050 334 02 79
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Fakültə:
Siyasi İdarəetmə
İxtisas:
Qrup:
Fənn:
İnformasiya Texnologiyaları
Mövzu 8:
Informasiya texnologiyalarının tarixi və
inkişaf tendensiyaları
Müəllim:
Ədalət Mahmudov
050 334 02 79
Informasiya texnologiyalarının tarixi Ictimai tərəqqinin bütün
mərhələlərində inkişaf prosesləri insan həyatında mühüm rol
oynamışdır. Informasiya texnologiyaları təkamül və inqilabi inkişaf
mərhələlərini keçmişdi. Alimlər xronoloji sərhədləri müəyyən edən
zaman sivilizasiya tarixində bir neçə informasiya inqilabını qeyd edirlər.
Informasiya texnologiyalarının tarixi və inkişaf tendensiyaları
050 334 02 79
Toplanmış təcrübənin möhkəmlənməsi və ötürülməsi vasitəsi kimi
dilin yaranması şifahi informasiya texnologiyalarının inkişafının
başlanğıcı oldu. Dil, intellektual fəaliyyətin formalaşmasına imkan
yaratdı. Biliklərin, qədim təsəvvürlərin və etiqadların əsas
daşıyıcıları, qoruyucuları və yayıcıları ağsaqqallar, hekayəçilər və
kahinlər olmuşlar. Informasiyanın dildən-dilə ötürülməsi üsulu
etibarlı sayıldığındаn, məlumatın zaman-məkan anlamında
ötürülməsinin dəqiqliyi və operativliyinin təmin edilməsi planında
ciddi məhdudiyyətlər vаr idi.
050 334 02 79
Informasiya texnologiyalarının inkişaf mərhələləri 10.000 il b.e.ə
4000-3000 il b.e.ə XV əsr XIX əsr-XX əsrin əvvəli XX əsrin
ortaları XX əsrin sonu.
I mərhələ. Dilin yaranması
II mərhələ. Yazının yaranması
III mərhələ. Kitab çapının ixtirası
IV mərhələ. Teleqrafın, telefonun, radionun, televiziyanın ixtirası
V mərhələ. Elektron hesablama texnikasının meydana gəlməsi və
inkişafı
050 334 02 79
Fərdi kompüterlərin meydana gəlməsi. Kompüter kommunikasiyalarının,
qlobal Internet şəbəkəsinin inkişafı.
Informasiyanın əl üsulu ilə işlənilməsi. (1900- 1955).
Perfokart texniкаsı. (1955- 1980).
Maqnit lentləri texniкаsı. (1965- 1980).
VB operativ giriş texniкаsı. (1980- 1995).
Relyasion VB texniкаsı. Multimedia verilənlər bazası texnologiyası. Şəbəkə
texnologiyaları. Yazının yaranması (e.ə. IV minilliyin sonu – III minilliyin
əvvəli) informasiyanın (bu məhdudiyyətləri aradan qaldıran sənədləşmənin)
qeydi və yayılmasının yeni üsullarının meydana gəlməsi demək idi.
050 334 02 79
Informasiya daşıyıcılarının təkmilləşməsi (gil lövhələr, papirus, toz
ağacı qabığı, kağız) yazı kommunikasiyalarının və poçt əlaqələrinin
inkişafını, sənədləşmiş informasiyanın (əlyazma mənbələrinin)
kəmiyyət artımı isə kitabxana və arxiv kimi toplayıcı mərkəzlərin
inkişafını stimullaşdırmış oldu. Gil lövhələr üzərində yazılan
əlyazmaların toplandığı ilk kitabxanaların yaradılmasını e.ə. II
minilliyə, ilk kütləvi kitabxanaların təşkilini isə e.ə. VI əsrə aid edirlər.
Kitabxanalar və arxivlər isə öz növbəsində, elmin, maarifin və
incəsənətin inkişafına şərait yaradırdı.
050 334 02 79
Müəyyən tarixi mərhələdə əl üsulu ilə mətnlərin və kitabların üzünün
köçürülməsi həm gec və baha başa gəlir, həm də biliklərin yayılmasında
və yenicə yaranmağa başlayan manufaktura istehsalının tələblərinə cavab
vermirdi. Qutenberq tərəfindən çap dəzgahının ixtirası və kitab çapının
yayılması (Avropada XV əsrdən başlayaraq) böhranlı vəziyyətdən çıxış
yolu oldu. Bu, informasiyanın çoxaldılması (tirajın artması) təcrübəsində
əsl inqilabi dönüş oldu. Çap dəzgahı gələcək mədəni tərəqqinin əsasını
qoydu. Belə ki, bundan sonra nəşriyyat sənayesi, kitabçılıq işi, kütləvi
informasiya vasitələri yaranmış oldu. Sənədli informasiyanın həcminin
kəskin şəkildə artması, əhali arasında savadlılıq səviyyəsinin
yüksəlməsinə və yeni kitabxanaların açılması (XVI əsrdən ən nəhəng
Avropa kitabxanalarının tarixi başlanır) prosesinin inkişafınа zəmin oldu.
Dostları ilə paylaş: |