Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Web 2.0. texnologiyaları və Google alətləri və tədrisin təşkilində onlardan istifadə



Yüklə 106,46 Kb.
səhifə13/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

5.Web 2.0. texnologiyaları və Google alətləri və tədrisin təşkilində onlardan istifadə


WEB 2.0 TEXNOLOGİYALARI VƏ GOOGLE ALƏTLƏRİ Veb 2.0 texnologiyaları internet üzərindən yayımlanan ikinci nəsil şəbəkə xitmətləridir. Birinci nəsil xidmətlərdən - Veb 1.0 xidmətlərindən fərqli olaraq Veb 2.0. texnologiyalarının internet birgə istifadə etmək, iri həcmli informasiya məhsullarının mübadiləsi üçün geniş imkanları var. Artıq dünya Veb 2.0 internet saytlarına keçməkdədir. Bəs Veb 2.0 texnologiyalarına nələr aiddir? Veb 1.0 saytları özündə yalnız məlumat xarakterli informasiya saxlayır, daşıyırdı və yalnız bir nəfər tərəfindən idarə olunurdu. Əgər bu tipli saytlara yeni informasiya daxil etmək lazım gəlsəydi, problemlər yaranır və mütləq bu məqsədlə saytın yenilənməsinə cavabdeh olan mütəxəssis tapılmalı iidi. Veb 2.0 tipli saytlarda isə ziyarətçilər də saytda gedən məlumatlar üzərində dəyişiklik edə bilirlər. Eyni zamanda bu tip saytlar dizayn cəhətdən də daha gözəl olurlar. Bu saytlara misal olaraq Google Adsense, Vikipediya, Flickr, WordPress, Blogger kimi saytları göstərmək olar. Veb 2.0 termini 2005-ci ilin sentyabrında Tim O Reillinin what is Web 2.0‖məqaləsindən sonra geniş istifadə olunmağa başladı. Tim O Reillinin məqaləsində internet məkanında ümumi, oxşar cəhətləri olan veb səhifələrin meydana çıxmasını qeyd etmişdi və bununla yanaşı onları Web 1.0 xidmətlərinə alternativ olaraq Veb 2.0 adlandırmişdı. Veb 2.0 texnologiyalarının əsas imkanları olduqca böyükdür və əsasən aşağıda göstərilənləri əhatə edir: 1. Veb səhifənin yaradılması. Hər bir istifadəçiyə imkan verir ki, veb səhifədən müstəqil istifadə edərək özü informasiyalar qeyd etsin. İstifadəçilər müstəqil olaraq şəbəkədə gündəlik, məqalə, şəkil, audio, video yazılar, qeydlər və o cümlədən öz səhifələrinin dizaynının formalaşdırsın. 2. Materiallardan daimi istifadə imkanı. Bu imkan istifadəçilərdə şərait yaradırki, şəbəkədə keçmişdə dərc olunmuş materialları nə vaxt dərc olunmasından asılı olmayaraq istədiyimiz vaxt istifadə edək. İndi biz hər zaman istədiyimiz vaxt əvvəllər dərc olunan materialları təkrar-təkrar istifadə edəcəyik. Bu imkan verir ki, tədris sahəsində həm fərdi və qrup layihələri icrası zamanı müəyyən mərhələlərdə nəticələrin fərqliliyini izləyə bilək. 3. İşarələmə - qruplaşdırılmış tapşırıqların həlli üçün vasitə. Hər bir əlfəcin (zakladka) sahibi xüsusi işarə kimi toladığı materiallara açar sözlər qoya bilər ki, bu da növbəti axtarışlarda istifadəçilər üçün axtarışı asanlaşdırar. 4. Şəbəkə istifadəçiləri arasında dinamik münasibər. Bu cür münasibət əsasən məqalələrin növləri, ayrı - ayrı məqalələr, şəkillər, rəsmlər vasitəsilə mümkün olur. Bununla biz şagird və tələbələrə şəbəkələr arasında məntiqi əlaqəni göstərə bilərik. Veb 2.0 sosial xidməti yeni müasir üsul və şəbəkə təminatıdır ki, qrup halında fəaliyyətə imkan verir. Bu fəaliyyətlər aşağıdakılardır: - istifadəçilərin fərdi təsiri və iştirakçılar arasında ünsiyyət - fikirlərin, ideyaların qeyd edilməsi, işarələr qoymaq və başqa mətnlərin düzəlişi ( Bloq, vikipedia) - internet resurslarına əlfəcinlər, keçidlər qoymaq (bobrdobr) - şəkil yerləşdirmək (flikr, fotki.ru) - kitab yerləşdirmək (skribd) - video xidmətlər (Yutub) - Coğrafi xidmətlər (Quql Yer, Vikimap) - İnformasiya mübadiləsi (messenger, skype) Veb 2.0 hər bir istifadəçiyə sərbəst surətdə şəbəkədə öz səhifəsini yaratmağa imkan verir. İndi hər bir istifadəçi nəinki, rəqəmsal kolleksiyalara daxil olub baxa bilmək imkanı əldə edəcək o cümlədən öz səhifələrində bu imkanlardan - Veb 2.0 xidmətlərindən istifadə edib belə kolleksiyalar yaratmaq imkanına da malikdir. Yeni imkanlar nəinki bizim yeni tapşırıqlarımızı həll etmək imkanına malikdir, həm də bizim dünya görüşümüzü dəyişmək və bizə ayrı-ayrı hadisələrə fərqli baxmağa imkan verir. Yuxarıda qeyd edilən sosial xidmətlər bir-biri ilə sıx bağlıdır. Veb 2.0 xidmətləri təkcə ünsiyyət üçün yaranmayıb. O cümlədən bu vasitə ilə qarşılıqlı təsir imkanlarına malik olmağı, yeni obyektlər yaratmağı və bu obyektlərin daxilində başqa obyektlər yerləşdirmək imkanları verir. Veb 2.0 sosial xidmət kimi nəinki ancaq sosial-ictimai sahədə o cümlədən pedaqoji sahədə də imkanları var. Hansı ki, mövcud imkanlardan sadəcə müxtəlif növ layihə metodlarından istifadə etməklə bu texnologiyalarda istifadə etmək olar. Bu cür təcrübələr bir çox inkişaf etmiş xarici dövlətlərdə istifadə olunur. Bu təcrübələrin real nəticələri həmin ölkələrin təhsil, sosial həyatlarında açıq görsənir. Veb 2.0 texnologiyalarının aşağıdakı pedaqoji imkanlarını nəzərdən keçirək: 1. Açıq, pulsuz və sərbəst surətdə elektron resurslardan istifadə etmək imkanı. Sosial xidmətlərin internet məkanında geniş yayılması nəticəsində təhsil məqsədi ilə çoxlu sayda material əldə etmək olar. Danışıq proqramları şəbəkə qrupları vasitəsi ilə ayrı ayrı yerlərdə təhsilnən məşğul olan istifadəçilər bilik və bacarıqların bölüşə bilərlər. 2. müstəqil surətdə internetdə təhsilə aid səhifələrin yaratmaq imkanı veirir. Yeni şəbəkə xidmətləri – veb 2.0 şəbəkədə köklü surətdə hər hansı nəşr və materialların yaradılmasnı sadələşdirir. İndi hər bir istifadəçi nəinki şəbəkə xidmətlərindən istifadə edə bilər o cümlədən öz veb səhifəsini müsətqil surətdə yarada bilər. Bu kimi səhifələr hər gün artır və internetdə günü gündən milyonlarla yeni şəkil, material, mövzu, rəsm, musiqi faylları yüklənilir. Bu materiallar təhsildə də istifadə etmək üçün əhəmiyyətlidir. 3. İnformasiyaların, bilik və bacarıqların özününküləşdirmək veb 2.0 texnologiyalarının üstünlüklərindən biridir. Veb 2.0 texnologiyaları informatika və kompyuterdən istifadə bacarıqları zəif olanlar üçün də geniş imkanlar açır ki, bu imkanlardan istifadə etməklə öz səhifələrini yarada bilərlər. İlk addımlarda daha effektli nəticələr almasalarda davamlı istifadə və texnologyanın sadəliyi təcrübələrinin istifadə zamanı inkişaf etməsinə gətirib çıxaracaq. Yeni fəaliyyət imkanları şəbəkədə həm informasiyanın axtarışı həm də şəbəkədə rəqəmsal obyektləri redaktə etmək – mətn yazmaq, şəkil yerləşdirib qeydlər etmək, proqram, musiqi və video yazılar yerləşdirmək, köçürmək imkanları verir. 4. Veb 2.0 texnologiyaları internet istifadəçilərinin qruplarda fəaliyyətinin praktik müşahidə etmək imkanı verir. İnternet şəbəkəsi şagird və tələbələr professional elmi qruplarda iştirak, müzakirələrdə iştirak imkanı verir ki, bu da onların bilik və bacarıqlarının armasına səbəb olur. Şəbəkədəki agentlər nəinki, bizim düşünmə bacarıqlarımızı o cümlədən birgə iş, fəaliyyət eyni layihələrdə iştirak, fikir mübadiləsi etmək imkanlarını yaradır. GOOGLE ALƏTLƏRİ VƏ TƏDRİSİN TƏŞKİLİNDƏ ONLARDAN İSTİFADƏ Google dünyanın aparıcı şirkətlərindən biri olaraq Təhsil sahəsinə xüsusi önəm verir və təhsil sahəsində istifadə etmək üçün bir birindən maraqlı müxtəlif alətlər təqdim edir. Google təhsil alətləri şagirdlərə öyrənmədə, müəllimlərə və təhsil sahəsində çalışan şəxslərə isə öyrətmə və idarəetmə prosesində yeni imkanlar yaradır. Google təqdim etdiyi müxtəlif onlayn resurslardan, qurğulardan istifadə edərək şagirdlər öz aralarında və müəllim ilə real zaman anında əməkdaşlıq, yaradıcılıq bacarıqlarını, problem həll etmə bacarıqlarını, tənqidi təffəkürlərini inkişaf etdirmək üçün şansı əldə etmiş olurlar. Google müəllimlər və şagirdlər üçün hazır təhsil proqramları təminatçısıdır. Google - un müəllimlər üçün mövcud olan sertifikatları dünyanın hər bir ölkəsində tanınan, beynəlxalq dərəcəli sertifikatlar hesab olunur. Bulud texnologiyaların xüsusi bir önəm daşıdığı dövrdə Google ən yeni xidmətləri ilə tanış olmaq və gündəlik həyatınızda, dərslərinizdə istifadə etmək üçün sizləri “Tədris prosesində Google alətləri” təlimlərimizə qoşulmağa dəvət edirik.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin