Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Milli e-elm konsepsiyasının formalaşması vəziyyəti



Yüklə 106,46 Kb.
səhifə22/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

7. Milli e-elm konsepsiyasının formalaşması vəziyyəti

Milli e-elm konsepsiyasının işlənməsi üçün ilk növbədə elmi fəaliyyətdə İKT-nin tətbiq vəziyyətinin monitorinqi həyata keçirilməsi zəruridir. Bu məqsədlə 2009-cu ildə AMEA-nın institutları da daxil olmaqla AR-da fəaliyyət göstərən 150-yə qədər elmi təşkilatda monitorinq aparılmışdır. Növbəti monitorinqlər isə 2013 və 2015-ci illərdə yalnız AMEA-nın təşkilatları üçün keçirilmişdir. Monitorinqlərin nəticələri əsasında informasiyalaşdırmanın priorietləri və istiqamətləri müəyyənləşdirilmişdir.


 E-elm AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. Şəbəkənin yaradılması, istismarı, idarə olunması və daim inkişaf etdirilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.
 AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisələrini əhatə edir və 4100-ə yaxın kompüter şəbəkəyə qoşulmuşdur.
 AzScienceNet şəbəkəsinin İnternetə çıxış sürəti 270 Mbit/san-dir.
 Şəbəkə infrastrukturunun 95%-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuşdur.
 Böyük yaddaş və hesablama resurslarına malik AzScienceNet şəbəkəsinin Data Mərkəzi yaradılmış və onun texniki xarakteristikaları daim inkişaf etdirilir.
 İstifadəçilərə çoxsaylı İnternet xidmətləri təqdim edilir.
 AzCloud xidməti çərçivəsində istifadəçilərə böyük hesablama resursları tələb edən mürəkkəb elmi məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim olunur.
 AzStorage xidməti ilə AMEA-nın institut və təşkilatlarına təhlükəsizliyin təmin olunması vacib sayılan məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edilir.
 AzScienceNet-də informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin həyata keçirilməsi məqsədilə AzScienceCERT xidməti yaradılmışdır. Bu xidmət 31 may 2011-ci ildən TERENA çərçivəsində fəaliyyət göstərən Trusted Introducer sistemində qeydiyyatdan keçmişdir.
AzScienceNet-in “İstifadəçi və təhlükəsizlik siyasətləri” işlənmiş, onların səmərəli idarə olunması və informasiya təhlükəsizliyinə operativ nəzarəti həyata keçirmək üçün “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılmış, mərkəzləşdirilmiş antispam və antivirus xidmətləri fəaliyyət göstərir.
AMEA keçən əsrin 90-cı illərin ortalarından Avropanın elm və ali təhsil müəssisələrinin kompüter şəbəkələrinin formalaşması və inkişafı missiyasını həyata keçirən TERENA beynəlxalq qurumun üzvüdür.
 2014-cü ilin oktyabrında TERENA və DANTE-nin birləşməsi ilə yeni yaradılan GEANT Assosiyasına Azərbaycanın elm və təhsil cəmiyyətlərinin təmsil olunması məsələsinə baxılır.
 E-elm UNESCO, CODATA və s. kimi digər beynəlxalq qurumlarla da münasibətlər qurur. Kadr hazırlığı e-elmin əsas vəzifələrindəndir. AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində bu sahədə ardıcıl və məqsədyönlü işlər aparılır.
 2003-2013-cü illərdə İnstitutun Tədris-İnnovasiya Mərkəzində ölkənin elm və ali təhsil müəssisələrinin 13000-dən artıq doktorant və dissertantlarına «Elmi informatika» fənninin əsasları (baza informatika, elmmetriya, plagiatlıq və antiplagiat, superkompüter, Vikipedia, informasiya cəmiyyəti, e-tibb, biliklər iqtisadiyyatı, GİS-texnologiyalar, informasiya təhlükəsizliyi, modelləşdirmə, e-kitabxanalar, on-line elmi jurnallar və s.) tədris olunmuşdur.
 AMEA Rəyasət Heyətinin qərarı (yanvar 2014) ilə AMEA İTİ-nin nəzdində Vikipedia üzrə Tədris Mərkəzi, digər elmi müəssisələrdə isə Vikiqruplar yaradılmışdır.
 Naxçıvan Dövlət Universiteti və AMEA-nın Gəncə Bölməsində Distant Tədris Mərkəzləri yaradılmışdır. Həmin regionlarda fəaliyyət göstərən elm və ali təhsil müəssisələrinin doktorant və dissertantlarına AMEA İTİ-nin əməkdaşları tərəfindən «Elmi informatika» fənni tədris olunur.
 H.Əliyev Fondu, AMEA, RYTN və TN-nin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında hər il «İnformatika» fənni üzrə ümumrespublika olimpiadası keçirilir.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin