Microsoft Word Sintaktik III cild doc


partlayıcı maddə olan fişəngə deyilir ki, keçmişdə şənlik vaxtı bunu



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü1,52 Mb.
#39721
1   2   3
Nergiz-lll cild-2


partlayıcı maddə olan fişəngə deyilir ki, keçmişdə şənlik vaxtı bunu 

vurub çatladardılar).

18

 

Feillər isə müxtəlif növ və forma şəkilçiləri ilə işlənmişdir: 1) 



Nə  böyrərsən, nə bozlarsan, nə ağlarsan. 2) Bögürdübəni  atdan 

yerə saldı. 3) Böyürə-böyürə ağladı. 4) Ağzınla burundan qan 

şorladaydım. 5) Qaraqoç atları kişnəşdirən... 6) Gün kimi işılda, 

ulduz kimi parla. 

Qədim mənbələrdəki (Mahmud Kaşğari, “Dədə Qorqud”) 

təqlidi sözlərdə belə bir cəhət diqqəti cəlb edir ki, bu sözlər əsasən 

təkrar şəklində işlədilmişdir. Bunların tək işlənmiş formasına çox az, 

nadir hallarda təsadüf edilir.

19

 

Təkrarlanan həmin təqlidi sözlər ya birhecalı (struktur ünsürlə 



və bunsuz), ya da ikihecalı (struktur ünsürlə) şəkildədir. Digər 

tərəfdən söz ya eyni formada, ya da sait səsin dəyişdirilməsi ilə təkrar 

edilir. 

M.Kaşğarinin lüğətində bu deyilənləri göstərək: 

I. Birhecalı sözlər təkrarlanır: a) struktur ünsürsüz olaraq:  

بج  بج


 

 

 



 

           

ْ

ْ

َ



َ

       çab-çab – Qamçı vurulanda çıxan səs və dodaq  

şappıltısı.

20

 



يديي  بج  بج  کرا  لا

   


 

 

 



 

 

     



                             

ِ ْ


ْ

ْ

ْ



َ

َ

ُ َ



ُ

  (I,308)

 

بز بز


 

 

 



 

        


ْ

ْ

َ



َ

   zab-zab – Yüyürəndə ayaqların sürəti ilə əlaqədar çıxan 

səs. 

ز بز


   

 

     



َ

َْ

لغرب ب



     

   


      

ْ ْ ْ


ِ َ

    (I, 308)

 

Misal çoxdur: 



تج تج

 

 



 

 

        



ْ

ْ

َ



َ

çat-çat (I, 310)              رش  رش

 

 

 



 

         

ْ

ْ

َ



َ

    şar-şar (I, 313)         

رج رج     

     


              

ْ ُ


ُ

çur-çur (I, 313)                 ست  ست

 

 

 



 

        


ْ

ْ

ُ



ُ

    tos-tos (I, 317) 

قت  قت

 

 



 

 

        



ْ

ْ

ُ



ُ

      toq-toq (I, 320)            قز  قز  

 

 

 



 

            

ْ

ْ

َ



َ

zaq-zaq (I, 321) 

 قس  قس  

 

 



 

 

             



ْ

ْ

َ



َ

saq-saq (I, 321)             رق  رق

   

   


        

ْ

ْ



ُ

ُ

      qur-qur (I, 448) 



                                                            

18

Belə isimlər qədim mənbələrdə və müasir dilimizdə geniş yer tutur. 



ببوا – 

ubub (MK, I, 107);  

رترت – tartar (MK,I, 448) özləri indi hophop və dıradıra 

şəkli almışdır. Hazırda işlənən leylək, zığzığ, ququ, qurbağa kimi adlar da 

təqlidi sözlərdən düzəldilmişdir. Ş.İ.Xətainin bu misrası diqqəti cəlb edir:” 

Qum-qum der idi ağacda qumri”.

 

19

Məsələn, M.Kaşğari lüğətinin I cildində cəmi iki söz    



ترج

     


     

ْ ْ ِ


 (328),  

قج

   



   

ْ َ


  

(321) tək şəkildə işlədilmişdir. Təkrarlanmış şəkildə belə sözlər onlarladır.

 

20

Mətbəənin imkanları ilə əlaqədar müvafiq hərəkələr göstərilmədiyi üçün 



oxuculardan üzr istəyirəm – müəllif.

 



Musa  Adilov

 

 



328

b) struktur  ünsür ilə: 

سرج  سرج

   


   

 

 



             

ْ ْ


ْ ْ

َ

َ



      çars-çars (I, 332) 

سرق  سرق        

   

   


 

 

                    



ْ ْ

ْ ْ


َ

َ

qars-qars (I, 333) 



ترت  ترت

 

 



 

 

 



 

            

ْ

ْ

ْ



ْ

ِ

ِ



         tirt-tirt (I, 328) 

II. İkihecalı sözlər təkrarlanır: 

ردب  ردب

 

 



 

 

 



 

          

ْ

ْ

َ



َ

َ

َ



            badar-badar (I, 341) 

 رقت  رقت

 

 

 



 

 

 



           

ْ

ْ



ِ

ِ

َ



َ

             taqır-taqır (I, 342) 

رکت  رکت

 

 



       

            

ْ

ْ

ِ ِ



ِ ِ

           tikir-tikir (I, 342) 

ركج  ركج

 

 



             

ِ

ِ



          cikir-cikir (I, 344) 

ردلب  ردلب          

 

 

 



 

 

 



 

 

                      



ْ

ْ

ُ



ُ

ْ

ْ



ُ

ُ

 buldur-buldur (I, 425) 



لجردلج

 

 



 

 

   



        

ْ

ْ



َ

َ

ْ ِ



رد

   


   

ْ ِ


           çaldır-çaldır (I, 425) 

 

İkinci tərəfin səslisinin dəyişilməsi ilə təkrarlanan sözlərə aid 



misallar: 

رق  رق


   

   


        

ْ

ْ



ُ

َ

qar-qurیتا  رق  رق  نرق



      

   


 

   


                     

ّ ِ ْ


ْ

ُ

َ



َ

ْ ِ


         (I, 313) 

قجقج


      

      


ْ ُ ْ َ

           çaq-çuq (I, 320) 

لش  لش           

 

 



 

 

                     



ْ

ْ

ُ



َ

şal-şul (I, 324) 

ترج

    


    

ْ ْ َ


ترج

     


     

ْ ْ ُ


         çart-çurt (I, 328) 

ترس  ترس      

 

 

 



 

 

 



                    

ْ

ْ



ْ

ْ

ُ



َ

sart-surt (I, 328)      کنآيدلق  ترس  ترس  یقاذآ

 

 

 



      

 

 



 

                                

ْ

ْ

ْ



ِ

ِْ ْ


ْ

ُ

َ



 

ترق  ترق        

 

 

 



 

 

 



                    

ْ

ْ



ْ

ْ

ُ



َ

qart-qurt (I, 328)            یتا  ترق  ترق  کلا     

  

 

 



 

 

 



 

 

 



                                         

ّ َ


َ

ْ

ْ



ْ

ْ

ُ



َ

ِ

 



جرق  جرق     

       


 

 

                 



ْ ْ

ْ ْ


ُ

َ

    qarç-qurç (I, 329) 



 

Təqlidi sözlərdəki çoxmənalılıq bu lüğətdə də qeyd olunur. 

Məsələn,  ترک  ترک

 

 



 

 

 



 

               

ْ

ْ

ْ



ْ

ُ

ُ



kürt-kürt sözü “ot, yem yeyəndə çıxan səs” kimi 

izah olunur və belə bir nümunə verilir:  یديي ترک  ترک  یناپرآ  تآ

   

 

 



 

 

 



 

 

                                   



ِ ْ

ْ

ْ



ْ

ْ

ْ



ُ

ُ

  (at 



arpanı kürt-kürt yedi). Bunun dalınca müəllif qeyd edir ki, həm də 

adam bərk şey çeynəyəndə çıxan səsə də bu söz ilə təqlid olunur (I, 

329). 

Qeyd olunan bu sözlərin bir qismi M.Kaşğaridən bu günə qədər 



olan zaman ərzində formasını, mənasını olduğu kimi mühafizə edə 

bilməmişdir. Bir qismi isə dialektlərdə, habelə müxtəlif türk dillərində 

mühafizə edilib qalmışdır. Qeyd etmək lazımdır ki, başqa söz 

kateqoriyalarına nisbətən təqlidi sözlərdə belə dəyişikliklər daha çox 

olmuş, bu sözlər daha çox təbəddülata uğramışdır. Bunun əsas səbəbi, 

güman edirik ki, həmin sözlərin orta əsrlərdə yazılı ədəbi dildə 

işlədilməməsidir. Klassik ədəbi dil xalq danışıq dilinə xas olan bu 

kimi sözlərdən mümkün olduqca imtina etmişdir. Bütün bunlara 




Azərbaycan dilində təqlidi sözlər 

 

329



baxmayaraq, belə bir fakt şübhəsizdir ki, təqlidi sözlər xalq dilində ən 

qədim söz kateqoriyalarındandır. 

§ 11. Vasitəli və vasitəsiz təqlid. Dilin hər hansı bir səsindən 

müəyyən təəssürat yaratmaq üçün istifadə mümkündür. Sözdəki 

müxtəlif səs birləşmələrinin köməyi ilə təbiətdə mövcud olan səsləri 

təqlid etmək mümkündür ki, buna dolayı və ya bilavasitə, vasitəli 

təqlid (müstəqim, bilvasitə, vasitəsiz təqliddən fərqləndirmək 

məqsədilə) demək olar. 

Vasitəli təqlidin klassik nümunələrinə Nəsimi poeziyasında 

təsadüf edirik: 

a)

  Susən eşitdim ki, aydır dəmbədəm: 



Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm! 

b)

  Gər dilim, yar, ğeyrinə meyl eyləsə, 



Öz dilim ilədilimni diləmən. 

Bu misallarda təkrarlanan səslərin musiqisi hadisəni əks etdirir. 

“Hərflər və kəlmələrin imtizacları ilə hasil olan ahəng sayəsində həyat 

səhnəsində təsadüf olunan bəzi hadisə və hərəkətləri təqlid və 

təsviredici səslər yaratmaq mümkündür ki, buna şeirdə “ahəng təqlidi” 

deyilir. Bu tamamilə mexaniki bir mahiyyətdədir. Futurizmin 

əsaslarından biri də bu ahəng təqlididir. Lakin bu saf mexaniki halda 

olduqda böyük bir qiyməti yoxdur. Bu şəkli-ahəngin, bu zahiri və 

şəkli-musiqinin  fikir, hiss və məna ilə müvafiqliyi əsasdır. Şeirdə 

əsasən aranan da budur. Musiqidə bir növ əsas olan ahəng şeirdə 

qüvvətli bir alət, canlı bir vasitədən başqa bir şey deyildir”.

21

 



Car çəkir çarxların çaxnaşıq səsi (S.Vurğun) – misrasındakı “c”, 

“ç”-ların mənası yoxdur. Bu kimi səs təkrarının bədii estetik 

əhəmiyyəti də o zaman ola bilər ki, məzmunla sıxı əlaqədar olsun, 

müəyyən bir fikir ifadə etsin. R.Rzanın “İlk səfər” şeirini oxuyan hər 

kəs müxtəlif səslərin təkrarı ilə müəllifin qatarın hərəkətini, təkər 

səslərini təqlid etdiyini görməyə bilməz. 

Qatarım fikrimi anlamış kimidir. 

Relslərin tıq-tırıq səsiylə 

Şeirimi teleqraf dilinə döndərir 

Göndərir: 

Moskva yolunun nəğməsi 

                                                            

21

“Maarif və mədəniyyət” jurnalı, 1926 №10-11, səh.31.



 


Musa  Adilov

 

 



330

Şairin ilk səfər nəğməsi 

Alınız! 

Redaktor, redaktor, redaktor 

Qaça-aça qatarım töyşüyür 

Və deyir: 

Mossskva, Mosskva! 

Elə bil bağırır – Qarauuuul! 

Qatarım deyəsən yorulub. 

Əfsussssss... 

Vasitəli təqlidi yazıda vermək, onu qrafik olaraq əks etdirmək 

üçün müəlliflər müxtəlif üsullardan istifadə edirlər. Sözləri hecalara 

bölmək, ayrı-ayrı səsləri fərqləndirmək, müəyyən səsləri uzatmaq və 

ya təkrarlamaq və s. belə üsullardandır. 

M.Rzaquluzadənin “Saat” şeirində deyilir: 

Haray salacaq: – Vaxtdır-r-r! 

                            Dur-r-r! 

                           Dur-r-r! 

Bir sıra hallarda həm vasitəli, həm də vasitəsiz təqlid məqsədi 

güdən sözlər eyni mətndə yanaşı işlədilir və bu yolla daha qüvvətli 

effekt alınır. Məsələn, M.Dilbazinin bir şeirindən alınmış aşağıdakı 

misralarda  cırcırama, cırıldamaq, qurbağa, qurr sözləri vasitəsiz 

təqliddir, digər ahəngdar sözlərin işlədilməsi ilə isə vasitəli təqlid 

yaranmışdır.

22

 

Cırcırama cırıldadı... 



Gəldi bütün canlı – cana, 

Canlı – cana, canlı – cana!.. 

Qurbağalar bağırdılar... 

Dur, məclisi quruda qurr! 

Quruda qurrr!.. 

Başqa maraqlı və qüvvətli bir misal: 

Nağaramı vurum-vurum, 

Dum-ba-durum, dum-ba-durum (X.Əlibəyli). 

                                                            

22

M.Dilbazi. Şeirlər. Poemalar. Kiçik pyeslər. Bakı, 1959, səh.79 (Burada 



“canlı-cana” tərkibinin defislə yazılışı da onu göstərir ki, məqsəd fikri ifadə 

etməkdən daha çox ahəng məsələsidir, estetik məsələdir).

 



Azərbaycan dilində təqlidi sözlər 

 

331



Burada birinci misrada vasitəli, ikinci misrada vasitəsiz təqlid 

vardır ki, bunların oxşar səs tərkibi (alliterasiya) həm görmə, həm də 

eşitmə obrazlılığının yüksəlməsinə səbəb olmuşdur. 

M.Rzaquluzadənin “Çimən sərçələr” şeirində bu vəziyyət daha 

qabarıq nəzərə çarpır: 

Cik-cik-cik, 

   

                         Biz çimirik... 



Çimirik qalmayaq çirk. 

Cik-cik-cik, 

   

                        Gəlin çimin! 



Çimin, qalmayın çirk-çirk! 

Başqa bir misal: 

Saat yeddi... 

Çıq-çıq,  çıq-çıq... 

Qalx yataqdan, 

Bağçaya çıx! 

       Çıq-çıq! Çıq-çıq! 

     Çıx, çıx! Çıx, çıx! (İ.Tapdıq). 

Səs təkrarı ilə dilin mənalı ünsürlərinin  (söz, morfem) təkrarı 

arasında fərqlər vardır. Səs təkrarında yalnız musiqilik nəzərdə 

tutulursa, söz təkrarında məna da diqqət mərkəzində durur. 

Ümumi xüsusi əsasında meydana gəlsə də, hər bir xüsusi 

hadisəni ümumiyə aid etmək olmur. Ekspressiv keyfiyyətə malik 

təqlidi sözlərin bir dildə çoxluğu bu dilin bütövlükdə başqa dillərə 

nisbətən daha çox ekspressiv olduğu qənaətini doğurmamalıdır. 

Ekspressiya üçün də hər dilin ümumi olduğu kimi, səciyyəvi 

keyfiyyətləri – xüsusiyyətləri də vardır. Bu cəhətdən St.Ulmanın 

aşağıdakı fikri diqqəti cəlb edir. Məlumdur ki, alman dili öz fonetik 

strukturası ilə motivləşmiş olan təqlidi sözlərlə olduqca zəngindir, 

halbuki belə sözlər fransız dilində çox azdır. Lakin bu dil alman 

dilindən heç də  az ekspressiv deyildir”.

23

 



12. Lüğət tərkibinin zənginləşməsində təqlidi sözlərin rolu. 

Azərbaycan dili lüğət tərkibinin zənginləşməsində təqlidi sözlərin 

mühüm rolu vardır. Həm də söz yaradıcılığı prosesində bu sözlər tam 

                                                            

23

 Ст.Ульман. Дескриптивная семантика и лингвистическая типология, 



Сб. «Новое в лингвистике», вып. II, ИЛ, М., 1962, стр.25.

 



Musa  Adilov

 

 



332

ayrı səciyyə kəsb edir. Xüsusi sözdüzəltmə ünsürləri (şəkilçiləri) 

vasitəsi ilə təqlidi sözlərdən yeni sözlər (düzəltmə təqlidi söz, 

düzəltmə isim, düzəltmə feil) əmələ gətirilir. 

Digər tərəfdən müəyyən spesifik şəkilçiləri qəbul edib-

etməməsinə əsasən bu sözlərin əsil, ümumişlək təqlidi sözmü və ya 

başqa səciyyəli (alınma, fərdi, yeni, uydurma və s.)

24

 söz olduğu 



aydınlaşdırıla bilər. Və ya əksinə, sözlərdə müəyyən şəkilçilər sübut 

edir ki, bunun kökü təqlidi söz olmuş, sonralar müxtəlif dəyişmələrə 

məruz qalmışdır. Bu mənada təqlidi sözləri öyrənməyin etimoloji 

təhlil üçün də az əhəmiyyəti yoxdur. Məsələn, “hənirti” sözünün hənq 

[(n)-irti] təqlidi sözdən düzəldiyini söyləmək mümkündür. Eyni üsulla 

əmələ gələn qışqırtı, bağırtı, hönkürtü, anqırtı və s. sözlərin varlığı da 

bu fikri təsdiq edir. 

Təqlidi sözlərdən yeni sözlər düzəltmək üsullarını öyrənməklə 

ədəbiyyatda təsadüf olunan müəyyən tərkiblərə düzgün qiymət 

vermək mümkündür. Feil və ya isim düzəldici şəkilçi  qəbul edən 

sözlərin, demək olar ki, hamısı, nə qədər yeni söz olmuş olsa da, 

ümumxalq səciyyəsi daşıyır

25

 və ya dildə qədimdən mövcuddur 



(əlbəttə, burada yalnız sırf səs təqlidi sözlər nəzərdə tutulur, obrazlı 

sözlər isə ümumiyyətlə feilləşmir). Həmin şəkilçiləri qəbul edə 

bilməyən sözlər haqqında isə yuxarıdakı fikri söyləmək mümkün 

deyildir. Bu sonuncular məhz sözdüzəldici (isim və ya feil düzəldici) 

şəkilçi qəbul edə bilməməsinə görə əsil təqlidi sözlərdən fərqlənir. 

Bunların bir qismi fərdi olduğu kimi, bir qismi də texniki səslərə 

təqlid cəhdi nəticəsində düzəldilmişdir. 

1.  Dit-di-di, dit-di-di... Turac qızları fikirdən ayırdı 

(Ə.Vəliyev).  

                                                            

24

Məsələn, M.Dilbazinin bir şeirində “ağ fərə”nin qah-qah, qah-qah şəklində 



“qaqqıldadığı” göstərilir. Və ya İ. Hüseynov yazır: “...düdüt-ha-düdüt, 

kolxozun maşınları belədən belə gedir, elədən elə”. Qeyd olunan təqlidi 

sözlərdən feil və ya isim düzəldilmir.

 

25



Məsələn, “Traktor tır-tır edib irəliləyir” (M.İbrahimov) – misalındakı “tır-

tır” təqlidi sözündən “tırıltı”, “tırıldamaq” kimi isim və feillər düzəldilə bilir 

və bunlar ümumxalq səciyyəli sözlərdir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

333



2. N.B.Vəzirovun Hacı Qəmbəri deyir: “Gedək yataq, İsrafil 

zurnasın çalanacan (əlini ağzına tutub) du-u-u! Ay İsrafil qardaş, du-

u-u! Ölsən də yatıb durmayacağam, du-u-u”.

26

 



3. V.Babanlının zavoddan bəhs edən bir əsərində deyilir: “Tak, 

trax-trrax... tıssa-tıssa səsləri bir anda bütün sexi bürüdü”. 

Bütün bu kimi tərkiblər haqlı olaraq söz hesab edilmir və lüğət-

lərə daxil edilmir. Bunlardan isim və ya feil düzəlmir; duuldamaq, 

duuultu, traxıldamaq, traxıltı və s. kimi “sözlər” dildə yoxdur. 

Başqa bir misal: “Bir az uzaqdan trap-trup səsi eşidildi” 

(A.Şaiq) – cümləsində qeyd olunan sözün orfoqrafiyası təhrif 

olunmuşdur, “tarap-turup” (tarap-turupatlılar...” – Nağıldan) 

olmalıdır. Həmin təqlidi sözdən düzəlmiş “trappıltı”, “trappıldamaq” 

kimi isim və feil dildə yoxdur (“tarappıltı...” vardır). Habelə təqlidi 

sözlərin əvvəlində iki samit səs bir yerdə işlənməz. 

Substantivləşməyən təqlidi sözlər cümlədə heç bir üzv ilə 

əlaqədar ola bilmir; bunlar qrammatik cəhətdən cümlə üzvləri ilə 

bağlanmayan sözlərə bənzəyir, heç bir suala cavab vermir və istənilən 

vaxt işlənildiyi cümlənin tərkibindən ümumi məzmuna xələl gəlmədən 

kənar edilə bilərlər. 

Xırr... Qatar dayandı (Mir Cəlal). Elə bil mis tiyana çaşnı tökür-

lər: “cırınnnqq” (Mir Cəlal). Qaçır qatar, uçur qatar: Taraqhataq 

(F.Qoca). 

Təqlidi sözlərin də substantivləşməsi əsasən ixtisar ilə əlaqədar-

dır. Məlumdur ki, substantivləşən hər bir söz əşyavi («предметный») 

məna kəsb edib ismə çevrilir və ismin bütün qrammatik əlamətlərini 

qəbul edir. Təqlidi sözlər də substantivləşdikdə “əşyavi” səsləri 

bildirir, yəni elə səsləri ki, bunlar əşya şəklində təsəvvür olunur. 

Substantivləşən təqlidi sözlər ismin cümlədəki bütün vəzifələrində 

çıxış edə bilir. Bunlar ismə məxsus nisbət, kəmiyyət, hal şəkilçilərini 

qəbul edir. 

                                                            

26

Əlbəttə, bəzi sonorları nəzərdə tutmuruq. Yarım sait – sonor “R” xüsusilə 



fərqlənir. Lakin hər halda daxilində sonor olan sözlər də iki variantda çıxış 

edir. OL-da “brovhabrov”, “drin-drin” sözləri getmişdir. Bu sözlərin danışıq 

dilində “burov-burov”, “dirin-dirin” variantları da mövcuddur: “Burov-burov 

ilə Moskvaya getdi”, “Burov-burov vaxtı idi” (“Koroğlu” dastanlarında:: – 

buroy-buroy // broy-broy). Bəzi dialektlərdə Göycə qarğa dra-dra və ya dıra-

dıra adlanır (AB, 43).

 



Musa  Adilov

 

 



334

İlk dəfə yarandığı zaman məfhumi səciyyə daşımasa da, 

sonralar təqlidi sözlərin mühüm qismi mənaca dəyişilərək təqlid 

olunan işin, hadisənin ümumiləşmiş adı olur. Bu zaman söz sanki 

məcaziləşir, obraz adı olmaqdan çıxıb məfhum adına çevrilir. 

Metaforik təqlidi sözlər bütöv ifadələrin məcaziləşməsinə təsir 

göstərir: Pıç-pıç ev yıxar (Atalar sözü); Pişik miyo-miyonu anasından 

öyrənər (Atalar sözü); Sən bu cib-cibi kimə öyrədirsən? (C.Cabbarlı). 

Bu isə onu göstərir ki, təqlidi sözlər də təfəkkürün məhsuludur, yalnız 

duyğu və təsəvvür ilə əlaqədar deyil, ümumilik ifadə edən məfhumlara 

çox yaxın konkret məfhumlar ilə əlaqədardır. Həmin sözlərin 

məfhumilik bildirən isimlərə çevrilə bilməsi də məhz bununla 

əlaqədardır. Bu sözlər metaforik işlənərək müxtəlif əşyaların adını 

bildirir: Tıntın (Həsən), Şaqqulu (bəy), tıqtıq (xanım), gurgur (pilətə), 

şıqşıq (otu), tıstıs (botanikada - bitki adı), şırşır (bulaq), cırcır (bulaq), 

zırzır (ağlağan), çırt (çubuğu), tırtıl, çıqqa, xor-xor  (pişik),  çaq-çaq, 

cızbız, cırbır... 

Belə tam substantivləşmiş təqlidi sözlərə sözdüzəldici şəkilçilər 

qoşmaqla yeni nitq hissələri əmələ gətirmək olar. Məs.: cızbızçı, 

cızbızxana; cığvığçı; tırtıllı (traktor). İsim və sifət düzəldən şəkilçilər 

diqqəti daha çox cəlb edir. 

...Çaraq-çuruqlu dünya (S.Rəhimov), ...Taraq-turuqlu əlfaz... 

(M.F.Axundov), ...Çəm-xəmli nigarım, bəri bax (Vaqif), ...Cızvızçı və 

dükançılar (C.Məmmədquluzadə). 

Təqlidi sözlərdən isim əmələ gəlməsinin yuxarıda göstərilən 

semantik üsulundan başqa, morfoloji, leksik-semantik və leksik-

morfoloji üsulları da vardır. Bütün bu üsullarda substantivləşmə 

hadisəsi də mühüm yer tutur. 

§ 13. Beləliklə, təqlidi sözlər bir sıra düzəltmə sözlər – isim və 

feillər üçün əsas, baza rolunu oynayır. Aşağıda qeyd olunan şəkilçilər 

vasitəsilə təqlidi sözlərdən isim düzəlir. 

Qeyd etmək lazımdır ki, həmin şəkilçilərdən bəhs edən 

müəlliflər bunların təqlidi sözlərdən də isim əmələ gətirdiyini 

göstərmirlər

27

. Müasir dildə çox işlək olmasa da, tarixən bir çox 



                                                            

27

Bu cəhətdən prof. Ə.Dəmirçizadə aşağıdakı qeydləri ilə fərqlənir: “...cücə, 



qarğa, qırğı, qu quşu adları isə əsasən bu quşların səslənmələrinə görə, yəni 

cücə adətən ci-ci...cü-cü...cö-cö...cip-cip...tonunda, qarğa da qa-qa...qırğı isə 




Azərbaycan dilində təqlidi sözlər 

 

335



isimlərin məhz təqlidi sözlərə həmin şəkilçiləri qoşmaqla düzəldiyi 

faktdır. Odur ki, sözlərin morfoloji təhlilində bu şəkilçilərin təqlidi 

sözlərə də qoşula bildiyi nəzərdə tutulmalıdır. 

1.-a şəkilçisi vasitəsilə əsasən birhecalı (bəzən də ikihecalı) və 

təkrarlanmayan təqlidi sözlərdən isim düzəlir. Burada sözün kökü – 

təqlidi söz iki şəkildə özünü göstərə bilər. Kök ya bir səsdən 

(samitdən) ibarət struktur ünsürlə, ya da ünsürsüz həmin şəkilçiyə 

birləşir. 

a) Struktur ünsürsüz: lopa, zopa, bağa

28

  (vağ-vağ// bağ-bağ 



sözündən). 

Bəzən danışıq dilində həmin sözdüzəldici “a” şəkilçisinin 

düşməsi də müşahidə edilir. Məsələn, aşağıdakı misalda qıya//qiyya 

sözündə olduğu kimi: 

O nə quşdur ildə çəkər bir qıya; hər qiyasında yüz min nahaq 

qan olur (“El şairləri”). 

b) Struktur ünsürlə: lıqqa, cıqqa, şaqqa, daqqa (qarın), daqqa 

(papaq),  zorba, dıqqa, cızza (uşaq dilində), qıyya (çəkmək), şəlpə, 

şəltə, domba, hərrə, lomba, danqa

, zoqqa, happa//appa (uşaq dilində 



– yemək. Gəl hapba ye!). 

Habelə:  goppa (DL), cıqqa (DL), doqqa (DL), hoppa (DL), 

çıtqa (DL), bomba (DL), kömbə (DL), dəbbə (DL). 

(Son iki misalda “a” şəkilçisinin ahənginə görə incə variantı “ə” 

işlənmişdir).

29

 



Bəzi sözlərdə “n” struktur ünsürünə təsadüf edilir. Məs.: xorna 

(çəkmək), hırra//hırna (vurmaq). 

                                                                                                                                

qır...ğı...qı...qı...tonunda səslənmələrinə görə sövti təqlid əsasında düzəldilmiş 

adlardır”. Bax: Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968, səh.64.

 

28



A.Ş.Şerbak “qurbağa” sözünün mənşəyindən bəhs edərkən yazır: “Bağa 

sözünün əsasında ehtimal ki, səs təqlidi söz durur. Müq.et: uyğurca pak-pak. 

Qur (kur) sözünün mənşəyi haqqında müəyyən şey deyə bilmərik” (Bax: 

Названия домашних и диких животных в тюркских языках; Сб. 

«Историческое развитие лексики тюркских языков». Изд-во АН СССР, 

М., 1961, стр. 153). Lakin buradakı «qur” sözünün də təqlidi söz olduğu heç 

bir şübhə doğurmur. Bunu bir sıra tədqiqatçılar da təsdiq edirlər.

 



Müqayisə et: cöngə.

 

29



Dialektlərdə bəzən “a” əvəzinə “o” şəkilçisi işlənir. Məs.: qaqqo (DL), 

zəqqo (DL), Diqqo ələk, diqqo sac... (Atalar sözündən).

 



Musa  Adilov

 

 



336

Bəzən bu isim düzəldən “a” şəkilçisi iki dəfə işlənir və mənanın 

şiddətləndirilməsinə, intensiv yaradılmasına səbəb olur. Məs.: qaqqa(-

na) çəkmək. 

Qaqqa sözü (qaqqa çəkdi) təqlidi sözdən “a” şəkilçisi vasitəsilə 

düzələn isimdir. Bu ismə yenə də təqlidi sözdən isim düzəldən “a” [-

na kompleksində  “n” struktur ünsürdür; yuxarıdakı misallara bax] 

şəkilçisi qoşulmuşdur. 

“a” şəkilçisi bəzi ikihecalı təqlidi sözlərdən də isim əmələ 

gətirir. Burada söz kökünün ikinci hecası struktur ünsürdən ibarət olur. 

Məs.: 

şırıqqa, taraqqa//tırıqqa, 



dombra (müqayisə et: 

dombul//dumbul, dumbur-dumbur təqlidi sözləri), çolaqqa (DL), 

cırıqqa (DL). 

-a şəkilçisi qəbul etmiş (və çox vaxt təkrar şəklində işlənmiş) 

təqlidi sözlərə yeni sözdüzəldici “ma” şəkilçisi də qoşulur ki, bu 

sonuncusuz söz müstəqil şəkildə mövcud deyildir. Məs.: 

Zırrama, cırcırama, qurqurama (quşqulu) (DQ), qırqırama (çox 

duzlu mənasında) (DL), gurgurama

30

 (uşaq kitabında). 



Belə -“a” şəkilçisi ilə düzəlmiş təqlidi isimlərin təkrarı başqa 

isimlərin təkrarından fərqlənmir. 

Lopa-lopa, domba-domba, cıqqa-cıqqa (tər tökmək) kimi 

təkrarların təqlidi sözlərə dəxli yoxdur. Başqa sözlə, isim əmələ 

gəldikdən sonra artıq təqlidilik məfhumu arxa plana keçir. Əmələ 

gəlmiş isimlər isə ismə məxsus əlamətləri (sözdəyişdirici şəkilçilər, 

təkrarlanma və s.) qəbul edə bilir. 

II. -ı,-i,-u,-ü şəkilçisi ilə təqlidi sözlərdən atributiv isim düzəlir: 

danqı, zırpı, mızı, zırı, sızı. 

Habelə:  zıqqı

31

 (DL), çaqqı (DL), bombı (DL),  bombu (DL), 



şoqqu (DL), şoqqı (DL), xırxı (bəzi dialektlərdə: əl mişarı mənasında). 

Bu şəkilçi bəzi sözlərin tərkibində yaşayır. -ıl,-il,-ul,-ül şəkilçisi 

də bir sıra təqlidi sözlərdən isim düzəldir: dombul//dumbul, gombul... 

                                                            

30

R.Kunqurov özbək dilində (səs) təsviri sözlərdən bəhs edərkən belə misallar 



çəkir: jaranqlama, şargirama, yargirama. Bax: Р.Кунгуров. Тасвири 

сузлардан ясалган сифатлар. «Труды Самаркандского гос.ун-та им. 

А.Навои», вып №139, 1964, стр.18.

 

31



N.K.Dmitriyev də bu sözün təqliddən düzəldiyini göstərmişdir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

337



Bu kimi isimlərə yenə də isim əmələ gətirən –ı,-i,-u,-ü şəkilçisi 

qoşmaqla intensiv mənalı sözlər düzəlmiş olur. Məs.: cıppılı//cumbuli 

[cumb-ul-i],  cunquli  [bəzən  cunqul yerinə cunquş da işlədilir; “ş” 

ünsürü ən çox kiçiltmə bildirən ünsürdür. Elə bu kimi, intensivlik 

yaradan sözlər də kiçiltmə bildirir], çıqqılı, dıqqılı



Bu intensivliyi yenə də artırmaq mümkündür: 

cumcumbuli//cıpcıppılı (əsasən danışıq dilində) və s. Bütün bu kimi 

kiçiltmə bildirən (bir növ intensiv) sözlərə yenə kiçiltmə billdirən “ca” 

şəkilçisi qoşulur (sanki “intensivin kvadratı” yaradılır). Məs.: 

çıqqılıca, dıqqılıca və s. 

III.  –an,-ən,-in şəkilçisi vasitəsi ilə bəzi təqlidi sözlərdən isim 

düzəlir: şırran (şır-şır sözündən), şirdan (sırt sözündən), dıqqan (DL), 

zobban (DL). 

Buraya OL-dəki dombalangöz (müq.et: dombagöz), çəkçəkin 

(ədəbi dildə: çəkçəki – quş adı), pərpərən (//pərpərək) sözləri də 

aiddir. Məs.: Müəllimlərin pərpərən toxumu kimi hərəsini bir kəndə 

dağıdır (C.Gözəlov). 

Bu şəkilçi bəzi təqlidi sözlərdən həm də düzəltmə feil əmələ 

gətirir: hoppanmaq, hıqqanmaq, qıcanmaq, gücənmək. 

Həmin şəkilçi bir sıra sözlərin tərkibində də özünü göstərir. 

Məs.: pətənək (// pətək), sağsağan

 (zığ-zığ//zıx-zıx quşu) dağdağan 



(Dağdağana

32

 dağda dana böyüdü... Sabir). 



IV.  -q,-k,-aq,-ək,-ıq,-ik,-uq,-ük şəkilçiləri ilə əsasən birhecalı 

təqlidi sözlərdən (struktur ünsürlü və ünsürsüz) isim düzəlir: şıllaq, 

şallaq, şıltaq, hinaq, qıdıq, pipik, tütək//düdük, fırıq (işi fırıqdır), 

lümək, lopuq, pərək (burun pərəyi), çəpik, sırtıq//çırtıq, pətək, kirtik, 

                                                            

Müqayisə et: uşaq oyunu – naqquli. Dilimizdə bir növ ümumiləşmiş xüsusi 



ad olan Şaqquli (klassik ədəbiyyatımızda olan Əmr və Zeyd adları ilə 

müqayisə et) sözü də bu üsulla düzəlmişdir. Misallar: 1) O yanı taxta, bu yanı 

taxta,  Şaqqulu bəy otaqda (Tapmaca); 2) Şaqqulu bəzəkli qaldı (bu məcazi 

ifadə əsasən Bakl dialektində işlənir).

 



 Bu kimi sözlərin bir qismi yer adları kimi də işlənir: Sağsağan (dağ zirvəsi), 



Dağdağan (kənd) və s.

 

32



Sonuna “a” əlavə edilən belə sözlər yenə vardır: qaqqana, 

cuqqana//cıqqana, dıqqana, şaqqana// şaqqanat (çəkmək). OL-də pərtənəgöz 

(müq. et: pərtdəgöz).

 



Musa  Adilov

 

 



338

topuq, cırıq, zırıq, titrək, palçıq

33

, işıq (müq.et.: - iş//-ış-armaq, ış-



qarmaq)

34

, təpik//tipik



35

, şapalaq

36

, cınqırıq, sümük



37

və s


∗∗

Ördək sözünün ör-dək//örd-ək//hört-ək şəklində, hər halda səs 



təqlidi ilə əlaqədar olduğu şübhəsizdir. 

Cınqırıq sözünün kökü – cınqır da isimdir. Bu ismin kökü isə 

cınq – təqlidi sözdür. Struktur “q” ünsürü qəbul edən “cın” sözü 

sözdüzəldici ır (-ıl; müq.et.: dombul, cumbul-i və s.) ilə birləşib cınqır 

təqlidi ismini (cınqırını çıxarmamaq) əmələ gətirmişdir ki, bu sonuncu 

da yenə təqlidi sözdən isim düzəldən “ıq” şəkilçisi vasitəsilə intensiv 

mənalı yeni isim əmələ gətirmişdir. 

Zahirən bunlara bənzəsə də, aşağıdakı vahidlər təqlidi sözlərdən 

deyil, təqlidi feillərdən düzəlmişdir: asqırıq, bvağırıq, öskürək, 

püskürək//püskürük, fınxırıq, fısqırıq, fışqırıq, hıçqırıq, hönkürək, 

hayqırıq, çağırıq, çığırıq, qırpıq (gözüqırpıq), qışqırıq. 

Türkmən dilində “döş” mənasına gələn kükrək (kükrə-k) sözünü 

də buraya aid etmək olar. Bu sözlərin bəzilərinin kökləri (obrazlı qırp-

, təqlidi cır-) həm təqlidi söz, həm də feil mənası daşıyır. Belə 

                                                            

33

Bu sözün kökü “palç” dilimizdə təqlidi söz kimi işlənmir. Bəzi türk 



dillərində isə müstəqil söz kimi yaşayır. Bax: М.Худайкулиев. 

Пoдражательные слова в системе словопроизводства туркменского 

языка. Труды Института языка и литературы АН СССР, 1957, стр.82.

 

34



Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 

языке. ИВЛ, Л., 1962, стр.201.

 

35

Э.В.Севортян (Bax: yenə orada,  səh.466) da bu sözün təqliddən 



düzəldiyini göstərir.

 

36



Bu sözün kökünün sapp(-ıq)//şapb(-ıq), yaxud sap(-alaq) olduğu ehtimal 

edilir. 


6

 E.V.Sevortyan bu sözün kökünün (süm) [buradan da sümürmək] təqlidi söz 

olduğunu  (bax: yenə orada, səh. 414) göstərir. 

∗∗

Dilimizdəki təqlidi pəltək, vokativ doduq//xotux, obrazlı nıtıq (nıtıq burun) 



(müq. et: nıs/nısburun) sözlərini də bura daxil etmək mümkündür. Habelə 

torpaq//torpaq (top-ar-aq?) sözünün də mənşəyi bununla əlaqədar izah edilə 

bilməzmi? 

7

Sözün əsli “qıyqırıq”dır. Bunun kökü “qıy” sözü “qıy vurmaq”, “qıy 



çəkmək” ifadələrində işlənir. DL-də həmin mənada qıylamaq, qıyxırmaq 

sözləri vardır.

 

 



Azərbaycan dilində təqlidi sözlər 

 

339



sinkretik köklər təqlidi sözlərə çox xasdır

38

 və buna görədir ki, məsdər 



şəkilçisi “-maq/-mək” belə köklərə bitişdikdə isim əmələ gətirir. Məs.: 

cırmaq, toxmaq, çaxmaq

39

, qırpmaq



40

 (göz qırpmaq tərkibində). 

Bəzən -aq... şəkilçisi təqlidi söz kökünə deyil, bu söz kökünə 

qoşulmuş olan -an,-ən şəkilçisindən sonra gəlir və beləliklə, sanki -

anaq,-ənək şəkilçiləri də təqlidi sözlərdən isim düzəldən şəkilçi kimi 

formalaşmış olur. Məs.: pətənək (pətək), xirtdənək (xirtdək), qayqanaq 

və s. 

V. -ız, -iz, -uz, -üz, -az, (-əz) şəkilçisi də bir sıra təqlidi sözlərə 



qoşularaq isim düzəltmişdir: ulduz

41

, cılız



42

, öküz, toppuz, 

donuz//donquz

43

, dımbız//dumbuz (dialektlərdə yumruq



44

 mənasında 

işlənir), pampız, qapaz. 

Bəzən “qarpız” sözünün fars dilindəki “xərbuzə”dən düzəldiyini 

söyləyirlər. Məsələn, V.Q.Yeqorov müxtəlif türk dillərində işlənən bu 

sözün (arpus, xarpuz, arbuz, karpız, karbuz, karpuz, qarpız, barpız, 

tarvuz) farscadan ( زبرخ

ه

) olduğunu deyir. Müəllif göstərir ki, farsca 



“qarpız” tərbuz ( زوبرت ) adlanır.

45

 



                                                            

38

Э.В.Севортян. Указ.раб.



 

39

Müqayisə et: dırmaq, dırnaq, cırnaq.



 

40

E.V.Sevortyan da bu sözü təqlidi feil hesab edir. Bax: Göstərilən əsəri, 



səh.333.

 

41



Sözün əsli yıldız olub, dilimizdə işlədilməyən «yılt” təqlidi sözündən 

düzldilmişdir. Burada “l” səsi N.İ.Aşmarinin belə bir fikrini bir daha təsdiq 

edir ki, türk dillərində bu səs işıqla əlaqədar olan obrazlı sözlərdə özünü 

göstərir. (Вax: «Подражание в языках Среднего Повольжя», Известия 

АГУ им. В.И.Ленина, Баку, т.2-3, 1925, стр.146.

 

42



Sözün kökü “cıl”, cılğa və cılğı sözlərinin tərkibində də qalır. Ehtimal ki, 

dılqır//dılğır sözünün kökü də fonetik dəyişməyə uğrayan (c   d) həmin “cıl” 

sözüdür.

 

43



Sözün kökü don//donq, feili donquldamaqdır. İntensiv forması donq-donq 

donquldamaq. Müasir dildə bu söz ilə donuz deyil, əsasən ayı səsinə təqlid 

edilir. Olsun ki, bu sözlərin sonrakı məna diferensiasiyasının nəticəsidir.

 

44



Р.Рустамов. Глагол в диалектах и говорах азербайджанского языка 

(автореф. докт. дисс.), Баку, стр.16. Hər iki sözün kökünü (dum və yum) 

müqayisə et.

 

45



В.Г.Егоров. Этимологический словарь чувашского языка. Чебоксары, 

1964.


 


Musa  Adilov

 

 



340

هزبرخ  və ya  هزوبرخ  isə fars dilində yemişə, qovuna deyirlər.

46

 

Belə bir fikir vardır ki, fars dilində iki cür yazılışı olan söz 



kökləri bir qayda olaraq fars sözü deyildir.

47

 Məs.: B.V.Millerin 



lüğətində gedən ağıl لغآ və  لوغآtapança  هچناپط  və  هچناپت   və s. kimi.

 

Bu cəhətdən də iki cür yazılan هزبرخvə  هزوبرخsözünün əslində 



alınma olduğunu deyə bilərik.

 

Ehtimal etmək olar ki, bu söz bizim dilimizdən fars dilinə 



keçmiş və “xalq etimologiyası” təsiri ilə həmin şəklə düşmüşdür. 

Qarpız sözünün kökü (qarp-) danışıq dilində “qarp elədi” tərkibində və 

məhz təqlidi söz mənasında yaşayır.

 

Rudəkinin məşhur  هزبرخ ود یتسدب هتشادنرب سک   misrasının 



dilimizdə “Bir əldə iki qarpız tutmaq olmaz” şəklində tərcüməsi əslinə 

müvafiq deyildir. 

Göydən gedən qazlar; Bir-birlərin gopazlar (El şairləri, II, 

səh.169) misalında “gopazlar” sözünün əsası olan “gopaz” (“qapaz” 

ilə yaxın deyilmi?) sözü gop//gup (və ya gopp//gupp) təqlidi sözündən 

(feili isə: gop// gup-a-maq) düzəlmişdir. 

Yıldız sözü ilə yıldırım sözlərinin kökü eyni “yılt” təqlidi 

sözüdür. Burada -ız və -ır  [yıld//t-ır-ım] şəkilçilərinin biri əşya adı, 

digəri proses adı (yıldır- müqayisə et: çıldır-maq) bildirir. Həmin 

şəkilçilər z və r səslərinə görə fərqlənir. 

Məlum olduğu üzrə qədim zamanlarda  türk dilləri iki dialekt 

qrupuna bölünürdü ki, bunların birinin sözlərinin sonunda və ortasında 

işlənən “z” səsi  digər qrupun sözlərində “r” ilə müvafiq gedirdi. R 

qrupuna çuvaş dili, Z qrupuna qalan türk dilləri daxildir. 

Q.Ramstedt güman edirdi ki, bir sıra sözlərdə R səsi Z səsinə 

keçdiyi üçün, R qrupu dilləri daha qədim hesab olunmalıdır. Başqa 

sözlə, göz sözü görmək feilindən, quduz sözü də qudur-maq feilindən 

törəmişdir və s. Bir çox türkoloqlar və monqolşünaslar bu hipotezanı 

qeyd-şərtsiz qəbul etsələr də, həmin fikrə qarşı çıxanlar da yox 

deyildir. Məsələn, V.V.Radlov göstərirdi ki, çuvaş dilindəki R səsi Z-

dan törəmişdir. B.A.Serebrennikovun fikrincə, müxtəlif dillərdə 

                                                            

46

Bax: Персидско-русский словарь (сост. Б.В.Миллер), М., 1953, səh. 



189

47



Bu məlumat üçün filoloji elmlər namizədi B.Abdullayevə təşəkkür 

bildirirəm.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

341



səslərin inkişafı tarixi üzərində aparılan müşahidələr göstərir ki, qapalı 

hecanın sonunda R çox zaman Z-dan törəyir  və R heç vaxt Z-yə 

çevrilmir.

48

 Yuxarıdakı fikrə tam əks olan bu hökmü doğrultmaq üçün 



müəllif bir sıra dillərdən nümunələr göstərir. Məsələn, kamsk-bulqarca 

“xır” sözünün daha daha qədim gъz-dan əmələ gəldiyini qeyd edir. 

Bizcə, məsələyə bir qədər  başqa cəhətdən yanaşmaq lazımdır. 

“Göz” sözü “gör”dən yaranıb, yoxsa əksinə “gör” sözü “göz”dən 

yaranıb? Axı gözük-mək // görükmək feili müvazi formalarda işlənir və 

ya “gör” sözü bütün müasir türk dillərində və qədim yazılı abidələrdə 

mövcuddur və s. Burada məsələ sözün kökünü müəyyənləşdirmək-

dədir. Hər iki sözün kökü “gö” – ünsürüdür ki, “z” əlavəsi ilə bu 

kökdən isim, “r” əlavəsi ilə feil əmələ gəlmişdir. Z-nın isim, R-nın 

feil yaratması təqlidi sözlərdə daha aydın müşahidə olunur 

(yıldız//yıldır-ım). Müqayisələr göstərir ki, bəzi başqa sözlərdə də 

vəziyyət belədir. Məs.: öküz və böyürmək kimi... Tatar dilində 

böyürmək əvəzinə ükör, öküz əvəzinə də üqez işlədilir. 

Beləliklə, N.K.Dmitriyevin çox düzgün olan “R –  təqlidi sözlər 

feil əsasını, Z – isim əsasını səciyyələndirir”

49

 fikri təqlidi sözlər 



materialı üzrə də təsdiq edilə bilər. 

-ız,-iz,-uz,-üz şəkilçisini qoşmaqla düzələn sözlərdən biri də 

xoruz  sözüdür. Müxtəlif lüğətlərdə və tədqiqat əsərlərində bu sözün 

fars dilinə məxsus olduğu göstərilir ki, bu fikir inandırıcı deyildir. 

Müqayisəli-etimoloji təhlil nəticəsində məlum olur ki, xoruz sözü də 

səs təqlidindən düzəldilmiş isimdir. Bu sözün müxtəlif türk dillərində 

aşağıdakı variantları vardır: xoraz (uyğurca), koroz (qırqızca), xuroz 

(özbəkcə),  xoraz (türkməncə), horoz (türkcə), xoraz (qaraqalpaqca), 

koraz (noqayca), xoraz (balqarca), xoraz (qumuqca). 

Bütün bu misallarda -uz//-az//-oz sözdüzəldici şəkilçi olub, kök 

hissəsi  xor-//kor-//xur-//hor- morfemindən ibarətdir. Burada ümumi -

r- ünsürünü nəzərə almasaq, sözün arxetipini ümumiləşdirilmiş 

şəkildə qo- kimi bərpa etmək mümkündür. Qo- və ya qu- həmin quşun 

                                                            

48

Bax: Б.А.Серебренников. Методы изучения истории языков, 



применяемые в индоевропеистики и в тюркологии (сб. «Вопросы 

методов изучения тюркских языков», Ашхабад, 1961, səh.56)

 

49

 Н.К.Дмитриев. Соответсвие Р//З. «Исследования по сравнительной 



грамматике тюркских языков», ч.I, Фонетика, М., 1955, стр. 525

 



Musa  Adilov

 

 



342

səsinə təqliddən başqa bir şey deyildir. Maraqlıdır ki, qaraçay dilində 

xoruz anlayışını bildirmək üçün ququrukku sözü işlənir ki, bunun səs 

təqlidi olduğunu deməyə ehtiyac yoxdur. 

Məlumdur ki, ən qədim köklər öz qeyri-müəyyənliyi, yayğın 

mənalılığı ilə  səciyyələnir. Qo-//qu- ünsürü də çox müxtəlif 

mənalarda işlənmişdir. Bu ünsür ötmək, oxumaq, banlamaq, geniş 

mənada danışmaq//söyləmək//demək mənalarına uyğun gəlir. Bu fikri 

belə bir cəhət də təsdiq edir ki, xoruz anlayışı başqırd dilində ətəs, 

tatar dilində ətəc şəklində olub hər iki dildə əyt/de sözü ilə əlaqədardır. 

(Eynilə “söz söyləmək, demək, danışmaq, çağırmaq” mənası daşıyan 

latın sözü sapo alman dilinə keçib nohp şəkli almış və xoruz mənası 

kəsb etmişdir). Nəhayət, çuvaş dilində xoruz məfhumu aytan sözü ilə 

ifadə olunur və bu söz tərcümədə “oxuyan”//”ötən”//”banlayan” 

(«поющий») deməkdir. Maraqlıdır ki, rus dilində «петух» sözü « 

петь» feili ilə bağlıdır. 

VI. -Daq, -dək, -dıq şəkilçisi ilə sözlərdən isim düzəlir: cızdaq, 

çatdaq, xirtdək, tapdaq, fırıldaq, çağırdaq, şaqqıldaq // (çaqqıldaq – 

DL)*... 

Bu mürəkkəb şəkilçilər da//də (habelə: dı) və q//k ünsürlərinə 

bölünür. Da//də vaxtilə dilimizin sözdüzəltmə sistemində müəyyən rol 

oynasa da, artıq öz yerini la//lə şəkilçisinə tərk etmişdir.  Bunların 

eyni şəkilçi olduğunu sübut edən faktlar çoxdur. Ədəbi dildə işlənən 

aldanmaq, aldatmaq (məhəlli forması – allanmaq, allatmaq), 

dialektlərdə:  başdamağ, işdəmək, tişdəmək

50

  (başlamaq, işləmək, 



dişləmək əvəzinə); xalq dilində: Bozdar (it adı), bozdamac//bozlamac; 

“Şühədənamə”də:  örtüldük (örtük), bağırdaq (uşaq bələmək üçün 

sarğı) və s. formalar geniş yayılmışdır. Ədəbi dildə habelə batdaq, 

qızartdaq, 

tüklü (Ə.Məmmədxanlı), gözübatdaq, qarabatdaq, 

qaşqaldaq kimi sözlərdə həmin şəkilçilər müşahidə olunur. 

                                                            

*Eyni şəkilçi başqa türk dillərində də mövcuddur. Məsələn, özbəkcə xigildok 

(-hıqqıldaq) sözü qırtlaq mənasında, şilpildok sözü malları qaçırmaq üçün 

onların quyruğuna bağlanan şaqqıldayan şey mənasında və s. işlədilir. Müq. 

et: Tavanda işıq şappıldaqları (R.Rza). 

50

Bax: K.T.Ramazanov. Salyan dialektinin fonetikası. Azərb.SSR EA  



Xəbərləri, 1956 №6, səh.72.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

343



N.K.Dmitriyevin müxtəlif türk dillərindən göstərdiyi

51

şaqraq [-



şaqır(d)aq],  fırıldaq (uşaq oyuncağı mənasında), şarpadaq, pıtpıdaq, 

şapırdaq, çınqırdaq sözləri buraya aid edilə bilər. 

Bu şəkilçili sözlər dialektlərdə xüsusən çoxdur. Məs.: 

S.Rəhimovun işlətdiyi işıldağ (gözlər), hövüldək (adam) və s. 

dialektizmlər kimi. 

Feil düzəldici la/lə şəkilçisi isimlərdən feil əmələ gətirdiyi kimi, 

daq, dək və dıq şəkilçilərinin birinci hissələri də təqlidi sözlərdən feil 

düzəldir. Məs.: tapdamaq, partdamaq, çırtdamaq... 

Haqqında danışdığımız şəkilçilərin ikinci hissəsi q//k isə 

feillərdən isim düzəldən şəkilçidir.  Həmin vəzifəni çimdik, dimdik

52

 

sözlərində “k” ünsürü, xortdan, cırtdan sözlərində “n” ünsürü görür. 



Müasir ədəbi dilimizdə eyni şəkilçi kimi da... və la... müvazi 

şəkildə bəzən özünü göstərir. 

1) Zərbəli divarın çatdağından

53

 deyir (C.Məmmədquluzadə). 2) 



Qanun-qaydalar... çatlaq-çatlaq olmağa başlayırdı (M.İbrahimov). 

Başqa misallar: 

Canı  xirtdəyinə yığıldı (S.Rəhimov). Xirtdək sümüyü... 

(Ə.Əbülhəsən) ifadələri (buradan da “xirtdəkləmək” ilə yanaşı 

“xırtləgini cırır” (Ə.Nəzmi), “xırtlağının tərpəndiyini gördü” 

(Ə.Əbülhəsən) formaları yaşamaqda davam edir. 

Bu şəkilçilərin paralelizmi təqlidi feillərdə də özünü göstərir. 

Məs.: 


çırtdamaq//çırtlamaq, pırtdamaq//pırtlamaq, xortda-

maq//xortlamaq (lakin müqayisə et: tapdamaq və onun intensiv for-

ması tapdalamaq). 

“Fırtdıq” (sözün kökü “fırt”-dır. Misal: Elə bil fırt eləyib bur-

nundan düşüb) sözündən “d” düşərək bəzən fırtıq şəkli alır. Bu sözün 

“fırtılıq” şəkli də (ümumiyyətlə təqlidi sözlərdə -ıl...struktur ünsürü 

intensivlik yaradır) vardır. Məs.: Burnu fırtılıqlı corma-cocuqlar... 

(C.Məmmədquluzadə). Həmin şəkilçili sözlər bəzən məhəlli və ya 

                                                            

51

Bax: Н.К.Дмитриев. Строй тюркских языков. ИВЛ, М., стр. 73-75.



 

52

Yenə orada, səh.99.



 

53

Bu sözün “çat” forması da metaforik şəkildə işlənir. 1) – Usta, küpəniz 



irəlidən çat idi. Ya təzəlikdə sınıb? (C.Məmmədquluzadə); 2) İstidən çat-çat 

olan gölməçə yerlər...(Mir Cəlal).

 



Musa  Adilov

 

 



344

fərdi sözlərdən ibarət olur. Məs..: çıraqdan bir çırtdaq atıldı (“Azərb. 

nağ.”). 

Bütün bunlardan sonra S.Cəfərovun aşağıdakı qeydlərinə etiraz 

etmək lazım gəlir. S.Cəfərov yazır: 

“Fikrimizcə, dilimizin çırttıq (çırtıq), fırtıq (fırttıq) sözlərində 

təsadüf edilən -ıq, -tıq, qoltuq sözündə təsadüf edilən -tuq şəkilçisi -

lıq//luq şəkilçisindən assimilyasiya və dissimilyasiya hadisələri 

nəticəsində l səsinin  t səsinə keçməsi yolu ilə əmələ gəlmişdir.”

54

 



Təkrar edirik ki, da//də//dı və q//k  şəkilçilərindən birincilər 

təqlidi sözlərdən feil düzəldən, ikincilər isə bu təqlidi feillərdən isim 

düzəldən şəkilçilərdir. Və demək lazımdır ki, artıq bir bütöv şəkilçi 

kimi nəzərə çarpan bu daq/dək şəkilçili sözlərin bəziləri müasir dildə 

laq//lək şəkilçili sözlərlə müvazi işlənir. Tarixən isə bu ikincilərin 

əvvəl, birincilərin sonra meydana gəldiyini və onlardan (ikincilərdən) 

törədiyini söyləmək üçün heç bir elmi əsas yoxdur. Əvvələn, bu 

daq//dək şəkilçili bütün sözlər laq//lək ilə əvəzlənə bilmir. Sonra, bu 

daq... forması “da-q” mürəkkəb şəkilçisidir ki, buradakı “da-”  bir 

çox tədqiqatçıların ümumi fikrinə görə müasir “la”-ya nisbətən qədim 

hesab olunur. Odur ki, S.Cəfərovun yuxarıdakı fikri, habelə 

ədəbiyyatda bu şəkilçilərə münasibətdə özünü göstərən bəzi fikirlər, 

məsələn,  “cızdaq” sözünün guya müxtəlif fonetik hadisələrə 

uğrayaraq, “cızlıq” sözündən düzəldiyi fikri qənaətbəxş deyildir.

55

 

Ümumiyyətlə, təqlidi isimlər müxtəlif fonetik-morfoloji 



variantlara malik olur. Burada müxtəlif dialektlərin təsiri özünü 

göstərdiyi kimi, subyektiv momentlərin də az əhəmiyyəti yoxdur. 

Məs.:  bomba (DL), bombı (DL), bombu/bommu (DL), habelə dıqqa, 

dıqqana, dıqqancıq, dıqqanacıq və s. 

VII. Təqlidi sözlərdən isim əmələ gətirən bir sıra şəkilçilər çox 

az sözdə özünü göstərir. 

a) -cək şəkilçisi: tüpürcək  [tüpür//tüfür sinkretik tipli təqlidi 

sözün kökü tüp//tüf-dür]. 

                                                            

54

S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, səh. 84-85. 



 

55

Bax: H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, səh.252. 



Bu kitabda “cız” sözünün real mənası, etimologiyası, danışıq dilində işlənən 

cızğal, cızğalaq, cızğalağını çıxarmaq kimi söz və birləşmələrdə yeri çox 

düzgün şərh olunmuşdur, sözün fars dilinə keçdiyi göstərilmişdir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

345



b) -əng şəkilçisi: fişəng, tüfəng. 

c)  -cı şəkilçisi: damcı (sözün kökü dam//tam sinkretik təqlidi 

sözdür. Həm təqlidi söz, həm də feil kimi təsəvvür olunur).

56

 



ç) -tə şəkilçisi : piltə (sözün kökünü pilpilə sözü ilə müqayisə et). 

d) -laq şəkilçisi: taqqalaq (əsli: taqqanaq), tağalaq. 

e) -ğa//-gə şəkilçisi: qarğa, çəyirtgə [//çik-ir (t)-gə]. 

ə) -man şəkilçisi: dəyirman. 

Dəyirman//dəgirman//tıqırman sözünün kökü dəgir//di-

gir//diyir

57

//tıqır təqlidi sözdür. Bu sözün ikinci hissəsi “man” bir sıra 



türk dillərində müstəqil söz kimi yaşayır. Qırğız dilində “getmək”, 

“hərəkət etmək” (kайда мандын – hara getdin?), altay və şor 

dillərində “qaçmaq, yüyürmək”, qədim uyğur dilində “addımlama”, 

“qaçma”, “gediş”, qazax, yakut, uyğur dillərində “getmək”, “yerimək” 

(man,) mənalarında işlədilir. 

f)  -ım, -im, -um, -üm şəkilçisi: qurtum (bir qurtum su), çırtım

58

 

(bir çırtım soğan), xortum, cırım (bəzi dialektlərdə isim mənasında; – 



“cırım çəkmək” tərkibində, ildırım//yıldırım, sıldırım//şıldırım 

(ümumiyyətlə təqlidi sözlərdə s və ş səslərinin paralelizmi diqqəti cəlb 

edir:  şonqar//şunqar və sunqar kimi), üfürüm (daş daşı bağlamasa 

hörgü bir üfürümlə uçar – K.Dadaşoğlu). 

Buraya  qığılcım sözünü də aid etmək olar. Qığılcım sözünün 

(giyilcim

59

 bəzi dialektlərdə qılcım



60

 (qılçıq sözü ilə bunun 

kökü eynidir) variantı da vardır. 

                                                            

56

Eynilə rus dilində bu sözün qarşılıqlı «капля» isminin kökü «кап»həm 



feilin (капать) köküdür, həm də təqlidi sözdür.

 

57



DL-də “diyir” sözünün “təkər” mənasında işlənildiyi göstərilir. Hər iki 

sözün kökü eynidir.

 

58

Çırtma sözü də buraya aid edilə bilər: çırtım çırtıma  çırtma. Məs.: “Birinə 



bir çırtma vurdu”(S.S.Axundov). 

 

59



Günes…kivilcim gibi sönüverdi (“Güzel masallar”).

 

60



Təqlidi söz köklərindəki l səsinin əsasən işıqla əlaqədar sözlərdə özünü 

göstərdiyini irəlidə N.İ.Aşmarinə əsaslanaraq qeyd etmişik. Məs.:lıp-lıp//lap-

lap  (gözlərini döymək) lum-lum (udmaq), ləh-ləh, lök-lök və s. Bu barədə 

həm də bax: Н.К.Дмитриев. Этимология слова  

یدرقل 

       ّ


  «Строй тюркских 

языков», ИВЛ, М., 1962, стр.58.

 



Musa  Adilov

 

 



346

§14. Təqlidi sözlərin quruluşca təhlili bir sıra isimlərin 

etimologiyasını müəyyənləşdirməyə imkan verir. Gördüyümüz kimi, 

bir çox isimlər – heyvan, quş və s. adları mənşə etibarilə təqlidi 

sözlərə bağlıdır. Məhz təqlidi sözlərin morfoloji  strukturasını 

 

öyrənmək nəticəsində məsələn, bildirçin sözünün tərkibini düzgün 



müəyyən etmək olar. Bu söz iki hissədən ibarətdir: bildir və çin. İkinci 

hissəni təşkil edən “-çin” sözü qədim türk dillərində əsasən “quş” 

mənasına malik olmuşdur.

61

 Bu qədim ünsür göyərçin, sığırçın 



sözlərində də özünü göstərir.Bildirçin sözünün birinci (bildir-) isə 

bild- təqlidi kökü və -ir struktur ünsürlərindən mütəşəkkildir: bild//pilt 

həmin quşun səsinə təqliddir. 

Tarlalarda bildirçinlər konsert verir: bılt-bılıt (S.Rüstəm). 

Bildirçinlərin nəğməsi yayıldı hər tərəfə... “Bıp-bılıt, bıp-bılıt, bıp-

bılıt” (T.Elçin). Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin “bit-

billit” səsləri gəlirdi (S.S.Axundov).

62

 



Sözün əsli (bit-bilit//pit-pilit/

bərpa oluna bilər. 

Yuxarıda gördüyümüz -aq...//-ıq... şəkilçişini də bu sözə qoşub 

isim əmələ gətirmək olardı. Məs.: bıt-bılıt+aq→ bıtbıltaq →bıtbıldaq. 

Doğrudan da, bildirçin anlayışı bəzi başqa türk dillərində təqlidi 

sözlərdən isim düzəldən həmin -aq... şəkilçisinin köməyilə bıtbıldaq 

şəklində işlədilir. Bildirçin quşuna çuvaş dilində pětpeltěk, bir sıra 

başqa türk dillərində быт-былдыкь deyilir.

63

 Qaqauz dilində pïtpïdag 



(pitpidaq) adlanan

64

 bu quşa özbəkcə bitbildik, başqırd və tatarca 



bıtbıldık, oyrotca patpadıl, tuvincə patpadak deyilir.

65

 



                                                            

61

 Г.Касумбейли. По поводу одной этимологии у Потебни. «Труды 



Института Языка АН Азерб. ССР», т.1, Баку, 1947, стр.24.

 

62



Müq.et: “...Bildirçinlərin vıt-vıdı, vıt-vıdı səsləri...eşidilirdi” (Q.Xəlilov).

 

63



Bax: Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 

языке, ИВЛ, М., 1962, səh. 429.

 

64

Bax: Н.К.Дмитриев. Очерки южнотюркской мимологии («Строй 



тюркских языков», ИВЛ, 1962).

 

65



Bax: Д.Х.Базарова. К этимологии некоторых древнетюркских названий 

птиц. «Вопросы тюркологии», 1975, №4,səh. 15.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

347



Bıt-bılıt (bıt-bılt+aq) modelində qurulmuş başqa tərkiblər 

haqqında da  eyni sözləri söyləmək mümkündür. Məsələn, qaşqaldaq 

və ya Bakı dialektində oyun havası qıtqılıda(q)//qıtqılıdı(q). 

Bu qeyd olunan isimlər təqlidi sözlərə həmin -aq... şəkilçisi 

qoşmaqla düzələn başqa isimlərdən onunla fərqlənir ki, bunların 

kökünü təşkil edən sözlər məhz təkrarlanmış şəkildə mövcud olur: 

bılt-bılt(-aq) kimi. 

Bildirçin sözünün morfoloji-etimoloji təhlili digər bir quş adının  

– “göyərçin” sözünün izahına dolayısı ilə yardım göstərir (“Quşu 

quşla tutarlar” ifadəsi burada səciyyəvi bir məna kəsb etmiş olur). 

Bu sözün birinci hissəsi (göyər) rəng bildirən göy sözü ilə 

əlaqədar deyildir. Ə.Ziyatayın “Bakı gecələri” şeirində “Göy göyərçin 

qanadlıdır” ifadəsi işlənmişdir ki, burada rəng bildirən “göy” 

sözündən məqsəd daha çox ahəng, alliterasiya yaratmaqdır. Göyərçin 

göy rəngdə olduğu kimi, ağ, qara və s. də ola bilər. 

Bununla belə, bəzi tədqiqatçılar göyərçin sözünü “göy” sözü ilə 

əlaqələndirməyə çalışırlar və hətta belə bir “dəlil” gətirirlər ki, 

məsələn, rus dilində də «голубь» sözü «голубой» sözündən 

törəmişdir. Bu mülahizədə bir neçə anlaşılmaz, dolaşıq cəhət vardır. 

Əvvələn, dilin ümumi qanunlarından biri belədir ki, adətən (tarixən) 

sifətlər isimlərdən sonra və onların əsasında meydana gəlmişdir. Belə 

olduqda  голубой  sözü  голубь sözündən əmələ gəlmiş hesab 

edilməlidir, əksinə yox. Dilin digər bir ümumi qanunu da vardır: 

düzəltmə sözlər sadə sözlərdən və onların əsasında meydana gəlir. Bu 

qanuna görə də əvvəl голубь, sonra  голубой  sözü meydana 

gəlmişdir. 

Dilçilik elminin tədqiqat metoduna görə (tarixi-müqayisəli 

dilçilik) bu və ya digər dil vahidini izah edərkən başqa sistemli dillərin 

faktlarına yox, hər şeydən əvvəl ana dilinin tarixi faktlarına və dialekt 

materiallarına, habelə qohum dillərə nəzər salıb, araşdırmalar aparmaq 

lazımdır. Bu, elmi etimologiyanın başlıca prinsiplərindəndir. 

Göyərçin sözü dialektlərimizdə gügərçin//güvərçin// gövərçin 

şəkillərində işlənir. Bir sıra bədii əsərlərdə, məsələn, H.Cavidin 

“Knyaz” əsərində “gövərçin” işlənilmişdir: 

1.Ah, nazlı gövərçin! 

Dilbər hərəmim, sən nə gözəlsin. 

2. Axşam da bərabər uyuruz nazlı gövərçin... 



Musa  Adilov

 

 



348

Bu söz V.V.Radlovun lüğətində говäрчiн, гувäрчiн, гуjäрчiн 

şəkillərində verilmişdir. Türk dilində güverçein, türkmən dilində 

qoqerçin, başqırd dilində küqərsen, qaraqalpaq dilində köqerşin 

şəklindədir. Müasir tatar ədəbi dilinin izahlı lüğətinin tərtibi üçün 

düzəlmiş təlimatda göstərilir ki, göyərçinlərin çıxardığı səs 

(küqərçennərnen qörləü avazı) olan qör-qör baş söz kimi lüğətə daxil 

ediləcəkdir.

66

 

Azərbaycan dilində müvafiq təqlidi söz gü-gü tərzindədir: Sərv 



üstə oxudu faxtə* gu-gu (Ş.İ.Xətai).

67

 



   Deməli, göyərçin sözünün göyər- hissəsində -ər struktur ünsür 

olub, qalan gö(y//v//g), qu, qo ünsürü təqlidi söz kökündən başqa bir 

şey deyildir. Aydın olur ki, sözlərin etimoloji təhlili işində təqlidi 

sözləri, onların xüsusiyyətlərini araşdırmağın çox böyük əhəmiyyəti 

nəzərdə tutulmalıdır. 

§15. Təkrar vasitəsi ilə təqlidi sözlərdən isim düzəldilməsində 

belə bir cəhət diqqəti cəlb edir ki, sözdüzəltmə prosesində bu kimi 

təkrarlar leksik-semantik və leksik-morfoloji üsullar ilə dilin lüğət 

tərkibini zənginləşdirir. Lakin deyək ki, morfoloji və semantik üsullar 

ilə yeni lüğəvi vahidlər əmələ gəlməsinin təqlidi sözlərin təkrarına heç 

bir dəxli yoxdur. Buradan həm də aydın olur ki, guya türk dillərində 

təkrarların yeni lüğəvi vahid - söz əmələ gətirmədiyi fikri natamam 

hesab edilməlidir. 

   Leksik-semantik üsul ilə düzələn isimlər əsasən birhecalı 

təqlidi sözlərin təkrarından əmələ gəlir. Bu təkrar ilə düzələn yeni 

sözlər öz əsil, köhnə mənalarından (tək işlənəndə bildirdiyi təqlidi söz 

mənasından) uzaqlaşaraq müasir dildə hətta bəzən mücərrəd 

anlayışları bildirməyə xidmət edir. 

   Məs.:  şaqşaq, şıqşıq (otu), dumdum//damdam (halvası), 

xaşxaş, tıntın, şaxşax,  çaxçax

68

, cücü (müqayisə et: cücə),  dığdığ, 



                                                            

 

66



Хəзирге татар əдеби теленен анлатмалы сʏзлеген тɵзʏ инструкциясе, 

Казан, 1964, səh.38.

 

* Faxtə “çöl göyərçini” deməkdir. 



1

 “Gu-gu” sözünün “Kitabi-Dədə Qorqud”da it hürüşünüə təqlid olması (“İt 

kimi gu-gu edən çirkin xırslı”) onu göstərir ki, zaman keçdikcə təqlidi sözlər 

də mənaca və funksiyaca dəyişir, arxaikləşir, yeniləşir və s.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

349



ququ, qıjqıj (oyun), zığzığ (quşu), nığ-nığ, lağlağ, hophop, 

dıradıra//dradra (göycə qarğa), şıqşıq (kağız) və s. 

   Bu sözlərin mühüm qismi əslində substantivləşmə yolu ilə 

düzəlmişdir. Bunlar öz əsillərindən çox uzaqlaşmış və artıq öz əsilləri 

olan təqlidi sözlərlə omonim nisbətindədirlər. Bununla belə, buraya 

daxil edilməli elə sözlər də vardır ki, bunlar hələ “keçid” 

vəziyyətindədir, yəni həm təqlidi söz, həm də isim (təqlidi isim) kimi 

işlənməkdədir.“ham-ham” sözü həm səsə (itin səsinə) təqliddir, həm 

də substantivləşərək (xüsusilə uşaq dilində) “it” məfhumunu bildirir. 

Yenə it səsinə təqlid olunan  aşağıdakı sözləri göstərmək olar: 

1) İtlər bir səslə “hov, hov, hov” deyə səslənir (M.İbrahimov). 2) 

Kəndə çatınca tülkünü; İtlər görüb hov-hov saldı (A.Şaiq). Ş.Saminin 

Lüğətində  واھ واھ  köpəyin havlaması kimi izah olunur və “çocuq 

lisanında” “köpək” mənasında işlənildiyi göstərilir.

69

 

Digər tərəfdən, təqlidi sözlərdən leksik-semantik üsul ilə 



düzəlmiş hesab etdiyimiz bu isimlərin bir qismi əslində leksik-

morfoloji (aşağıya bax) üsul ilə düzələn isimlərdən son şəkilçilərin 

atılması ilə meydana gəlmişdir. 

DL-də eyni formalı çoxlu sözlər qeyd olunmuşdur. Məs.: bılbıl 

(ördək balası), varvar, qart-qart, qat-qat, damdam, zıxzıx, gəlgəl 

(suqabı), lor-lor (kiçik şəlalə), maş-maş, sülsül (çovdar), taxtax (nazik 

quru çörək), hüt-hüt (hop-hop), çaxçax,çırçır (şüşəsiz lampa), carcar, 

şor-şor (boru), şap-şap və s. 

Əlbəttə, bu sözlərin heç də hamısı təqlidi sözün təkrarı ilə 

düzəlməmişdir. Bəzilərinin ismin təkrarı nəticəsi olduğu göz 

qabağındadır. Məs.: həmin DL-də göstərildiyi kimi, maş sözü 

dialektdə

70

 “lobya” mənasında, maş-maş isə “xırda lobya” mənasında 



işlənir. Deməli, bu və bunun kimi sözlər məhz ismin təkrarı ilə 

düzəlmişdir. Təklikdə hər hansı nitq hissəsi olsalar da, bu sözlərin 

təkrar forması isim əmələ gətirir ki, əmələ gəlmiş həmin yeni sözlər 

dilin lüğət ehtiyatının artmasına səbəb olur. 

                                                                                                                                

68

 “Rusca-azərbaycanca lüğət”də (Bakı, 1956) eyni mənada («колотушка») 



işlənən bu sözlərin komponentləri defislə yazılmışdır.

 

69



Belə sözlərə “kəkə” də aid oluna bilər (E.V.Sevortyana görə, bu söz də 

təqlidi sözdən düzəlmişdir). Bax: Göstərilən əsəri, s.289). 

70

Bəzi türk dillərində isə bu söz  eyni mənada ədəbi dil sözü hesab edilir. 



Məs.: özbək dili və s.

 



Musa  Adilov

 

 



350

Belə təkrarlar toponimlərdə də özünü çox göstərir. Qarqar 

(çayı),  Düldül (dağı), Gərgər  (kəndi),  Gigidağ (palçıq vulkanı), 

Gilgilçay, Mormor (mineral bulaqlar), Nüsnüs (kəndi), Xalxal (çayı), 

Çiçi (kəndi). 

Habelə bir sıra alınma sözlərdə təkrarları müşahidə etmək 

mümkündür:  hüdhüd,lölö, Düldül, bülbül, ər-ər (sərv ağacı), 

ördüc//ardıc ağacı

71

,  sərsər



72

, zəmzəm


73

 (bir sıra mənalarda: məs.: 

Zəmzəm zümzüməli göllərin dağlar – Aşıq Ələsgər). 

§16. Leksik-morfoloji üsul ilə düzələn isimlərdə təkrar olunan 

birhecalı təqlidi sözlərə müəyyən şəkilçilərin əlavə edilməsi əsas rol 

oynayır. Bu şəkilçilər iki qismə ayrılır. 

1) -a,-ə şəkilçisi təkrarlanan sözlərin sonuna qoşulduqda isim 

əmələ gəlir: vicvicə, vızvıza, qarqara, zığzığa, kirkirə (əl dəyirmanı), 

gilgilə  (uşaq oyuncağı), qırqıra (oyuncaq), dumduma, dağdağa, 

dığdığa, pilpilə (məhəlli forması – bılbıla), rəxrəxə*, sırsıra, fırfıra, 

xırxıra, cığcığa, şaxşaxa, cimcimə, şırşıra, cır-cıra[-ma], həmhəmə... 

Bu formanın da yalnız təqlidi sözlər ilə əlaqədar olduğunu 

söyləmək mümkün deyildir. Belə sözlərin bir qisminin təqlid ilə heç 

bir əlaqəsi yoxdur. C.Məmmədquluzadə felyetonlarının birində 

“Yatyata şəhəri”ndən danışır ki, buradakı xüsusi isim “yat(-maq)” 

feilinin eyni üsulda təkrarı ilə düzəlmişdir. Yaxud formaca bunlara 

bənzəsə də, məsələn, dəndənə (bax: OL) sözü də təqlidi sözün 

təkrarından düzəldilmiş hesab edilə bilməz. 

DL-də aşağıdakı sözlər qeyd olunmuşdur: bulbula//bılbıla 

(sərab, miraj), vic-vicə//vıc-vıca, qırqıra (səhra, otsuz-susuz yer), 

qımqıma, qumquma  (qab; həşərat), dümdümə (ağac, alət),  diğdiğə 

(puç qoz), zülzülə (ağlaşma), kirkirə//kırkıra//kilkilə (əl dəyirmanı), 

məzməzə (ağzı su ilə yaxalama), qarqara, silsilə (qadın baş bəzəyi), 

cimcimə (xırda naxış), cığcığa (saç bəzəyi; ot adı). 

                                                            

71

Bax: “Əxtəri-Kəbir”, (1324).



 

72

Bu sözə “Əxtəri-Kəbir”də “ziyadə soyuq yel” kimi tərif verilir və “farsidə 



badı-sərsər deyərlər” – deyə izah olunur. Azərbaycan dilində də badı-sərsər  

və və hətta (nağıllarda) badeyi-sərsər işlədilir.

 

73

Məşhur “abi-Zəmzəm” tərkibindəki  Zəmzəm  sözü  qibti dilindədir. Bax: 



yenə orada. 

*Dialektlərdə laxlaxa // ləxləxə variantı da var.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

351



Bu sözlərin heç də hamısı təqlidi sözlərdən düzəldilməmişdir. 

Məs.:  qırqıra  sözünün  “qır” sözündən (“çöl” mənasında) əmələ 

gəldiyi aydındır. 

Eyni üsulla düzələn toponimik adlar: Boğboğa (vulkan adı), 

Bülbülə (dəmir yol stansiyası), Varvara (kəndi), Vəlvələ (çay), Pilpilə 

(vulkan adı). 

Bu tip sözlərin bəziləri ərəb dilindən alınmışdır. Ərəb dilinə 

məxsus bir sıra məsdərlər dilimizdə isim kimi işlədilir ki, bunların 

çoxu elə əslində də təqlidi sözlərə bənzəyir. “Əxtəri-Kəbir”dən həmin 

sözlərdən bəzilərini ərəbcə mənaları ilə qeyd edirik.

74

 

Dəmdəmə همدمدلا – sözü xişm ilə söyləmək, tərpətmək, həlak 



etmək, yerə yapışdırmaq. 

Dəqdəqə  هقدقدلا   – davarın dırnağı daşa toxunub ötmək. 

Dəbdəbə   هبدبدلا   – təbil avazı və ona bənzər nə var isə onların 

avazı. 


Dəğdəğə غدغدلا  

  ه


–  tərəddüd etmək, qıcıqlamaq. 

Qərqərə  هرقرقلا  – qarın quruldayıb ötmək; qumru quşu ötmək; 

qəhqəhə ilə gülmək; su içərkən bardaq quruldamaq və s. 

Qülqülə  هلقلقلا  – hərəkət etdirmək və avazələşdirmək. 

Cəxcəxə  هخجخجلا  – çağırmaq və su avazı. 

Həmhəmə  همحمحلا  – at ələf və su gördükdə etdiyi avaz. 

Vəlvələ  هلولولا  – fəğan, fəryad eləmək, vaveyla deyib çağırmaq. 

Vəsvəsə  هسوسولا  – könlə yaramaz əndişə buraxmaq, asta 

danışmaq. 

Qəhqəhə  هھقھقلا – qəhqəhə ilə gülmək. 

Bundan başqa, dilimizdə aşağıdakı ərəb məsdərləri də isim kimi 

geniş şəkildə işlədilir: 

zümzümə//zəmzəmə, ləxləxə, qumquma

75

, həlhələ



76

 (mərəkə, səs-

küy, uğultu, qışqırıq), zəlzələ. 

                                                            

74

Bax:


1316

 ريبک رتخأ  

-

 

 



75

Ər. ”qəmqəm”dən (qəmqəmə) – hər tərəfi yuvarlaq dəsti və mürəkkəb 

şişəsi. Bax: 1317 

،

ش



.

یکرت  یسوماق ،یماس

 

76

Mənaca bu sözə yaxın olan “həmhəmə” sözü dilimizdə yaranmışdır. Məs.: 



“həmhəmədir, zümzümədir; vur yerisin, kim kimədir” (Atalar sözü); “Bax, 

necə gör millət edir həmhəmə” (Əli Nəzmi). (müqayisə et: Sabir bağı 




Musa  Adilov

 

 



352

Əcəb asudə idim, dəğdəğə peyda etdim (S.Ə.Şirvani). Gecənin 

qoynunda bir zəmzəmə var (S.Vurğun). Dünyayi-aləmi salıb 

ləxləxəyə (C.Cabbarlı). O şərabın qülqüləsini eşidən kimi burada 

hazır olacaqdır (S.S.Axundov). 

Ərəbcədən gələn bu sözlər bəzən söz yuvacıqlarının mərkəzinə 

çevrilir. Məs.: dəğdəğə

77

 sözündən dəğdəğəli, dəğdəğəçi, 



dəğdəğəçilik kimi sözlər düzəlir. Bəzi alınma sözlər isə təklikdə deyil, 

müəyyən  şəkilçilər qəbul etməklə  dildə yaşayır. Məs.: 

dəmdəmə→dəmdəməki. 

Bəzi dialektlərdə (Quba) qaysı mənasında işlənən meşmeşi sözü 

əslində ərəbcədən alınma “meşmeş”dən düzəlmişdir. Ərəbcədə 

“meşmeşi” yoxdur. Sonuncu “i” şəkilçisi (belə forma ərəb dilində 

geniş yayılsa da) həmin sözə bizim dilimiz daxilində birləşmişdir. 

Habelə ərəb dilindən alındığı güman edilən bir sıra sözlər dilimizdə 

bir çox yeni mənalar kəsb etmişdir ki, bu mənalar ərəbcədə yoxdur 

(Məs.: ip əyirən alət mənasında işlənən vəlvələ

78

 sözü kimi). 



Bu formalı sözlərin hansı dilə (hətta hansı sistemli dilə) məxsus 

olduğunu müəyyənləşdirmə işini çətinləşdirən bir cəhət də odur ki, 

bunların çoxu elə əslində də təqlidi sözlərin təkrarından düzəlmişdir. 

Odur ki, bu cür sözlər (təqlidi sözlər) çox nadir hallarda belə bir dildən 

başqa dilə keçsə də, bunu sübut etmək çox çətindir. Təsadüfi deyil ki, 

bir sıra tədqiqatçılar “zəng” sözünün fars dilindən alındığına şübhə ilə 

yanaşırlar. Habelə təsadüfi deyil ki, “Nə qül-qül, qül-qüli badə...” 

(Həsənoğlu) misalındakı “qül-qül” sözünü prof. Ə.Dəmirçizadə 

Azərbaycan dili üçün də təqlidi söz sayır

79

 (Bu sözdən də “qülqülə” 



ismi düzəlir: “şərabın qülqüləsi” – yuxarıya bax). 

Demək, alınma sözlər ilə “öz” sözlərimiz fonetik, morfoloji, 

xüsusən semantik cəhətdən o qədər mürəkkəb və çoxcəhətli əlaqələrə 

girmiş olur ki, bunları dəqiq şəkildə fərqləndirmək, əlaqələrini 

müəyyənləşdirmək işi çox çətinləşir. Bu cəhətdən N.K.Dmitriyevin 

                                                                                                                                

həmhəmə; çayniki qoydum dəmə  – mahnıdan).        

 

77



Dərviş Məstəli şahın dediyi “Dəğdəğaha fətəndi...” birləşməsindəki 

“dəğdəğə” ilə bunun əlaqəsi yoxdur.

 

78

Bax: Azərbaycan etnoqrafik məcmuəsi. Bakı, 1964, №1, səh.153.



 

79

Bax: Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962, səh.46.



 


Azərbaycan dilində təqlidi sözlər 

 

353



təkcə bir söz – “laqqırtı” sözü ətrafında apardığı tədqiqat işi çox 

maraqlıdır.

80

 

2) –ı, -i, -u, -ü şəkilçisi təkrarlanan sözlərin sonuna qoşularaq, 



isim əmələ gəlir: vızvızı, lağlağı, mızmızı, çəkçəki, mığmığı, pişpişi, 

şapşapı, pıspısı, şaxşaxı, hophopu (//hophop, şanapipik), qatqatı, 

dığdığı (bax: OL), hənhəni (vokativ sözdən) və s. 

Bu tip sözlərin də bir qisminin kökü və ya özü alınmadır. Məs.: 

sərsəri (farsca), ləbləbi (farsca). 

Bəzi alınma sözlər də bu şəkilçiləri qəbul edir. Məs.: meşmeşi 

sözünün kökü meşmeş  olub, ərəbcə “zərdalu yemişi”nə  (bax: 

“Əxtəri-kəbir”) deyilir. 

Bəzi xüsusi isimlər də  bu şəkilçilərlə düzəldilmişdir: Lağlağı 

(ləqəb), Başbaşı (dəmir yol stansiyası), Filfili (çay adı). 

DL-də həmin formada düzəlmiş sözlərə aid misallar çoxdur. 

Məs.:  biş-bişi (pişpişi), bılbılı (körpə buzov), borbori (danışığını 

bilməyən),  quşqusu (yüngül xasiyyətli), keç-keçi (kolun bir növü), 

ləbləbi//ləvləvi (çuğundur), meşmeşi  (qaysı),  mırmırı (ağbalıq), 

motmotu (ağac), naznazı (ipək baş yaylığı), pötpötü (pətənək), hülhülü 

(avara, məsləksiz); Quba dialektində hülhüliməzhəb),  çərçəri (ot), 

qımqımı. 

Bu sözlərin mühüm qismi təqlidi sözün (söz kökünün) təkrarına 

sözdüzəldici şəkilçilər qoşmaqla düzəlir ki, burada da intensivlik 

mühüm rol oynaytır. Məs.: təqlidi sözdən düzəlmiş “cumbuli” 

sözünün əvvəlinə bu sözün kökünü “cum” qoşmaqla yaranan 

“cumcumbuli” artıq əvvəlki məfhumu intensivləşdirmək üçündür. 

(Məs.: Cırtdanın cıpcıppılı ürəyi dözmədi... (S.Rəhimov). 

Belə təkrarlara yalnız təqlidi isimlərdə deyil, hər hansı başqa 

isimlərdə də təsadüf olunur. Məs.: kosa ismi təkralanaraq kosa-kosa 

adlı yeni mənalı bir isim düzəlmişdir ki, bu sonuncunun kos-kosa 

(koskosa) variantı da mövcuddur. Koskosa  sözünün  kosa-

kosadantörədyinə heç bir şübhə yoxdur. Belə ikili şəkildə mövcud 

olan sözlər yenə vardır. Məsələn, yanı-yanı və yan-yanı, dalı-dalı və 

dal-dalı sözləri müvazi işlədilir. Məs.: 

                                                            

80

Bax:Н.К.Дмитриев. Этимология слова   



یدرقل 

       ّ


(«Строй тюркских 

языков», ИВЛ, М., 1962, стр.55-58.)

 



Musa  Adilov

 

 



354

1) Nə baxırsan yanyanı? 2) Ay çıxdı yanı-yanı; hanı bəs bircə 

yanı (Bayatıdan). 3) Sadıq xan... dal-dalı otaqdan çıxıb yox oldu 

(Y.V.Çəmənzəminli). 4) Azər dal-dalı çəkildi (Ə.Kərim). 

Eyni vəziyyəti təqlidi sözlərdə də müşahidə etmək mümkündür. 

Mızı sözü təqlidi sözdən düzəlmiş isimdir (a, ə, ı, i, u, ü şəkilçiləri 

vasitəsilə təqlidi sözlərdən çoxlu isimlər düzəldiyi haqqında irəlidə 

bəhs edilmişdir), mızı-mızı həmin təqlidi sözün təkrarıdır ki, bunun 

mızmızı şəkli daha işləkdir. Buradan da yenə saitin atılması ilə 

mızmız alınır. Yaxud müasir dildəki zar-zar sözü vasitəsilə 

zarzarı//zarı-zarı (...Qatı yayım zarı-zarı inlər – DQ) şəklində 

işlənilmişdir. 

Habelə müqayisə et: DL-də eyni mənalı şapı və buradan 

düzələn  şapşapı//şap-şap//şap//şup və s. sözünün mövcudluğu bu 

dediklərimizi bir daha təsdiq edir. 

Bu kimi sözlərin son səsinin açıq və qapalı səslilərdən ibarət 

olması da əslində kök sözlərin – isimlərin hansı səsi qəbul etməsi ilə 

bağlıdır. Beləliklə, inkişaf təxminən belə gedir: pıs  (təqlidi 

söz)→pısa//pısı (təqlidi isim)→pıspısa //pısıpısı  

pıspısa//pıspısı→pıspıs*

81



Bütün bu misallardan aşağıdakı nəticələrə gəlmək olar. 



1) Leksik-morfoloji üsul ilə düzələn sözlərin bəziləri iki şəkildə 

(ikinci komponenti həm -a,-ə ilə, həm də-ı,-i,-u,-ü şəkilçiləri qəbul 

etmiş tərzdə) işlənir. 

Məs.: mığmığa//mığmığı, pıspısa//pıspısı, şaxşaxa//şaxşaxı, 

qımqıma//qımqımı (DL), pişpişə

82

//pişpişi... 



Açıq və qapalı saitlərin müvaziliyi türk dillərində geniş 

yayılmışdır və bir çox tədqiqatçılar tərəfindən qeyd olunmuşdur. 

2) Bəzi sözlər həm leksik-semantik, həm də leksik-morfoloji 

üsul ilə düzəlmiş isimlər kimi nəzərə çarpır. 

Məs.:  şapşap//şapşapı, mığmığ

83

//mığmığa, mızmız//mızmızı



84

varvar



85

 //varvara (DL), sırsır//sırsıra (Qurumuş bulaqlar sırsır 

bağladı – S.Vurğun). 

                                                            

81

*Bununla əlaqədar “vicvicə” sözünün “vicə” variantı olduğu da  



maraqlıdır:”Canına sübh vaxtı gəldi vicə” (S.M.Qənizadə).

 

82



Azərbaycan etnoqrafik məcmuəsi, 1964 №1, səh.134.

 

83



C.Məmmədquluzadə bu sözü həm də xüsusi isim kimi işlətmişdir. Tərtər, 


Azərbaycan dilində təqlidi sözlər 

 

355



Bu kimi təkrarla düzəlmiş isimlərdə əvvəlki təqlidi söz 

mənasından əsər-əlamət qalmamışdır. 

Göstərmək lazımdır ki, bütün bu kimi təkrarların təqlidi sözlər 

ilə əlaqəsi yoxdur. Burada əslində təkrarlanan təqlidi sözlər deyil, 

bəlkə bu sözlərdən düzəlmiş təqlidi isimlərdir. 

Bəzi vokativ sözlərdə də eyni xüsusiyyəti görürük. Həni – bəzi 

dialektlərdə qocalmış öküzə və məcazi mənada adama deyilir. Bunun 

təkrarından hənhəni

86

 sözü düzəldilmişdir. 



Hophop adlı (şanapipik) məlum quşa bəzi dialektlərdə 

hophopu


87

 deyilir. 

DL-də  hoti-hoti (adam) ilə bərabər hoç-hoçu

88

 (adam) da 



işlədilmişdir. 

Məlumdur ki, vokativ sözlərdə (xüsusən daha çox qohumluq 

münasibəti bildirən sözlərdə) üçüncü şəxs nisbət şəkilçisini xatırladan 

şəkilçilərdən istifadə olunur

89

. Məs.: qadası kimi



90

. Eyni şəkilçi 

təkrarlarda xüsusən ikinci tərəfdə özünü çox göstərir. Məs.: dayıdayı 

(belə təkrarlar uşaq dili üçün çox xarakterikdir) sözü müraciət zamanı 

daydayı və ya sadəcə dayday şəklində işlənir. DL-də verilmiş 

cancanı (qardaş qarvadına müraciətdə) sözündə də vəziyyət belədir. 

Beləliklə,  hothoti sözü hoti-hoti;  motmotu  (ağac; bax: DL) 

sözü  moti-motu;  çir-çira (bax:DL) sözü cıra-çira kimi (çir-çiraq 

sonradan əmələ gəlmişdir) təkrarlardan düzəlmişdir. Bu son söz 

                                                                                                                                

Cəmcəm, Qamqam.... kimi yer adları ilə müqayisə et).

 

84



Bax: Azərbaycanca-rusca lüğət. Red. H.Hüseynov, Bakı, 1941.

 

85



Buradan da varvarçı. Bax: DL.

 

86



Yassar, ağzının kəsəri omayan adam. Bax: A.S.Quzanlı. Türkcə dolu sözlük 

(əlyazması).1924-1930, səh.82. Bu məna həmin sözün məcaziləşmiş 

mənasıdır.

 

87



Bax: A.H.Vəliyev. Azərbaycan dialektologiyasına aid materiallar. Bakı, 

1960, səh.71.

 

88

“Hoş” vokativ sözündən.



 

89

Bax:А.А.Юлдашев. Звательные слова в тюркских языках. 



«Исследования по сравнительной грамматике тюркских языков», т.II, 

Морфология, Изд-во АН СССР, М., 1956,  səh.329-334.

 

90

Belə üçüncü şəxs nisbət şəkilçisinin  vokativlik bildirməsi xalq dilində çox 



sevilən formadır. Məs.: (Lalə:) Yenə harada  içmisən, ay gic-gici?) 

(S.Rüstəm).

 



Musa  Adilov

 

 



356

çir//çır təqlidi sözündən düzəlib sonralar müxtəlif şəkillərə 

düşmüşdür:  çir-çiraq//çır-çıraq//çil-çıraq//çıl-çıraq//çil-çiraqban və 

s. hətta bunun fars dilinin təsiri ilə “çəhil çiraq” (qırx çıraq)  

birləşməsindən düzəldiyini də etiraf edənlər olmuşdur. 

Lakin dediyimiz kimi, bu sözü “cıra” təqlidi isminin (çıraq 

başqadır,  “q” səsi sonradan əlavə olunmuşdur.

91

Müq.et: hər yer çir-



çira(q) oldu) təkrarı nəticəsində düzəlmiş “cıra-çıra”dandır ki, 

ümumi xüsusiyyət görə birinci tərəfin son saiti atılmaqla çır-çıra 

şəklinə düşmüşdür. Dialektlərdə hətta bunun da son səsinin ixtisarı 

iulə şüşəsiz lampa mənasında çırçır (DL) işlənir. Ədəbiyyatda çox 

zaman “çır-çıraq” tipli sözlər (isimlər) “yarımçıq təkrar” hesab edilmiş 

və ümumiyyətlə yarımçıq təkrarların tam təkrarlardan törədiyi fikri 

irəli sürülmüşdür. Lakin, bizə məlum olduğuna görə, kimsə bu məsələ 

ətrafında konkret material əsasında tədqiat işi aparmamışdır. Həm də 

yarımçıq təkrar dedikdə ən çox sifətin intensiv formasını yaradan 

qapqara, dümdüz kimi sözlər daha çox nəzərə alındığından və həmin 

sözlərlə bu fikri əsaslandırmaq mümkün olmadığından, yuxarıdakı 

fikir bəzən şübhə altına alınmışdır. Məsələn, N.K.Dmitriyevin 

fikrincə, qıpqızıl, sapsarı, gömgöy kimi yarımçıq təkrarlar qızıl-qızıl, 

sarı-sarı, göy-göy tipli tam təkrarlardan düzəlmişdir. Müasir türk 

dillərində və tarixi abidələrdə bu kimi tam təkrarların intensivlik 

yaratmadığını nəzərə alan bəzi tədqiqatçılar həmin fikrə qarşı 

çıxmışlar.

92

 



Bizcə, yarımçıq təkrarın tam təkrardan törədiyi fikrini 

əsaslandırmaq üçün ən etibarlı dəlil məhz isimlərin yuxarıda haqqında 

bəhs etdiyimiz təkrarlarıdır. 

                                                            

91

Sonradan əlavə olunan belə səslər həmin növ təkrarlar üçün adi bir haldır. 



Məs.:  dağıl – dağın – (darmadağın sözündə) sözünün ilk formasını İbn 

Mühənna lüğətinə a(tgi-  – şəklində) əsaslanan E.V.Sevortyan “dağı”– 

şəklində bərpa edir. Bax: Э.В.Севортян. Аффиксы глаголообразования в 

азербайджанском языке. ИВЛ, М.. 1962, səh. 476. Və ya müasir türkmən 

dilində “çıraq” yox, “cıra” işlənir. Bu dildə “çırasına yaq dammaq” 

frazeoloji ifadəsi var.

 

92

Bax: A.Xojiyev. Uzbek tilida kuşma, juft va takroriy suzlar. Toşkent, 1963, 



səh.99.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

357



Əlbəttə, leksik-semantik və leksik-morfoloji üsul ilə düzəlmiş 

isimlərə dair verdiyimiz bütün misalların keçib gəldiyi yol burada 

göstərilən kimi olmamışdır. Bunların bəziləri bilavasitə təqlidi söz 

kökünün təkrarından əmələ gəlmişdir. Məs.: cır-cır

93

 çəkmə 


(Ə.Vəliyev), cır-cır araba (C.Cabbarlı). 

Bəzilərinin kökü heç təqlidi söz deyildir. Məs.: kos-kosa kimi. 

Ərəb dilindən alınma sözlərin (qəhqəhə, zəmzəmə, həlhələ...) 

forması öz təsirini göstərməmiş deyildir. 

Bu təsir ancaq bəzi sözlər üçün doğrudur. Bütün bu kimi 

sözlərin ərəb dili təsiri iulə meydana gəldiyini iddia etmək səhvdir. 

N.K.Dmitriyev göstərir ki, ərəb dilində yayılmış bu formanı türklər də 

mənimsəmişlər. Məs.  هضمضم ، هھقھق  və s. türk dilinə məxsus sxemdən 

(tak-tak, tıp-tıp və s.) ərəb sxemi son saiti ilə fərqlənir.

94

 



Lakin təkrar edirik ki, bu tipli sözlərdə son saitin varlığı heç də 

həmişə ərəb dili təsiri deyildir. Azərbaycan dilinin də göstərilən daxili 

qanunauyğunluqları müəyyən və hətta əsas rol oynayır. Müəyyən qrup 

sözlər təsvir etdiyimiz tərzdə yarandıqdan sonra analogiya üsulu ilə 

sözyaratma prinsipinə görə bu forma ümumiləşməyə başlamışdılr və s. 

Məsələn, aşağıdakı misallarda qeyd etdiyimiz sözlər sadəcə analogiya 

prinsipi üzrə bu şəkildə formalaşmışdır.

95

 



Diz-dizi gəldi süfrənin yanına (S.M.Qənizadə); Pıs-pısa xanım 

sözlərini  naz-nazı qadınlara məxsus bir əda ilə...ifşa etmiş (Ə. 

Sultanlı). 

Belə forma xüsusilə (səs) təsviri sözlər üçün də səciyyəvidir: O 

qədər çirkli, hisli-paslıdır ki, mas-masası axır (Danışıq dilindən); 

Dildilədir, zilzilədir, bəmbəmə! Sən hələ bildiklərini qoy dəmə! 

(Ə.Nəzmi); Qadam  falçı Leylinin hap-hapı ağzına (S.M.Qənizadə); 

Araqçının dardarı; Gəl başımın sərdarı! (Bayatıdan). 

                                                            

93

Bu söz, başqa cür deyilsə, sadəcə metaforikləşmə yolu ilə düzəlmişdir. 



Bütün digər misallardan (isimlərdən) fərqlənən bu sözdə atributiv məzmun 

daha qüvvətlidir.

 

94

Bax: Н.К.Дмитриев. Строй тюркских языков. ИВЛ, М., 1962, səh.56.



 

95

E.V.Sevortyan -ı, -i, -u, -ü şəkilçisini türk dillərində təqlidi köklərdən isim 



düzəldən (mığmığ - mığmığı, mızmız - mızmızı) səciyyəvi formant hesab 

edir. Bax: Аффиксы глаголообразования в азербайджанском языке, ИВЛ, 

М, 1962, səh. 364.

 



Musa  Adilov

 

 



358

§ 17. Daha bir sıra yollarla təqlidi sözlərdən isim və leksik-

qrammatik izolyasiya üzrə zərf düzəldilir. Məs.: gurppadan//gurup-

padan, şarppadan//şarppadan, guruppaz//gurbbaz//gur-guruppaz... 

şappadanquli (DL), zırpəlləzinə (danışıq dilində). 

Təqlidi sözlərdən sifət əmələ gəlmir. “Cır-cır araba” 

birləşməsindəki  cır-cır sözü sifət deyil, məhz təqlidi sözdür. Bu söz 

məhz sintaktik vəzifəsinə görə təyin olunduğundan sifət sayıla bilməz. 

Burada sadəcə olaraq ixtisar nəticəsində meydana çıxmış metafora 

vardır. Cır-cır araba – cır-cır səsi çıxaran araba. 

 Yoxsa sənin o cır-cır araban onun qol-qabırğasını qırar, 



tökər (C.Cabbarlı). 

Bu kimi metaforik işlənən təkrar təqlidi sözlərin “Azərbaycan 

dilinin qrammatikası”nda mürəkkəb sifətlər (cır-cır araba, şır-şır sular, 

xor-xor pişik) hesab edilməsi etiraz doğurur. Bunları yalnlz sintaktik 

prinsipə görə sifət (təyin?) hesab etmək olar. Semantik və morfoloji 

prinsiplərə əsasən isə əsla sifət deyillər. Mənada təqlid var, heç bir 

sifət dərəcəsi ilə işlənə bilməz və s. 

Beləliklə, bu tip təqlidi sözlərin sifət mənası yalnız meta-

forikləşmə nəticəsində mümkün olur. Odur ki, bunların həmin (sifət) 

mənaları sonrakı, əlavə xüsusiyyətdir, əsas deyildir. 

§ 18. Təqlidi sözlərdən düzəlmiş feillər təqlidi feil adlandırılır. 

Dilimizdə təqlidi feillərin analitik və sintetik formaları mövcuddur və 

bu formalar çox zaman müvazi surətdə yaşayır. 

Məs.:  nırç eləmək – nırçıldamaq; haf eləmək – hafıldamaq, 

part eləmək – partıldamaq və s.  

N.K.Dmitriyev vaxtilə təqlidi sözdən feil düzəldən analitik 

formanın sintetik formaya nisbətən daha qədim olduğunu 

göstərmişdir. Təqlidi feillərin analitik forması əsasən köməkçi 

eləmək//etmək feilinin vasitəsi ilə düzəlir. Əlbəttə, daha bir sıra 

köməkçi feillər analitik forma yaratmada iştirak edə bilər. Məsələn, 

“olmaq” feili (habelə substantivləşən təqlidi sözlərə qoşulan “demək” 

feili” və s.) analitik forma yarada bilər. Məs.: Çırt oldu, pırt oldu, tez 

xəbər verir (C.Cabbarlı). 

Bununla belə, bu formanın düzəldilməsində ən çox 

eləmək//etmək feili fəaldır. Səstəqlidi sözlər ilə obrazlı sözlərin fərqi 

feil düzəldilməsində də meydana çıxır. Adətən bütün səs təqlidi 

sözlərdən və ya bunların çoxundan analitik və ya sintetik yolla feil 



Azərbaycan dilində təqlidi sözlər 

 

359



düzəldilir. Obrazlı sözlərin əksəriyyətindən feil əmələ gətirmək olmur. 

Başqa sözlə, istər köməkçi feillər, istərsə də feildüzəldici şəkilçilər  bir 

qayda olaraq, obrazlı sözlərə qoşula bilmir. Obrazlı sözlər olsa-olsa 

birləşdikləri feillər ilə (adətən bu feillər köməkçi deyil, real mənalı 

leksik vahidlərdir) müəyyən frazeoloji tərkiblər meydana gətirir. 

Təqlidi feillər düzəldilməsində iştirak edən şəkilçilər başqa nitq 

hissələrinə aid olan sözlərdən də feil əmələ gətiriə bilər. Deməli, bu 

şəkilçilər yalnız təqlidi  feillərə xas deyil, bəlkə ümumiyyətlə 

feildüzəldici şəkilçilərdir və digər leksik-qrammatik sözlər kimi təqlidi 

sözlərə də qoşulub onları feilləşdirir. Lakin təqlidi feil düzəldil-

məsində bütün  feildüzəldici şəkilçilər yox, bunların müəyyən qismi 

iştirak edir. 

Ümumiyyətlə, feil, o cümlədən təqlidi feil düzəldən şəkilçilər 

E.V.Sevortyanın tədqiqatında, demək olar ki, hərtərəfli şərh 

olunmuşdur.

96

Ona görə də biz bu məsələ ətrafında geniş dayanmayıb, 



yalnız bəzi məsələləri qeyd etmək istəyirik. 

Hansı feildüzəldici şəkilçinin hansı söz kökünə qoşula bildiyi 

məsələsi kökün semantikasından asılı deyildir. Bu hal daha çox 

düzəltmə sözlərin daha qədim və ya nisbətən yeni olması ilə 

əlaqədardır. Bu prinsipdən çıxış edən bir sıra tədqiqatçıların fikrincə, 

haqqında aşağıda bəhs edəcəyimiz -qır şəkilçisi nisbətən daha qədim 

şəkilçilərdəndir. 

Təqlidi feillərin bəzilərinin kökü ayrılıqda işlənilmir. Məsələn, 

C.Məmmədquluzadənin “Ölülər” əsərindən iki misal veririk: 1. Hacı 

Qara  ləhliyə-ləhliyə girir içəri. 2. Məşədi Oruc kəhildəyə-kəhildəyə 

girir içəri. 

Birinci misalın kökü (ləh-ləh) müstəqil tərzdə təqlidi söz kimi 

işlənir, ikinci misalın kökünə (kəh-kəh) ayrılıqda təsadüf olunmur. 

Müasir dil baxımından kök və şəkilçiyə ayrılması (kökün təqlidi söz 

kimi işlənməsi) mümkün olmayan təqlidi feillər çoxdur. Bir neçə 

nümunə veririk: 

Uşaq...  mıqqıldayıb istəyir qaça (Cəlil Məmmədquluzadə). İt 

quyriuğunu belinə qısıb, vəngildəyə-vəngildəyə qaçır (A.Şaiq). Anqırıb 

tayını tapsın (Ə.Sadıq). 

                                                            

96

Bax: Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 



языке, ИВЛ, М., 1962. 

 



Musa  Adilov

 

 



360

 Dilimizdə əsasən aşağıdakı şəkilçilər vasitəsi ilə təqlidi feillər 

düzəldilir. 

1)

  -a,-ə şəkilçisi. 



Müasir dilimizdə çox az təqlidi feilin tərkibində özünü göstərir. 

Məs.: titrəmək, kükrəmək, qıcamaq. 

E.V.Sevortyanın tədqiqatından

97

 məlum olur ki, qədim 



mənbələrdə və müxtəlif türk dillərində bu şəkilçi ilə düzələn feillər 

çoxdur. Müəllif əsaslı dəlillər ilə titrəmək feilinin kökünün “tir”, 

kükrəmək feilinin (kök-ür-ə >kökrə) kökünün  “kuq” (hay) olduğunu 

sübut edir və göstərir ki, ancaq məchul formada rast olunan tərpən 

(əsli – təprə) feili də təqlidi sözdən düzəlibdir.

98

 



Bunlardan yalnız “titrəmək” sözünün kökü təkrar edilir: tir-tir 

titrəmək (əsmək) kimi. 

E.V.Sevortyan eyni tipli gopamaq feilini “-a” şəkilçisi ilə 

düzələn təqlidi feillərə daxil etmir və bu sözü “morfoloji quruluşu 

aydın olmayan feil “ hesab edir.

99

 Lakin bu söz də gop//gup- kökünə 



“a” şəkilçisi qoşmaqla düzəldilmişdir.Gup- kökündən habelə 

“guppultu”, “gup-gup” sözləri də əmələ gəlmişdir (Gup-gup içər 

sağlığına – S.Vurğun). Deməli, gupamaq//gopamaq da “a” şəkilçisi 

vasitəsilə düzəlmiş təqlidi feildir. 

Habelə  zopamaq feili (daha çox şifahi dildə) və onun 

intensivlik bildirən variantı zopalamaq da bu bölməyə daxil edilə 

bilər. 

2) -ı, -i, -u, -ü şəkilçisi. 

Bu şəkilçi ilə düzələn təqlidi feillər də azdır. Məs.: zarımaq, 

şaqqımaq kimi... 

Ağ ildırım olub şaqıyayım (DQ). İldırım şaqqıyıb şimşək çaxdımı 

(S.Vurğun). Nə qanad şaqqıdar, nə də qıy vurar (S.Vurğun). 

Türkologiyada ən qədim şəkilçilərdən hesab olunan -ı,-i,-u,-ü 

şəkilçisi (bu fikrə qarşı tək-tək etirazlar olsa da, ümumiyyətlə qəbul 

olunmuş fikirdir) məfhumi feillərdə (ismi feillər) özünü daha çox 

                                                            

97

Yenə orada.



 

98

Məsələn: Dəvə kimi kükrədi, aslan kimi inrədi (DQ).



 

99

Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 



языке, ИВЛ, М., 1962, səh.325. 

 



Azərbaycan dilində təqlidi sözlər 

 

361



göstərir. Məs.: qurumaq, keyimək, ləngimək, təngimək, turşumaq, 

yavaşımaq, uyumaq, bərkimək, qoxumaq, iyimək, yerimək, 

daşımaq. Bəzi feillərdə isə bu şəkilçi kökdən qəti ayrıla bilmir. Məs.: 

bürümək, kirimək, üşümək  və s. Bütün bu feillər E.V.Sevortyan 

tərəfindən qeyd olunmuşdur. 

“Müasir Azərbaycan ədəbi dilindən bəhs edən əsərlərdə -ı,-i,-u,-

ü şəkilçisi vasitəsilə ancaq sifətlərdən düzəltmə feil əmələ gətirildiyi 

qeyd olunur və həmişə eyni misallar (acı-, turşu-, bərki-, təngi-) 

göstərilir. Lakin müasir Azərbaycan ədəbi dilində həmin şəkilçi 

vasitəsi ilə həm də isimlərdən düzəltmə feil əmələ gətirilir. Məs.: 

iyi-(iy – ismindən), zarı- (zar – ismindən)* və s.”

100


 

R.Rüstəmov Azərbaycan dili dialekt və şivələrində -ı,-i,-u,-ü 

şəkilçisi vasitəsi ilə sifət, isim və feillər düzəldiyini göstərir.

101


Digər 

Azərbaycan dilçiləri kimi R.Rüstəmov da bu şəkilçinin təqlidi 

sözlərdən də feil düzəltdiyini qeyd etməmişdir. Halbuki 

R.Rüstəmovun bir əsərində “şoqqımaq” (dialektdə) feilinin kökü 

“şoqqı”- sözünün “şoqq” səstəqlidi sözdən düzəldiyi göstərilmişdir. 

Həmin şəkilçi ilə ədəbi dil və dialektlərimizdə yaşayan  taytı-

maq**

102


, şöngümək//çöngümək, qanqımaq (M.Ə.Sabirin dilində) 

feilləri də təqlidi sözlərdən düzəldilmişdir. 

Bəzi tədqiqatçılar “səyrimək” feilinin də kökünün təqlidi söz 

olduğunu göstərirlər.

103

 

Bütün bu təqlidi feillərdən yalnız “zarımaq”, “şaqqımaq” 



sözlərinin kökü təkrar oluna bilir. Bu təkrarlar həmin kökdən düzələn 

feillərin intensiv formasını əmələ gətirir. 

Zar-zar zarımaq //zar-zar ağlamaq (müqayisə et: zarıl-zarıl 

zarıldamaq), şaq-şaq şaqqımaq //şaq-şaq şaqqqıldamaq. 

3) -qır,-gir,-qur,-gür şəkilçisi (fonetik variantları ilə birlikdə). 

                                                            

100

®Zarı feilinin kökü zar isim deyil, təqlidi sözdür. Р.А.Рустамов. Глагол в 



диалектах и говорах азербайджанского языка, АДД, Баку, 1964, səh.26.

 

101



Bax: yenə orada.

 

102



**Sözün inkişafı belədir: qıy-qıy//xıy-xıy//tay-tay→tayımaq//tayqımaq → 

taytamaq.

 

103


Bax:Б.М.Юнусуалиев. Киргизская лексикология, ч.1, Фрунзе, 1959, 

səh.186.


 


Musa  Adilov

 

 



362

Bu şəkilçi bir çox tədqiqatçılar tərəfindən təqlidi feil düzəldən 

bir şəkilçi hesab edilmiş və bunun qoşulduğu köklərin hamısının 

təqlidi söz olduğu fikri irəli sürülmüşdür.

104

 

Lakin müasir dilimizdə təqlid olmadığı aydın görünən bəzi söz-



lərdə də bu şəkilçiyə təsadüf edilir. Məs.: məngirrəmək//məngirləmək, 

qozqırmaq və s. 

Daha çox danışıq dilində (bax: M.F.Axundovun “Xırs quldur-

basan”ında) “Sən nə qozqurursan” misalındakı “qozqurmaq” sözü 

əslində “qoz qırmaq” frazeoloji tərkibindən düzəldilmişdir. 

Aşıq Şahverdinin qoşmasında deyilir: 

Dama şeir, qəzəl söyləmə bəsdi 

Çox da qırma qoz, allahı sevərsən (S. M. II, 12). 

Müasir dildə arxaik hesab olunan -qır... şəkilçisi əsasən birhe-

calı köklərdə qalmaqdadır. Məs.: anqırmaq, asqırmaq, bəyir-

mək//bəgirmək, böyürmək//bögürmək, qışqırmaq//qıyqırmaq, içqır-

maq, muşqurmaq, öskürmək, püskürmək, fışqırmaq, fınxırmaq, 

hayqırmaq//hayxırmaq, hönkürmək, hovxurmaq, çəmkirmək//çımxır-

maq, püfkürmək, tısqırmaq, fısqırmaq, küşkürmək, dızqırmaq, 

qıvxırmaq (S.Rəhimovun “Şamo”sunda “qıvxırıq” ismi işlənmişdir.

105


 

Burada qeyd olunan sözlərdən sonuncu 8 söz E.V.Sevortyanın 

əsərində göstərilməmişdir. Həm də müəllif -qır şəkilçisi ilə düzəlmiş 

qıcqırmaq sözünü  buraya aid etmir və bu sözü “morfoloji tərkibi 

aydın olmayan feillər” sırasına daxil edir.

106


 Lakin sözün kökü 

qıc//qıj- təqlidi sözdür və bunun “diş qıcamaq”, “qıjıltı ilə axmaq” 

ifadələrindəki  qıc-, qıj- kökləri ilə əlaqəsi yoxdur. Bunlar omonim 

vahidlərdir. 

Qır şəkilçisi ilə düzələn təqlidi feillərin bəzisinin kökü təkrar 

şəklində yaşaya bilir. 

Məs.: 

bör-bör//böyür-böyür (böyürmək), hönkür-hönkür 



(hönkürmək, ağlamaq), fıs-fıs (fısqırmaq), fış-fış (fışqırmaq) kimi... 

                                                            

104

Bu xüsusda bax: Э.В.Севортян. Аффиксы глаголообразования в 



азербайджанском языке, ИВЛ, М., 1962.

 

105



Yenə orada. 

 

106



Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 

языке, ИВЛ, М., 1962, səh. 259.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

363



Bunlar çox işlək olan bir sıra qoşa feillərdə özünü göstərir: 

asqırıb öskürmək, qışqırıb bağırmaq, asqırıb tısqırmaq və s. 

4) -ır,-ir,-ur,-ür şəkilçisi. 

Mənşəcə irəlidə göstərilən -qır...şəkilçisindən törəmişdir. Hətta 

bu və ya digər feilin hansı şəkilçi ilə düzəldiyini qəti söyləmək də 

olmur. Çünki bu feillərin tərkibində -ır...şəkilçisini ayırmaq mümkün 

olduğu kimi, xüsusilə müqayisəli tədqiqat nəticəsində -qır şəkilçisinin 

də mövcudluğunu söyləmək mümkündür. Məs.: bağırmaq, üfürmək, 

çağırmaq, çığırmaq, tüfürmək//tüpürmək, gəyirmək//gəgirmək... 

Bunların da bir neçəsinin kökü təkrarlana bilir: bar-bar 

(bağırmaq), çır-çır (çığırmaq) kimi... 

Bu sözlərin bəzilərinin feil forması həm də “-la” şəkilçisi ilə 

düzəlir. Məs.: üfürmək//üfləmək. 

Güman ki, müasir dildə metaforikləşən bəzi təqlidi sözlərin də 

feil forması olmuşdur. “Cınqırını çıxarmaq” birləşməsindəki “cınqır” 

sözündən  cınlamaq feili düzəlmiş; “çınqırmaq” isə müasir dildə 

yoxdur. 

E.V.Sevortyan təqlidi sözlərdən feil düzəldən şəkilçilərin ən 

qədimi -qır... şəkilçisi olduğunu göstərir və onların qoşulduğu 

köklərin – təqlidi sözlərin üzvlərinə parçalanmayan, bölünməyən 

qrammatik mənaya («нерасчлененное грамматическое значение») 

malik olduğunu deyir ki, bu köklər eyni zamanda həm isim 

(именной), həm də feil əsası rolunu oynaya bilir. Beləliklə, feil-isim 

omonimləri yaranmışdır. 

S.Cəfərov da  təxminən eyni fikri irəli sürür və -qır/ğır/-

gir/ğur/gur/gür şəkilçisindən danışarkən yazır: “Feil kimi formalaşan 

bu sözlərdə şəkilçi -ır/-ir/-ur/-ür halını aldığı kimi, öz feili mənasını 

ifadə etmək haqqını itirmiş və isim kimi də formalaşa bilməyən 

sözlərlə onun tərkib hissəsinə qarışaraq itmişdir, məsələn: fış-fışqır 

(maq), hay-hayqır (maq), qış-qışqır (maq), ös-öskür (mək), püs-püskür 

(mək). Misallarda göstərilən sözlərin fış, hay, qış, ös, püs 

ünsürlərində bir nidalıq (səsləri təqlid) hiss olunur”. 

Bu sözlərin əksinə yalnız iki söz – bağır (“bağrı yarılmaq” 

ifadəsində) və boğur//böyür  (böyürək” sözünün kökündə) sözlərini 

göstərmək olardı. Lakin bunların əsil isim formasının tarixən 

bağırdaq və böyürdək (-daq... şəkilçisi ilə düzəlmiş isimlər 




Musa  Adilov

 

 



364

bölməısinə bax) olduğunu nəzərə aldıqda S.Cəfərovun mülahizəsinin  

düzgünlüyü bir daha aydınlaşır. 

Təqlidi sözlər nəinki isim və feillər üçün, habelə yeni təqlidi 

sözlər üçün də baza rolunu görür. Xüsusi şəkilçilər qəbul etməklə bir 

sıra təqlidi sözlər təkrarlanıb yeni təqlidi sözlər əmələ gətirir. 

§ 19. Ümumiyyətlə, substantivləşmiş təqlidi sözlərin və ya bu 

sözlərdən düzəlmiş isimlərin tək və təkrar forması işlənə bilər və bu 

kimi təkrarlar isimlərin təkrarı ilə eyniyyət təşkil edə bilər. Belə 

təkrarların təqlidi sözlər ilə əlaqəsi yoxdur. Təqlidi isimlər digər 

nominativ isimlər kimi həm tək, həm təkrar şəklində, həm təqlidi 

feillərlə, həm də sözün semantik əlaqələrindən asılı olaraq başqa hər 

hansı feillər ilə işlənə bilər. Məs.: Damcı damır. Damcı damcılayır. 

Damcı-damcı damır. Damcı-damcı gəlir. Damcı-damcı tökülür... 

Bununla belə, aşağıdakı şəkilçiləri qəbul edən sözlər 

təkralanaraq yeni təqlidi sözlər düzəlir ki, bunların tək forması adətən 

(substantivləşərək) isim olur, yəni bu tək formalar təqlidi söz kimi 

dildə mövcud deyildir. 

1) -ım, -im, -um, -üm şəkilçisi: xıncım-xıncım, xorum-xorum, 

cırım-cırım, pırçım-pırçım, iflim-iflim, işım-işım... 

OL-ə xırdım-xırdım, girtim-girtim (həm də bu sözün kökü: girt-

girt) daxil edilmişdir. 

Misallar: 

Qəlbimizdə ildırım; bağırır gurum-gurum (A.Şaiq). Sızladı 

sızım-sızım şair qəlbimin simi (S.Rüstəm). Hamı titim-titim titrəyir 

(N.Nərimanov). Sən mənə...qolçomağın qolunu eşib onu ufum-ufum 

ufuldatmaqdan danış (S.Rəhimov). Uğuldadılar uğum-uğum (R.Rza). 

“İlim-ilim”(itmək) sözünü də buraya aid etmək olar. Bu söz 

haqqında fikirlər müxtəlifdir. A.S.Quzanlının əlyazması şəklində olan 

lüğətində Klima sözü ərəbcə iqlim, yunanca Klima (klimat) ilə 

əlaqələndirilir  və tək şəkildə baş söz kimi verilir. Quzanlı “ölkəyə 

görə olan” kimi məna verdiyi bu sözə “ilim-ilim itdi”, “ilim-ilim 

gəzdi” misallarını çəkir (müq.et.: iqlim-iqlim gəzməyi var – 

S.Vurğun). R.Rüstəmovun “Quba dialekti” əsərinin lüğət hissəsində 

ilim-ilim itmağ və ilğım-ilğım itmağ sözlərinin Quba dialektində eyni 

mənada işləndiyini göstərir. Lakin əslində bu ilim-ilim sözünün nə 

iqlim, nə də ilğım ilə heç bir əlaqəsi yoxdur. E.V.Sevortyan itmək 

sözünün əslini iltmək//ilətmək şəklində bərpa edir. Odur ki, bu sözün 




Azərbaycan dilində təqlidi sözlər 

 

365



ilk hecası “il” üzərinə “im” şəkilçisi gəlməklə həmin ilim (və ya ilim-

ilim) sözünün düzəldiyini söyləmək üçün əsasımız vardır. 

Tarixi mənbələrdə ilətmək//iltmək feilinin işləndiyinin şahidi 

oluruq: 


Gəlibəni məni qarşıladılar (ilətübəni) qara otağa qondurdular 

(DQ); Hey mənim qırx yoldaşım! Bilirmisiz nələr olmuş? Yalançı 

oğlu Yalıncıq mənim ölüm xəbərimi ilətmiş (DQ); Ey badı-səba, 

məndən ilət yarə səlam (Nəsimi). 

Həqiqətən də ümumi analogiya üzrə (qaydaya müvafiq olaraq) 

ya  ilim-ilim ilmək, ya da itim-itim itmək olar. Bəzən danışıq dilində 

itim-itim itmək işlənir.İlim-ilim ilmək isə yoxdur. Lakin məşhur bir 

türk mahnısında deyilir: 

                                       Aksarayın kilidi 

                                       İlim-ilim itildi.

107

 

Sonralar bu feil itmək ilə əvəz edilmişdir ki, belə kontaminasiya 



ümumi dil hadisələrindəndir. 

Bu şəkilçili sözlərin tək şəkli  tam substantivləşmişdir və isim 

hesab olunur. Məs.: xortum, hortum (müq.et: hort eləmək), ildırım, 

sıldırım... 

Bəzi sözlər isə ikili səciyyə daşıyır. Həm təqlidi söz, həm də 

(substantivləşmiş) isim kimi dərk olunur. Funksiya və formasına görə 

təqlidi sözlərə bənzəsə də, mənaca ismə çox yaxın sözlərdir. Odur ki, 

bunları da isim (inkişaf meylinə əsasən) hesab etmək olar. 

Qurtum, çırtım, şırım... 

Bunların həm tək, həm də təkrar şəkli vardır. Qurtum-qurtum 

çay içmək. Qarıların şırım-şırım tumanları... (S.Rəhimov). 

Hər halda “çırtım-çırtım süd sağır” (S.Rəhimov)  cümləsindəki 

“çırtım” sözünün təkrarı “im..” şəkilçili təqlidi sözlərin təkrarından 

deyildir. Heç olmasa ona görə ki, “əsil”, “həqiqi” təqlidi sözlərin 

təkrarı feilin kökü ilə (məs.: sızım-sızım sızlamaq; ufum-ufum 

ufuldamaq...) birləşib intensiv yarada bilirsə, bu tip sözlərdə həmin 

vəziyyət ya özünü heç göstərmir, ya da çox az göstərir. Bunlar tək 

şəkildə təqlidi sözlərdən substantivləşmə ilə düzələn isimlərdir və 

bunların təkrarı da kvantitativ isimlərin təkrarından fərqlənmir. 

                                                            

107

J.Deni. Türk dili qrameri (Osmanlı lehcesi), İstanbul. 1941, səh.511.



 


Musa  Adilov

 

 



366

2) -an,-ən,-ın,-in,-un,-ün şəkilçisi: xısın-xısın, zarın-zarın, 

pərən-pərən, lapan-lapan, girdin-giridn. 

Gah açıq dedilər, gah xısın-xısın (S.Vurğun); Zarın-zarın 

ağlamaq istəyirdim (A.Rəhimov). 

3) -ar,-ır,-ir, -ur şəkilçisi: puçur-puçur, tapır-tapır, sapır-şapır, 

xımır-xımır//xımırt-xımırt, çatır-çatır, gumur-gumur, gumbur-gumbur, 

lappır-lappır, mığır-mığır, dınqır-dınqır, lanqur-lunqur, dubur-dubur 

//dıbır-dıbır,  tappır-tuppur, inir-inir (Ol), hovur-hovur, digir-digir, 

cadar-cadar (//cad-cad; Yer cad-cad oldu)), lapar-lapar, qıdır-qıdır 

(//qıd-qıd=dığ-dığ – dığdığa),  qıdır-qudur. Qəmküsarın cümləsində 

qeyd olunmuş söz də bura aiddir: “Rusca elə vıdır-vıdır ötürlər ki...”). 

Bunların tam substantivləşmiş olanları tək şəkildə işlədilir. 

Məs.: ləpir, dıbır, hovur... 

Ümumiyyətlə, təqlidi sözlərin təkrar formasından feil 

düzəlmir.Bəzi müstəsnalar isə vardır. Məs.: Koroğlunun nalasından; 

Hər yan gumbur-gumburlanır (“Koroğlu”). İgid meydanda hərlənər; 

meydan gümür-gümürlənər (“Qoşmalar”). 

4) -dır,-dir şəkilçisi: 

Yuxarıdakı şəkilçiyə çox yaxındır. Bunu -d (//t) və -ır 

hissələrinə ayırmaq mümkündür. Burada -d(//t) ünsürü əslində təqlidi 

sözlərə xas olan struktur ünsürdür ki, -ır... şəkilçisi ilə birləşib,-dır 

şəklində nəzərə çarpır. Bu şəkilçi əsasən -l səsi ilə bitən təqlidi söz 

köklərinə qoşulur. Məs.: gildir-gildir, bildir-bıldır, şıldır-şıldır... 

Gözünün yaşını bildir-bıldır tökdü (“Koroğlu”). 

Həmin şəkilçili sözlərin də tək şəkli tam substantivləşmiş və 

ismə çevrilmişdir. Məs.: cınbır, şındır//şəndir///çəndir (habelə – 

sıldır-ım, ildir-ım sözlərinin tərkibində). 

5) -ıl,-il,-ul,-ül şəkilçisi: şırıl-şırıl,xırıl-xırıl, dəngil-dəngil, 

parıl-parıl, sarıl-şarıl, çaqıl-çaqıl, tırıl-tırıl, əfil-əfil, veyil-veyil, mışıl-

mışıl, dəngil-düngül. 

Beləliklə, məlum olur ki, təqlidi sözlərdən düzələn isimlərin 

təkrarı digər hər hansı isimlərin təkrarından fərqlənmir. Yəni, təqlidi 

isimlər həm tək, həm də təkrar şəklində işlənə bilər. Məs.: lomba  və 

lomba-lomba, ləpə və ləpə-ləpə və s. 

Təqlidi sözlərin isə çox mühüm hissəsi ancaq təkrar şəklində (və 

ya feilləşmiş tərzdə) mövcuddur. Ayrılıqda müasir dildə işlənmir. 



Azərbaycan dilində təqlidi sözlər 

 

367



Məs.:  şır-şır, lüm-lüm,//lum-lum, marıt-marıt, zağ-zağ, əfil-əfil, pıç-

pıç, pər-pər və s. 

Alnında titrər; Puçur-puçur tər (S.Vurğun). Mehman pırçım-

pırçım tər tökürdü (S.Rəhimov). Arvadın sağ qılçası xınc-xınc 

olmuşdu (C.Məmmədquluzadə). Özü lum-lum udur batində amma... 

(Zakir). Pəncərələr xınclanıb töküldü qırıq-qırıq (Ə.Cəmil). 

§ 20. Ümumiyyətlə, təqlidi sözlərin təkrar forması (istər sadə 

olsun, istər də struktur ünsürlü – mürəkkəbləşmiş forma) daha çox 

yayılmışdır və lüğətlərdə də bu təkrar şəkli qeyd və təsbit olunur. OL-

dən bir neçə misal göstərək:girt-girt, gum-gum, zar-zar, zır-zır, tir-tir, 

tıq-tıq, tın-tın, tıp-tıp,tıs-tıs, fıs-fıs, fış-fış, xar-xar, dır-dır, vic-vic, vız-

vız, qart-qart, qırt-qırt, qur-qur, mız-mız, mır-mır, xırt-xırt, xır-xır, 

xıs-xıs, xınc-xınc, çilik-çilik, car-car, çırt-cırt, cır-cır, cur-cur, şor-şor, 

şax-şax, şaq-şaq, şaraq-şaraq. 

Tək işlənən təqlidi sözlərin semantik əlaqələri nisbətən 

məhduddur. Bunlar əsasən eləmək//etmək (və qismən bəzi başqa) 

köməkçi feil ilə birləşir. 

Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır... Tulalar 

katdanın üstünə tullanıb “haff” eləyirdilər (C.Məmmədquluzadə). 

Pişik  puf eləyib Muradın üstünə atılardı (A.Şaiq). Lal Hüseyn “nırç” 

edib dodağını tərpətdi (M.İbrahimov). Xort düşüb yatdılar 

(S.Rəhimov). 

Təkrarlanmış sözlər isə bir çox sözlərə (feillərə) yanaşa bilir. 

Məs.: Quzu xırtaxırt yeyirdi (M.Cəfərov). Qoyunlar xırt-xırt otlayır 

(A.Şaiq). Qayçı xırt-xırt işlədi (S.Rəhimov). Ala pişik xırıt-xırıt 

gəmirir (S.Rəhimov). 

§ 21. Dilimizdə təqlidi sözlərin intensivlik yaratması da diqqəti 

cəlb edir.

108

 Bu intensiv forma çox geniş yayılmışdır və bir neçə 



şəkildə özünü göstərir. İntensivlik təqlidi sözlərin təkrarında daha çox-

dur. “Didişmək” və “dir-dir didişmək” tərkiblərinin müqayisəsindən 

bu ikincinin intensivlik yaratdığını görmək mümkündür. 

                                                            

108

İntensivlik və uzunmüddətlilik bildirmək üçün bu sözlərin təkrarlandığını 



N.K.Dmitriyev «К изучению турецкой мимологии» (1927)  məqaləsində 

qeyd etmişdir. Bax: Н.К.Дмитриев. Строй тюркских языков. ИВЛ, М., 

1962,  səh. 65-66.

 



Musa  Adilov

 

 



368

Təkrarlanan təqlidi sözlərin əvvəlinə artırılan ədatlar bu 

intensivliyin daha da şiddətlənməsinə səbəb olunur, ikiqat intensivlik 

yaranır. Məs.: 

Qulaqlar tutuldu hey şıraq-şıraq; Qalxana dəydikcə qılınc, ox, 

mizraq (A.Şaiq). 

İntensivliyin şiddətləndirilməsində “a”, “ha” bitişdirici ünsürləri 

də mühüm rol oynayır. Məs.: cibhacib//civhaciv, şaqhaşaq (müq.et: 

şaq-şaq), şaraqhaşaraq, şaraphaçarap, şarpaşarp, şaxaşax, 

şırtaşırt, şırhaşır... 

Ümumiyyətlə, təqlidi sözlərin təkrarı ilə başqa sözlərin təkrarı 

arasında o qədər böyük fərq yoxdur. Başqa cür desək, təqlidi sözlərin 

də təkrarında digər nitq hissələrinə məxsus sözlərdə gördüyümüz 

xüsusiyyətləri görürük. Bununla belə, bəzi cəhətlərinə görə təqlidi 

sözlərin təkrarı başqalarından fərqlənir. Məsələn, təqlidi sözün kökü 

təkrar olunur və həmin kökdən düzələn feil ilə birləşərək spesifik 

formalı birləşmə düzəlir: fır-fır fırıldamaq, gup-gup guppuldamaq, 

cır-cır cırıldamaq, gur-gur guruldamaq, fıs-fıs fısıldamaq, xırç-

xırç xırçıldamaq, xış-xış xışıldamaq, xır-xır xırıldamaq, şaq-şaq 

şaqqıldamaq, zar-zar zarıldamaq, taq-taq taqqıldamaq, mır-mır 

mırıldamaq, par-par parıldmaq, donq-donq donquldamaq.. 

Göründüyü kimi, bu növ təkrarlarda feil kökü ilə təqlidi söz 

eyni formalı olur; burada heç bir fərq nəzərə çarpmır. Yəni təqlidi söz 

birhecalıdırsa, feilin kökü də birhecalıdır, təqlidi sözdə birsəsli 

struktur ünsür varsa, həmin ünsür feilin kökündə də var

109


 və s. 

Bu növ təkrarlarda bir maraqlı cəhət də belədir ki, tərkibin feil 

ünsürü həm də iki şəkildə (ılda... və la... ilə) işlənə bilir və bunlar 

arasında mənaca heç bir  fərq olmur. Məsələn: par-par 

(parlamaq//parıldamaq), parıl-parıl (palamaq//parıldamaq), fır-fırt 

(fırlamaq//fırıldamaq), fırıl-fırıl (fırlamaq//fırıldamaq), mırt-mırt 

(mırtlamaq//mırtıldamaq). 

Lakin bu ikilik çox az sözdə özünü göstərir. Təqlidi sözlərin 

çoxunda isə ancaq  ılda... ünsürlü feil ilə birləşmə nəzərə çarpır. 

                                                            

109

Lakin bəzən fərdi olaraq sözün başqa şəkildə işlənməsinə də təsadüf olunur 



ki, biz bunu ədəbi dil norması hesab etmirik. Məs.:”...həyasızcasına mırt-mırt 

mırtıldanırdı” (M.S.Ordubadi. “Gizli Bakı”, səh.26) ifadəsində feil 

“mırtıldanırdı” olmalı idi).

 



Azərbaycan dilində təqlidi sözlər 

 

369



Məsələn,  qırt-qırt qırtıldamaq, mışıl-mışıl mışıldamaq, fıs-fıs 

fısıldamaq, xırç-xırç xırçıldamaq, hırıl-hırıl hırıldamaq, hır-hır 

hırıldamaq. 

Digər tərəfdən təqlidi sözlər ıl... struktur ünsürlü şəkildə və ilkin 

şəkildə təkrarlanır: xır-xır//xırıl-xırıl xırıldamaq, hır-hır //hırıl-hırıl 

hırıldamaq,xor-xor// xorul-xorul xoruldamaq, şaq-şaq//şaqıl-şaqıl 

şaqqıldamaq.  

Əlbəttə, təkrarlanan təqlidi sözlər yalnız təqlidi feillə işlənməklə 

məhdud deyildir. Bu kimi təkrarların leksik-qrammatik əlaqələri daha 

genişdir. Təkrar təqlidi sözlər həm təqlidi feillərlə, həm də başqa 

(leksik cəhətdən təqlidi feillərə yaxın, sinonim) feillərlə işlənə bildiyi 

kimi, bir  sıra köməkçi feillərlə də işlənir. Məs.: Gözlərindən pırıl-

pırıl yaş tökür (Mir Cəlal). Qız ürəyimi tıp-tıp döyündürürdü 

(S.Rəhman). Məstan pişik xırıl-xırıl yatırdı (H.Mehdi). Totuq 

yanaqlar 

parıl-parıl yanırdı (Y.Çəmənzəminli). Marıt-marıt 

baxraq... (M.İbrahimov). Şır-şır axan bulaqlar (S.Vurğun). Par-par 

yanan badamı gözlər (İ.Hüseynov). Suyu almaz kimi par-par axarmış 

(S.Vurğun). Parıl-parıl ətrafına şölə salır (S.Vurğun). 

Misallardakı təqlidi sözlər həm də təqlidi feillərlə birləşir: par-

par//parıl-parıl parlamaq (parıldamaq); şır-şır// şırıl-şırıl 

şırıldamaq və s. kimi. 

§ 22. “Ha” və “a” bitişdirici ünsürlərin köməyilə birhecalı və 

ikihecalı təqlidi sözlər təkrarlanır  və yeni mənalı təqlidi sözlər 

düzəlir. 

a)  “a” bitişdiricisi ilə: danqadanq, dınqadınq, zınqazınq, 

guppagup, maçamaç, marçamarç, lanqalanq, mırtamırt, 

nırçanırç, paqqapaq, partapart, pıqqapıq, pıçapıç, ufauf, 

taqqataq, tappatap, xapaxap, xıncaxınc, xırçaxırç, çqaçaq, 

çırtaçırt, şarpaşarp, şaxaşax, şırpaşırp, şaqaşaq, şarappaşarap, 

şartaşart, hortahort, şırtaşırt, fışafış, xartaxart, xırtaxırt, 

hopahop. 

“a” bitişdirici ünsürü ilə əsasən birhecalı təqlidi sözlər 

təkrarlanır. 

b) ”ha” bitişdiricisi ilə həm birhecalı, həm də ikihecalı təqlidi 

sözlət təkrarlanır: guphagup, gurhagur, mırhamır, pırhapır, 

qıjhaqıj, fıshafıs, xorhaxor, taqhataq, cızhacız, şarhaşar, şırhaşır, 

pırthapırt, xırthaxırt, taraphatarap, şaraphaşarap, şaraqhaşaraq, 




Musa  Adilov

 

 



370

cırınqhacırınq, ciringhaciring, zırınqhazırınq, cibhacib, civhaciv, 

şarhaşar, şırhaşır. 

Xüsusən bəzi birhecalı sözlərin təkrarı ikili səciyyə daşıyır, yəni 

eyni söz həm “a” ünsürü ilə, həm də “ha” ünsürü ilə təkrarlana bilir. 

Məs.: 


guppagup//guphagup, gurtagurt//gurthagurt, 

şaqqaşaq//şaqhaşaq, pırtapırt// pırthapırt, hortahort//horthahort, 

pıqqapıq //pıqhapıq, xırtaxırt //xırthaxırt

110


 və s. 

§ 23. Təkrarlanan sözlərin fonetik dəyişməyə uğrayıb-

uğramamsından asılı olaraq təqlidi sözləri iki qrupa bölmək olar: 

1) Söz heç bir fonetik dəyişməyə uğramadan təkrarlanır ki, 

burada bituişdirici ünsür ola da bilər, olmaya da. Təqlidi sözlərin 

əksəriyyəti  bu şəkildə təkrar olunur: taq-taq, cib-cib, parıl-parıl, 

hönkür-hönkür, şırıl-şırıl, xırt-xırt, vız-vız, dınqır-dınqır.... 

2) İkinci tərəf müəyyən dəyişməyə məruz qalır: şap-şup, şarap-

şurup, danqır-dunqur, taraq-turuq, tarap-turup, lanq-

lunq//(lanqalunq), laqqaluq, qar-qur, çax-çux, çaqqır-çuqqur, cıx-vəz, 

tıs-fıs//(tıs-pıs), nəm-nüm, şaqqır-şuqqur, sapır-şuppur, daeanq-

durunq, taq-tuq, çaq-çuq, hay-huy, çırt-pırt, tarap-tubbaz, cız-bız, cır-

bır. 

Bu sonuncu misaldakı sözləri şərti olaraq təqlidi sözlərə aid 



edirik. Lakin bütün təqlidi sözlərdə motivləşmə çox aydın şəkildə 

təzahür etdiyi halda, buradakı sözlərdə (“şarap-şurup” sözündən 

başqa) bu motivləşmə (heç olmasa həmin misal daxilində) yoxdur və 

ya aydın deyildir. 

Ümumiyyətlə təqlidi sözlərin komponentləri eyni miqdarda 

hecaya malik olur. Bəzən isə hecaların miqdarı müxtəlif olur. Məs.: 

şaq-şaraq, çaq-çaraq... 

Uzun barmaqlarını şaq-şaraqla sındırdı (S.Rəhimov). Hırıl-

hırıl hırıldadı (S.Rəhimov). Relsləri şiddətlə döyür təkərlər; Taraq-

taq, taraq-taq axşama qədər (Ə.Kürçaylı). Badələrin cik-ciringiltisi 

(S.Rəhimov). Hə, uşaqlara deyəcəyəm ki, meşələrdə quşlar belə 

oxuyurlar: civ-civ...sonra bax cik-cirik, cırıq-çırıq (S.Rəhimov). 

                                                            

110


Buradan isə o nəticə çıxır ki, təqlidi sözlərin (habelə başqa hər cür 

sözlərin) təkrarında “ha” və “a” ünsürləri tamamilə eyni əhəmiyyətə malikdir 

və formaca fərqlənsələr də, məna və funksiyasına görə bu ünsürlərin dildə 

rolu birdir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

371



Təkrar olunan tərəflərin hər hansı dəyişməyə uğrayıb-

uğramaması təqlid olunmuş səsin keyfiyyəti ilə əlaqədardır. Eyni 

keyfiyyətli səs heç bir dəyişiklik olmadan bir və ya ikihecalı sözlər 

şəklində təkrarlanan sözlərlə əks olunur. Bu təkrar həm bu səsin iki 

dəfə, həm də çox dəfə təkrarlandığını bildirə bilər. Burada çoxdəfəlilik 

çalareı daha geniş yayılmışdır və bu halda eyni səsin qeyri-müəyyən 

miqdarda təkrar edildiyi nəzərə çatdırılmış olur. Məs.: taq-taq, mır-

mır, xır-xır, sarıl-şarıl, xırıl-xırıl və s. 

Burada səsin keyfiyyəti dəyişmir. O, eyni, yeknəsəq səsə 

təqliddir. 

Təkrar təqlidi sözləri təşkil edən tərəflərin hər hansı birində 

özünü göstərən faktik dəyişmə onu bildirir ki, təqlid olunan hadisənin 

keyfiyyəti müxtəlifdir. Buradakı səslər bu və ya digər cəhətdən 

müəyyən qədər fərqli olan səslərdir: daranqdurunq, taqqataq, çırt-

pırt, şaq-şaraq, taraq-taq və s. 

Təqlidi sözlərin təkrarında “ha” və “a” bitişdirici ünsürləri 

mühüm rol oynayır. Bu ünsürlər nitq hissələrindən ancaq təkrarlanan 

feillərin və təqlidi sözlərin arasına gəlir; lakin feillərin və təqlidi 

sözlərin təkrarlanmasında oynadığı roluna görə fərqlənir. Belə ki, 

feillərin təkrarında onların isimləşməsinə səbəb olursa,*

111

 təqlidi 



sözlərin təkrarında bunları başqa nitq hissələrinə çevirə bilmir. Yəni, 

“vurhavur”, “qaçaqaç” sözləri isim kimi dərk olunursa, “şırhaşır”, 

“lanqalanq” tipli sözlər təqlidi söz olaraq qalır. 

Təqlidi sözlərin təkrarında “a”, “ha” ünsürlərinin iştirakı əsasən 

Azərbaycan dilinə xas olan bir xüsusiyyət kimi diqqəti cəlb edir. 

Başqa türk dillərində bu hadisə ya yoxdur, ya da çox məhdud miqdar 

sözlərdə özünü göstərir. B.M.Yunisaliyev bu “a”, “ha” ünsürünün 

qırğız dilində bir neçə sözdə müşahidə edildiyini yazır: takatak, 

şakaşak.

112


 

E.V.Sevortyan bu hadisənin əsasən Azərbaycan dili üçün 

səciyyəvi bir xüsusiyyət olduğunu göstərir.

113


 

                                                            

111

* Həmin ünsürlər vasitəsilə təkrarlanan feillərdə də proses, hərəkət çaları 



çox qüvvətli bir şəkildə qalmaqdadır.

 

112



Bax: Б.М.Юнусалиев. Киргизская лексикология, ч.1, Фрунзе, 1959, 

səh.173.


 

113


Э.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском 

языке, ИВЛ, М., 1962,  səh. 173.

 



Musa  Adilov

 

 



372

Təqlidi sözlər əsasən iki dəfə təkrarlanır. Lakin bəzi hallarda, 

xüsusən şeirdə (qafiyə və vəzn məsələsinin də rolu yox deyildir) bu 

sözlərin üç və daha çox təkrarına rast gəlmək mümkündür. Məs.: 

Gecənin qoynunda tıraq-tıraq-tap

114∗


; açılır güllələr şaraqhaşaraq 

(S.Vurğun).  Şarak-şarak-şara-rak; Güllələr şığıyaraq; Dolur 

pəncərələrdən (S.Vurğun). Tikanı verdim, çörək aldım; sazım dınqır, 

dınqır, dınqır...(“Nağıllar”). Elə bilirsən ki, qoşun gəlir. Tap! Tap! 

Tap.Tap...(C.Məmmədquluzadə). Qayadan su damcılayır: çıp-çıp, 

çıp-çıp (Y.Həsənbəyov). 

Təkrarlanan təqlidi sözlərin tərəfləri arasındakı fərqlərin səbəbi 

haqqında yuxarıda dediklərimiz, sözün üç və daha çox təkrarına da 

aiddir. 

Yəni təqlidi sözlərin iki və daha çox təkrarında belə bir cəhət də 

diqqəti cəlb edir ki, təqlid olunan  səsin eyni keyfiyyətdə (bir növ 

yeknəsəq) olduğunu bildirmək üçün söz heç bir dəyişməyə uğramadan 

təkrarlanır. Təqlid olunan səslər müxtəlif keyfiyyətli olduqda, təqlidi 

sözlər də fonetik tərkibcə müxtəlif olur. Məsələn, dınqır-dınqır...kimi 

sözlərin əks etdirdiyi səslər eyni keyfiyyətlidirsə, şarak-şara-rak, 

tıraq-tap...kimi sözlərin əks etdirdiyi səslər müxtəlif keyfiyyətlidir. 

Bu müxtəlif keyfiyyətdə səsləri təqlid üçün müxtəlif üsullardan 

(sözlərin səs tərkibini dəyişmək, başqa sözləri də əlavə etmək və s.) 

istifadə edilir. 

[Maro]: Hey vağğ-zığğ-zığğ! Bilmək olmur ki, nə istəyir 

(S.Rəhimov). 

§ 24.  Bəzi üslubi xüsusiyyətlər. Təqlidi sözlər (habelə təqlidi 

isim və feillər) yazılı dilin müxtəlif üslublarında, folklor əsərlərində 

(xüsusən nağıllar və atalar sözlərində) geniş yayılmışdır. Ədəbi 

dilimizin elmi və ictimai-siyasi üslubuna nisbətən bədii dildə bu 

sözlərdən daha çox istifadə olunur. 

Təqlidi sözlər, deyildiyi kimi, hərəkətin adı deyil, bəlkə bu 

hərəkətin təxmini əksidir. Bu əksetmədə hərəkətin bütün prosesləri 

                                                            

 İki dəfədən artıq təkrarlanan təqlidi sözlərin defislə yazılması daha 



məqsədəuyğun olardı. Lakin bu sözlər sırf leksik materialdan daha çox üslubi 

səciyyə daşıyır və buna görə də müxtəlif tərzdə yazılışına etiraz ola bilməz. 

 



Azərbaycan dilində təqlidi sözlər 

 

373



(ritm, ahəng, tembr) özünü göstərir. Təqlidi sözlər varlığı obrazlı, 

bədii şəkildə təsvir etməkdə mühüm rol oynanyır. Bu sözlər yazılı 

ədəbiyyata xalq dilindən, folklordan gəlmişdir. Bu sözlərin həm 

işlənib-işlənməməsi, həm də işlənməsinin kəmiyyət və keyfiyyəti 

sənətkarın varlığı dərk və əks etməsinin spesifik xüsusiyyətləri ilə 

əlaqədar bir məsələ olub, onun dilinin, üslubunun müəyyən hissəsini 

təşkil edir. Buna görə də Ə.Dəmirçizadənin belə bir fikri ilə 

razılaşmaq olmur ki: “Belə sözlərdən (təqlidi sözlərdən – M.A.), 

xüsusən, bədii üslubda hər zaman istifadə edilmişdir”.

115


 

Araşdırdığımız materiallar bu fikri təsdiq etməyə imkan vermir. 

M.Ə.Sabirə qədərki şeirimizdə təqlidi sözlər olduqca az, 

tək-tək hallarda özünü göstərmişdir. Nəsimi, Xətai, Qövsi, 

Vaqif, Vidadi, Zakir, Nəbati, Natəvan, S.Ə.Şirvani və s. şairlərin 

leksikonunda bu sözlər çox azdır, bəzilərində heç yox 

mənziləsindədir.

116∗


 Füzuli kimi bir sənətkarın dilində bu sözlərə 

rast gəlmədik.

∗∗

 M.F.Axundovun canlı danışıq dili əsasında 



yazılmış dramlarında bir neçə belə söz vardır. 

XX əsrdən başlayaraq M.Ə.Sabir şeirində və 

C.Məmmədquluzadə nəsrində təbiətin müxtəlif səslərinə təqlid ilə 

yaranmış, qədimdən canlı dildə mövcud olub, şeirə, yazılı ədəbiyyata  

daxil ola bilməyən təqlidi sözlər çox geniş yer tutur. 

Hadisənin mahiyyətini dolğun və obrazlı şəkildə ifadə 

etməkdə bu kimi sözlərin əhəmiyyəti böyükdür. 

Sabirin satirik üslubunun dəyərli, diqqətəlayiq bədii ifadə 

vasitələrindən biri olan bu sözləri başqa-başqa sözlərlə, ifadələrlə əvəz 

etmək ya mümkün deyil, ya da bədiiliyin, obrazlılığın, ifadəliliyin 

itməsi, pozulması hesabına mümkündür. Təqlidi sözlərlə deyilən – 

ifadə olunan əşya və hadisəni başqa şəkildə adlandırmaq üçün uzun-

                                                            

115


Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962, səh.46.

 



 Məsələn, Ş.i.Xətainin”Dəhnamə”sində yalnız bir neçə beytdə təqlidi sözlərə 

rast gəlirik:”Hərdən ürəyim qılırdı tıb-tıb; canım zi həvəs edərdi gup-gup”; 

“Qum-qum der idi ağacda qumru”.

 

∗∗Füzuli yalnız bir yedə təqlidi feilı işlətmişdir. “Qarpızı ol dəmdə 



şaqqalatdı” (“Söhbətül əsmar”dan).

 

 




Musa  Adilov

 

 



374

uzadı təsvirlərdən, bütöv cümlələrdən (deməli, söz əvəzinə cümlə) 

istifadə etmək lazım gəlir. Odur ki, sadəliyi, obrazlılığı, xəlqiliyi və 

dəqiqliyi etibarı ilə bu sözlərin şeirə gətirilməsi Sabir üslubunun 

böyük məziyyətlərindəndir. Burada həm də xalq şeirinin cəsarət və 

novatorluğunu qeyd etmək zəruridir. Ondan sonra Sabiryana yazılan 

şeirlərdə bu kimi sözlər sağa-sola işlənilməyə başlandı

∗.

 



Müasir dilimiz üçün  nə qədər adi, qanuni görünsələr də, 

Sabirə qədər bu tip sözlər “kobud”, “loru” (müasir anlayışda “vulqar”) 

və s. kimi damğalarla şeir, sənət dilindən kənarda qalırdı.   Doğrudur, 

Azərbaycan şeirində sözlərin musiqisi çoxdan, çox qədimdən 

yaranmışdır, inkişaf edib gəlmişdir. Lakin Sabirin də şeirində sözün 

mənası formaya tabe edilməmişdir. Səs, söz ahəngdarlığı şeirin əlavə 

keyfiyyətidir. Məsələ bundadır ki, Sabirin işlətdiyi təqlidi sözlər 

məzmunca da dəyərli, qiymətli sözlərdir. 

Yeri gəlmişkən bir məsələni də qeyd edək. Sabirin və başqa 

görkəmli sənətkarlarımızın təcrübəsi göstərir ki, şeir dilini 

məhdudlaşdırmaq, çərçivəyə salmaq  düz deyildir; şeirdə hər cür 

ədəbi, ümumxalq sözü işlənə bilər və işlənilməlidir. Əlbəttə, yerində, 

məqamında işlədilmək şərti ilə. Özlüyündə heç bir bədii məziyyəti 

olmayan sözlərə də şair qələmi bir rəng verə bilər, onları bədii 

yüksəkliyə qaldıra bilər. Məsələ hansı sözü işlətməkdə deyil, nə kimi 

şəraitdə, nə məqsədlə, nə cür işlətməkdədir.

117

 

Beləliklə, təqlidi sözlərin yazılı ədəbi dildə işlənməyə 



başlaması danışıq dilinin qüvvətli təsiri ilə əlaqədardır. 

İndi isə müasir Azərbaycan dilinin bütün üslublarında təqlidi 

sözlər az və ya çox dərəcədə özünü göstərir. Bu sözlərdə çox qüvvətli 

emosional çalar olduğu üçün elmi və publisistik üslubda bunlar bədii 

                                                            

 Görünür, burada satirik üslubun da (müasir dil üçün yox, Sabir dövrü üçün) 



müəyyən rolu olmuşdur. XX əsrin əvvəllərində yazıb-yaradan M.Hadi, 

H.Cavid, A.Səhhət, A.Şaiq kimi sənətkarların ciddi şəkildə yazılmış 

şeirlərində təqlidi sözlər yox dərəcəsindədir. Yaxud S.Ə.Şirvaninin 

qəzəllərində təqlidi sözlər işlənmədiyi halda, satirik şeirlərində belə az-çox 

vardır).

 

117



Bu məsələlər haqqında “Sabirin dil və üslub xüsusiyyətləri haqqında bəzi 

qeydlər” adlı məqaləmizdə bəhs olunmuşdur. Bax:”Sabir. Məqalələr 

məcmuəsi”, Bakı, 1962, səh.202-205.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

375



üsluba nisbətən daha çox janrlar ilə, bədii üslubun qolları ilə, nəhayət, 

sənətkarın dünyagörüşü və metodu ilə əlaqədar olaraq təqlidi sözlərin 

işlənmə dairəsi daralır və ya genişlənir. Bu sözlərdən bədii 

ədəbiyyatın müxtəlif janrlarında istifadəyə dair bir neçə misal. 

Y.V.Çəmənzəminlinin “Həyatımın igirmi ili” əsərində belə bir 

təsvir vardır. “Yağış yağanda...damcı aramla başlayır, sonra cim, cim, 

cim...süzülür. 

–Ay uşaq kasa qoy! 

–Cırrr. 

–Qoyma töküldü. 

–Dam, dam, cırrr... 

–Dim, dim, dim... 

–Damcılar axır”.

118


 

Təqlidi sözlərin tək və xüsusən təkrar (bu təkrar formanın daha 

çox işləndiyini H.K.Dmitriyev də qeyd etmişdir) forması,  bu 

sözlərdən isim və feillərin düzəldilməsi – eyni cümlədə eyni köklü 

sözlərin yan-yana işlədilməsi imkanını yaradır. Həm predmeti, həm 

hərəkəti, həm də hərəkətin tərzini bildirən sözlər eyni kökdən 

düzəldilə bilirsə, onda bədii dildə səs ahəngdarlığı əldə etmək üçün 

əlverişli şərait yaranmış olur. 

Bu hələ azdır. Sənətkarlar stilizasiya məqsədi ilə də təqlidi 

sözlərin bu xüsusiyyətindən geniş istifadə edirlər. S.Rəhimovun 

“Gülən balıq” hekayələr kitabında stilizasiya məqsədi ilə təqlidi 

sözlərə çox yer verildiyi xüsusilə qabarıq tərzdə nəzərə çarpır. 

Buradakı hekayələrin birində Ala Danqıdan bəhs olunur, onun danq-

danq danqıladmasından geniş danışılır. “Danq-danq danqıldayan 

Danqı oba adamının canını xirtdəyinə yığırdı” tipli, tərkibində təqlidi 

sözlərdən düzələn və həmin təqlidi söz olan cümlələr tez-tez işlədilir. 

S.Rəhimovun yenə oradakı başqa bir hekayəsində dəyirman 

çaqçaqından, bu çaqçaqın çaqqıldamasından, tez-tez çaq-çaq 

eləməsindən, çaq-çaq çaqqıltı səsinin aləmi başına götürməsindən və 

s.-dən bəhs olunur. 

Nəhayət, S.M.Qənizadənin uşaqlar üçün yazdığı “Tülkü və Çaq-

çaq bəy” əsərində təqlidi sözlərdən (habelə təqlidi isim və feillərdən) 

geniş şəkildə istifadə olunmuşdur. Bir neçə misal: 

                                                            

118

Azərb.EA Respublika Əlyazmaları fondu. Arxiv № 26. 316.



 


Musa  Adilov

 

 



376

             1.Göy qaraldı, bulud guruldadı, 

             Şığıyıb ildırım parıldadı. 

             Endi baran şır-şırıltı ilə, 

            Tökdü nisyan gur-gurultu ilə. 

             2. Özünü tülkü cəmləyib vazdı, 

            Qırğı tək uçdu, yelbə tək dazdı. 

           3.Zanqazunqla sürüb gəlir sarvan. 

           4. Qarğalar qırhaqır edir qır-qır, 

           Qarğilar qıyhaqıy uçur pır-pır. 

           Dağda qaqqıldayır qazaq, kəklik. 

          5. (Kəklik) “Qaqqaqaq, qaqqaqay” deyib çağırır. 

           6. Qıqhaqıq banlayır gəzir xoruzu, 

           Qırthaqırt bir sürü yanında bozu... 

           7. Oxuyur gül başında boz bülbül 

           Bil-bil fithafitü gül, gül! 

           8. [Pişik]: – Murov-murov çağırram, 

           Miyau-miyau bağırram. 

Zəngin təbiət hadisələrinin saysız-hesabsız səslərini, bu səslərin 

çox mürəkkəb və müxtəlif çalarlıqlarını əks etdirmək məqsədi ilə 

təqlidi sözlərin müxtəlif variant və variadsiyalarından istifadə olunur. 

Məsələn, X.Əlibəylinin “Ağ çəmən” şeirində belə sözlərə rast gəlirik: 

1.

  Ağ güllər qanad açdı, 



“Qaq-qaq, qaq-qaq” edərək 

Onlara sarı qaçdı. 

Bir gümüş gül banladı: 

Quqquluqu-uuuu! – 

Onun xoruzdur adı. 

2. Qazlar çığırdı:qa!qa! 

3. Qaq-qaq-qaq-qaq... 

Qaq-qaq-qaq-qaq.... 

Qazlar qaçdı çəmənə. 

4. Çağıraraq qaar-qaaar-qaar, 

Göyə uçdu qarğalar. 

“Cib-cib” çağırdı Humay. 

5. (Toyuq) qaq-qaq-qaq-qaq bu gündən 

Yumurta verirəm mən. 

6. Tıqqıldadı dənqabı. 



Azərbaycan dilində təqlidi sözlər 

 

377



“Tıq-tıq, tıq-tıq, tıq-tıq, tıq”. 

Yağır elə bil dolu. 

“Tıq-tıq-tıq” döyür damı. 

Küçədə asfalt yolu. 

Evlərə qaçır hamı. 

Cip-cip-cip salır haray. 

7. Banladı hindən xoruz: Ququluqu-u-u-u... 

Tək bircə şeirdə bu qədər təqlidi söz işlənməsi faktı özlüyündə 

sübut edir ki, ümumiyyətlə şeir dilini tədqiq edərkən həmin tip sözlərə 

xüsusi diqqət yetirmək lazımdır. Həm də, göründüyü kimi, təqlidi 

sözlərin işlənməsində (hecaların miqdarında, təkrarlanmasında, 

bunların qrafik cəhətdən fərqləndirilməsində) ciddi bir sabitlik, 

“norma” yoxdur. Yəni burada fərdi yaradıcılıq üçün çox geniş 

imkanlar vardır (Digər sözlərdə belə sərbəstlik olmur). Odur ki, 

ümumiyyətlə şeir dili üçün bunlar əlverişli vasitə hesab oluna bilər. 

Təqlidi sözlərin əsas mənbəyi canlı xalq dilidir. Ədəbi dilə bu 

sözlər xalq danışıq dilindən gəlir. Bəzi təqlidi sözlər hələlik ancaq 

müəyyən şivənin malı olaraq qalmaqdadır. Bunları yazılı dildə tapa 

bilmədik. Məs.: Qarnı cur-cur curuldamaq (acımaq mənasında); 

heykir-heykir heykirmək (Qazax). DL-dəki vızqan (kamança) və 

vızqançalan isimləri fərdi üsulla düzəldilmişdir... 

 



 “Axır 

cumbul-cumbul tər sağrısından” (B.Vahabzadə) – 

misrasındakı təqlidi söz də məhəllidir (hərçənd ki, eyni tipli gombul 

və ya bu sözdən düzələn cumbuli ümumxalq sözləridir). 

Xartxart üzüm// xartxart  üzümü (ağ və azacıq şirin üzüm) 

Mirbəşir rayonunda işlənir. Ayrı-ayrı dialektlərdə təqlidi sözlərin 

bəziləri fərqli formaya və semantikaya malik olur. Məsələn, Şamxor 

rayonunda (Abaslı kəndi): Xoruz manlıyır (“banlayır” əvəzində), it 

ürüyür (“hürür” əvəzində); sağsağan (sərçə) – cirtdiyir (“cikildə-

yir” əvəzində); qarğa qağıldayır (“qarıldayır//qırıldayır”əvəzində); 

ilan fısqırır (“fışqırır” – daha çox ədəbi dildə) və s.** 

                                                            

 Elə bu fərdilik də məcbur edir ki, sözün əsil şəklini axtarasan. “vız” təqlidi 



sözdür, “qan” şəkliçisi ilə təqlidi söz qoşulmaz və isim düzəltməz. Bu sözün 

əsli “muzqan”deyilmi? M.S.Ordubadi “Muzqançı Səfərəli xan” ifadəsi 

işlətmişdir (I c., səh. 398).

 



Musa  Adilov

 

 



378

Təqlidi sözlərdə dialekt fərqləri çox geniş yayılmışdır. Eyni 

anlayış üçün, məsələn, hataram-bataram // hadaran-badaran // 

hətərən-pətərən//hədərən-pədərən işlənilməsinə rast gəlirik. 

Yaxud: a) hayıl-mayıl olmuşdu; b) şeir ustanı lap hayıl-mayıl 

qoymuşdu (V.Babanlı). 

Belə məhəlli forma və variantlar bədii əsərlərdə çoxdur. Məs.: 

xırt, xırp, şırp, gırt eyni məqamda işlədilə bilər. 

§ 25. Təqlidi sözlərin başqa nitq hissələrindən (xüsusilə 

nidalardan) fərqləri barədə burada bəhs etmədik. Bu barədə nəşr 

olunmuş məqaləmizə baxıla bilər.

119


 

Nəhayət, təqlidi sözlər barədə aşağıdakı məsələləri qeyd etmək 

mümkündür. 

1)Tədqiqatçıların göstərdiyinə görə, dünyanın bütün dillərində 

təqlidi sözlər az ya çox miqdarda mövcuddur. Hətta XIX əsrdə 

ümumiyyətlə dilin mənşəyini bu sözlərə bağlayan “səs təqlidi” 

nəzəriyyəsi meydana çıxmış idi. Bu nəzəriyyəyə görə adamlar 

təbiətdəki səsləri eşidərək həmin səslərə təqlid etməklə dil yaratmışlar. 

Əlbəttə, bu fikirdə müəyyən qədər həqiqət vardır; təqlidi sözlər dilin 

formalaşmasında müəyyən rol oynamışdır. Lakin bu rol çox məhdud 

olmuş, dilin ümumi yaranma və formalaşma prosesində əsas 

amillərdən hesab edilə bilinməyəcək dərəcədə az əhəmiyyətli 

olmuşdur. Deməli, bütünlükdə dilin mənşəyini izah etməkdə bu sözlər 

işə yaramasa da, tək-tək sözlərin etimologiyasını müəyyənləşdirməkdə 

bunları öyrənmək zəruridir. 

Təqlidi sözlər ancaq səslənə bilən, səsi çıxan (müxtəlif şərait ilə 

bağlı) əşya və prosesi – hadisəni ifadə edə bilərdi. Əlbəttə, bu heç də o 

demək deyil ki, bütün səslənən – səsi çıxan əşya və hadisələrin adı 

təqlidi sözlər olmalı imiş. Əşya və hadisə adlarının çox cüzi qismi 

təqlidi sözlərdən ibarətdir. 

Digər tərəfdən, təbiətin bir çox hadisələrini bildirən sözlər 

insanın ən zəruri ehtiyaclarını ifadə edən külli miqdarda sözlər təqlid 

yolu ilə yaranmamışdır. Odur ki,a günəş, gecə, gündüz, isti, soyuq, 

get, gəl, beş, on, ağ, qara kimi məfhumları, bədən üzvlərinin 

                                                            

∗∗Bütün bu misalları filoloji elmlər namizədi K.Ramazanov bizə vermişdir. 

119

M.İ.Adilov. Təqlidi sözlər. Azərb.SSR EA Xəbərləri (ictimai elmlər 



seriyası), 1961 №8, səh.53-62.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

379



adlarını,

120


 müxtəlif rəng adlarını və s. təqlid ilə bağlamaq da mümkün 

deyildir. 

Həm də təqlidi sözlər şəklində sözdüzəltmə üsulu tam mənada 

dilin mənşəyi ilə bağlı ola bilməz. Çünki səstəqlidi prinsipi üzrə 

düzəlmiş sözlər meydana çıxdığı zaman artıq ibtidai dil ünsürləri 

yaranmış olmalı idi. Məsələ burasındadır ki, burada (təqlidi sözlərdə) 

əşyanın çoxlu əlamətlərindən birinin fərqləndirilməsi yolu ilə əşyaya 

ad verilir. Bu səciyyəvi əlamətin müəyyənləşdirilməsi üçün isə şüur və 

deməli, dil mövcud olmalı idi.

121


 

Həm də nəzərə almaq lazımdır ki, təqlidi sözlər nəzəriyyəsi 

nitqin meydana gəlməsi mexanizmi ilə məşğul olur, onun yaranma 

şəraiti ilə məşğul olmur.

122

 

Ümumilikdə götürüldükdə bu nəzəriyyə bir də ona görə səhvdir 



ki, təqlidi sözlər tarixi inkişaf etibarı ilə geridə qalmış xalqlara 

nisbətən inkişafca irəlidə olan xalqların dillərində daha çoxdur.

123

 

Bütün bunlardan sonra təsadüfi deyil ki, N.K.Dmitriyev təqlidi 



sözləri dilin mənşəyi problemi ilə əlaqədar olmayan bir məsələ kimi 

tədqiq etmək fikrini irəli sürmüşdür.

124

 

2) Təqlidi sözlərin kökündəki sait və samitlərin dəyişməsi ilə – 



daxili fleksiya ilə sözdüzəldilməsi diqqəti cəlb edir. Bu xüsusiyyət 

bəzi başqa nitq hissələrində də (az da olsa) müşahidə edilir. Məs.: 

quduz-qudur, göz-gör və s. Buna görədir ki, E.V.Sevortyan türk 

dillərində də bəzən sözlərin semantik-qrammatik diferensiasiyası üçün 

daxili fleksiyanın mühüm rolu olduğunu göstərir. Burada təqlidi 

                                                            

120

Bəzi bədən üzvlərinin səs təqlidi əsasında ad aldığı da faktdır. Məsələn, 



qur-saq, qur-şaq, qar-ın sözlərinin kökü təqlidlə bağlıdır. Bax: 

prof.dr.Vecihe Hatiboğlu. Türkcede eklerin kökeni.”Türk dili”. 1974 №268, 

səh. 331.

 

121



Bu barədə geniş məlumat üçün bax: А.Г.Спиркин. Происхождение 

языка и его роль  в формировании мышления. Сб. «Мышление и язык», 

М., 1957,  səh. 32.

 

122



Yenə orada, səh.3.

 

123



Bax: А.А.Реформатский. Введение в языкознание, Учпедгиз, М., 1955,  

səh. 350.

 

124


Bax: Н.К.Дмитриев. Строй тюркских языков, ИВЛ, М., 1962, səh. 85-

86.


 


Musa  Adilov

 

 



380

sözlərdən düzəlmiş yıldız-yıldır [-ım], öküz-(b) ögür kimi sözləri 

misal çəkmək mümkündür. 

Habelə əsasən təqlidi sözlərdə açıq və qapalı saitlərin bir-birini 

əvəz etməsi ilə (чередование) sözün yaxın da olsa, hər halda müxtəlif 

mənaları fərqləndirilmiş olur. Məs.: şarr-şırr, taqq-tıqq, qar-qur və s. 

Kökün daxilində gedən belə dəyişmələr istər-istəməz 

tədqiqatçını türk dillərində az da olsa sintetik formaların mövcud 

olduğu qənaətinə gətirir. Təsadüfi deyil ki, təqlidi sözlərdən bəhs edən 

bəzi türkoloqlar ablaut və s. kimi terminlərdən istifadə edirlər. 

3) Təqlidi sözlərin əvvəlində (anlaut) və sonunda (auslaut) bəzi 

səslərin mövcud olub-olmaması diqqəti cəlb edir. Məlum olur ki, bu 

cəhətdən təqlidi sözlər digər leksik-qrammatik kateqoriyalardan – nitq 

hissələrindən fərqlənir. Əsli Azərbaycan sözlərinin kökünün – 

müəyyən yerlərində bu və ya digər səsin işlənib-işlənməməsinə görə 

təqlidi sözlər spesifik xüsusiyyət kəsb edir. Təqlidi sözlərin kökünün 

son səsi əsasən r, q//k, p, z//s, t, y, j, ş, c samitləri olur. Ümumiyyətlə, 

dilimizin öz sözlərinin əvvəlində bir sıra səslər (m, n, r, l, z, f) ya heç 

işlənməz, ya da çox az hallarda işlənər. 

“Təqlidi sözlər (mırtıltı, zırıltı...) və mən, muna ...kimi iqtibasi 

sözlər müstəsnadır”.

125


 

4) Təqlidi sözlərin bir xüsusiyyəti də belədir ki, türk dilləri üçün 

mübahisəli hesab olunan tərz məsələsi bu sözlərdə şübhəsiz 

mövcuddur. Digər feillərdən fərqlənərək təqlidi feillərdə tərz 

kateqoriyası morfoloji yolla ifadə edilir. Təkrarlılıq, uzunmüddətlilik 

tərzi təqlidi feillərdə aydın şəkildə təzahür edir. 

5) Təqlidi sözlərin tam təkrarı ilə başqa tipli sözlərin tam təkrarı 

arasında o qədər də mühüm fərq yoxdur. Lakin sözün daxilində 

müəyyən dəyişiklik – xüsusən saitlərin dəyişikliyi ilə əlaqədar 

meydana gələn yarımçıq təkrarlarda bu iki tip söz kateqoriyası bir-

birindən çox fərqlənir. İsim, sifət və s. (“məfhumi” sözlər) təkrarında 

fonetik dublet əsas sözdə heç bir keyfiyyət fərqi yaratmır, müəyyən 

emosional çalarlıq bildirisə, təqlidi sözlərdə təqlid olunan hadisənin 

keyfiyyətcə müxtəlifliyi bildirilir. Məs.: kağız-kuğuz, əyri-üyrü... 

sözləri eyni məfhumu (kağız, əyri...) ifadə etməklə, subyektiv 

münasibəti də bildirir. 

                                                            

125


B.Çobanzadə və F.Ağazadə. Türk qrameri, Bakı, 1929, səh.12.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

381



Lakin  taq-tuq, şaraq-şırıq... kimi vahidlərdə müxtəlif 

keyfiyyətli səslərə təqlid olan sözlər bir yerə toplanmışdır. 

 Bütün bu göstərilən xüsusiyyətlər başqa nitq hissələrində ya 

heç özünü göstərmir, ya da başqa səciyyə daşıyır. Təsadüfi deyil ki, 

N.K.Dmitriyev həmin sözlərin əmələ gəlməsi yolunun türk dillərinə 

xas olmadığını göstərir («…при своем образовании турецкие 

мимемы следуют особому, нетурецкому образцу…

126


»). 

Respublikamızda Azərbaycan dilinə aid yazılmış orta və ali 

məktəb dərsliklərində, elmi qrammatikalarda təqlidi sözlər bəhsi 

özünə hələ də ayrıca yer tapmamışdır. Bunları gah nida, gah zərf, gah 

ədat və s. hesab edirlər. Əslində isə təqlidi sözlər bunların heç biri 

deyildir. 

Artıq türkologiyada bu sözlərin müstəqil bir nitq hissəsi olduğu 

fikri sabitləşmişdir və və heç bir etiraz doğurmur. Bunlar özlərinə 

məxsus morfoloji və sintaktik xüsusiyyətlərə, obrazlı mənaya malik 

olan sözlərdir ki, xüsusi sözdüzəltmə üsulları ilə səciyyələnir. Bunlar 

çoxlu miqdarda isim və feillər düzəldilməsi üçün bir baza rolunu 

oynayır. Bu sözlərdən əmələ gələn düzəltmə (təqlidi) isim və feilləri 

qrammatikaların müvafiq bölmələrinə daxil etmək zəruridir. 

Biz burada təqlidi sözlərin əsasən Azərbaycan dilinə məxsus 

olan başlıca əlamətlərini, habelə xüsusən son dövrlərdə müxtəlif 

sistemli (və ən çox türk sistemli) dillərin  təqlidi sözlərinə həsr olunan 

əsərlərdəki (məqalə, dissertasiya, monoqrafiya və s.) bəzi mübahisəli 

gördüyümüz məsələləri, bu əsərlərdə heç irəli sürülməyən və ya ötəri, 

zəif işıqlandırılan bəzi məsələləri aydınlaşdırmağa cəhd etmişik. 

Beləliklə, təqlidi sözlər ilə əlaqədar olan bir çox ümumi məsələlərin 

üzərində ətraflı dayanmadıq. Maraqlananlara əsərin sonundakı 

kitabiyyatı təqdim edirik. 

§ 26. İmperativ sözlər. Çağırış, müraciət, əmr bildirən sözlərə 

imperativ sözlər deyilir. Məsələn: ədə, əzizim, alo, hey, piş-piş, dü-dü, 

oha...

127


 

Uzun müddət ümumi dilçilikdə və türkologiyada bu kimi sözlər 

nidalara daxil edilmiş, bəzən də “imperativ nidalar” termini 

                                                            

126

 Н.К.Дмитриев. Строй тюркских языков, ИВЛ, М., 1962, səh. 60. 



127

Xüsusi bir bəhs olan “imperativ feillər” (yaşasın, rədd olsun və s.) 

məsələsinə burada yer verməyi zəruri hesab etmədik.

 



Musa  Adilov

 

 



382

işlədilmişdir. Lakin imperativlər ilə nida sözlər arasında istər məna, 

istər vəzifə, istərsə də quruluşca çox mühüm fərqlər olduğundan bu iki 

müxtəlif dil hadisəsini eyniləşdirmək düzgün deyildir. 

Nidalar insanın obyektiv aləmə subyektiv münasibətinin 

təzahürüdür, imperativ sözlər isə insan arzu-istəyini, onun iradi 

xüsusiyyətlərini əks etdirir. 

Hər iki söz qrupu nitq prosesində təkrarlana bilər. Mənaca 

emosionallıq bildirən nidaların təkrarı həmin emosional mənanı 

şiddətləndirmək məqsədi izləyirsə, imperativ sözlərin təkrarı daha çox 

təkidlilik, davamlılıq kimi məna çalarlıqlarının ifadəsinə xidmət edir. 

İlkin nidalar yalnız hisslər ilə əlaqədar olduğundan bunlardan 

hər hansı bir yolla başqa nitq hissələrinə məxsus sözlər düzəltmək 

mümkün deyildir və bu xüsusiyyətə görə onlar həm imperativ, həm də 

təqlidi sözlərdən fərqlənir. 

İmperativ sözlər bir sıra müştərək cəhətlərə baxmayaraq təqlidi 

sözlərdən fərqlənir. Bu fərq hər şeydən əvvəl məna ilə əlaqədar özünü 

göstərir. Təqlidi sözlər obyektiv, xarici aləm və əşya hadisələrinin  

səslərini, görünüşünü və s. yamsılamaq nəticəsində yaranırsa, 

imperativ sözlər həmin obyektiv aləmə insanın münasibətini, onun 

iradi keyfiyyətlərini əks etdirmək məqsədi izləyir. Bütün bunlar 

göstərir ki, imperativ sözlər xüsusi leksik-qrammatik kateqoriya kimi 

alınıb öyrənilə bilər. 

Azərbaycan dilindəki bütün imperativ sözləri iki qrupa bölüb 

öyrənmək olar: a) vokativ sözlər; b) diffuz sözlər. 

1.Türkologiyada  vokativ sözlər haqqında çox az tədqiqat 

əsərləri vardır. Yalnız bir neçə məqalənin adını çəkmək mümkündür

128


 

ki, bunlar da vokativ sözlərin bütün xüsusiyyətlərini hərtərəfli əhatə 

edə bilmir. Hər şeydən əvvəl vokativ sözlərin hüdudu tam dəqiq 

müəyyənləşdirilməmişdir. 

                                                            

128


 А.Х.Сулейманов. Узбек тилида атовган, ундалма ва вокатив гаплар. 

Уз.ГУ асарлары, №66, 1956; А.А.Юлдашев. Звательные слова в 

тюркских языках. «Исследования по сравнительной грамматике 

тюркских языков», Т.II  (Морфология), Изд-во АН СССР, М., 1956; 

Б.Уринбоев. Вокатив гаплар хакида баьзи мулохазалар. «Узбек тили ва 

адабиети» jurnalı, 1964 №3; M.İ.Adilov. Azərbaycan dilində vokativ sözlər. 

M.F.Axundov adına APDİ-nin “Elmi əsərləri” , XII c., 1966.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

383



Bəzən “vokativ sözlər” terminini çox geniş mənada başa 

düşərək bu anlayış altında adlıq halda xitab kimi işlənən bütün xüsusi 

isimləri, bir sıra söz birləşmələrini, vəzifə adı bildirən bir çox ümumi 

isimləri və s. toplayırlar. Bu halda vokativ sözlərin hüdudu 

müəyyənlikdən məhrum edilir, bunlar xüsusi leksik-qrammatuik 

kateqoriya təşkil edə bilmir. Çünki təkcə çağırış – müraciət 

bildirməsinə görə sözün vokativ hesab edilməsi məsələyə yalnız 

sintaktik nöqteyi-nəzərdən yanaşmaq ilə əlaqədardır. Odur ki, bəzən 

leksik-qrammatik kateqoriya olan vokativ sözlər sırf sintaktik 

kateqoriya olan xitablar ilə qarışdırılır. Düzdür ki, bütün vokativ 

sözlər cümlədə xitab kimi çıxış edir, lakin bütün xitablara vokativ söz 

demək olmaz. 

Vokativ sözlərin geniş anlayışı bu sözlərin məhdud (dar) 

anlayışı ilə də əlaqədardır. Dar mənada adətən yalnız insanlara 

müraciətlə işlənən söz formalarını vokativ sözlər hesab edirlər. 

Halbuki həm də digər canlılara marciətlə işlənən bir çox sözlər də 

vokativ sözlərə daxil olub, həmin kateqoriyanın hüdudlarını 

genişləndirir. Beləliklə, nitqdə funksiyasına görə vokativ sözləri iki 

qrupa bölmək mümkündür: a) insanlara: b) heyvanlara müraciət üçün 

işlənənlər. 

A.  İnsanlara müraciətlə işlənən vokativ sözlər öz 

funksiyasına görə xitablara yaxın olsa da, daha bir sıra məna çalarları 

(əzizləmə, əmr və s.) ifadə edə bilir. Bu kimi sözlərin vokativ olub-

olmadığı intonasiya və mətn vasitəsi ilə müəyyənləşdirilir. Bu işdə 

xüsusi intonasiya mühüm rol oynayır. Dilçiliyimizdə bu məsələ 

öyrənilməmişdir. Azərbaycan dilində adi halda vurğu sözün son 

hecasına düşür. Söz müraciət məqsədi ilə işləndikdə isə vurğu öz 

yerini dəyişir, sondan ikinci hecanın üzərinə keçir. Müq.et: müəllim – 

müəlli’m, İsmayıl – İsma’yıl. Yalnız intonasiya – vurğu ilə 

səciyyələnən həmin müraciət sözləri vokativ deyildir. Vurğu 

məsələsini ona görə xatırladırıq ki, vokativ sözlərdə də vurğunun 

həmin səciyyəsi özünü göstərir və başqa qrammatik əlamətlər 

(şəkilçilər) ilə birlikdə sözün vokativliyini sübut edir. Məsələn, 

“oxucum, belədir aqil babalar” (S.Vurğun) – cümləsində “oxucum” 

sözü həm vurğusuna (sondan ikinci hecada), həm də şəkilçisinin 

funksiyasına (-“m” şəkilçisi burda qrammatik mənadan məhrumdur), 

həm də mənasına (çağırış – müraciət) görə vokativ söz hesab 



Musa  Adilov

 

 



384

edilməlidir. Vokativ sözlər paradiqmadan məhrumdur, şəxslər üzrə 

dəyişə bilmir. 

Çağırış-müraciət məqsədi ilə işlənən bir sıra qrammatik-

sözdəyişdirici şəkilçilər leksik-sözdüzəldici şəkilçilər mövqeyinə 

keçmişdir. Belə qrammatik formaların leksikləşməsi vokativ sözlərin 

mühüm əlamətlərindən biridir. Şəkilçilər yalnız bir formada, çağırış-

müraciət formasında “daşlaşmış” olur. 

Lay-lay mələyim, sevdiciyim, yavrucuğum, yat (A.Şaiq). 

Baxdın, sevdiciyim, sən məlul-məlul (S.Vurğun). 

Dilimizdə çıq//cək ...şəkilçisi, bir qayda olaraq, isim köklərinə 

qoşulur, əzizləmə, kiçiltmə və s. bildirir. Yuxarıdakı misallarda isə bu 

şəkilçi feilin şühudi keçmiş zaman şəkilçisindən sonra işlənmişdir ki, 

bu hal da həmin şəkilçili sözlərin ümumi formalar daxilində xüsusi  

mövqe tutduğunu – xüsusiləşdiyini (vokativlik kəsb etdiyini) sübut 

edir. 


Deməli, xitab kimi işlənən və əslində kök və şəkilçiyə ayrıla 

bilən sözlər vokativ sözlərdən fərqləndirilməlidir. 

Semantikaca vokativ sözlər yalnız çağırış-müraciət bildirirsə, 

vokativ cümlələr bununla yanaşı müəyyən fikir də ifadə edir. Başqa 

sdözlə, vokativ cümlələr semantikasına görə daha zəngin keyfiyyətlərə 

malikdir. Belə ki, vokativ sözlərdən əlavə xüsusi çağırış intonasiyası 

ilə işlənmiş şəxs adları da vokativ cümlə funksiyasında çıxış edə bilər. 

Məlumdur ki, xüsusi isimlər müvafiq  intonasiya ilə tələffüz edildikdə 

kommunikativ funksiya kəsb etmiş olur. Məsələn, H.Cavidin “Şeyda” 

pyesində Əşrəfin aşağıdakı replikaları yalnız xüsusi bir isimdən 

(“Musa”) ibarətdir. Müvafiq intonasiya (bu intonasiyanın səciyyəsi 

müəllif tərəfindən remarkada qeyd olunur) sayəsində bu söz cümlə 

keyfiyyəti kəsb edir: 1) Əşrəf (əlini cibinə soxaraq təhdidamiz): – 

Musa!; 2) Əşrəf (müztərib): – Musa! 

Zahirən birinci şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmiş 

bir sıra isimlər əslində həmin şəkilçinin qrammatik mənasına uyğun 

gəlməyən məna – vokativlik mənası kəsb etmiş olur.

129


 Belə vahidləri 

vokativ sözlər və ya sözün (ismin) vokativ forması hesab etmək 

                                                            

129


Vokativlik funksiyası sözün leksik mənasını da öz təsiri altına alıb 

dəyişdirir: Bənövşə: - Etiraz eləməyə nə haqqın var? Camal: - Atam! Mən 

təslim (S.Rəhman). Camal qadına (Bənövşəyə) “atam” deyə müraciət edir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

385



zəruridir:  atam, balam, anam, gülüm, əzizim, sevgilim, canım, 

qardaşım, anam-bacım, atam-qardaşım... 

Qeyd etmək lazımdır ki, müasir dilimizdə bir leksik vahid hesab 

edilən  xanım, bəyim sözləri də əslində müvafiq leksemlərin vokativ 

formalarından başqa bir şey deyildir. Dədə Qorqud dastanlarında “ – 

Xanım hey” müraciəti tez-tez özünü göstərir. 

Ümumiyyətlə  -ım,-im,-um,-üm şəkilçili vokativ sözlər ədəbi-

bədii dilimizdə çox işləkdir Bütün laylalarda “evim, eşiyim (layla)” 

tipli vokativ sözlər müşahidə edilir. Bayatılarımızın çoxusu “əzizim” 

vokativ sözü ilə başlayır. 

Yuxarıdan bəri misal gətirdiyimiz leksik vahidləri şəxslərə və 

kəmiyyətə görə dəyişmək mümkün deyildir. Buradakı qrammatik 

şəkilçilər bir növ daşlaşaraq leksik şəkilçilərə çevrilmişdir. Müq.et: 

Canım, nə deyirsən? (C.Cabbarlı); və: Canım, bərkdir, canın bərkdir, 

canı bərkdir və s. 

Ümumxalq dilinə məxsus sabit vokativ sözləri müvəqqəti, 

situasiya ilə əlaqədar olan, fərdi şəkildə vokativ funksiyada çıxış edən 

vahidlərdən fərqləndirilməlidir. Sabit vokativlər ümumxalq 

səciyyəlidir, hamı tərəfindən işlədilir. Fərdi, şərti (okkazional) 

vokativlərin işlənməsi isə ümumxalq səciyyəsi daşımır, bu və ya digər 

mətn ilə əlaqədar olur. Məsələn, aşağıdakı nümunələr şərti 

(okkazional) vokativlərə aid misallardır: 

Nə var dovşanım? (C.Cabbarlı). Mən də sağ qalmayacağam, 

laçınım! (Ə.Məmmədxanlı). Mənim göyərçinim”! (S.Rəhman). 

Bu şərti vokativ sözlərdən xüsusilə poeziyada xüsusilə çox-çox 

və tez-tez istifadə olunur. Bunun da müəyyən səbəbləri vardır. 

Əvvələn, vokativliyin özündə – çağırış-müraciət işində bir 

emosionallıq vardır. Digər tərəfdən -ım,-im,-um,-üm şəkilçisi məhz 

birinci şəxs (danışan subyektin özü) ilə əlaqədar olduğundan bu 

şəkilçilər də emosionallığı ilə fərqlənir. Odur ki, həmin şəkilçili 

vokativ sözlər hissi təsiri etibarı ilə daha dolğun, samballı olur. Bu 

kimi vahidlər semantikaca da zəngin olur. Çünki bunlar müraciətlə 

yanaşı, həm də əzizləmə anlayışının ifadəsinə xidmət göstərirlər. 

Məlum olur ki, müvafiq vahidlərin yalnız müraciət forması 

vokativ söz hesab edilir. Bu funksiyada işləndikdə söz öz leksik 

mənasından uzaqlaşmış olur. Məsələn, atası, anası olmadığı halda 

şəxsə müraciətlə deyilən atam, anam forması vokativ söz hesab 



Musa  Adilov

 

 



386

edilməlidir. Deməli, şərti (okkazional) vokativlərdən fərqli olatraq 

sabit vokativlər leksik vahid kimi lüğətlərdə özünə yer tapmamışdır. 

Üçüncü şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmiş bir sıra 

sözlər vokativ funksiya kəsb etmiş olur: qadası, balası, dostu, əmisi, 

dayısı, əmidostu, dayıdostu... 

Get, yaxşı yol, uğur olsun, qadası! (İ.Şıxlı). Balası, gəlsənə 

gəmidə oturub gəmiçi ilə dalaşmayasan! (S.Rəhimov). Əmisi, Aydının 

bacısı Gültəkin mənəm (Ə.Vəliyev). Hə, balası, indi mənə de görək, 

niyə dama çıxmışdın? (S.Dağlı). 

Həmin sözlər formaca onlara bənzəyən, lakin qrammatik hadisə 

olan tətktərəfli birləşmələrdən fərqli olaraq leksik-qrammatik fakt 

kimi səciyyələndirilir. 

Əzizləmə bildirən -can ünsürünü qoşmaqla bir sıra sözlər 

vokativləşdirilir:  dayıcan, əmican, dostucan, xanımcan, babacan, 

şirincan, sonacan...(həmin model üzrə düzələn bir sıra xüsusi adlar 

bura daxil deyildir: Babacan, Ağacan, Əlican...). 

Anacan, məgər o əvvəllər də həbsdə olmuşdur? (S.Vəliyev); 

Qopdu birdən başıma bir yekə tufan, dayıcan! Axırı oldu işim naləvü 

əfğan  dayıcan! (B.Abbaszadə); Babacan, bu nə səsdir? (A.Şaiq); 

Bilirsən, Göyərçincan, hər adamı ora buraxmazlar (S.Rəhimov). 

Vokativ sözlərin formalaşmasında -cəyim//-çiyim ünsürünün də 

mühüm rolu vardır. 

Gözəlim, sevdicəyim, məclisə bir badə gətir (S.Rüstəm); Söylə, 

söylə, gözəl bənövşəciyim!  (A.Şaiq); Biri sənsən, mələkciyim, biri 

mən (A.Şaiq); Ah, sevgili atacığım! (N.Nərimanov); Ah, anacığım, 

oxuyunuz kağızı, düşünərsiniz! (N.Nərimanov). 

Vokativ sözlərin formalaşmasında -cəyim//-çiyim ünsürünün də 

mühüm rolu vardır. 

Bu formalar da başqa şəxslərə görə dəyişmir. “Koroğlu” 

dastanında işlənən “anacığın” sözü (Anacığın  ağladarm; Bolu, mən 

sənin, mən səsnin) fərdi səciyyə daşıyır. 

C.Cabbarlı aşağıdakı cümlədə xüsusi adın vokativ formasını 

yaratmışdır: – Aydınciyim, heç vaxt bir arzuna qarşı durduğumu 

gördünmü? 

Dilimizdə sözün funksiyası bir sıra hallarda onun formasına, 

strukturasına təsir göstərmiş olur. Vokativ funksiyada işlənmək 

nəticəsində  şahım, qardaşım, dayıoğlu, əmioğlu, xalaoğlu kimi 




Azərbaycan dilində təqlidi sözlər 

 

387



vahidlər  şahım, qərdeşim (əsasən Bakı dialektində) dayoğlu, əmoğlu, 

xaloğlu şəkli kəsb edir. 

Şahim! Vicdanınız sonra ağrıyar! (S.Vurğun). 

Vokativ funksiya sözün məna strukturasında da dəyişiklik 

yaradır. Məsələn, aşağıdakı misallarda qeyd olunan sözlər öz əsil 

mənalarından uzaqlaşdırılaraq vokativ vəzifədə çıxış edir. 

Mənə yoxsul arvadlar gəlməz, oğlan,

130


 zəngin bayanmı 

gələcək? (S.Dağlı); Lap nəfəsim qaraldı, bacoğlu, daha bu cür otura 

bilmirəm (S.Dağlı). 

Dilimizdə bir sıra təkrarlar vardır ki, bunlar da yalnız vokativ 

söz kimi formalaşmışdır. Bunlardan bir neçəsini qeyd edək:  

a) Daha çox uşaq dilinə xas olan day-day//daydayı tipli sözlər; 

b) Müəyyən üslub ilə bağlı olan bacılı-bacılı tipli sözlər

131


; ç) Tək-tək 

fərdlərin işlətdiyiu atam-atam, əzizim-əzizim tipli sözlər və s. daha bir 

slıra üsullarla vokativ sözlər düzəldilə bilər.

132


 

Müasir Azərbaycan dilində müraciət məqsədi ilə işlənən, lakin 

nədənsə lüğətlərdə öz əksini tapmayan az, ə, əşi sözlərinin canlı 

danışıqda və bunun  təsiri ilə də ədəbi-bədii əsərlərdə müxtəlif 

variantları vardır: az//aaz//a-a-a-z//ağız//aız//ağəz//ağez//ağaz; ə//ə-

ə//ə-ə-ə//ədəəə//adə//adə- adə//ayə//aya//aya//əyə//ala//ələ//ərə//arə; 

133

 əşi//əşi//əşşi//əkşi//a kişi//ay kişi və s. 



Dilimizdə ayrılıqda işlənməyən ay  vokativ sözü də ayə//ədə ilə 

əlaqədardır. Bu sözü ay  nidasından fərləndirmək lazımdır. Nida olan 

a//ay qeyri-iradi işlənir, emosional səciyyəlidir və müstəqil (habelə 

təkrar şəklində: ay-ay, ay-ay-ay və s. kimi) çıxış edir. Vokativ söz 

                                                            

130


Maraqlıdır ki, M.F.Axundovun dramlarında “oğlan” sözü vokativ 

funksiyada işlənərkən “olan” şəklində çıxış edir.

 

131


Habelə müq.et: Yaxşı çay dəmlə, ay analı (N.Həsənzadə).

 

132



Əslində uşaq dilinə məxsus “lay-lay” sözü də vokativdir. Məsələn, “Lay-

lay, beşiyim, lay-lay; Evim, eşiyim , lay-lay!”. Lakin bu söz 

substantivləşdikdə ismə çevrilir: Lay-lay bilirsən, nə üçün yatmırsan? (Atalar 

sözü).


 

133


Arə//ara// ərə variantı daha çox ermənilərin azərbaycanca danışığını 

səciyyələndirmək üçün işlədilir:”Aşot yaxına gəldi...və o dəqiqə də başını 

buladı: –Ara, məssəb haqqı, əyridir” (“Azərbaycan gəncləri”, 1/I-75); – Ərə, 

sarma ver! – Ərə, geri qanır! ”(Ədəbiyyat və incəsənət”, 15/I-75).

 



Musa  Adilov

 

 



388

olan  ay ayrılıqda işlənmir, çağırış-müraciət məqamınsda müxtəlidf 

sözlərlə birlikdə çıxış edir. 

Bəs bizə niyə göstərmirdin, ay xətakar? (S.Dağlı); Həmişə ayaq 

üstə, a bala! (İ.Hüseynov); Ay oğlan, gəl keç! (Ə.Sadıq). 

Bir sıra nominativ söz birləşmələrinin vokativ funksiya kəsb 

etməsində  ay sözü mühüm rolu oynayır. Bu söz olmasa birləşmə 

vokativlik vəzifəsini yerinə yetirə bilməz. 

Ay adama oxşamaz, bir özünə baxsana...(M.Ə.Sabir); Yerimiz 

yoxdur, ay allah bəndəsi! (S.Dağlı). 

Habelə bir sıra feili sifət tərkiblərinin substantivləşib vokativlik 

keyfiyyəti kəsb etməsində də ay sözünün rolu əsasdır. 

Niyə yurd-yuvamızı viran qoyursuz, ay əli qurumuşlar! 

(S.Dağlı); Nə danışırsan, ay saqqalı ağarmış? (T.Şahbazi); Bu od-alov 

nədir, ay canı yanmış? (S.Dağlı). 

Klassik ədəbiyyatda (xüsusilə şeirdə) bir sıra sözlərin sonuna bir 

a  səsi qoşmaqla vokativlik anlayışı ifadə edilirdi ki, bu hal müasir 

dilimiz üçün arxaizm hesab olunur. Şairlər öz adlarını şeirdə Zakira, 

Seyyida, Sabira, Müşfiqa şəklində işlədirdilər. 

Seyyida, ölmərəm. Aləmdə səsim var mənim! (S.Ə.Şir-

vani); 

Sabira, beynəlmiləl tədbiri-ülfət etməli! (M.Ə.Sabir). 

Klassik Azərbaycan şeirində vaiza, mütrüba, sənəma, şeyxəna, 

şəha, rəqiba, saqiya, driğa, heyfa, xudavənda, nigara, xoşa, dərda, 

bağibana kimi vahidlər sıx-sıx işlənirdi. 

Dərda ki, ümidim oldu bərbad! (Füzuli)! Pərvərdigara! Özün 

kömək et bu başsız millətə! (N.Nərimanov); Şəhr içrə bu heyvanlarına 

şükr, xudaya! (M.Ə.Sabir). 

Əsasən insanlara müraciətlə işlənən bütün bu vokativ sözlər ya 

müəyyən üslublar ilə, ya da söz və formaların tarixi inkişafı ilə 

əlaqədar olaraq (nisbət şəkilçiləri, kiçiltmə-əzizləmə şəkilçiləri və s.) 

çağırış-müraciət funksiyasında işlənən sözlərə çevrilmişdir. 

Çağırış-müraciət bildirən sözlər inkişaf etmir, artmır, çoxal-

mır.


134

 Əksinə, bu sözlər get-gedə unudulur və dildən. istemaldan 

                                                            

134


“Alo” (//allo//allo) tipli alınma vahidləri nəzərə almırıq.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

389



çıxır. Bunların bir qismi heç yazıya daxil olmamışdır, hazırda ancaq 

dialektlərdə, məhdud şəkildə qalmaqda davam edir. 

Odur ki, bunların tədqiqi də ancaq diaxronik planda aparıldıqda 

bir nəticə verə bilər. Bu sözlər dilimzin daha qədim dövrlərində 

təsərrüfat tərzi ilə əlaqədar daha çox işlək omuşdur. Təsadüfi deyil ki, 

qədim dövrlər yadigarı olan atalar sözlərində, xalq ifadələrində həmin 

tip sözlər bol-bol işlədilmiş və bu günə qədər ümümxalq dilində 

yaşayıb qalmışdır. 

Öküzünə  hiş deməz, toyuğuna kiş. Vuraram ölər. Kiş deyərəm 

getməz. Hiş-hişlə (//kiş-kişlə) donuz darıdan çıxmaz. Dəvədən yıxılıb, 

höt-hötündən əl çəkmir (//höt-hötünü yerə qoymur). Hoha var dağa 

mindirər, hoha var dağdan endirər. Birə də ho de, minə də ho de. Kiş-

kişlər olsun. Qu deyəndə qulaq tutulur. Hayla (//hay-hayla) gələn 

vayla (//vayvayla) gedər. Öküz ohanı allahdan istər. Yüz qoyun da 

tiri-ho. Bir qoyun da tiri-ho. Tənbəl eşşək hoşu allahdan istər və s. 

Və ya: Bura elə ormannıxdı kın donuza hır desən girməz.

135

 

Hə-hü eləyincə saat olur on iki (şifahi danışıqdan). 



Bu sözlərin çoxunda məna müxtəlifliyi, polisemantizm 

müşahidə edilir. 

Vokativ sözlərin tək və təkrar şəkli mövcuddur. Bunların təkrarı 

heç bir yeni lüğəvi vahid yaratmır, bəlkə təkidlilik bildirir. Odur ki, 

buradakı təkrar sözün iki dəfə təkrarı deyildir. Söz həm iki dəfə, həm 

də çox (situasiyadan asılı olaraq daha çox) təkrarlana bilər. 

B. Heyvanlara müraciətlə işlənən vokativ sözlər. 

Hər heyvana (xüsusilə təsərrüfat əhəmiyyətli ev heyvanlarına) 

müraciət üçün, onu saxlamaq, sürmək, qovmaq, çağırmaq, yemləmək 

və s. məqsədi ilə müxtəlif sözlərdən istifadə olunur. Belə sözlərin 

müxtəlifliyi baxımından dillər arasında fərqlər olduğu kimi, eyni dilin 

dialektləri arsında da fərqlər müşahidə edilir. Dar məhəlləi, hətta tam  

fərdi tərkiblər də ola bilər. Lakin bütövlükdə aldıqda vokativ sözlər də 

ümumxalq səciyyəsi daşıyır və buna görə də ümumxalq dilinə məxsus 

digər sözlərlə bərabər hüquqa malikdir. 

İnsanlara müraciətlə işlənən vokativ sözlər ilkin yox, sonrakı 

hadisədir. Yəni bu sözlərin əsas funksiyası vokativlik deyil, bunların 

                                                            

135

Bax: Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, səh. 347 (Bu əsər 



DL şəklində ixtisarla göstərilir).

 



Musa  Adilov

 

 



390

müraciət məqsədi ilə işlənməsi əlavə kəsb edilmiş xüsusiyyətdir. 

Heyvanlara müraciətlə işlənən vokativ sözlər isə elə yaranışından bu 

məqsədə xidmət etmiş olur, vokativlik bunların yeganə funksiyasıdır. 

Heyvanlara müraciət üçün işlədilən vokativ sözlər qədimdən 

bəri tədqiqatçıların nəzərindən qaçmamışdır. M.Kaşğarinin “Divani-

lüğət-it türk” kitabında [bu əsəri MK şəklində ixtisar edirik], 

V.Radlovun «Образцы народной литературы тюркских племен» 

məcmuəsində

136


 nəşr olunmuş qeydlərində (bunu VR şəklində ixtisar 

edirik), F.Q.İsxakov, A.A.Palmbaxın «Грамматика тувинского 

языка. (фонетика и морфология)» kitabında

137


 (bunu Tuv. şəklində 

ixtisar edirik) və başqa əsərlərdə

138

 vokativ sözlər daha düzgün 



müəyyənləşdirilmiş, leksik material kimi lüğətlərə daxil edilmiş, 

morfoloji və semantik xüsusiyyətləri göstərilmədən yalnız hansı sözün 

nə mənada işlənildiyi qeyd olunmuşdur. Burada göstərəcəyimiz  başqa 

şərti ixtisarlar da vardır. 

 Dm. – Н.С.Дмитриев. Строй тюркских языков, ИВЛ, М., 

1962 (Buradan göstərilən misallar qaqauz dilinə aiddir). 

Sar. – Ш.Ш.Сарыбаев. Междометие в казахском языке. 

Алма-Aта, 1953. 

İm. – С.Иманалиев. Междометие в киргизском языке. 

Фрунзе, 1964. 

Son iki əsər namizdəlik dissertasiyasının avtoreferatıdır və hər 

ikisində vokativ sözlər nida hesab edilir. Biz yalnız misalları buradan 

alırıq. 

Aşağıda ayrı-ayrı heyvanlara müraciətlə əlaqədar işlənən 

vokativ sözləri qeyd edirik. Müxtəlif türk dillərindən nümunələr 

verilsə də, bu siyahı, hələ ki, natamamdır. 

Qaramal ilə əlaqədar sözlər. 

Mal sulayanda: qurric-qurric, qirruyo-qurriyo; sürəndə oş-oş 

(İm); sürəndə  sop-sop (İm). 

                                                            

136

CПб, ч. IX, 1907



 

137


ИВЛ, М, 1961 (Bu kitabda vokativ sözlər nida hesab edilmişdir)

 

138



Məsələn, bax: А.М.Щербак. Грамматический очерк языка тюркских 

текcтов X-XIII вв. из Восточного Туркестана. Изд. АН СССР, М.-Л., 

1961 (M.Kaşğaridən gətirdiyimiz misalların bəziləri buradan götürülmüşdür).

 



Azərbaycan dilində təqlidi sözlər 

 

391



İnəyi çağıranda: ouxou-ouxou (İm), au-xau (Sar.), xöeq-xöeq 

(Tuv), qovanda: xoççı-xoççı  (VR); dayandıranda: oq-oq (VR); 

sağanda: nənəm-nənəm, şəuym-şəuym (Sar.). 

Camışı sürəndə: çu-çu (Tuv.). 

Öküzü irəli sürəndə:ho, ho-ho, heş-heş, heş, he-he, halo, hə, 

cüyür-cüyür; geri sürəndə: hiş//hişş, hıss, həss  (bu sözdən 

həsdəmək//həstəmək feili düzəldilmişdir); dayandıranda: oha, hoha, 

ha, ho. 


Ha-ho....ha...ho...– deyib Məcid kişi öküzləri saxladı 

(M.Qocayev); Arabaçı “ho-ho, hiş” – deyə heyvanları səsləyirdi 

(İ.Şıxlı); Oruc zoğal çubuğunu hərlədərək “heş-heş, cüyür-cüyür” – 

deyə öküzləri haylayırdı (V.Əfəndiyev); Ağakişi “ho-ho” deyə-deyə 

başlayır öküzləri sürməyi (C.Məmmədquluzadə); Hoha, hoha, ay 

yanmış, qayıt geri! (M.İbrahimov); Alo özünü təpəyə qalxan ala 

cöngəyə tərəf tulladı: – ho-ha-hoşşş! (S.Rəhimov); Alo kişi ala 

cöngəyə yaxınlaşıb, bir də ho-ha – dedi – ho-ha, heyvan, allahın 

heyvanı (S.Rəhimov).  

“Şamo” romanında Alı kişinin öküzləri “ho...ho...ho. Yeri 

ha...tərpən  ha!...halo...ha....halo...ho” və ya “ho-o-ş-ş... hoş, hoş! – 

deyə sürməsi təsvir olunur (Əlbəttə, imladakı müxtəliflik situasiyadan, 

intonasiyadan asıldır, fərdi-üslubi səciyyə daşıyır və ümumiyyətlə 

götürdükdə vokativ sözlər ilə, onların mahiyyəti ilə əlaqədar deyildir). 

Qaramala müraciətlə işlədilən vokativ sözlər bir sıra frazeoloji 

ifadələrin formalaşmasında mühüm rol oynayır. Məsələn, həs-hüs 

bilmir//tanımr, ho-hiş bilmir. 

İt ilə əlaqədar sözlər 

İti səsləyəndə, çağıranda: küç-küç//kuç-kuç, küç-küçə//kuçən-

kuçən//kuçala-kuçala//kuça-kuça//kiuçov-kuçov, çu-çu, çup-çup//çub-

çub, tuşo-tuşo, ünööi-ünööi (Tyv.), tuku-tuku (MK), kəx-kəx (MK); 

habelə a) muşqururlar, b) itin xüsusi adın bir neçə dəfə təkralayırlar: 

Bozdar, Bozdar kimi. 

İti qovanda: poşt, sok (Tuv.), kor-kor (VR), ma-ma (VR), sok 

(VR). 

 Habelə bir sıra feillər əmr formasında (imperativ) işlədilir: 



Yeri! Çəkil! Geri! Get! və s. 

İti qısqırdanda, küşkürəndə: hüşt-hüşt, hişt-hişt, küş-küş, quş-

quş, fişt-fişt, kss-kss, kıs-kıs, qıs-qıs, tütə-tütə.... 



Musa  Adilov

 

 



392

“Ölülər” pyesində İskəndər iti belə küşkürür: “Küş, küş, küş! 

Xa...xa...xa! Mars, Mars, Mars! Fut, fut, fut!”. 

Başqa misal: Qurdbasana qıs vurdum (A.Şaiq). 

At ilə əlaqdar sözlər. 

Atı sürəndə və qovanda: hoy-hoy, hay-hay, hə, hı-hı, hın-hın, 

muç, muç-muç, yəh-yəh, yaa, dəhdəh, ha-ha (VR), çu-çu (Tuv.), ah-ah 

(Dm.), moh-moh (Sar.), çu (İm.), ayt-çu (İm.), kuu-kuu (İm.). 

Yavaşca muç eləyim, atlar götürülsünlər (C.Məmmədquluzadə); 

Trokaçı atlara fişt edib istəyirdi ki, sürsün (N.Nərimanov); Faytonçu 

Məsimin səsi eşidildi: – Biyə!..  Biyə!...(Ə.Əbülhəsən); Faytoncu 

”biyə” deyəndə atlar hərəkət etdi (M.İbrahimov). 

Atı saxlamaq istəyəndə, dayandıranda: dbrr, tprş, ha-ha (VR); 

teuk-teuk (VR); kuruuq-kuruuq (Tuv.); mo-mo (İm.); kıruu-kıruu 

(İm.). 

«Русско-башкирский словарь» kitabında (M.,  1964) tprr, tpru 

sözləri nida («межд.») hesab edilmiş və belə şərh verilmişdir: (атты 

туткаттанда эйтеле). 

Atı sulayanda: söz işlənmir, xüsusi tərzdə fit çalınr. İlk baxışda: 

“Dodağım yaradır, at sulaya bilmərəm” ifadəsi semantik cəhətdən 

qəribə, motivləşməmiş görünsə də, mahiyyətcə müəyyən əsli olan, 

mənaca motivləşən bir fikri bildirir. 

Atı sulamaq üçün fit çalarlar. 

Keçi ilə əlaqədar sözlər. 

Keçini çağıranda:  beç-beç//meç-meç//meçi-meçi, çi-çi (Tuv.), 

çutçi-çutçi (VR),  yuk-yuk//yilik-yilik (MK), kes-kes (Tuv.), səre-səre 

(Sar.); sağanda: şö//şöqe (Tuv.), şo-şo (VR,), qovanda: puffa-puffa 

(VR),  çek-çek (İm.), çiqe-çiqe (İm.); tutub sürüyəndə xoy-xoy (MK); 

tutub saxlayanda: çiqelley-çiqelley  (VR). 

Qoyun ilə əlaqədar sözlər. 

Qoyunu çağıranda: dri-ho, dricco, toopta-toopta (Tuv.), tüşə-

tüşə (İm.), qus-qus,  tupşu-tupşu (VR), tuvo-tuvo (VR); küskürəndə: 

ks-ks, kis-kis (İm.), koş-koş (İm.), kroyt-kroyt (İm.), ırrid (İm.), kişkiş 

(VR),  br-br (Dm.); sağanda: xolba-xolba (Tuv.), küray-küray (Sar.); 

saxlayanda:  hay-hay (VR), çoi-çoi (İm.), koşok-koşok (İm.), koqon-

koqon (İm.). 

“Dricco” deyən kimi qoyunlar düşdü dalımca (“Nağıllar”); 

Qoyunar kisa-kislə qoyun kahalarına sürülürdü (S.Rəhimov). 




Azərbaycan dilində təqlidi sözlər 

 

393



Eşşək ilə əlaqədar sözlər. 

Eşşəyi sürəndə: hoş, hoş-hoş, oş-oş, hoşə; saxlayanda: çoş, çoşə, 

çoş-çoş, çooş,  çöçə, çöçə-çöçə, hoqquş, hoqquş-hoqquş, toqquş, 

toqquş-toqquş; eşşək yatanda: op-op (MK). 

Pişik ilə əlaqədar sözlər. 

Pişiyi çağıranda:piş-piş, pis-pis (Dm.); qovanda: piş-piş, piştə, 

piştə-piştə, pişt, mış (İm.), pış (İm.). 

Toyuq, cücə və ümumiyyətlə, quşlar ilə əlaqədar sözlər. 

Toyuğu çağıranda: dü-dü, tü-tü, düd-düd //tüd-tüd, dü-dü-dü 

(Dm.),  tü-tü-tü (İm.); qovanda: kiş, kişt, kiştə//kişdə, kiş-kiş, kişdə-

kişdə... 

Toyuğu tutmaq istəyəndə lass və ya las-las//lass-lass sözündən 

istifadə olunur. Bəzi dialektlərdə “las olub qalmaq” ifadəsi məcazi 

mənada adamlara da aid edilir. 

Dəvə ilə əlaqədar sözlər. 

Dəvəni diz üstə yatıranda: lök-lök, çök-çök, xıx-xıx, yök-yök 

(MK), sək-sək (Tuv.), sək-sək (VR); ayağa durğuzanda: kur-kur (VR); 

çağıranda: gös-gös... 

Əlbəttə, heyvanlar və onların hər biri ilə əlaqədar sözlər bununla 

bitmir. Biz ən çox işlədiilən sözləri təxminən toplamağa cəhd etmişik, 

hamısı əhatə olunmamışdır. 

İlk müşahidələr göstərir ki, hər hansı heyvan ilə bağlı olaraq 

işlənən vokativ sözün daha çox variantlara və zənginliyə malik olması 

həmin müraciət edilən heyvanın xalq təsərrüfatında oynadığı rol ilə 

əlaqədardır. Bunu nəzərə aldıqda bəzi dillərdə müəyyən qrup vokativ 

sözlərin çoxluğu və əksinə, bəzi dillərdə bunların azlığı səbəbi öz-

özünə aydınlaşır. Məs.: Qaqauz dilində ev quşları ilə əlaqədar işlənən 

çoxlu sözlər (bax: Dm.) Azərbaycan dili üçün səciyyəvi deyildir. 

Yaxud at ilə əlaqədar qırğız dilində işlədilən çoxlu sözlər (bax: 

İm.) bizim dilimizdə yoxdur. 

Bəzi müəlliflər vokativ sözləri nidalara, bəziləri də təqlidi 

sözlərə daxil edirlər. 

Doğrudan da təqlidi və vokativ sözlər arasında müştərək 

cəhətlər çoxdur. Bir sıra eyni fonetik tərkibə malik və eyni funksiyalı 

sözdüzəldici şəkilçilər həm təqlidi, həm də vokativ sözlərə qoşula bilir 

ki, bəzən konkret hallarda bunları bir-birindən fərqləndirmək  də o 

qədər asan olmur. Bir neçəsini göstərək: 



Musa  Adilov

 

 



394

a) -ım... şəkilçisi: xıncım-xıncım (təqlidi söz), pişim-pişim 

(vokativ söz). 

b) -aq... şəkilçisi: fırıq, şallaq, düdük (təqlidi söz), hodaq//xodək 

(vokativ söz). (Bu şəkilçi haqqında bəhs olunacaqdır). 

c) -ıt... şəkilçisi: 1) Sərçə birdən “çırrıt” edərək səs saldı 

(S.S.Axundov) – cümləsində “çırrıt” sözü təqlidi kökdən düzəlmişsə, 

“hırrıt” sözü vokativdən düzəlmişdir. Bu son sözün kökü “hırr” 

M.Kaşğarinin lüğətindəarra رآ şəklində, müasir özbək dilində xarr-

xarr şəklində, müasir qırğız dilində ırr- (buradan da qoyunu sürəndə 

deyilən  İrrid – İm.) şəklində və s. işlədilir. Quba dialektində uşaq 

dilində hırr-hırr və ya hırrıt sözü oyunda cığallıq edən oyunçunu 

utandırmaq, pərt etmək məqsədi ilə ona xitabən (əslində isə cüftləşən 

heyvanlara, xüsusilə uzunqulağa müraciətlə) deyilir. Eyni ıt//ıd... 

şəkilçisinə qıjıt//qıcıt “vermək” tərkibində rast gəlirik ki, acı-qıcı(hətta 

“acıq-qıcıq”) sözü də (Acı-qıcı verdilər; Gedib kola girdilər – Uşaq 

mahnısında) buradandır. R.Rüstəmov dialektlərdə işlənən “qıjıt” 

sözünün “acıq, kin, qəzəb, hirs” mənası daşıdığını qeyd edir və bunun 

əsasən “qıjıt verməx” tərkibində işləniyini göstərir.

139


 Nəhayət, 

müq.et: “yaponlar cırrıt deyibən qaçdılar” (Ə.Vahid) cümləsindəki 

“cırrıt” sözü ilə. 

Lakin təqlidi sözlər obyektiv aləmdə mövcud olan səsləri 

insanın səs orqanları – danışıq üzvləri vasitəsi ilə əks etdirmək, 

kopyalamaq cəhdi nəticəsində meydana gəlmişdir. Çağırış-müraciət 

üçün işlənən vokativ sözlərdə isə belə bir cəhət yoxdur. Burada heç bir 

təqlid yoxdur. 

Bütün təqlidi sözlərdən feil düzəldilirsə, çox az vokativ sözdən 

feil əmələ gətirilir. Vokativ sözlərdən düzələn feillər isə əsasən və ən 

çox “la//lə” şəkilçisi vasitəsilə meydana gəlir, daha burada təqlidi feil 

düzəldən  “da//də” şəkilçisi iştirak etmir (Və ya çox az iştirak edir). 

Məsələn, DL-də didulamağ (dü-dü deyərək toyuqları səsləmək), 

koşlamax (kişləmək; Qazzarı koşla gessin), ləhləməx (dayanan ata ləh 

demək) sözləri daxil edilmişdir. Habelə: Məsəldir danəyə qəsd eləyən 

quşları kişlərlər (SM). 

                                                            

139


Bax:Р.А.Рустамов. Глагол в диалектах и говорах азербайджанского 

языка. АДД, Баку, 1964, səh. 34.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

395



Bunlardan başqa, təqlidi sözlərin təkrarı təqlid olunan səsin 

təkrarlandığını və ya uzun müddət ərzində davam etdiyini, habelə 

intensivlik (məs.: gur-gur gurlamaq və s. bildirirsə, vokativ sözlərin 

təkrarı yalnız təkid bildirir. 

Burada təkrarın miqdarı da bu təkrarların yaratdığı mənalar ilə 

əlaqədardır: yəni təqlidi sözlər faktik olaraq əsasən iki dəfə 

təkrarlanırsa, vokativ sözlərin təkrarlanan komponentləri təkidin 

dərəcəsi ilə bağlı daha çox ola bilər. 

Bu sözləri nida hesab etmək fikri də yanlışdır. Nidalar daha çox 

qeyri-iradi tələffüz olunan dil faktıdır (hətta bunların “dil faktı” hesab 

olunmasına da etiraz edənlər çoxdur) və əsasən hisslər ilə əlaqədardır. 

Vokativ sözlər əsasən şüur ilə bağlıdır və bunlarda iradi cəhət 

üstündür. Halbuki nidalar başlıca olaraq emosionallığı ilə səciyyələnir. 

Bəzən eyni dil vahidi həm nida, həm də vokativ söz kimi 

işlədilir ki, bu da onun vəzifəsi və mənasından asılıdır. Nəzərə almaq 

lazımdır ki, nida sözlər cümlə üzvləri ilə qramatik cəhətdən əlaqələnə 

bilmir, bir növ əlahiddə mövqe tutur, vokativ sözlər isə müəyyən 

cümlə üzvü də ola bilər. 

Tfu... Bu da sənin mənə xeyrin (S.Dağlı). Tfu sənin bihəya 

saqqalına (N.B.Vəzirov). 

Eyni səs tərkibinə malik “tfu” birinci misalda nida, ikinci 

misalda vokativ sözdür və bir sinkretik vahid kimi cümlənin xəbəridir. 

Vokativ söz ilə nidanın fərqi xüsusilə “demək” feilinin 

işlənməsində aydın təzahür edir. 

“Tfu!” – deyib Bahadır papirosunu yandırdı (N.Nərimanov). 

Bu söz burada vokativdir. Nida demək  yox,  eləmək feili ilə 

işlənər. Nidanı deməzlər, edərlər (Nidanın substantivləşməsi nəzərə 

alınmır). 

İkinci tərəfdən çox nadir hallarda nidalardan  məfhumi səciyyəli 

sözlər düzəlir (vəya heç düzəlmir). Vokativ sözlər isə 

substantivləşməklə və ya müəyyən sözdüzəldici şəkilçilər qəbul 

etməklə müxtəlif isimlərin (bəzən də feillərin) meydana gəlməsi üçün 

baza təşkil edir. Başqa sözlə, burada müəyyən heyvana müraciət üçün 

işlənən söz substantivləşir və çox zaman həmin heyvanın adına 

çevrilir, bəzən də məcazi mənalar kəsb edir. 

Məsələn, aşağıdakı misallarda vokativ sözlər məcazi mənada 

müəyyən tərkiblərdə sabitləşmişdir. 



Musa  Adilov

 

 



396

Əliquludan mənə hay yoxdur (S.Rəhman). Sözü lazımdır 

ehmalca demək, pişiyim-pişiyimnən

140


 demək (C.Məmmədquluzadə). 

Hoha


141

 var, dağa çıxardar, hoha var, dağdan endirər (C.Məmməd-

quluzadə). Kiş-kişlər olsun. Atasına çəksəydi, heyvərənin biri olacaqdı 

(S.Rüstəm). 

Əsasən məcazi mənalı vokativ sözlər (bunların isə çox azı 

məcazi mənada işlənir) nitq mübadiləsində iştirak edir, kommunikativ 

funksiya kəsb edir. Məs.: Bu cib-cibi kimə öyrədirsən? (C.Cabbarlı). 

(Müq. et: cip-cip cücələrim!). 

Substantivləşməyə dair bunu göstərmək olar ki, C.Məmməd-

quluzadə bir felyetonunun adını “Hov”

142

 qoymuşdur. Və ya “Azər-



baycan nağlları” kitabında (IV cild, səh. 178-179) “Hillilimnən 

Güllülüm” nağılında əsərin qəhrəmanı müxtəlif heyvanlara belə 

müraciət edir: “Ay qur-qur bacı”, “Ay piş-piş bacı”,“Ay kiş-kiş bacı”, 

“Ay ham-ham qardaş” (birinci və sonuncu misallar təqlidi sözlərin 

substantivləşməsidir). Bəzi dialektlərdə qoca öküzə həni//hənhəni 

deyilir. 

Nəhayət, müasir dilimizdəki bir sıra ev heyvanlarının adları 

mənşəcə vokativ sözlərdən substantivləşmə nəticəsində əmələ 

gəlmişdir. Məsələn, piş-piş sözü həm pişiyi çağırmaq üçün, həm də 

xüsusilə uşaq dilində pişik anlayışını bildirək üçün işlədilə bilir. 

Habelə “dü-dü” sözü həm toyuğu çağırmağa, həm də “toyuq” 

məfhumunu ifadəyə xidmət edir. H.Zərinəzadə yazır: “Azərbaycan 

dilində heyvanları çağırmaq üçün  və ya qovmaq üçün işədilən 

sözlərin çoxu hər heyvanın adına oxşayır; məsələn, toyuğu 

çağırmaqda “tu-tu”, köpəyi çağırmaq üçün “küçü-küçü”, pişiyi 

çağırmaqda “piş-piş!”, qovmaqda isə “pişt//pişt-ə”, quşları qovmaq 

üçün “kiş-kiş-ə!”, öküzə müraciət edəndə “ov-ha”//ov-hə!”, eşşəyi 

dayandırmaqda oşş!//hoşş!//hoşha” deyilir. Çox nadir hallarda 

dilimizdə işlənən feillərdən məsələn, iti qovmaqda “çıx!”, dəvəni 

                                                            

140

Bu sözün “pişim-pişim” variantı da çox işlənir.



 

141


C.Məmmədquluzadə başqa bir yerdə “hoha” əvəzinə “söz” işlədir. “Söz 

var ki, dağa çıxardar, söz var ki, dağdan endirər”. Bu fakt bir daha göstərir ki, 

belə məcaziləşən vokativ sözlər tam məfhumi sözlərə bərabərdir.

 

142



Müəllif burada yazır: “hov” qədim istilahdır; yəni, hay deyib adam 

çağırmaqdır. Bu söz məhz kəndlərdə işlənir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

397



yatırmaqda “yıx//yıx!”(yaırmaqdan və s.) istifadə edilir. Bu sözlərin 

heç biri farsca əlaqədar heyvanların adına uyğun və oxşar olmadığı 

halda, çoxu (“piş-piş”), “pişt!”, “küşt!”, “tü-tü”, “ov-hə!”, 

“hoş!”//işa!//hoşha!”, “çex!//çex-e”, “xex!”//yex//yəx-yəx

143

 və s. fars 



dilində işlənir. Çox ehtimal ki, bu nida

144


 sözləri dilimizdə heyvan 

adlarının ixtisarıdır”. Müəllifin əsasən düzgün olan bu mülahizəlrin-

dən yalnız son cümlə ilə razılaşmaq çətindir. Bu sözlər heyvan adla-

rının ixtisarı nəticəsində əmələ gələn sözlər deyildir, bəlkə əksinə, hə-

min heyvanların adları onlara (heyvanlara) müraciətdən törəmişdir. 

Bunu belə ehtimal etmək olar ki, ibtidai insanlar heyvanlara hələ ad 

verməmişdən əvvl onları əhliləşdirmək məqsədi ilə bu kimi sözlərdən 

istifadə etməli olmuşlar. Sonralar isə  müxtəlif vasitələrlə bu sinkretik 

(isim-feil) sözlərindən yeni sözlər (o cümlədən də yuxarıdakı isimlər) 

əmələ gəmişdir. Heyvanlara müraciət-xitab ilə işlənən sözlərin – 

vokativ sözlərin sonradan substantivləşməklə və müəyyən şəkilçilər 

qəbul etməklə həmin heyvanların adı kimi işlənməsi prosesini bu gün 

belə müşahidə etmək mümkündür. Müasir dövrdə, xüsusilə uşaq 

dilində və uşaq ədəbiyyatında bunu müəyyənləşdirmək o qədər də 

çətin deyildir. Məsələn, M.Dilbazinin uşaqlar üçün yazılmış bir əsəri 

“Muy-muy, haf-haf, cik-cik, qah-qah və Tellinin nağılı” adlanır. 

Buradakı sözlər substantivləşərək həmin əşyaların (heyvanların) adını 

əvəz etmişdir. 

A.P.Potseluyevski çox doğru olaraq göstərirdi ki, küçük, buzov, 

keçi, toyuq, eşşək, qoduq və s. kimi sözlər mənşəcə bu heyvanlara 

edilən xitablardan törənmişdir.

145


 

Dilin sözdüzəltmə sistemində vokativ sözlərin rolunu nəzərə 

almayan bəzi alimlər müasir dövrdəki bir sıra sözlərin mənşəyi 

haqqında müxtəlif qeyri-dəqiq fikirlər, müddəalar irəli sürməyə 

məcbur olmuşlar. A.M.Şerbakın göstərdiyinə görə, buzov (buzağy) 

sözünü B.Munkaçi hind-Avropa dilləri ilə (qədim hindcə raçi; 

                                                            

143


Müəllif “Bürhan-Qate”yə əsasən qeyd edir ki, bu söz

خي

  خي 



-

  

yəx-yəx 



sarvanların dəvəni yatırmaqda işlətdikləri sözdür. A.Səhhətin “Köç” şeirində 

bu söz bir qədər başqa şəkildədir.

 

144


H.Zərinəzadə də bunları nida (“nida sözləri”) hesab edir.

 

145



Bax:А.Г.Поцелуевский. К вопросу о древнейшем типе звуковой речи. 

Ашхабад, 1944, səh. 37.

 



Musa  Adilov

 

 



398

avestaca raçi) bağlayır. Q.Ramstedt şumer dilindəki (mal, heyvan 

mənasına gəlir) ilə əlaqələndirir.

146


 

A.M.Şerbak özü bu sözün buz ~ bur («темный», «серый») 

kökündən düzəldiyini göstərir.

147


Lakin A.P.Potseluyevskinin fikri – 

bunun vokativ sözdən törədiyi fikri həqiqətə daha yaxındır. 

Məsələ burasındadır ki, dilimizdə heyvan (xüsusilə ev 

heyvanları) adları bildirən ikihecalı sözlərin əksəriyyəti vokativ 

sözlərə  aq, ək//ıq, ik, uq, ük şəkilçisi qoşmaqla düzəldilmişdir. Bunu 

nəzərə aldıqda bir sıra sözlərin mənşəyini düzgün müəyyənləşdirmək 

mümkündür. Məsələn, toyuq//tovuq sözü həmin quşa müraciətlə 

işlənən dü-dü//tü-tü (uşaq dilində dü-dü elə toyuq demkdir) sözünə “-

uq” artrmaqla əmələ gəlmişdir. Sözün kökü olan vokativ söz həm də 

tüt-tüt//düd-düd kimi işlənir. Halbuki, “Kutadqu-bilik”də V.Radlovun 

bu sözü (originaldakı yazılışına əsasən) “totuq” şəklində oxumasna 

S.Y.Malov sual işarəsi qoymaqla təəccüblənir və bunu “tovuq”, ya da 

“toyuq” oxumağı təklif edir.

148


 Lakin əslində sözün daha inandırıcı 

şəklini V.Radlov düzgün müəyyənlşdirmişdir. 

Maraqlıdır ki, Qax şivəsində (İlisu çobanlarının arqosu kimi) 

toyuq anlayışı du du şəklində, habelə saxurcada uşaq dilində du du 

şəklində ifadə edilir. 

A.M.Şerbak öz məqaləsində

149

 bir sıra ev heyvanlarının adı olan 



sözlərin məhz vokativ sözlərdən törədiyini göstərir. Məsələn, “piş” 

vokativ sözdən düzələn “pişik” kimi. O, “küçük” sözünün də “ümumi 

onomastik kü ünsüründən”

150


düzəldiyini ehtimal edən O.Şraderə haqq 

qazandırır. Lakin A.M.Şerbak yalnız bu misallarla kifayətlənir. Başqa 

heyvan adlarında vokativ sözlərin rolunu nəzərə almr. Odur ki, 

məsələn, “qoduq” sözünün “ilk fonetik şəklinin bərpa etmənin 

                                                            

146


Bax: А.М.Щербак. Названия домашних и диких животных в тюркских 

языках. Сб. «Историческое развитие лексики тюркских языков». Изд-во 

АН СССР, М., 1961, səh.100.

 

147



Yenə orada.

 

148



Bax: С.Е.Малов. Памятники древнетюркской письменности. Изд-во 

АН СССР, М.-Л., 1951, səh. 432.

 

149


Bax: Göstərilən əsər.

 

150



İti çağırmaq üçün “küç-küç” və s. sözündən istifadə olunduğu irəlidə 

göstərilmişdir.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

399



namümkünlüyündən” bəhs edir.

151


 Halbuki burada da eyni prinsip – 

vokativ sözdən şəkilçi qoşmaqla heyvan adı düzəlməsi prinsipi özünü 

göstərməkdədir. Bu sözün xotux variantı həmin heyvana müraciətlə 

deyilən xot//xot-xoti sözündən düzəldilmişdir. 

Habelə A.M.Şerbak keçi sözünün metateza hadisəsinə uğramış 

“eçki” sözündən başqa bir şey olmadığını(və xüsusilə bu sözün alınma 

olmadığını) düzgün müəyyənləşdirir. Lakin bunun da vokativ sözdən 

(keç-keç//beç-beç – buradan da “beçik”) düzəldiyini nəzərə almır.

152

 

Dilimizdə  aq, ək//ıq, ik, uq, ük ilə bitən daha bir sıra heyvan 



adları vardır ki, bunların vokativ sözlərdən düzəlib düzəlmədiyinin 

müəyyən etmək üçün xüsusi və dərin tədqiqat tələb olunur. Məs.: 

vaşaq, porsuq, keyik, qancıq, paraq, köpək, ənik, əlik, balaq, oğlaq, 

inək, ayı (ayıq) və s. 

Əlbəttə, bu klimi sözlərin hamısının vokativ sözlərdən düzəldiyi 

hökmünü irəli sürmək olmaz. Hər sözü xüsusi öyrənmək lazım gəlir. 

İlk yada düşən sözlərə uyğunlaşdırmaq yolu ilə bir elmi nəticə 

əldəetmək mümkün deyildir. A.M.Şerbak şişək sözünün “şişmək” 

feilindən düzəldiyini

153


ehtimal edir ki, bu fikir inandırıcı deyildir. 

Nəhayət, bir ehtimal kimi paraq (uzun tüklü ov iti) və beşik 

sözlərinin də vokativdən düzəldiyini söyləmək olar. Misallar: 

1)Eşidib  parağı (barağı) qırxarlar, bilmir harasından qırxarlar 

(Atalar sözü). 

2) “Beşik” sözünün kökünün “piş-piş”dən (bəzi dialektlərdə 

uşağı yatıranda deyilir) düzəldiyini ehtimal edirik. Bəzi yerlərdə isə 

uşağı yatıranda küş-küş(müq.et: toyuğa, itə müraciətlə), güldürəndə 

piş-piş (müq.et: pişiyə müraciət ilə) deyilir. Nəhayət, ufaq (“ufaq – 

tüfək”) sözünün uf//üf (uşağı yedirəndə deyilən üf//üfə//əvə və s.) 

vokativ sözü və -aq şəkilçisinə ayırmaq mümkündür. 

A.M.Şerbakın məqaləsindən məlum olur ki, “eşşək” (müxtəlif 

fonetik variantlarda) sözünün mənşəyi haqqında da vahid fikir yoxdur. 

Q.Vamberi bu sözü qırmızı, al mənasında olan al – çik ilə bağlamış, 

O.Şrader bunun qədim formasını qədim yunan və latın dillərində 

                                                            

151

Bax: Göstərilən əsər, səh.124.



 

152


С.Е.Малов. Памятники древнетюркской письменности. Изд-во АН 

СССР, М.-Л., 1951, səh. 117-11.

 

153


Bax: Göstərilən əsər, səh.115-116.

 



Musa  Adilov

 

 



400

axtarmış, habelə erməni və şumer dilləri ilə əlaqədar ola bilməsi 

ehtimalını irəli sürmüşdür.

154


 

H.Zərinəzadənin əsərindən alıb yuxarıda qeyd etdiyimiz sitatda 

göstərilir ki, “eşşəyi dayandırmaqda oş//hoş//hoşha” deyilir”. 

M.Kaşğarinin lüğətində bu mənada op-op با با   

 

 

               



ُ

ُ

 işlədilmişdir.



155

Burada göstərilir ki, oş-oş

 شا 

   


      

ْ ُ


    شا

   


       

ْ ُ


öküzü sürəndə 

deyilir.


156

 

Ş.Sami göstərir ki, uş-uş شواشواcocuq lisanında köpək 



mənasında işlədilir.

157


 

Beləliklə, müasir dildə müxtəlif mənalardan uzaqlaşan  oş//hoş 

sözü əsasən eşşək ilə əlaqədardır. “Eşşək” sözünün “oş//hoş” müraciət 

– çağırış – xitab sözündən düzəldiyi şübhəsizdir. Kaşğarinin 

“Divan”ında bu söz bir neçə yerdə və müxtəlif variantlarda işlədilir ki, 

bu da o dövrdəki dialekt fərqləri ilə izah oluna bilər: eşşək      ککشا 

   

              



َ َ

eşyək  كايشا , eşək



ا 

  کش


158

 

Burada istər-istəməz “h” səsi diqqəti cəlb edir. Yuxarıdan bəri 



göstərdiyimiz misallardan aydın olur ki, dilin nisbətən “qədim” 

(A.Q.Potseluyevski) leksik təbəqəsi olan vokativ sözlərdə “h” səsi 

xüsusi yer tutur. Elə onu deyək ki, həmin sözlərin çoxu bu səs ilə 

başlayır.  Ho, hoho, hiş, hay, hov, hüşt-hüşt, hüşt, hay-hay, höt-höt, 

hoy, eş-eş, oş, ho-hiş, həs-hüs, hır, hırr-hırr və s. 

159


 

                                                            

154

Yenə orada, səh. 123.



 

155


Bax: Махмуд Кошгарий. Девону луготит турк. II т., Тошкент, 1961, 

səh. 70.


 

156


Yenə orada, səh.72.

 

157



ش

.

 ،یکرت  یسوماق  ،یماس



8

/

13



 

158


Bax: Махмуд Кошгарий. Девону луготит турк. II т., Тошкент, 1961, 

səh. 286 (çıxarış).Bu sözdə “ş” səsinin qoşalaşması (daha düzü, uzanması) 

sonrakı inkişaf – şiddətləndirmə nəticəsidir. Məsələn, naməlum bir şairdən 

gətirilmiş aşağıdakı beytdən məlum olur ki, buradakı “ş” səsini daha çox 

uzatmaq olar və təsir də çox (“min qat” ) artar. 

Oylə bir eşşək de kim üstündəki təşdidinin 

Aləti-timar tək min ədəd dəndanı var. 

(“Maarif və mədəniyyət” məcmuəsi, 1923 №12, səh.21).

 

159


Aşağıda qeyd olunan söz buradan əmələ gəlmişdir: 

                        Nə layıqdı məni əldən atasan 

                        Qoca hirik kişiləri tutasan (SM).

 



Azərbaycan dilində təqlidi sözlər 

 

401



M.Kaşğari qəti olaraq bu fikirdə idi (və bunu dəfələrlə qeyd 

edir) ki, türk dillərində “h” səsi yoxdur. Halbuki qədim sözlər hesab 

olunan yuxarıdakı misallar bunun əksini göstərir. Habelə tərkibində 

“ho” və “hoha” sözləri olan “hoha var..” və “Birə də ho de...” kimi 

“yalnız heyvanlarla münasibətdə anlaşıla bilən” belə ifadələr haqqında 

folklorçu İ.İbrahimov “Atalar sözü və məsəllər” məqaləsində 

yazmışdır: “...belə atalar sözü və məsəllər təsərrüfatda heyvan 

gücündən istifadə edilməyə başlandığı dövrün (kursiv mənimdir – 

M.A.) izlərini özündə yaşatmaqdadır.

160


 

  Yenə  orada  holavar və hodaq sözlərindən bəhs olunur ki, bu 

sözlərin də qədimliyinə  şübhə ola bilməz. Hər hansı təklifədn 

narazılıq əlaməti kimi işlənən “Mən belə holavar eşitməmişəm” atalar 

sözündəki holavar sözü (cüt sürülən zaman öküzləri işə təhrik etmək, 

zəhməti yüngülləşdirmək məqsədi ilə hodaqçının oxuduğu nəğmə) də, 

hodaq sözü də əslində vokativ köklərdən düzəlmioşdir. Holavar -ho 

ilə var (-maq) və ya – hola var //ho elə (və) var.

161

 Hodaq isə “ho” və 



“daq” ünsüründən təşkil olunmuşdur ki, bundakı “daq” şəkilçisi 

xüsusilə təqlidi sözlərdən isim düzəltməkdə mühüm yer tutur: xirtdək, 

fırtdıq kimi.

162


 

   Habelə, qədimliyi heç bir şübhə doğurmayan çoxlu təqlidi 

sözlərdə “h” səsini görürük: ham-ham, hav-hav//haf-haf//hov-hov, 

hart, hart-hurt, hırro və s. 

   N.K.Dmitriyev də vokativ sözlərin çox qədim, ən qədim söz 

qruplarından olduğunu qeyd edərək yazırdı:«Звательные слова 

представляют собой, очевидно, древнейший тип мимем».

163


 

   Nəhayət qeyd edək ki, Azərbaycan dili hətta alınma sözlərə də 

bir “h” səsi əlavəsinə meyillidir. “Ura” əvəzinə hurra//hurrey, “alo” 

əvəzinə hallo (sözün əsli belə olsa da biz bunu rus dilindən “allo” 

şəklində almışıq) kimi.M.Kaşğaritərkibində “h” olan vokativ sözləri 

                                                            

160

Bax: Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Azərbaycan SSR 



EA nəşriyyatı, Bakı, 1961, səh. 130.

 

161



Görkəmli folklorçu M.H.Təhmasib də bu söz haqqında eyni fikirdədir. 

Müq.et: hola dedim düşdü qaç; Göydə oynadı qırmanc ( Bayatıdan).

 

162


A.S.Quzanlının lüğətində də “hodaq” sözü qoşqu heyvanlarına deyilən 

“ho” vokativ kökü ilə  bağladılmışdır. Bu sözün xodək variantı da 

mövcuddur. Məs.: Xodək murada çatır; Kəlindən bar alanda (Bayatılar).

 

163



 Н.К.Дмитриев. Строй тюркских языков. ИВЛ, М, 1962, səh. 87.

 



Musa  Adilov

 

 



402

lüğətinə daxil edirdi, lakinbunları başqa dillərlə əlaqələndirməyə 

çalışırdı. Məsələn:  جھ  جھ haç-haç (mallaramüraciətlə deyilən hoş-

hoş) haqqında M.Kaşğari yazırdı ki, bu söz ərəbcəyəoxşayır.Çünki bu 

sözdə türk dillərində olmayan h ( ه ) hərfi vardır. Türkcədə bu səs 

yoxdur.


164

 

Yaxud  جح جح   heç-heç haqqında göstərirdi ki, bunu əsli جا جا 



 eç-eç olmalıdır. Sonradan söz başına h ( ه ) artırılıb. M.Kaşğari 

yazırdı ki, bu söz də ərəbcəyə oxşayır. Çünki ərəblər qoyunları 

qaytarmaq üçün  “bağırdım” mənasında  تجھ جھ deyirlər.

165


 

   M.Kaşğarinin lüğətində daha bir sıra “h” ilə işlənən vokativ 

sözlər qeyd olunmuşdur. Məsələn:  جح  جح  hoç-hoç və s.

166


 

§ 27. Azərbaycan dilində bir qrup səs tərkibləri vardır ki, bunları 

“diffuz səslər” adlandırmaq olar. Bu termini dilçilikdə ilk dəfə 

N.Y.Marr irəli sürmüşdür. N.Y.Marra qədər həmin vahidləri bildirmək 

üçün “üzvlənməyən nitq” (“üzvlərinə bölünməyən nitq”) termini 

işlədilirdi.

167

 Misallar: 



Brr, brr! Vay səni tanrı üzsün. Brrr! (İ.Hüseynov); Artist arıq, 

uzun sifətini qırışdıraraq “u, bu-bu-bu-u” deyə elə təbii titrədi ki, 

Səməd istər-istəməz gülümsündü (İ.Hüseynov); O...”hmmm” edib 

dörd tərəfə baxdı (M.İbrahimov); Çoban Vəli birdən “hin” eləyib 

gülümsədi (M.İbrahimov); O tez “həh” eləyib yerindən qalxdı 

(C.Gözəlov);  Hüm, hüm, hüm – deyə Fərruz kəkələdi (S.Vəliyev); 

Hüm, hüm deyən İbiş ilə Cəbi gülməkdən özlərini güclə saxlayırdılar 

(S.Vəliyev); Brrr, atlar dartınır ha! (S.Rəhimov). 

Əslində tələffüzdə səs tərkibinə görə o qədər də 

diferensiallaşmamış belə diffuz səsləri bəzən nida hesab edirlər. Lakin 

bir sıra tədqiqatçılar bu səs tərkiblərinin nidalara daxil edilməsinə 

qarşı çıxır, hətta onları ümumiyyətlə sözlər sırasından tamamilə 

çıxarır, onların “dilxarici hadisə” olduğu mülahizəsini irəli atırlar. Dil 

faktı kimi qiymətləndirilən hər hansı bir söz az-çox öz tələffüzünə 

                                                            

164


 Махмуд Кошгарий. Девону луготит турк.I т., Тошкент, 196

0, səh. 312. 

165

Yenə orada, səh.326.



 

166


Yenə orada, səh. 326.

 

167



Л.В.Щерба. О «диффузных звуках». Сб. «Академику Н.Я.Марру». М.-

Л., 1935,  səh. 451-453.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

403



uyğun tərzdə yazılırsa, bu dilxarici səsləri uyğun şəkildə yazıya almaq 

olmur. Məsələn, rus dilində brr, tpru, fu, tfu səsləri kimi. 

   Diffuz səsləri hissələrinə bölmək və yazıda əks etdirmək 

müşkül məsələdir. Məsələn, atı saxlamaq istədikdə çıxarılan diffuz 

“tprş” səsi kimi. Yazıda əks etdirdiyimiz bu səs hadisəni qətiyyən əks 

etdirmir. 

Diffuz səsləri şərti olaraq imperativlərə daxil edirik. Düzdür ki, 

diffuz səslərin bəziləri əmr məqsədi ilə, iradi momentləri bildirmək 

üçün işlədilir. Məsələn, aşağıdakı misalları göstərmək olar: Əlini 

ağzına qoyub s...s...s...  deyə işarə etdi (A.Şaiq); Tıss, səs salma, qoy 

gülüm yatsın (Ə.Məmmədxanlı); Tss...tss... 

ehtiyatlı olun 

(M.F.Axundov); Müstəntiq “şiş” eləyib dayandı (C.Gözəlov);  Sus, 

ss...ss...ss, qızı kukla zənn etmişdir (A.Şaiq); Sıss...gələn var 

(Ə.Məmmədxanlı); Sss... Solmaz eşitməsin (S.Dağlı). 

İmperativlik məzmunu ilə əlaqədar olmayan diffuz səslər də 

dilimizdə az deyildir. Zabit: Mmmm... Buyurun, xanım! 

(Y.Əzimzadə); Birdən “əpçi” deyib asqırdı dovşan (R.Rza); Nökər 

Səlim “ihin” elədi (M.İbrahimov); Zorba ləpələr paroxodun hər iki 

tərəfindən “şiş” səsilə bir-birini qovurlar (N.Nərimanov); İsfəndiyar 

kişi başını yastıqdan qaldırıb bir-iki kərə “ühü, ühü” eləyir 

(İ.Hüseynov); Xidmətçi qız gözucu qəzetə baxıb gülümsədi: - 

Ooo....deyə çiyinlərini atdı (S.Dağlı); Xosu motal kimi yerə gəldi, 

mıkk elədi (Q.Xəlilov). 

Bu tərkibləri şərti olaraq “səs-söz” şəklində adlandırmaq olar. 

Müvafiq səsləri çıxararkən bunlar hələ də söz deyildir, bu səslər 

fizioloji hadisə kimi meydana çıxır. Lakin bunların yazıda əks 

etdirilməsi söz səciyyəsi kəsb edir. Misallar: 

Haykaz (hamı oynayırkən). Hatsa...hatsa... hatsa... 

(C.Cabbarlı); O hərdən “hiy” ilə içini elə çəkirdi ki, boğazının 

damarları göyərirdi (S.Rəhimov); Hı, gözünə dönüm, qoyma (İ.Şıxlı); 

Hop! Düz düşürəm aya! (X.Əlibəyli). 

Bu kimi səs kompleksləri hələ dil faktı, söz deyildir, sadəcə 

“dilxarici” hadisədir. Odur ki, bu reflektor səslər, çığırtılar lüğətlərə də 

düşmür və bu yerdə lüğətlərə haqq qazandırmaq zəruridir. Söz 

olmadığındandır ki, bunlar bir sıra müxtəlif sistemli dillər üçün eyni 

olurlar. Bunlar asqırmaq, fınxırmaq kimi sırf fizioloji proseslərlə 

əlaqədar çıxan səslərə yaxındırlar. Lakin burası var ki, həmin diffuz 




Musa  Adilov

 

 



404

səslər çox zaman substantivləşmiş olur və bu zaman onlar dil 

vasitələri sisteminə daxil edilirlər. 

O fit çaldı. – Zəhrimar “fiş”, dərd “fiş”! Səhərdən nə fişhafiş 

salmısan? (A.Abdullayev). 

Bu parça fikrimizin təsdiqi baxımından maraqlıdır. Fit çalmaq 

və bununla əlaqədar meydana çıxan “fiş” səsi dil faktı deyildir. Lakin 

fit çalan yox, digər bir şəxs həmin səsi substantivləşmiş şəkildə əks 

etdirdikdə bu səs dil faktına çevrilir və dilin daxili qanunlarına 

uyğunlaşdırılıb (“fişhafiş” sözü də düzəldilib) işlədilir. 

Diffuz səslərin substantiv şəkildə işlədilməsi halları geniş 

yayılmışdır. 

Əlləzoğlu “hə, hm” eləyib irişdi (İ.Hüseynov); Hə, sən də “hah” 

eləyib, öz əlini tüfənginə atınca baxırsan ki, onlar səni “hop” deyib 

götürdülər (S.Rəhimov); Səlim hə, hü eləyib qalxınca quş onu götürdü 

(“Nağıllar”); Elə “hıqq” eləyib analarının burnundan düşüblər 

(Ə.Cəfərzadə); Ho çəkib gəlir üstümə (Danışıqdan). 

Diffuz “sözlər”in yazıya alınması tam şərtidir. Bunlar müvafiq 

səslərə sadəcə işarə edir, onları əks etdirə bilmir. Məsələn yazıçı 

göstərəndə ki, “İskəndər ağzını Cəlalın qulağına tutub “hə, ho” eləyir 

və deyir: – “Hanı? Mən kefliyəm?” (C.Məmmədquluzadə), bu misalda 

“hə, ho” diffuz səslərdir və müvafiq hadisəni heç də tam əks etdirmir. 

§ 28. Kiçik yaşlı uşaqların nitqi, danılşıq tərzi üçün səciyyəvi 

olan sözlər uşaq sözləri adlanır. Uşaqlar bu sözləri danışmağa 

başlayanda tələffüz edir və öyrənirlər. Əsasən ekspressiv səciyyə 

daşıyan uşaq sözləri miqdarına görə ümumi dilin lüğət tərkibində çox 

cüzi yer tutur. Uşaq sözləri ya dildəki bu və ya digər sözün təhrif 

edilməsi yolu ilə, ya da səs təqlidi, alliterasiya və s. üsulu üzrə 

ahəngdar səslərin düzümü yolu ilə düzəldilir. Məsələn, baba, bəbə, 

cici, tıq-tıq (xanım), çiçə, ham-ham (“it” mənasında), cırtdan... 

Məlumdur ki, körpələrin çıxardıqları bir sıra diffuz səsləri təqlid 

etməklə böyüklər böyüklər bir neçə söz yaratmış olurlar. Belə sözləri 

“əsil” uşaq sözlərindən fərqləndirmək zəruridir. Aşağıdakı misallarda 

qeyd olunan sözlər uşaqların üzvlənməmiş (diffuz) səslərinə təqlid ilə 

düzəldilmişdir və əslində böyüklər tərəfindən işlədilir: 

“İnqa-inqa” deyib çığırır çağa (S.Vurğun); Söz kar etmir 

qoduğa, hey deyir “inqa-inqa”(S.Rüstəm); Körpə ...”qığ-qığ” edərək 

gülümsəyir (M.İbrahimov). 




Azərbaycan dilində təqlidi sözlər 

 

405



Uşaq sözlərinə daha çox uşaqlar üçün yazılmış şeirlərdə təsadüf 

edilir. Bu sözlərdən əslində kiçik yaşlı uşaqların nitqini 

səciyyələndirmək üçün istifadə edilir. 

                 Çəkil dedi: – Orda? Yox! 

                Qorxuram! Xox, məni, xox!...(R.Rza). 

                Dedi: – Orda yatmaram. 

                Küləkdir. Uf, məni, uf!...(R.Rza). 

                Qorxuram! Cız, məni, cız! (R.Rza). 

Göründüyü kimi, bu misallarda işlənmiş hər bir uşaq sözü 

əslində bütöv bir fikrin ifadəsinə xidmət edir. Elə bu sinkretizminə 

görə də uşaq sözləri təqlidi və vokativ sözlərə çox yaxınlaşmış olur. 

“Uvva” olsa belə dizim, – 

                  Qoyun gəzim! (İ.Tapdıq). 

                  Dodağını büzdü Şəbnəm: 

                   – Bu cızzadı...iustəmirəm (İ.Tapdıq). 

Əslində uşaq sözləri də nitqə hazır şəkildə daxil edilir, hər dəfə 

nitq prosesində yenidən yaradılmır. Təcrübə nəticəsində hansı səsləri 

tələffüz etməyin asan və əlverişli olduğunu bilən böyüklər məhz 

həmin səslərin uşaqlar tərəfindən tələffüzünə cəhd göstərirlər. Belə 

asan, əlverişli səslər məhdud miqdarda olub, bir növ beynəlmiləl 

səciyyə daşıyır. Həmin səslər uşaqlara daha yaxın,tanış olan 

məfhumlarla əlaqələndirilir. 

Tamaşa, düş gəl qucuma (Q.Xəlilov); “Dovşanın başını xıx elə” 

deyib atasının üzünə baxdı (Ə.Vəliyev);Qıç  elə mamanı. Oyan, dur 

gedək, dədən səni “tüşi”yə mindisin (N.Nərimanov); Gəl səni bir maç 

eləyim (C.Gözəlov); Xalan sənə çiş tiksinmi, qurbanın olum? 

(İ.Hüseynov). 

Bir sıra uşaq sözləri atalar sözlərinin tərkibində özünü göstərir. 

Əppəyə  “aba” deyir, kömürə “qaqa”.  Cikini də bilir, bikini də. 

Çörəyə pəpəş deyərsən. 

Uşaq sözlərinin əksəriyyəti təkrar şəklində çıxış edir. Burun, 

dodaq və dilönü samitlərin açıq saitlərlə yanaşdırıb təkralamaqla uşaq 

sözləri yaradılmış olur: nənə, məmə, mama, bibi, baba, pəpə, lələ, 

dədə, day-day... 

Bütün bu sözlər bir hecanın təkrarı ilə düzəlmişdir. Uşaq sözləri 

üçün belə təkrar çox səciyyəvidir. Hətta müəyyən söz köklərini 




Musa  Adilov

 

 



406

təkrarlamaqla uşaq nitqinə məxsus başqa sözlər də yaratmaq 

mümkündür. 

Ata,  çim-çim elədim (Ə.Hacızadə); Uşaq. Piş-piş apaldı 

(C.Gözəlov); Radio əmi dedi, yatmaq vaxtıdır. Ana, bay-bay 

(Ə.Hacızadə). 

Hind-alman dilləri etimoloji lüğətinin müəllifi Y.Pokornıy 

göstərir ki, dünyanın bir sıra dillərində uşaqlar valideynlərə müraciət 

etmək üçün əsasən aşağıdakı səs birləşmələrini işlədirlər: -ap, pa, ab, 

ba, am, ma.

168

 

İrəlidə qeyd olunan bütün bu uşaq sözləri dəqiq semantikaya 



malikdir. Lakin bəzi sözlər çox yayğın, qeyri-müəyyən mənada 

işlədilir. Məsələn,qaqa, cici sözləri kimi. 

Bir sıra uşaq sözləri məcazi məna kəsb edərək işlənmə dairəsini 

genişləndirmiş olur. 

...Ayda-ildə bir dəfə gəlib dit eləyib gedirsən (H.Seyidbəyli); 

Mən səsn deyən xoxlardan deyiləm (M.İbrahimov); Axundov ayaq 

açıb dar-dar etmək istəyən milli Azərbaycan burjuaziyasını mühakimə 

edirdi (Ə.Məmmədxanlı); Xox! Bakıdan gəlmişəm! (C.Cabbarlı). 

Miqdarca çox az olan təkrar uşaq sözlərindən bəzi sözdüzəldici 

şəkilçilər vasitəsi ilə yeni sözlər əmələ gətirilir. Xüsusən əzizləmə və 

vokativlik anlayışı bildirən “ş” şəkilçisi əsasən təkrar formalı uşaq 

sözlərinə qoşulur: pəpəş, məməş, qaqaş, ciciş, dadaş, nənəş... 

Azərbaycan ədəbi dilində, habelə dialektlərində uşaq oyun 

adlarını ifadə edən sözlər də əsasən təkrarlama üzrə düzəldilir. Eyni 

söz (əsasən isim) təkrarlanıb uşaq oyun adını bildirir. Məsələn, ağac-

ağac, at-at, qoz-qoz, mazı-mazı, mərə-mərə, kos-kos, xan-xan, gəlin-

gəlin, üzük-üzük, xala-xala, dava-dava, baca-baca, lopuq-lopuq, 

təpik-təpik, pul-pul və s.

169

 

Qeyd etmək lazımdır ki, türkologiyada ilk dəfə N.İ.Aşmarin 



uşaq sözlərini mimemlərə daxil etməyi lazım bilmişdir.

170


 

                                                            

168

Bax:  «Языковые контакты в Башкирии», Уфа, 1972, səh. 125.



 

169


Bax: М.Адилов. О детских словах. «Вопрoсы тюркологии», Баку, 

1971, səh. 318-322.

 

170


Bax: Н.И.Ашмарин. Подражание в языках Среднего Поволжья. 

«Известия Азербайджанского государственного университета им. 

В.И.Ленина (серия общественных наук)», Баку, т. 2-3, 1925.

 



Azərbaycan dilində təqlidi sözlər 

 

407



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin