Bakı Avrasiya Üniversiteti Ad: Umxanım Soyad: Əliyeva Fakültə: Filologiya (ingilis dili və ədəbiyyatı) Fənn: Dilçiliyə giriş Müəllim: Cəlil Babayev Mövzu: Fonem nəzəriyyəsi tarixi Fonem



Yüklə 90,94 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü90,94 Kb.
#34905
  1   2
fonem nəzəiyyəsi


Bakı Avrasiya Üniversiteti



Ad: Umxanım
Soyad: Əliyeva
Fakültə: Filologiya (ingilis dili və ədəbiyyatı)
Fənn: Dilçiliyə giriş
Müəllim: Cəlil Babayev
Mövzu: Fonem nəzəriyyəsi tarixi


Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s.

Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstoqil dil vahidlərindən hesab olunur.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' — 'alma. Omoqraflarda vurğu mənanı dəyişir: 'alma-alma', g'əlin-gəl'in. Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Altemasiya adlanan bu proses morfem və sözlərin daxilində müxtəlif amillərin təsiri nəticəsində fonemlərin əvəzlənməsini nəzərdə tutur. Qeyd edildiyi kimi, fonemlər diskret vahidlərdir, yəni özləri kimi fərqləndirmə və tanıma funksiyasını yerinə yetirən daha kiçik hissələrə bölünmür, həm də morfem və leksemlərin fonetik qabığında düz xətt boyunca bir-birinin ardınca düzülür (işarənin xətti-linearitet prinsipi). Amma bu heç də o demək deyildir ki, morfem və sözlərin fonem tərkibi daima sabit qalır və heç zaman dəyişikliyə uğramır. Dəyişiklik olmazsa, sistem öz daxili mütəhər- rikliyini qoruyub saxlaya bilməz. Söz və morfemlərdə fonem dəyişikliyi flektiv dillərdən sayılan german dillərində daha çox müşahidə olunur. Fonem əvəzlənməsini doğuran səbəblər bir tərəfdən dilin bu günü, digər tərəfdən isə keçmişi ilə bağlı olur. Aşağıdakı misallara müraciət edək.




Yüklə 90,94 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin