Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Yanğına qarşı su təchizatına dair tələblər



Yüklə 458,42 Kb.
səhifə8/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   4   5   6   7   8   9   10   11   ...   112
TTT — копия

8. Yanğına qarşı su təchizatına dair tələblər

8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər veril-məlidir.Yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.

8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalıdır. Ventili «Yanğın baş verdikdə açmalı» sözləri yazılmış lövhə ilə təmin etməli.

8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir. Hər bir yanğın hidrantı «YH» yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir. Yanğın su hovuzu üzərində «YSH» sözləri yazılmış işıqlandırıcı və ya flüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub/metr) göstərilməlidir. Yanğına qarşı su hovuzları daim dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir.

8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilmə­lidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranları şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir.

8.5. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxla­nılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır.

8.6.Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır. Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin