Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Elmi tədqiqatlarda məntiqi mərhələlərin müəyyənləşdirilməsi



Yüklə 106,46 Kb.
səhifə17/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1

2.Elmi tədqiqatlarda məntiqi mərhələlərin müəyyənləşdirilməsi.

Bu günə qədər öyrəndiklərimizdən aydın olur ki, müasir dövrdə İKT yönümlü innovasiyaların təhsil sahəsinə inteqrasiyası çox vacib və çətin proseslərdəndir. Cəmiyyətin sürətli informatlkləşdirilməsi təhsil sistemində olduğu kimi, elm sahəsində də həm təşkilati, həm də tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşması və səmərəliliyin artması baxımından mühüm rol oynayır və elmi tədqiqatlarda informasiya texnologiyalarının tətbiqi məsələsi, ciddi elmi, sistemli və ardıcıl yanaşma tələb edən problemlərdən hesab edilməlidir.


Ümumiyyətlə, elmi tədqiqatların məntiqi aparılmasını şərti olaraq 5 mərhələyə bölmək olar: Birinci mərhələ - Biliklərin və faktların toplanması mərhələsi: - problemin və tədqiqat mövzusunun seçilməsi; - məsələnin aktuallığının və tədqiq olunma vəziyyətinin əsaslandırılması; - məsələnin nəzəriyyəsi və tarixi ilə tanışlıq və tədqiqat mövzusu və ona yaxın sahələr üzrə elmi nailiyyətlərin öyrənilməsi; - elmi müəssisələrdə aparılan praktik işlərdən alınan nəticələrin öyrənilməsi və analizi; - Tədqiqat obyektinin, predmetin müəyyənləşdirilməsi, məqsəd və qarşıya qoyulan məsələnin aydınlaşdırılması. Birinci mərhələdə göstərilənlərin həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaitləri və vaxt sərf etmək lazım gəlir. Ona görə də belə vacib əməliyyatların aparılması məqsədilə İKT-dən istifadə imkanlarının bəziləri ilə tanış olaq: 1. Ədəbiyyatların aparılması: a) Ali məktəblərdə və elmi müəssisələrdə yaradılmış Elektron kitabxanalar və Elektron kataloqların imkanlarından istifadə etməklə tapılmış ədəbiyyatların şəbəkə texnologiyaları vasitəsilə əldə olunması; b) Internet Explorer, Mozilla Firefox, Google Chrome və s brauzerləri və axtarış sistemlərinin köməyindən istifadə etməklə lazım olan materialların əldə olunması (Yandex.ru, Rambler.ru, Mail.ru, Google.ru, Search.com,Yahoo.com və s.). Bu gün İnternet üzərində dünyanın bütün aparıcı elmi qəzet və jurnallarının materiallarını çox asanlıqla əldə etmək etmək mümkündür. Bu resurslar özündə təhsil, elmi referat və dissertasiya materialları, diplom və kurs işləri, elektron ensiklopediya və izahlı lüğətlər, virtual dərsliklər və dərs vəsaitləri saxlayır və müəyyən yüngül prosedurları icra etməklə onların təqdim olunmasını təmin edir. İnformasiya texnologiyalarını tətbiq etməklə elmi tədqiqatçı dünyanın istənilən ölkəsində və elmi müəssisələrdə gedən elmi proseslərdən, elmi konfrans, seminar, simpoziumlar və s. bu kimi elmi tədbirlərdən xəbər tuta, belə tədbirlərə məsafədən qatılmaq imkanı əldə edə və uyğun sahə sahə üzrə aparıcı alimlərlə birbaşa, maneəsiz əlaqələr qura bilər. 2. Ədəbiyyatla işləyən zaman: • biblioqrafiyanın tərtib edilməsi – tədqiq olunan problemlə bağlı mənbəələrin siyahısının müəyyənləşdirilməsi; • referatlaşdırma – elmi işin əsas hissəsinin qısa məzmununun tərtib edilməsi; • konspektləşdirmə - işin əsas ideya və məzmununun qısaca qeyd olunması; • annotasiyalaşdırma – Məqalənin, kitabın və ya hər hansı elmi material haqqında qısa tanıtım mətninin hazırlanması; • sitatların gətirilməsi – Ədəbi mənbədən götürülmüş faktik və ya rəqəmli məlumatların olduğu kimi mətdə işlədilməsi. Bütün bu göstərilən işlərin yerinə yetirilməsi üçün çoxlu sayda redaktorlar mövcuddur. Onlardan məişətimizə çox geniş müdaxilə etmiş Microsoft Word mətn redaktorunu göstərə bilərik. Onun köməyi ilə elmi mətnlərin yaradılması və formatlanması istiqamətində bütün işlərin görülməsini təmin etmək olar. 3. mətnlərin Elektron tərcüməsinin təmin olunması üçün tərcümə proqramları və elektron lüğətlərdən istifadə (PROMT XT). 4. informasiyanın toplanması və saxlanması Tədqiqatçı böyük həcmli informasiya massivlərini CD, DVD, xarici yaddaş qurğuları və maqnit və flaş disklərdə saxlaya və həmin informasiyanı emal edə bilər. 5. Tədqiqat prosesinin planlaşdırılması üçün. Microsoft Outlook idarəetmə sistemi müxtəlif elmi konfrans, seminar, simpozium və s. tədbirlər haqqında informasiyanın saxlanması və vaxtında çatdırılması proseslərini idarə etmək üçün çox əlverişli vasitədir. Onun köməyi ilə tədqiqat işinə dair müxtəlif məzmunlu informasiya mübadiləsi aparmaq üçün gözəl imkanlar əldə etmək mümkündür 6. Aparıcı mütəxəssislərlə ünsiyyətin dəstəklənməsi. Aydın məsələdir ki, tədqiqatçı tədqiqat sahəsi üzrə dünyada aparılan işlərin vəziyyəti ilə bağlı qabaqcıl, aparıcı mütəxəssislərlə daimi ünsiyyətdə olmağa çalışır. Bundan ötrü o şəxslərin nəşrləri ilə tanış olmaq və ya həmin elmi müəssisələrdə aparılan tədqiqatların hansı səviyyədə olması ilə bağlı məlumatlar əldə etmək vacib məsələdir. Bundan əlavə o tədqiqatların aparıldığı obyektlərin ünvanı, yazışmaları ilə tanış olmaq kimi məsələlərlə bağlı da zərurət yaranır. Bu mərhələdə qlobal internet şəbəkəsi, poct müştəriləri (The Bat!), internet axtarış sistemlərinin və s. yaratdığı imkanlar əvəzsizdir. İkinci mərhələ - faktların nəzəri tədqiq olunması: • metodologiyanın seçilməsi – konsepsiyaların, nəzəri ideyaların, vəziyyətlərin müəyyənləşdirilməsi; • Tədqiqat hipotezlərinin qurulması; • Tədqiqat metodunun seçilməsi, və tədqiqat metodikasının yaradılması . Üçüncü mərhələ - təcrübi-eksperimental işlərin aparılması: • tədqiqat üzrə hipotezlərin hazırlanması – isbatı tələb olunan həllərin nəzəri konstruksiyalarının hazırlanması; • qoyulacaq eksperimentin hazırlanması və həyata keçirilməsi; • dəqiqləşdirici eksperimentlərin təşkili və keçirilməsi; • Tədqiqatın hipotezlərinin yoxlanılması; • Formalaşdırıcı eksperimentlərin təşkili və keçirilməsi; • Tədqiqat hipotezlərinin yekun yoxlanılması; • Tədqiqatdan alınan nəticələrin formalaşdırılması. Empirik metodlar: pedaqoji eksperiment; nəzər yetirmək; özünə nəzarət; söhbət; müsahibə; sosioloji metodlar: anketləşdirmə, sosiometriya, testləşdirmə, eksperimental qiymətləndirmə; riyazi metodlar: reqistrasiya, qayda üzrə düzmə, şkalalaşdırma, indeksləşdirmə, modelləşdirmə, diaqnostika, proqnozlaşdırma. Tədqiqatın sonuna yaxın mütəxəssislərdən ibarət konsilium təşkil olunur: Konsilium işin öyrənilməsi, ümumiləşdirilməsi və geniş paylanması məqsədilə məsləhətləşmələr aparır və və vəzifələri müəyyən edirlər. Bu mərhələdə İKT vasitələrinin tətbiqi əsasən predmet haqqında informasiyanın tam dəqiqləşdirilməsi və alınmış informasiyanın emalı məqsədilə istifadə olunur. Tədqiqat obyektinin dəqiqləşdirilməsi təcrübə və esperimental işlərin qoyuluşu zamanı adətən işçi gündəliklər, prosesin protokollaşdırılması, fotoşəkillərin tədqiqi, kino və videosənədləşdirmə və s. şəklində ənənəvi metodlarla öyrədilir. Lakin müasir şəraitdə multimedia texnologiyalarının sürətli inkişafı tədqiqat haqqında mətn, qrafik, səs, video və s. şəkildə verilən bütün informasiyaların sürətli və dəqiq alınması, canlandırılması, ötürülməsi, saxlanması üçün çox əlverişli imkanlar yaradır.
Bu məqsədlə rəqəmsal foto və videokameralardan, mikrofondan, eləcə də dinamik qrafik təsvirlərin və səslərin alınması üçün gözəl imkanlar açır:
- universal canlandırıcılar (Microsoft Media Player);
- audiosəsləndiricilər (WinAmp, Apollo);
- Videocanlandırıcılar (WinDVD, zplayer);
- Təsvirlərə baxmaq üçün proqramlar (ACD See, PhotoShop, CorelDraw,);
- Sxemlərin, layihələrin, qrafiklərin hazırlanması üçün proqramlar (Visio) və s.
Bu gün kompyuterin köməyi ilə təkcə mətn, səs və qrafik obyektlərin toplanması, saxlanması emalı, ötürülməsi kimi əməliyyatlar deyil, həm də empirik verilənləri toplanması da mümkündür. Kompüterdən daha çox testləşdirmə və internet anketləşdirməsi proseslərinin həyata keçirilməsi üçün geniş istifadə olunur. Bu üsul tədqiqatların səviyyəsinin artmasına, prosesə daha çıx respondentlərin cəlb olunmasına, tədqiqatın daha geniş əraziləri əhatə etməsinə və daha çox sayda insanların prosesə cəlb olunmasına, eləcə də tədqiqatlara çəkiləcək xərclərin kəskin azalmasına səbəb olur. Anket sorğusunun və ya testin formalaşdırılması üçün ən sadə üsul sənədin HTML formatıda saxlanmasıdır. İstifadəçi populyar brauzerlərdən birinin imkanlarından istifadə etməklə, anket forması yaradır və onu İnternetdə, şəbəkə serverində və ya lokal kopyuterin yaddaşında saxlayayır. Bundan sonra anket məlumatlarının ötürülməsi və ya testləşdirmə prosesinin başlanması məqsədi ilə proqram kompyuterdə saxlanılan E-mal proqramlarından birini işə qoşur. Nəticədə anket məlumatlarının alınmasında maraqlı şəxsin ünvanına avtomatik olaraq elektron məktub hazırlanır. Proqram avtomatik olaraq, özündə anket məlumatlarını saxlayan mətn faylını hazırlayır və materialın göndərilməsi nəzərdə tutulan istifadəçi internetə daxil olan kimi həmin məktub onun elektron ünvanına göndərilir. Anketləşdirmə, testləşdirmə, çeşidləmə, qeydiyyat, mühasibə, söhbət, pedaqoji ekcperiment və s. proseslərdən alınan nəticələrin analizi, qiymətləndirilməsi və s. məqsədi ilə Statistica, Stadia, SPSS, SyStat və s. bu kimi proqram paketlərinin imkanlarından istifadə edilir. Statik verilənlərin emalı üçün çox rahat və geniş imkanlara malik MS Excell tətbiqi cədvəl prosessorunun imkanları daha zəngindir. Bu redaktor özünün “Funksiyalar” altkitabxanasının yaratdığı imkanlardan istifadə etməklə, düsturlar yaratmaq, məlumatları seçmək, süzgəcləmək, sürətli hesablamaq aparmaq və digər çoxişlənən informasiyaların axtarıb tapılması üçün gözəl imkanlara və ən əsası riyazi maşına, prosessora malikdir. MS Excellin cədvəldə verilən məlumatları əsasında statik əməliyyatlar aparmaq mümkündür. MS Excellin mükəmməl diaqram, qrafik, histoqram və s. qurmaq imkanları vardır. Bu imkanlar elmi tədqiqatla məşqul olan tədqiqatçılar üçün yaxşı imkanlar yaradır. Beləliklə, məlumatların toplanması və emalı mərhələsi üçün kompyuteri əvəzolunmaz vasitə kimi qeyd etmək olar. Bu gün Kompyuter tədqiqatşıya əldə etmiş olduğu informasiyanın emalı, saxlanması, qorunması, ötürülməsi, qeydiyyatı və s. kimi informasiya xidmətlərinin göstərilməsində mühümm rol oynayır.
Üçüncü mərhələ - tədqiqat nəticələrinin analizi və nəticələrin formalaşdırılması:
• praktik rekomendasiyaların və yekun nəticələrin əsaslanırılması;
• elmi məruzə, məqalə, metodik vəsait, monoqrafiya, kitablar;
• tədqiqat mövzusu üzrə plakatlar, diafilmlər, kinofilmlər, prezentasiyalar,və s. hazırlanması. Nəticələrin dissertasiya şəklində formalaşdırılması mərhələsində, elmi məruzələrin hazırlanması üçün, məqalə, metodik vəsait, monoqrafiya, kitab, plakat və s. hazırlanması zamanı da İKT vasitələriundən aktiv istifadə etmək vacib məsələlərdəndir. Bu zaman MS Office proqram paketinə daxil olan yuxarıda göstərilmiş proqram vasitələrindən istifadə etmək çox sərfəli olur. Qrafik təsvirlərin hazırlanması və ya plakat tipli informasiya daşıyıcılarının hazırlanması üçün Adobe PhotoShop, Corel PHOTO-PAINT, Visio və başqa proqramların imkanlarından istifadə etmək lazımdır.
Beşinci mərhələ - Tədqiqatın nəticələrinin tətbiqi və yayılması mərhələsi:
• kafedralarda, şuralarda, seminarlarda, elmi-praktik konfranslarda və s. çıxışlar;
• kütləvi informasiya vasitələrində nəşr olunma;
İnternetdə yayımlama. Kafedralarda, şuralarda, seminarlarda, elmi-praktik konfranslarda və s çıxışlar edərkən qrafik və mətn informasiyalarından ibarət prezentasiyalar yaratmaq olar. Bu zaman eyni məqsədlə çox geniş yayılmış Microsoft Power Point tətbiqi proqramından geniş istifadə etmək olar. Materialların nümayişi zamanı kompyuterə qoşulmuş multiproyektordan geniş istifadə edilir. Microsoft Publisher proqramı vasitəsilə isə, materialın tədbir iştirakçıları üçün şəkilli broşüralar, bukletlər və s. buraxmaq olar. Bunlardan əlavə bu gün biliklərin, tədqiqatların nəticələrin global internet şəbəkəsi vasitəsilə də yayımlanması mümkündür. Bu məqsədlə çox gözəl imkanlara malik və geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuş Front Page, Flash MX, Dream Weaver kimi proqramlar geniş yayılmışlar. Bu proqramlar veb səhifələrin hazırlanması üçün çox rahat vasitələrdir. Nəticələrin internet vasitəsi ilə yayımlanması elmi ictimaiyyətlə çevik əlaqələrin qurulmasına və mükəmməl informasiya mübadiləsinin təşkili üçün geniş imkanlar açır. İnformasiya texnologiyalarından istifadə etməklə, tədqiqatın nəticələrini əks etdirən videoroliklər, multfilmlər, öyrədici kompyuter proqramları, interaktiv səyahətlər və digər layihələri reallaşdırmaq çox asandır.
Beləliklə, demək lazımdır ki, bu gün heç bir elmi müəssisə və ya elmi tədqiqat işi informasiya texnologiyalarının tətbiqi olmadan gözlənilən effekti verə bilməz. Müşahidələr göstərir ki, gələcək elm sahələrinin inkişafı, aparılan işlər İKT vasitələrinin iştirakı olmadan mümkün olmayacaq. Yəqin ki, çox qısa zamanda kompyuter uzun illərdən bəri həllini gözləyən riyazi məsələlərin həlli üçün əvəvzolunmaz vasitəyə çevriləcək, atom fizikası, kimya dərslərində və s. həyata keçirilməsi mümkün olmayan laborator məşqələlərin aparılmasında mühüm rol oynayacaqdır. Kompyuter artıq bu gün çoxparametrli proseslərin gedişi ilə proqnozların verilməsində hipotezlərin irəli sürülməsində və təkliflərin irəli sürülməsində çox aktiv inkişaf edir və s. Elektron elm Azərbaycan Respublikasında (AR) İnformasiya Cəmiyyətinin (İC) formalaşdırılması uğurla həyata keçirilir. Ölkədə elektron dövlət quruculuğu prioritet istiqamət kimi qəbul olunmuş, onun normativ-hüquqi bazası, əhatə dairəsi və həll etdiyi məsələlər daima genişləndirilir və inkişaf etdirilir. 2003 (Cenevrə) və 2005-ci illərdə (Tunis) keçirilmiş İC üzrə Ümumdünya Sammitində (World Summit on the Information Society - WSIS) İC-nin ümumi konsepsiyası qəbul olunmuş, onun əsas prinsipləri və məqsədləri müəyyən edilmişdir. WSIS-in Fəaliyyət Planının (FP) C7 bəndinə əsasən informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatın bütün sahələrində tətbiqi nəzərdə tutulur və bu e-hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd təsərrüfatı və e-elm kimi səkkiz müxtəlif sahəni əhatə edir. AR-də C7-də irəli sürülən müddəalar əsas götürülərək İC ideyaları göstərilən fəaliyyət sahələri ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir. “E-elm” termini ilk dəfə 1999-cu ildə Birləşmiş Krallığın elmi şuralarının baş direktoru Con Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual eksperimental mühitlərin təşkili də daxil olmaqla kollektiv eksperimental elmi tədqiqatların aparılmasının yeni metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda elan edilmiş “e-elm” proqramı bu yeniliyin yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır. Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın Perspektiv Tədqiqat Layihələri Agentliyinın (Advanced Research Projects Agency) ARPANET layihəsinin əsas məqsədlərindən biri tədqiqat müəssisələrinin bir-birilə əlaqələndirilməsi olmuşdur. ARPANET kompüter şəbəkəsi İnternetin prototipidir və hazırda İnternetdə verilənlərin ötürülməsinin əsas protokolu olan TCP/IP ilk dəfə həmin layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm və təhsil sahələrini əhatə edən JANET-in (Joint Academic Network) və Avropa nüvə tədqiqatları təşkilatı CERN-nin qrid kompüter şəbəkə infrastrukturunun, TERENA (Trans-European Research and Education Networking Accociation) və CEENet (Central and Eastern European Networking Accociation) şəbəkə assosiasiyalarının “e-elm”in inkişafına böyük töhfələri vardır. Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası TERENA Avropa ölkələrində milli akademik, təhsil və digər əlaqədar təşkilatların şəbəkələrini əhatə edir. TERENA-nın əsas məqsədi assosiasiyaya üzv təşkilatların maraqlarını nəzərə almaqla, elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin işini təkmilləşdirməyə kömək etməkdir. Mərkəzi və Şərqi Avropa şəbəkələri assosiasiyası CEENet isə akademik, tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır. E-elmin inkişafında UNESCO (United Nations Education, Scientific and Cultural Organization), UNDP (United Nations Development Programme), WIPO (World Intellectual Property Organization), ICSU (International Council of Scientific Unions), ISTC (International Scientific Technical Centre), ICSTI (International Centre for Scientific and Technical Information), CODATA (Committee on Data for Science and Technology), və s. kimi beynəlxalq qurumların mühüm rolları vardır və onlar bu sahənin mövcud problemlərinin həlli ilə müntəzəm məşğul olurlar. Həmin qurumlar müvafiq layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil edirlər. Belə ki, UNESCO maraqlı tərəflərlə birlikdə mütəmadi olaraq WSIS-in FP-da nəzərdə tutulmuş məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr keçirir. 2006-cı ildən başlayaraq WSIS-in FP-nın C7 bəndinin e-elm istiqamətini dəstəkləyən yüksək səviyyəli toplantılar keçirilir. Bu toplantılar çərçivəsində görülmüş işlər müzakirə olunur və növbəti il üçün aktual məsələlər planlaşdırılır. ITU-nun (International Telecommunication Union) Cenevrə qərargahında 10-13 iyun 2014-cü il tarixdə keçirilmiş 9-cu WSIS+10 Yüksək Səviyyəli Tədbirdə isə ötən son 10 il ərzində əldə olunmuş nailiyyətlərin icmalı verilmiş və 2015-ci ildən sonrakı dövr üçün perspektiv hədəfləri müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır. Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada e-dövlət quruculugu sahəsində həyata keçirilən uğurlu islahatların – AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003 - 2012-ci illər), “Elektron Azərbaycan” Dövlət Proqramı (2010 - 2012-ci illər), AR-də “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı (2010 - 2011-ci illər), AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair 2014 - 2020-ci illər üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır. AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin vəziyyəti, Azərbaycan elmi qarşısında duran əsas məqsəd və vəzifələr, innovativ və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması, elm və təhsilin inteqrasiyası və s. məsələləri əhatə edən 20 maddədən ibarətdir. Strategiyanın 19-cu maddəsi elmin informasiya təminatı məsələlərinə və həmin maddənin bir bəndi isə “e - elm” modelinin işlənməsinə həsr olunmuşdur. Strategiyada nəzərdə tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə islahatların aparılması, İKT-nin geniş tətbiqi, e-elmin formalaşması prosesinin inkişaf etdirilməsidir. Fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini özündə əks etdirən strategiyada elm və texnika sahəsində idarəetmə sistemini təkmilləşdirmək, normativ hüquqi bazanı yaratmaq, elmin informasiya təminatını, beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək kimi vacib məsələlər nəzərdə tutulub ki, bu da elektron elmin formalaşması ilə bilavasitə əlaqəli məsələlərdir.



Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin