250
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə 1-ci əlavənin 6.2-ci bəndində "Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda,
şərtlərlə və qaydada işçinin pensiya təminatı," sözləri "İşçinin" sözü ilə əvəz edilmiş, "təmin edilir"
sözlərindən əvvəl ", sosial sığorta hüququ" sözləri əlavə edilmişdir.
251
30 sentyabr 2005-ci il tarixli 1023-IIQD nömrəli “Sosial sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2005-ci il, № 11, maddə 1001) ilə 1-ci əlavənin 6.3-cü bəndindən "məcburi sosial sığorta hesabına" sözləri
çıxarılmışdır.
252
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 05, maddə 294) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci
bəndində “45” rəqəmi “41” rəqəmi ilə əvəz edilmişdir.
253
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 05, maddə 294) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin 7-ci
bəndində “12” rəqəmi “14” rəqəmi ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |