Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Fakültə: Siyasi İdarəetmə İxtisas: Qrup: Fənn



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix30.04.2023
ölçüsü0,71 Mb.
#105030
1   2   3
Movzu 8

050 334 02 79
XIX əsr isə rabitə vasitələrinin sürətli inkişafı ilə xarakterizə olunur. 1832-
ci ildə ilk elektrik rabitə qurğusu – teleqraf, 1876-cı ildə səs rabitəsi
texnologiyası – telefon, 1895-ci ildə müasir peyk kommunikasiyalarının
sələfi – radio ixtira olunmuşdur. XX əsrin əvvəllərində yuxarıda qeyd
olunan nailiyyətlərin siyahısına televiziya (1911) daxil oldu. Bu ixtiralar
informasiyanın ötürülməsində (yayılmasında) inqilabi dönüşün mahiyyəti
idi. Onlar kompyuter kommunikasiyalarının meydana gəlməsi üçün zəmin
yaratdı. Nəticədə, uzaq məsafəyə operativ şəkildə mətn, audio və video 
informasiyanın ötürülməsi üçün real imkanlar yarandı. 


050 334 02 79
Elektron KIV-in (radio və televiziya) inkişafı, informasiya
xidməti tələbatçılarının əhatə dairəsinin genişlənməsinə, 
ictimai-siyasi, tədris, məişət, əyləncəli informasiyanın əldə
edilməsindəki məhdudiyyətlərin aradan qalxmasına səbəb oldu. 
Informasiya texnologiyalarının təkmilləşməsi, kütləvi
informasiyanın artmasını, onun toplanması proseslərinin
əhəmiyyətinin yüksəldilməsini stimullaşdırmış oldu. 


050 334 02 79
Kompüter informasiya texnologiyalarının texniki bazasının inkişafı
Telekonfranslar Video-mətn Elektron poçt. Lakin bu zaman çoxlu
sayda informasiya maneələrini də məsələn, məkan (lazım olan
mənbələrin uzaqlığı, böyük informasiya kütləsində düzgün istiqamət
götürmənin çətinliyi), kəmiyyət (böyük həcmdə informasiyanın
qəbulunda məhdud imkanlar), dil (mənbənin dilini bilməmək), 
keyfiyyət (informasiya, dəqiqlik və s. meyarlar üzrə informasiyanın
dəqiq seçiminin və qiymətləndirilməsinin vacibliyi), məzmun (xüsusi
leksikanın, ifadələrin mürəkkəbliyi üzündən mənaların dərk
edilməsinin çətinliyi) və s. kimi maneələri yaratmış olur. 


050 334 02 79
Bütün bunlar XX əsrdə növbəti informasiya böhranına səbəb oldu. 
Elektron-hesablama texnikasının inkişafı (onun beş nəslinin müqayisəli
xarakteristikası), yeni əlaqə üsulları və kanallarının (mobil, faksimil
əlaqə, video - telefon, elektron poçt və s.) yaranması, informasiya
axtarışının, işlənilməsi və ötürülməsinin maşın üsuluna keçirilməsini
təmin etmiş oldu. Vərəqsiz informasiya texnologiyalarının yaranması
nəinki informasiya daşıyıcılarının növbəti dəyişməsinə (maşınlaoxunan, 
maqnit və ya optik) səbəb oldu, həmçinin informasiyanın
eyniləşdirilməsi, seçimi və başqa şəklə salınmasının semantik üsulunun
avtomatlaşdırılmasına, informasiyanın tez bir zamanda tələbatçının iş
yerinə ötürülməsinə, uzaq məsafədə olan informasiya kütləsinə distan
girişə şərait yaratdı. 


050 334 02 79
Onlar, kommunikasiya (communication), idarəetmə (control) və
işlənilmə (computation) proseslərini birləşdirdiklərinə görə “3C -
texnologiyaları” adını almış oldular. Mütəxəssislərin fikrinə görə, 
(A.N.Dançul) informasiya texnologiyalarının yaşanan təkamül
mərhələsi çoxlu sayda insanların, müəssisələrin, dövlət və ictimai
təşkilatların fəal şəkildə qarşılıqlı təsirdə olduqları vahid informasiya
infrastrukturunu təşkil edən proqram - texniki vasitələr, əlaqə
vasitələri, informasiya resurslarının bazası əsasında ümumdünya
informasiya məkanının yaradılması ilə şərtləşir. 


050 334 02 79
Digər tərəfdən, bu dəyişikliklər şəxsiyyətin, cəmiyyətin, dövlətin
həyatına təsir etməklə yanaşı, sivilizasiya xarakterli dəyişikliklərə -
informasiya cəmiyyətinin formalaşmasına gətirib çıxardı. Müasir
cəmiyyətdə informasiyalaşdırma – informasiya resurslarının
formalaşdırılması və istifadəsi əsasında informasiya tələbatlarının
ödənilməsi üçün optimal şəraitin yaradılması prosesi kimi qlobal
miqyas almaqdadır. Informasiyalaşmanın təşkilati, sosial-iqtisadi, 
elmi-texniki təminatı texnologiyadan kənarda mümkün deyildir. 
Müasir informasiya texnologiyaları çox sürətlə inkişaf etməkdədir: bu
gün mövcud olanların daha effektli texnologiyalarla 35 əvəzolunma
müddəti (2-3 ilə ixtisar edilməsi tendensiyası ilə) 3-5 il təşkil edir. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin