Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix31.03.2022
ölçüsü224,31 Kb.
#54479
  1   2   3   4   5   6   7   8   9
1 ilin xidmət illəri hesab olunması



Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,

Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı

Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Azərbaycan Respublikası adından

Qərar

Bakı Apelyasiya Məhkəməsinin



İnzibati Kollegiyası

Bakı şəhəri

2-1(103)-1718/2020

19.10.2020-ci il

hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva

Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə,

iddiaçı Əliyev Əhməd Tahar oğlunun və onun vəkili Musayev Nazim Cəlal oğlunun,

cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi İsayev Səfər Qalib

oğlunun iştirakı ilə

xidmət illərinin güzəştli şərtlərlə hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə

dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2020 nömrəli iş üzrə

18 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə

əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq

 

müəyyən etdi:



 

İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 29.11.1996-cı il tarixdən

2001-ci ilin iyun ayına qədər döyüş bölgəsində olduğu xidmət illərinin güzəştli şərtlərlə,

yəni bir ay xidmət müddətinin üç ay xidmət müddəti kimi hesablanması vəzifəsinin

cavabdehə həvalə edilməsini xahiş etmişdir.

Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli qərarı ilə iddia təmin

edilməmişdir.

Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib,

iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 1993-cü ilin yanvar ayının 6-dan 06

dekabr 1996-cı ilə qədər cavabdehin tabeçiliyində olan 981 saylı hərbi hissədə əvvəlcə

müddətdən artıq hərbi qulluqçu kimi, sonra isə kiçik çavuş hərbi rütbəsində xidmət

etmişdir. Hərbi hissənin özü arxa cəbhədə dislokasiya olunsa da, xidmət etdiyi 981 saylı

hərbi hissənin tabeçiliyində olan 8 saylı (əvvəlcə sovetdən qalma 512 nömrəli yarımqrup

adlanırdı) zenit raket divizionu döyüş bölgəsində yerləşirdi və döyüş tapşırığını yerinə

yetirirdi. O səbəbdən xidmət illəri hesablanan zaman 981 saylı hərbi hissənin tərkibində

olarkən xidməti döyüş bölgəsində 8 saylı zenit raket divizionun tərkibində keçirilməsi

güzəştli şərtlərlə hesablanmalıdır (1 ay 3 ay kimi).

1996-cı il dekabr ayının 29-da cavabdeh üzrə verilmiş əmrə əsasən döyüş

bölgəsində xidmət etdiyi 8 saylı zenit raket divizonu əvvəlki döyüş mövqeyində





Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin