Mühazirə 4. Mövzu № 4. Elektron Təhsil Sistemləri və onların struktur quruluşu. Plan:
1.Elektron Təhsil Sistemləri, onların yaradılma prinsipləri, xüsusiyyətləri və tətbiqinə qoyulan əsas tələblər.
2.Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri.
1.Elektron Təhsil Sistemləri, onların yaradılma prinsipləri, xüsusiyyətləri və tətbiqinə qoyulan əsas tələblər.
ELEKTRON TƏHSIL SISTEMLƏRI (ETS) VƏ ONLARIN TƏTBIQ XÜSUSIYYƏTLƏRI ETS-lər Elektron informasiya sistemi olaraq, virtual siniflərdə (auditoriyalarda) təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılır və öyrənən, öyrədən, tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə birləşdirən Elektron informasiya sistemlərinə deyilir. Elektron Təhsil Sistemləri və bu məqsədlə yaradılmış köməkçi vasitələr müxtəlif iş rejimlərində fəaliyyət göstərən obyektlərin işini tənzimləyir və həmin obyektlərin müstəqil idarə olunmasının təmin edilməsində istifadəçiyə kömək edir. Şəkil: Elektron təlim sistemlərinin ümumiləşdirilmiş blok sxemi ETS-nin bəzi əsas üstünlükləri: Riyazi modellərlə adekvatlılığın olması; İdarəetmə orqanlarının aydın təsəvvür olunması imkanlarının olması, modelləşdirilən obyektin indeksləşdirilməsi; Elektron mühazirələrin virtual auditoriyalarda genişləndirilmiş istifadəçi heyəti üçün yararlılığı Qiymətləndirmə öyrənənlərin səhvlərinin analizi sistemi Təhsil və digər məşqələ materiallarının elektron məlumat bazası Virtual obyektin vəziyyətinin protokollaşdırılması sistemi Obyektin riyazi modeli Virtual obyektin vizual təsviri Real obyektlər üzərində indikasiya və idarəetmə orqanları İdarəetmə orqanlarının, indikasiya obyektlərinin, və onların üizual təsvirlərinin modelləri Və.s. Ümumiyyətlə, ETS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda gösərilən mərhələləri əhatə edir: 1. Ənənəvi Təhsil Sistemindən (ƏTS) Elektron Təhsil Sisteminə keçid inqilabi xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata keçirilməlidir. 2. ETS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən ibarət olması məqsədəuyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən qanunauyğunluğa riayət olunması, bütün prosesin texnoloji mərhələlər və tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır. 3. ETS-in tam həcmdə (bütün kompleks alt sistemlərilə) istismarının aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi məqsədəuyğundur: ETS-lərin tətbiqinə minimum sayda pilot təhsil müəssisələrində tədricən başlanılır (ibtidai, natamam orta, orta-ixtisas, ali təhsil müəssisələrində) və bu zaman ortaya çıxan problemlər aradan qaldırıldıqca sistemin seçilmiş müəssisələrdə daha geniş miqyasda tətbiqi başlanılır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılması, ETS-in istismarı regional və mərkəzi təhsili idarəetmə qurumları cəlb olunması ilə davam etdirilir. Bu qurumların tərkibində ETS strukturlarının yaradılması həyata keçirilir. Yalnız ETS-n pilot müəssisələrdə tətbiqindən gözlənilən nəticələr özünü doğrultduğu halda onun müəssisələrdə tam tətbiqinə başlanması məqsədəuyğun sayıla bilər. 13.1.ETS-in kompleks alt sistemləri. Elektron Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış və ümumi interfeysə malik 5 əsas kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ETS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə mühümlük dərəcəsinə görə sıralanmış aşağıdakılar aid edilir: 13.1.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS) Bu alt sistem əsasən ETS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatları özündə cəmləyir: Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik informasiyaları, o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədlərı, təhsil standartlarını və s. Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri; Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlari; Təhsillə bağlı elektron kitabxana resurslarını(dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik məqalələr və s.); Yeni təhsil texnologiyaları haqqında informasiyaları; Bu və digər məlumatlar toplanmış Elektron bazalar əsasən aşağıdakı funksional tələblərə cavab verməlidirlər: Məlumatların saxlanılması, arxivləşdirilməsi, bərpası; Çeşidləmə və axtarış; Analiz və sintez; Kommunikasiya xətləri vasitəsilə ötürülmə. ÜİBS ETS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalı və istifadə edilməlidir. ÜİBS-in “istifadə” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ETS-lə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik olmalıdırlar. 13.1.2. Təhsildə Yoxlama, qiymətləndirmə və keçid alt sistemi (TYQKS) Bütün tip təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin (şagirdin, tələbənin və s.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. Bu baxımdan ETS-in həmin sahəyə tətbiqi prinsipial xarakter daşıyır və təhsilin avtomatlaşdırılması zamanı prioritet mövqe tutur.