Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
divizionu bütün xidməti müddətində (həmin divizionda xidmət etdiyi 27.06.2000-ci ilə
qədər) döyüş tapşırığını yerinə yetirmiş, döyüş şəraitində olmuşdur. O səbəbdən hesab
edir ki, onun 06 yanvar 1993-cü il tarixdən 27.06.2000-ci il tarixə qədər xidmət illərinə
Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli Qərarının a) bəndinə uyğun “bir ay üç ay
əvəzi” kimi güzəştli xidmət illəri hesablanmaqla digər xidmət illərinə əlavə olunmalıdır.
Qərarın özündə də “bir ay 3 ay əvəzi” güzəştli xidmət illərinin hüquqi əsasları
göstərilsə də, məhkəmə qanunvericiliyin tətbiqində səhvə yol vermişdir.
Məhkəmə iddianı rədd edərkən cavabdehin nümayəndəsinin təqdim etdiyi əmrin
surətləri hesab etdiyi sənədlərə istinad edərək qərarında qeyd edir ki, guya 31 mart 1995-
ci il tarixə və 18 avqust 2000-ci il tarixdən 8-ci zenit raket divizonu döyüş şəraitində döyüş
əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Yəni, 31 mart 1995-ci il tarixdən 18
avqust 2000-ci il tarixə qədər dislokasiya yerini dəyişməyən, eyni döyüş tapşırığını yerinə
yetirən, döyüş bölgəsində olan, döyüş əməliyyatlarında iştirak edən digər qoşun növlərini
havadan mühafizə edən, ölkənin hava məkanının böyük bir sahəsini düşməndən qoruyan
8-ci zenit raket divizonu cavabdehin nümayəndəsinin və məhkəmənin qənaətinə görə
təqribən 5 il ərzində heç bir döyüş tapşırığı almamış, döyüş əməliyyatlarında iştirak
etməmiş, 5 ildən sonra yada düşmüşdür ki, belə bir döyüş vahidi mövcuddur və
cavabdehin əmrinə əsasən 15 avqust 2000-ci il tarixdən döyüş şəraitində döyüş
əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir.
İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili şikayətə uyğun izahat
vermiş,
cavabdehin
nümayəndəsi
birinci
instansiya
məhkəməsinin
qərarının
dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası
İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə
müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının
təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi
qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3).
Şikayət mahiyyətcə əsassızdır.
İşdən müəyyən edilir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti Bakı şəhəri Xətai rayon idarəsinin 27.08.2019-cu il tarixli 38 nömrəli arayışına
görə, 1962-ci il təvəllüdlü ehtiyatda olan kiçik gizir Əliyev Əhməd Tahar oğlu 30.04.1981-ci
ildən 21.10.1981-ci ilədək kursant, 01.12.1981-ci ildən 31.05.1983-cü ilədək SSRİ SQ-də,
06.01.1993-cü ildən 29.11.1996-cı ilədək 981 saylı hərbi hissədə, 29.11.1996-cı ildən
21.09.2004-cü ilədək 998 saylı hərbi hissədə, 21.09.2004-cü ildən 04.12.2006-cı ilədək
054 saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə)
müvafiq olaraq HHMQ və HHQK-nın 04.12.2006-cı il tarixli 029 gm əmrinə əsasən
ehtiyata buraxılmışdır.
AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 16.05.2019-cu il
tarixli 5/2-6399 nömrəli arxiv arayışına əsasən, Əliyev Əhməd Tahar oğlu Bakı şəhəri
Nəsimi RHK-dan ehtiyatdan həqiqi hərbi xidmətə göndərilmiş, sıravi Əliyev Əhməd Tahar
oğlu 981 nömrəli hərbi hissə komandirinin 06 yanvar 1993-cü il tarixli 3 nömrəli əmrilə
şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, 512 nömrəli yarımqrupun
mühafizə tağımının komandir müavini vəzifəsinə təyin edilmişdir. HHQ və HHQM
komandirinin 29 noyabr 1996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətini davam
etdirmək üçün 998 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş kiçik gizir
|