Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı


Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.03.2022
ölçüsü224,31 Kb.
#54479
1   2   3   4   5   6   7   8   9
1 ilin xidmət illəri hesab olunması

Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,

Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı

Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

saxlanılmaqla 998 saylı hərbi hissənin tərkibinə verildi. O səbəbdən 1997-cı il 21 yanvar

tarixindən siyahıya daxil və bütün növ təminatlarla təmin edilməklə, xidməti 998 saylı hərbi

hissənin tərkibinə verilmiş 8-ci zenit raket divizionun tərkibində - döyüş bölgəsində davam

etdirmişdir.

Məhkəmənin qərarında cavabdehin təqdim etdiyi sənədlərə baxış zamanı müəyyən

edilib ki, o, 2000-ci ilin iyun ayının 27-ə qədər 998 saylı hərbi hissənin 8-ci zenit raket

divizionunda xidmət etmişdir, 27 iyun 2000-ci ildən 04.12.2004-cü ilə qədər isə xidmətini

arxa cəbhədə keçirmişdir. Beləliklə, cavabdehin arayış formasında məhkəməyə təqdim

etdiyi sənədlərdən müəyyən olunur: 06 yanvar 1993-cü il tarixindən 27 iyun 2000-ci ilə

qədər döyüş bölgəsində olan və döyüş tapşırığı yerinə yetirən 8-ci zenit raket divizionunun

tərkibində xidmətdə olmuşdur; həmin illərə aid xidmətdə olduğu 06 yanvar 1993-cü ildən

01 may 1997-ci ilə qədər xidmət illəri güzəştli şərtlərlə - 1 gün 2 gün kimi hesablanmışdır

ki, bu da xidmət illərinə əlavə 04 il 03 ay 25 günün əlavə edilməsinə səbəb olmuşdur, 01

may 1997-ci ildən sonra hər hansı güzəşt hesablanmamışdır.

AR Nazirlər Kabuinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə,

miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara,daxili işlər orqanlarının

rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin

edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23

noyabr 1992-ci il tarixli 631 saylı Qərarının 2-ci bəndinin:

a)     yarımbəndində nəzərdə tutulduğu halda xidmətin bir ayı üç ay,

b)     yarımbəndinə görə xidmətin bir ayı iki ay,

v) yarımbəndində isə xidmətin bir ayı ayyarım sayılır.

Dərhal qeyd edir ki, v) yarımbəndində nəzərdə tutulmuş halların ona heç bir

aidiyyatı yoxdur və cavabdeh də həmin yarımbəndi onun xidmət illərinə tətbiq etməkdən

imtina edibdir.

b) yarımbəndinin onun xidmət illərimə tətbiq edilməsinə heç bir əsas yoxdur. Belə

ki, həmin yarımbəndin birinci hissəsi Azərbaycan Respublikasında onun suverenliyinin,

ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində

Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və

digər əsgəri birləşmələrdə xidmət müddətini nəzərdə tutur. “Xidmət” anlayışı eyni mənanı

daşısa da, Qərarın a) yarımbəndinin birinci hissəsi döyüş şəraitində olmuş, konkret döyüş

tapşırığına malik və döyüş əməliyyatlarında iştirak edən hərbi birləşmələrdə xidməti, b)

yarımbəndinin birinci hissəsində isə döyüş şəraitində olmayan, lakin Azərbaycan

Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı

hərbi əməliyyatlar dövründə xidməti nəzərdə tutur.

Göründüyü kimi, a) yarımbəndinin birinci hissəsi ilə b) yarımbəndinin birinci hissəsi

arasında zahiri cəhətdən oxşarlıq olsa da, birinci hal döyüş şəraitində olan, döyüş

tapşırığına malik, döyüş əməliyyatlarında iştirakı nəzərdə tutur.

İkinci halda isə, bu halların mövcudluğu zamanı döyüş şəraitndə olmayan, lakin

Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda gedən əməliyyatlar dövründə döyüş

şəraitindən kənardakı hərbi birləşmələrdə xidməti nəzərdə tutur.

Məhkəmənin qərarında müdafiə nazirinin müvafiq əmrlərinə istinadən göstərilir ki,

8-ci zenit raket divizonu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab

edilmişdir.

Məhkəmənin qərarından və cavabdehin verdiyi məlumatdan görünür ki, onun

güzəştli xidmət illəri AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarının

b) bəndinə uyğun olaraq, 06 yanvar 1993-cü ildən 01 may 1997-ci ilə qədər bir ay iki ay

əvəzi kimi hesablanmışdır.

Həmin Qərarın b) bəndinin ona aidiyyatı yoxdur. Belə ki, xidmət etdiyi zenit raket





Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin