Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi
üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli
631 nömrəli Qərarının 01.07.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada 2-ci bəndinin
a) yarımbəndində göstərilən kateqoriyaya daxil olan şəxs sayıla bilər. Belə ki, Müdafiə
Nazirliyinin müvafiq əmrləri ilə 998 nömrəli hərbi hissəsinin yalnız 3-cü, 6-cı və 8-ci zenit
raket divizionları 27.12.1993-01.04.1995-ci il tarixlərdə, habelə 998 nömrəli hərbi
hissəsinin yalnız 8-ci zenit raket divizionu 15.08.2000-01.01.2006-cı il tarixlərdə döyüş
şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmiş, iddiaçı 06.01.1993-
01.06.1993 və 28.10.1993-29.11.1996-cı il tarixlərdə 8-ci zenit raket divizionunda xidmət
etmiş, qalan vaxtlarda isə o, döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilməyən
bölmələrdə qulluq etmiş, 8-ci zenit raket divizionunda xidmət etdiyi müddətdən yalnız
27.12.1993-01.04.1995-ci illər (1 il 3 ay 5 gün) həmin divizion döyüş şəraitində döyüş
əməliyyatlarında iştirak edən bölmə hesab edilən dövrə təsadüf etmişdir.
İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci
maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə
vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya
şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 8-ci zenit-raket divizionu yalnız 27.12.1993-
01.04.1995-ci il tarixlərdə və 15.08.2000-01.01.2006-cı il tarixlərdə döyüş şəraitində döyüş
əməliyyatlarında iştirak edən bölmə hesab edilmiş, iddiaçı isə, 8-ci zenit-raket
divizionunun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edildiyi bu
müddətlərdən yalnız 27.12.1993-01.04.1995-ci il tarixləri aralığında həmin divizionda
xidmət etmişdir. Onun 8-ci zenit-raket divizionunda qulluqda olduğu digər dövrlər
(06.01.1993-01.06.1993, 28.10.1993-26.12.1993 və 02.04.1995-29.11.1996-cı illər)
divizionun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edildiyi
27.12.1993-01.04.1995 və 15.08.2000-01.01.2006-cı il tarixlərinə düşmədiyi üçün, “Zabit
heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan
hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və
onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət
vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının
01.07.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada 2-ci bəndinin a) yarımbəndi
iddiaçıya şamil oluna, bu səbəbdən onun 1996-2001-ci illərdə xidmətinin bütövlükdə bir
ayı üç ay sayıla bilməz.
Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının xidmət
müddətinin müəyyən dövrünün bir ayının üç ay sayılması barədə arzuladığı inzibati aktın
qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati
aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin
mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların
dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası
qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina
mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu
qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından
zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci
maddələri).
Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda
qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya
məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya
şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas
vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin
|