Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə46/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   42   43   44   45   46   47   48   49   ...   233
Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər 
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata 
keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan 
ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə 
saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda 
aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: 
şəhid ailəsinin üzvlərinə; 
müharibə iştirakçılarına; 
əsgər və zabitlərin arvadına (ərinə); 
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; 
həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; 
xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
103
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər 
şəxslərə. 
 
Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 


1. İşəgötürən tərəfindən: 
hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına 
böyüdən kişilərin;
104
 
yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına 
böyüdən işçilərin; 
əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; 
işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
105
 
həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması 
motivinə görə; 
öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan 
işçilərin; ;
106
 
məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak 
etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş 
əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-
ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin