Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Vidadi Məmmədov imzaladı,
Hakim Raqib Qurbanov imzaladı, Hakim Elmira Nağıyeva imzaladı
Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=d9993c965b8546a287d434c51323dc9f
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən
elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə
təsdiq edilmiş əl imzasına bərabər tutulur.
Əliyev Əhməd Tahir oğlu 981 nömrəli hərbi hissə komandirinin 06 dekabr 1996-cı il tarixli
269 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
981 nömrəli hərbi hissədən gəlmiş, “Hərbi xidmət haqqında” AR Qanununa müvafiq olaraq
AR SQ HHQ və HHMQ komandanının 29.11.1996-cı il tarixli müvafiq əmrilə 8-ci divizionun
aparat rəisi vəzifəsinə təyin edilmiş kiçik gizir Əliyev Əhməd Tahir oğlu 998 nömrəli hərbi
hissə komandirinin 21 yanvar 1997-ci il tarixli 16 nömrəli əmrilə 22.01.1997-ci il tarixdən
şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 998 nömrəli hərbi hissə
komandirinin 2004-cü il tarixli 055 nömrəli hərbi hissə komandirinin 2004-2007-ci il tarixli
nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.10.2019-cu il tarixli 12/3273 nömrəli
imtina məktubuna görə, onun hərbi xidmət illəri təqvimlə 16 il 0 ay 20 gün, xidmət illərinə
güzəştli qaydada əlavə olunan müddət 04 il 03 ay 25 gün, ümumi xidmət illəri isə 20 il 04
ay 15 gün təşkil edir. İddiaçının xidmət illəri kifayət qədər, yəni 20 təqvim ili təşkil etmədiyi
üçün, o, hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası hüququna malik deyil.
İddiaçıya məxsus SQ-0005110 nömrəli xidməti siyahıya əsasən, iddiaçı
06.01.1993-01.06.1993-cü il tarixədək 981 nömrəli hərbi hissəsinin 512 nömrəli
yarımqrupunun mühafizə tağımının komandiri vəzifəsində; 28.10.1993-cü il ildən
02.04.1994-cü il tarixədək həmin hərbi hissədə aparat birləşmə rəisi vəzifəsində;
02.04.1994-cü ildən 29.11.1996-cı il tarixədək 981 nömrəli hərbi hissənin 8-ci divizionunun
aparat birləşmə rəisi vəzifəsində; 29.11.1996-cı ildən 05.05.1997-ci il tarixədək 998 saylı
hərbi hissənin 1-ci zenit raket briqadasının 8-ci C-125 zenit raket divizionunun aparat
birləşmə rəisi vəzifəsində; 05.05.1997-ci ildən 19.11.1998-ci il tarixədək 998 saylı hərbi
hissəsinin 1-ci zenit raket briqadasının 10-cu C-125 zenit raket divizionunun radiorele
stansiyasının rəisi vəzifəsində; 19.11.1998-ci ildən 27.06.2000-ci il tarixədək 998 saylı
hərbi hissənin 1-ci zenit raket briqadasının 8-ci C-125 zenit raket divizionunun təsərrüfat
bölməsinin rəisi vəzifəsində; 27.06.2000-ci ildən 25.03.2001-ci il tarixədək 998 saylı hərbi
hissəsinin 1-ci zenit raket briqadasının maddi təminat tağımının ərzaq anbarının rəisi
vəzifəsində; 25.03.2001-ci ildən 21.09.2004-cü il tarixədək 998 saylı hərbi hissəsinin 1-ci
zenit raket briqadasının anbar rəisi vəzifəsində; 14.09.2004-cü ildən 04.12.2006-cı il
tarixədək 054 saylı hərbi hissənin komanda məntəqəsinin rabitə bölüyünün radiorele
stansiyasının rəisi vəzifəsində işləmişdir.
Cavabdehin Maliyyə və büdcə idarəsi tərəfindən tərtib olunmuş Hərbi qulluqçunun
xidmət illərinin hesablanması adlı sənəddən görünür ki, kiçik gizir Əliyev Əhməd Tahar
oğlu 21.04.1981-ci ildən 31.05.1983-cü il tarixədək 2 il 01 ay 10 gün; 06.01.1993-
16.12.2006-cı il tarixədək 13 il 11 ay 10 gün, ümumilikdə 16 il 20 gün və bir ay xidmətin iki
ay hesabı ilə 06.01.1993-01.05.1997-ci il tarixədək 04 il 03 ay 25 gün, cəmi 20 il 04 ay 15
gün ümumi xidmət illərinə malikdir.
Cavabdehin
17.03.2020-ci
il
tarixli
12/867
nömrəli
Arayış-məruzəsində
göstərilmişdir ki, “Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölməsinin
tərkibinin müəyyənləşdirilməsi” haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin
0339 nömrəli 27.12.1993-cü il tarixli, 041 nömrəli 03.02.1994-cü il tarixli, 065 nömrəli
04.03.1994-cü il tarixli, 0112 nömrəli 14.04.1994-cü il tarixli, 0132 nömrəli 06.06.1994-cü il
tarixli, 0146 nömrəli 14.07.1994-cü il tarixli, 0164 nömrəli 09.08.1994-cü il tarixli, 0181
nömrəli 05.09.1994-cü il tarixli, 0200 nömrəli 02.11.1994-cü il tarixli, 0199 nömrəli
02.11.1994-cü il tarixli, 02 nömrəli 03.01.1995-ci il tarixli, 03 nömrəli 03.01.1995-ci il tarixli
və 027 nömrəli 09.03.1995-ci il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin 998 nömrəli
hərbi hissəsinin yalnız 3-cü, 6-cı və 8-ci zenit raket divizionları 27 dekabr 1993-cü il
tarixdən 01 aprel 1995-ci il tarixədək, habelə Müdafiə Nazirinin 085 nömrəli 16.08.2000--ci
il tarixli, 067 nömrəli 13.06.2001-ci il tarixli, 0145 nömrəli 29.12.2001-ci il tarixli, 0151
|