Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 166.25 Kb.
tarix02.12.2016
ölçüsü166.25 Kb.
Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

İnzibati İdarəetmə Fakültəsi 4-cü kurs

tələbəsi Murtuzayev Sahil Vidadi oğlu

e-mail: sahilmurtuzayev@gmail.com

telefon: (+994) 55 549 98 96


"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda məqalə

"Elektron xidmәt","Elektron hökumәt" layihәlәri rüşvәtxorluğa qarşı atılan çox önәmli addımlardır" -Prezident İlham Əliyev. Cənab Prezidentimizin qeyd etdiyi kimi önəmli bir addım olan bu layihəyə öz məqaləmi yazaraq fayda vermək istəyirəm. Məqalədə ardıcıl olaraq Elektron Hökumət , Elektron Hökumətin Azərbaycanda yaradılması, mövcud vəziyyəti, inkişaft prespektivləri, gözləntiləri və problemləri haqqında geniş məlumat verilib.



Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir . O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndaş cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk növbədə ABŞ-da və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır . Başqa sözlə desək e-hökumətin mahiyyəti ondan ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarında istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətinin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təşkilatları və ya dövlət strukturları ola bilər. Xüsusi halda, qərbin təcrübəsində e-hökumət üç əsas moduldan ibarətdir : G2G hökumət hökumətə (government to government); G2B-hökumət biznesə (government to business); G2C hökumət vətəndaşlara (government to citizens) və özündə çoxsaylı tətbiq elementləri ehtiva edir, məsələn, vətəndaşların dövlət informasiyasına çıxış azadlığı, dövlət orqanlarının kağızsız dövriyyəyə keçməsi, dövlət məmurlarının identifikasiyası üçün plastik kartların tətbiqi və s. E-hökumətin üstünlüklərinə konkret misalda baxaq. Fərz edək ki, hansısa bir nazirlik müəyyən bir xidmət üçün qanuna və ya proseduraya dəyişiklik etmək istəyir. O, nəzərdə tutulan dəyişikliklər haqqında informasiyanı İnternetdə öz saytında yerləşdirə bilər və maraqlı şəxslərə təklif edə bilərlər ki, bu yenilik haqda öz fikirlərini bildirsinlər. Bu məqamda gələcək istifadəçilərin fikirlərinin əvvəlcədən, işlənmə mərhələsindəcə nəzərə almağa imkan verər. Qeyd edək ki, bir sıra belə misallar göstərilə bilər, amma mahiyyət e-hökumətin effektiv idarə edilməsi məsələsinin həllindən ibarətdir. İdeal halda e-hökumət özunun bütün vətəndaşlarına dövlət müəssisələrinin bütün xidmətlərinə tez, sadə çıxışı təmin etməlidir və həmçinin dövləti idarə etmək də iştirak etmək kimi konstitusiya hüququnu reallaşdırmaq imkanı verməlidir. E-hökumətin mahiyyəti ondan ibarətdir ki, əhaliyə informasiyaya çıxışa imkan yaratsın. İnternet texnologiyaların istifadəsi ilə bağlı uğurlar siyasi kommunikasiyanın vasitəsi kimi İnternet və digər müasir informasiya texnologiyaları əsasında elektron hökumətin və ya elektron interfeysi ilə təchiz olunan hökumətin yaradılmasına gətirib çıxarmışdır. L. Qrossmanın fikrincə, yeni informasiya texnologiyalarının tətbiqi demokratiyanın antik və nüfuzlu dövründən sonrakı üçüncü qüdrətli dövrünün formalaşmasına gətirib çıxmağa qadirdir. Elektron hökumət ideyasının əsasını dövlət haqqında cəmiyyətin əsas tələbatını effektiv şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi təsəvvürün formalaşması təşkil edir. . V. İ. Drojjinovun tərifinə müvafiq olaraq «elektron hakimiyyətinin mahiyyəti xidmətlərin göstərilməsi üzrə modellərin təkmilləşdirilməsi və hakimiyyət orqanları ilə dövlət idarələrinin fəaliyyətinin effektivliyinin artırılması üçün virtual məkanın istifadəsindən ibarətdir». İnformasiya cəmiyyətində qlobal iqtisadi problemlərin öhdəsindən gəlməyə qadir olan elektron hökumətlərdə ən zəruri tələbat meydana çıxır. Beləliklə, elektron hökumətin yaradılması tapşırığının «sadə vətəndaşlardan» daha çox «biznes-birliyi» tərəfindən irəli sürülməsi faktını da nəzərə almamaq mümkün deyil. Bu zaman informasiya cəmiyyətinin şərtləri sadəcə olaraq dövlət idarəetməsinə dair mövcud proseslərin avtomatlaşdırılmasını deyil, həmçinin də onların konkret vətəndaşların maraqlarının, və cəmiyyətin bir qrup maraqlarının əsasında yenidən qurulmasını da tələb edir.

Ölkəmizdə "elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və elektron sənədlərin mübadiləsinin təşkil edilməsi üçün müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Bu məqsədlə nazirliyin nəzdində Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır. Vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə həmin Mərkəz tərəfindən elektron sənədi təsdiq edən elektron imza verilir. Elektron imzanın və elektron sənədin istifadəsi, elektron sənəd dövriyyəsinin tətbiqi, əlaqədar subyektlərin hüquqlarının müəyyənləşdirilməsi və aralarında yaranan münasibətlərin hüquqi əsasları ”Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Hökumət-hökumət", "Hökumət-biznes", ”Hökumət-vətəndaş” və ”biznes-vətəndaş” münasibətlərinin effektiv olaraq həyata keçirilməsi üçün əsas şərtlərdən biri də, dövlət orqanları tərəfindən elektron xidmətlərin təqdim olunmasıdır. Son illər ölkəmizdə, "elektron hökumət" münasibətlərinin inkişaf etdirilməsini, elektron xidmətlərin təqdim olunmasını mümkün edən bir çox işlər görülmüşdür. Sahənin inkişafı üzrə zəruri normativ hüquqi baza yaradılmış və inkişaf siyasəti müəyyənləşdirilmişdir. Bunun sayəsində dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında inteqrasiyanın təmin edilməsi üçün vahid informasiya mühiti yaradılmışdır, bir sıra dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsi təmin edilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalı yaradılmışdır və dövlət orqanlarının elektron xidmətləri cəmləşdirilmişdir. RİTN-nin AzDataCom, XDMX-nin StateNet, Delta və Azərtelekom şirkətlərinin yüksək sürətli məlumatların ötürülməsi şəbəkələri bu gün ölkə ərazisini tam olaraq əhatə edir və dövlət orqanları arasında elektron məlumat mübadiləsinin təşkilinə imkan verir. Elektron imza infrastrukturunun yaradılması və istifadəçilərin elektron imza ilə təmin edilməsinə başlanılmışdır, həmçinin mobil autentifikasiya sertifikatları mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “elektron hökumət” portalında yerləşdirilməsi və ictimai müzakirəyə çıxarılması təmin edilmişdir. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri, həmçinin elektron xidmətlər reyestri aparılır. Dövlət orqanlarının informasiya sistemlərinin informasiya təhlükəsizliyinin təmin olunmasına ciddi fikir verilir. Vətəndaşların “elektron hökumət”in mövcud imkanlarından istifadəsini genişləndirmək məqsədilə ölkə ərazisində genişzolaqlı xidmətlərdən istifadə imkanlarının artırılması və "Hər evə optika" prinsipi əsasında evlərin optik kabelləşdirilməsi layihəsinə başlanılmışdır. Mobil operatorların 2G və 3G şəbəkələri üzərindən internetin respublikamızın bütün bölgələrində əlyetərli olması, bununla da mobil elektron xidmətlərin inkişafına və genişlənməsinə zəmin yaratmışdır. Smartfon vә digәr tablet tipli mobil qurğulardan “Elektron Hökumәt” portalına tәhlükәsiz girişlәrin tәmin edilmәsi üçün Sertifikat Xidmәtlәri Mәrkәzi tәrәfindәn vәtәndaşlara mobil ID sertifikatları artıq verilir. Vәtәndaşlar mobil autentifikasiya xidmәtlәrindәn yararlanırlar vә mobil platformalardan “Elektron Hökumәt” portalındakı xidmәtlәrdәn istifadә edirlәr. Aşağıdakı cədvələr vasitəsilə elektron hökumət layihəsi, layihənin inkişaf dinamikası və mövcud vəziyyətinin rəqəmlərlə əks olunmuş statistikasina baxsaq Azərbaycanın böyük bir prespektivlə irəliyə getdiyini görərik:

Dövlət qurumlarında-



Təsdiq

olunmuş


e-xidmətlərin

sayı


Təsdiq olunmuş

e-xidmətlərdən

E-gov.az

portalında olan

e-xidmətlərin

sayı


E-gov.az

portalında

yerləşdirilmiş

e-xidmətlərin

ümumi sayı


Qurumların öz

saytlarında

yerləşdirilmiş

e-xidmətlərin

ümumi sayı


Təsdiq olunmuş

e-xidmətlərdən

qurumların öz

saytlarında olan

e-xidmətlərin

sayı


Ay

417

126

183

347

295

01.03.2013

417

130

187

384

311

01.04.2013

417

145

200

403

319

01.05.2013

417

165

215

408

320

01.06.2013

417

172

225

436

328

01.07.2013

417

184

238

437

327

01.08.2013

“Elektron hökumət” portalındakı elektron xidmətlərdən istifadə barədə məlumat






20.11.2012 - 20.12.2012

Yanvar 2013

Fevral 2013

Mart 2013

Aprel 2013

May 2013

İyun 2013

İyul 2013

Elektron xidmətlər

174

155

155

130

166

174

228

130

Xidmətlərdən

istifadə


7957

12438

13025

28998

50161

82385

267341

73964

Azәrbaycanın Rabitә vә İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rәhbәrliyi ilә ölkәnin dövlәt, özәl vә qeyrihökumәt qurumlarının 60-a yaxın rәhbәr nümayәndәlәri Belarus Respublikasının Minsk şәhәrindә 20-ci telekommunikasiya, rabitә, tәhlükәsizlik, informasiya vә bank texnologiyaları üzrә ixtisaslaşmış "TİBO-2013" beynәlxalq sәrgi vә forumunda iştirak ediblәr. Bu forum ölkәlәr arasında İKT sahәsindә әmәkdaşlıq imkanlarının müzakirә edilmәsi, tәcrübәlәrin bölüşdürülmәsi, hәmçinin gәlәcәk imkanlar üçün әsaslı şәraitin yaradılması mәqsәdi daşıyır.

Azәrbaycan IT inkişaf hesabatında mövqelәrini yaxşılaşdırıb . Trend xәbәr verir ki, hesabatda Azәrbaycanla yanaşı, Qazaxıstan (43-cü yer) vә Rusiya (54-cü yer) MDB mәkanında İKT sektorunun әn çox inkişaf etdiyi ölkәlәr kimi göstәrilib. ÜİF -nun mütәxәsislәri Azәrbaycanda I T -nin inkişafının güclü tәrәflәri kimi bu sektorun hökumәt üçün prioritet olmasını, innovasiyalara hazırlıq, әhalinin savadlılığı, İKT xidmәtlәrinin әlçatan olduğunu göstәriblәr. Hesabatın metodologiyası üç komponentdәn ibarәtdir:- "Mühit" - texnoloji bazar, tәnzimlәyici, qanunvericilik iqlimi, İKT infrastrukturu qiymәtlәndirilir. - "Hazırlıq" - hökumәtin, işgüzar dairәlәrin, fәrdi istehlakçıların İKT-dәn istifadә imkanları qiymәtlәndirilir. - "İstehlakçı" - hökumәtin, işgüzar dairәlәrin vә fәrdi istehlakçıların İKT mәhsulları vә xidmәtlәrindәn istifadә bacarıqları qiymәtlәndirilir.

Andreas Rayxhard: "Azәrbaycan "Elektron hökumәt" sahәsindә çox müsbәt inkişaf sәviyyәsi nümayiş etdirir"-Avstriyanın nәqliyyat, innovasiya vә texnologiyalar üzrә federal nazir müavini Andreas Rayxhard Azәrbaycanda "Elektron hökumәt” quruluculuğu istiqamәtindә aparılan tәdbirlәri yüksәk dәyәrlәndirir və qeyd edir ki -"Azәrbaycan "Elektron hökumәt” sahәsindә artıq çox böyük nailiyyәtlәr әldә edib. Düşünürәm ki, bu, Azәrbaycan üçün bir kompliment olaraq qeyd edilmәlidir. Ölkәniz bu istiqamәtdә çox müsbәt inkişaf sәviyyәsi nümayiş etdirir. Eyni zamanda Azәrbaycan ümumilikdә İKT sahәsindә dünyanın bir çox ölkәlәri ilә müqayisәdә hazırda daha sürәtlә inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmәtlәrindәn istifadәnin genişlәndirilmәsi, digәr İKT xidmәtlәri üzrә aparılan tәdbirlәri qeyd etmәk olar.” Avstriya Avropa Birliyi (AB) çәrçivәsindә bu sahәdә aparıcı dövlәtdir vә AB tәrәfindәn әn yüksәk qiymәti alıb. Bizim tәcrübәmiz artıq bütün Avropa Birliyi ölkәlәrindә istifadә olunur. Tәbii ki, çox istәrdik ki, biz hәmin tәdris tәcrübәsindәn Azәrbaycanda da öz töhfәmizi verә bilәk.”.



"Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirilib. Məlumat Hesablama Mərkəzi Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ilə birlikdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində qeyri-hökumət təşkilatları üçün "Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirib. Tədbirdə 15 qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak edib Təlimin sonunda Sertifikat Xidmətləri Mərkəzi tərəfindən iştirakçılara pulsuz elektron imza kartları və kart oxuyucuları təqdim edilmişdir

Dünya üzrə bütün ölkələrin "elektron hökumət" sistemlərinin inkişafı aşağıdakı üç əsas indeks üzrə müəyyənləşdirilir. Bunlar: onlayn-xidmətlərin göstərilməsi, müasir tələblərə uyğun telekommunikasiya infrastrukturu və insan kapitalıdır Təcrübə göstərir ki, "elektron hökumət" texnologiyalarına yüksək iqtisadi inkişafa malik olan ölkələr daha fəal keçirlər. "Elektron hökumət" texnologiyalardan istifadəsinə görə Cənubi Koreya, Sinqapur, ABŞ və Avropanın aparıcı iqtisadiyyatına malik olan ölkələr – Niderland, Böyük Britaniya, Danimarka lider ölkələr siyahısındadırlar. Son illər yeni lider ölkələr arasında İsrail, Lüksemburq və Lixtenşteynin də adları vardır. Ölkələr üzrə yaradılmış və istifadə olunan "elektron hökumət" sistemləri tərəfindən təqdim olunan onlayn xidmətlərin inkişafının əsas meyarı "bir pəncərə" prinsipi üzərində qurulmuş "elektron xidmətlər" portalıdır. Cənubi Koreyanın lider olmasının əsas səbəblərindən biri də mobil telefonların imkanlarından yararlanması, iPhone və Android sistemləri üçün mobil əlavələrdən (proqramların) geniş istifadə olunması və bütün ölkə ərazisində 3G şəbəkəsi vasitəsilə internetin əlyetərliliyinin təmin edilməsidir. Koreyada "elektron hökumət" portalı, istifadəçilərə təqdim olunan bütün exidmətlərin 87%-ni bir nöqtədə (portalda) cəmləşdirmişdir. Cənubi Koreyanın hər bir vətəndaşı öz şəxsi maraqlarına uyğun "elektron hökumət" portalından çox rahat istifadə edir və istənilən vaxt mobil telefonunda olan mobil əlavələr (proqramlar) vasitəsilə istənilən sorğuya çox tez bir zamanda cavab ala bilir. Maraqlıdır ki, Cənubi Koreya Hökuməti “elektron hökumət” sistemi vasitəsilə vətəndaşlara tam dolğun elektron təlim (təhsili) sistemini və onlayn əmək birjasını da təqdim edir. Böyük Britaniyada “DirectGov” portalı vasitəsilə, istifadəçi interfeysləri optimallaşdırılmış, eyni zamanda, bütün hökumət məlumatlarının və e-xidmətlərin vahid bir nöqtədən istifadəçilərə təqdim edilməsi təmin olunmuşdur. Hökumət tərəfindən təqdim olunan bütün əməliyyatlar və ictimai exidmətlər "Do it Online" səhifəsi və iş axtarışları isə “Jobcentre Plus” səhifəsi vasitəsilə təqdim olunur. Niderlandda qurulmuş “e-Hökumət” sistemi dövlət strukturlarının informasiya sistemlərinin "bir pəncərə" prinsipi üzrə əlaqələndirilməklə müştərilər üçün maksimal rahatlıq təmin edilmişdir. Danimarkanın “e-Hökumət” portalı - dövlət qurumlarını, sahibkarları və əhalini bir şəbəkəyə birləşdirən və müxtəlif xidmətləri təqdim edən və ölkə üzrə bütün pul köçürmələrini təmin edən mərkəzdir. Hesabatlara əsasən elektron bank hesabları vasitəsilə aparılan pul köçürmələri hər il, vətəndaşlara 150 milyon və biznes sektoruna isə 50 milyon avroya qənaət etmələrinə səbəb olur ABŞ-da təqdim olunan bütün e-xidmətlər “Usa.gov” portalı vasitəsilə inteqrasiya olunmuşdur. Axtarış sistemi vasitəsilə müxtəlif dövlət qurumlarının verilənlər bazasına daxil olub, istənilən məlumatı rahatlıqla əldə etmək məqsədilə hər bir istifadəçi üçün bütün şərait yaradılmışdır. Bir çox hesabatlarda ABŞ-ın “Usa.gov” portalı “e-Hökumət” saytları arasında nümunəvi sayt kimi göstərilir və başqa dövlətlərin "elektron hökumət" sistemləri üçün nümunə kimi tətbiq edilməsi tövsiyə edilir. Kanadanın "elektron hökumət"i də analoji portala malikdir . Asiya regionu üzrə isə Sinqapurun “Sinqapur vətəndaşının portalı” ənənəvi liderlərdəndir. Burada “bulud texnologiyalarının” inkişafını davam etdirilir və müəllimlər üçün “bulud” data mərkəzi yaradılmışdır. “Sinqapur vətəndaşının portalı” bu gün “onlayn” ödənişlərin aparılması, vergilər, lisenziyalar, cərimələr və müxtəlif elektron xidmətlər üzrə geniş imkanlara malikdir. Mobil xidmətlər 33 qabaqcıl ölkədə müvəffəqiyyətlə reallaşır . Ekspertlər hesab edirlər ki, mobil xidmətlər sahəsi yaxın vaxtlarda çox sürətlə inkişaf edəcəkdir. Mobil əlaqə vasitəsilə yaşlılar və fiziki qüsurlu insanlar həmçinin kənd regionlarında yaşayan əhali üçün dövlət xidmətlərinə daxil olmasını genişləndirir. Əhali tərəfindən sosial şəbəkələrdən istifadənin yüksək səviyyədə artması 78 dövləti “Twitter”-də, “Facebook”-da və başqa şəbəkələrdə öz rəsmi səhifələrini açmağa təhrik etmişdir. Bu sahədə ABŞ dövlət qurumlarının 66%-i öz sosial siyasətlərini, mikrobloqlar və digər vasitələrlə aparırlar. 14 ölkə tərəfindən dövlət portallarında çatlar və ya “IM”-xidmətlər təqdim edilir . Macarıstan hakimiyyəti "elektron demokratiya" adlanan multifunksional xidmətini təşkil etmişdir. Həmin xidmət vasitəsilə dövlət qulluqçuları 24 saat online iş rejimində vətəndaşlarla ünsiyyət saxlayırlar.

Ölkəmizdə müasir tələblərə cavab verən idarəetmənin təşkil edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması üçün “elektron hökumət”in inkişafı, təkmilləşdirilməsi və elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir. “Elektron hökumət”in inkişafi məqsədilə elektron xidmətlərin əhatə dairəsinin və onlardan vətəndaşların istifadəsinin genişləndirilməsi həyata keçiriləcəkdir. Dövlət orqanlarında kağız daşıyıcılarda mövcud olan məlumatların elektronlaşdırılması, onların müvafiq elektron informasiya ehtiyatlarında toplanılması bu işlərə əsas yaradacaqdır. Dövlət orqanlarında informasiya sistemlərinin istifadəsinin hərtərəfliliyi və elektron xidmətlərin "elektron hökumət" portalına tam inteqrasiyası təmin ediləcəkdir. Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli informasiya mübadiləsinin təmin edilməsi üçün informasiya ehtiyatlarında fərdi identifikasiya nömrələrindən (FİN) istifadə təmin ediləcək, informasiya mübadiləsi "elektron hökumət" portalı vasitəsilə aparılacaq və eyni məlumatların müxtəlif mənbələrdə formalaşdırılması halları aradan qaldırılacaqdır. İnformasiya ehtiyatlarından ünvanlı istifadənin və fərdi məlumatların mühafizəsinin təmin edilməsi üçün autentifikasiya mexanizmləri gücləndiriləcək, elektron imza texnologiyaları tətbiq ediləcək və "elektron hökumət" portalının təqdim etdiyi vasitələrindən geniş istifadə olunacaqdır. Dövlət qulluqçularının elektron xidmətlərin təşkili, vətəndaşların isə onlardan istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təşviqat, stimullaşdırılma tədbirləri genişləndiriləcəkdir. "Elektron hökumət"in inkişafında innovativ yeniliklərin tətbiqinə, sosial şəbəkələr və digər onlayn media vasitələrindən istifadəyə fikir veriləcəkdir. Yaradılan yeni imkanların әsas mәqsәdi xidmәtlәrin göstәrilmәsi üçün dövlәt qulluqçuları vә vәtәndaşlar arasında olan "mәsafәni" maksimum azaltmaq, bu münasibәtlәri sadәlәşdirmәk vә şәffaflaşdırmaqdır. Elektron hökumәt xidmәtlәrinin qısa tәhlilinә gәlincә, portalda 35 dövlәt qurumu tәrәfindәn 207 elektron xidmәt istifadәçilәrә tәqdim edilib. Hәr bir dövlәt qurumu elektron xidmәtlәrini "Bir pәncәrә" prinsipi әsasında istifadәçilәrә portal vasitәsilә tәqdim edir, mәlumatların keyfiyyәtinә, tamlığına vә düzgünlüyünә qurumlar cavabdehdirlәr. Vәtәndaşlara bu cür xidmәtlәrin göstәrilmәsi dünya tәcrübәsindә dövlәt idarәçiliyindә bir innovasiya kimi qәbul edilir. Vәtәndaş istәnilәn dövlәt qurumuna müraciәt edib, ona aid olan lazımi mәlumatı qanun çәrçivәsindә әldә edә bilәr. Portal vasitәsilә dövlәt idarәçiliyindә keyfiyyәtli elektron xidmәtlәrin göstәrilmәsi vәtәndaşların hәmin xidmәtlәrdәn aktiv istifadәsinә imkan yaradır.

Azәrbaycan Respublikasının Rabitә vә İnformasiya Texnologiyaları Nazirliyi vә Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinin tәrәfindәn "2013-2015-ci illәrdә "Elektron hökumәt"in inkişafı Dövlәt Proqramı" layihәsi hazırlanır. Bu proqram "Azәrbaycan Respublikasında rabitә vә informasiya texnologiyalarının inkişafı üzrә 2010-2012-ci illәr üçün Dövlәt Proqramı" nın davamıdır. Yeni proqram respublikada "Elektron hökumәt"in formalaşdırılması vә bunun üçün dövlәt orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tәtbiqi yolu ilә idarәetmәnin metod vә mexanizmlәrinin tәkmillәşdirilmәsi, elektron xidmәtlәrin göstәrilmәsi, hәmçinin әhali vә tәşkilatların bu xidmәtlәrә asan vә sәrbәst çıxışı üçün kompleks tәdbirlәrin görülmәsini nәzәrdә tutur.

Beynәlxalq Telekommunikasiya İttifaqının İKT üzrә statistik mәlumatlar vә informasiya bölmәsinin rәhbәri Syuzan Telçer Naxçıvan Muxtar Respublikasında keçirilәn BTİ-nin MDB ölkәlәri üçün "Beynәlxalq standartlara uyğun olaraq telekommunikasiya İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarında mәlumat verib. Onun sözlәrinә görә, BTİ-dә İKT üzrә toplanan indikatorlar beynәlxalq sәviyyәdә razılaşdırılmış әsas indikatorlar siyahısını tәşkil edir: "Əgәr milli sәviyyәdә toplanan mәlumatları digәr ölkәlәrlә müqayisә etmәk istәyiriksә, o zaman indikatorlara әsas bu informasiyalar çox münasib istinad siyahısıdır. Bu siyahıda hәr sahә üzrә fәrqli indikatorlar yer alıb". Mәsәlәn, "İKT sektoru tәhsildә" istiqamәti üzrә 8 indikatorun müәyyәnlәşdirildiyini vә bu statistik mәlumatların UNESCO Statistika İnstitutu tәrәfindәn aparıldığını deyәn BTİ rәsmisinin sözlәrinә görә, hazırda yeni indikatorlar da nәzәrdәn keçirilir: “İndikatorlardan 7-si "Elektron hökumәt"lә bağlıdır. Hәlәlik bununla bağlı statistik mәlumatların toplanmasına başlanmayıb. Çünki bu indikatorlar yeni tәsis edilib".

Azәrbaycanda "elektron hökumәt" üçün tәlim mәrkәzinin yaradılması" layihәsi üzrә Koreya ilә qrant razılaşması imzalanıb-"Azәrbaycanda "elektron hökumәt" üçün tәlim mәrkәzinin yaradılması" layihәsi üzrә "Koreya Respublikasının Xarici İşlәr Nazirliyi vә Azәrbaycan Respublikasının Rabitә vә İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması" imzalanıb. On beş (15) bölgәdә tәlim mәrkәzlәri yaradılacaq. Tәlim mәrkәzlәrindә Koreya mütәxәssislәri tәrәfindәn xüsusi tәhsil informasiya sistemi quraşdırılacaq vә zәruri avadanlıqlarla tәmin olunacaq. Dövlәt qulluqçuları bu mәrkәzlәrdә bilavasitә tәlim kurslarında iştirak edә bilәcәk, eyni zamanda mәrkәzin distant tәhsil xidmәtlәrindәn yararlanacaqlar. Layihә çәrçivәsindә tәlim mәrkәzinin fәaliyyәtinin tәşkili, elektron tәlim materiallarının hazırlanması üzrә tәcrübә әldә etmәk üçün yerli mütәxәssislәr Koreyada tәlim kursları keçәcәklәr. Azәrbaycanda "elektron hökumәt" üçün tәlim mәrkәzinin yaradılması dövlәt qulluqçularına İKT-nin tәtbiqi sahәsindә yeni praktik bilik vә bacarıqların әldә edilmәsinә imkan yaradacaq.

"Elektron Hökumət" Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilir Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portal müraciət coğrafiyası şəkildə əks olunub. Buna əsasən qeyd edə bilərik ki, portal Dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.

2012-ci ilin dekabrından 2013-cü ilin iyun ayının 1nə qədər portala ümumilikdə 223 819 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 141 188 nəfər olub, yəni 141 188 nəfər ümumən 223 819 dəfə portala baxıb. Həmin şəxslər 737 606 müxtəlif səhifələrə keçid ediblər və portal sərf etdikləri vaxt ortalama 4 dəqiqə 19 saniyə olub. Bu rəqəmlər kifayət qədər yüksək göstəricidir və həmçinin sözügedən rəqəmlər portala daxilolma səviyyəsinin, eyni zamanda elektron xidmətlərdən istifadə vəziyyətinin getdikcə yüksəlməsini təsdiqləyir. Dövr ərzində portal müraciət edənlərin 63.7% yeni istifadəçilər, 36.3% isə təkrar müraciət edənlərin 63.7% yeni istifadəçilər, 36.3% isə təkrar müraciət edənlər təşkil edib.şəkil-1:

Müqayisə üçün may ayının statistikasına (şəkil 2) nəzər salsaq, bu dövrdə portala 58 316 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 37 448 nəfər olub.


Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı regionun əksər ölkələri üçün yaxşı nümunədir. Bu fikri BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal söyləyib. “Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir”, -deyən Diplomat həmçinin onu da qeyd edib ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin rəqəmli inkişafa xidmət edən Genişzolaqlı rabitə üzrə Komissiyasının tərkibinə daxildir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyi Əfqanıstanın inkişafı üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində 150.000 ABŞ dollar məbləğində maliyyə yardımı göstərib. Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ilin mayında Çikaqoda keçirilmiş və dünyanın aparıcı ölkələrinin liderlərinin iştirak etdiyi Əfqanıstan üzrə NATO zirvə toplantısında etdiyi bəyanatına uyğun ölkəmiz öz təcrübəsini bölüşmək üçün hazır olduğunu bildirib və bunu bir çox sahələrdə artıq əməli işlərlə sübut etməkdədir.

Dünya Bankı İKT sahəsi üzrə 3 istiqamətdə əməkdaşlığa maraq göstərir. R.Sudan Dünya Bankının Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və "elektron hökumət" quruculuğundan ibarətdir. Biz hesab edirik ki, Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq».

"Elektron xidmətlərin geniş tətbiqi şikayətlərinin azalmasına səbəb olub” "Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsində paylaşıb. Nazir qeyd edib ki, vətəndaşların şikayətlərinin azalmasına həm də elektron xidmətlərin geniş tətbiqi səbəb olub. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir".

"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi (www.facebook.com/egov.az) fəaliyyətini genişləndirməkdə davam edir. Hazırda səhifə istifadəçilərin sayı artıq 50 mini ötüb. “Asan imza” “Elektron hökumət” portalına inteqrasiya ediləcək "ICTnews" xəbər xidməti bildirir ki, yaxın zamanda vergi ödəyicilərinə "Asan imza" xidməti təqdim ediləcək. "Hazırda biz "Asan xidmət" və Azərbaycan Vergilər Nazirliyi ilə birgə "Asan imza"nı ilk növbədə vergi ödəyicilərinə təqdim etməyə hazırlaşırıq. Növbəti mərhələdə isə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim ediləcək. Bununla yanaşı, biz bu xidməti digər nazirliklərdə və banklarda tətbiq etmək niyyəti ilə danışıqlar aparırıq və yaxın zamanda bu haqda ətraflı məlumat təqdim edəcəyik",- deyə nazir Əli Abbasov bildirib. “Mobil hökumət" xidmətlərinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Mobil rabitə vasitələrini insanlar həmişə özləri ilə daşıyırlar və onlardan istifadə etməyə istənilən vaxt hazırdırlar .

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "İnformasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiya”nın layihəsi ilə yanaşı, iki qanun layihəsi də hazırlanıb. Bunlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələridir. Hər bir vətəndaş ( p r o j e c t s . e - g o v . a z / A l l S e r v i c e s . a s p x ) ünvana daxil olaraq informasiya sahibinin və layihənin adını seçib, layihələrin mətni ilə tanış ola, həmçinin müzakirənin bitmə müddəti ərzində öz təkliflərini göndərə bilər. Eyni zamanda RİTN mütəxəssisləri tərəfindən "Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın layihəsi də hazırlanıb Qaydalarda domen adlarının onlayn əldə edilməsi sisteminin tətbiqi nəzərdə tutulub. Domen adlarının onlayn qeydiyyatı sisteminin sentyabr ayında "az.” domeninin 20 illiyi ərəfəsində istifadəyə verilməsi planlaşdırılır.

Bölgələrdə e-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici təlimlər təşkil olunub Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azəbaycan hökuməti ilə birgə ikitərəfli əməkdaşlıq çərçivəsində yerli özünü idarəetmə dəstək proqramını həyata keçirir. Bu proqramın icrası ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (Deutsche Gesellschaft für İnternationale Zusammenarbeit GmbH) məşqul olur Pilot layihənin əsasında Quba və Xaçmaz rayonlarının bələdiyyələrə "Elektron Hökumət həlləri – elektron xidmətlərə çıxış” təlimin keçirilməsi planlaşdırılmışdi. "İKT ili” çərçəvəsində Qubanın şəhər bələdiyyəsində Quba və Xaçmazın 10 bələdiyyəsinin nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd edilən mövzuda maarifləndirici təlim təşkil edilmişdir.

Əli Abbasov: "Azərbaycanda innovasiya müəssisələrinə böyük ehtiyac var" - deyərək "Azərbaycanda innovasiya müəssisələrinin inkişafı üçün əsas məsələ "start up"lara sərmayə yatırımının mövcud olmasıdır. "Start up" şirkətlərin inkişafı üçün İKT İnkişafı Fondu və texnoparklar da daxil olmaqla müxtəlif fondlar mövcuddur ki, onların çərçivəsində yeni başlayan şirkətlər üçün vergi və gömrük güzəştləri nəzərdə tutub. Biz bizneslə məşğul olmağı arzu edən gənc sahibkarların innovasiya xarakterli layihələri həyata keçirmək imkanlarına malik olmalarına çalışırıq".

“Hesab.az" portalı vasitəsilə göstəriləcək e-xidmətlərin sayı daha da artacaq. Elektron imzanın tətbiqi isə əhaliyə nəzərdə tutulmuş daha yeni və sadələşdirilmiş elektron xidmətlərin meydana gəlməsinə müsbət təsir edəcək", - İsmayılzadə demişdir. "Hesab.az" portalında tətbiq edilmiş daha bir yenilik, elektron imzanın əldə edilməsi üçün elektron müraciət xidmətidir.

Azərbaycanda “elektron hökumət”in inkişafı və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı ictimai müzakirə keçirilib. Cari ilin iyunun 12-də Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli Fərmanına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsi keçirilib. Sözü gedən proqramla e-gov.az portalının müvafiq bölməsində (https://projects.e-gov.az/AllServices.aspx) tanış ola bilərsiniz. Qeyd edək ki, layihəyə dair müzakirələr davam edir və layihə ilə bağlı rəy və təkliflərinizi bu ünvana göndərə bilərsiniz.

Azərbaycan Respublikasının demokratiyaya doğru atdığı böyük addımlardan biri olan "Elektron hökumət" layihəsinin reallaşmasında aşağıdakı kimi problemləri qeyd etmək olar:


  1. E-Hökumət Portalına cari ilin yanvar may aylarında "Elektron hökumət" portalına 216001 nəfər müraciət edib. Onlardan 203929 nəfəri portala daxil olmaq üçün portativ kompüter və ya noutbuklardan istifadə ediblər. "Elektron hökumət"ə müraciət etmiş 12072 nəfər isə mobil qurğulardan istifadə edib. İstifadəçilərin kütlə payının mobil vastələrdə azlıq təşkil etməsi vətəndaşların kütləvi sorğularda operativ iştirakını azaldır. Və beynəlxalq təcrübədə mobil istifadəyə üstünlük verildiyini gözdən qaçırmaq olmaz.

2 .E-hökumətin inkişaf prosesinin izlənməsi və onun effektivliyinin qiymətləndirilməsi məxsusi məsələlərdir belə ki, tədqiqat obyekti dinamik olub və zəif öyrənilib. Tədqiqatların çoxu e- hökumətlərin potensialının öyrənilməsinə yönəlib, yəni vətəndaşlar, biznes və dövlət strukturlarının özləri xidmət göstərərkən və istehlak edərkən informasiya-kommunikasiya texnologiyalarından nə əldə edə bilərlər. Məsələn, BMT-nin (Benchmarking E-government: A Global Perspective) apardığı tədqiqatda e-hökumətin “inkişaf indeksi” (e-Government index) anlayışı daxil edilib və onun qiyməti BMT-nin 169 ölkəsi üçün hesablanıb. Ölçmələr üç parametrə görə aparılıb: ümumdünya hörümçək torunda mövcud olmaq (Web presence), telekommunikasiya infrastrukturunun inkişafı (Telecommunications Infrastructure) və insan kapitalının inkişafı (Human Capital). E-hökumətin inkişaf indeksi ölkənin onlayn (online) dövlət xidmətlərindən istifadə edilə bilməsi potensialını göstərir, amma bu xidmətlərin real istifadəsini göstərmir.

3 .2012-ci ilin yekunları üzrə aparılmış statistik təhlillərin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompyuteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub. Burda əsas diqqəti fərdi kompyuterlərin internetə çıxışına yönətmək lazımdır. Bu o deməkdir ki , əhalinin cəmi 30 faizi öz fərdi kompyuterləri ilə internetə qoşulur.

4. Elektron hökumət portalının rəsmi “Twitter” və “Facebook“ adresslerinin açılışı çox böyük PR(Public Relation) addımıdır. Amma nəzərə almaq lazımdır ki, bu zaman hədəf kütlə internetə çıxışı olan və portala birbaşa və ya dolayı əlaqəsi ola bilən əhalidir. Yəni biz potensial hədəf kütlənin elektron hökumətə yönətmək üçün starategiya axtarıb tapmalıyıq.



Ədəbiyyat siyahısı:


  • Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi Elektron Hökumәt Bülletenləri(No:1-8)

  • Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hesabatı( hesabat -2012)

  • İnformasiya İqtiadiyyatı . Bakı -2008

  • E-gov.az

  • http://anspress.com/index.php?a=2HYPERLINK "http://anspress.com/index.php?a=2&lng=az&nid=213661"&HYPERLINK "http://anspress.com/index.php?a=2&lng=az&nid=213661"lng=azHYPERLINK "http://anspress.com/index.php?a=2&lng=az&nid=213661"&HYPERLINK "http://anspress.com/index.php?a=2&lng=az&nid=213661"nid=213661

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili"  çərçivəsində  “Respublikada “Elektron Hökumət”:  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər”  mövzusunda analitik məqalə müsabiqəsi üçün yazılmışdır...


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə