Cənubi Amerika:
Bu regionun əsas istehsalçısı Braziliyadır. 2013-cü ildə ilkin
alüminium istehsalı Braziliyada 1,3 milyon ton, Argetinada 425 min ton, Venesuellada
160 min ton olmuşdur. 2014-cü ildə isə Braziliyada 3,9 milyon ton istehsal olmuşdur. İlkin
alüminium istehsalının həcminin 2015-ci ildə 4,3 milyon ton, 2016-cı ildə 4,6 milyon ton,
2017-ci ildə 5 milyon ton olacağı proqnozlaşdırılır.
2012-ci ildə 267 100 ton içki qutusu (19,8 milyard ədəd) emala qayıtmışdır. 2014-cü
ilin ilk altı ayı ərzində 769 600 ton ilkin alüminium məhsulu tikinti və qablaşdırma
sahələrində istifadə olunmuşdur.
Orta Şərq:
Bu ölkələrə Bəhreyn, Oman, Qətər, S.Ərəbistanı və BƏƏ daxildir.
İqtisadiyyatlarında əsas payın neft sektorunun tutmasına baxmayaraq, son 10 ildə bu region
alüminium sənayesində inkişaf dövrünə başlamışdır. 2015-ci ilin mart ayında bu ölkələr
birgə 432 000 ton alüminium istehsal etmişdir. Bu istehsalda əsas pay Bəhreynin ALBA
şirkətinin payına düşür. Belə ki, ALBA 2014-cü ildə 1 milyon tona yaxın (931 427 ton)
alüminium istehsal etmişdir. 2015-ci ilin 1-ci rübü ərzində isə 237 774 ton alüminium
istehsal olunmuşdur ki, bu da keçeən ilin müvafiq dövri ilə müqaisədə 2,4% artım
deməkdir. Bu ölkələrdə yerləşən 6 şirkət (ALBA-Bəhreyn, SOHAR-Oman, QATALUM-
Qətər, MAADEN- S.Ərəbistanı, DUBAL- EMAL- BƏƏ) tərəfindən 2014-cü ildə 4,9
milyon ton alüminium istehsal olunmuşdur, bu göstəricinin 2015-ci ildə 5,3 milyon tona
çatdırılacağı planlaşdırılır.
|