Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1
2.Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri.
ETS-in əsas funksional kompleks alt sistemlərinə aid edilən TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır: 1. Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kəsilməzliyi təmin olunur. 2. Çoxballı sistemin tətbiqinə və beləliklə, biliklərin daha dəqiq qiymətləndirilməsi üçün yaxşı imkanlar açılır. 3. Çoxcavablı, çox düzgün cavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır. 4. Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox problemlərin operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun gəlməyən tədris elementlərinin operativ şəkildə təhsil sistemindən bazadan çıxarılması və ya redaktə olunması. 5. TYQKS-nin tərkibində həm də, öyrənənlərin şəxsi qiymət kartlarının Elektron analizi altsisteminin olması, ETS-in digər kompleks alt sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir: - Təhsil standartları bazasının hazırlanması (TSS) və təhsil standartları minimumlarının operativ olaraq dəyişdirilməsi imkanlarının yaradılması: Qeyd etmək lazımdır ki, “Əmək haqqlarının pedaqoji nəticələrə görə hesblanması”, “Təhsil müəssisələrinin maliyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının fəaliyyətlərinin analizi” və s. kimi funksiyaların avtomatlaşdırılması üçün nəzərdə tutulan bu altsistem tədrisin təşkilində və idarə olunmasında mühüm yer tutur. - Ənənəvi və Elektron dərsliklərdəki mövzuların operativ şəkildə korrektəsi və ya yenilənməsi (TTTS) - Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin səmərəli istifadə imkanlarının yaranması (TAİS). - Təhsil sistemində şəffaflığın təminatı. və s. 13.1.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS) Məlumdur ki, İKT-nin tətbiqi təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. İKTdən istifadə etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video məlumatların emal etmək, Elektron animasiya sistemləri yaratmaq, sürətli kommunikasiya xətlərindən istifadə etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına nail olmaq olar. TTTS-in bünövrəsini təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) – elektron dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənirlər: 1. Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video, animasiya elementləri vasitəsilə hazırlanır. 2. DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm də şəbəkə vasitəsilə (lokal və qlobal) aparıla bilər. 3. DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi müəssisələrində işlədilə bilər. 4. Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri nəzərə alınaraq hazırlanır. 5. Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmur. Öyrənən dərsliyin seçilməsində müstəqil olur. Bu isə öz növbəsində pedaqoqların aktiv fəaliyyətinə yardım edir (TAİS). 6. Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir. 7. ETS-TYQKS ilə bağlılığı dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə korrektəsinə imkan verir. 8. ETS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in Dərslik Ssenarisi (DS) olur və DS alt-sistemi bütün təlim/tədris prosesi müddətində: a. öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir. b. mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir. c. təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür. Öyrənənin dərs pillələri üzrə irəliləyişi fərdi xarakter alır. 9. ETS-lərin çoxdilli interfeysə malik olması, DM elektron vəsaitlərinin ölkə xaricindən istismarına şərait yaradır və s. 13.1.4. Təhsil Standartları Sistemi (TSS) Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. ETS-TSS bu tip problemləri həll etmək üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin keyfiyyət ölçüsüdür. Bu isə öz növbəsində ETS-TSS-dən istifadəni zəruri edir. ETS-də “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll edəcək: - Ənənəvi və Elektron dərsliklərinin (DM) hazırlanması standartlarını müəyyən etmək; - Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə minimumularını (ETSTYQKS vasitəsilə) müəyyən etmək; - Təhsili idarəedən sübyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların attestasiyası, DM elektron dərsliklərinin sertifikatlaşdırılması, təhsil müəssisələrinin lisenziyalaşdırılması və digər bu kimi problemləri həll etmək üçün nəzərdə tutulmuşdur. 13.1.5.Təhsilin Elektron İdarəetmə Sistemi (TAİS) Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və s. resursların Avtomatlaşıdırlmış İdarəetmə Sistemidir. ETS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və nəzarət mexanizmlərini özündə birləşdirməklə, müxtəlif səviyyələrdə prioritetlər əsasında təhsil sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım məqsədilə yaradılır. TAİS, təhsilin şaquli idarəolunma, üfiqü və şaquli nəzarət mexanizmlərinə(alt-sistemlərə) malik olur. 4. Kompleks Alt Sistemlərin yaradılması mərhələləri. İKT sahəsində yaradılan bütün sistemlər müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər. Bu mərhələlri keçməyən və ya qismən keçən sistemlər adətən qüsurlu olur və istismar zamanı gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olurlar. Bu baxımdan bütün kompleks alt sistemlərin yaradılması aşağıdakı ciddi texnoloji mərhələlər nəzərə alınmaqla həyata keçirilməlidir. 1. “Texniki məsələ” mərhələsi: ETS-nə keçid haqqında qərar əsasında reallaşır. 2. “Texniki layihə” mərhələsi: Sistemin qlobal alqoritmlərini, texniki sənədlərin hazırlanma qaydalarını, tətbiq olunacaq alqoritmik dilləri və verilənlər bazalarının tiplərini, layihənin yerinə yetirilməsinə cəlb olunacaq mütəxəssislərin səviyyə göstəricilərini müəyyən edəcək mərhələ. 3. “Proqramlaşdırma” mərhələsi: 3.1. “Texniki layihə” sənədi əsasında proqram təminatının yaradılması (alfa versiya), sazlanması (beta versiya) və istismara hazır vəziyyətə gətirilməsi 4. “Ekspremental tətbiq” mərhələsi: Proqram təminatının qabaqcadan hazırlanmış “Sistemə Nəzarət məsələsi” sənədi vasitəsilə yoxlanması (bu mərhələ haqqında məlumat yuxarıda verilmişdir). 5. “İstismar” mərhələsi: İstismar üçün nəzərdə tutulan texniki vasitələrin alınması, yerləşdirilməsi, sazlanması, müxtəlif istiqamətli kadrlar qruplarının hazırlanması Qeyd etmək lazımdır ki, ETS-nə keçid göstərilən mərhələlərdən müvəffəqiyyətlə keçmiş və gözlənilən nəticələrlə əldə olunan real nəticələr arasında fərq olmayan hallarda mümkün ola bilər. 5. Ənənəvi Təhsil Sistemindən Elektron Təhsil Sisteminə keçid məsələləri haqqında Ümumiyyətlə, Ənənəvi Təhsil Sistemindən Elektron Təhsil Sisteminə keçid mərhələlərlə həyata keçirilməlidir. Belə ki, əvvəlcə bu məqsədlə seçilmiş pilot məktəblərində ilk növbədə tələb olunan maddi-texniki baza yaradılmalı, yəni Ümumi İnformasiya Bankı alt sistemi yaradıldıqdan sonra ETSin “Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Alt Sistemi” tam tətbiq olunmalı və yalnız bundan sonra ETS-in uyğun məsələləri həll olunduqca pilot təhsil müəssisələri üçün ETS-nə keçidin tam tətbiqinə, yəni aşağıda göstərilən kompleks alt sistemlərin ardıcıl tətbiqinə başlanıla bilər: a. Ümumi İnformasiya Bankı Sistemi b. Təhsil Standartları Sistemi c. Təhsilin Avtomatlaşdırlmış İdarəetmə Sistemi d. Təhsildə Təlim/Tədris Sistemi.