Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə47/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   43   44   45   46   47   48   49   50   ...   233
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı 
razılaşmalar
107
 
 
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən 
tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən 
həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində 
nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin 
müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. 
Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın 
daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını 
işəgötürənə təqdim etməlidir.
 
108
 
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla 
qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar 
ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 
On ikinci fəsil 
 
Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının 
sənədləşdirilməsi qaydaları 
 
Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi 
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək 
müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri 
(sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. 


2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi 
bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə 
rəsmiləşdirilməsi qadağandır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin