050 334 02 79
Ancaq mahiyyət etibarilə, söhbət təkcə texniki vasitələrdən deyil,
həmçinin informasiya proseslərinin (informasiyanın axtarışı,
işlənilməsi, saxlanılması və yayılması),
o cümlədən sənəd
mənbələrinin məzmunu ilə bağlı yeni reallaşdırma metodlarından
gedir. Əl üsulundan maşın üsuluna keçid, insanın nəinki fiziki,
həmçinin intellektual qüvvəsinə qənaət edilməsinə, diqqətinin
verilənlərin semantik təhlili və işlənilməsi, mümkün alternativlərin
qiymətləndirilməsi və seçiminə yönəlməsinə, еləcə də optimal
qərarların evristik axtarışı üsullarına yaradıcı yanaşmasına imkan verir.