düralüminium tipli xəlitələr işlədilir. Düralüminium latınca “durus” sözündən
götürülmüşdür, bərk alüminium deməkdir. Düralüminiumun mexaniki xassələrini Cu və
Mg yüksəldir. Manqan düralüminiumun bərkliyini və korroziyaya davamlılığını artırır.
7
Düralüminium xassələrini yaxşılaşdırmaq üçün termiki emala uğradırlar. Düralüminium
tipli xəlitələr sənayedə, xüsusi ilə də aviasiya sənayesində geniş tətbiq edilir.
D1-konstruksiyaların yüklənən elementləri, ventillərin pərləri və s., D16- konstruksiyaların
yük daşıyıcı elementləri, gövdələrin detalları, pərçimləri və s. hazırlanır.
Sənaye sahələrində ilkin və yarımfabrikat alüminium istehlakçıların payı:2013-cü il
Tikinti sənayesində-16%
Maşın və avadanlıq istehsalında-10%
Energetikada-8%
İstehlak mallarında-6%
Nəqliyyatda-36%
Qablaşdırmada-20%
Digər sahələrdə-4%
Dostları ilə paylaş: