Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri



Yüklə 458,42 Kb.
səhifə7/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   2   3   4   5   6   7   8   9   10   ...   112
TTT — копия

7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri

7.1. Qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və təmir edilməlidir. Nasaz qızdırıcı qurğuların istismarı qadağandır.

7.2. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü ərzində ən azı qızdırıcı sobalar üçün üç ayda bir dəfə fasiləsiz işləyən sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə; mətbəx plitələri və digər fasiləsiz yandırılan sobalar üçün ayda bir dəfə.

7.3. Qazanxana və istilik generator qurğularının forsunkalarına (odluqlarına) gələn hər bir yanacaq borusu üzərində ən azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın, digəri yanacaq çəninin yaxınlığında quraşdırılmalıdır.

7.4. Qazanxanada və digər istilik istehsal edən qurğuların istismarı zamanı, xüsusi hazırlıq keçməyən və vəsiqəsi olmayan şəxslərin (ocaqçıların) işə bura-xılmasına, qazanxana və istilik generatorları otaqlarında duru yanacağın saxlanma-sına, avadanlıqların istismarı zamanı texniki şərtlərdən nəzərdə tutulmayan neft məhsulları tullantılarından və digər «AAM»-lərdən və «YM»-lərdən yanacaq kimi istifadə edilməsinə icazə verilmir.

Qadağandır:

- yanacaq verilən sistemin boru xətlərindən və onun birləşən yerlərindən duru yanacaq damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən qurğuları istismar etmək;

- sönmüş qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;

- nəzarət və tənzimləmə cihazları olmadıqda və yaxud onlar nasaz olduqda işləmək;

- qazanların və buxar kəmərlərinin üzərlərində hər hansı yanar materialın qurudulması.

7.5. Binada qazanxanaların işi iş vaxtının başa çatmasına iki saat qalmış dayandırılmalıdır.

7.6. Havanı sərinləşdirmə və ventilyasiya sisteminin istismarı zamanı aşağıdakılar qadağandır:

- ventilyasiya kameralarının qapısını açıq qoymaq;

- sorma kanallarını, gözlükləri və dəmir barmaqcıqları bağlamaq; - hava çəkənlərə istilik qaz cihazları qoşmaq;

- hava çəkənlərdə toplanan piy qatlarının, tozun və digər yanar maddələrin yandırılması.




Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin