Məqsəd. Bankın ÇPY üzrə risk profilinin və ÇPY riskinin qiymələtləndirilməsi prosesinin adekvatlığının
qiymətləndirilməsi. ÇPY riskinin qiymələtləndirilməsi prosesinin qiymətləndirilməsi yoxlamanın həcminin
müyyənləşdirilməsi və planlaşdırılması prosesinin tərkib hissəsi olmalı, və risklərin qiymətləndirilməsi
barədə bölmənin təlimatlara daxil edilməsi bu iki prosesin ayrı proseslər olduğunu deyil, əksinə, yoxlama
prosesində və bankın risk-əsaslı nəzarət sistemində risklərin qiymətləndirilməsinin mühümlüyünü
vurğulamaq üçün bu prosesə xüsusi bölmənin ayrıldığını bildirir.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
Xüsusi risk kateqoriyalarının müəyyən edilməsi
Risklərin qiymətləndirilməsi prosesinin ilk mərhələsi banka məxsus xüsusi məhsul, xidmət, müştəri, şirkət,
əməliyyat və coğrafi yerləşmələrin müəyyən edilməsindən ibarətdir. Bank vasitəsilə çirkli pulların
yuyulması, terorizmin maliyyələşdirilməsi və ya digər qanunazidd hərəkətlərin görülməsi cəhtləri müxtəlif
mənbələrdən qaynaqlansa da, müəyyən məhsul, xidmət, müştəri, şirkət və coğrafi yerləşmələr çirkli pulların
yuyulması ilə məşğul olan şəxslər və cinayətkarlar tərəfindən pozuntulara daha həssas və ya tarixi baxımdan
daha çox məruz qalmış ola bilər. Müəyyən məhsul, xidmət və ya müştərilə xas olan xüsusiyyətlərdən asılı
olaraq risklər fərqlənə bilər. Bank öz risklərinin qiymətləndirilməsini apardıqda əməliyyatların sayı və
həcmi, coğrafi yerləşmə və müştəri ilə əlaqələrin xüsusiyyəti kimi müxtəlif amilləri nəzərə almalıdır. Bankın
müştəri ilə əlaqələrin qurulması üsullarındakı fərqlər (üzbə-üz kontakta qarşı elektron bankçılıq) həmçinin
nəzərə alınmalıdır. Bu amillərdən asılı olaraq risklər bankdan banka fərqlənir. Bankın risklərinin
qiymətləndirilməsi prosesini nəzərdən keçirdikdə, yoxlayıcı menecment tərəfindən bankın mühüm risklərini
əhatə edən düzgün qiyməltəndirmənin aparıldığını müəyyən etməlidir.
Bu təlimatlardakı geniş bölmələrdə bank üçün xüsusi çətinliklər və risklər yaradan və bankın müvafiq
siyasət, prosedur və proseslərində əks etdirilməli olan biznes xəttləri, məhsul və müştərilərə dair tövsiyələr
verilir. Müvafiq nəzarət mexanizmləri olmadan, bu biznes xəttləri, məhsul və müştərilər ÇPY üzrə ümumi
riskləri artıra bilər. Yoxlayıcı bankın risklərin qiymətləndirilməsi prosesinin onun məhsul, xidmət, müştəri,
şirkət və coğrafi yerləşmələri ilə bağlı müxtəlif risk dərəcələrini əhatə etməsinə əmin olmalıdır.
Məhsul və Xidmətlər
Bankların təklif etdiyi müəyyən məhsul və xidmətlər onların xüsusiyyətlərindən asılı olaraq çirkli pulların
yuyulması və ya terorizmin maliyyələşdirilməsi baxımından daha böyük risk təşkil edə bilər. Bu cür məhsul
və xidmətlər anonimlik üçün daha çox imkan yarada və ya böyük həcmdə valyuta və ya valyuta
ekvivalentlərinin istifadəsini nəzərdə tuta bilər. Bu məhsul və xidmətlərin bəziləri aşağıda göstərilmiş, lakin
bunlarla məhdudlaşmır:
1) Elektron ödəniş xidmətləri – elektron pullar (məsələn, əvvəlcədən ödəniş və maaş kartları), pulların
köçürülməsi (yerli və beynəlxalq), müvafiq məlumat əsasında ödənilən əməliyyatlar, üçüncü şəxslər
vasitəsilə ödənişlərin edilməsi, vəsaitlərin köçürülməsi, avtomatlaşdırılmış klirinq əməliyyatları,
avtomatlaşdırılmış terminallar (ATM).
2) Elektron bankçılıq.
3) Fərdi bankçılıq (yerli və beynəlxalq).
4) Trast və aktivlərin idarəedilməsi xidmətləri.
5) Pul instrumentləri (pul-kredit siyasəti instrumentləri).
6) Xarici müxbir hesablar (məsələn, böyük həcmdə valyutanın nəqli, poçt əməliyyatları, ödəniş üçün vasitəçi
hesablar və valyutalar).
7) Ticarətin maliyyələşdirilməsi.
8) Ödəniş əməliyyatlarını həyata keçirən üçüncü şəxslərə və ya vasitəçilərə göstərilən xidmətlər.
Foreign exchange.
Special use or concentration accounts.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
Xüsusi risk kateqoriyalarının müəyyən edilməsi
9) Valyuta əməliyyatları.
10) Xüsusi məqsədlər üçün istifadə edilən və ya konsentrasiya hesabları.
11) Kredit fəaliyyətləri, xüsusilə də nağd pul girovu və bazar qiymətli kağızları ilə təmin edilmiş kreditlər.
12) Qeyri-depozit hesabları üzrə xidmətlər (məsələn, depozit olmayan investisiya məhsulları və sığorta). Bu
təlimatlardakı geniş bölmələrdə yuxarıda göstərilmiş xüsusi məhsul və xidmətlər müzakirə edilir.
Müştərilər və Şirkətlər
İstənilən növ hesabın çirkli pulların yuyulmasına və ya terorizmin maliyyələşdirilməsinə potensial hesas
olduğuna baxmayaraq, müəyyən müştərilər və şirkətlər fəaliyyətlərinin xüsusiyyətinə, məşğuliyyətinə və ya
nəzərdə tutulmuş əməliyyatlarına görə xüsusi risk təşkil edə bilər. Risklərin qiymətləndirilməsi prosesinin bu
mərhələsində, bankların müəyyən müştəri kateqoriyasına aid olan müştəriləri eyni risk səviyyəsinə malik
olduğunu düşünməməsi və bu cür münasibət bəsləməsi vacibdir. Müştərinin riskini qiymətləndirdikdə,
banklar müştərinin üstünlük verdiyi xidmətlər və coğrafi istiqamətlər kimi digər göstəriciləri də nəzərdən
keçirməlidir. Bu təlimatlardakı geniş bölmələrdə aşağıda göstərilmiş xüsusi müştəri və şirkətlər müzakirə
edilir:
1) Xarici maliyyə təşkilatları, o cümlədən banklar və xarici pul xidməti təchizatçıları (məsələn, casas de
cambio, valyuta mübadiləsi, və pul köçürən təşkilatlar).
2) Bank olmayan maliyyə təşkilatları (məsələn, pul xidməti göstərənlər, kazino və kard klubları, qiymətli
kağızlar üzrə brokerlər/dillerlər, qiymətli metallar, daşlar və əşyalar üzrə dillerlər).
3) Yüksək vəzifəli xarici siyasi fiqurlar və onların yaxın qohumları və aidiyyatı şəxsləri (ümumi olaraq
siyasətlə əlaqəli şəxslər kimi tanınır).
4) Qeyri-rezident xarici şəxslər və onların hesabları.
5) Xarici şirkətlər və yerli biznes təşkilatları, xüsusilə də ofşor şirkətlər (məsələn, yüksək riskli coğrafi
ərazilərdə yerləşən yerli şel/iftira şirkətlər və Özəl İnvestisiya Şirkətləri və beynəlxalq biznes təşkilatları).
6) Depozitlər, xüsusilə də xarici depozitlər üzrə brokerlər.
7) Nağd pul intensivliyi ilə seçilən bizneslər (məsələn, gündəlik tələbat dükanları, restoranlar, perakəndə
şatış dükanları, spirtli içki dükanları, siqaret distributorları, özəl ATM-lər, satış aparatları, avto
dayanacaqlar).
8) Qeyri-hökumət təşkilatları və xeyriyyə cəmiyyətləri (xarici və yerli).
9) Peşəkar xidmət təchizatçıları (məsələn, hüquqşünaslar, mühasiblər, həmilər və ya daşınmaz əmlak üzrə
brokerlər).
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
Coğrafi yerləşmə
Yüksək risk təşkil edən coğrafi ərazilərin müəyyən edilməsi bankın ÇPY üzrə uyğunluq proqramı üçün çox
vacibdir. Bəzi banklar müəyyən coğrafi ərazilərdə fəaliyyətin həyata keçirilməsi, həmin ərazilərdən olan
müştərilər üçün hesabların açılması, və ya o ərizələri əhatə edən əməliyyatlara dəstəyin göstərilməsi ilə bağlı
xüsusi riskləri başa düşməli və qiyməltəndirməlidirlər. Lakin, coğrafi risk özü-özlüyündə müştərinin və ya
əməliyyatın risk səviyyəsini mütləq olaraq mənfi və ya müsbət şəkildə müəyyən etmir.
Yüksək riskli coğrafi ərazilər beynəlxalq və ya yerli ola bilər. Yüksək riskli beynəlxalq coğrafi ərazilərə
aşağıdakılar daxildir.
1) Maliyyə Aktivlərinə Nəzarət İdarəsinin sanksiyalarının şamil edildiyi, o cümlədən terorizmin sponsorları
olan ölkələr.
2) BMT tərəfindən beynəlxalq terorizmin dəstəkləyiciləri kimi müəyyən edilmiş ölkələr.
3) Çirkli pulların yuyulması baxımından ―əsas narahatçılıq yaradan‖ və MMX-nın xüsusi tədbirlərinin şamil
edildiyi ölkələr/dövlətlər.
4) Çirkli pulların yuyulması və terorizmin maliyyələşdirilməsi ilə mübarizədə nöqsanlara/çatışmazlıqlara
görə Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) kimi beynəlxalq təşkilatlar tərəfindən nəzarət olunan
dövlətlər və ya ölkələr.
5) Narkotiklərə Beynəlxalq Nəzarət Strategiyası Hesabatında çirkli pulların yuyulması ilə məşğul olan, və
xüsusilə əsas narahatçılıq yaradan ölkələr və dövlətlər.
6) Ofşor maliyyə mərkəzləri.
7) Əvvəlki təcrübələrə və ya digər amillərə görə (məsələn, hüquqi baxımdan və ya korrupsiya ilə bağlı rəsmi
bəyanatlarla bağlı) bank tərəfindən yüksək riskli hesab edilən ölkələr.
Yüksək riskli yerli ərazilərə yüksək riskli coğrafi ərazilər kimi tanınmış ərazilərdə fəaliyyət göstərən və ya
müştəriləri olan bank ofisləri daxildir, lakin onlarla məhdudlaşmır.
Yüksək riskli yerli ərazilərə aşağıdakılar daxildir:
1) Yüksək intensivliyi ilə seçilən narkotrafik əraziləri.
2) Yüksək intensivliyi ilə seçilən maliyyə cinayətləri əraziləri.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
Xüsusi risk kateqoriyalarının təhlili
Risklərin qiymətləndirilməsi prosesinin ikinci mərhələsi ÇPY riskini daha düzgün qiymətləndirmək üçün
eyniləşdirmə mərhələsində əldə edilən məlumatın ətraflı təhlilindən ibarətdir. Bu mərhələyə Müştərinin
Eyniləşdirilməsi Proqramı (MEP) və Müştərinin Araşdırılması (Due Dilligence) ilə bağlı bankın fəaliyyətinə
aid məlumatın qiymətləndirilməsi daxildir (məsələn, yerli və xarici köçürmələrin; fərdi bank müştərilərinin,
xarici müxbir hesabların; ödəniş üçün vasitəçi hesabların; və bankın fəaliyyəti ərazilərinin və müştəri
əməliyyatlarının yerli və beynəlxalq coğrafi yerləşmələrinin sayı). Təhlilin dərəcəsi və dərinliyi banklar üzrə
fərqlənə bilər. İstənilən məhsul növü və ya müştəri kateqoriyasında müxtəlif səviyyədə risklər daşıyan hesab
sahiblərinin ola biləcəyini nəzərə alaraq, ətraflı təhlilin aparılması vacibdir.
Risklərin qiymətləndirilməsi prosesinin bu mərhələsi menecmentə ümumi riskləri azaltmaq məqsədilə
müvafiq siyasət, prosedur və prosesləri hazırlamaq üçün bankın risk profilini daha yaxşı başa düşməyə
kömək edir.
Xüsusilə də, bankın fəaliyyətinə aid məlumatın təhlilində aşağıdakı amillər nəzərə alınmalıdır:
1) Hesabın məqsədi.
2) Hesab üzrə cari və ya nəzərdə tutulmuş fəaliyyət.
3) Müştərinin fəaliyyətinin/məşğuliyyətinin xüsusiyyəti.
4) Müştərinin yerləşməsi.
5) Müştəri tərəfindən istifadə edilən məhsul və xidmət növləri.
İki mərhələli qiymətləndirmə prosesinin üstünlüyü aşağıdakı misalda göstərilir. Risklərin qiymətləndirilməsi
prosesinin birinci mərhələsində bankın gündə 100 beynəlxalq pul köçürmələrini həyata keçirdiyi məlum
olmuş. Sonrakı təhlil bu köçürmələrin təxmini 90% faizinin uzun-müddətli müştərilər üçün yaxşı
sənədləşdirilmiş təkrarlanan əməliyyatlar və yaxud da təkrarlanmayan və ya müştəri olmayan şəxslər üçün
edilən köçürmələr olduğunu göstərə bilər. Hər iki halda rəqəmlər eyni olsa da, risklər tamamilə fərqlidir.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- Maliyyə təşkilatının risklərin qiymətləndirməsi
prosesinin çirkli pulların yuyulmasına qarşı
nəzarət mexanizmlərinin dizaynı (quruluşu)
barədə məlumat verməsinə dair sübutlar var.
- Maliyyə təşkilatı çirkli pulların yuyulmasına
riskinə dair yaxşı məlumat mənbələrini
müəyyən
etmiş,
məsələn
FATF-ın
qiymətləndirmə və tipologiya hesabatları,
MMX-nın xəbərdarlıqları,
mətbuat üçün
hesabatlar, məhkəmə qərarları, qeyri-hökumət
təşkilatlarının və özəl araşdırma xidmətləri
təchizatçılarının hesabatları.
- Maliyyə təşkilatı müştərilərlə əlaqələr üzrə
menecerin çirkli pulların yuyulması riskini
görmək
və
obyektiv
qiymətləndirmək
imkanlarına təsir edə biləcək müştəri ilə hədsiz
dərəcədə yaxınlıq etməsi riskini müəyyən edir.
Bu riskin effektiv idarəedilməsinə kömək edir.
-
Qeyri-düzgün risklərin təsnifləşdirilməsi
sistemi hər hansı əlaqələrin ―yüksək riskli‖ kimi
təsnifləşdirilməsini demək olar ki, mümkünsüz
edir.
- Geniş araşdırma tədbirlərinin həyata
keçirməmək üçün yüksək riskli ölkələrə aşağı
risk dərəcələri verilmişdir.
- Əlaqələr üzrə menecer öz qərarını dəstəkləmək
üçün kifayət qədər dəlil gətirmədən müştəriyə
verilən risk dərəcəsinə zidd hərəkət etmək
imkanlarına malikdir.
- Maliyyə təşkilatı müştərilərilərə nə üçün
yüksək, orta və ya aşağı risk dərəcəsinin
verildiyini başa sala bilmir.
YAXŞI təcrübə
2
Müştərinin eyniləşdirilməsi
Çirkli pulların yuyulması riskinin qiymətləndirilməsi maliyyə təşkilatının ÇPY ilə mübarizə səylərinin əsas
hissəsini təşkil edir və ÇPY-na qarşı effektiv siyasət və prosedurlarının hazırlanması üçün vacibdir.
Maliyyə təşkilatları çirkli pulların yuyulması riskini müəyyən etmək, qiymətləndirmək, nəzarət və idarə
etmək üçün sistemlər və nəzarət mexanizmlərini yaratmalıdır. Bu sistemlər və nəzarət mexanizmləri geniş
əhatəli və maliyyə təşkilatının fəaliyyətinin xüsusiyyətlərinə, həcminə və mürəkkəbliyinə mütənasib
olmalıdır. Maliyyə təşkilatları risklərin qiymətləndirməsi prosesinin hər zaman aktuallığını saxlamaq üçün
onu müntəzəm olaraq nəzərdən keçirməlidir.
Özünü qiymətləndirmək üçün suallar:
•
Fəaliyyətin hansı sahələri çirkli pulların yuyulması baxımından daha böüyk risklər daşıyır?
(Maliyyə təşkilatınız müxtəlif növ müştəri və ya benefisiar mülkiyyətçi, məhsul, biznes xətti,
coğrafi ərazi və təchizat xəttləri ilə bağlı riskləri müəyyən etmişdirmi (məsələn, internet, telefon,
filiallar)? Təşkilat bu risklərin mümkün təsirini qiymətləndirmişdirmi?)
•
Risklərin qiymətləndirilməsi gündəlik fəaliyyətlər barədə məlumat verirmi (təsəvvür yaradır, onları
başa düşməyə kömək edir)? (Məsələn, tətbiq edilən müştəri araşdırmasının səviyyəsi və ya
əlaqələrin yaradılması və ya davam etdirilməsi qərarlarınız barədə məlumat verməsinə dair sübutlar
mövcuddurmu?)
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
-
Fərdi biznes əlaqələri ilə bağlı çirkli pulların
yuyulması
riskini
nəzərdən
keçirərkən,
aşağıdakı amillər nəzərə alınır:
a) şirkətin strukturları;
b) siyasi əlaqələr;
c) ölkə riski;
d) müştərinin və ya benefisiarın reputasiyası;
e) gəlir mənbəyi;
f) vəsaitlərin mənbəyi;
g) hesab üzrə gözlənilən fəaliyyət;
h) sektor riski; və
i) dövlət müqavilələrində iştirak.
- Yeni və ya mövcud müştərilərin potensial
gəlirliyi çirkli pulların yuyulması riskinin
qiymətləndirməsinə lazımsız təsir göstərmişdir.
- Filial və ya törəmə təşkilat ÇPY ilə bağlı
tələblərə riayət olunmasını qiymətləndirmədən
qrupun risk qiymətləndirilməsinə əsaslanır.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- İri pərakəndə maliyyə təşkilatı potensial
çirkli pulların yuyulması hallarını müəyyən
etmək üçün gördüyü digər tədbirlərdən əlavə
əməliyyatların
monitorinqi
üzrə
avtomatlaşdırılmış sistemdən istifadə edir.
- Maliyyə təşkilatı istifadə etdiyi əməliyyatların
avtomatlaşdırılmış monitorinqi sistemlərinin
imkanlarını və məhdudiyyətlərini başa düşür.
- Kiçik maliyyə təşkilatları müştərilərin
davranışını araşdırmaq üçün etibarlı manual
prosedurlarda istifadə etmək imkanındadırlar.
- Maliyyə təşkilatı biznes əlaqələri ilə bağlı
riskləri başa düşmək üçün adekvat tədbirlər
görmək imkanında deyil və ona görə də
məqsədli monitorinq apara bilmir.
- ÇPYM qeyri-adi əməliyyatların onun
diqqətinə çatdırıldığına dair az dəlil gətirə bilir.
YAXŞI təcrübə
2
Müştərinin davamlı monitorinqi
Maliyyə təşkilatı öz biznes əlaqələrinin risk-əsaslı davamlı monitorinqini həyat keçirməlidir. Davamlı
monitorinq biznes əlaqələrinin maliyyə təşkilatının müştəri barədə biliklərinə uyğun olmasını təmin etmək
üçün əməliyyatların araşdırılması və maliyyə təşkilatının bu əlaqələr barədə biliklərinin köhnəlməməsini
təmin etmək üçün tədbirlərin görülməsi deməkdir. Bunun üçün maliyyə təşkilatları müştərinin araşdırılması
kontekstində əldə edilən sənəd və məlumatları (o cümlədən, biznes əlaqələrinin məqsədi və nəzərdə
tutulmuş xüsusiyyəti barədə məlumat) yeniləməlidir. Əvvəllər əldə edilmiş sənəd və məlumatların
düzgünlüyü və ya adekvatlığı barədə hər hansı sübhə yaradıqda, müştərinin araşdırılması tədbirləri yenidən
həyata keçirilməlidir.
Biznes əlaqələri ilə bağlı risklər artıqda, maliyyə təşkilatları bu əlaqələrin geniş davamlı monitorinqini
həyata keçriməlidirlər.
Özünü qiymətləndirmək üçün suallar:
•
Potensial çirkli pulların yuyulması hallarını müəyyən etmək üçün əməliyyatlar necə monitorinq
edilir? Biznesin hecmi, xüsusiyyəti və mürəkkəbliyi kimi amilləri nəzərə alaraq monitorinqin
(avtomatlaşdırılmış, manual və ya hər ikisi) adekvatlığı və effektivliyi sizi qane edirmi?
•
Maliyyə təşkilatı qeyri-adi fəaliyyətləri və, müvafiq hallarda, müştərinin verdiyi izahları
araşdırırmı?
•
Qeyri-adi əməliyyatlar necə araşdırılır? (Həyacan signallarının/Xəbərdarlıqların bir çoxu, xüsusilə
də avtomatlaşdırılmış sistem tərəfindən verildikdə, yalnış olur. Maliyyə təşkilatı hansı davranışın
həqiqətən şübhəli olmasını necə müəyyənləşdirir?)
•
Monitorinq zamanı aşkarlanan faktlar müştərinin risk profilinə necə daxil edilir (əks etdirilir)?
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- Monitorinq sistemlərinin əsasını təşkil edən
qaydalar müvafiq işçilər tərəfindən başa düşülür
və yeni tendensiyaları əks etdirməsi üçün
yenilənir.
- Maliyyə təşkilatı Müştərinin Araşdırılması
prosesinin adekvatlığını nəzərdən keçirmək
üçün monitorinqin nəticələrindən istifadə edir.
- Maliyyə təşkilatı araşdırma zamanı əldə
edilmiş məlumatı təzələmək üçün müştəri
əlaqələrindən istifadə edir.
- Müştərilərə xidmət göstərən işçilər
əlaqələrin davamlı monitorinqinə cəlb olunur,
lakin ona nəzarət etmir.
- Maliyyə təşkilatı müştərilərin aradırılmasından
əldə edilən məlumatı təzələyir və monitorinq
zamanı
müştərinin
profilində
mühüm
dəyişikliklər aşkarlandıqda həmin müştəri ilə
bağlı risklərin yenidən qiymətləndirilməsini
aparır.
- İşçilər müştərinin nominal qiymətlə həyata
keçirilən qeyri-adi əməliyyatlarla bağlı izahını
hər zaman qəbul edir və əlavə araşdırma
aparmır.
- Maliyyə təşkilatı müştərinin araşdırılması
zamanı əldə edilmiş məlumatın köhnəlmədiyinə
əmin olmaq üçün risk-əsaslı tədbirlər görmür.
Bu ÇPY üzrə Qaydalara ziddir.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- ÇPYM (və onun komandası) bütün yüksək
riskli əlaqələrə adekvat nəzarət edir.
- Maliyyə təşkilatı yüksək riskli əlaqələrdə
istifadə edilən gəlirlərin və vəsaitlərin
mənbələrinin qanuniliyini müəyyən edir və
sənədləşdirir.
- Çirkli pulların yuyulması riski çox yüksək
olduqda, maliyyə təşkilatı müstəqil daxili və ya
kənar araşdırma (kəşfiyyat) orqanlarından
hesabatlar alır.
- Geniş araşdırma tədbirlərini həyata keçirdikdə,
maliyyə təşkilatı işçilərin müştəri və ya
benefisiar mülkiyyətçi barədə biliklərini
obyektiv məlumatlarla artırır.
- Baş menecment yüksək riskli müştərilərlə
əlaqələri təsdiq etmir. Müştəri SƏŞ və ya EEA
olmayan müxbir bankdırsa, bu ÇPY üzrə
Qaydalara ziddir.
-Maliyyə təşkilatı müştərinin ÇPY üzrə
Qaydaların SƏŞ anlayışına uyğun gəlməməsinə
baxmayaraq, onun siyasi əlaqələrinin yüksək
risk daşımasını nəzərə almır.
- Maliyyə təşkilatı müştərinin vəsaitlərinin
mənbəyi ilə gəlir mənbəyi arasında fərq
Dostları ilə paylaş: |