Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 269.11 Kb.

səhifə1/3
tarix25.12.2016
ölçüsü269.11 Kb.
  1   2   3

  

 

 



Azərbaycan Respublikası 

İqtisadiyyat və Sənaye Nazirliyi 

 

 

 

 

Alüminium yarımfabrikatlar və son məhsulların istehsalı, 

mövcud vəziyyət, qlobal inkişaf trendləri 

 

A R A Y I Ş 

 

Hazırladı: 

Sənaye şöbəsinin Ağır sənaye və metallurgiya sektorunun  

məsləhətçisi İlkin Şamilov 

 

Bakı  2015

 


 

Mündəricat 



 

1.GİRİŞ ................................................................................................................................... 3

 

Alüminium istehsalı və istehsal üsulları: ............................................................................... 5



 

Alüminium istifadə sahələri: .................................................................................................. 6

 

2.Dünya Alüminium Sənayesi................................................................................................ 7



 

2.2.Dünya alüminium xammal hasilatı ................................................................................ 16

 

2.3-2.4. Alüminium xammalı hasil edən və alüminium istehsal edən qlobal şirkətlər ........ 18



 

3. Regionun Alüminium Sənayesi. ....................................................................................... 21

 

İran alüminium sənayesi: ..................................................................................................... 22



 

Türkiyə alüminium sənayesi: ............................................................................................... 23

 

Rusiya alüminium sənayesi: ................................................................................................. 25



 

Qazaxıstan alüminium sənayesi: .......................................................................................... 27

 

Tacikistan alüminium sənayesi: ........................................................................................... 27



 

4.Azərbaycan Alüminium Sənayesi ..................................................................................... 28

 

4.1. Azərbaycan alüminium sənayesinin tarixi və mövcud vəziyyəti .................................. 28



 

4.2. Azərbaycan alüminium sənayesinin ekoloji səmərəliliyi.............................................. 32

 

Ədəbiyyat siyahısı: ............................................................................................................... 34



 

 

 



 

 

 

 

Alüminium yarımfabrikatlar və son məhsulların istehsalı, mövcud vəziyyət, qlobal 



inkişaf trendləri 

1.GİRİŞ 

 

Alüminium 

–  müasir  dövrümüzdə  ən  çox  istifadə  edilən  metallardan  biridir. 

Alüminium elemetlərin dövri sisteminin 3-cü qrupundandır. Atom nüvəsi 13, atom kütləsi 

26,9815,  sıxlığı  2,7  q/sm

3

-dir.  O,  gümüşü  rəngli  yüngül  və  yumşaq  metaldır.  Əsasən, 



korroziyaya  qarşı  müqaviməti  ilə  tanınır.  Bu  müqavimətin  əsasını  isə  alüminiumun 

havanın  təsirindən  səthində  oksid  təbəqəsi  yaranması  səbəbindən  passivasiya  xüsusiyyəti 

təşkil edir. Digər tərəfdən, alüminium istiliyi və elektriki yaxşı keçirir. Cu, Si, Mg, Mn, Zn 

və  Ni-lə  əmələ  gətirdiyi  ərintilər  (maqnal,  duralüminium,  elektron,  silümin  və  s.)  yüksək 

mexaniki  davamlığa  malikdir.  Aüminium  təbiətdə  ən  çox  yayılan  kimyəvi  elementlər 

arasında üçüncü (oksigen və silisiumdan sonra), təbiətdə ən çox yayılan metallar arasında 

isə birinci yeri tutur. Yer qabığında kütləcə miqdarı 8 %-dir. 

 

 Alüminium  təbiətdə  ancaq  birləşmələr  şəklində  tapılır,  süxurlarda  alüminium  – 



oksidi şəklində daha çox təsadüf edilir. Alüminium ən qədim və ən məşhur birləşməsi isə 

alumentdir

. Belə ki, alumen hələ eramızdan 500 il  əvvəl yunanlar və romalılar tərəfindən 

parça  boyamaq  üçün  istifadə  edilmişdir.  Əslində,  “alüminium”  sözünün  özü  də  elə  latın 

dilində olan bu “alümen” sözündən götürülmüşdür. 


 

Alüminium ilk dəfə Danimarka  fiziki Hans Ersted tərəfindən 1825-ci ildə boksitdən 



alınmışdır.  1854-cü  ildə  fransız  alimi  Henri  Etenom  Sent-Kler  Devilem  ilk  dəfə 

alüminiumu  sənaye  üsulu  ilə  almışdır.  O,  1855-1890-ci  illər  ərzində  200  ton  alüminium 

metalı əldə etmişdir. Artıq 100 ildən artıq müddətdir ki, alüminium istehsalında elektroliz 

üsulundan istifadə  etməklə  Eru-Xolla texnologiyası  tətbiq olunur. Bu üsul böyük həcmdə 

yüksək  təmiz  tərkibli  alüminium  istehsal  edilməsi  ilə  yanaşı,  qiymətin  də  dəfələrlə  aşağı 

düşməsinə təsir göstərir. 

2-ci  Dünya  müharibəsindən  sonra  alüminium  istehsalı  sürətlə  artmağa  başlamışdır. 

1939-cü ildə 620 min ton olduğu halda, 1943-cü ildə artaraq 1,9 mln. ton olmuşdur. 1956-

cı ildə dünya üzrə 3,4 mln. ton, 1965-ci ildə 5,4 mln. ton, 1980-cı ildə 16,1 mlnş ton, 1990-

cı  ildə  isə  18  mln.  ton  alüminium  istehsal  olunmuşdur.  20-ci  əsrin  sonları  21-ci  əsrin 

əvvələrində  alüminium  istehsalında  sürətli  artım  başlamışdır.  Belə  ki,  Beynəlxalq 

Alüminium İnstitutunun (İnternational Aluminium İnstitute, İAİ) məlumatına əsasən 2007-

ci  ildə  alüminium  istehsalı  37,41  mln.  ton,  2012-ci  ildə  47,78  mln.  ton,  2013-cü  ildə  isə 

51,2.  mln  ton  olmuşdur.  İstehsalın  artımı  ilə  əlaqədar  alüminium  istehsal  müəssisələrinin 

də sayı çoxalmışdır. 

 

  



 

Alüminium istehsalı və istehsal üsulları: 

Alüminium  istehsalında  əsas  xammal  alüminium  filizlərdir:  boksitlər,  nefelinlər, 

alunitlər,  kaolinlər.  Bunlardan  ən  əhəmiyyətlisi  boksitlərdir  (dünyada  istehsal  olunan 

alüminiumun 95%-i boksitdən alınır). 

 

Alüminium  istehsalı  texnologiyası  iki  prosesdən  ibarətdir:  alüminium-oksidin 



alınması və alüminium-oksiddən (gil-torpaq) ilkin alüminium alınması. 

 

Alüminium-oksidini 3 üsulla  alırlar: qələvi üsulu, turşu  üsulu və  elektotermik  üsul. 



Ən çox yayılmış üsul K.İ.Bayerin yaş qələvi üsuludur. 

 

Qələvi  üsulunda,  gil-torpağın  faizi  çox  olan  boksitlər  üçün  filiz  və  əhəngdaşı 



xırdalandıqdan  sonra  soda  (Na2CO

3

)  ilə  qarışdırılır  və  fırlanan  barabanlı  sobada  bişirilir 



(1200.....13000S-də).  Nəticədə  aluminat  məhlulu,  silikat  və  suda  həll  olmayan  digər 

birləşmələr alınır. Sonra alüminat su ilə qələviləşdirilir. Alınmış alüminat məhlulu süzülür. 

Sonra soba qazı ilə 800S-ə qədər qızdırılır. Bu zaman aşağıdakı reaksiya gedir: 

2NaOH+CO


2

→Na2CO


3

+H

2



Yeyici  natrium  məhlulu  ilə  qələviləşdirilən  boksit  kip  polad  qablarda  2500  selsi 

tempraturda  və  25-30  atmosfer  təzyiqdə  aparılır.  Həmin  qablar  buxarla  qızdırılır.  Belə 

şəraitdə boksitdən alümin hidroksidi natrium alüminatı əmələ gəlməklə həll olur. 

Al(OH)

3

+NaOH→NaAlO



2

+2H


2

Hidroanaliz reaksiyası su əlavə edilən məhlulda gedir. 



NaAlO

2

+2H



2

O→Al(OH)


3

+NaOH 


Kristallik  alüminium  hidroksid  tam  susuzlaşdırma  üçün  qurudulur  (kalsinasiya)  və 

boruvari, fırlanan sobalarda 1200S dərəcəyə qədər qızdırılır. 

Nəhayət, Al

2

O



3

 alınır və prosesin davamında texnologiyaya uyğun olaraq elektroliz 

təknələrində alüminium alınır. 


 

Alüminium istifadə sahələri: 

  

Alüminium  –  yüngül  metal  olub,   elastikdir, elektrik  keçirmə  qabiliyyəti  yüksəkdir 



və 

korroziyaya  qarşı  yaxşı  davamlıdır.  Bu  səbəblərdən  alüminium  tikinti, 

elekroenergetikia, maşın və avadanlıq istehsalı, qablaşdırma, nəqliyyat və s. kimi sahələrdə 

istifadə  olunur.  Metal  və  xəlitələri  korroziyadan  qorumaq  üçün  işlədilir.  Maşınqayırmada 

xalis  alüminium  az  işlədilir,  çünki  mexaniki  xassələri  yüksək  deyil.  Təyyarəqayırma, 

avtomobil  istehsalı,  vaqonqayırma  və  cihazqayırma  sənayelərində  işlədilən  xəlitələrin 

alınmasında  işlədilir.  Alüminium  tərkibinə  görə  əsasən  AB0000,  AB000,  AB00,  AB0, 

A00, A0, A1, A2 və A3 markalarla istehsal edilir.  

Alüminium  tərkibli  xəlitələr  texnoloji  istifadə  mənsubiyyətinə  görə  iki  qrupa 

bölünür: tökmə xəlitələri və təzyiqlə emal edilən xəlitələr. 

 

Alüminium tökmə xəlitələri silisium, mis və maqnezium ilə xəlitələrdir. 

 

Alüminiumun  silisium  ilə  xəlitələrinə 



silominlər  deyilir.  Sənayedə  6-13%-dək  Si 

olan  xəlitələr  işlədilir.  Onun  mexaniki  xassələri  saf  Al-dan  yüksəkdir.  Silominlərin 

mexaniki xassələrini yüksəltmək üçün maqnezium və manqan daxil edirlər. Məsələn: АЛ2, 

АЛ4,  АЛ9.  mühərriklərin  iri  və  orta  tökmələri  böyük  və  orta  yüklərə  məruz  qalan, 

mürəkkəb konfiqurasiyalı detallar və s. hazırlanır. 

 

Alüminiumun  mis  ilə  xəlitəsində 



4-11%-ə  qədər  mis  olur.  Alüminium  mis  ilə 

xəlitələrindən(АЛ12,  АЛ10B)  cihazların  detalları,  mühərriklərin  porşenləri,  zərbə 

yüklərinə məruz qalan detallar və korroziyaya davamlı detallar hazırlanır. 

 

Alüminiumun  maqnezium  ilə  xəlitələrində 



4,5-11%-ə  qədər  maqnezium  işlədilir. 

АЛ8  mexaniki  xassələri  yüksəkdir  və  korroziyaya  davamlıdır.  Böyük  zərbə  yüklərinə 

məruz qalan detallar, korroziyaya davamlılığı yüksək olan detallar hazırlanır.  

 

Təzyiqlə  emal  edilən  alüminium  xəlitələr.  Döymə,  ştamplama  və  yayma  üçün 

düralüminium  tipli  xəlitələr  işlədilir.  Düralüminium  latınca  “durus”  sözündən 

götürülmüşdür,  bərk  alüminium  deməkdir.  Düralüminiumun  mexaniki  xassələrini  Cu  və 

Mg  yüksəldir.  Manqan  düralüminiumun  bərkliyini  və  korroziyaya  davamlılığını  artırır. 


 

Düralüminium  xassələrini  yaxşılaşdırmaq  üçün  termiki  emala  uğradırlar.  Düralüminium 



tipli xəlitələr sənayedə, xüsusi ilə də aviasiya sənayesində geniş tətbiq edilir. 

D1-konstruksiyaların yüklənən elementləri, ventillərin pərləri və s., D16- konstruksiyaların 

yük daşıyıcı elementləri, gövdələrin detalları, pərçimləri və s. hazırlanır.  

Sənaye sahələrində  ilkin və yarımfabrikat alüminium istehlakçıların payı:2013-cü il 

 

Tikinti sənayesində-16% 



 

Maşın və avadanlıq istehsalında-10% 



 

Energetikada-8% 



 

İstehlak mallarında-6% 



 

Nəqliyyatda-36% 



 

Qablaşdırmada-20% 



 

Digər sahələrdə-4% 



2.DÜNYA ALÜMİNİUM SƏNAYESİ 

2.1.Dünya Alüminium İstehsalı: 

Alüminium dünya iqtisadiyyatında çox önəmli paya malikdir. Misdən ucuz olması, 

təbiətdə  daha  çox  rast  gəlinməsi,  işlənməsinin  asan  və  yumşaq  olmasına  görə  gündəlik 

həyatda tez-tez qarşımıza çıxan metaldır. Alüminium istehsalı əsasən inkişaf etmiş və yeni 

sənaye ölkələrində geniş yayılmışdır. 

2014-cü  ildə  dünya    alüminium  istehsalı  53  mln.ton  olunmuşdur.  Ən  böyük 

istehsalçı 27,5 mln.  tonla Çin olmuşdur. Körfəz ölkələri regionunda 4,8 mln. ton, Şimali 

Amerika regionunda 4,5 mln. ton, Şərqi və Mərkəzi Avropa regionunda 3,8 mln. ton, Qərbi 

Avropa  regoinunda  3,5  mln.  ton,    Asia  regionunda  (Çin  daxil  deyil)  2,4  mln.  ton, 

Avstraliya və Okeaniyada 2 mln. ton, Cənubi Amerika regionunda 1,5 mln. ton alüminium 

istehsal olunmuşdur. 

 

 



 

Şimali Amerika regionunun 

ən böyük alüminium istehsalçıları ABŞ və Kanadadır.  

Şimali Amerika regionunun alüminium sənayesi 3 mənbədən təchiz olunur: 

 

Əsas mənbə- gil-torpaqdan yerli ilkin alüminium istehsalı; 



 

Təkrar emal (metal tullantıları); 



 

Alüminium külçə idxalı. 



Ümumi  alüminium  sənayesi  təchizatının  43%-i  yerli  ilkin  alüminiumdan,  41%-i 

materialların  emalından,  16%-i  isə  idxal  olunan  külçə  məhsullardan  ibarətdir.  Şimali 

Amerika regionunun alüminium sənayesində yeni sahə kimi içki qutularının emalı işlərinin 

həyata  keçirilməsini  göstərə  bilərik.  2013-cü  il  ərzində  təxminən  1,72  milyard  dollar 

həcmində içki qutuları emal olunmuşdur. 

 

2013-cü  ildə  Şimali  Amerika  regionunda  alüminium  istehsalı  24,2  milyard  dollar 



təşkil  etmişdir.  Daxili  istehlak  20,4  milyar  dollar  olmuşdur.  Şimali  Amerika  regioununda 

alüminium bazarı üçün ən böyük bazar nəqliyyat daşınma sektoru təşkil edir ki, bunun da 

həcmi  7,4  milyard  dollardır  və  ümumi  daşınmanın  30,6%-ni  təşkil  edir.  ABŞ  və  Kanada 

arasındakı ticarət əlaqəsi istisna olmaqla Şimali Amerika regionunda idxalın ümumi həcmi 

4 621,8 milyon dollar, ixracın həcmi isə 7 888,6 milyon dollar olmuşdur.   

Cədvəl 1. 2013-cü il üzrə ABŞ və Kanadanın alüminium idxalı 

Ümumi idxal 

Milyon dollar 

Faizlə % 

Meksika 


401,6 

8,7 


Cənubi Amerika 

599,6 


13,0 

Avropa İttifaqı 

589,7 

12,8 


Digər Avropa ölkələri 

635,9 


13,8 

Şərqi Asiya 

872,4 

18,9 


Digər Asiya ölkələri 

1 244,4 


26,9 

Okeaniya 

96,9 

2,1 


Afrika 

181,3 


2,1 

Cəmi 

4 621,8 

100.0 

 

Cədvəl 2. 2013-cü il üzrə ABŞ və Kanadanın alüminium ixracı. 



Ümumi ixrac 

Milyon dollar 

Faizlə % 

Meksika 


1 947,7 

24,7 


Cənubi Amerika 

192,3 


2,4 

Avropa İttifaqı 

851,9 

10,8 


Digər Avropa ölkələri 

133 


1,7 

Şərqi Asiya 

4 213,5 

53,4 


Digər Asiya ölkələri 

516,2 


6,5 

Okeaniya 

12,7 

0,2 


Afrika 

21,2 


0,3 

Cəmi 

7 888,6 

100.0 

ABŞ

-da  ilkin  alüminium  istehsalı  2014-cü  ilin  mart  ayına  qədər  1,807,562  ton  olduğu 

halda, 2015-ci ilin mart ayına qədərki dövrdə 7,1% azalma olaraq 1,689,768 ton olmuşdur.  

Cədvəl 3. ABŞ-da illik ilkin alüminum istehsalı.  

İllik istehsal 

2013(mart)-2014(mart)  

(min ton) 

2014(mart)-2015(mart) 

(min ton) 

Artım tempi  

%-lə 

 

1 678,8 



1 807,6 

-7,1 


2015-ci  ilin  mart  ayına  faktiki  istehsal  142,5  min  ton  2014-cü  ilin  mart  ayında  isə 

153,5  min  ton  təşkil    etmişdir  bu  isə  7,2  %  azalma  deməkdir.  Bu  müqayisəni  1-ci  rüb 

göstəriciləri  ilə  aparsaq  2015-ci  ildə  414,2  min  ton  2014-cü  ildə  isə  445,8  min  ton 

alüminium istehsal olunmuşdur ki, nəticə də 7,1% azalma müşahidə olunmuşdur. 



Cədvəl 4. ABŞ-da rüblük ilkin alüminum istehsalı. 

 

 



İstehsal 

Gündəlik orta istehsal 

2015-ci il (ton) 

2014-cü il (ton) 

2015-ci il (ton) 

2014-cü il (ton) 

Yanvar 


142 069 

153 264 


4 583 

4 944 


Fevral 

129 626 


139 042 

4 630 


4 966 

Mart 


142 587 

153 519 


4 600 

4 952 


10 

 

ABŞ alüminium istehsalında yeni sahə kimi içki qutularnın yığılaraq təkrar emalına 



xüsusi  önəm  verilir.  Bu  həm  ekoloji  cəhətdən,  həm  də  iqtisadi  baxımdan  ucuz  xammal 

bazası  kimi  üstünlüyə  malikdir.  Demək  olar  ki,  hər  dəqiqədə  113 300  qutu  emal  olunur. 

2013-cü  ildə  1,72  milyar  dollar  həcmində  içki  qutuları  toplanmışdır.  ABŞ  alüminium 

sənayesinin  iqtisadiyyata  birbaşa  təsiri  65  milyard  dollardır.  Bütün  təchizatçıları  və  digər 

əlaqədi  işlərlə  birlikdə  alüminium  sənayesinin  iqtisadiyyata  birbaşa  təsiri  152  milyard 

dollardır-bu isətəxminən ÜDM-in 1%-i deməkdir. 



Kanada

 ilkin alüminium istehsalı 2013-cü ilin martından 2014-cü ilin mart ayına qədər 2,9 

mln. ton olmuşdur. 

Cədvəl 5. Kanada illik ilkin alüminum istehsalı.  

İllik istehsal 

2014-cü il  

(min ton) 

2015-ci il 

(min ton) 

Artım tempi  

%-lə 

 

2 879,0 



2 811,4 

-2,3 


 

2015-ci  ilin  mart  ayına  faktiki  istehsal  238,7  min  ton  2014-cü  ilin  mart  ayında  isə 

244,5  min  ton  təşkil    etmişdir  bu  isə  2,4%  azalma  deməkdir.  Bu  müqayisəni  1-ci  rüb 

göstəriciləri  ilə  aparsaq  2015-ci  ildə  698,7  min  ton  2014-cü  ildə  isə  713,1  min  ton 

alüminium istehsal olunmuşdur ki, nəticədə 2,1 % azalma müşahidə olunmuşdur. 

Cədvəl 6. Kanada rüblük ilkin alüminum istehsalı.  

 

 



İstehsal 

Gündəlik orta istehsal 

2015-ci il (ton) 

2014-cü il (ton) 

2015-ci il (ton) 

2014-cü il (ton) 

Yanvar 


241,521 

246,462 


7,791 

7,950 


Fevral 

218,413 


222,162 

7,800 


7,934 

Mart 


238,778 

244,523 


7,703 

7,888 


1-ci rüb 

698,712 

713,147 

7,763 

7,924 

 

 

11 

 

Asiya və Çin Alüminium Sənayesi: 

Alüminium  istehsalı  üzrə  2014-cü  il  göstəricilərinə  nəzər  salsaq  görərik  ki,  dünya 

üzrə ümumi alüminium istehsalının 50%-ə qədər hissəsi Çinin payına düşür. 

Çinin ilkin alüminium istehsalı 2013-cü ildə 21,9 milyon ton, 2014-cü ildə isə 23,9 milyon 

ton olmuş və 9,1% artım baş vermişdir. 

2014-cü  il  ilə  müqayisədə  2015-ci  ilin  ötən  dövrü  ərzində  alüminium  istehsalında 

artım  müşahidə  olunduğunu  görərik.  Alüminium  istehsalında  ilin  2015-ci  ilin  sonunadək 

artan temp müşahidə olunarsa, ilin sonunda istehsalın həcmində 2014-cü ilə nisbətdə 22% 

artım olacağı və həcmin 30 milyon tona çatdırılacağı gözlənilir.  

Çində  gündəlik  orta  istehsal  2014-cü  ilin  aprel  ayında  72,6  min  ton,  2015-ci  ilin 

aprel ayında bu göstərici 86,2 min ton olmuşdur. 



Cədvəl 7. Çin Alüminium istehsalı. 

Dövrlər 

Çin Alüminium istehsalı  

İstehsal (min ton) 

Gündəlik orta istehsal 

(min ton) 

2011-ci il 

17 786,0 

48,7 


2012-ci il 

19 754,0 

54,0 

2013-cü il 



21 936,0 

60,1 


2014-cü il 

23 940,0 

65,6 

 

 



 

2014-cü il Yanvar-Aprel 

8 793,0 

73,3 


2015-ci il Yanvar-Aprel 

9 792,0 


81,6 

 

 



 

2014-cü il Aprel 

2 178,0 

72,6 


2015-ci il Aprel 

2 587,0 


86,2 

 

 



12 

 

Yaponiyada  2015-ci  ildə  isə  ilkin  alüminium  istehsal  olunmamışdır.  Bunun  əsas 



səbəbi  kimi  Yaponiyada  ilkin  məhsul  istehsalına  deyil  son  məhsul  istehsalına  üstünlük 

verilməsidir,  yəni  elm-tutumlu  istehsalın  təbii  resusrsa  söykənən  istehsaldan  daha  sərfəli, 

ekoloji  təmiz  və  gəlirli  olmasıdır.  Yaponiya  alüminium  sənayesində  əsas  yeri  təkrar 

alüminium emalı tutur. 2014-cü ildə 827,3 min ton alüminium emal olunmuşdur. 

Təkrar  emal  məhsullarına  tökmə  külçə,  eıektrik  naqilləri,  alüminium  falqalar, 

alüminium  pəncərələr,  alüminium  qutular  və  s.  aiddir.  Yaponiya  Alüminium 

Assosiasiyasının  məlumatlarına  əsasən  2014-cü  il  ilə  müqayisədə  2015-ci  ildə  yalnız 

alüminium  qutuların  emalında  artım,  digər  emal  məhsullarında  isə  azalma  müşahidə 

olunmuşdur.   

Cədvəl 8. Yaponiya alüminum fabrikatlar istehsalı. 

 

 

Məhsulun 

adı 

 

2014-

cü il 

ümumi 

(min 

ton) 

 

Artım 

tempi %-

lə 

2014/2013 

2015-ci il 

2015-ci il 

2014-cü il   

Artım 

tempi 

%-lə 

    Fevral 

(min ton) 

Artım 

tempi %-lə 


: content -> html
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Sənaye klasterləri ilə bağlı Arayış I. Klasterin anlayışı
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> AZƏrbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ
html -> Baki 2015 Əczaçılıq sənayesi haqqında arayış
html -> Əczaçılıq fəaliyyəti haqqında azərbaycan respublikasinin qanunu
html -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
html -> Ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı
html -> Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında
html -> Azərbaycanın kimya sənayesi haqqında


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə