“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları Fövqəladə hal və onun növləri



Yüklə 180,25 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix21.03.2017
ölçüsü180,25 Kb.
#12169
  1   2   3

 

“Mülkü müdafiə”  fənni üzrə  kollokvium 

suallarının cavabları 

 

1.1.Fövqəladə hal  və onun növləri. 

 

       Fövqəladə  vəziyyət  –  bu  qəza,  təhlükəli  təbii  təzahürlər,  faciə,  kortəbi  və  ya 

digər bədbəxt hadisə nəticəsində yaranmış, insan tələfatına, insanların sağlamlığına 

və  yа  ətraf  mühitə  zərər  yetirilməsinə,  xeyli  maddi  itkilərə  və  insanların  həyat 

fəaliyyəti şəraitinin pozulmasına səbəb ola bilən və ya olmuş şəraitdir. 

Bütün  fövqəladə  hadisələri  ilk  növbədə  münaqişəli  və  münaqişəsiz  hadisə 

növlərinə  ayırmaq  lazımdır.  Münaqişəli  fövqəladə  hallara  hərbi  toqquşmalar, 

ekstremal siyasi mübarizə, milli və dini münaqişələr, terrorizm və s. münaqişəsiz 

fövqəladə hadisələrə isə təbii, texnogen və ekoloji xarakterli fəlakətlər aid edilir. 

Ekstremal hadisə - bu proseslərin və ya hadisələrin normasından kənara çıxmasıdır. 

       Qəza  –  bu  konstruktiv,  istehsalat,  texnoloji  və  ya  istismar  səbəbləri  üzrə, 

yaxud  da  təsadüfi  xarici  təsirlərdən  baş  vermiş  və  texnиkи  qurğuların  və  ya 

avadanlıqların  zədələnməsi,  sıradan  çıxması,  uçulması  ilə  nəticələnmiş  texniki 

xarakterli ekstremal hadisədir. 

       İstehsalat və ya nəqliyyat faciəsi – insanların tələfatı, xeyli maddi ziyan və ya 

digər ağır hallarla nəticələnən boyük qəzadır. 

       Təhlükəli təbiət təzahürləri – bu özünün intensivliyinə, yayılma miqyasına və 

uzunsürənliyinə görə, insanların həyaт fəaliyyəti, iqtisadiyyat və təbii mühiт üçün 

mənfi nəticələr doğura bilən təbiət mənşəli öz-özünə hasil olan hadisədir. 

       Təbii  fəlakət  –  bu  çоxsaylı  insan  tələfatına,  böyük  maddi  zərərə  (itkilərə)  və 

digər ağır nəticələrə gətirə bilən faciəli təbii təzahür və ya prosesdir. 

       Ekoloji  fəlakət  (ekoloji  bəla)–  bu  xüsusilə  böyük  miqyaslarda,  qurunun, 

atmosferin,  hidrosferin  və  biosferin  vəziyyətinin  dəyişməsi  (antрopoloji  amillərin 

təsiri  altında)  ilə  əmələ  gələn,  canlı  orqanizmlərin  kütləvi  məhvi  və  iqtisadi 

itkinlərlə müşayiət olunan fövqəladə hadisədir. 

 

1.2. Miqyasına görə fövqəladə halların təsnifatı. 

FH-rı yayılma miqyası üzrə təsnifatlandırarkən, yalnız FH-ın təsirinə məruz qalmış 

ərazinin ölçüləri deyil, həmdə onun ehtimal olunan ikinci dərəcəli nəticələrini də 

nəzərə  almaq  lazımdır.  Onlara  aiddir:  çox  böyük  məsafələrə  təsir  edən  təşkilati, 

iqtisadi,  sosial  və  digər  mühüm  əlaqələrin  agır  pozuntuları.  Bundan  başqa,  kiçik 

ərazilərdə  baş  vermiş  FH-n  çox  böyük  və  faciəli  ola  biləcək  ağır  nəticələri  də 

nəzərə alınır. 



Lokal (qeyri-tipik)  FH  ərazidə və təşkilatca iş və ya sahə hüdudlarından, yolun 

kiçik kəsiyindən, ev ətrafı yerlərdən və ya mənzildən kənara çıxмır. Lоkal FH-ra o 

hallar aiddir ki, onların nəticəsində 10 nəfərə qədər adam zərər çəkmiş, və ya 100 

nəfərə qədər adamın həyat fəaliyyətinin şəraiti pozulmuşdur, ya da onlara dəymiş 

maddi ziyanın ölcüsü minimal əmək haqqının 1 min manata qədərini təşkil edir. 

Obyekt  miqiyaslı  FH.Əgər  FH-rın  nəticələri  istehsalat  və  ya  başqa  obyektin 

ərazisi  ilə  məhdudlaşmışdırsa  (yəni  sanitar-müdafiə  zonası  hüdudlarından  kənara  

çıxmasa) və onların qüvvə və  resursları  ilə  ləğv  edilə bilirsə, onda bu  kimi  FH-r 

obyekt miqyaslı FH adlandırılır. 

 


Yerli  FH.  Əgər  FH-rın  nəticələrinin  yayılması,  yaşayış  məntəqələrinin,  şəhərin 

(rayonun) hüdudları ilə məhdudlaşıрsa və onların qüvvələri ilə məhdudlaşırsa, yerli 

FH-r adlanır. FH-ın nəticəsində zərər çəkənlərin sayı 10 nəfərdən yuxarı, lakin 50 

nəfərdən  çox  olmadıqda,  ya  da  həyat  fəaliyyatı  pozulmuşların  sayı  100  nəfərdən 

yuxarı,  lakin  300  nəfərdən  çox  olmadıqda,  ya  da  maddi  zərərin  ölçüləri  minimal 

əmək haqqının 1000 manatından yuxarı, lakin 5 min manatından yuxarı olmadıqda 

oнlar yerli FH-ra aid edilir. 

Regional FH. Bir neçə rayonun ərazisinə yayılmış FH-dır. Belə FH-n nəticələrini 

ləğv etmək üçün bu ərazilərin, eləcə də respublika qüvvələrinin birgə səyi lazımdır. 

FH-n  nəticəsində  zərər  çəkənlərin  sayı  50  nəfərdən  500  nəfərə  qədərdirsə  ya  da 

500 nəfədən 1000 nəfərə qədər insanın həyat fəaliyyəti pozulmuşdursa,ya da maddi 

zərər  minimal  əmək  haqqının  0,5  ÷  5  mln.manata  qədərini  təşkil  edirsə,  onlar 

reqional FH-ra aid edilir. 



Milli  FH.  Ölkənin  geniş  ərazilərini  əhatə  edir,lakin  onun  sərhədlərindən  kənara 

şıxmыr.  Burada  ölkənin  bütün  qüvvələri,  vasitələri  və  resursları  istifadə 

edilir.Əksər  hallarda  xarici  köməyə  müraciət  edilir.Milli  FH-n  nəticəsində  zərər 

çəkənlərin  sayı  500  nəfərdən  yuxarı,  ya  da  həyat  fəaliyyəti  pozulmuşlar  1000 

nəfərdən  çox,  ya  da  maddi  zərər  minimal  əmək  haqqinin  5  mln.  manatından 

çoxunu təşkil edirsə, onlar milli FH-ra aid edilir. 



Qlobal (transsərhəd) FH. Ölkənin hüdudlarından çıxaraq digər dövlətlərə yayılır. 

Onların nəticələri həm zərər çəkmiş dövlətlərin həm də beynəlxalq birliyin qüvvə 

və vasitələri ilə aradan qaldırılır. 

 

1.3.Baş vermə sahələrinə görə Fövqəladə halların təsnifatı. 

1.Təbii  fəlakətlər  –  insan  iradəsinə  tabe  olmayan,  təbiət  qüvvələrinin  hərəkəti 

nəticəsində qəflətən baş verən, çoxsaylı insan itkisi, böyük maddi zərər və başqa 

ağır nəticələrə səbəb olan faciəli təbii təzahür  və ya proseslərdir. 

Təbii  fəlakətlərə  zəlzələlər,  vulkan  püskürmələri,  sellər,  sürüşmələr,  uçqunlar, 

daşqınlar,  quraqlıqlar,  qasırğalar,  tufanlar,  qar  basqınları  və  uçqunları,  uzun 

müddətli  güclü  yağışlar,  güclü  davamlı  şaxtalar,  genişmiqyaslı  meşə  və  torf 

yanğınları  aiddir.  Bura  həm  də  1974-cü  ildə  Venesuella  Konfransında 

epidemiyalar, epizootiyalar, epifitotiyalar, meşə və kənd təsərrüfatı zərərvericilərin 

kütləvi yayılması da daxil edilmişdir. 

2.Texnogen xarakterli fövqəladə hallar- texnosferin əhali və ətraf mühitə törətdiyi 

–sənayedə,  energetikada və  kommunal  təsərrüfatında  böyük miqdarda  radioaktiv, 

kimyəvi, bioloji təhlükəli, habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və 

texnologiyaların olması ilə şərtləşir. (baş vermə səbəbləri –qəzalar, qisa qapanma, 

yanğin, partlayış.) 

3.Ekoloji  xarakterli  fövqəladə  hallar  –  yerin  (torpağın,  yerin  təkinin  və  səthinin) 

vəziyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr; 

Atmosferin  (mühitin)  tərkibi  və  xassələrinin  dəyişməsilə  əlaqədar  baş  verən 

fövqəladə hadisələr; 

Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə 

hadisələr; 

Biosferin  vəziyyətinin dəyişməsilə əlaqədar baş verən fövqəladə hadisələr


4.Sosial  xarakterli  fövqəladə  hallar  -  peşə  əlamətinə,  dini  əlamət  üzrə  ,  kütləvi 

qayda-qanun pozuntusu üzrə olan FH-lər, 

5.Hərbi-siyasi  fövqəladə hallar-   millətlərarası  münaqişələr,  müharibələr, təsadüfi  

atom zərbəsinin neytral  ərazidə partlamasından əmələ gələn narazılıqlar və. s. 



 

1.4. Ekoloji xarakterli FH-lər və onların xarakteristikası. 

 

   Yerin vəziyyətinin (torpağın yer altının, landşaftın) dəyişiklikləri ilə bağlı FH-r: 



-  faydalı  yeraltı  qazıntıların  hasilatı  və  insanların  digər  fəaliyyəti  səbəbindən  yer 

səthinin çökməsi, sürüşməsi, uçqunları; 

-  torpaqda  (qruntda)  yol  verilən  qatılıq  dərəcəsindən  yuxarı,  agır  metalların  (o 

cümlədən radioaktiv) və digər zərərli maddələrin mövcudluğu

-  torpağın  bataqlıqlaşması,  şoranlaşması,  erroziyası  və  s.səbəbindən  geniş 

ərazilərin intensiv deqradasiyaya uğraması (pisləşməsi), səhralaşması; 

-  təbii  qazıntıların  (yeraltı  mineralların) bərpaolunmaz  tükənməsi ilə  bağlı krizisli 

hallar; 


-  sənaye  və  məişət  tullantıları  anbarlarının  (zibilxanalarının)  dolub-daşması 

səbəbindən,ətraf mühitin оnlarla çirkləndirilməsi ilə nəticələnən kritik hallar. 



.Atmosfer tərkibinin və xüsusiyyətlərinin (hava mühitinin) dəyişməsi ilə bağlı FH-

r: 


- antropogen fəaliyyəti nəticəsində kəsкin hava və iqlim dəyişkənlikləri; 

- atmosferdə zərərli qatışiqların həddinin aşması; 

- şəhər üzərində temperatur dəyişkənlikləri

- şəhərdə oksigen çatışmazlığı; 

- şəhər səs-küyünün yol verilən həddinin xeyli aşması; 

- geniş zonalarda turşu çöküntülərinin əmələ gəlməsi; 

- atmosferin ozon təbəqəsinin parçalanması; 

- atmosfer şəffaflığının xeyli dəyişməsi. 



Hidrosferаnin (yer üzündəki suların-okean, dəniz, göl-su mühitinin) vəziyyətinin 

dəyişməsi ilə bağlı FH-r;  

-  su  mənbələrinin  tükənməsi  və  ya  onların  çirkləndirilməsi  nəticəsində,  içməli  su 

çatışmazlığı; 

-  təsərrüfat-məişət  su  təchizatının  və  texnoloji  proseslərin  təminatının  təşkil 

edilməsi üçün lazım olan su ehtiyatlarının tükənməsi; 

-  daxili  dəniz  və  dünya  okeanı  zonalarının  çirkləndirilməsi  nəticəsində  təsərrüfat 

fəaliyyətinin və ekoloji tarazlığın pozulması. 



Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr: 

-yaşayış mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin yox olması; 

-geniş ərazilərdə yerin bitki örtüyünün məhv olması; 

-biosferin öz ehtiyyatlarının bərpa etmə qabiliyyətinin kəskin surətdə dəyişməsi; 

-heyvanların kütləvi halda məhv olması.  

 

1.5.Təbii  xarakterli  təhlükələr  və  onların  vurduğu  ziyan.  Fəlakətlərin     



yaranma səbəbləri. 

        Elmi-texniki  tərəqqinin  nailiyyətinə  baxmayaraq  cəmiyyət  üçün  fəaliyyət 

təhlükəsi,  o  cümlədən  də  təbii  fəlakətlərin  törətdiyi  təhlükə  artmaqdadır.  Təbii 

fəlakətlərdən  zərər  çəkənlərin  sayı  ildə  təxminən  6%  artır.  Bu,  əhalinin  sürətli 



artımı  və  iri  şəhərlərdə  çox  sıx  halda  məsunlaşması,  təbii  mühitin  korlanması  və 

təhlükəli  kortəbii  hadisələrin  güclənməsinə  imkan  yaranması,  eləcə  də  bir  çox 

ölkələr arasında kommunikasiya və texnoloji əlaqələrin poulması ilə izah edilir. 

       Epidemoloji  fəlakətlər  üzrə  Elmi-Mərkəzin(Brüssel)  məlumatlarına  görə, 

1965-ci  ildən  1992-ci  ilədək  dünyada  təbii  fəlakətlərdən  3,6  milyon  insan  məhv 

olmuş,  3  milyarddan  çox  adam  zərər  çəkmiş,  ümumi  iqtisadi  ziyan  340  milyard 

dollardan artıq olmuşdur.  

      Ən  çox  iqtisadi  itkilər  törədən  fəlakətlər  subasma,  quraqlıq  və  zəlzələdir; 

bunlar möcud olan bütün fövqəladə hadisələrin müvafiq surətdə 32,22 və 10 faizini 

təşkil  edir.    Bütün  kortəbii  təhlükələri  aşağıdakı  növlərə  aid  etmək  mümkündür: 

geofiziki,  geoloji,  meteoroloji  və  aqrometeoroloji,  dəniz  hidroloji,  hidroloji 

təhlükəli hadisələr, insanların infeksion, heyvanların (yolxucu) xəstəliklər və kənd 

təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması. 

Təbii fəlakətlər davam etmə müddətinə görə iki cür olur: 

-qəflətən baş verənlər (zəlzələlər, qasırğalar,tornadolar); 

-uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.) 

 

Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:  

Təbii  amillərlə  bağlı  olanlar  (vulkan  püskürməsi,  dəniz  səviyyəsinin  güclü 

ləngəri,  güclü  daşqınlar,  qasırğalar,  güclü  hərarətli hava,  buzlaşma  və  s.).  Bunlar 

əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdxili enerjinin 

üzə çıxması (vulkanlar), çaylarda, göllərə, dənizlərdə suyun səviyyəsinin qalxması 

(daşqınlar, sunamilər), qeyri- adi küləyin təsiri (qasırğa, uraqan, tornadolar). 

Antropogen amillərlə bağlı olanlar (toz burulğanları, erroziya) 

Bir  çox  təbii  fəlakətlərin  yaranması  isə  həm  təbii,  həm  də  antropogen  amillərlə 

bağlı olur (yanğınlar, torpağın erroziyası, uçqunlar və s.)  

 

 



 

2.1.

Geofiziki  təhlükəli təzahürlər. Onların baş vermə səbəbləri. 

 

Zəlzələ-  ən  çox  dağıdıcı  qüvvəyə  malik,  ağılasığmaz,  idarə  olunmaz  təbbi 

fəlakətdir.  Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və 

yaxud  mantiyanın  üst  qatının  sürüşməsi  və  parçalanması  nəticəsində,  böyük 

məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və 

tez  yayılan  fövqəladə  hallara  aiddir.  Bu  zaman  ərzində  təxlyə  və  qabaqlayıcı 

tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və 

bəndlərin  yarılması  nəticəsində  meydana  çıxan  törəmə  zəlzələ  növləri,  sualtı 

zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə 

toqquşması  nəticəsində  baş  verən  zəlzələ  növləri  olur.  Tarixdə  ilk  qeydə  alınmış 

zəlzələ  eramızdan  2050-  il  əvvələ  aiddir.  Son  500  il  ərzində  dünyada  zəlzələlər 

nəticəsində  4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali 

və s. şkalaları üzrə müəyyən edilir.  



Vülkan  püskürmələri-  yer  qatının  kanalları  və  qatları  üzərində  yaranan,  yer 

üzərinə  lava,  kül,  zərərli  qazlar,  su  buxarı  və  dağ  cisimlərini  püskürən  geofiziki 

hadisəyə  deyilir.  Yer  üzərində  522  fəaliyyətdə  olan  vulkan  qeydə  alınlb  və 

bunlardan  20-40-ı  hər  il  püskürür.  Ən  çox  vulkan  İndoneziyada,  Yaponiyada, 

Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar 


bunlardır:  közərmiş  lava,  qazlar,  tüstü,  buxar,  qaynar  su,  kül,  dağ  cisimlərinin 

qırıntıları,  partlayış  dalğası,  lil  və  daş  axınları.  Maqma  dedikdə,  yer  daxilində 

ərimiş,  yüksək  hərarətli,  son  dərəcədə  közərmiş  və  qazlarla  zəngin  olan  silikat 

maddə nəzərdə tutulur. Vulkan konusunun  zirvəsində  yerləşən kasa şəkilli və ya 

qıfa  bənzər  boşluğa  vulkan  krateri  deyilir.  Bəzən  vulkan  kraterləri  su  ilə  dolaraq 

krater  göllərinin  yaranmasına  səbəb  olur.  Vulkanın  püskürməsi  ilə  mübarizənin 

üsulları: 

-vulkanın vəziyyətini daim müşahidə etmək; 

-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi; 

-müdafiə bəndlərinin qurulması; 

-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi; 

-lavanın su ilə soyudulması; 

-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi.  

 

2.2.Geoloji təhlükəli təbii fəlakətlər. Onların baş vermə səbəbləri. 



Sürüşmə-  daimi  donma  zonasından  kənarda  təsadüf  olunan  və  adətən  dağ 

yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların 

titrəməsi  və  ya  əlavə  təsirə  məruz  qalması  nəticəsində  baş  verən  torpaq 

sürüşməsindən  ibarət  hadisədir.  Torpaq  axını  xarakterli  sürüşmələrin  eni  onlarla, 

uzunluğu  isə  yüzləriə  metr  ola  bilər.  Sürüşmələr  uzun  illər  boyu  tamamilə 

hərəkətsiz  qaldıqdan  sonra  qısa  müddətdə  fəallaşa  bilər  ki,  belə  hallarda  onların 

sürəti  saatda onlarca metrə  çata  bilir.  Axın  sürüşmələri gilli, qumlu,  yumşaq  sarı 

torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları 

isladarkən  baş  verir.  Respublikamızda  ən  çox  sürüşmələrin  olduğu  yer  Bayıl 

zonasıdır.  Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin 

ərazilərdə çoxlu sayda ağacların əkilməsidir. 

Sel-  Çayların  məcrası  boyu  özü  ilə  çoxlu  (həcminin  10-15%-dən  artıq)  bərk 

material  (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır. 

Sel hündürlüyü  20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir 

və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin 

80-90%-i  leysan  mənşəlidir.  Sel  axınları  yatağının  mailliyi  6-20  dərəcə 

hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, 

nadir hallarda isə 4-5 saat davam edir. 

Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə 

olan  sahələrdə  baş  verir.  Qar  uçqunlarının  sürəti  saniyədə  onlarla  metrə,  həcmi 

milyon  kub  metrə,  maneələrə  gostərdiyi  təzyiq  hər  kvadrat  metrdə  100  tona 

çatır.(0,5 t/m

2

  təzyiq  qapı  və  pəncərələri  qırır, 3  t/m



2

  taxta  tikililəri, 100  t/m

2

  daş 


binaları dağıdır) Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə 

iri  qar  uçqunları  təhlükəsi  meydana  çıxır.  Müdafiə  üsulları,  qar  yağmış 

hündürlükləri atəşə tutmaqdır. 

 

2.3.  Meteoroloji xarakterli təbii hadisələr. Baş vermə səbəbləri. 



Fırtına– Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb 

olur və güclü dağıdıcı gücə malikdir. 



Qasırğa  -Dolmuş  buludlar  arasinda  əmələ  gəlir.  Dairəvi  şəkildə  fırlanaraq  Yer 

səthinə  enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir. 



Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir.  Küləyin sürəti 

Bofort  şkalası  ilə  ölçülür.  Qasırğa  vaxtı  küləyin  ölçülmüş  ən  yüksək  sürəti  80 

m/san  (280  km/saat),  dağıntıların  kəmiyyətinə  görə  hesablanmış  sürəti  isə  110 

m/san-dən  artıqdır  (400  km/saat).    Burulğan  zamanı  isə  küləyin  ölçülmüş  sürəti 

115 m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən 

(1000 km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli 

şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır. 

Tufan  –Küləyin  sürəti  0  –dan  səs  sürətinə  qədər  ola  bilir.  1946-  cı  ilə  kimi  12 

ballıq  şkala  ilə,  1946-cı  ildən  isə  18  ballıq  şkala  ilə  ölçülür.  Tufanlar  əsasən 

atmosferdə  baş  verən  silklon  hadisələri  nəticəsində  yaranır.  Bu  zaman  küləyin 

sürəti 26- 31 m/san arasında olur.  Atlantik okeanında tufanların sürəti hətta 241,5 

m/san  –yə  çatır.  Küləyin  dağıdıcı  təsiri  onun  sürətindən  asılı  olur  və  şərti  olaraq 

ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər; 

1  bal, 33÷49  m/san  -  mülayim;  2  bal, 50÷69  m/san  –  xeyli dağıdıcı; 3  bal, 70/92 

m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı. 



Dolu  –Atmosfer  yağıntılarının  bir  növüdür.  Bulud  daxilində  qar  topalarının 

hərəkəti  nəticəsində  yaranır.  Tərkibində  buz  kristalları  ilə  bərabər  soyuq  su 

damcıları olur və buz qatı ilə örtülür.  Ölçüsü 5mm-dən 55mm-ə qədərdir. 

 

2.4. Hidroloji və Dəniz hidroloji təzahürlər. Onların baş vermə səbəbləri. 

-suların yüksək səviyyəsi (daşqın, subasma); 

-yeraltı suların daşqınları (əsasən buzlar əriyən vaxt); 

-yağış daşqınları; 

-maneə və əngəllər (çay mənsəbində xırda buzların toplaşaraq sıxlıq yaratması); 

-suyun aşağı səviyyəsi. 

-tayfunlar,  sunamilər  (qravitasiyalı  dəniz  dalğası),  güclü  dalğalar(5  bal  və  daha 

yüksək),    dəniz  səviyyəsinin  güclü    ləngəri,    erkən  buz  örtüyü  və  ya  hərəkətsiz 

qalın buz qatı, gəmi və liman tikililərinin buzlaşması, sahil buzlarının qopması. 

Daşqınlar,  subasmalar  –çaylarda,  göllərdə,  dənizlərdə  su  səviyyəsinin  qalxması 

nəticəsində  yerin  xeyli  ərazilərinin  müvəqqəti  olaraq  su  basmasıdır.  Bütün 

fəlakətlər  arasında  təkrar  olunma  sayına  görə,  ərazinin  əhatə  dairəsinə  və  illik 

iqtisadi  ziyanın  həcminə  görə  daşqınlar  ön  yeri  tutur.  Daşqınlar    kiçik,  böyük, 

mühüm və faciəli olur. 

Kiçik daşqınlar düzənlik  çaylarına xarakterikdir. 10-15 ildən bir olur. 

Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. 

20 -25 ildən bir baş verir. 

Mühüm  daşqınlar  bütöv  çay  hövzələrini  əhatə  edir.  50  -100  ildən  bir  təkrar 

olunur. Kənd təsərrüfatı sahələrinin 70%-i su altında qalır. 



Faciəli daşqınlar bir və yaxud bir neçə çay sistemlərinin geniş sahələrini su basır. 

100 -200 ildən bir baş verir və 70%- dən artıq  kənd təsərrüfatı sahələri, şəhərlər, 

yollar və s. su altında qalır. 



Sunamilər-ən  təhlükəli  təbii  dəniz  hidroloji  hadisəyə  aid  edilir,  yapon  dilindən  

“körfəzdə  hündür  dalğa”  kimi  tərcümə  olunur.  Sunami  sualtı    və  sahilyanı 

zəlzələlər  nəticəsində  yaranan  dəniz  dalğalarının  bir  növüdür.  Okeanın  dibinin 

qalxması, enməsi zamanı sahildə qəflətən qeyri –adi hündür ləpələr peyda olur. 


Sunamilər  torpağın  tektonik  hərəkətindən,  sualtı  vulkanların  püskürməsindən, 

okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır. 

 

2.5. Yolxucu xəstəliklər, törədicilərə onların vurduğu ziyan. 

 

Epidemiya  –kəskin  yolxucu  xəstəliklərin  sürətlə  və  geniş  halda  insanlar  arasında 

yayılmasına  epidemiya  deyilir.  Epidemik  xəstəliklər  ilkin  yoluxma  ocaqlarından 

ətrafa  müxtəlif  yollarla  və  vasitələrlə  geniş  yayıla  bilər.  Yolxucu  xəstəliklərin 

törədiciləri  mikroblardır.  Onlara  aiddir:  bakteriyalar,  viruslar,  riktersiyalar  və 

göbələkciklər.  Xəstəlik  müxtəlif  yollar  və  vasitələrlə  keçir:  tənəffüs  orqanları 

vasitəsilə,  yoluxmuş  ərzaq  məhsullarından,  alafdan  və  sudan  istifadə  edərkən, 

yoluxmuş  əşyalara  toxunarkən,  xəstə  adamlar  və  heyvanlarla  təmasda  olarkən, 

xəstəlik daşıyıcı həşarat və gənələr dişləyərkən. 



Epizootiya  –rayonda  və  ya  ölkədə,  bəzən  isə  bütün  qitədə  heyvanlar  arasında 

xəctəliyin  geniş  yayılmasına  deyilir.  Zərərvericilərin  geniş  yayılması  da  xalq 

təsərrüfatına,  xüsusən  də  meşə  və  kənd  təsərrüfatına  ciddi  ziyan  vurur.  Eyni 

zamanda insanların məhvinə də gətirib çıxarır. Məsələn, son bir neçə ildə yayılmış 

quş  qripi  xəstəliyi  bəzi  yerlərdə  insanların  məhvinə  səbəb  oldu.  2005-2010-cu 

illərdə quş qripi nəticəsində dünyada yüzlərlə adam məhv olmuşdu. 



Yüklə 180,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin