Türkiyə alüminium sənayesi:
Türkiyə alüminium sənayesi sahəsində hazırda
1500 şirkət fəaliyyət göstərməkdədir. Ümumilikdə bu şirkətlərdə 30 000 nəfər işçi
fəaliyyət göstərir.
2014-cü ilin ilk 6 ayında yarımfabrikat ixracında 2013-cü ilə nisbətən 13% artım
müşahidə olunmuşdur. Bu artımın 2015-ci ildə də olacağı gözlənilir. Bu artımın başlıca
səbəbi türkiyə və digər ölkələrdə inşaat sektorunun sürətli inkişafı və bu sektorda
alüminiuma olan tələbdir.
2014-cü ildə alüminium yarımfabrikat (çubuq, profil) istehsalı 384 000 ton
olmuşdur. Bu isə 2013-cü ildəki 340 000 tonluq istehsala görə 13% artım deməkdir.
Türkiyədə inşaat sektorunun sürətli inkişafı, əsasən də alüminium qapı, pəncərə və digər
alüminium məmulatlara tələbi nəzərə alaraq, 2015-ci ildə də eyni artım olacağı gözlənilir.
Dostları ilə paylaş: |