Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşaiyət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna "nüvə yanğını" deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 7-də Bakıda Dağlıq Qarabağda gedən müharibə ilə bağlı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Həmsədrlər görüş zamanı qərara aldılar ki, onlar hadisələri öz gözləri ilə görmək üçün Xankəndinə getsinlər. Onlar əvvəlcə Ağdama, sonra isə helikopter ilə Xocavənd istiqamətində Xankəndinə getdilər. 1991-ci il noyabrın 20-də saat 14:42 də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığıda, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycan hərbi helikopteri Mİ-8 N72 erməni hərbiləşdirilimiş dəstələri tərəfindən vuruldu. Bu hadisə Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biridir. Bu faciə nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak oldular. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də vardı
Adın qara gəlsin sənin, Qarakənd. Qarakənd kəndindən bir az aralı, Atasından bixəbər olan namərd, Nişan alıb vurdu, uçan qartalı.
Yəqin ki, bilirdi, bu qartal elin, Məğrur bir ölkənin elitasıdı. Nə olsun üstündən keçib çox zaman, Gəlin xatırlayaq, onun yasıdı.
Çox şeymi dəyişib o məşum gündən, Dostlar ölüb getdi, düşmən həmindi. Başımız ayılmır toydan, düyündən, Qısas yaddan çıxıb, bəs niyə indi.
Bir neçə quru söz, bir, iki kanal... Gözdən yaş çıxarmı, ürək yanmasa? Millət tərəddüddə, ayağa qalxmaz, Qanlı soyqırımı hər gün anmasa. Metodika şöbəsi:Yarıyeva Səadət.