Tələbə: Səbinə Paşayeva Sosial Pedoqoji Qrup: R2-22 Müəllim: Fatma Şamıyeva Fənn: Mülki müdafiə Mövzu: Qarabağ müharibəsi
Qarabağ müharibəsi Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi.
Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı.
Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna rəğmən erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət edirdilər.
Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
Kəskin qışa baxmayaraq, yeni ilə hər iki tərəf həvəslə gözləyirdi. Azərbaycan prezidenti Elçibəy Ermənistan prezidenti Ter-Petrosyanla münaqişənin həllinə optimizlə baxmasını ifadə etmişdi, lakin belə ümidlər 1993-cü ildə puç oldu. Rusiya prezidenti Boris Yeltsin və ABŞ prezidenti Corc Herbert Uoker Buşun yeni atəşkəs çağırışlarına baxmayaraq, bölgədə hərbi əməliyyatları yenidən qaynadı.[ Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin payızından Qarabağın şimalında azərbaycanlıların idarə ətdiyi kəndlərə yeni hücumlar etdi.
Hərbi məğlubiyyətlər Azərbaycanın daxilində gərginlik yaratmışdı. Çarəsiz qalan Azərbaycan ordusunun müdafiə naziri Rəhim Qazıyev və Rövşən Cavadovun briqadası kömək üçün Rusiyaya üz tutmuşdu. Hərbi hissələrin yerləşməsi haqqında ölkənin daxili naziri İsgəndər Həmidov və Qazıyev arasında siyasi gərginlik, fevralın 20-də Qazıyevin istefası ilə nəticələndi. Ermənistanda da eyni siyasi gərginlik yaranmışdı və ermənilərin prezident Ter-Petrosyana qarşı narazılığı artırdı.
Kəlbəcər
Şimali Qarabağın qərbində yerləşən Kəlbəcər rayonu, Ermənistan ilə həmsərhəddir və bölgənin rəsmi sərhədləri xaricində idi. 1993-cü il mart ayında ermənilərin işğal etdiyi Tərtər rayonunun ərazisində Sərsəng su anbarı azərbaycanlılar tərəfindən hücuma məruz qalmışdı. Monte Melkonyanın döyüşçüləri Aşağı Qaranlıq rayonunu tutduqdan sonra Kəlbəcəri işğal etmək niyyətində idi. Prezident Elçibəy iki ay müddətinə fövqəladə vəziyyət elan edib, universal çağırış təqdim etdi.
Azərbaycanlıların hərbi müxalifəti Melkonyanın döyüşçülərinə regionda və bir neçə tərk edilmiş zirehli avtomobil və tankların ələ keçmə imkanını verdi. Aprel ayının 1-də, səhərə yaxın erməni və rus hərbi qoşunları, Ermənistan tərəfdən eyni vaxtda sərhəd boyu ağır artilleriya atəşinin və zirehli texnikanın köməyi ilə 2000 nəfərdən çox canlı qüvvə ilə qəti hücuma keçdi. Söyüdlü, Dikyurd, Yellicə, Ayrım sərhəd məntəqələrində Azərbaycan ordusu onlardan qat-qat üstün qüvvələrin qarşısında tab gətirməyib, döyüşərək geriyə çəkilməyə məcbur oldu. Bunun nəticəsində, həmin mövqelər ermənilərin əlinə keçdi. Yalnız Zəylik istiqamətində ermənilərin hücumunun qarşısı alındı. Zəylikdə olan Azərbaycan qüvvələri son iki gün ərzində ermənilərin mövqelərinə və Basarkeçərə 200-dək top mərmisi atmışdı. 3 apreldə artıq erməni qoşunları Kəlbəcəri idarə edirdi.
BMT Təhlükəsizlik Şurası, Türkiyə və Pakistanın dəstəyi ilə, 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarından dərhal həmin ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə qəbul etdi. Human Rights Watch məcmuəsində qeyd edirdi ki, erməni qoşunları Kəlbəcərə hücum edəndə, müharibə qaydalarının dəfələrlə pozmuşdu. Ermənilər mülki əhalinin zorla öz evlərindən çıxarmış, qəsdən atəş acçılmış və girov götürmüşdür.
Siyasi hadisələr Azərbaycanda da baş verirdi: Surət Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladı. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi.[130] Bunun ardınca Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başladı. 15 iyun 1993-cü ildə isə Milli Məclisin iclasında prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat və Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçildi. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Ordubad rayonunun Kələki kəndinə getdi. Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etdi. 1 iyulda Surət Hüseynov Azərbaycanın baş naziri təyin edildi. Prezidenti vəzifəsini icra edən Əliyev, Xalq Cəbhəsinin 33 könüllü batalyonunu etibarsız hesab edərək, ləğv etdi.[ Heydər Əliyev 1998-ci il oktyabrın 11-də seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan
Azərbaycan xalqı yeni siyasi mənzərəyə öyrəşərkən, ermənilər iyunun 12-da Mərzili mahalı yaxınlarında Azərbaycanın yüngül zireh və piyada ilə atışmasında ölən Monte Melkonyanın İrəvanda dövlət cənazəsində iştirak edirdilər. Erməni tərəfi Bakıdakı siyasi böhrandan istifadə edirdilər — Azərbaycan qüvvələri Qarabağ cəbhəsini demək olar ki, tamamilə qorumurdu. Dörd ay siyasi qeyri-sabitlikdən sonra, Azərbaycan beş rayonunu və Dağlıq Qarabağın şimalını itirmişdi. İyunun sonunda, azərbaycanlılar anklavın son nöqtəsi olan Xocavəndi itirmişdi.
1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalayıb, şəhərin əksər hissəsini məhv etmişdi və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya edildi. Ordunun dağılması ilə üzləşən Heydər Əliyev, de fakto Qarabağ hökuməti və Minsk Qrupu rəsmiləri ilə danışıqlar aparırdı. Avqustun ortalarında ermənilər Füzuli və Cəbrayıla qoşun yeritdi. Ermənilərin Azərbaycana işğalını nəzərə alaraq, Türkiyənin baş naziri Tansu Çillər, Ermənistan hökumətini Naxçıvana hücum etməsindən xəbərdarlıq etdi və ermənilərin Azərbaycan torpaqlarının çıxmasını tələb etdi. Bunun nəticəsində, minlərlə türk əsgərləri sentyabrın əvvəlində Türkiyə — Ermənistan sərhədinə göndərildi. Ermənistanda Rusiya tərəfli qüvvələr Türkiyənin hərəkətinə qarşı idi və onların münaqişəyə qoşulmasının əleyhinə idi.