Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Elektron elm: məqsədlər və vəzifələr



Yüklə 106,46 Kb.
səhifə18/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

3.Elektron elm: məqsədlər və vəzifələr.


Elektron elm: məqsədlər və vəzifələr Azərbaycan Milli Elmər Akademiyasında (AMEA) aparılan islahatlar, həmçinin ölkə səviyyəsində İKT-yə böyük diqqət Respublikada uğurla formalaşmaqda olan “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin (e-elm) reallaşması və inkişafına zəmin yaratmışdır. E-elmin məqsədi müasir İKT-nin tətbiqi ilə AMEA institut və təşkilatlarının, həmçinin respublikanın digər elmi qurumlarının fəaliyyətinin yenidən qurulması, milli elmi “onlayn infrastrukturun” və informasiya fəzasının formalaşdırılmasıdır. Bununla da son nəticədə elmi təşkilat, kollektiv və alimlərin virtual məkanda birgə səmərəli fəaliyyətinə, elmi idarəçiliyin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olunur. Azərbaycan Respublikasında (AR) İnformasiya Cəmiyyətinin (İC) formalaşdırılması uğurla həyata keçirilir. Ölkədə elektron dövlət quruculuğu prioritet istiqamət kimi qəbul olunmuş, onun normativ-hüquqi bazası, əhatə dairəsi və həll etdiyi məsələlər daima genişləndirilir və inkişaf etdirilir. 2003 (Cenevrə) və 2005-ci illərdə (Tunis) keçirilmiş İC üzrə Ümumdünya Sammitində (World Summit on the Information Society - WSIS) İC-nin ümumi konsepsiyası qəbul olunmuş, onun əsas prinsipləri və məqsədləri müəyyən edilmişdir. WSIS-in Fəaliyyət Planının (FP) C7 bəndinə əsasən informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatın bütün sahələrində tətbiqi nəzərdə tutulur və bu e-hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd təsərrüfatı və e-elm kimi səkkiz müxtəlif sahəni əhatə edir. AR-də C7-də irəli sürülən müddəalar əsas götürülərək İC ideyaları göstərilən fəaliyyət sahələri ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir. “E-elm” termini ilk dəfə 1999-cu ildə Birləşmiş Krallığın elmi şuralarının baş direktoru Con Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual eksperimental mühitlərin təşkili də daxil olmaqla kollektiv eksperimental elmi tədqiqatların aparılmasının yeni metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda elan edilmiş “e-elm” proqramı bu yeniliyin yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır. Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın Perspektiv Tədqiqat Layihələri Agentliyinın (Advanced Research Projects Agency) ARPANET layihəsinin əsas məqsədlərindən biri tədqiqat müəssisələrinin bir-birilə əlaqələndirilməsi olmuşdur. ARPANET kompüter şəbəkəsi İnternetin prototipidir və hazırda İnternetdə verilənlərin ötürülməsinin əsas protokolu olan TCP/IP ilk dəfə həmin layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm və təhsil sahələrini əhatə edən JANET-in (Joint Academic Network) və Avropa nüvə tədqiqatları təşkilatı CERN-nin qrid kompüter şəbəkə infrastrukturunun, TERENA (Trans-European Research and Education Networking Accociation) və CEENet (Central and Eastern European Networking Accociation) şəbəkə assosiasiyalarının “e-elm”in inkişafına böyük töhfələri vardır. Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası TERENA Avropa ölkələrində milli akademik, təhsil və digər əlaqədar təşkilatların şəbəkələrini əhatə edir. TERENA-nın əsas məqsədi assosiasiyaya üzv təşkilatların maraqlarını nəzərə almaqla, elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin işini təkmilləşdirməyə kömək etməkdir. Mərkəzi və Şərqi Avropa şəbəkələri assosiasiyası CEENet isə akademik, tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır. E-elmin inkişafında UNESCO (United Nations Education, Scientific and Cultural Organization), UNDP (United Nations Development Programme), WIPO (World Intellectual Property Organization), ICSU (International Council of Scientific Unions), ISTC (International Scientific Technical Centre), ICSTI (International Centre for Scientific and Technical Information), CODATA (Committee on Data for Science and Technology), və s. kimi beynəlxalq qurumların mühüm rolları vardır və onlar bu sahənin mövcud problemlərinin həlli ilə müntəzəm məşğul olurlar. Həmin qurumlar müvafiq layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil edirlər. Belə ki, UNESCO maraqlı tərəflərlə birlikdə mütəmadi olaraq WSIS-in FP-da nəzərdə tutulmuş məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr keçirir. 2006-cı ildən başlayaraq WSIS-in FP-nın C7 bəndinin e-elm istiqamətini dəstəkləyən yüksək səviyyəli toplantılar keçirilir. Bu toplantılar çərçivəsində görülmüş işlər müzakirə olunur və növbəti il üçün aktual məsələlər planlaşdırılır. ITU-nun (International Telecommunication Union) Cenevrə qərargahında 10-13 iyun 2014-cü il tarixdə keçirilmiş 9-cu WSIS+10 Yüksək Səviyyəli Tədbirdə isə ötən son 10 il ərzində əldə olunmuş nailiyyətlərin icmalı verilmiş və 2015-ci ildən sonrakı dövr üçün perspektiv hədəfləri müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır. Respublikada e-dövlət quruculugu sahəsində həyata keçirilən islahatların – AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003 - 2012-ci illər), “Elektron Azərbaycan” Dövlət Proqramı (2010 - 2012-ci illər), AR-də “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı (2010 - 2011-ci illər), AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair 2014 - 2020-ci illər üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır. AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin vəziyyəti, Azərbaycan elmi qarşısında duran əsas məqsəd və vəzifələr, innovativ və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası və s. məsələləri əhatə edən 20 maddədən ibarətdir. Strategiyanın 19-cu maddəsi elmin informasiya təminatı məsələlərinə və həmin maddənin bir bəndi isə “e - elm” modelinin işlənməsinə həsr olunmuşdur. Strategiyada nəzərdə tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə islahatların aparılması, İKT-nin geniş tətbiqi, e-elmin formalaşması prosesinin inkişaf etdirilməsidir. Fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini özündə əks etdirən strategiyada elm və texnika sahəsində idarəetmə sistemini təkmilləşdirmək, normativ hüquqi bazanı yaratmaq, elmin informasiya təminatını, beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək kimi vacib məsələlər nəzərdə tutulub ki, bu da elektron elmin formalaşması ilə bilavasitə əlaqəli məsələlərdir.

Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin