Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


İş vaxtı təhlükəsizlik tədbirləri



Yüklə 458,42 Kb.
səhifə13/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   9   10   11   12   13   14   15   16   ...   112
TTT — копия

İş vaxtı təhlükəsizlik tədbirləri.

  1. Monitor əyləşdiyiniz vəziyyətə uyğun istiqamətə tənzimlənməlidir.

  2. İş kreslosunun konstruksiyası əməkdaşın kompüter qarşısındakı normal hərəkətini təmin etməlidir.

  3. Kompüterdə fasiləsiz iş rejimi 2 saatdan artıq olmamalıdır.

  4. Kompüterlə işləyərkən hər iş saatının sonunda 5 dəqiqə fasilə, vacib işlər olduqda 2 (iki) saatlıq iş prossesində 15 dəqiqə fasilə olunmalıdır. Bu müddətdə monitorun söndürülməsi arzu olunandır.

  5. Günlük iş saatı 8 saatdırsa kompüterdən istifadə 6 saatdan artıq olmamalıdır.

  6. Monitorun əyimi 5-15° nizamlanmalıdır.

  7. Gözlə ekran arasındakı məsafə minimum 60-80 sm olmalıdır.

  8. Oturacaqda dik oturmalı, ayaqlar mütləq yerə toxunmalıdır. Əgər ayaqlar yerə dəymirsə əlavə bir dəstək yerləşdirilməlidir.

  9. Kürsüdə beli dəstəkləyən parça olmalı, kürək dik, çiyinlər rahat, dirsəklər 90 dərəcə bucaqlı olmalıdır.

  10. Mebel üzərinə qeyri-standart avadanlıq qoyulmamalı.

  11. Telefon səsləri minumum həddə tənzimlənməli.

  12. Video nümayişlər əgər sizin şəxsi işinizə aiddirsə qulaqlıqla seyr edilməli.

  13. Addımlayarkən ayaqqabılar döşəməyə mükün qədər asta vurulmalı.

  14. Qayçı ilə işləyərkən heç vaxt üzü yuxarı tutulmamalı.

  15. Karandaş yalnız yonma ilə yonulmalı.

  16. Stepler barmaqlardan aralı tutulmalı.

  17. Təhlükəsizlik işarələrinə diqqət yetirilməli və tələblərinə əməl edilməli.

  18. Başqa iş sahələrinə icazəsiz və özbaşına daxil olmamalı.

  19. Sağlamlıqda hər hansı problem yarandıqda mütləq rəhbərliyə məlumat verilməlidir.


  • Yüklə 458,42 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   112




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin