§9. Əmək müqaviləsinə xitam verilməsi 9.1. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci
maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin
birinin təşəbbüsü ilə ləğv edilə bilər;
9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi
qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir;
9.3. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir
təqvim ayı qabaqcadan xəbərdar edilməlidir;
9.4. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı
başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun
məcbur edilməsinə yol verilmir;
9.5. Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
________________________________________________________________________
________________________________________________________________________
§10. Yekun qaydalar 10.1. Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan
əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin
hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında
razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan
istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə
işəgötürəndə saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə
həvalə edə bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə
Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında
biri digərinin öhdəliklərinə görə cavabdehlik daşımırlar.
10.5. Tərəflər bu Əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən
edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa,
təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvafiq dövlət orqanlarından,
mülkiyyətçidən tələb etmək hüququna malikdirlər.
10.6. Bu Əmək müqaviləsinin şərtlərini, bu şərtlərdən irəli gələn öhdəliklərimizi
vicdanla yerinə yetirəcək, şəxsi, maddi, maliyyə, istehsal maraqlarımıza, habelə ictimai,
birliklərdə və siyasi partiyalarda müstəqil iştirakımıza qarşılıqlı hörmət göstərəcəyik.