Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti


Mövzu 2 : Xəlil Fərahidi ərəb dilçiliyinin banisi kimi



Yüklə 332 Kb.
səhifə2/6
tarix28.11.2022
ölçüsü332 Kb.
#70957
1   2   3   4   5   6
dilcilik

Mövzu 2 : Xəlil Fərahidi ərəb dilçiliyinin banisi kimi
VII əsrin ortalarından başlayaraq Yaxın və Orta Şərq ölkələrində yaranmış zəngin və çoxcəhətli dilçilik elmi ərəb dilçiliyi adlanır. Ərəb dilçiliyi mahiyyətinə görə istila olunmuş xalqların dil haqqında biliklərinin məcmusudur. Ərəb elminin görkəmli xadimləri xilafətin tərkibindəki müxtəlif xalqların, yaxud da onlarla iqtisadi, mədəni əlaqəsi olan xalqların nümayəndələridir. Burada ərəblərlə bərabər suriyalılar, farslar, misirlilər, yəhudilər, türklər, yunanlar və başqaları da vardır. Ərəb xilafəti dövründə ərəb dili elm və dövlət dili idi. Buna görə də dilçiliyə dair bilik ərəb dilində inkişaf etdirilirdi.
Ərəb dilçilərinin leksikoqrafiya sahəsindəki xidmətləri daha böyükdür.Ərəb lüğətçiliyi ,ilk növbədə,Sibaveyhinin müəllimi olan ərəb dilçiliyinin banilərindən biri Xəlil Fərahidi (718– 791) hesab olunur. Təxminən 718-791-ci illərdə yaşamışdır.Ərəb dilçiliyinin Bəsrə məktəbinin nümayəndəsi olan Xəlil “Kitab əl-Ain” adlı ilk ərəb dili lüğətini tərtib etmişdir.Alimin əsərindən bizim dövrümüzə qədər yalnız bəzi təfriqələr qalmışdır.
Ərəb xilafətinin dilçiləri qədim dövrün dilçilik ənənələrindən istifadə etmişlər. Hind və yunan dilçiliyindən istifadə olunduğu üçün bəzi Avropa dilçiləri ərəb dilçiliyinin müstəqilliyinə şübhə ilə yanaşmışlar. Orta əsr Şərq dilçiliyinin qədim dövr dilçiliyinin ənənələrindən istifadə etməsi ərəb dilçiliyinin müstəqilliyinə heç cür xələl gətirmir. Ərəb dilçiliyi qədim dilçiliyə əsaslanaraq müstəqil inkişaf etmiş və yeni-yeni elmi müddəalarla dilçiliyi zənginləşdirmişdir. Şərq xalqlarının dilçiliyi ərəb xilafəti dövründə nəzəri və əməli dilçiliyin bir sıra məsələlərini işləmiş, dil haqqında elmə yeniliklər gətirmişdir. Bu dövrün dilçiliyi fonetik, qrammatik və leksikoloji məsələlərin aydınlaşdırılması ilə xarakterizə edilir.


Mövzu 3 : Paris dilçilik məktəbi


Sosiologizm cərəyanının ikinci mühüm məktəbi Paris dilçilik məktəbidir. Bu məktəbin ən görkəmli üzvləri Antuan Meye və onun tələbəsi Jozef Vandriyesdir.
Antuan Meye (Antoine Meillet, 1866–1936). XX əsr Fransa dilçiliyinin başçısı A.Meye elmi fəaliyyətə XIX əsrin sonlarından başlamışdır. A.Meyenin əsərlərinin biblioqrafiyasından aydın olur ki, onu təkcə müasir hind-Avropa dilləri deyil, klassik dillər də maraqlandırmışdır. Elə bir hind-Avropa dili tapılmaz ki, Meye yaradıcılığında ondan bəhs etməmiş olsun. Onun əsərlərində german və slavyan dilləri, qədim yunan, toxar, latın və sair dillər geniş tədqiq edilir. A.Meyenin elmi irsi çox zəngindir. O, 24 kitabın, 540 elmi məqalənin müəllifidir. Onun əsas əsərlərinə bunları misal göstərmək olar: “Hind-Avropa dillərinin müqayisəli öyrənilməsinə giriş” (1903), “Tarixi dilçilikdə müqayisəli metod” (1925), “Klassik dillərin müqayisəli qrammatikası” (1925), “Latın dilinin tarixi oçerki” (1928), “Ümumslavyan dili” (1934) və s.
A.Meye linqvistik tədqiqatın metod və prinsipləri ilə xüsusi olaraq maraqlanmışdır. O, bu problemə toxunarkən müqayisəli-tarixi metodda qüsurlar olduğunu göstərir və bunun təkmilləşdirilməsini təklif edirdi.Öz nəzəri mövqeyinə müvafiq olaraq, A.Meye dilin bir çox hadisələrini sosioloji planda izah etməyə çalışmış dır. O, sözlərin mənalarının sosioloji əlamətlərinə görə dəyişdiyini göstərirdi. Onun fikrincə, bu və ya başqa söz geniş sosioloji qrupdan məhdud qrupa keçdikdə onun mənası daralır. Əksinə, məhdud sosioloji qrupdan geniş qrupa daxil olanda isə məna genişlənir.
Jozef Vandriyes dilçilikdə sosiologizm cərəyanının məşhur nümayəndələrindən hesab olunur. Əsasən, klassik dillər üzrə ixtisasçıdır. Onun kelt dilinə dair də tədqiqatları vardır. J.Vandriyes ümumi dilçilik problemləri ilə çox maraqlanmış və bu sahədə onun bir sıra elmi çıxışları olmuşdur. Onun “Dil” adlı əsərində dilçiliyin ən vacib problemlərinə toxunulmuşdur. Vandriyes dili sosioloji fakt hesab etmiş və dil hadisələrinin təhlilinə də bu baxımdan yanaşmışdır.

Yüklə 332 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin