Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mühazirə 2. Mövzu № 2. Təhsildə istifadə olunan İKT avadanlığı, elektron və multimediya tədris vasitələri



Yüklə 106,46 Kb.
səhifə8/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

Mühazirə 2.
Mövzu № 2. Təhsildə istifadə olunan İKT avadanlığı, elektron və multimediya tədris vasitələri.
Plan:
1.Təhsil sisteminin informasiya cəmiyyətiin tələblərinə uyğunlaşdırılmasında Dövlət proqramları və tədbirləri.
2.İKT-nin təhsilə tətbiqində əsas məqsədlər və vəzifələr.
3. İKT-nin təhsilə tətbiq istiqamətləri.
4.Təhsildə istifadə olunan İKT-nin aparat və proqram təminatı.
5.Elektron və multimedia tədris vasitələrinin təsnifatı və hazırlanmasına qoyulan tələblər
6.Elektron və multimedia tədris vasitələrindən istifadənin metod və prinsipləri.
1.Təhsil sisteminin informasiya cəmiyyətiin tələblərinə uyğunlaşdırılmasında Dövlət proqramları və tədbirləri.
Bu gün informasiya və kommunikasiya texnologiyaları (İKT) dinamik inkişafın ən önəmli amili kimi çıxış edir və dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasına təkan verir. Qloballaşan dünyada təhsil sisteminin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması və bu məqsədlə informasiya cəmiyyətində təhsilin modernləşdirilməsi məsələlərinin həlli təhsildə İKT-dən geniş və səmərəli istifadə olunmasını tələb edir. Dünya iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan ölkələrin təhsil sistemləri də məhz bu tələbləri ödəməyə məhkumdur. Bu amil inkişaf etmiş ölkələri təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələ islahatlar keçirməyə vadar etmişdir. Təhsildə İKT kursu bir sıra məsələlərə (təhsildə idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi, distant təhsil, Elektron təhsil və s.) – təhsilin bütün mərhələlərində İKT-nin səmərəli tətbiqinə dair metod və vasitələrin öyrədilməsinə həsr olunacaqdır. Kursun əsas məqsədi təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas prinsiplərin və onların inkişaf yollarının göstərılməsi və bu sahədə əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin, tətbiq olunmalı metod və mexanizmlərin öyrədilməsidir. Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının təmin olunması cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnməy tələb edir. Bu gün yüksək texnologiyalı milli iqtisadiyyatın və İnformasiya cəmiyyətinin yaradılması ölkələrin dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir. Belə vəziyyətdə informasiya və kommunikasiya texnologiyaları (İKT) inkişafın ən önəmli amilinə çevrilir və bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını təmin edir. Təhsil sisteminin İnformasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması ölkədə yeni təhsil texnologiyalarının, xüsusilə də İKT yönümlü təhsil innovasiyalarının istifadə metodlarının yaradılmasını və dünyanın qabaqcıl təhsil sistemlərinin təcrübələrinin mənimsənilməsini tələb edir. Bu gün dünya iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulması tələb olunur. Bu amil inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələ islahatlar keçirilməsinə səbəb olmuşdur. İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitlərində məhz təhsilin modernləşdirilməsi məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı” qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə – “Xalq Kompüter” layihəsi həyata keçirilmişdir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsindә İKT-nin tәtbiq edilmәsi və İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını göstərir. Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (təhsildə idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün mərhələləri üzrə xarakterizə olunacaq, təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlər, vəzifə və prinsiplər göstəriləcək, onların inkişaf yolları və bu sahədə fəaliyyət istiqamətləri, tətbiq olunmalı metod və mexanizmlər öyrəniləcəkdir. Bundan əlabə Respublikada 21 avqust 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" xüsusi əhəmiyyətə malikdir. Proqram ölkənin ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması və ümumilikdə, təhsil sisteminin İKT əsasında qurulması məqsədi daşıyırdı. Qeyd edək ki, proqramın icrası nəticəsində ölkənin bütün orta ümumtəhsil məktəblərinin kompyuter və digər zəruri İKT avadanlığı ilə təmin olunması prosesi başa çatdırıldı və yuxarıda qeyd etdiyimiz kimi pedaqoqların İKT üzrə savadlarının artırılması, onların tədris prosesində İKT-dən səmərəli istifadəsini təmin etmək məqsədilə dövlət hesabına seminarlar, kurslar və s. bu kimi müxtəlif tədbirlər həyata keçirildi. Lakin bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Təhlillərdən aydın olur ki, ölkədə təhsil ocaqlarının kompyuter avadanlığı ilə təminatındakı irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən cavab vermir. Müasir təhsil texnologiyalarının geniş miqyaslı tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasına xidmət etməlidir. Lakin bu gün şagird (tələbə)/kompüter nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlərdən biri olaraq qalır. Bu gün ölkənin təhsil sisteminin bütün pillələrində kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter avadanlığından, rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanlarını məhdudlaşdırır. Araşdırmalar göstərir ki, respublikada təhsil prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə və yüksək sürətli İnternet əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali məktəblərində İnternet əlaqəsi tam təmin olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta ixtisas məktəblərinin isə 12 faizi özlərinə məxsus intranet şəbəkə ilə İnternetə çıxış imkanlarına malikdir. Təhsil müəssisələrinin böyük əksəriyyətinin (xüsusilə orta ümumtəhsil məktəblərinin) veb-səhifələrinin olmaması, onların müəssisədaxili rəqəmsal şəbəkələrinin formalaşdırılmaması da həmin tədris müəssisələrini ölkədaxili ethernet şəbəkədə aktiv iştirak imkanlarından məhrum edir. Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması hələ də ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır. Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin ölkənin təhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda durur. Yuxarıda göstərilən qlobal problemlərin həllindən ötrü, 2007-ci ildə ölkədə daha bir Dövlət Proqramı - "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nı qəbul etdi. Hər iki Dövlət proqramı və yuxarıda adları çəkilən digər tədbirlər əsasən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" sənədinin müddəalarına əsasən hazırlanmışdı. Bunlardan əlavə, qeyd olunmalıdır ki, Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" elan etmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. Təhsil müəssisələrinin komputerləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər yaradır. Belə ki, informasiya texnologiyalarından bu gun nəinki təhsil müəssisələrinin idarə olunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata kecirilməsində də geniş istifadə olunur. Xususən də internetin yaranması, gənclər arasında onun cox populyar olması, təhsilin cox muxtəlif sahələrində yeni-yeni üfüqlər açir. Bu gunə qədər pedaqoqlar fərdi komputer kimi güclü təlim vastəsinə tarixən hec vaxt malik olmamışlar. Təlimdə elə texniki vasitə yoxdur ki, didaktik imkanlarına gorə kompyuterlə muqayisə edilə bilsin. İnformasiyanın surətli artımı şəraitində təhsilin məzmununa və təşkilinə qoyulan tələblər də dəyişir. Bu gunun təhsili şagirdlərə daha cox informasiya yadda saxlamaq yox, məntiqi və məhsuldar duşunməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi oyrətməlidir. Bu baxımdan bu gün tədris prosesində şagirdlərin idrak fəallığının yuksəldilməsi daha aktual problemlərdəndir.

2. İKT-nin TƏHSİLƏ TƏTBİQİNDƏ ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR İKT-nin təhsil sisteminə tətbiqi üçün aparılan işlər, görülən tədbirlər təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılmasına zəmin yaradır. Bu isə, öz növbəsində, əhalinin bütün təbəqələri üçün keyfiyyətli və fasiləsiz təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasına xidmət edir. Qısaca desək, İKT-nin təhsilə tətbiqi əsasən aşağıda göstərilən məqsədləri əhatə edir: - Təhsilin keyfiyyətinin artırılması; - Yeni informasiya mədəniyyətinin formalaşdırılması; - Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi; - Təhsil sisteminin dünyanın təhsil, elm, mədəniyyət və informasiya məkanına inteqrasiyasının təmin edilməsi. Bundan əlavə, İKT-nin təhsilə tətbiqi həm də aşağıda göstərilən sahələr üzrə yeni təhsil münasibətlərinin formalaşmasına səbəb olur: - təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatında səmərəliliyin artırılması; - bütün fənlər üzrə tədris-metodiki resursların elektronlaşdırılması; - tədris planlarında və kurrikulumlarda İKT-dən istifadəyə geniş yer verilməsi; - təhsildə yeni nəsil rəqəmsal tədris və proqram resurslarının istifadənin genişləndirilməsi; - yeni təhsil formalarının yaranması (distant və elektron təhsil sistemləri də daxil olmaqla) və tətbiqi; - təhsil müəssisələrinin ölkədaxili korporativ və yüksək sürətli İnternet şəbəkəsinə çıxışının təmin olunması; - cəmiyyətin təhsil sistemində gedən proseslərə daha yaxından cəlb edilməsi (bu məqsədlə vahid təhsil portalının yaradılması); - İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyasının təmin edilməsi məqsədilə proqramların hazırlanması və tətbiqi; - təhsil prosesinin idarə edilməsində effektivliyin artırılması məqsədi ilə müəssisələrin elektronlaşdırılması; - təhsil sistemində çalışan pedaqoji və inzibati-idarəetmə kadrlarının İKT üzrə bilik və bacarıqlarının yüksəlməsi, yerli ekspert potensialının gücləndirilməsi işində İKT yönümlü innovasiyalardan yaradıcı istifadə edən pedaqoqların dəstəklənməsi, onların iş təcrübəsinin öyrənilməsi və yayılması; - bütün təhsil pillələri üçün İKT əsaslı tədris proqramlarının işlənməsi; -İKT vasitələrinin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və digər sahələri əhatə edəcək sənədlər bazasının formalaşdırılması. 2.


3.İKT-nin TƏHSİLƏ TƏTBİQ İSTİQAMƏTLƏRİ


Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün əsasən aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi vacibdir: 2.1. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi: Bu məqsədlə - təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması; - təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi; - təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və nəzarət sisteminin yaradılması; - intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması. 2.2. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi: - bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması; - elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası; - ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi; - təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması; - vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması; - təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi. 2.3.Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması: Bu istiqamətdə aşağıda göstərilən mərhələlər üzrə vəzifələrin həyata keçirilməsi məqsədəuyğun hesab edilir. - təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi; - təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, "elektron hökumət" prinsiplərinin tətbiqinin genişləndirilməsi; - təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması. 2.4. Kadr potensialının gücləndirilməsi: - təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi; - yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi; - bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi; - yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası si9isteminin yaradılması. 2.5. Təhsilin informasiyalaşdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər də yaradır. Təhsil sistemində bu, daha çox öyrənənlərin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Yeni informasiya mənbələrinə daxil olan uşaqlar daha çox aşağıdakı təsirlərə məruz qalırlar: - Psixi-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən; - Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan; - Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran. Bundan əlavə, ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır. Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir: - informasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki proqramlarda və təhsilin informasiyalaşdırılma layihələrində və proqramlarında nəzərə alınmalıdır; - informasiya təhlükəsizliyinin bütün istiqamətləri üzrə (təşkilati, normativ və texnikitexnoloji ) zəruri sənədlər hazırlanmalıdır; - İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, məktəblilərə, valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır; - Təhsil prosesi iştirakçılarında müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hörmət hissi aşılanmalıdır; - informasiya texnologiyalarının təhsil prosesi iştirakçılarına təsirləri ilə bağlı mövcud xarici təcrübə öyrənilməli və tətbiq edilməlidir. 2.6. Təhsilin informasiyalaşdırılması üçün tədris-metodiki bazanın yaradılması Təhsilin informasiyalaşdırılması üşün tədris-metodiki baza dedikdə əsasən elektron tədris materialları və elektron metodiki vəsaitləri özündə saxlayan elektron baza başa düşülür. Bu vəsaitlərin hazırlanmasında baza təhsil planlarının tələbləri ciddi nəzərə alınmalı, yeni texnologiyaların üstünlüklərindən, müəllimlərin, proqramçı-dizaynerlərin, psixoloqların, təhsil ekspertlərinin bu prosesdə iştirakına nail olunmalıdır. Hazırlanmış bütün elektron tədris vəsaitləri bu məqsədlə xüsusi yaradılmış və müasir maddi-texniki baza ilə təchiz olunmuş təcrübə mərkəzlərində yoxlanılmalı və sertifikatlaşdırılmalıdır. Setrifikatlaşma əsasən tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətlərini dərindən bilən, təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq və qabaqcıl təcrübəyə yiyələnmiş ekspert rəyləri əsasında aparılmalı, materialların keyfiyyəti xüsusi hazırlanmış metodika üzrə qiymətləndirilməlidir. Təhsil müəssisələrində Elektron kitabxana və elektron kataloqların, mediatekaların yaradılması və virtual kitabxana texnologiyalarının tətbiqinə nail olunmalıdır. Elektron dərs vəsaitlərindən düzgün və səmərəli istifadənin təşkili məqsədi ilə metodiki tövsiyələrin və elektron metodiki-tədris materiallarının hazırlanıb tədris müəssisələrinin istifadəsinə verilməsinə nail olunmalıdır. - Bunlardan əlavə təhsilin informasiyalaşdırılması üçün tədris-metodiki bazanın yaradılması və ondan səmərəli istifadənin təşkilinin təmin olunması məqsədilə müəssisənin təhsil portalının yaradılması vacib sahələrdəndir. Təhsil portalında elektron formada olan bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər, məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilə, fənnlər üzrə metodiki dəstəklə bağlı bölmələr yaradıla bilər. 2.7. Təhsildə informasiyalaşdırmanın elmi, tədris-metodiki, normativ-hüquqi əsasları və normativ-hüquqi bazanın təkmilləşdirilməsi. Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, dünya təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar informasiya cəmiyyətinin formalaşma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən daha effektiv istifadə edilməsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır. İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması aşağıdakıları nəzərdə tutur: - Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən optimal variantlarının hazırlanması; - İKT-nin təhsildə tətbiqinin yeni, daha effektli variantlarının hazırlanması; - Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi; - Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin yeni şəraitdə istifadə metodologiyasının hazırlanması; - Təhsilin müxtəlif sahələrində yerli və qlobal kompüter şəbəkələrinin effektiv tətbiqi üçün elmi əsaslarının hazırlanması; - Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi; - Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzinin yaradılması; - Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi; - Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması, yayılması. - informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ-hüquqi aktların və normativ sənədlərin monitorinqinin aparılması; - təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi; - Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin