Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Elektron elmin arxitekturası və tərkib hissələri



Yüklə 106,46 Kb.
səhifə21/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

5. Elektron elmin arxitekturası və tərkib hissələri.

E-elm ərazicə paylanmış infrastruktura malik olub respublikanın elmi qurumlarını tam əhatə etmək vəzifəsini daşıyır. Məlumdur ki, respublikanın əksər elmi qurumlarını təşkil edən AMEA-nın, ali təhsil müəssisələrinin və digər elmi qurumların institut və təşkilatları Bakı şəhərində, AMEA-nın Naxçıvan və Gəncə Bölmələri, Şəki və Lənkəran Regional Elmi Mərkəzləri isə respublikanın coğrafi paylanmış ərazilərində yerləşirlər. Respublikada uğurla formalaşmaqda olan e-elm belə bir mürəkkəb infrastruktura malikdir və AzScienceNet elm kompüter şəbəkəsi əsasında formalaşır. E-elmi vahid bir sistem kimi təsəvvür etsək, onda onun həll etdiyi məsələlərə görə aşağıdakı altsistemlərdən təşkil olunduğunu görmək olar:  Elmin informasiya təminatı;  Elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər;  İntellektual analiz;  Qərarların qəbulu;  Elektron xidmətlər;  Fərdi məlumatların qorunması;  Beynəlxalq qurumlarla əlaqə;  E-elmin informasiya təhlükəsizliyi;  Vətəndaş elmi;  Big Data;  Şəbəkə infrastrukturunun yaradılması və s. E-elm mürəkkəb bir sistem olaraq müxtəlif təyinatlı və məqsədli texniki və proqram vasitələri toplusu ilə xarakterizə olunur.


Onun əsas tərkib hissələri aşağıdakılardır:  Infrastruktur (şəbəkə, qrid, hesablama buludları, idarəetmə, siyasət və s.),  verilənlərin toplanması (elmin sahələri üzrə),  verilənlərin saxlanması (verilənlər bazaları, xəzinə),  verilənlərin emalı (hesablama vasitələri, modelləşdirmə, proqram təminatı, statistika),  verilənlərin axtarışı,  verilənlərin analizi (bibliometrik və elmmetrik) ,  tətbiqi proqramlar (korporativ proqramlar, paketlər, qrafiki redaktorlar) və s.


6. Elektron elmin formalaşması mərhələləri.

E-elmin yaradılması milli səviyyədə onlayn elmi infrastrukturun (research e-infrastructure) formalaşmasını nəzərdə tutur. Bu da öz növbəsində ayrı-ayrı elmi təşkilatların informasiya sistemlərinin vahid qlobal informasiya fəzasını formalaşdırmış olur. Milli onlayn infrastrukturunun yaradılması ideyası bir çox ölkələrdə dövlət proqramları çərçivəsində həyata keçirilir. Beynəlxalq aləmdə ABŞ-ın kiberinfrastruktur, Avropa tədqiqat infrastrukturu, Yaponiya elmi qrid, Böyük Britaniya, Avstraliya, Kanada, Rusiya və Moldovanın milli onlayn infrastruktur layihələrini bunlara misal göstərmək olar. Azərbaycanda e-elmin əsası keçən əsrin 80-cı illərində qoyulmuş və bu sahədə görülmüş bəzi işlərin xronoloji ardıcıllığı aşağıdakı kimidir:


• Keçən əsrin 80-cı illərində АКАДЕМСЕТЬ (Сеть Вычислительных Центров Научных Учреждений Академии Наук СССР), РАСУНТ (Республиканская Автоматизированная Система Управления Наукой и Техникой) və АСОИАН (Автоматизированная Система Обработки Информации Академии Наук Азербайджана) layihələri həyata keçirilmişdir;
• 1991-ci ildə Azərbaycanda ilk dəfə İnternetə çıxış həyata keçirilmişdir;
• 1995-ci ildə Azərbaycanda ilk dəfə www.ab.az (www.science.az) saytı istismara verilmişdir;
• 90-cı illərin ortalarında Türkiyə Respublikasının dəstəyi ilə Akademiya şəhərciyində yerləşən elmi müəssisələri əhatə edən şəbəkə infrastrukturu yaradılmış və TURKSAT peykinə çıxış imkanı verilmişdir;
• Elmlər Akademiyasının şəbəkəsinə BP şirkəti tərəfindən bir sıra işçi stansiyalar və qurğular verilmişdir;
• Şəbəkə 2003-cü ildə NATO-nun «Virtual İpək Yolu» layihəsi çərçivəsində Telekommunikasiya peykinə qoşulmuşdur.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin