§ 29. Ritmik sözlər. Məlumdur ki, hər bir dil faktı ikitərəfli
mahiyyətə malik olub, forma (xarici cəhət) ilə mənanın (daxili cəhət)
vəhdətində təzahür edir (F.de Sössür müvafiq şəkildə “akustik obraz”
və “məfhum” terminləri işlədilirdi). Nitqdə bəzən yalnız xarici cəhətə
malik olan, yəni mənadan məhrum olan bir sıra səs kompleksləri
özünü göstərir ki, bunlar dil vahidi – “söz” hesab edilmir. Bir sıra uşaq
oyunları ilə əlaqədar mahnılardan misal veririk:
Ay uyruğu, uyruğu
Saqqalı it quyruğu...
Qeyd olunan səs komplekslərinin ümumi mətn ilə bir semantik
bağlılığı yoxdur. Bunlar sadəcə olaraq ahəngi müşayiət etmək və ya
ritm yaratmaq məqsədi ilə işlədilmiş tərkiblərdir.
Aşağıdakı misallarda da heç bir məna bildirməyən tərkiblər
yalnız ritm xatirinə işlənmişdir və istənilən vaxt fərdi zövqlərdən və
ya yenə də ahəng və ritmdən asılı olaraq başqa tərkiblər ilə əvəzlənə
bilər.
Dam üstədir damımız
Ay gülüm, nanay, ay nanay...(Mahnıdan).
Nağaranı vurum...vurum...
Dum-ba-durum, dum-ba-durum....(X.Əlibəyli).
Təkrarlanan məzmunsuz – mənasız səs kompleksləri heç bir
leksik (və ya hər hansı) məna bildirmədiyi üçündür ki, bunları
istənilən misraya, cümləyə bağlamaq mümükün olur. Semantikadan
məhrum olan belə tərkibləri istənilən tərəfə çəkmək mümkündür. Gah
“Dam üstədir damımız” ifadəsi ilə, gah “Bu gün ayın üçüdür” və s.
kimi müxtəlif və bir-birindən uzaq fikirlərin hər hansı biri ilə istənilən
vaxt əlaqələndirilə bilir. Belə nəqaratların – ritmik səs təkrarlarının
köməyi ilə dilimizdə bir sıra sabit tərkiblər meydana gəlmişdir:
Olanda halay-halay, olmayanda halım qolay (Atalar sözü); Biz
deyirik fədəm-dəmə, sən deyirsən damdan-dama (C.Cabbarlı); Dalay-
dalay çağıra bilmərik (S.Rəhimov).
Dilimizdəki ritmik sözlərin növləri yalnız bu göstərilənlərdən
ibarət deyildir. Bunların çox müxtəlif şəkilləri mümkündür.
Ritmik səs kompleksləri xalq ifadələrində, el ədəbiyyatı
nümunələrində bir ümumilik, qeyri-müəyyənlik ifadə etmə
məqamında işlədilən vahidlərdəndir. Xüsusilə tapmacalarda ritmik
sözlərə çox rast gəlinir.
Musa Adilov
408
Hərdə (hədərə) sualın hürdə (hüdürə) cavabı olar (Atalar sözü):
İnəyi satdım, qoyun aldım, dumbula-dum, dumbula-dum (Atalar
sözü); Hind hindicə, burnu əyricə, hara gedirsən, bu yarı gecə?
(Tapmaca);
İlim ilası var bunun; Səbzi libası var
bunun...(Tapmacadan).
Məhz söz olmadıqları üçündür ki, bu kimi səs toplusu şəklində
işlənən vahidlər adətən lüğətlərdə qeyd və təsbit edilmir.
Bəzən belə mənasız səs komplekslərindən falçılar, cadugərlər,
dərvişlər müəyyən məqsədlə istifadə edirlər. Məsələn,
M.F.Axundovun göstərdiyinə görə dərviş Məstəli şahın “heybətli
səslə” oxuduğu “Dağdəğaha fətəndi...” ilə başlayan tərkiblər mənadan
məhrum səs yığını olsa da, bu mənasız topludan dərviş müəyyən
məqsəd üçün istifadə edə bilir.
Bəzən də əslində mənalı dil vahidləri – sözlər də rtimik vəzifə
daşıyır, ritm əldə etmək üçün işlədilir. Bu zaman sözün mənası deyil,
ritmik funksiyası (yəni, sırf xarici əlaməti) əsas alınır və buna görə də
bunları “ritmik sözlər” adlandırmaq olar.. xalq özü bu “ritmik sözlər”i
başqalarından – əsil, həqiqi sözlərdən fərqləndirərək deyir: “Aşığın
sözü qurtaranda yarım-yarım// yaram/-yaram çağırar”.
Folklorşünaslıqda ritmik sözlərə “bəzək” və ya “xal” da deyilir.
O.Sarıvəlli “Aşığın poetikası” məqaləsində yazmışdır: “”Bəzək”
sözləri yerində işləndiyi zaman mahnılara şirinlik gətirir. Lakin bəzən
çalınan hava ilə oxunan söz arasında müəyyən uyğunsuzluq olur.
Aşıqlar bu uyğunsuzluq duyulmasın deyə “körpə quzu”, “dəli
ceyran”, “ala göz maral”, “dərdin alım”, “qurban olum”, “neynim-
neynim” və i. a. kimi bəzək sözləri işlədirlər”.
M.Ə.Qiyasi yazmışdır: “Seyid Əşrəf azərbaycanlılar, farslar
arasında geniş yayılmış “quqquluqu”, “layla”, “yələlli” (veyillənmə)
kimi mahnı sözlərini (kursiv məmimdir – M.A.) rədif seçərək satiralar
yazır.
...Fişəngin hifz elə, satma,
Balam, laylay, lalam, laylay!...”
Bununla belə, ritmik sözlər də nitqdə ünsiyyət məqsədi ilə
işlədilir və bədii əsərlərdə müxtəlif üslubi funksiya daşıyır:
Sona. Adı...ey adı, belə qabaqca oxuyurlar ey, axırı da gəlir,
dam-daram, daram (C.Cabbarlı); Oynadıqca quyruğum; Oxuyur
dalay-dalay (A.Şaiq); “Nünnün-nünnün” dedikdən sonra uşaqlar
Azərbaycan dilində təqlidi sözlər
409
bunun əvəzində...şirni alardılar (S.Vəliyev); Elçilik məsələsidi, elçilik,
qız almaq, onunla toy eləmək, dımbıdı, dımbıdı...bildin?
(T.Hüseynov); Nin-nini, nin-nini, – eləyərək qollarını başı üstündə
oynatdı (N.Süleymaniov). Bir sıra hallarda ümumxalq dilinə məxsus
olan, habelə başqa dillərdən alınan bu və ya digər söz deformasiyaya
uğrayaraq ritmik funksiya kəsb edir:
Əlini mənə, bəstərəcik! Yox, mən səndən küstərəcik...Küstrəcik
ha, küstərəcik; Bir daş üstdən əndərəcik (A.Şaiq).
İ.Tapdığın “Ovçu Nağı” şeirində ritmik sözlərdən bir bədiilik
vasitəsi kimi müvəffəqiyyətlə istifadə edilmişdir:
Canavar, dovşan, ayı
Oynayır oynadıqca,
Ha dıqqıdı, ha dıqca
Ha dıqca, dıqca, dıqca...
Oynamağın vaxtıdı,
Vaqqıdı ha, vaqqıdı!..
Oyun budu! Ha budu!
Donqudu ha, donqudu!
Ritmik səs kompleksləri bədii üslubda müxtəlif məqsədlər üçün
özünə yer tapa bilər. Hər şeydən əvvəl bunlardan şeirdə bir söz oyunu
kimi istifadə olunur.
Ritmik səs kompleksləri müxtəlif psixoloji halları ifadə etmək
işində müəyyən rol oynayır. Məsələn, S.Rüstəmin “Durna”
komediyasında belə səhnələr diqqəti cəlb edir:
Qafar. Zalımın qızı, neylədin?
Nabat (dili söz tutmur). Mə, mə, mə, mə...
Qafar. Qoyun kimi niyə mələyirsən? Dillənsənə!
Nabat. S... s....s....s....s...sən kəndə getməmişdiin?
Bu kimi vahidlər afaziya (afemiya) prosesini əks etdirmək üçün
də işlədilir. Məsələn, C.Cabbarlının “Od gəlini” pyesində Dönmzəin
pəltəkliyini əks etdirmək üçün onun tələffüzündə ritmik komplekslər
işlədilmişdir. Dönməz belə bir şeir oxuyur:
Bu-burunun o yana çək,
Gök-gö-go-ö-göz çıxartmasın.
Sös-sö-sö-söylə yar bizə
Qaq-qa-qa-qa-qaş-göz atmasın.
Musa Adilov
410
Bir
sö-sö-sözdü det-dedik,
Gök-gö-gö-göz ağartmasın.
Öldü-dü-dü-rmə, boş yerə,
Vallah ki, qaq-qa-qan axar.
Gəl, gök-gö-gözlərin yeyim
Cac-ca-ca-canım al, qurtar.
Ritmik səs kompleksləri yalnız substantivləşmə nəticəsində
nominativ funksiya kəsb edib, söz (isim) keyfiyyətinə malik olur.
Mən də arabir dodaqaltı deyir, nanay çalırdım (Q.Xəlilov).
Substantivləşmədikdə isə bunları məfhumi («понятийный»)
sözlərə aid etmək mümkün deyildir.
Uşaq oyununda: “aşqa-aşqa,
171
məndən başqa”. Gedin deyin o
oğlana: Ürəkdən aşiqəm ona; lay-lay, la-lay, la-lay, la-lay”
(S.Vurğun).
“Tapmacalar” kitabında deyilir: “Dörd misradan ibarət olan
tapmacalarda birinci, bəzən də ikinci misralar heç bir məna ifadə
etmir. Yalnız üç və dördüncü misralar mənalı olur. Əsil tapmaca
həmin son iki misrada verilir. Məsələn:
“Hap-hapı”.
“Biz idik, bizlər idik”.
“Halalar, ay halalar” və s.
Yuxarıdakı misralar bəzən mənasız, lakin ahəngdar söz
yığımından ibarət olur. Tapmacanın məzmunu ilə heç bir əlaqəsi
olmur. Bunlar nağıldakı pişrovu əvəz edir”.
172
Ritmik səs toplusundan ibarət belə vahidlər tapmacalarda çox
işlənir.
1.Həşədən, ha həşədən; Bir səs gəlir meşədən...2. Həpdi-həpə;
Qızıl küpə...3. Hələmə küpə, düləmə küpə...4. Xindaz-minaz; yerə
düşər sınmaz. 5. Hənd oldu hahənd oldu, Dəyirmana dən doldu. 6.
Helində, ha helində; qanadları belində. 7. Hatəm-hatəm hətdədi;
Hatəm koxa kəntdədi. 8. Hədi yavanı, hüdü yavanı; Altı ayağı var, iki
dabanı; 9. Hədəndi ha, hədəndi; qara bağrım zədəndi. 10. Milit-milit;
qapısı kilit...11. Hazılıyam, hazılı; Yanım qara tazılı...12. Billi-billi
171
Tatar dilində aşqa (yemək; aş aşqa
–
xörək yemək) sözü olsa da, bizim
dilimizdə göstərilən vahid ritmik sözlərdəndir.
172
Tapmacalar. Bakı, 1971, səh. 27.
Azərbaycan dilində təqlidi sözlər
411
bilən day; beli incə kürən day...13. Himdi, himdi, o himdi; Gözüm
gözünə çimdi...14. Hindi-hindicə; Burnu əyircə...15. Hət ayaqlı,
hütayaqlı; Gümüş qaşlı, lüt ayaqlı. 16. Midili, midili üzlücə; Midili
siçan üzlücə...
§ 30. Bu kitabçada tədqiq edilən vahidlərin ümumi dil
sistemindəki rolunu və əhəmiyyətini müəyyənləşdirmək üçün
ümumiyyətlə dilin (və nitqin) funksiyalarını dəqiqləşdirmək zəruridir.
Dilin funksiyası bütün nitq şəraitlərində özünü göstərən nitq
fəaliyyətinə deyilir. Bu funksiyasız ümumiyyətlə nitq fəaliyyəti ola
bilməz. Nitq fəaliyyəti ünsiyyət ilə ümumiləşdirmənin vəhdətindən
ibarətdir.
Ünsiyyətdə dilin əsas funksiyası kommunikativ funksiyadır.
Dil həm də ümumiləşdirmə vasitəsidir. Dil varlığı ümumiləş-
dirilmiş şəkildə əks etdirir və möhkəmləndirir, sabitləşdirir. Bu halda
dil iki aspektdə – sosial və fərdi aspektlərdə alına bilər.
Fərdi aspektdə dil insanın (təfəkkür, yaddaş və s.) fəaliyyət
alətidir. Əlbəttə, dilin bu funksiyalarının fərdi aspektə aid edilməsi
şərtidir. İntellektual fəaliyyətin planlaşdırılmasında insan özündən
əvvəlki ictimai-tarixi təcrübədən istifadə edir.
Dilin ikinci ümüumiləşdirici funksiyası insanın ictimai-tarixi
təcrübədən istifadə etməsi ilə əlaqədardır. İntellektual fəaliyyət
göstərmək üçün insan dil vasitəsilə müəyyən biliklərə sahib olmalıdır.
Bu işdə hər bir fərdə yalnız dil kömək edə bilər.
Deməli, sosioloji aspektdə alındıqda dilin aşağıdakı funksiyaları
göstərilə bilər: a) dil ictimai təcrübənin varlıq formasıdır; b) dil milli
mədəniyyətin səciyyəvi ünsürlərini əks etdirir (milli-mədəni
funksiya); c) dil xarici aləm haqqında hazır biliklər verir, insanlar öz
şəxsi-fərdi təcrübələrində, praktikada yoxlamadan həmin biliklərdən
hazır şəkildə istifadə edirlər (dərketmə funksiyası; dil dərketmə
alətidir).
Bu funksiyalar dildəki bütün ifadələr üçün eyni olub, hamısına
xasdır. Bunlarla yanaşı nitq fəaliyyətində elə hallar da müşahidə edilir
ki, bunlar heç də bütün dil vahidlərinə aid olmur. Bunlar nitqin (dilin
yox) funksiyaları hesab edilir və əsasən aşağıdakılardır:
a)Emotiv funksiya. Bu, danışanın hiss və iradəsini ifadə etmə
funksiyasıdır. Dilin funklsiyalarından fərqli olaraq digər nitq
funksiyaları kimi, emotiv funksiyanın da səciyyəvi ifadə vasitələri
Musa Adilov
412
vardır. Emosional nitqdə əzizləmə-kiçiltmə bildirən sözdüzəldici
vasitələr çox səciyyəvi yer tutur.
b)Dəyərliliyinə görə nitqin ikinci funksiyası poetik və ya
estetikfunksiyadır. Adətən poeziyada işlənib, başqa hallarda
işlənməıyən vahidlər poetik nitq vasitələri hesab edilir. Müasir şeirdə
(Avropada da, Rusiyada da, Şərqdə də) yalnız poeziya ilə
məhdudlaşan nitq vasitələri yoxdur. Lakin klassik Azərbaycan (və
Şərq) şeirində belə vasitələr mövcud idi.
c)Nitqin magiya funksiyası daha çox ibtidai xalqlarda özünü
göstərir, sözün sirli, ilahi qüdrətinə inam ilə əlaqədardır; sözün
deyilməsi ilə xarici aləmdə bilavasitə dəyişiklik əmələ gətirilə bilər.
Mədəni dillərdə bu funksiya tabu və evfemizm hadisəsində özünü
göstərir. Müxtəlif söyüş və qarğışlar da nitqin bu finksiyası ilə
əlaqədardır. Kommunikativ cəhətdən mənasız sözlərin, mətnin
işlənməsi də nitqin magiya funksiyasına daxildir.
ç) Fatik və ya kontakt funksiyası yalnız kontakt yaratmaq
məqsədi izləyir. Nitqdə vokativ sözlərin işlənməsi bu funksiya ilə
əlaqədardır. Adətən nitqin başqa funksiyalarında işlənməyən alo//allo
və cavab kimi deyilən aha tipli vahidlər bura daxildir. “Vokativ sözlər
dildə digər sözlərdən tamamilə fərqli vəzifəyə malikdirlər. Dilin fatik
funksiyası yalnız bu sözlərin vasitəsi ilə yerinə yetirilir”.
173
e) Nominativ funksiya (“marka” funksiyası) nitqdə konkret
obyektlərin (coğrafi məntəqələr, müəssisələr, mağazalar, sənaye
malları və s.) adlarının işlənməsidir. Xüsusilə reklam işində nitqin bu
funksiyası çox mühüm aktuallıq kəsb edir.
ə) Diakritik funklsiya nitqə aid (məxsus) olmayan şəraiti
tamamlama məqsədi izləyir. Məsələn, biri digərini döyür, üçüncü bir
şəxs deyir: – Bir də, bir də! (Onun sözləri ümumi şərait fonunda
anlaşıla bilər).
Diakritik funksiya əmək fəaliyyətində mühüm rol oynayır.
Kollektiv əmək prosesindəki ritmik çığırtılar da buraya aiddir.
173
Bax: «Основы теории речевой деятельности». М., 1974, səh. 246.
Azərbaycan dilində təqlidi sözlər
413
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
M.İ.Adilov. Azərbaycan dilində vokativ sözlər. M.F.Axundov adına APDİ-
nin “Elmi əsərləri”, XII c., 1966.
M.İ.Adilov. Təqlidi sözlər. Azərb.SSR EA Xəbərləri (ictimai elmlər
seriyası), 1961 №8.
Azərbaycan etnoqrafik məcmuəsi. Bakı, 1964, №1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964
ИВЛ, М, 1961.
Azərbaycanca-rusca lüğət. Red. H.Hüseynov, Bakı, 1941.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Azərbaycan SSR EA
nəşriyyatı, Bakı, 1961.
S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960.
B.Çobanzadə və F.Ağazadə. Türk qrameri, Bakı, 1929, səh.12.
Ə.Dəmirçizadə. 50 söz. Bakı, 1968
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962.
A.S.Quzanlı. Türkcə dolu sözlük (əlyazması).1924-1930,
K.T.Ramazanov. Salyan dialektinin fonetikası. Azərb.SSR EA Xəbərləri,
1956 №6.
Rusca-azərbaycanca lüğət”də (Bakı, 1956)
R.Ə.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feilin quruluşca
növləri. Az. SSR EA nəşr., Bakı, 1963.
A.H.Vəliyev. Azərbaycan dialektologiyasına aid materiallar. Bakı, 1960.
H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962.
prof.dr.Vecihe Hatiboğlu. Türkcede eklerin kökeni.”Türk dili”. 1974
№268.
J.Deni. Türk dili qrameri (Osmanlı lehcesi), İstanbul. 1941
М.Адилов. О детских словах. «Вопрoсы тюркологии», Баку, 1971.
Н.И.Ашмарин. Подражание в языках Среднего Поволжья. «Известия
Азербайджванского государственного университета им. В.И.Ленина
(серия общественных наук)», Баку, т. 2-3, 1925.
Д.Х.Базарова. К этимологии некоторых древнетюркских названий
птиц. «Вопросы тюркологии», 1975, №4.
Газов-Гинзберг. Был ли язык изобразителен в своих истоках? М.,
1965.
10.В.А.Горцевская. Изобразительные слова в эвенкийском и
маньчжурском языках, «Тюркологические исследования», изд-во АН
Musa Adilov
414
СССР, М.-Л., 1963.
.Н.К.Дмитриев. Соответсвие Р//З. «Исследования по сравнительной
грамматике тюркских языков», ч.I, Фонетика, М., 1955.
Н.К.Дмитриев. Этимология слова
یدرقل
ّ
(«Строй тюркских языков»,
ИВЛ, М., 1962, стр.55-58.)
34.Н.К.Дмитриев. Очерки южнотюркской мимологии («Строй
тюркских языков», ИВЛ, 1962).
24.В.Г.Егоров. Этимологический словарь чувашского языка.
Чебоксары, 1964.
Г.Касумбейли. По поводу одной этимологии у Потебни. «Труды
Института Языка АН Азерб. ССР», т.1, Баку, 1947, стр.24.
С.Кудайбергенов. Подражательные слова в киргизском языке.
Фрунзе, 1957.
Махмуд Кошгарий. Девону луготит турк. II т., Тошкент, 1961.
Р.Кунгуров. Тасвири сузлардан ясалган сифатлар. «Труды
Самаркандского гос.ун-та им. А.Навои», вып №139, 1964.
А.И.Исхаков. О подражательных словах в казахском языке,
Тюркологический сборник, М.-Л., т.1, 1959.
С.Е.Малов. Памятники древнетюркской письменности. Изд-во АН
СССР, М.-Л., 1951.
С.С.Маслова Лощанская. Из заметок по шведской лексикологии.
«Ученые записки» ЛГУ, серия филологических наук, вып.42, Л., 1962.
«Основы теории речевой деятельности». М., 1974.
Г.Пауль. Принципы истории языка, русск. пер., М., 1960, Персидско-
русский словарь (сост. Б.В.Миллер), М., 1953.
Т.И.Петрова. Образные слова в нанайском языке. Изв. АН СССР,
ОЛЯ, т.VII, вып.6, 1948, cтр.527-536; 12.Т.И.Петрова.
Образные слова, служащие для передачи световых и цветовых
впечатлений в нанайском языке, «Уч.зап.» Ленинградского пед.инст-
та им. А.М.Герцена (факультет народов Севера), т.101, 1954.
Ш.Сарыбаев. Подражательные слова и их отношение к междометию.
Изв АН Казах.СССР, вып.1-2, 1954, №135.
азербайджанском языке, ИВЛ, М., 1962.
Б.А.Серебренников. Методы изучения истории языков, применяемые
в индоевропеистики и в тюркологии (сб. «Вопросы методов изучения
тюркских языков», Ашхабад, 1961)
.Спиркин. Происхождение языка и его роль в формировании
Azərbaycan dilində təqlidi sözlər
415
мышления. Сб. «Мышление и язык», М., 195
М.Д.Степанова, И.И.Чернышева. Лексикология современного
немецкого языка. М., 1962,
А.Х.Сулейманов. Узбек тилида атовган, ундалма ва вокатив гаплар.
Уз.ГУ асарлары, №66, 1956
Хəзирге татар əдеби теленен анлатмалы сʏзлеген тɵзʏ инструкциясе,
Казан, 1964.
А.А.Реформатский. Введение в языкознание, Учпедгиз, М., 1955
Р.Рустамов. Глагол в диалектах и говорах азербайджанского языка
(автореф. докт. дисс.), Баку, стр.16. 7.Л.Н.Харитонов. Типы
глагольной основы в якутском языке. М.-Л., 1954.
М.Худайкулиев. Подражательные слова в туркменском языке, АР
канд. дисс., Л., 1959.
Л.Шагдаров. Изобразительные слова в бурятском языке, АР канд.
Дисс., Л., 1958
Ст.Ульман. Дескриптивная семантика и лингвистическая типология,
Сб. «Новое в лингвистике», вып. II, ИЛ, М., 1962.
Ц.Б.Ундендешбаев языке. Сб. «Филология и история монгольских
народов.Памяти акад. Б.Я.Владимирцева», М., 1958.
С.Усманов. Междометия в современном узбекском языке. АР
канд.дисс., Ташкент, 1952.
А.А.Юлдашев. Звательные слова в тюркских языках. «Исследования
по сравнительной грамматике тюркских языков», Т.II (Морфология),
Изд-во АН СССР, М., 1956
Б.М.Юнусалиев. Киргизская лексикология, ч.1, Фрунзе, 1959.
Б.Уринбоев. Вокатив гаплар хакида баьзи мулохазалар. «Узбек тили
ва адабиети» jurnalı, 1964 №3
Л.В.Щерба. О «диффузных звуках». Сб. «Академику Н.Я.Марру».
М.-Л., 1935.
А.М.Щербак. Грамматический очерк языка тюркских текcтов X-XIII
вв. из Восточного Туркестана. Изд. АН СССР, М.-Л., 1961.
А.М.Щербак. Названия домашних и диких животных в тюркских
языках; Сб. «Историческое развитие лексики тюркских языков». Изд-
во АН СССР, М., 1961..
«Языковые контакты в Башкирии», Уфа, 1972.
Musa Adilov
416
MÜNDƏRİCAT
Təqlidi sözlər ....................................................................... 313
Təqlidi sözlərin əhatə dairəsi ............................................... 313
Təqlidi sözlərin fonetik xüsusiyyətləri................................. 315
Struktur ünsür haqqında....................................................... 316
Təqlidi sözlərin morfioloji xüsusiyyətləri............................ 317
Təqlidi sözlər xüsusi leksik-morfoloji kateqoriyadır........... 319
Təqlidi sözlərin bəzi semantik xüsusiyyətləri...................... 321
Vasitəsiz və vasitəli təqlid ................................................... 329
Lüğət tərkibinin zənginləşməsində təqlidi sözlərin rolu...... 331
Bəzi üslubi xüsusiyyətlər ..................................................... 372
İstifadə olunmuş ədəbiyyat .................................................. 413
“Elm və təhsil” nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ
Çapa imzalanmış 04.11.2019
Şərti çap vərəqi 26. Sifariş № 304
Kağız formatı 60х84 1/16. Tiraj 300
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib, çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Тel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4
Dostları ilə paylaş: |