(kafedra, dekanlıq, elmi, texniki və inzibati) işçiləri üçün
təhlükəsizlik texnikası üzrə təlimat 1. Ümumi tələblər Ofis işçisi işə qəbul edilərkən əməyin mühafizəsi üzrə giriş təlimatı almalı, daha sonra işlədiyi struktur bölmənin rəhbəri tərəfindən iş yerində ilkin təlimat almalıdır.
Ofis əməkdaşı bilməlidir:
Ofis avadanlıqlarından təhlükəsiz istifadə qaydalarını
Yanğın və elektrik təhlükəsizliyi qaydalarını
Sanitar-gigiyena qaydalarını
Ofisə aid digər zərərli və təhlükəli faktorları
Ofis əməkdaşı yalnız vəzifəsinə və səlahiyyətinə aid işləri icra etməlidir. İxtisasına və peşəsinə uyğun gəlməyən işləri icra etməsi yol verilməzdir.
Təhlükəsiz istismar və istifadəyə aid xüsusi təlimat və bilik almamış hər hansı ləvazimat və avadanlıqdakı nasazlıqlara müdaxilə edilməsi qadağandır.
İş vaxtı ofis əməkdaşına təsir edəcək əsas təhlükəli və zərərli faktorlar aşağıdakılardır:
əllərin surətçıxartma texnikasının kimyəvi boya və toz halında olan maddəsinə bulaşması
Ofis əməkdaşı personal kompüterindən istifadə zamanı iş və istirahət rejiminə ayrı-ayrılıqda ciddi riayət etməlidir.
Ofisdə mümkün olan yanğınların baş verməməsisi üçün ofis əməkdaşları və ofisə gələn ziyarətçilər yanğın təhlükəsizliyi qayda və tələblərinə riayət etməlidir.
Hər hansı xəstələnmə, özünü pis hiss etmə hallarında rəhbərilik biləvasitə məlumatlandırılmalı və təcili olaraq tibbi yardım göstərilməlidir.
Ofis əməkdaşı zədələnmə zamanı ilk yardım göstərilməsi qaydalarını bilməlidir.
Ofis əməkdaşı bilərəkdən əməyin mühafizəsi və intizam qaydalarını pozarsa, eləcə də bilərəkdən universitetin əmlakına maddi ziyan vurarsa müvafiq qanunverilicilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilir.