Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti


Mövzu 6 :Fonologiya və onun obyekti



Yüklə 332 Kb.
səhifə4/6
tarix28.11.2022
ölçüsü332 Kb.
#70957
1   2   3   4   5   6
dilcilik

Mövzu 6 :Fonologiya və onun obyekti
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji relevantlığını və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın obyekti fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühim probləmlərdən biridir. Sözü fərqləndirə bilməyən səslər fonem variantları adlanır. Bunlar qeyrimüstəqil səslərdir. Fonem variantları akustik cəhətdən qüvvətli səsə – fonemə və bir-birinə yaxın, oxşar olur.
Nəticə olaraq demək lazımdır ki, bütün danışıq səsləri fonem deyildir, lakin bütün fonemlər danışıq səsləridir.
Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır. İndi işlənən mənada fonem məsələsini ilk dəfə o.dilçiliyə gətirmiş və onun ilk izahını vermişdir. Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V.Kruşevski (1851-1887)tərəfindən inkişaf etdirilmişdir. Boduenin fonem haqqındakı fikri sabot olmamışdır. Əvvəlcə fonemə etimoloji-morfoloji hadisə kimi baxan görkəmli alim sonralar psixoloji nmövqeyə keçmiş və fonem məsələsini məhz bu mövqedən izah etmişdir. Fonemin ilk tədqiqatçısı Boduen 1917-ci ildə çap olunmuş "Введение в языкознаие" ("Dilçiliyə giriş") adlı əsərində yazmışdır:"Biz psixikamızda mövcud olan səsin anlayışını ,yəni tələffüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq."

Yüklə 332 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin