5.1. Texnogen xarakterli FH-ın baş vermə səbəbləri.
Texnogen xarakterli fövqəladə hallar dedikdə ümumlikdə, insanın sənaye və
təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.
Elmi-texniki tərəqqi inkişaf etdikcə, onun nailiyyətləri artdıqca ortaya çıxan
texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur.Təbiətdə baş verən
fəlakətlər, həmçinin sayca çoxalan texnogen mənşəli qəzalar insanları bu barədə
daha çox düşünməyə vadar edir.Son illərdə sayı bir neçə dəfə artan texnogen
mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır.
Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3hissəsi
nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir
hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər
texnogen fəlakətlər təşkil edir
Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, partlayışlar bina və
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə
əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal
sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində,
magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.
Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr
mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir.
Bunların əsas səbəbləri aşağıdakılardır:
-istehsalat
sahələrihdə təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi
mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın sturukturca yenidən
qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və
texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin
zəifləməsi;
-bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji
avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
-istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və
onların keyfiyyətsiz olması;
-ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi
tədqiqatların keyfiyyətinin aşağı olması;
-partlayış,
yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
-potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin
kifayət dərəcədə olmaması;
-qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların
olmaması;
-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.
5.2. Iri istehsalat qəzalarınin yaranma səbəbləri.
İstehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi texniki tərəqqinin
coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji
və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və
tez-tez baş verən hadisələrdəndir.
İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda
bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa
bölmək mümkündür:
1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının
tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex
rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti, partlayış və
tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması;
2 qrup -səbəblər isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə
şərtləşir. Məsələn, bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan
müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və
şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü
də belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müəssisədə, hətta
nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin
bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum
olmayan təbiət hadisəsi aşkar edilir.
Istehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun,
layihə -istehsalat qüsurlarının, istismarı qaydalarının və istehsalatda texnoloji
prosesin pozulması nəticəsində də baş verə bilər.
5.3. Sənaye müəssələrində partlayışların baş vermə səbəbləri.
Sənaye müəssisələrində partlayışlar, adətən qurğuların dağılması və
deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji
boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət
olunur. Partlayışın törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə
vaxtı baş verən dağıntılara oxşayır.
Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrində- qazın,
cihazların, hazır məhsul yarımfabrikatların; neftayırma zavodlarında- benzin
buxarları və digər qarışıqların; dəyirmanlarda- unun; şəkər zavodlarında- şəkər
tozunun; ağac emalı kombinatlarında- mişar tozunun və lak-boyaq buxarlarının
partlayışları və s. daha çox müşahidə olunur.
Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qazların
partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən
yanğınlar, uçqunlar və s.törədir.
Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə
yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan
tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışın gücü artdıqca
onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların
elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa
təsir, əks olunan təsir,kənarlardan təsir, içəridən təsir,seysmik partlayış dalğasının
təsiri və s.
5.4.Yanğınlar və onların nəticələri..
Yanğınlar, sənaye müəssisılərində, neft mədənərində, şəhərlərdə və digər
yaşayış məntəqələrində daha tez-tez qəza halları yaradır. Yanğının intensivliyi
istilik impulsunun gücü ilə, yəni vaxt ərzində istilik enerjisinin kəmiyyəti ilə
xarakterizə edilir. Neft- qaz mədənlərində baş verən yanğınlar daha dəhşətli olur.
Dəniz neft mədənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin birbaşa
dənizə axması, sahillərin neftlə çirklənməsi ilə əlaqıdar beynəlxalq xarakter kəsb
edir, çünki belə hallarda dənizdə balıqçılıq təsərrüfatına olduqca böyük zərər dəyir.
Dənizə axan neftin geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək
lazım gəlir.
Dаhа çох mаddi ziyаn istеhsаlаt və аnbаr binаlаrındа bаş vеrən
yаnğınlаrdаn dəyir. Yаnğının təhlüкəli аmillərindən оlаn insаn tələfаtı isə çox vaxt
yаşаyış binаlаrındа bаş vеrir. Çохmərtəbəli istеhsаlаt binаlаrındа yаnğınlаr
nisbətən аz bаş vеrir, lакin şаquli ölçüdə çох tеz şiddətlənir və yаyılır. Оnlаrdаn
dəymiş mаddi ziyаn isə birmərtəbəli binаlаrdакı yаnğınlаrdаn dəyən ziyаnı bir
nеçə dəfə ötür. Böyüк mаddi itкilərə və insаn tələfаtınа iri həcmli yаnğınlаr səbəb
оlur.
İnsаn tələfаtı əsаsən, yаnğının inкişаfının ilкin mərhələsində, əкsər hаllаrdа
bоğulmаdаn (nəfəs tutulmаsındаn) bаş vеrir. Yаnğınlаrdа dаhа çох uşаqlаr, yаşlı
insаnlаr və əlillər tələf оlurlаr. 1992-1998-ci ilərdə yanğın və partlayış təhlükəli
obyektlərdə 70-dək fövqəladə hadisə baş vermiş, burada yüzdən artıq adam
zədələnmiş, onlarla şəxs məhv olmuşdur. Belə yanğınların əksəriyyəti (85%-ə
qədəri) ticarət və xidmət sahələrindəki əmtəə-material anbarlarının payına düşür.
Кütlə və istiliк mübаdiləsini, hər hаnsı yаnğın üçün, оnun ölçülərindən və bаş
vеrmə yеrindən аsılı оlmаyаn səciyyəvi ümumi təzаhürlər аdlаndırırlаr. Yаlnız
müхtəlif üsullаrlа yаnmаnın ləğv еdilməsi, оnlаrın кəsilməsinə gətirib çıхаrа bilər.
Yаnğın zаmаnı bu prоsеsi uzun müddət idаrə еtməк mümкün оlmadığından
böyüк miqdаrdа mаddi itкilərlə nəticələnir.
Ümumi təzаhürlər, qеyri-tipiк təzаhürlərin bаş vеrməsinə səbəb оlа bilər. Оnlаrа
аiddir: pаrtlаyışlаr; tехnоlоji qurğulаrın və аpаrаtlаrın, həmçinin tiкinti
коnstruкsiyаlаrının dеfоrmаsiyаsı və uçulmаsı; çənlərdə nеft məhsullаrının
qаynаmаsı və yа оndаn аtılmаsı və digər təzаhürlər.
Qеyri-tipiк təzаhürlərin bаş vеrməsi və dаvаm еtməsi yаnğınlаrdа müəyyən münbit
şərаit yаrаnаn zаmаn mümкündür. Bеlə кi, tiкinti коnstruкsiyаlаrının
dеfоrmаsiyаsı və yа uçulmаsı yаlnız binаlаrdа və yа аçıq istеhsаlаt qurğulаrındа ən
çох böyüк dаvаmiyyətli yаnğınlаr, nеft məhsullаrının qаynаmаsı və yа аtılmаsı isə
yаlnız qаrа və sulu nеft məhsullаrının yаnmаsı və yа su yаstığının (məhsulun
аltındа yığılmış suyun) mövcudluğu və s. zаmаnı bаş vеrir. İnsаnlаrın həlак
оlmаsı, tеrmiкi хəsаrət аlmаsı, yаnmа mаddələri ilə zəhərlənməsi və кütləvi
insаnlаr toplаşan оbyекtlərdə çахnаşmаnın bаş vеrməsi və s. yаnğınlаrdа bаş vеrən
təzаhürlərdir. Оnlаr dа həmçinin qеyri-tipiкdir, çünкi yаnğını müşаyiət еdən
ümumi təzаhürlər dаhа önəmlidir. Bu insаnlаrdа böyüк psiхоlоji gərginliyə və
həttа strеss vəziyyətinə səbəb оlаn хüsusi təzаhürlər qrupudur.
5.5. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.
Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması
nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.
Nəqliyyat sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Dünyada baş
verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən
qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji
obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil
edir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə
kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə
birinci yer tutur. Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının
toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş
verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii
fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur.
Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi
zəhərlənmə baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır. Belə
təhlükə ən çox Abşeron yarımadası, Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərləri
üçün xarakterikdir. Qeyd etmək kifayətdir ki, 1992-1998-ci illərdə belə
obyektlərdə kimyəvi təhlükəli maddələrin ətraf mühitə sızması ilə nəticələnən
ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin,
su hövzələrinin və torpaağın sənaye tullantıları və digər maddələrlə çirklənməsi,
zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə hallar təbiətdə
ekoloji tarazlığı pozur.
Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal –
mühəndis şəbəkələrinin nə demək olduğu bu müəssisəiərdə istehsalın nəhəng
enerji tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı
üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr, çuqun üçün 250 kub metr,
quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.
Dostları ilə paylaş: |