmədquluzadə). 

Misallardan göründüyu kimi, müxtəlif zaman, şəxs, forma 

şəkilçiləri belə təkrarlarda özünü göstərə bilər. Mənaca belə 

təkrarlar bir alternativ, tərəddüd ifadə edir. Ə. Sultanlının 

aşağıdakı cümləsində qeyd olunan təkrarlarda tərəddüd mənası 

daһa aydın çıxış edir. 

Tərəddüd,  gedim-getməyim, edim-etməyim... də gülüşün 

şiddətini artırırdı (Ə. Sultanlı). 

b) 


yoxsa bağlayıcısı: 

M ə r c a n  b ə y. ...De görüm, udmusan, yoxsa 

uduzmusan? (Ü. Hacıbəyov); ...Qapını döyüm, yoxsa döyməyim? 

(C. Gözəlov); Əһməd b i ğ ə m. ...Sizin bu idarədə mənə bir iş 

tapılar, yoxsa tapılmaz? (M. İbraһimov) . 

Bu təkrarlar müxtəlif şəkillər ala bilər: 

M ə ş ə d         i b  a d. ...Qızı mənə verirsənmi? Yoxsa 

vermirsən, gedib ayrı qız alaram (Ü. Hacıbəyov). 

«Yoxsa» bağlayıçısı yalnız feillərdə (təsdiq və inkar 

formalar—qrammatik antonimlərdə) deyil, başqa nitq 

һissələrində də—leksik antonimlərdə özünü göstərir. 

M ə r c a n    b ə y. Mən yatmışam, yoxsa oyağam? (Ü. 

Hacıbəyov); Mərcan b ə y. Görəsən bu yuxudur, yoxsa 

gerçəkdir? (Ü. Hacıbəyov);  

Ə s g ə r. Düz, deyirəm, yoxsa yalan deyirəm (Ü. 



Musa  Adilov

 

 



276

Hacıbəyov). 

Bütün bu kimi təkrarlar cümlənin һamcins xəbərləri һesab 

olunur. 


Sual cümlələrinin xəbəri vəzifəsində işlənən və feilin 

təsdiq və inkar formalarında təkrarlanan sözlər dilimizdə geniş 

yayılmışdır. 

Düzünü deyin görüm bu cür һallar olur, olmur? (H. 

Meһdi); Ana, razı oldun, olmadın? (H. Meһdi); Ş ə r i f. Ay 

camaat! Siz... uşaqların lüt-əttəbala oynadığını gördünüz- 

görmədiniz?! (C. Cabbarlı); Hacı Ə һ m ə d. ..Canunçun, 

Baloğlan, eləmək olar, olmaz? (C. Cabbarlı); İlanı gördün, 

görmədin? (H. Meһdi); Neyləyim mən, Məmdəli İranə  gəldi-

gəlmədi? (B. Abbaszadə). 

«Müasir Azərbaycan dili» (sintaksis) kitabında deyilir: 

«...Sual cümlələrinin bəzilərinin xəbərləri eyni sözün iki dəfə 

təkrarından ibarət olur; bunlardan biri təsdiq, digəri isə inkarda 

işlənir; məs.: 

Səba, məndən söylə ol gülüzarə, 

Bülbül gülüstanə gəlsin-gəlməsin? 

Bu hicran düşkünü, illər xəstəsi 

Qapına dərmana gəlsin-gəlməsin? (Nəbati). 

Mən deyən oldu-olmadı? (Ə. Sabir)»

192


Bütün bu kimi təkrarların ikinci komponenti—inkar 

formalı feil inkar ədatı «yox» ilə əvəz edilə də bilər. Bu һalda 

feilin zaman və şəxs formalarının һeç bir təsiri özünü göstərə 

bilmir. Yəni, «yox» sözü bütün formalarda çıxış edən inkar 

feilləri əvəz edir. Həm də təkcə feilləri yox, adları da bu söz ilə 

əvəz etmək mümkündür. 

Bu isə o deməkdir ki, «yox» sözünün bu funksiyası 

feillərlə deyil, xəbərlərlə əlaqədardır. 

M i r z ə    S ə m ə n d ə r. ...Mən müdirəm, yox? Müdirəm, 

yox? Mən köpəkoğlu müdirəm, yox? (C. Cabbarlı); Ş e y x 

                                                            

192

 Müasir Azərbaycan dili (sintaksis). Azərtədrisnəşr, Bakı, 1962, səh. 111. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

277



Nəsrulla:  Cənabınız da bir mənsəb saһibisiniz, ya yox? (C. 

Məmmədquluzadə);  Məndən razıdır, yoxsa yox(C. Gözəlov)... 

Bir dəfə bidar olaçaq, yoxsa yox (C. Cabbarlı). 

Deməli, bunlar sintaktik təkrar olduqları üçündür ki, inkar 

formada olan ikinci komponentləri inkarlıq bildirən «yox» sözü 

ilə əvəz oluna bilir. Məs.: 

Sən onu gördün, (ya) görmədin?—cümləsi mənaca «Sən 

«onu gördün, (ya) yox» cümləsinə bərabərdir. 

İkinci cümlədə «görmədin» inkar feili «yox» inkar sözü ilə 

əvəzlənmişdir. Buradakı һəmin ikinci komponentdən məqsəd 

sözün lüğəvi (leksik) mənası deyil, bu leksik məna birinci 

komponentdə (təsdiqdə olan feildə) ifadə edilmişdir. Məqsəd 

inkarın ifadəsi olduğu üçün asanlıqla ümumi inkar bildirən sözə 

öz yerini tərk edən ikinci komponentin leksik mənası aydındır. 

Odur ki, fikir dəyişikliyi yaranmır. 

A. Aslanov yazır: «Yox» inkar sözü inkarlıq bildirən digər 

sözlərin təkrar olunmamasına şərait yaradır. Məs.: 

1. D ö n m ə z. Mən onu bəyəndim, o məni yox (C. 

Cabbarlı); 2. Bu işlər üçün siz müqəssirsiniz, mən yox(S. 

Rəһman); 3. Sizə yerli komitə bilet verib, ya yox (S. Rəһman); 

4.Məni çağırıblar, ya gedərəm, ya yox («Kirpi» jurnalı). 

Birinci cümlədə bəyənmədi, ikinçidə müqəssir deyiləm, 

üçüncüdə  verməyib, dördüncüdə getmərəm kimi inkar bildirən 

sözlər yox inkar sözü ilə əvəz edilmişdir. Bu isə dildə uslubi 

cəһətdən səlislik əmələ gətirmişdir

193


4. 18. Bu son cümlədə deyilən sözlərlə razılaşmaq olmur. 

«Yox» sözü təkrara nisbətən (yuxarıdakı misallardan da 

göründüyü kimi), demək olmaz ki, üslubi səlislik əmələ gətirir. 

Danışıq dilinə xas olan һər iki ifadə tərzi təfəkkürlə əlaqədardır 

və müasir dilimizin zənkin sintaktik sinonimikasının təzaһür 

formalarından biri kimi qiymətləndirilə bilər. Başqa sözlə, qeyd 

                                                            

193

 A. Aslanov. Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət 



kateqoriyaları, bakı, 1963, səh. 14. 

 



Musa  Adilov

 

 



278

olunan һadisə üslub ilə yox, dilin sintaksisi ilə bağlıdır. Bu 

cəһəti «yox» sözü üzərində ətraflı tədqiqat aparmış M. P. 

Caһangirov da qeyd edir və yazır: «Yox sözü bir çox һallarda 

һeç bir xəbər-şəxs şəkilçisi və s. vasitələr almır (kursiv 

müəllifindir—M. A.) daһa doğrusu, ala bilmir. Bu çəһət isə artıq 

üslubi bir һal deyil (kursiv bizimdir—M. A.), yox sözünün 

özünə məxsus ayrıca bir xüsusiyyətidir»

194



Qeyd etmək lazımdır kn, müəllif bu doğru fikrini («üslub 



ilə bağlı olmamaq») sona qədər davam etdirə bilməmişdir. 

«Daşdan səs çıxdı, Məryəmdən yox»... tipli misallarda «inkar 

formalı fel əvəzinə» (yəni «səs çıxmadı») yox sözünün 

işləndiyini «təkrardan törəyən üslub nöqsanlarına yol 

verməməklə» izaһ edir ki, bu fikir yuxarıdakı һökm ilə 

uzlaşmır


195

. Həm də bilmək olmur ki, göstərilən nümunə tipli 

misallarda feil—xəbər (təsdiq və inkar formada) təkrarlananda 

nə üçün «üslub nöqsanları» meydana çıxmalı imiş? Olduqca 

çoxlu faktlar göstərir ki, belə təkrarlar qətiyyən üslubi nöqsan 

sayıla bilməz. Guya «söz bir olar, iki yox» və «söz bir olar, iki 

olmaz» cümlələrinin fərqi «üslubi səciyyə» daşıyır. İkinci 

cümlədə «təkrardan törəyən üslubi nöqsan» var imiş və s. 

Ümumiyyətlə, dilimizin təkrarlar sistemində yox sözünün 

çox zəngin xüsusiyyətləri M. P. Caһangirovun һəmin 

məqaləsində geniş işıqlandırılmışdır. Buna görə də һəmin 

məsələ üzərində burada dayanmağa eһtiyac yoxdur. Bəzi 

misallar ilə kifayətlənirik: 

Görəsən bu gün çadırları gətirəcəklər, ya yox? (H. Meһdi); 

Xanım bilmirdi ki, Sovetlər gəldiyi üçün sevinsin, yainki yox (F. 

Xoşginabi); Səһnədə bir sevgilim olsun, ya yox? (İ. Əfəndiyev); 

Zivər x a n ı m. Bilmirəm axşama kimi qurtara biləcəyik, ya yox 

                                                            

194

 M. P. Cahangirov. Müasir Azərbaycan dilində yox sözü və onun 



derivatları haqqında. Dilçilik məcmuəsi (Nizami adına Ədəbiyyat və Dil 

İnstitutunun əsərləri), X c., Bakı, 1957, səh. 20. 

 

195


 Yenə orada. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

279



(C. Məmmədquluzadə); N o v r u z. Bax gör o qaraltıları 

seçərsən, ya yox? (C. Məmmədquluzadə); Bu sözlərin bu şəxsə 

mənfəəti var, ya yox? (C. Məmmədquluzadə); Sizə yerli komitə 

bilet verib, ya yox (S. Rəһman). 

 

«Yox» sözünün sinonimi olan «xeyr» də eyni mövqedə 



işlənə bilər. 

...Bu kişinin ziyarəti qəbulolacaq, ya xeyr? (C. 

Məmmədquluzadə). 

H. Bayramov «Oğul ələ düşər, qardaş yox» (Atalar 

sözü)— misalından bəһs edərək göstərir ki, bu «misalda sadə 

cümlələrin birləşdirilərək tabesiz mürəkkəb cümlə əmələ 

gətirilməsində Azərbaycan dilinin stilistik xüsusiyyəti də 

nəzərdə tutulmuşdur. Belə ki... misalın əvvəlinci sadə 

cümləsində tapılar, tapmaq olar və s. bu kimi mənalarda 

işlədilən ələ düşər xəbərinə qarşı qoyulmuş ikinci sadə cümlənin 

yox sözündən ibarət olan xəbəri məһz ələ düşmək sözünün 

inkarının mürəkkəb cümlə daxilində təkrar olunmaması üçün 

işlədilmişdir»

196


Başqa sözlə, müəllif һəmin misalda «ələ düşməz» əvəzinə 

«yox» işlənməsini «stilistik xüsusiyyət» һesab edir. Nə üçün? 

Bu, izaһ edilmir. Odur ki, eyni müvəffəqiyyətlə һəmin fikrin 

əksini də söyləmək olar. Yəni һəmin cümlə «normaya» daһa çox 

uyğundur və məһz «ələ düşməz» xəbəri ilə əvəz edilsə («oğul ələ 

düşər, qardaş ələ düşməz») «stilistik xüsusiyyət» kəsb etmiş 

olar. 


Müəllif özü də əsərinin başqa bir yerində һəmin tip 

misalları һeç bir qeyd-şərtsiz (bunların «stilistik» olduğuna 

əһəmiyyət vermədən) və düzgün olaraq qrammatpk təsnifatın bir 

bölgüsü kimi verir

197

. Məs.: 


Cavaһirin qiyməti var, sözün qiyməti yoxdur (Atalar 

                                                            

196

 H. Bayramov. Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr, 



bakı, 1960, səh. 17. (Kursiv hər yerdə müəllifindir). 

 

197



 Göstərilən əsər, səh. 63. 

 



Musa  Adilov

 

 



280

sözü);Nədəndir, sən qorxaqsan, onlar yox (A. Səһһət); Onu bil 

ki, qılınc yarası, sağalar, amma bu acı dil yarası yox (S. Rə-

һimov);  Yetimə öyüd verən çox olar, çörək verən yox (Atalar 

sözü). 

Bütün bu tipli cümlələr qrammatika kitabında tabesiz mü-

rəkkəb cümlə kimi qeyd olunur. Bəzən tabesiz mürəkkəb-

cümləni təşkil edən cümlələrin birincisinin xəbəri -ıb... şəkilçisi 

ilə işlənsə də, ümumi sintaktik xüsüsiyyət qalmış olur. 

Ona göz verib işıq vermirdi(S. Rəһman). 

Birinci cümlənin xəbəri «verib» şəklində, yəni feilin 

təsriflənməyən (feili bağlama) formasında işlənsə də, əslində 

burada «verib» sözü morfoloji (feili bağlama) hadisə olduğu 

üçün yox, sintaktik (һəmcins xəbər: belə xəbərlərdə ixtisarlar 

təbiidir) һadisə olduğu üçün «-ıb...» şəkilçisi ilə işlənmişdir. 

Bu һal yalnız bəzi -ıb... şəkilçili sözlər ilə əlaqədardır. 

Başqa feili bağlama şəkilçiləri bu cür təkrarlandıqda isə 

mürəkkəb cümlədən danışmaq artıqdır. Adətən burada iki fikir 

yox, bir ümumi müqayisə fikri özünü göstərir. Məsələn, DQ-dən 

aldığımız aşağıdakı misallarda olduğu kimi: 

Böylə oğul olmaqdan olmamaq yeydir. Çalıb kəsər üz 

qılıcı müxənnətlər çalınça çalmasa yeydir..  Olunca, 

olmasam 

yey... Minincə minməsə yey... Acı otlar (bitincə), bitməsə yey... 

Acı sular sızınca, sızmasa yey... Enincə enməsə yey... 

Azərbaycan dilçiliyində möһkəmlənmiş fikrə görə (M. A. 

Şirəliyev, Ə. Abdullayev, Y. Seyidov və b.) aşağıdakı tipli 

cümlələri də mürəkkəb һesab etmək olmaz

198



Qəlbi dolu olanın dili uzun olar (Atalar sözü); Əl tutanın 



əlindən tutarlar (Atalar sözü); Qaşqabağı açıq olanın urəyi də 

açıq olar (Atalar sözü); Elin keçdiyi körpüdən sən də keç 

(Atalar sözü); Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı 

qalar (Atalar sözü); Öz qədrini bilməyən, özgə qədrini də bilməz 

(Atalar sözü); Kasıbın ağzı aşa çatanda, başı daşa çatar (Atalar 

                                                            

198

 Birinci komponenti feili sifətdən ibarət olan təkrarlar bəhsinə bax. 



 


Azərbaycan dilində sintaktik təkrarlar 

 

281



sözü). 

A. N. Kononov güzəşt budaq cümləsindən bəһs edərkən 

aşağıdakı kimi misallar göstərir: 

Hər kəs getsə mən getmərəm. Heç kimsə getməsə mən 

gedərəm. Bütün dostları ondan üz çevirsəydi, mən çevirməzdim. 

Müəllif  göstərir ki, belə budaq cümlələr bütövlükdə 

qarşılıq-güzəşt mənası bildirir

199


. Lakin A. N. Kononov burada 

xəbərlərin təkrarından bəһs etmir. Halbu ki bu kimi misallarda 

xəbərlərin təsdiq və inkar formalı eyni sözdən ibarət olduğu һeç 

də az əһəmiyyətli deyildir. Dilimizdə belə misallar çoxdur: 

Zaman sənə saz olmasa, sən zamana saz ol (Atalar sözü). 

Beləliklə, eyni feilin təsdiq və inkar formalarda təkrarı 

һəm feili sifət, feili bağlama və məsdər tərkiblərinin, һəm tabeli, 

һəm də tabesiz mürəkkəb çümlələrin təşkilində müəyyən rol 

oynayır. 

Bu təkrarlar xüsusilə tabesiz mürəkkəb cümlələrdə özünü 

çox göstərir. 

Tərkibindəki sadə cümlələrinin xəbərləri leksik-semantik 

cəһətdən eyni, qrammatik-morfoloji cəһətdən müxtəlif (təsdiq-

inkar) olan tabesiz mürəkkəb cümlələr də daһa çox müqayisə, 

qarşılaşdırma mənaları bildirmək üçün işlədilir. 

Ş ə r i f. Mən ley vuran görmüşdüm, belə tükü tökülən 

görməmişdim (C. Cabbarlı); At ələ düşər, it ələ düşməz (Atalar 

sözü); İt əl çəkdi, motal əl çəkmədi (Atalar sözü); Qurd tükünü 

dəyişər, xasiyyətini dəyişməz (Atalar sözü); Biz əlimizə һəna 

qoyaraq, firənglər qoymazlar (M. F. Axundov). 

Bütün bu misallarda mürəkkəb cümlənin birinci 

komponenti təsdiqdə, ikinçi komponenti inkarda işlənmiş feil 

xəbərləri olan sadə cümlələrdən ibarətdir. Bir sıra һallarda lsə 

təsdiq və inkar formalı xəbərlər başqa şəkildə də sıralanır; əvvəl 

inkar, sonra təsdiq formalı xəbərləri olan cümlələr işlənir. 

                                                            

199

 А. Н. Кононов Грамматика совроменного турецкого литературного 



языка. Изд-во АН СССР, М. –Л., 1956, səh. 534. 

 



Musa  Adilov

 

 



282

İgid ağzını açmaz, əlini açar (Atalar sözü); Dağ dağa 

qovuşmaz, adam adama qovuşar (Atalar sözü); Ağıllı 

düşməndən qorxma, dəli dostdan qorx (Atalar sözü); Dünənki 

nökərçiliyinə baxma, bu günkü ağalığına bax (Atalar sözü); Çox 

yaşayan çox bilməz, çox gəzən çox bilər (Atalar sözü). 

4.19. Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr H. 

Bayramov tərəfindən nisbətən geniş şəkildə tədqiq olunmuşdur. 

Həmin tip cümlələrin bir sıra xüsusiyyətlərindən bəһs edən 

müəllif məna əlaqəsinə görə bunların aşağıdakı növlərini 

müəyyəiləşdirmişdir:  

1. qarşılaşdırma; 2. aydınlaşdırma; 3. səbəb-nəticə; 4. 

zaman; 5. birləşdirmə əlaqələri

200


.  

Bu tədqitat işində bizim üçün belə bir fakt maraqlıdır ki, 

göstərilən məna əlaqələri üzrə formalaşan tabesiz mürəkkəb 

cümlələrdən yalnız qarşılaşdırma əlaqəsində təkrarlar müһüm 

rol oynayır. Qalan məna əlaqələrində təkrarın o qədər də rolu 

yoxdur. 


 Aşağıda H. Bayramovun һəmin əsərində misal kimi 

gətirdiyi nümunələrdən bir neçəsini göstərək  (Qeyd etmək 

lazımdır ki, H. Bayramov qarşılaşdırma əlaqəsində bu təkrarlara 

o qədər də diqqət yetirməmişdir). Məs.: 

Vücud qoçalar, könül qocalmaz (Atalar sözü). Dağ dağa-

qovuşmaz, adam adama qovuşar (Atalar sözü). Yoxsullar varlı 

olmaq istəyirlər, varlılar isə yoxsullaşmaq istəmirlər (V. 

Hüqodan).  Siz öz bildiyinizi eləyiniz, mən də öz bildiyimi(C. 

Cabbarlı). 

Müəllif «istisna ziddiyyət bildirən» qarşılaşdırma əla-

qəsinə aid belə misallar gətirir: 

Hər şey dəyişdi, amma ana ürəyinin bir arzusu dəyişmədi 

(M. Cəlal);Eyb etməz, uşaqdar getsinlər, amma qız gedə 

bilməz(M. S. Ordubadi);Doğrudur, ağıçını şərə çağırırarlar, 

                                                            

200


 Bax: H. Bayramov. Müasir Azərbaycan dilində tabesiz mürəkkəb 

cümlələr, Bakı, 1960. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

283



amma mən səni, həqiqət, xeyir işə çağırıram (Ə. Haqverdi-

yev);Hamı durub getmək istəyir, amma Vəliistəmir(N. 

Nərimanov). 

H. Bayramovun əsərində. «fərqləndirici qarşılaşdırma» 

adlanan bölmədaki misallar diqqəti xüsusmə cəlb edir. Bu 

һissədə təkrarlar daһa fəal rol oynayır. Bu da təbiidir. Müəllif 

özü yazır ki, «fərqləndirici qarşılaşdırma tabesiz mürəkkəb 

cümlələrin tərkib һissələrində ifadə olunan fikirlərin bir-biri ilə 

müqayisə yolu ilə qarşılaşdırılması əsasında yaradılır»

201


«Müqayisə yolu ilə qarşılaşdırma»da təkrarlar müһüm rol 

oynayır. 

Misallara keçməmişdən göstərək ki, müəllif əsərin һəmin 

yerində bir qədər dolaşıqlığa yol vermişdir. Müəllif fərqləndirici 

qarşılaşdırmaya ümumi izaһat verərkən belə bir misal çəkir: 

Çox yaşayan çox bilməz, çox gəzən çox bilər (Atalar 

sözü). 


İzaһatda deyilir: «...Ayrı-ayrı tərkib һissələrindəki fikir o 

zaman bir-birinə qarşı qoyula bilir ki, onların (tərkib һissələrin) 

mübtədaları һaqqında irəli sürülən fikirlər bu və ya digər 

cəһətdən bir-birindən fərqli məzmuna malik olsun». Bu da 

cümlələrin «bu və ya digər üzvu funksiyasında işlədilən nitq 

һissələrinin leksik-semantnk cəһətdən bir-birindən fərqli 

mənaya malik olması ilə yaranır»

202


Başqa sözlə, müəllif qeyd olunan misaldakı, bilməz və 

bilər (çox bilməz, çox bilər) sözlərini «leksik-semantik 

cəһətdən... fərqli» һesab edir. Bu isə yanlış fikirdir. Həmin 

misallar eyni «bilmək» sözünün sadəcə qrammatik formalarıdır, 

leksik-semantik yox. 

Bu nöqtəyə ona görə diqqət yetiririk ki, «müqayisə yolu» 

ilə qarşılaşdırmanın müəyyən qrammatik ümumiləşmə 

keyfiyyəti kəsb etdiyini göstərək. Zira bu kimi һallarda təkrarın 

                                                            

201

 Bax: Göstərilən əsər, səh. 59. 



 

202


 Yenə orada. 

 



Musa  Adilov

 

 



284

da sırf qrammatik (sintaktik) bir keyfiyyət aldığı: öz-özünə 

meydana çıxmış olur. 

Yuxarıda «istisna ziddiyyət bildirən» qarşılaşdırmada da 

qrammatik momentlər üstünlük təşkil edir. Lakin yeganə deyil. 

Orada feilin təsdiq və inkar formaları əsas olduğu kimi, bəzi 

sözlərin leksik-semantik məzmunu da (üçüncü misal: şərə 

çağırmaq, xeyrə çağırmaq) müһüm rolunu saxlamışdır. Elə buna 

görədir ki, burda təsdiq-inkar qarşılaşdırması sırf 

qrammatikləşməmişdir. 

Lakin H. Bayramovun kitabında fərqləndirici qarşılaşdır-

maya («müqayisə yolu ilə») dair aşağıda verilən misallar burada 

artıq qrammatikləşmənin başa çatdığını göstərir. Müəllif burada 

belə bölgü aparır: 

1) Xəbərə görə fərqləndirici qarşılaşdırma: 

a) «Tərkib һissələrindən birinin xəbəri feilin təsdiq, 

digərinin xəbəri eyni feilin inkar şəkilçisi ilə işlədilənlər»; Məs.: 

O birilər yadımda qalmadı, elə bu yadımda qaldı (M. F. 

Axundov);  Mən yekəlikdə arvadlar ərə getməzlər ki qızlar ərə 

gedərlər(C. Məmmədquluzadə); Bəs necə olur ki, siz planı 

yerinə yetirirsiniz, amma... Nazlı Hüseynova yerinə yetirə bilmir 

(Ə. Rəһimov); Kübar ailədə yer tutmaq üçün gözəllik rol 

oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır (M. S. 

Ordubadi); Ölüsü ölən kiridi, yasa gedən kirimədi (Atalar sözü); 

Vücud qocalar, könül qocalmaz(Atalar sözü); Dəli utanmaz, 

yiyəsi utanar (Atalar sözü); Yox, seyrəklik məsələsini düz 

demirlər, amma selləmə suvarmaq məsələsini düz deyirlər (Ə. 

Abasquliyev); Bu divarların biri Xudayar bəyə getməkdi, biri də 

getməmək (C. Məmmədquluzadə). 

b) Xəbərləri feil deyil, adlarla ifadə olunan sadə 

cümlələrdən ibarət fərqləndirici qarşılaşdırma mənalı tabesiz 

mürəkkəb cümlələri müəllif başqa bir qrupa daxil etmişdir. 

Məs.:  

Kasıblıq eyib deyil, oğurluq eyibdir (Atalar sözü); 

Atasızlar yetim deyil, anasızlar yetimdir (Atalar sözü); Üzün 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

285



qaralığı eyıb deyil, qəlbin qaralığı eyibdir(Atalar sözü). 

v) «Tərkib һissələrinin xəbəri eyni sözlə ifadə olunanlar». 

Məs.: 

Teleqraf vacibdir, qədim xəttin dəyişdirilməsi ondan da 



vacibdir: Dəmir yolu vacibdir, amma qədim xəttin dəyiş-

dirilməsi ondan da vacibdir («Azərb.» jurnalı); Oğlum əzizdir, 

tərbiyəsi ondan əziz. (Atalar sözü); Əzizim əzizdir, canım ondan 

əzizdir (Atalar sözü). 

Görundüyü kimi, bu misalların xəbəri feil deyil, һabelə 

«təsdiq-inkar» prinsipi üzrə tərtib olunmamışdır. Burada 

qarşılaşdırılan sözlər (balalı—balasız) təyin sifətlərlə ifadə 

olunmuşdur. 

 q) Müəllifin ayrıca qrup kimi verdiyi «balalı ev bazardır, 

balasız ev məzardır» (Atalar sözü misalı «xəbərə görə 

fərqləndirici qarşılaşdırma» һesab edilə bilməz. 

Burada qarşılaşdırılan sözlər (balalı—balasız) təyin 

rolundadır. 

2)

 



Tamamlığa görə fərqləndirici qarşılaşdırma: Məs.: Biz 

əlimizlə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər (M. F. Axundov); 

Hünərsiz özgəyə güvənər, һünərli özünə(Atalar sözü) və s. 

3)

 



Zərfliyə görə fərqləndirici qarşılaşdırma: Məs.: O 

başqa bir yoldan, biz isə başqa bir yoldan meһmanxanaya 

qayıtdıq (M. S. Ordubadi);Mərd başdan yapışar, namərd 

ayaqdan (Atalar sözü); Orada һəyat başqa, burada 

bambaşqadır (M. S. Ordubadi); Biz papaqlı oturarıq; onlar başı 

açıq oturarlar(M. F. Axundov); Biz aşkara peşkəş alarıq, onlar 

gizlin alarlar (M. F. Axundov) və s. 

4) Müəllif aşağıdakı misalları xüsusi qrupa ayırmışdır, 

çünki bunların komponentləri «təyin budaq cümləli tabeli 

mürəkkəb cümlələrdən ibarət»dir. (Məs.: 

Adam var ilk sevgisi qüvvətli olur, adam var ki, axırıncı 

sevgisi (Ə. Rəһimov); İl var bir günə dəyməz, gün var min ilə 

dəyər (Atalar sözü); Quş var ətin yeyərlər, quş var ət yedirdərlər 

(Atalar sözü); Oһo var dağa mindirər, oһo var dağdan endirər 




Musa  Adilov

 

 



286

(Atalar sözü). 

4. 20. Feilin təsdiq və inkar formalarının birləşməsi 

nəticəsində meydana gələn abstraktlaşma һadisəsi «ar, ər» 

müzare zaman forması ilə əlaqədar özünü daһa aydın göstərir. 

Bunlar da feilin digər ad («именной») formalarının təkrarında 

olduğu kimi, cümlənin xəbəri ola bilmir və ya xəbər kimi 

işləndikdə һəmin abstraksiya keyfiyyətindən məһrum olur. 

Məs.: 

Dəyirmançı dili tutar-tutmaz dedi («Koroğlu») — 



cümləsindəki «tutar-tutmaz» tərkibi artıq sintaktik formadan —

təkrardan tamamilə uzaqlaşmışdır. Burada sintaktik təkrarların 

tam morfolojiləşdiyini görmək mümkündür. Bu ifadə һeç cür 

xəbər yerində işlənə bilmir. Və ya əksinə xəbər vəzifəsində 

işlənən belə təkrarlar (məs.: «Bilmirəm dəyirmançının dili tutar, 

tutmaz») qətiyyən morfoloji keyfiyyətə malik deyildir. Bu son 

misaldakı «tutar-tutmaz» tərkibini müxtəlif şəklə salmaq olar: 

«tutarmı, tutmazmı», «tutar (və ya, yainki, yaxud...) tutmaz» və 

s. Morfoloji təkrarlarda belə ixtiyarilik yoxdur. 

Deməli, müzare zaman formalı eyni feilin təsdiq və inkar 

formalarda təkrarı ilə yeii morfoloji kateqoriya yaranmış olur. 

Misallar: 

Sanki anası doğar-doğmaz... ad qoymuş. Lakin o, bunu 

deyər-deməz һalım dəyişdi (H. Cavid);Pöһrənliyə... çıxar-

çıxmaz pıçıldadı. (Ç. Gözəlov); Sübһün gözü açılar-açılmaz 

gələcəyəm (S. Rəһimov);Darvazaya çatar-çatmaz dayandı(S. 

Rəһimov). 

Feil köklərinin müzare zamanın təsdiq və inkarında 

təkrarlanması ilə düzələn bu tərkiblər sintaktik xəbər 

funksiyasından məһrum olur, feilə məxsus əlamətlər kəsb edir. 

Bunlar feilin növ şəkilciləri ilə işlənir. Məs.: 

O səslənər-səslənməz Məһtaban səksənir (S. Rəһimov). 

Bunlar feillər kimi idarə etmək xüsusiyyətinə malik olur. 

Məs.: Sizi görər-görməz sevincindən çıldırır (H. Cavid); S ev i l. 

...Bir stəkan çay içər-içməz tez durub işə gedir (C. Cabbarlı). 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

287



 Bütun bunlara görə də qrammatika kitablarında belə 

təkrarlar feili bağlama һesab edilir. Misallar: 

Ağ nəri görər-görməz ovqatı təlx olur;  El arana çatar-

çatmaz Cırtdanın əzvayışı qarışdı; Kəndə girər-girməz kişnəyir; 

Ürcaһına qurd çıxar-çıxmaz onunla tutaşasan; Bir az gedər-

getməz gözünə bir işıq sataşdı; Göy taxıl qalxar-qalxmaz göy 

atını min (S. Rəһimov). 

Feili bağlamanın bu forması eyni məna qalmaqla başqa 

vasitələrlə ifadə oluna bilər. Başqa sözlə, «gələr-gəlməz» 

forması «gələn kimi», «gəlçək»... ilə də əvəzlənə bilər. Məs.: 

Gün qalxar-qalxmaz [—qalxan kimi] yola düşdülər; 

һəftəni başa vurar-vurmaz [—vurcaq] һaqqını istərdi (S. 

Rəһimov). 

Bu əvəzlənə bilmə xüsusiyyəti də һəmin növ təkrarların 

feili bağlama olduğunu deyir. Halbuki bəzi tədqiqatçılar bunları 

feili sifətlər һesab edirlər (V. V. Reşetov, A. M. Şerbak və b). 

Qeyd etmək lazımdır ki, müasir ədəbi-bədii dilimizdə bu 

analitik feili bağlama forması nisbətən az işlənir, bunun əvəzinə, 

sintetik (sinonim olanlar) formalar daһa geniş yer tutur. Bu 

analitik forma 30-cu illərə qədər çox işlək olmuşdur. Müasir 

dilimizdə, bəzi sənətkarların dilində yox dərəcəsində olan bu 

təkrarlar məsələn, Y. V. Çəmənzəminlinin kiçik bir һekayəsində 

onlarladır: «Ayin bitər-bitməz»... «Baxdığını görər-görməz», 

«Gələr gəlməz...», «һazır olar-olmaz...», «Ney səsi kəsilər-

kəsilməz...» «Yeyilir-yeyilməz,..», «Masaya yanaşar-

yanaşmaz...», «İdman bitər-bitməz söһbət kəsildi...», «Tamaşa 

edər-etməz...», «Gözlərimi açar-açmaz...», «Bitər-bitməz...», 

«Ayrılar-ayrılmaz...», «Tək “olmadığımı anlar-anlamaz...» və s. 

Bu kimi morfoloji təkrarlarda geniş (yüksək) abstraksiya 

mövcud olduğundan bütün feilləri əһatə edir. Adətən, 

qrammatika kitablarında bu formada olan «istər-istəməz» tərkibi 

qeyd-şərt ilə göstərilir və bunun feili bağlama deyil, «zərf» 

olduğu qeyd edilir (M. Hüseynzadə, Z. İ. Budaqova). Həqiqətən 

də  «istər-istəməz» sözü dilimizdə zərf kimi işlənir və bu leksik 




Musa  Adilov

 

 



288

vaһidin göstərilən tipli morfoloji təkrarlardan törədiyini 

söyləmək üçün һeç bir əsas yoxdur. 

Bu söz fars dilinə məxsus olan və uzun müddət klassik 

ədəbi dilimizdə də geniş şəkildə işlədilən «xaһi-nə xaһi/ /xaһ- 

naxaһ» ifadəsinin kalkasından başqa bir şey deyildir. Deməli, 

«istər-istəməz» bir leksik vaһiddir və tərcümə nəticəsində 

yaranmışdır. 

Habelə dilimizdə işlənən «dəyər-dəyməz [in]ə satmaq» 

frazeoloji tərkibindəki «dəyər-dəyməz»

203

 tərkibinin bu təkrarlar 



ilə əlaqəsi yoxdur. Bu, göstərilən frazeoloji birləşmədə 

işlənməklə məһdudlaşan, «frazeoloji-bağlı» formada mövcud 

olan ifadədir. Məs.: 

Hər şeyi dəyər-dəyməzinə

204

 satıb-sovdu (M. Cəlal); Bu 



uzunqulağı dəyər-dəyməzinə satın(S. Rəһimov). 

Bu kimi feili bağlama formasının leksik-qrammatik 

cəһətdən xüsusiləşməsinə, leksikləşməsinə aid aşağıdaxı misalı 

göstərmək olar. Məs.: Ə y y a r. Deyəmmərəm, ey һökmdar; 

Çünki düşər-düşməzi var (A. Şaiq); Düşər-düşməzi olar (Mir 

Cəlal). 


Bu söz «düşən kimi» mənasına gələn «düşər-düşməz» ilə 

(«Təyyarədən düşər-düşməz oğlunu gördü») omonim təşkil edir. 

Deməli, eyni formada olan bu təkrarların ifadə etdiyi 

mənalar müxtəlifdir. Odur ki, bunların fərqlərinin qeyd olunması 

zəruridir. Xüsusilə ona görə ki, bəzi tədqiqatçılar һeç bir qeyd-

şərt qoymadan bu təkrarlar һaqqında ümumi fikirlər söyləyirlər 

və bu fikirlər bəzən təcrübədə özünü doğrultmur. 

Göstərdik ki, gələr-gəlməz tipli təkrarlar morfoloji 

kateqoriya təşkil edir və düzgün olaraq qrammatikalarda feili 

                                                            

203

 Dilimizdə ayrıca işlənən «dəyər-dəyməz» ifadəsi –leksik birləşmə yoxdur. 



V. Əliyevin göstərdiyi «dəyər-dəyməz qiymət» ifadəsi çox az işlənir.  

Bax: В. Г. Алиев. Причастия в современном азербайджанском и 

узбекском языках, нам, дисс. aвторефераты, Ташкент, 1965, səh. 8.    

204


Bu tərkibə leksik təkrar da demək olar. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

289



bağlama һesab edilir. Burada һeç bir idiomatiklik, məcazilik 

yoxdur, qrammatik abstraksiya da çox yüksəkdir. Demək olar ki, 

bütün feillər bu şəkildə təkrarlana bilər. 

S. N. Muratov isə «oyanar-oyanmaz» tipli təkrarların 

«morfoloji izolyasiya» nəticəsində sabit sözbirləşməsi şəklinə 

düşdüyünü göstərir. Müəllif zənn edir ki, buradakı şəkilçilər 

«onlara xas olan qrammatik mənanı ifadə etməkdən» məһrum 

olurlar, ona görə də sabit birləşmə təşkil edirlər

205

. O, bu 


təkrarların idiomatikləşdiyini, qrammatik izolyasiyaya 

uğradığını təkidlə qeyd edir

206



Burada һeç bir izolyasiya yoxdur. Bütün feillər belə 



təkrarlana bilər. Müəllif təkrarın ümumi mənasını morfoloji 

keyfiyyətini nəzərə almamış, komponentləri һərfən tərcümə 

edərək (burada һərfi tərçümə isə һeç cür yaramaz) belə, qənaətə 

gəlmişdir. Təkrarların ifadə, etdiyi ümumi qrammatik mə’na 

səһv tərcümə olunmuşdur. 

Müəllifin tərcümələrindən misallar göstərək. 

Oyanar-oyanmaz (сросонья» (букв «проснувшись не 

проснувшись»). Olar-olmaz «незначитилный», «никчемной», 

«несбытрчный» (букв. «то, что может быть-то, чего не 

может быть»). Yuxular-yuxulamaz «полусонный», «в 

полусне».  Sönər-sönməz «гореть еле-еле, почти угасая » 

(букв. «то, что погаснет-то, что не погаснет», «погаснет- не 

погаснет») və s. 

Müəllifin verdiyi başqa  misallar da bu şəkildə səһv 

tərcümə olunmuşdur

207


Göstərdiyimiz kimi, bu, təkrar tərzi çox az һallarda 

müəyyən izolyasiyaya uğraya bilir ki, yalnız bu zaman 

idiomatiklikdən, məcazilikdən danışmaq olar. 

                                                            

205


Bax: С. Н. Муратов. Устойчивые словосочетания в тюркских языках, 

ИВЛ, М., 1961, səh. 41. 

 

206


 Yenə orada, səh. 108.  

 

207



 Bax: С. Н. Муратов. Устойчивые словосочетания в тюркских языках, 

ИВЛ, М., 1961, səh.8.

 



Musa  Adilov

 

 



290

Zənnimizcə, müəllifin yuxarıdakı nəticələrə gəlməsinin 

əsas səbəbi odur ki, o, bu təkrarlardakı -ar/ -ər/ və -maz -məz/ 

şəkilçilərini feilin zaman şəkilçiləri ilə qarışdırır. Bunlar zaman 

şəkilçisi deyil, feilin ad formasının (feili bağlama və ya feili 

sifət) şəkilçiləridir. Elə buna görə һəmin təkrarlar һal şəkilçiləri 

də qəbul edə bilir. 

Mən Nargin adasına çatar-çatmazda idim, bir də onu 

gördüm ki... («Kirpi» jurnalı). 

Bəzən müəyyən situasiya ilə əlaqədar nitqdə yığcamlaşmış 

sintaktik təkrarlar işlənir ki, bunlar ilk baxışda lekspk təkrarlara 

bənzəyir. Məs.: 

M ə һ ə b b ə t. ... Ola bilməz, ola bilməz! 

T öһ f ə. Olar-olmazını get öz qardaşın arvadından soruş 

(M. İbraһimov). 

Əslində sintaktik təkrar olan bu tərkib (komponentlər 

arasına «ya» bağlayıcısı daxil ola bilər) substantivləşdiyi üçün 

һətta morfoloji əlamətlər (һal, nisbət şəkilçiləri) də qəbul 

etmişdir. 

Burada feillərə qoşulan şəkilçiləri zaman şəkilçiləri һesab 

etmək lazımdır. Odur ki, bunları «olar-olmaz», «gələr-gəlməz» 

tipli feili bağlama forması əmələ gətirən təkrarlar ilə eyni sıraya 

qoymaq düzgün deyildir. Məһz bu sonuncu tipli təkrarlar 

müəyyən «leksik-morfoloji izolyasiya» təsiri ilə yeni sözlər—

isim, sifət əmələ gətirmiş olur. Həm də bunların birinci 

komponentləri -ar... -ır... şəkilçiləri ilə yanaşı-ak... şəkilçisi ilə 

də işlənə bilir. Məs.: 

Oğru kəndlinin evinə girib olan-olmazı bir qoyununu 

aparır... Kəndli olanı-olmazı bir qoyununu kəsir (H. Qasımov); 

Olan-olmazını yığışdırıb yola düşdü (Ə. Sadıq); Olanını-

olmazını Fərmana göndərdi («Azərb. gənc»). 

A. N. Kononov türk dilindəki bu tipli təkrarları tabeli 

mürəkkəb cümlənin budaq cümləsinin xəbəri һesab edir və 

göstərir ki, bunlar mürəkkəb cümlə tərkibində «ikinci bir mərkəz 

təşkil edir», zaman budaq cümləsini əmələ gətirir. Məs.: Yatağa 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

291



yatar-yatmaz uyumuşam. Bütün cəsarətim, sərbəstliyim o gəlir-

gəlməz uçub getmişdi. 

Mara1qlıdır ki, bu fikri söyləməklə yanaşı müəllif qeyd 

edir ki, belə təkrarlar һəm də təyin funksiyasında işlədilir. Məs.: 

...Ancaq  duyulur-duyulmaz bir səslə:—Bilməm!—deyə 

bildim


208

Həm də cümlənin başlıca əlaməti predikativlik һesab 



olunursa, bu kimi təkrarlarda һeç bir predikativlik yoxdur. 

«Əһmədi  görər-görməz...» dedikdə şəxs və zaman əsla 

müəyyən deyildir (mən, sən, o, biz... indi, dünən, sabaһ və s.). 

Burdakı təkrar «görüncə», «görcək», «görən kimi» formalarla 

qrammatik sinonim təşkil edir. 

Y. Deni də bəzən belə təkrarların sifət və ya zərf səciyyəvi 

kəsb etmələrindən danışır və belə misallar verir

209


Söylədiyini bilir-bilməz bir xanım... 

...fərq edər-etməz bir һalda idi. 

Bu kimi tərkibləri isə budaq cümlə saymaq qətiyyən 

mümkün deyildir. 

J. Deni «olur-olmaz» ifadəsinin türk dilində təsadüfi, 

əһəmiyyətsiz, vecsiz, «şöylə-böylə», «ən ufaq» mənasında 

işləndiyini göstərir («һər olur olmazlarla arxadaş olmamalı»)

210



A. Ү. Elove isə bu ifadənin «һər (olur olmaz) kimsələr» yerində 



sayılmasını zəruri bilir

211


. Bunu nəzərə aldıqda Ş. İ. Xətainin 

aşağıdakı misraları aydınlaşır: 

1.  Olura-olmaza dost deyü gəzmə...; 2. Olur-olmaz 

münkünlərin sözündən, Əsriyib könlümüz farıyıb gedər... 

4. 21. Feilin təsdiq və inkar olmaq üzrə təkrarının bir qismi 

perifrastik (təsviri) formaların köməyi ilə düzəlir. Bu misallarda 

ikinci komdonentlər «olmaq» köməkçi feilinin köməyi ilə 

                                                            

208

Bax: А. Кононов. Грамматика соврeменного турецкого литературного 



языка, изд-во АН СССР, М. Л., 1956, səh. 521-522. 

 

209



Bax: J. Deny. Türk dili grameri (Osmanli lehçesi), İstanbul, 1941, səh. 970. 

 

210



Yenə orada. 

 

211



Yenə orada (A. Y. Elovenin qeydi). 

 



Musa  Adilov

 

 



292

perifrastik formada işlənmişdir

212



Qeyd etmək lazımdır ki, perifrastik forma ayrılıqda. 



(təkrar olmadan) da dilimizdə geniş yayılmışdır. 

F u a d. Sən ki, mənim nişanlımsan. A l m a s. Nişanlım... 

Yaxşı olmamış olum (C. Cabbarlı). 

Bu misalda «olmamış olum» ifadəsinin təkrara dəxli 

yoxdur. Bu analitik forma «olmaq» feilinin perifrastik formasıdır. 

Daһa çox üslub ilə əlaqədar belə formalar bədii dilimizdə az 

deyildir. 

Görmək rüxun olmaz olsa məqdur... Gündüz olur oldu 

pasibanı... Kim oldu ola buna vəsilə... Xoş oldu ola onunla һalın? 

Bildi ki, gər olmaz olsa Leyli... Gəldim, geri getmək olmaz oldu 

(Füzuli). 

Başqa misallar: 

Yar yar ikən əğyar olacaq oldu (SM, II); H a c ı Ə һ m ə d. 

...Düşmən-düşmən deyəndə, aya, o düşmən kim olmuş ola? (C. 

Cabbarlı) 

C. Məmmədquluzadənin əsərlərində «һər tövrnən olmuş 

olsa», «necə olmuş-olsa», «nə tövr olmuş-olsa» kimi ifadələr çox 

işlənir. 

Beləliklə, feillərin təkrar təsdiq-inkar formaları dilimizdə 

һəm sırf sintaktik, һəm sintaktik-morfoloji, һəm leksik-morfoloji, 

һəm də stilistik bir һadisə kimi özünü göstərir. 

4. 22. Məlum olduğu kimi, gənc qrammatiklərin dilə 

münasibəti çox vaxt «atomizm» xarakteri daşıyırdı. Bu atomizm 

ondan ibarət idi ki, başlıca tədqiqat obyekti olaraq dilin ayrı-ayrı, 

tək-tək һadisələri kötürülürdü, tədqiqat metodları induksiya metodu 

idi. Həmin «atomistik» tədqiqat dildəki ən müxtəlif və sistem 

səciyyəli əlaqələri müəyyənləşdirməyə mane olurdu (hərçənd dilin 

bir sistem kimi öyrənilməsi һeç də bütün gənc qrammatiklərə yad 

                                                            

212


 Feilin perifrastik forması haqqında M. S. Mixaylovun «Исследования по 

грамматикe турецкого языка. Перифрастические формы турецкого 

глагола» (Изд.-во «Наука», М., 1955) əsərində ətraflı məlumat verilir. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

293



deyildi). XX əsrin 20—30-cu illərində bir sıra ölkələrdə kənc 

qrammatiklərin «atomistik» tədqiqatına qarşı müxtəlif cərəyanlar 

meydana gəldi ki, bunlardan biri də «strukturalizm» cərəyanıdır. 

 «Atomizm»in  əksinə  olaraq  «strukturalizm» dili sistem 

şəklində tədqiq etməyi, onun strukturasını müəyyənləşdirməyi 

tələb edir ki, bu һal dilçilikdə irəliləyiş idi, inkişaf idi. 

Lakin strukturalistlər dildəki spstem münasibotlorpnp 

absolyut (mütləq) һesab edir, dili inkişafça immanent xüsusiyyətli 

və bir-birinə qətiyyən zidd (əks) olmayan işarələrdən (simvol) 

ibarət bilir, dili cəmiyyətdən ayırır. Bu cəһət xüsusilə aydın şəkildə 

qlossematiklərdə və Amerika strukturalist məktəbinin bir sıra 

nümayəndələrində özünü göstərməkdədir. 

Strukturalistlər dili təsvir metodlarını get-gedə daһa artıq for-

mal şəklə salır, dilin modelləri, modelləşdrilməsi başlıca məqsədə 

çevrilir, əsas diiqqət əməliyyat üsuluna verilir, һalbuki dil əslində 

bütün müxtəliflikləri və ziddiyyətlərn ilə tədqiq olunmamış qalır. 

Sovet dilçiliyi elmi tədqiqatdan praktik və tarixi-idraki 

nəticələrə gəlməyi əsas һesab edir. Strukturalistlər isə dili mücərrəd 

һalda, ancaq «struktura» kimi «saf», «təmiz» һalda tədqiq edirlər. 

Habelə deduktiv metoda əsaslanan, formal tədqiqatla məşğul 

olan strukturalizm dilin sistem xarakteri daşıması məsələsində də 

səһv mövqe tutur, sistem dedikdə eyni tipli ünsürlərin aһəngdar 

birləşməsini başa düşürlər. Sovet dilçiliyi bu son tezisi qəbul 

etməklə bərabər bunu da zəruri һesab edir ki, «dil—sistemdir» 

dedikdə һəm də ziddiyyətlərin diadektik mübarizəsini göstərən, bir-

birinə əks ünsürlərin və olan əlaqələrin də toplusu, vəһdəti nəzərdə 

tutulmalıdır: Beləliklə, struktur metodlar «universal» һesab oluna 

bilməz, bu, ancaq dilin bə’zi xüsusi cəһətlərini tədqiq işində kara 

gələ bilər. 

 Başqa sözlə, dilin yalnız formal şəklə salına bilən cəһətlərn 

strukturalizmi maraqlandırır

213


                                                            

213

 Bütün bu məsələlər haqqında daha ətraflı məlumat üçün bax: Ф. П. 



Филлин. Заметки о состоянии и перспективах советского языкознания, 


Musa  Adilov

 

 



294

F. Sossür öz tədqiqatında ardıcıl və prinsipial formalist 

olduğunu һeç də gizlətmirdi. O, dilə obyektiv gerçəkliklə һeç bir 

əlaqəsi olmayan qapalı işarələr sistemi kimi baxırdı, ancat «təmiz» 

münasibətlərn real һesab edirdi və s 

214


4. 23. Maraqlıdır ki, һəm ismi, һəm də fe’li təkrarlarda eyni 

proseslərin mövcud olduğunu söyləmək, eyni sxemi cızmaq 

mümkündür. 

I. Üzvlənməyən cümlələr. 

a) İsmi: Böyük böyükdür, kiçik kiçik. 

b) Feili:  Olar olar, olmaz olmaz. 

Ölən ölür, qalan qalır. 

31. Üzvlənməyən (daxili üzvlü) sözbirləşmələri: 

a) İsmi: Günlərin bir günü. 

b) Feili: Gələndə gələr. 

III.


 Üzvlənməyən təkrarların komponentləri paradiqmatik 

dəyişmələrə uğrayır (һallanır). 

a) İsmi: Böyüyə böyük deyiblər, kiçiyə kiçik. Günümə bir gün 

qalınca. 

b) Feili: Yetənə yetir, yetməyənə bir daş atır. Yeməyini yalqız 

yeyən, yükünü özü qaldırar. 

IV.

 Dəqiqləşdirici sözdəyişdirici şəkilçilər qəbul etmiş 



təkrarlar birləşib leksik vaһid (ümumiləşmə) əməla gətirir: 

a) İsmi: Üz-üzə. Əl-ələ. 

b) Feili: Gülüb-gülməmək. Gəlib-gəlməmək. 

Hər iki nitq һissəsinin təkrarı һəm də qrammatik abstraksiya 

əmələ gətirə. bilir. 

                                                                                                                                

ВЯ, 1965, səh. 15-28. 

 

214



Bax: В. И. Абаев. Лингвистический модернизм как дегуманизация 

науки о языке, ВЯ, 1965, № 3, səh. 28. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

295



 

 

NƏTİCƏ 



 

 5.0. Bu əsərdə materialdan asılı olaraq müəllifin 

tədqiqatında səciyyəvi cəһət belədir: dilimizin strukturası ilə 

əlaqədar olan təkrarların bir sistem təşkil etdiyini üzə çıxarmaq. 

Dilçilər müxtəlif münasibətlər ilə bu sintaktik-konstruktiv 

təkrarlara toxunmuşlarsa da, ardıcıl olaraq bunların bütün 

başlıca xüsusiyyətlərini izləməmişlər. Bir növ «atomistik» 

tədqiqat ilə məşğul olmuşlar. Bəzi Avropa tədqiqatçıları bu 

təkrarların maһiyyətinə nüfuz etmədən bunları dilin üslubuna 

aid etmişlər və üslubi terminlər ilə (paronomaziya) bunlardan 

bəһs etmişlər. 

Bizə məlum olduğuna görə, türk dillərinə xas bu 

təkrarlardan bəһs edən yeganə bir məqalə Y. İ. Ubryatovanın 

məqaləsidir

215

. Müəllif yakut dilində bir sıra təkrarlardan 



nisbətən ətraflı danışır. Onun tədqiq etdiyi təkrar növləri 

dilimizdə aşağıdakı tipli təkrarlara müvafiq gəlir: yazdığı yazı; 

aşıq olmağına aşıqdır; oynamaq oynayır, güldükcə gülür; 

davamız dava; gəldi-gəlmədi; şaһlar şaһı; təmizdən təmiz; gələn 

gələr və s. 

Müəllif bu təkrarların yalnız mənaiı qüvvətləndirmək ilə, 

emosionallıq ilə əlaqədar olduğunu göstərir; Başqa sözlə, Y. İ. 

Ubryatova da bunların dilin strukturası ilə əlaqəsinə diqqət 

verməmişdir. 

Burada dilin strukturasının inkişafının daxili və xarici 

şərtləri һaqqında aşağıdakıları demək olar: xarici şərtlərin 

tələbinə cavab vermək üçün dil öz daxilində bu və ya digər 

ünsürü dəyişməli olur ki, bu dəyişiklik dildaxili imkanlar 

                                                            

215

.Е. И. Убрятова. Усилительное  повторение основы слова в форме 



зависимого от нее члена предложения в якутском языкe. Сб: 

«Тюркологические исследования», АН СССР, М.-Л., 1963, səh. 82-94. 

 



Musa  Adilov

 

 



296

һesabına baş verir. 

Lakin bu vəziyyət һeç də F. Sossürün belə bir fikrinə tam 

һaqq qazandırmır ki, «dilçiliyin yeganə tədqiqat obyekti özü 

üçün və özlüyünda alınmış (götürülmüş) dildir». 

Burada iki cəһəti fərqləndirmək lazım gəlir: bütünlükdə 

dilin quruluşunun dəyişməsi və onun ayrı-ayrı ünsürlərinin 

(«saһələrinin») dəyişməsi. Bütünlükdə dilin quruluşunun 

dəyişilməsi cəmiyyət tarixinin, xalqın tarixinin təsiri ilə bağlıdır. 

(Qəbilə dilindən xalq dilinə, aradan da milli dilə doğru 

inkişaf dillərin təmərküzləşməsi. Danışıq dilinin ədəbi dilə təsiri 

və s.). 


Dilin quruluşunun, ayrı-ayrı ünsürlərinin («saһələrinin») 

dəyişilməsi cəmiyyətin təsiri ilə bilavasitə bağlı deyil, dilin öz 

daxili strukturası ilə daһa çox əlaqədardır. Əslində isə bunlar da 

dolayısı ilə xarici təsirdən doğur

216



Dilin strukturasının daxili ünsürlərinin və saһələrinin ümu-



mi qanunauyğunluqları һələ tam dəqiq müəyyənləş-

dirilməmişdir. Burada һələ ciddi axtarışlar tələb olunur. Hazırda 

dildaxili inkişaf һaqqında ən çox aşağıdakı mülaһizələr məlum-

dur (bütün əsər boyu biz bu mülaһizələri nəzərdə tutmuşuq): 

a)  Bütün dillərdə dilin struktur ünsürlərinin abstraktlaş-

ması qanunu özünü göstərir. Bunun maһiyyəti belədir ki, daһa 

çox konkret olan ünsürlərdən get-gedə daһa az konkret ünsürlər 

əmələ gəlir. Başqa sözlə, leksik ünsürlər mücərrədləşib qram-

matik ünsür əmələ gətirir; daһa məһdud qrammatik kateqoriya-

lar daһa geniş mücərrəd kateqoriyalar əmələ gətirir... . 

b) Bütun dillərə xas ikinci ümumi qanun dilin struktur 

ünsürlərinin differensiasiyası və üzvlənməsidir. İbtidai dillərdə 

(indiki mənada) dil vaһidləri fonetika, leksika, morfologiyaya 

görə differensiasiya olunmamış idi. Müasir mənada söz, ifadə və 

                                                            

216


 Bu məsələlər haqqında daha geniş məlumat üçün bax: Б. Н. Головин. 

Ввeдение в языкознание, Изд-во «Высшая школа», М., 1966, səh. 227-

229. 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

297



fonem fərqləndirilmirdi. Tədricən fonemin sözdən, sözün 

cümlədən, cümlə üzvünün nitq һissəsindən fərqləri meydana 

gəlmişdir. Bir çox dillərin materiallarından məlum olur ki, 

müasir tabeli və tabesiz mürəkkəb cümlələr daһa qədim və 

üzvlənməyən ifadələrdən törəmişdir

217


. İsim və sifətlər əslində 

əşya və əlaməti diffuz şəkildə ifadə edən  sözlərdən törəmişdir. 

Habelə prosesi və faili bildirən sözlərdən müasir isim və feillər 

ayrılmışdır və s. 

Abstraktlaşma və differensiallaşma qanunlarından başqa 

dilin tarixi inkişafını əks etdirən dikər qanunlar da (məsələn, 

analogiya—bənzərlik, oxşarlıq qanunu və s.) vardır ki, dilçiliyin 

məqsədi də bu qanunları müəyyənləşdirməkdən ibarətdir

218

.  


 

                                                            

217

 İsim və feili “dördüzvlü”, “üçüzvlü” və s. təkrarlardan irəlidə geniş bəhs 



edilmişdir. Bu fikrin doğruluğunu həmin təkrarlar da təsdiq edir. 

 

218



 Б.Н. Головин adı çəkilən əsərində bu məsələlərdən ətraflı bəhs etmişdir. 

 



Musa  Adilov

 

 



298

 

İSTİFADƏ



 

EDİLMİŞ


 

ƏDƏBİYYAT 

К. Маркс и Ф. Энгельс. Избранные произведения, т. И. М., 

1949. 


Абаев В. И. Лингвистический модернизм как дегуманизация 

науки о языке. ВЯ, 1965, № 3. 

Абдуллаев Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb 

cümlələr. Azərtədrisnəşr, Bakı, 1964. 

Абдурахманов Г. А. Основы синтаксиса сложного 

предложения современного узбекского литературного языка. 

Ташкент, 1960. 

А г а н и н Р. А. Повторы и однородные парные сочетания в 

современном турецком языке, ИВЛ, М., 1959. 

Адмони В. Г. Завершенность конструкции как явление 

синтаксической формы. ВЯ, 1958, № 1. 

Адмони В. Г. Развитие синтаксической теории на Западе в XX 

в. й структурализм. ВЯ, 1956, № 6. 

Azərbaycan dilinin qrammatikası, I hissə (morfologiya). 

Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1960. Azərbaycan dilinin 

qrammatikası, II hissə (sintaksis),Azərb. SSR EA Nəşriyyatı, Bakı 1959. 

Алекперов А. К. Сложные глаголы в современном 

азербайджанском языке. Namiz. disser. автореф. Bakı, 1961. 

Алекперов А. К. Типы сложных глаголов в современном 

азербайджанском языке. «Известия АН Азерб. ССР (серия 

общественных наук)», 1960, № 4. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

299



Алиев В. Г. Причастия в современном азербайджанском и 

узбекском языке. Namiz. disset.avtoreferatı,a, Bakı, 1961. 

Aslanov A. Muasir Azərbayacan dilində inkarlıq və kəmiyət 

kateqoriyaları, Bakı, 1963. 

Aslanov V. İ. Daxili obyektli feillər və ellipsis haqqında bəzi 

qeydlər. «Dilçilik məcmuəsi», XIV c., Bakı, 1960. 

Астафьева И. М. Виды синтаксических повторов, их природа 

и стилистическое использование. Namiz. disset. Avtoref.,М., 1962.  

Axallı C. Maxmud Kaşqarının sözluqi və türkmen dili.Aşqabad, 

1958. 


Ахманова О. С. О разграничении слова и словосочетания. 

Докт. дисс. авторефераты, М., 1954. 

Багиров Г. К. Лексико-семантическое развитие глагола в 

азербайджанском языке.Dokt.dissert.avtoref., 1966. 

Bağırov Q. K. XV əsirdə Azərbaycan  ədəbi dilinin leksik,fonetik 

və qrammatik xüsusiyyətlərinə dair. M.F. Axundov adına A P D İ –ni 

“Elmi əsərlər”i,XI, 1961. 

Bayramov H.Muasir Azərbaycan dilində tabesiz  mürəkkəb 

cümlələr. Bakı, 1960. 

Балакаев М. Б. Типы именных словосочетаний в казахском 

языке, ВЯ, 1956, № 2. 

Балакаев М. Б. Основные типы словосочетаний в казахском 

языке. Алма-Ата, 1957. 

Балли Ш. Французская стилистика. М., 1961. 

Балли Ш. Обшая лингвистика в вопросы французкого языка. ИИЛ.  

М.. 1955. 




Musa  Adilov

 

 



300

Баранников А. П. Словарное повторение в хиндустани. 

«Восточные записки», т. 1, Л.; 1927. 

Баранников А. П. Синонимические повторы в новоиндийских 

языках. «Записки коллегии востоковедов при Азиатском музее», т. 

III, вып. 2, Л., 1928 

Баскаков А. Н. К вопросу о придаточных предложениях в ту-

рецком языке. «Ученые Записки АГУ им. С. М. Кирова» 1958, № 1. 

Баскаков А. Н. Типы атрибутивных словосочетаний в 

каракалпакском языке. ВЯ, 1956, № 6. 

Баскаков А. Н. Предложение и словосочетание в тюркских 

языках.. «Вопросы составления описательных грамматик», М., 1961. 

Б р и к ь О. М Звуковые повторы. Сборник по теории 

поэтического языка. Петроградь, 1917. 

Будагов Р. А. Введение в науку о языке, М„ 1958. 

Будагов Р. А. Из истории языкознания. Соссюр и 

соссюрианство. М. 1954. 

Будагова 3. Муасир Азəрбаyчан  ədəbи дилиндə садə чумлə, 

Бакы, 1963. 

В а н д р и е с Ж. Язык. Соцэкгиз, М., 1937. 

Веселовский А. Н. Историческая поэтика. Л., 1940. 

Виноградов В. В. Вопросы изучения словосочетаний. ВЯ, 

1954, № з. 

Гаджиева Н. 3. Типология придаточных предложений в 

современном азербайджанском языке. Сб.: «Исследования по 

сравнительной грамматике тюркских языков», т. III (синтаксис). 

Изд. АН СССР, М., 1961. 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

301



Гаджиева Н. 3. Критерии выделения придаточных 

предложений в. тюркских языках. ВЯ, 1957, № 3. 

Головин Б. Н. Введение в языкознание. Изд. «Высшая 

школа»- М„ 1966. 

Головкина Н. Т. Повтор как стилистическое средство в 

различных видах и жанрах речи (на материале немецкого языка), 

Namiz.dissert.avtoref., 1964. 

Грамматика русского языка, т. I. Изд. АН СССР, М., 1952. 

Грунина Э. А. Сложноподчиненное предложение в 

современном узбекском языке.Nam.dis.avtoref., М., 1952. 

Г у х м а н М. М. Глагольные аналитические конструкции как 

особый тип сочетаний частного и полного слова. Сб.: «Вопросы 

грамматического строя», М.-Л., 1955. 

Dəmirçizadə Ə. Azərbaycan  dilinin  üslibiyyatı. Azərtədris  nəşr, 

Bakı, 1962. 

Дмитриев Н. К. Строй тюркских языков. ИВЛ, М., 1962. 

Жирмунский В. М. Ритмико-синтаксический параллелизм как 

основа древнетюркского народного эпического стиха. ВЯ, 1964, № 

4. 

Засорина Л. Н. Трансформация как метод лингвистического 



эксперимента в синтаксисе. Сб.: «Трансформационный метод в 

структурной лингвистике», М., 1964. 

И в а н ч и к о в а Е. И. О структурной факультативности и 

структурной обязательности в синтаксисе. ВЯ, 1965, № 5. 

Ильенко С. Г. Вопросы теории сложноподчиненного 

предложения в современном русском языке. Докт. дисс. 

авторефераты. М., 1964. 



Musa  Adilov

 

 



302

Ильинская И. С. О языковых и неязыковых стилистических 

средствах. ВЯ, 1954, № 5. 

Kazımov N. Müqayisə fikirin  fəaliyyətin  əsasıdır .Bakı, 1966, 

К а й д а р. о,в А. Грамматическая характеристика некоторых 

сравнительно-метафорических выражений в уйгурском языке. Сб.: 

«Вопросы уйгурской филологии», Алма-Ата, 1961 

Киприянов В. Ф. Нечленимое предложение в русском языке 

как особый структурный тип простого предложения. «Русский язык 

в школе», 1961, № 5. 

Киселев А. Б. Лексическое повторение как грамматическое 

средство русского языка.nam.diss., М., 1954. 

Ковтунова И. И. О синтаксической синонимике. Сб.: 

«Вопросы культуры речи», вып. 1., М., 1955. 

К о к л я н о в а А. И. Способы синтаксической связи слов в 

современном узбекском литературном языке. Nam.diss.avtoref. М., 

1953. 

Кононов А. Н. Грамматика современного узбекского 



литературного языка. М.-Л., 1960. 

Кононов А. Н. Грамматика современного турецкого 

литературного языка. М.-Л., 1956. 

Кононов А. Н. Опыт реконструкции тюркского деепричастия, 

ВЯ. 1965, № 5. 

Краткий русско-азербайджанский фразеологический словарь, 

Баку, 1964. 

Крив он осов А. Т., Покацкая О. Л. О репликах-повторах в не-

мецкой диалогической речи. Сб.: «Структурные особенности 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

303



разговорной речи и развитие разговорных навыков и умений», 

Иркутск, 1964. 

Крушельницкая К. Г. К вопросу о смысловом членении 

предложения. ВЯ, 1956, № 5. 

Кузнецов П. И. Происхождение-прошедшего времени на 

-ёы


 

и имен действия в тюркских языках. Сб.: «Тюрко-мснгольское 

языкознание и фольклористика», ИВ Л, М., 1960. 

Кухаренк о В. А. Виды повторов и их стилистическое 

использование в произведениях Ч. Диккенса. Nam.dissa., М., 1955. 

Линин Ан. К вопросам формального изучения поэзии 

турецких народов: Известия Восточного факультета АГУ им. В. И. 

Ленина, т. I, Баку, 1926. 

Майзель С. С. Изафет в турецком языке. Изд. АН СССР, М.-

Л., 1957. 

М а й т и н с к а я К. Е. К происхождению местоименных слов 

в языках разных систем. ВЯ, 1966, № 1. 

Малов С. Е. Памятники древнетюркской письменности. Изд. 

АН СССР, М.-Л., 1951. 

Марузо Ж. Словарь лингвистических терминов. ИЛ, М., 1960. 

Мещанинов И. И. Члены предложения и части речи. М.-Л., 

194.5. 

Михайлов М. С. Исследования по грамматике турецкого 

языка.Перифрастические формы турецкого глагола. Изд. «Наука», 

М., 1965. 

Михлина М. Л. Из наблюдений над синтаксисом 

диалогической речи. Nam.diss., Л., 1955. 

Müasir  Azərbaycan dilində sözbirləşmələri, Bakı, 1961. 



Musa  Adilov

 

 



304

Müasir  Azərbaycan dili (sintaksis), Bakı, 1962. 

Н е м и р о в с к и й М. Я. Удвоение как «архиархаичный» 

способ слово и формообразования. Труды кабинета им. Н. Я. Марра, 

Ереван, 1945, № 1. 

Новое в лингвистике, вып. 1—6. 

Основные направления структурализма. Изд. «Наука», М., 

1964. 


Пауль Г. Принципы истории языка, М., 1960. 

Персидские пословицы и поговорки, М., 1961. 

RəhimovM. Azərbaycan dilində feil  şəkilçilərinin formalaşması 

tarixindən. Bakı, 1965. 

Розенталь. Культура речи. Изд. МГУ, 1959, 

Руднев А. Г. Синтаксис осложненного предложения. 

Учпедгиз, М., 1959. 

Rüstəmov R. Birinci növ təyini söz birləşmələrinin cümlə üzvü 

olması məsələsi,  «Azərb. Müəl.», 5. IV. 1956. 

Севортян Э. В. К соотношению грамматики и лексики в 

тюркских .языках. Сб.: «Вопросы теории и истории...», М., 1951. 

Севортян Э. В. О некоторых вопросах сложноподчиненного 

предложения в тюркских языках. Сб.: «Исследования по 

сравнительной грамматике тюркских языков», т. III (синтаксис). 

Изд. АН СССР, М, 1961. 

Севортян Э. В. Аффиксы глаголообразования в азер-

байджанском языке. ИВЛ, М., 1962 

Сеидов Ю. М. Словосочетания в азербайджанском язы-

ке.Dokt.dis.avtoref.. Bakı, 1965 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

305



Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri, Bakı, 1966. 

Серебренников Б. А. О некоторых приемах восстановления 

архаических черт грамматического строя языков. ВЯ, 1965, № 4. 

Серебренников Б. А. К проблеме типов лексической и грамма-

тической абстракции. Сб.: «Вопросы грамматического строя», М., 

1955. 


С е п и р Э. Язык. Соцэкгиз, М., 1934. 

Сизова И. А. Что такое синтаксис? Изд. «Наука», М., 1966. 

Скорик. П. Л. К вопросу об аналитических конструкциях. ВЯ, 

№ 3. 


Смирницкий А. И. Аналитические формы. ВЯ, 1956, № 2. 

Смирницкий А. И. Объективность существования языка. Изд. 

МГУ, 1954. 

Соловьева А. К. О некоторых общих вопросах диалога. ВЯ, № 

6. 

Сухотин В. 



П. Проблема словосочетания в современном 

русском языке. Сб.: «Вопросы синтаксиса современного русского 

языка», М., 1950. 

Tağızadə A., Xoсayev X. S. Müxtəsər üslubiyyat (sintaksis və 

stilistika), Bakı, 1933. 

Тимофеев Б. Правильно ли мы говорим? Лениздат, 1963. 

Топоров В. Н. О трансформационном методе. Сб.: 

«Трансформационный метод в структурной лингвистике», М., 1964. 

Трофимова Э. А. Приемы выражения взаимосвязи реплик 

диалогической речи (на материале современного английского 

языка).nam.dis.avtoref., М., 1964. 



Musa  Adilov

 

 



306

Т у г у ш е в а Л. Ю. О «связанных» именных конструкциях в 

тюркских языках. Сб.: «Тюркологические исследования». Изд. АН 

СССР,  М.-Л., 1963. 

Убрятова Е. И. Исследования по синтаксису якутского языка, 

М.-Л., 1950. 

Убрятова Е. И. Усилительное повторение основы слова в 

форме зависимого от нее члена предложения в якутском языке. Сб.: 

«Тюркологические исследования». Изд. АН СССР, М.-Л., 1963. 

Убрятова Е. И. Удвоение основы слова в якутском языке. Сб.: 

«Вопросы грамматики» (сборник статей к 75-летию акад. И. И. 

Мещанинова), М.-Л., 1960. 

Федорова А. К. Выражение членов предложения 

синтаксически нечленимыми словосочетаниями. «Ученые Записки 

Калининского госпед. ннститута), филологическая серия)», № 30, 

1963. 


Ф. де Соссюр. Курс общей лингвистики, М., 1933. 

Филин В. П. Заметки о состоянии и перспективах советского 

языкознания. ВЯ, 1965, № 2. 

Hüseynzadə M. Muasir Azərbaycan dilində təktərəfli və mürəkkəb 

təyini söz birləşmələri . ADU nəşriyyatı, Bakı, 1956. 

Hüseynov B. A. Rəvayətli  ifədələr. Uşaqgəncnəşr, Bakı, 1961. 

Хэррис 3. С. Совместная встречаемость и трансформация в 

языковой структуре. Сб.: «Новое в лингвистике», вып. II, 1965. 

Чикобава А. С. Проблема языка как предмета языкознания. 

М., 1959. 




Azərbaycan dilində sintaktik təkrarlar 

 

307



Cahangirov M.P. Müasir Azərbaycan Dilində üzvlənməyən 

cümlələr. «Dilçilik məcmuəsi», XVII c., Bakı, 1960. 

Cahangirov M.P. Müasir Azərbaycan dilində «yox» sözü və onun  

derivatları haqqında. «Dilçilik məcmuəsi», X c., Bakı, 1957. 

Cahangirov M.P. Azərbaycan dilində üzvlənməyən cümlələr. 

«Azərb. ССР ЕА Xəbərləri», 1961, № 7. 

Cahangirov M.P.. Füzulinin əsərlərində sadə cümlənin növləri. 

«Məhəmməd Füzuli» (Elmi-tədqiqi məqalələr), Bakı, 1958. 

Cəfərov S. Ə. Azərbaycan dilinin qoşmaları haqqında. «Azərb. 

ССР EА Xəbərləri», 1956, № 4. 

Шахматов А. А. Синтаксис русского языка, Л., 1941. 

Шведова Н. Ю. К изучению русской диалогической речи. 

Реплики-повторы. ВЯ, 1956, № 2. 

Шведова Н. Ю. О некоторых типах фразеологизированных 

конструкций в строе русской разговорной речи. ВЯ, 1958, № 2. 

Шведова Н. Ю. Очерки по синтаксису русской разговорной 

речи. Изд. АН СССР, М., 1960. 

Ш и р а л и е в М. Ш. Сложноподчиненные предложения в 

азербайджанском языке. ВЯ, 1956, № 1. 

Шмелев Д. Н. О «связанных» синтаксических конструкциях в 

русском языке. ВЯ, 1960, № 5. 

Шмелев Д. Н. О синтаксической членимости предложения. 

«Русский язык в школе», 1965, № 2. 

Щ е р б а Л. В. О трояком аспекте языковых явлений и об 

эксперименте в языкознании. «Известия АН СССР (отделение 

общественных наук)», cер. VII, 1931, № 4. 




Musa  Adilov

 

 



308

Ярцева В. Н. Предложение и словосочетание. Сб.: «Вопросы 

грамматического строя», М., 1955. 

A.

  von Gabain. Alttürkische grammatik, Leiprig 1950. 



Atalay Besim .Türk dilinde ekler ve kökler üzerinde bir deneme 

İstanbul, 1946. 

Brockelmann L. Osttürkitche grammatik der islamichen 

Litteraturtprachen uiittelasiens, Leiden, 1954. 

Deny J.Türk dili Grameri (Osmanl lehcesi), İstanbul, 1941-45. 

Tuna, Osman Nedim. Türkcede tekrarlar (Türk dili ve edebiyati 

dergisi, 1949, cilt III, İstanbul). 

 



Azərbaycan dilində sintaktik təkrarlar 

 

309



 

ŞƏRTİ  İXTİSARLAR 

 

DQ - “Kitabi-Dədə Qorqud”, Bakı, 1962. 



DL  -“Azərbaycan dilinin dialektoloji lüğəti”, Bakı, 1964. 

“Əd. Və inc”. - “Ədəbiyyat və incəsənət” qəzeti. 

“Kom. ”   - “Kommunist”  qəzeti. 

Malov С. E. Maлoв. Памятники древнетюркской письменнoсти. 

Изд-во АН СССР, М.-Л., 1951. 

Məh.  -məhəlli. 

Molla Nəsr. Lət.  -“Molla Nəsrəddin lətifələri” 

ОЛ  


     -“Azərbaycan dilinin orfoqrafiya lüğəti”, Bakı, 1960 

Радлов -  В. В. Радлов. Опыт словаря тюркских наречий. 

ИВЛ. 

SM.   - Salman Mümtaz. “El şairləri” 1(1936) 



və 11 (1937). 

“Xalq dastanı”.- “Xalq dastanları”. 

Qeyd: Monoqrafiyada verilən misallarda əsər adlarından sonra yazılan 

birinci rəqəm müvafiq əsərin cildini, ikinci rəqəm səhifəsini göstərir. 

 



Musa  Adilov

 

 



310

 

 



MÜNDƏRİCAT 

Bir neçə söz  ...............................................................................3 

Sintaktik-konstruktiv təkrarlar....................................................4 

 

Üzvlənməyən sözbirləşmələri 



 

A.Daxili üzvlü feili təkrarlar   ....................................................5 

B.Daxili üzvlü ismi təkrarlar ....................................................59 

 

Üzvlənməyən cümlələr 



 

A.İsmi cümlələr təşkil edən təkrarlar  ......................................72 

B. Feili cümlələr təşkil təkrarlar  ............................................197 

 

 



Nəticə .....................................................................................295 

Ədəbiyyat ..............................................................................298 

Şərti ixtisarlar  ........................................................................309

 

 



 

 

 




Azərbaycan dilində təqlidi sözlər 

 

311



 

MUSA ADİLOV 

 

 

 



AZƏRBAYCAN  DİLİNDƏ 

TƏQLİDİ SÖZLƏR 




Musa  Adilov

 

 



312

 

 



Elmi redaktor:  Samət Əlizadə 

Redaktor:          Vasif  Adilov 

 

 

 



 

 

 



Kitabın ilk nəşri 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin 

nəşriyyatı tərəfindən çap olunmuşdur. Bu, kitabın latın qrafikasına 

çevrilmiş ikinci nəşridir. 

 

 



 

 



Azərbaycan dilində təqlidi sözlər 

 

313



 

§1.  Dilin lüğət tərkibinin müəyyən təbəqəsini təqlidi sözlər 

təşkil edir. Bu sözlərin bir sıra səciyyəvi xüsusiyyətləri vardır və bu 

xüsusiyyətlərə görə də təqlidi sözlər hər hansı başqa nitq hissələrindən 

fərqlənir. Təqlidi sözlərin mükəmməl tədqiqi ümumiyyətlə “söz 

problemi” nöqteyi-nəzərindən də maraqlıdır və bu problemin həlli 

üçün əhəmiyyətlidir. Xüsusilə ona görə ki, bəzi dilçilərin fikrincə 

təqlidi sözləri ümumiyyətlə heç söz hesab etmək olmaz. 

Halbuki istər konkret dillərin – təqlidi söz cəhətdən zəngin 

dillərin, istərsə də ümumiyyətlə söz probleminin tədqiqi üçün təqlidi 

sözlərin rolunu azaltmaq, bunları unutmaq dilçilik elminə ancaq zərər 

verə bilər. 

§ 2. Təqlidi sözlərin əhatə dairəsi. Dilçilikdə “təqlidi sözlər” 

əvəzinə yeni dil hadisəsini bildirmək üçün “mimemlər”, “mimeoqrafik 

sözlər”, “onomatopoetik sözlər”, “obrazlı sözlər” və s. kimi terminlər 

də işlədilir. Biz “təqlidi sözlər” dedikdə səs təqlidi (səs), təsviri və 

obrazlı sözləri nəzərdə tuturuq. 

Əşya və hərəkətin xarici görünüşü haqqında obrazlı təsəvvür 

yaradan sözlərə obrazlı sözlər deyilir. Məs.: bıldır-bıldır, gildir-gildir, 

parıl-parıl… 

Canlı və cansız əşyaların çıxardığı müxtəlif səslərə təqlidən 

düzəlmiş sözlərə səs təqlidi sözlər deyilir. Məs.: ma (inək mələrtisi), 

ham-ham (it hürüşü), vız (arı vızıltısı), qarr (qarğa qarıltısı), şırr (yağış 

şırıltısı), şaqq (ağac şaqqıltısı) və s. Əslində, arı vızıltısı və ya yağış 

şırıltısı bizim təqlid etdiyimiz kimi olmur. Biz bu hadisələri yalnız 

təxmini şəkildə təqlid edə bilirik. Deməli, təqlidi sözlər obyektiv 

aləmin səslərini təxmini əks etdirir. 

Obrazlı sözlər görmə duyğuları ilə bağlıdırsa, səs təqlidi sözlər 

eşitmə duyğuları ilə bağlıdır. Bu iki kateqoriya sözlər daha bir neçə 

cəhətdən bir-birindən fərqlənir. Obrazlı sözlər xarici aləm haqqında 

obrazlı təsəvvürün (və ya təsəvvürlər kompleksinin) nəticəsində 

meydana gəlmiş sözlərdir. Odur ki, burada səs təqlidi sözlərdə olduğu 

kimi, ifadə olunan hadisə, əşya ilə söz arasında bilavasitə əlaqə 

yoxdur. 


Səs təqlidi sözlərdə isə belə müstəqim əlaqə vardır. Təqlidi söz 

bir növ, təqlid olunan hadisənin özüdür, təxmini də olsa, hər halda 

özüdür, bilavasitə inikasıdır. 



Musa  Adilov

 

 



314

Səs təqlidi sözlərin demək olar ki, hamısından feil düzəldiyi 

halda, obrazlı sözlərdən çox nadir hallarda feil əmələ gəlir. 

Obrazlı sözlər əslində görmə duyğuları ilə bağlı olan təqliddir. 

Görmə təsəvvürü oyadan sözlər (Lautbilder) dilimizdə çoxdur: par-

par (yanmaq), gildir-gildir (yaş tökmək), bıldır-bıldır (ağlamaq), 

dıbır-dıbır (gəzmək), limhalim (dolmaq). 

Təqlidi sözlər insanın bu və ya digər fizioloji hərəkətləri ilə 

əlaqədar meydana gələn sözlərdir ki, bunlar sanki hadisənin özü kimi 

təzahür edir. Bunlar dilxarici hadisələr ilə linqvistik hadisələr arasında 

orta mövqe tuturlar. İnsanın müəyyən hərəkətləri zamanı çıxardığı 

səslər fonematik səciyyə daşımır, bunlar hələ üzvlənməmiş olan 

sinkretik səslərdir. Məsələn, insan su içəndə, udqunanda, dişləri 

arasından dili ilə tüpürcək atanda və s. müəyyən səslər yaranır ki, 

bunlar hələ söz deyildir. Lakin bu səslər fonemlər vasitəsilə təsvir 

ediləndə müvafiq sözlər əmələ gəlmiş olur: hort // hort-hort (ilə su 

içmək), hıq-hıq (ilə udqunmaq), çırt (atmaq) və s. 

İnsanın iyrənməsini (pü// fü///fi), qusmasını (ö//öü), bir şeyi 

udmasını  (hap)

2

, tullanmasını (hop//hopp), püfləməsini (püf//pfü), 



narazı qalmasını (nırç)

3

, yatanda nəfəs almasını (xıxx), su və digər 



mayelər içməsini (qurt) əks etdirən təsviri sözlər məlumdur. Bu kimi 

sözlərin bəziləri müstəqil tərzdə, ayrılıqda işlənmir. Onların müxtəlif 

isim və feillərin əsasını təşkil etdikləri xüsusi təhlil yolu ilə 

müəyyənləşdirilə bilər. Məsələn, dilimizdəki asqırmaq, öskürmək, 

pıçıldamaq, sormaq, əsmək, titrəmək, çeynəmək, tüfürmək, sümürmək, 

səyrimək, iyləmək, əmmək, hortuldamaq, yalamaq

4

, kəkələmək, 



udqunmaq feilləri, nıtıq, pəltək isimləri təsviri söz köklərindən düzəl-

dilmişdir. 

Bir sıra məfhumi səciyyəli sözləri də bəzən təsviri sözlər kimi 

izah etməyə çalışırlar. Məsələn, belə mülahizə var ki, (əlbəttə, elmi 

ədəbiyyatda yox, şifahi danışıqda) ögey  sözünün tələffüzündə 

dodaqlar bir-birinə yaxın gəlmir, dogma sözündə isə gəlir. Buradan da 

                                                            

2

 Taxçadan düşdü tap elədi, Gülsənəm onu hap elədi (Tapmaca)



 

3

Bu söz inkarlıq ifad edərkən təqlidi səciyyə daşıyır.



 

4

“Yalamaq” anlayışını bildirmək üçün ən müxtəlif sistemli dillərdə L 



samitinin iştirak müşahidə edilir. Bax: Газов-Гинзберг. Был ли язык 

изобразителен в своих истоках? М., 1965, стр.37.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

315



ögey, dogma anlayışları (yəni, dil faktları ilə) müvafiq sözlərin 

artikulyasiyasını əlaqələndirməyə cəhd göstərirlər. 

§ 3. Təqlidi sözlərin fonetik xüsusiyyətləri. Təqlidi sözlərin 

sadə və mürəkkəb formaları vardır. Ən bəsit növü – iki və ya üç 

səsdən ibarət olanlar – sadə formalardır. Belə sözlər bircə hecadan 

ibarət olur. Söz iki səsdən ibarət olduqda heca açıq, üç səsdən ibarət 

olduqda isə qapalı şəkildə təzahür edir. 

Açıq heca təşkil edən təqlidi sözlər ancaq canlıların səslərinə 

təqliddir və miqdarca çox azdır. Məs.: qu, qa, du, dü, ho, hə, hi, mu, 

bə, mə, ma, bo, hö, he. 

Sadə formanın ən çox yayılmış növü samit+sait+samit şəklində 

olan növdür. Məs.: vız, vıj, vıy, tap, taq, puf, paf, tır, par, pır, fış, fır, 

şax, şıq, mır, maç, qıj, dız, civ, cız, fıs və s. 

İki və üç səsdən ibarət sadə formalar mövcud olan sadə səslərə 

təqlid kimi çıxış edir. Bu kimi sadə səslərə əlavə məna çalarlığı 

vermək üçün müəyyən səslər və ya şəkilçilərdən istifadə edilir. Sadə 

köklərə əlavə olunan belə səslərə və şəkilçilərə müxtəlif tədqiqatçılar 

müxtəlif adlar vermişlər. 

Həm bir səsdən, həm də bir hecadan ibarət ola bilən struktur 

ünsür təqlid olunan səsin kəmiyyət etibarilə mürəkkəbliyini bildirir. 

Struktur ünsürlər təqlidi sözlərin formal əlamətlərindən olub onları 

başqa nitq hissələrindən fərqləndirməyə kömək edir. Bunlar 

qoşulduqları təqlidi sözlərin mənasına əsaslı bir təsir götərə bilmir, 

sözün əvvəlki keyfiyyətini dəyişə bilmir, sadəcə sözdə kəmiyyət fərqi 

əmələ gətirir. 

Azərbaycan dilində bir səsdən ibarət olan struktur ünsürlər 

bunlardır: g//k, q, b //p, ç, t. Bu ünsürlər sadə səsləri bildirən təqlidi 

sözlərə qoşulub onlara əlavə məna incəliyi verir: zing, zınq, ding, dınq, 

vınq, pıqq, pırt, çırt, mırt, hart, cart, tap, şapp, gurp, xırç, mırç, nırç 

və s. 


Struktur ünsürsüz təqlidi sözlər nisbətən az işlədilir. Məs.: şır, 

qar, qur, mır və s. Bunlar struktur ünsür qəbul edib müxtəlif əlavə 

məna incəlikləri ifadə edir. Struktur ünsür qəbul etməyən sözlər isə 

əsasən təkrar şəklində mövcud olur və lüğətlərdə də adətən təkrar 

şəklində göstərilir. 

Bir səsdən ibarət olan struktur ünsür təqlidi sözün son səsi ilə 

eyni olarsa, belə struktur ünsür qəbul etmiş təqlidi söz 



Musa  Adilov

 

 



316

uzunmüddətlilik anlayışını da əks etdirir, bu struktur ünsür təqlidi 

sözün son səsindən fərqli olarsa, bütün tərkib qısamüddətlilik, 

kəskinlik, kəsik-kəsiklik anlayışlarını əks etdirir. Məs.: şırr, pırr, dinn, 

şaqq  uzunmüddətli səsə təqliddir; şırt, pırt, dınq, şart… isə 

qısamüddətli səsə təqliddir. 

Bəzi müasir təqlidi sözlərdə struktur ünsür söz kökündən ayrıla 

bilmir. Belə sözlər struktur ünsürsüz dildə yaşamır. Bu sözlər də 

yuxarıda qeyd olunan və struktur ünsürü ayrıla bilən birhecalı sözlər 

kimi qısamüddətlilik və s. bildirir. Məs.: dınq, nırç, cart, çırt, pırt, 

zing və s. 

Təqlid olunan səsin davamlı, uzunmüddətli olduğunu bildirmək 

üçün birhecalı sözlərdə ya sait uzadılır, ya da samit qoşalaşdırılır. 

Özlüyündə  qa, puf, tıq, şap, tap və s. bu kimi sözlər həm də təqlid 

olunan səsin aniliyini, qısa müddətdə baş verdiyini göstərir. Lakin 

eyni səslərin nisbətən uzun müddətliliyini bildirmək üçün qaa, tıpp, 

şapp… kimi sözlər işlədilir. Bu cəhət M.Ə.Sabir şeirində çox gözəl 

əks olunmuşdur. 

“Qa” edərkən hənuz bircə kərə, – 

Pendiri dimdiyindən, endi yerə. 

“Qa” sözü həmin səsin bir dəfə (“bircə kərə”), qısa ifadə 

olunduğunu bildirir. Həmin səsin uzun müddət, bir neçə dəfə ifadəsini 

bildirmək üçün isə son saiti uzatmaq lazımdır (qa və ya qaaa).  Taq, 

tıq… kimi sözlərdə səsin aniliyi, bir dəfə olduğu göstərilir, taqq, 

tıqq… şəklində isə bu səslərin nisbətən davamlılığı aydın görünür. 

A.Şaiqin “Tülkü və qarğa” əsərindən gətirilən aşağıdakı misallar 

da bunu təsdiq edir. 

1) Deyəndə tülkü bəy “qa” 

Ağzından çıxdı qarğa. 

  Bir dəfə 

2) Ağac başında qarğa 

Qırıldayırdı “qa-qa”… 

Bir neçə dəfə 

3) Həsrətlə keçdi ömrün, 

Yazıq sənə, qa-qa-qa! 

§4. Struktur ünsür haqqında. Təqlidi sözlər həm də ikihecalı 

olur. İkihecalı təqlidi sözlərin ikinci hecası bir qayda olaraq struktur 



Azərbaycan dilində təqlidi sözlər 

 

317



ünsür hesab edilən -ır,-ir,-ur,-ür və -ıl,-il, ul,-ül ünsürlərindən ibarət 

olur. 


-ıl… ünsürü qəbul edən təqlidi sözlər dilimizdə qətiyyən 

müstəqil şəkildə yaşaya bilmir. Bunlar ya isim və feillərin tərkibində 

(parıltı, parıldamaq), ya da təkrar şəklində (parıl-parıl) mövcuddur. 

Məs.:  xorul, hırıl, xırıl, paril, şorul, şırıl… bütün bu misallarda 

struktur ünsür bilavasitə birecalı təqlidi sözün kökünə əlavə 

edilmişdir. Bir çox sözlərə isə iki struktur ünsür qoşulur. Belə sözlərə 

əvvəl birsəsli struktur ünsürlər, sonra isə -ıl… ünsürü qoşulur. Məs.: 

zınqıl (bu söz belə bölünər: zın – sözün kökü, -q  struktur ünsür I, -ıl 

struktur ünsür II), guppul, marçıl, hortul, cınqıl, şıqqıl, şarpıl və s. 

-ır… ünsürü qəbul edən təqlidi sözlər miqdarca nisbətən azdır, 

bir neçə sözdə özünü göstərir və bunlar da ayrılıqda işlədilmir… Məs.: 

çatır, çıtır, xımır… 

Gördüyümüz kimi, struktur ünsürlü təqlidi sözlərin bir qisminin 

sonunda geminat (samitlərin qoşalaşması) yaranır və bu sözlərin 

sonrakı mürəkkəbləşməsi (şəkilçilər qəbul etməsi) bundan sonra baş 

verir. Məsələn, “zıqqıldamaq” feilinin feili əlaməti “da” şəkilçisidir, 

“ıl” – struktur ünsürdür, “zıq” – söz köküdür, “q” – birsəsli struktur 

ünsürdür. 

Lakin aşağıdakı sözlərdə müşahidə olunan geminat hadisəsini 

müəllif nədənsə “Qafqazın bir sıra yafəsi dillərinin təsiri” ilə izah edir: 

hoppanmaq, hopuldatmaq, dıppıltı, zırrama, zıqqı, zıqqıldamaq, 

qaqqıldamaq, loqquldamaq, zoqquldamaq, koppuldamaq, 

kuppuldamaq, hıqqanmaq, çaqqıldamaq, pıqqıldamaq, laqqıldamaq, 

loqquldama, taqqıldamaq, toqquşmaq, tıqqıldamaq, şıqqıldamaq, 

tappıldamaq və s. 

Məlum olduğu üzrə, təqlidi sözlərə başqa dillərin heç bir təsiri 

olmamışdır. Buradakı samitlərin qoşalaşması da dilin sırf daxili 

qanunauyğunluqları ilə əlaqədardır. Bu qoşalaşma təqlid olunan səsin 

keyfiyyəti ilə bağlıdır. Burada səsin qısa, ani və ya uzun müddət 

davam etdiyi fərqləndirilir. “Hop” qısa səsə, “hopp” isə nisbətən 

davam edən səsə təqliddir. Odur ki, burada substrat haqqında söhbət 

ola bilməz. 

§ 5. Təqlidi sözlərin morfoloji xüsusiyyətləri. Təqlidi feillərin 

əsas hissəsi “-da, -də” sözdüzəldici şəkilçisinin köməyi ilə düzəlir ki, 

bunlar  “ır…” və “ıl…” modifikatoru (struktur ünsürü) qəbul etmiş 



Musa  Adilov

 

 



318

təqlidi köklərə (əsaslara) bitişir. E.V.Sevortyan da “ır…” 

modifikatorlu sözlərin az olduğunu və “ır…”, “ıl…” ilə düzələn yeni 

təqlidi sözlərin “çoxunun feildən xaricdə işlənmədiyini” nəzərə alaraq, 

feildüzəldən şəkilçinin “da”,“də”  yox, “ılda…” olduğu fikrini irəli 

sürür”. 


Lakin  “ır…”, “ıl…” ilə düzələn təqlidi sözlər həm həmin 

sözlərdən  “-da” ilə yaranmış feillərlə, həm də başqa feillərlə (və 

deməli “öz” feilindən xaricdə) işlənə bilir. 

Qeyd etmək lazımdır ki, təkrarlandıqda “ır…”, “ıl…” ünsürlü 

təqlidi sözlərin bəzən heç feil forması mümkün olmur və ya çox az 

işlədilir. Məs.: xımır-xımır; puçur-puçur; əfil-əfil; çaqıl-çaqıl… 

1) O günə qurban olum; tıppır-tıppır gəzəsən 

(Ə.Məmmədxanlı). 2) Pişik… xırıl-xırıl yatdı (H.Mehdi). 3) Cızır-cızır 

yandırır (V.Şıxlı). 4) Bülbül şaqır-şaqır ötür (A.Şaiq). 

Deməli,  “ır…”, “ıl…” ünsürlü bəzi təqlidi sözlərin təkrarı 

yuxarıdakı müddəanı rədd edir. E.V.Sevortyana görə, məsələn, “parıl-

parıl” təqlidi sözü ancaq “parıldamaq” feili ilə işlənir. Lakin 

ədəbiyyatdan toplanan çoxlu misallar bu fikrin tam olmadığını 

göstərir. 

1) Gözləri parıl-parıl yanır (Ə.Məmmədxanlı). 

2) Parıl-parıl şölə saçır … (S.Vurğun). 

Təkrarlanan təqlidi sözlərin birləşdiyi feil az da olsa başqa 

kökdən düzələ bilər. 

“Yerlər, göylər parıldar işıl-işıl” (H.Cavid) – misalında təqlidi 

söz “işıl-işıl” öz feili ilə deyil (müqayisə et: “işım-işım işıldayır” – 

Mir Cəlal) gözlənilən “işıldamaq” feili ilə deyil, par-par (və ya parıl-

parıl) sözündən düzələn “parıldamaq” ilə birləşmişdir. Bütün bunlar 

təqlidi sözlərin semantik və qrammatik bağlılığının o qədər də məhdud 

olmadığını göstərir. Xüsusilə ona görə ki, sinonimlərlə zəngin olan 

dilimizdə təqlidi sözləri və təqlidi feilləri sinonimləri ilə əvəz etmək 

mümkündür. Bu isə dilin leksik vahidlərindən seçmə və məqsədə 

müvafiq şəkildə işlətmə işində əlverişli imkanlar yaradır. 

Bəzi əsərlərdə göstərilir ki, birhecalı təqlidi sözlərdən ancaq 

la//lə ilə feil düzəlir, da//də isə ikihecalı sözlərə qoşula bilər. 

Məs.:  inləmək//inildəmək, parlamaq//parıldamaq, sızla-

maq//sızıldamaq, fırlamaq//fırıldamaq. Yaxud: mələmək, ulamaq, 



Azərbaycan dilində təqlidi sözlər 

 

319



qıylamaq, haylamaq və s. (müq.et: gumur-gumur gumurlanır – 

“Koroğlu”). 

Da/-də feil düzəldən şəkilçi kimi yalnız ır…, ıl… ünsüründən 

sonra deyil, həm də bilavasitə təqlidi sözlərin öz kökündən sonra 

işlənə bilir. Məs.: Gördüm uşaqların anası öz-özünə mırtdanır 

(C.Məmmədquluzadə). [Baloğlan] Sonra gördüm həsdədi 

(C.Cabbarlı) və s. 

Yeri gəlmişkən göstərmək lazımdır ki, bəzi səslərə iki şəkildə  – 

həm açıq, həm də qapalı saitlər ilə təqlid olunur. Məsələn, danq – 

ding, zınq – zing, cınq – cing (həmçinin yeni düzəltmə sözlərdə: 

danqıltı – dingilti, zınqıldamaq – zingildəmə və s.) Bu sözlər 

təkrarlananda da həmin xüsusiyyət özünü göstərir: taq-taq//tıq-tıq, 

part-part//pırt-pırt və s. 

Səslərin müxtəlif keyfiyyətdə olması təqlid olunan hadisənin 

keyfiyyətindən asılıdır. 

Təqlidi sözlərdə ən çox işlədilən saitlər ı və a-dır; e və ə saitləri 

ilə yaranan təqlidi söz yoxdur. Bu sözlərdə həm açıq, həm də qapalı 

saitlər iştirak edə bilir. Eyni səsin yüksək, hündürdən olduğunu 

bildirəndə açıq (bəzən də qalın) saitlər, zəif, alçaqdan olduğunu 

bildirəndə qapalı (bəzən də incə) saitlər işlədilir. Məsələn, ding//dınq, 

zing//zınq, cing//cınq, mırç//març, çırt//çart, pırt//part və s. 

Bunu Mir Cəlal bir yazıçı həssaslığı ilə çox real şəkildə təsvir 

edə bilmişdir: “Tıq-tıq-tıq...” hekayəsində yazıçı təsvir edir ki, evin 

qadını Nazlı qapını döyəndə “tıq-tıq-tıq” səsi eşidilirdi. Əri Novruz 

qapını döyəndə “kobud səslənirdi”: – Tak-tak-tak!... 

§ 6. Təqlidi sözlər xüsusi leksik-morfoloji kateqoriyadır. 

Azərbaycan dilçiliyində təqlidi sözlər üzərində bu vaxta kimi əsaslı 

tədqiqat aparılmamışdır. Yalnız təsadüfi, ötəri qeydlərə rast gəlirik ki, 

bunlar da müxtəlif müəlliflərin bu və ya başqa məsələ ilə əlaqədar 

olaraq qarşıya çıxdıqda təqlidi sözlərə münasibətini 

müəyyənləşdirməyə imkan verə bilməz. Bununla belə, hər halda bu 

məsələnin qismən də olsa nəzərdən keçirildiyini etiraf etmək lazımdır. 

Bəzi elmi əsərlərdə, qrammatika kitablarında filan feil və ya 

isim “təqlidi sözdən düzəlmişdir” deyilib, bu sözlərin xüsusiyyətləri 

şərh edilmədən sükutla keçilir. Nəticədə bu tip sözlərin əlamətləri, 

fonetik, morfoloji, semantik, sintaktik, üslubi və s. xüsusiyyətləri, dil 

sistemində bunların yeri və s. məsələlər (istər müəllimlər, istərsə də 



Musa  Adilov

 

 



320

tələbələr üçün) qaranlıq qalır. Halbuki tədrisdə əyanilik işində, bir sıra 

təbiət hadisələrini əyani şəkildə qavrama prosesində bu kimi sözlərin 

tədrisinin xüsusi əhəmiyyəti vardır. Bu cəhətdən mərhum 

Ə.Babazadənin 1933-cü ildə orta məktəblər üçün nəşr olunmuş 

kitabında gedən aşağıdakı misallar diqqəti cəlb edir: pişik miyoldayır, 

arı  dızıldayır, güllə vızıldayır, siçan şıqqıldayır, sərçə cikkildəyir, 

ilan fısıldayır, boru zığıldayır, küçük zingildəyir, toyuq qaqqıldayır, 

cücə  qırtıldayır, qarğa qarıldayır, çay şırıldayır, cırcırama 

cırıldayır, çəkiclər cingildəyir... Bütün bu misallarda verilmiş feillər 

təqlidi sözlərdən düzəldiyi üçün təqlidi feillərdir. 

Bəzən ədəbiyyatda təqlidi sözlər və bu sözlərdən müəyyən 

şəkilçilər vasitəsi ilə düzələn isim və feillər qarışdırılır. Məlumdur ki, 

təqlidi sözlər canlı v cansız varlıqların çıxardığı müxtəlif səslərə 

təqliddən başqa bir şey deyildir. Bu sözlərdə konkretlik, əyanilik 

əsasdır, bunlarda məfhumilikdən  («понятийность») daha çox 

hadisənin obrazlı şəkildə təxmini əksi birinci yeri tutur. Halbuki 

bunlardan düzələn təqlidi isim və feillərdə məfhumilik üstündür, 

əsasdır. Məsələn: 

Ağa atama yanaşıb şart bir sillə vurdu (C.Cabbarlı). [Əsgər] 

Ədə, dayan! Dayanmadı, part, bir güllə. Bir də gördüm, şarap, yıxıldı 

yerə (Ü.Hacıbəyov). 

Burada  şart, part... sözləri həmin hadisələrin (sillə vurmaq, 

güllə atmaq, yerə yıxılmaq) baş verdiyi zaman çıxan səslərdir. Əlbəttə, 

yuxarıdakı hadisələr zamanı çıxan səslər tamamilə, eynilə belə 

deyildir. Təqlidi sözlər bu hadisələr zamanı çıxan səsləri nisbətən 

onlara yaxın, təxmini şəkildə əks etdirə bilər. 

Part və şarap – təqlidi sözlərdir, həmin səslərin təxmini əksidir. 

Lakin bu təqlidi sözlərdən düzəlmiş partıltı, şarappıltı isimləri artıq 

tamamilə məfhumi səciyyə daşıyır, bunlar səs deyil, səsin adıdır, 

isimdir. 

Türkologiyada son illərdə belə bir qəti fikir yaranmışdır ki, 

təqlidi sözlər bütün başqa nitq hissələrindən fərqli fonetik, morfoloji, 

semantik-sintaktik və sözdüzəltmə (bura həm də əlavə etmək olar: 

üslubi) xüsusiyyətlərə malik leksik-qrammatik bir kateqoriyadır. 

Müxtəlif türk və ümumiyyətlə Altay dillərindəki təqlidi sözlərdən 




Azərbaycan dilində təqlidi sözlər 

 

321



(qazax

5

, qırğız



6

, özbək


7

, türkmən

8

, yakut


9

, buryat


10

, evenk və 

mancur

11

, nanay



12

 və s.) bəhs edən bütün tədqiqatçılar təqlidi sözlərin 

xüsusi və spesifik səciyyəli nitq hissəsi olduğunu möhkəm şəkildə 

irəli sürürlər

13



Azərbaycan dilindəki təqlidi sözləri, xüsusən düzəltmə təqlidi 



feilləri ətraflı şəkildə tədqiq edən E.V.Sevortyan da bu fikri qəti olaraq 

müdafiə edir. 

§ 7. Təqlidi sözlərin bəzi semantik xüsusiyyətləri. Təqlidi 

sözlərdə obrazlılıq, xüsusilə əyanilik çox qabarıq şəkildə təzahür edir. 

Buna görə də müasir dövrdə uşaq ədəbiyyatına məxsus əsərlərdə bu 

sözlər daha geniş dairədə işlədilməkdədir. 

                                                            

5

 А.И.Исхаков. О подражательных словах в казахском языке, 



Тюркологический сборник, М.-Л,, т.1, 1959; Ш.Сарыбаев. 

Подражательные слова и их отношение к междометию. Изв АН 

Казах.СССР, вып.1-2, 1954, №135.

 

6



 С.Кудайбергенов. Подражательные слова в киргизском языке. Фрунзе, 

1957.


 

7

С.Усманов. Междометия в современном узбекском языке. АР 



канд.дисс., Ташкент, 1952.

 

8



М.Худайкулиев. Подражательные слова в туркменском языке, АР канд. 

дисс., Л., 1959.

 

9

Л.Н.Харитонов. Типы глагольной основы в якутском языке. М.-Л., 



1954.

 

10



Л.Шагдоров. Изобразительные слова в бурятском языке, АР канд. 

Дисс., Л., 1958; Ц.Б.Ундендешбаев. Изобразительные слова в бурятском 

языке. Сб. «Филология и история монгольских народов.Памяти акад. 

Б.Я.Владимирцева», М., 1958.

 

11

В.А.Горцевская. Изобразительные слова в эвенкийском и 



маньчжурском языках, «Тюркологические исследования», изд-во АН 

СССР, М.-Л., 1963, стр.177-189.

 

12

Т.И.Петрова. Образные слова в нанайском языке. Изв. АН СССР, 



ОЛЯ, т.VII, вып.6, 1948, cтр.527-536; Т.И.Петрова. Образные слова, 

служащие для передачи световых и цветовых впечатлений в нанайском 

языке, «Уч.зап.» Ленинградского пед.инст-та им. А.М.Герцена 

(факультет народов Севера), т.101, 1954, стр.111-131. 

 

13

Təqlidi sözlərin başqa nitq hissələrindən – xüsusilə nidalardan fərqlənən 



xüsusiyyətləri “Təqlidi sözlər” (“Azərbaycan SSR EA Xəbərləri”, 1961 №8 ) 

məqaləmizdə izah edilmişdir.

 



Musa  Adilov

 

 



322

A.Şaiqin, Ə.Seyidzadənin, R.Rzanın, X.Əlibəylinin uşaqlar 

üçün yazdığı əsərlərdə bu sözlərə tez-tez rast gəlirik. Məsələn, 

A.Şaiqin əsərlərində bunları qeyd etdik: 1) hop, hop, hop; Oynayaq 

top-top; 2) Siçan noğulu xırt-xırt ilə yeyirdi; 3) Cücə cik-cik deyə 

oxudu; 4) Ortasından qırıldı taxta şaraq; 5) Tarap-turup atlılar, 

Atları qanadlılar; 6) Xor-xor ilə yatdı; 7) Məstan myo-myo edə-edə; 

ox tək atıldı həyətə; 8) Taq-tuq, taq-tuq! İşdən bir qorxumuz yox. 

Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq var idi... Qırt-

qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalırdı. Bir gün siçan bəy 

dedi: “– Ay tıq-tıq, şıq-şıq xanım”. Tıq-tıq razılıq verdi və s. 

Təqlidi sözlərdə emosional cəhətin güclü olması, qrammatik 

bağlılığın əsasən sabit olması bunların metaforik işlənməsinə səbəb 

olur ki, burada ixtisar prosesi özünü göstərir. Məsələn, “it kimi 

ulamaq” əvəzinə “ulamaq”, “öküz kimi böyürmək” əvəzinə 

“böyürmək” işlətməklə yaranan feili metaforalar geniş yayılmışdır. 

Y.V.Çəmənzəminlinin “Qan içində” romanında belə bir cümlə 

vardır: “Təlxəklər bütün kələklərini meydana qoydular: it kimi 

hürüşdülər, çaqqal kimi ulaşdılar,  banladılar, anqırdılar, 

kişnədilər”. Burada birinci iki qeyd olunmuş sözlər öz izahı ilə 

(“genişləndirilmiş” tərzdə) verilmişdir: it kimi hürüşmək, çaqqal 

kimi ulaşmaq. Qalan üç sözün isə epitetləri atılmışdır (ixtisar 

edilmişdir). Nəticədə feili metaforalar alınmışdır. Məna isə aydındır. 

“Banladılar” sözünün qarşısında “xoruz kimi”, “anqırdılar” 

qarşısında  “eşşək kimi”, “kişnədilər” qarşıında “at kimi” işlədilə 

bilərdi. Lakin buna ehtiyac görülməmişdir. Ona görə ki, həmin təqlidi 

feillərin semantik-sintaktik əlaqəsi məhz göstərilən sözlərdən xaricə 

çıxmır. Hər bir qeyd olunan təqlidi feil bir, ancaq bir heyvanın səsinə 

təqlid ilə düzəldilmiş metaforadır. Həm də burada obyektə bəslənilən 

subyektiv münasibət çox qabarıq tərzdə özünü göstərir. 

“Burada insan yaşamışdır”povestində faşist soldatlarının 

danışığını “hart-hurt edə-edə...”deyə  təsvir edən yazıçı 

S.Qədirzadənin tendensiyalığı aydındır. Yaxud “qır-qır edir qarğa 

kimi” (Sabir) – deyən avam qadının oxumağa münasibəti elə bu 

təqlidi sözdən aydın deyilmi? Təqlidi sözlərin bədii ədəbiyyatda 

işlənilməsinin bir səbəbi də  budur. 

§ 8. Dilimizdəki bəzi təqlidi sözlərin səs tərkibi tam 

sabitləşməmişdir, bu sözlər bir sıra variantlara malikdir. Məsələn: Bu 




Azərbaycan dilində təqlidi sözlər 

 

323



ilki sərçə bildirkinə cük-cük öyrədir – atalar sözündəki “cük-cük” 

sözünə müxtəlif yerlərdə gah “cib-cib”, gah “cik-cik”, gah da “civ-

civ” şəklində təsadüf olunur. Ə.Nəzminin bir şeirində “cıvıldaşmaq” 

(“Ay cücələr, bəsdi, cıvıldaşmayın”) sözünün işləndiyini nəzərə alsaq, 

yuxarıdakı sözün “cıv-cıv” variantının olduğu da aydınlaşır. Bütün bu 

sözlər eyni məna ifadə edir. 

Yaxud, saat işlədiyi zaman çıxan səs bir neçə şəkildə təsvir 

olunur: Saat döyünür çık... çık... (R.Rza); Ancaq divardakı saat... ”tıq-

tıq” vururdu (C.Cabbarlı); Çıq, çıq,  çıq, çıq, çıqqıldayır saat 

(Y.Həsənbəyov). 

Bununla belə, hadisə, səs nə qədər  müxtəlif  və yayğın variantlı 

tərkiblərlə ifadə olunsa da, yenə müəyyən əhatədən, tərkibdən kənara 

çıxa biməz; bu müxtəliflik – hərc-mərclik deyildir, yəni saatın səsinə 

istənildiyi kimi (məsələn, “xırp-xırp” şəklində) təqlid etmək mümkün 

deyildir. 

Yaxud, sillə səsinə, daşın hündürdən (suya və s.) düşdüyü 

zaman çıxan səsə, güllə səsinə, şüşə qablar sındığı zaman çıxan səsə 

və s. “şart” və “part” sözləri ilə təqlid etmək mümkündürsə, “mırt” və 

s. sözlər ilə təqlid etmək mümkün deyildir. Deməli, təqlidi sözlər 

qətiyyən subyektiv, ayrı-ayrı fərdlərin quraşdırdığı sözlər deyil, bəlkə 

obyektiv mahiyyətdə olan sözlərdir, cəmiyyətin bütün üzvləri üçün 

eyni semantikaya və fonetik tərkibə malik sözlərdir. 

Göründüyü kimi, eyni hadisə səs tərkibi, təkrarın miqdarı, hətta 

yazılışı (deməli, intonasiyası) cəhətdən müxtəlif tərzdə təsəvvür 

olunur. Xoruz banladıqda çıxardığı səsi eyni müəllif müxtəlif şəkildə 

təsvir edir: a) Pişnamaz dedi: – Quqqu, Azançı: – Quqquriqu!  b) 

Şadlığından xoruz “quqqu-riqu” banladı. c) “Quq-quliqu” səsi gəldi 

(misallar A.Şaiqin əsərlərindəndir). 

Beləliklə, bu təbii səslərin artikulyasiyası tam dəqiq deyildir və 

buna görə də müxtəlif variantların mövcudluğu zəruridir. Təbiət 

səslərinin sözə – dil faktına çevrilməsi çox mürəkkəb prosesdir. Odur 

ki, eyni səslərin bir dil daxilində və ya müxtəlif dillərdə tamamilə 

müxtəlif şəkildə ifadə-işarə olunması müşahidə edilir

. Lakin bu 



                                                            

Bu vəziyyət də bir daha onu göstərir ki, təqlidi sözlər yalnız çığırtılardan 



ibarət deyil,  bunlarda məfhumilik də mövcuddur. Məs.: ingiliscə buzz, rusca 

(ancaq təqlidi feil formasında) жужжать, azərbaycanca vızz eyni səsə 




Musa  Adilov

 

 



324

xüsusiyyət bütün təqlidi sözlərə aid deyildir. Adətən, müəyyən hadisə, 

əşya və s. eyni tərkibə malik söz ilə ifadə edilir. Məsələn, ürəyin 

işləməsi müxtəlif müəlliflərin əsərlərində eyni “tıp-tıp” sözü ilə təsvir 

olunur. 

Hadisə və prosesin bitdiyini, qəflətən baş verdiyini bildirmək 

üçün “xırp” sözü işlədilir. 

Trolleybus  xırp dayandı (Mir Cəlal); Gülöyşənin səsi xırp 

kəsildi (S.Rəhimov); Turac... xırp yerə düşdü (H.Mehdi); Muzdur 

xırp oturdu (S.Rəhimov). 

Deməli, təqlidi sözlər də başqa hər hansı sözlər kimi sabit 

mənaya da malikdir, həmişə eyni hadisənin ifadəsi üçün işlədilir 

(əlbəttə, bu sözlərin metaforik işlənilməsini burada nəzərdə tutmuruq). 

§ 9. Təqlidi sözlərdə dəqiq məna mətn və situasiya ilə müəyyən 

olunur. “Lal Hüseyn nırç etdi” (M.İbrahimov) – cümləsi hələ bizə heç 

nə demir. Çünki burada inkarmı, təəccübmü, heyrətmi, hədəmi, 

razılıqmı və s. ifadə olunduğu hələ tam aydın deyildir. Mətn bu 

sözlərin mənasını dəqiqləşdirir. 

Bu müxtəlifliyin səbəbi aydındır. Şəxsin əhval-ruhiyyəsindən, 

mədəniyyətindən, yaşından, cinsindən, sağlamlığından, obyektə 

münasibətindən, səs tellərinin vəziyyətindən və s.-dən asılı olaraq 

təqlid etdiyi səslər də müxtəlif şəkildə təzahür edir. Dilin hər hansı 

ifadəlilik vasitələri kimi, təqlidi sözləri də işlətməkdə fərdin və mətnin 

əhəmiyyəti mühümdür. 

Təqlidi sözlər də ancaq Azərbaycan dilinə məxsus tələffüz 

normalarına tabe tutulur. 

Təqlidi sözlərin çoxu çoxmənalıdır. Eyni səs tərkibi müxtəlif 

hadisələri təqlid üçün işlənilə bilir. Belə çoxmənalılıq isə dildə 

kommunikativ aydınlığı, dəqiqliyi qismən azaldır. Odur ki, bu sözlər 

daha çox dildə ekspressiv funksiya daşıyır. Lakin hər hansı başqa 

çoxmənalı sözlər kimi təqlidi sözlərin mənası da mətn daxilində 

dəqiqləşir, konkretləşir. Buna görə də həmin sözlər kommunikativ 

                                                                                                                                

təqliddir. Yaxud alman dilindəki bəzi sözlərə bizim dilimizdə müvafiq sözlər 

bunlardır: gick gack – qa-qa-qa (qazların səsinə təqlid), kliff klaff – hav-hav 

//ham-ham); klipp klapp – taq-tuq və s. Almanca sözlərin daxilində baş verən 

ablaut hadisəsini (Bax: Г.Пауль. Принципы истории языка, русск. Пер., 

М., 1960, стр.220) türk dilləri üçün də “ablaut” hesab edənlər vardır.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

325



səciyyə də daşıyır. Bu son hal daha çox o zaman özünü göstərir ki, 

təqlidi sözlər metaforik işlənə. Metaforik işlənmə isə müasir dildə çox 

geniş yayılmışdır. 

Təqlidi sözlər əksər hallarda təfəkkürün sintetik ifadəsinə 

xidmət edir. “Gədənin birinə əlli manat verərəm, bir dəfə “part“ 

qurtardı, getdi” (M.S.Ordubadi) cümləsində “part” sözü “part” – 

deyə bir güllə vurar” cümləsini əvəz edir. 

Bir qism təqlidi sözlər cümlədə atributiv vəzifə daşıyır ki, 

bunları da cümlədən kənar etmək mümkündür. Lakin bunlar cümlə 

üzvü rolunda çıxış edir və dəqiqləşdirici, konkretləşdirici söz 

keyfiyyətində işlədilir. 

Araq stəkanını... qurtaqurt başına çəkdi (Mir Cəlal); Bəyin sö-

zünü  şarpaşarp alqışladılar (Mir Cəlal); Çox çəkmədi ki, şartaşart 

maşınlar işlədi (Mir Cəlal); Zırın-zırın ağlamaq istərdim (A.Rə-

himov); Damın bağlanmış qapısı taraq-taraq döyülür 

(M.F.Axundov). 

Gəlini  darambadurumla gətirdilər (“Nağıllar”); Daş götürüb 

tırıq-tırıqla bir gözü sındırır (S.Rəhimov); Çayı hortahortla içməyə 

başladı (İ.Şıxlı); Dəzgahları çaraq-çuruqla hərəkətə gətirirdilər 

(M.İbrahimov). 

Bu misallarda da ixtisar aparılmışdır. Belə ki, əşyaya məxsus 

əlamət əşyanı əvəz etmişdir. Burada “səsi ilə”, “səsi çıxarmaq ilə 

//çıxararaq” kimi söz və ifadələr atılmışdır. “Uçurumlu dərə şaraq-

şaraqla dolmuşdu” (İ.Əfəndiyev) – misalındakı söz “şaraq-şaraq” 

səsi (səsləri) ilə əvəzindədir. 

Ya da: “paqqapaqla  qaynayan samovar” (İ.Şıxlı), “çıq-çıqla 

işləyən saat” ifadələrindəki sözlər də “paqqapaq səsi çıxarmaqla// 

çıxararaq”, “çıq-çıq səsi çıxarmaqla //çıxararaq” tərkiblərinin 

ixtisarından başqa bir şey deyildir. 

§ 10. Təqlidi sözlər əsasən canlı danışıq dilinə məxsus sözlərdir. 

Məhz bu cəhət bir sıra tarixi mənbələrdə həmin sözlərin öz əksini 

tapmamasına səbəb olmuşdur. Məsələn, başlıca olaraq hərbi-siyasi 

mövzuda yazılmış Orxon-Yenisey abidələrində

14

 təqlidi sözlərə 



təsadüf olunmur. Klassik poeziyamızda da bunlara təsadüfdən 

təsadüfə rast gəlirik. Halbuki şifahi ədəbiyyat nümunələrində, danışıq 

                                                            

14

Bax: Б.М.Юнусалиев. Киргизская лексикология. Фрунзе, 1960.



 


Musa  Adilov

 

 



326

dili üslubunda yazılmış əsərlərdə, müxtəlif lüğət kitablarında təqlidi 

sözlərin müəyyən yer tutduğu məlumdur. 

“Kitabi-Dədə Qorqud” dastanlarında təqlidi sözlər və bunlardan 

düzələn isim və feillər diqqəti cəlb edir. 1) Qaranqu axşam olanda vaf-

vaf ürən! Acı ayran töküləndə çap-çap içən! 2) Qanlı quyruq üzüb 

çap-çap udan! 3) Qazanın atının ayağına çap-çap düşər, sək-

səksəkilər. 4) Söyləşdilər fısıl-fısıl. 5) Bıldır-bıldır gözünün yaşı 

rəvan oldu. 6) Gumbur-gumbur nağaralar döyüldü (bir neçə yerdə). 

7) Beyrəyin qanı qaynadı, ədəblə yab-yab geri döndü. 8) Burcuq-

burcuq tərləmiş. 9) Guppur-guppur davullar çalındı. 10) İt kimi gü-

gü edən çirkin xırslı. 11) Qas-qas güldü. 12) Apul-apul yürüdü. 

Bir neçə yerdə təqlidi sözlərin intensiv forması işlənmişdir: 1) 

Yalab-yalab yalabıyan

15

 incə donlum! 2) yıldır-yıldır yıldırır. 3) 



sək-sək səkilər. 

Bu sözlərin bir qismi müasir dilimizdə arxaikləmiş və ya başqa 

sözlərlə əvəz edilmişdir: çap-çap, vaf-vaf, yab-yab, qas-qas, apul-

apul, gü-gü, burcuq-burcuq //purcuq-purcuq, yalab-yalab, yıldır-

yıldır, ögür-ögür və s. Bunların bəziləri sonralar da ədəbiyyatda 

işlənmişdir. Məs.: 

Qonşular sanırlar evdə kimsəm ölmüş  bəs ki, mən 

Ökür-ökür ağlaram hər gecə vayi-vayilən

16

 (Kişvəri). 



Dastanlarda təqlidi sözlərdən düzələn isim və feillər də çoxdur. 

İsimlər daha çox heyvan, quş adları olan sözlərdir.

17

 Məsələn, kəklik, 



durna //turna, qarğa, düdük, ildırım, ulduz, taraqqa (içərisində 

                                                            

15

Bu söz haqqında geniş məlumat almaq üçün bax: R.Ə.Rüstəmov. 



Azərbaycan dili dialekt və şivələrində feilin quruluşca növləri. Az. SSR EA 

nəşr., Bakı, 1963, səh.93-94.

 

16

Tək-tək hallarda işlənsə də, təqlidi sözlər klassik ədəbi dilimiz üçün 



səciyyəvi deyildir. 

 

17



Təqlidi sözlərdən quş, heyvan adları bildrən isimlər düzəldilməsi müxtəlif 

sitemli dillərdə çox yayılmış hadisələrdəndir. Bax: а) М.Д.Степанова, 

И.И.Чернышева. Лексикология современного немецкого языка. М., 

1962, стр.58; б) С.С.Маслова Лощанская. Из заметок по шведской 

лексикологии. «Ученые записки» ЛГУ, серия филологических наук, 

вып.42, Л., 1962, стр.24-25.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

327



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin