Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


MOO (Multi User Object Oriented), MUD (Multi User Domain) və IRC (Interactive Relay Chat) texnologiyaları



Yüklə 106,46 Kb.
səhifə11/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

3.MOO (Multi User Object Oriented), MUD (Multi User Domain) və IRC (Interactive Relay Chat) texnologiyaları
 MOO (Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları – Multi-user Object Oriented – obyekt yönümlü çoxistifadəçilərin qısaldılmış formasıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOOnun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar. Bir çox dirstant təhsil kursları özlərində MOO seansları təşkil edirlər. Seansların keçirilmə vaxtları barədə istifadəçilərin e-poçtlarına göndərilir. Həmçinin kursların vaxtları kursların veb səhifələrində də yerləşdirilir.
 MUD texnologiyaları MUD texnologiyaları (Multi User Domain – “çoxistifadəçili domen”) MOO texnologiyalarına çox oxşayırlar. MUD texnologiyalarının köməkliyi ilə qrupla və həmçinin fərdi görüşlər yaratmaq olar. MUD-a müxtəlif istifədəçilərə kiçik və ya hamının müzakirəsi üçün MUD məktub da daxildir. MUD həmçinin situasiyalı modellər də yaratmağa imkan yaradır. Verilmiş texnologiyanın hərtərəfli yayılmış distant təhsil mərkəzlərində istifadəsi səmərəlidir.
 IRC texnologiyaları IRC (Interactive Relay Chat – Interaktiv ötürülən söhbət) texnologiyaları – real vaxtda yüzlərlə istifadəçiyə mətn məumatlarını göndərmək və baxmaq imkanına malik proqram təminatıdır. Müəlliflərin bütün məlumatları və koordinatları ekranda əks olunur. IRC istifadəçilərə hər bir söhbətlər üçün müxtəlif kanallar təklif edir. Hər bir kanal öz söhbətini əks etdirir. Hər bir kanalın kanalı idarə edən, onu özəl edən (istifadəçilərin saylna məhdudiyyət qoyan), müəyyən istifadəçiləri silə bilən, kanalı bağlaya bilən öz operatoru var. Operator – kanalı açandır. Yazıları sonra baxıb analiz etmək üçün diskə yazmaq olar. IRC texnologiyalarının distant təhsildə daha rahat istifadə edilməsi üçün – özəl kanal yaratmaq və onada konsultasiya, test və məqbulların keçirilməsini təmin etməkdir. Distant kurslarda bu cür yanaşmadan istifadə edilir. Bu çür elanlar Distant təlim mərkəzinin saytındaki elanlar lövhəsində asılır. Birdəfəlik dialoq (chat) istifadəçilərə praktik anı olaraq mətn dəyişmək, dialoqu modelləşdirmək, real vaxtda üz-üzə baş verən söhbətlər imkanı verir. Bu funksiyanı əsasən, açıq protokolda əsaslanmış Internet Relay Chat, “momental poçt” adlandırırlar. Birdəfəlik dialoq funksiyasının istifədəsinin çatışmazlıqları intraşəbəkədə ondan ibarətdir ki, cari onlayn əməliyyatlar əvvəlcədən planlaşdırlımalıdır, belə ki praktik olaraq bilmək lazımdır ki cari anda kim qoşulub və kimə suallar vermək və kimdən cavablar almaq lazımdır.  WWW texnologiyaları WWW texnologiyaların (World Wide Web – Ümumdünya hörümçək toru) əsasında http protokolu və hipermətnları yazmaq üçün HTML dili durur. Qeyd etmək lazımdır ki CGI protokolu, Java, Java Script, Active X, Macromedianın multimedia texnologiyaları ilə, Real Audio, MPEG və digər texnologiyaların köməkliyi ilə səsin ötürülməsi kimi üstün imkanlarına görə WWW distant təhsil kurslarında məhdudiyyətsiz üstünlüklərə malikdir. Əsas üstünlük ondan ibarətdir ki kursların yaradılması üçün məs Teelevisiya sistemlərindəki kimi bahalı aparatura alınmasına ehtiyac yoxdur. Müasir proqram paketlərinin əsas üstünlükləri ondan ibarətdir ki heç bir proqrammist dəvət etmədən müəllimlərə distant təhsil kurslarını yaratmaq imkanı verir. Cari kursun keçirilməsi maksimal olaraq avtomatlaşdırıla bilər. Kursun keçirilməsi İnternet şəbəkəsinə çıxışı olan, məşhur brouzer proqramladan olan MS Internet Explorer və Netscape Navigator vastəsi ilə realizə olunur. Kompüterin səs kartı, akustik sistem və arzu olunur ki çox da baha olmayan Vebkamera ilə təctiz olunması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki WWW texnologiyalar mətn və şəkil informasiyalarını realizə etmək, səs vermək , video imkanlar, testləşdirməni avtomatik rejimdə realizə etmək, səs və video əlaqələri (İnternet telefoniya) realizə etmək imkanları verir. Bura elektron kitabxanalar, elektron təliom mərkəzləri, elektron testləşdirmə, sertifikatlaşdırma mərkəzləri daxildir.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin